Məhkəmə qərarları › İş №1(064)-92/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-92/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-92/2025 10.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs iş üzrə toplanmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2006cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 480,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-47/2024 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-761/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(064)- 9/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 7060,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ilin iyul ayında faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, nikahları xx.xx.2006-cı il tarixdə rəsmi olaraq qeydə alınmış və birgə nikahdan xx.xx.2005-ci il tarixdə Aysu, xx.xx.2006-cı il tarixdə Səfurə, xx.xx.2008-ci il tarixdə Nihad və xx.xx.2016-cı il tarixdə Dəniz adlı 4 (dörd) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan ailədaxili baş verən münaqişələr nəticəsində ailə münasibətləri kəskin şəkildə pisləşmiş, onların birlikdə yaşamaqları qeyri-mümkün olduğundan Zərərçəkmiş şəxs ondan faktiki olaraq ayrılaraq birgə nikahdan anadan olmuş övladlarını onun yanında qoymaqla, anasının yaşadığı ünvana gedərək orada yaşamağa başlamış və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onların nikahına xitam verilərək, birgə nikahdan anadan olan xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılması və xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 Zərərçəkmiş şəxs himayəsində saxlanılması qət edilmişdir. Birgə nikahdan doğulmuş Aysu və Nihad adlı övladları bir müddət onun yanında yaşadıqdan sonra anaları Zərərçəkmiş şəxs yanına gedərək orada yaşamağa başlamışlar. Övladları ilə ayrı yaşadığı gündən bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs aliment və uşaqların rəsmi olaraq himayəsinə verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onların birgə nikahdan anadan olan övladları Zərərçəkmiş şəxs himayəsinə verilməklə, ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2006cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, ümumilikdə 480,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə onun qeydiyyatda olduğu yer üzrə Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin Zərərçəkmiş şəxs ödənilməsi barədə ona rəsmi qaydada bildiriş təqdim edilmişdir. O, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 8 (səkkiz) gün və xx.xx.2025-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bütün bu olanlardan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək yaranmış olan 7060,00 manat aliment borcunu ödəməmişdir. Zərərçəkmiş şəxs ilə evli olduğu müddət ərzində Füzuli rayonu ərazisində fərdi əmək fəaliyyəti ilə yəni fərqli işlərdə fəhlə kimi fəaliyyət göstərmiş, Qarabağ bölgəsində tikilən yeni evlərdə fəhlə kimi işləyərək, gündəlik 30,00 manat olmaqla aylıq 900,00 manat qazanc əldə etmişdir. Hazırda "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləyir, 560 manat əmək haqqı vardır. Məhkəmə qarşısında söz verir ki, hər ay Zərərçəkmiş şəxs ödəniş etməklə, ona olan aliment borcunu tam ödəyəcəkdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Odur ki, yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ilin iyul ayında el adəti ilə toy edərək faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, nikahları xx.xx.2006-cı il tarixdə rəsmi olaraq qeydə alınmış və onların nikahından xx.xx.2005-ci il tarixdə Aysu, xx.xx.2006-cı il tarixdə Səfurə, xx.xx.2008-ci il tarixdə Nihad və xx.xx.2016-cı il tarixdə Dəniz adlı 4 (dörd) övladları doğulmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onların nikahına xitam verilərək, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 Təqsirləndirilən şəxs himayəsində saxlanılması və xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 onun himayəsində saxlanılması qət edilmişdir. Birgə nikahdan doğulmuş Aysu və Nihad adlı övladları ondan bir müddət ayrı yaşadıqdan sonra ona zəng edərək atalarının himayəsində qalmaq istəmədiklərini, daima ona zəng edərək atalarının onları incitdiklərini və onun yanına gedərək onun ilə birgə qalmaq istədiklərini bildirmişlər. Aysu və Nihad ilə ayrı yaşadığı gündən bir ay keçdikdən sonra həmin uşaqlar onun yanına gedərək onun ilə birgə yaşamağa başlamış, uşaqların ataları bir neçə dəfə gəlib uşaqları aparmaq istəsələr də Aysu və Nihad atalarına onun ilə yaşamaq istəmədiklərini bildirmişlər. Bir müddət övladlarına tək baxdıqdan sonra, yəni təxminən 2 (iki) il keçdikdən sonra o, aliment və uşaqların rəsmi olaraq onun himayəsinə verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onların birgə nikahdan doğulmuş övladları onun himayəsinə verilməklə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, ümumilikdə 480,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra aidiyyəti üzrə icra olunması məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Füzuli rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin ona ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmədiyi üçün, Füzuli Rayon Məhkəməsinin müvafiq qərarları ilə 2 dəfə inzibati qaydada həbs edilmiş, həmçinin icra məmurunun təqdimatına əsasən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin bütün bu olanlara baxmayaraq, Təqsirləndirilən şəxs öz qərəzli hərəkətlərini davam etdirərək, ona olan aliment borcundan ödəniş etməmişdir. Bundan sonra icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2025-ci il tarixədək ona yaranmış olan 7060,00 manat aliment borcunu ödəməmişdir. Onlar evli olduqları müddət ərzində Təqsirləndirilən şəxs Füzuli rayonu ərazisində fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Qarabağ bölgəsində tikilən yeni evlərdə fəhlə kimi fəaliyyət göstərərək kifayət qədər qazanc əldə etmişdir. Hazırda da Təqsirləndirilən şəxs əmək fəaliyyəti göstərir, "xxxx" adlı adlı şirkətdə çalışır və ona olan borcunu ödəmək qabiliyyətindədir. Məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs yüngül, həbslə bağlı olmayan cəza təyin edilsin ki, o, işləyib aliment borcunu ödəyə bilsin. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-47/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 480,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar tələbkara və məhkəməyə göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Təqsirləndirilən şəxs rəsmən təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Həmçinin Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Müvafiq icra sənədi üzrə olan tələb borclu Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyinə görə borclu barəsində Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-71/2024 saylı qərarı ilə borclu Təqsirləndirilən şəxs 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə əlaqədar şöbəyə çağırılmasına baxmayaraq çağırışlara gəlmədiyi üçün barəsində məcburi qaydada gətirilməsi barədə təqdimat ilə məhkəməyə müraciət edilmiş və Füzuli Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı əsasında borclu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəmədiyinə görə yenidən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(064)-9/2025 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-47/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs 7060,00 manat məbləğində aliment borcu yaranmış və icra sənədinin icrasını qərəzli olaraq təmin etməyərək aliment pulunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunmasına, cinayət məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-47/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsini icra etməməkdə davam etməklə həm də faktiki imkanlarından istifadə etməmiş və əməlində qərəzlilik müşahidə olunmuşdur. Bundan əlavə tələbkar Zərərçəkmiş şəxs Füzuli rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən boyun qaçırdığını bildirmiş və borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün İcra Xidməti vasitəsilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(064)-33/2025 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-71/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(064)-9/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İstintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-12/2-612757/25 nömrəli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilimiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə Füzuli Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx.xx.2011-ci il tarixli qanununun 1.1 və 2.1.1-ci bəndinə əsasən çəkilməmiş 08 (səkkiz) ay 10 (on) gün cəzası 400,00 manat cərimə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli “Amnistiya” qərarının 1.7-ci bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əmək fəaliyyəti ilə məşğul olaraq, qazancı orta hesabla aylıq 900,00 manat müqabilində təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına, habelə ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə, qətnaməni icra etmədiyi üçün ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu 7060,00 manat məbləğində ziyandan ödəniş etməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində öz müdafiəsi üçün dəlil gətirməmişdir. Cinayət işində olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(064)-761/2024 saylı və xx.xx.2025-ci il tarixli 3(064)-9/2025 saylı qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-47/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxsi səciyyələndirən hallar: Təqsirləndirilən şəxs – xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan və yaşayan, həmçinin qeydiyyat yeri üzrə Füzuli RİHB-nın Böyük Bəhmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunan şəxsdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-cimaddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə istintaqında və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilmiş və Azərbaycan Respublikası CPM-in 289.3.3-cü maddəsinə əsasən özünü müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı ödəməyə cəhd etməsi, əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum olunmamasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, ona təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayət işinə məhkəmədə baxılan zaman "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləməyə başlamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan da görünür ki, onun qeyd edilən iş yeri üzrə əmək haqqısı 560 manat təşkil edir. O, aylıq olaraq aliment borcunu əmək haqqından ödəyəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs uşaqlarından üçü yetkinlik yaşına çatmış, o, həmin uşaqlar üçün aliment ödəmək öhdəliyindən azad olunmuşdur. Hazırda uşaqlarından biri yetkinlik yaşına çatmayandır. Hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun iş yerindən məhrum olmaqla yaranmış aliment borcunu və bir yetkinlik yaşına çatmayan uşağının da yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulmalı olan aliment öhdəliyinin icrasına mane yaradacaq. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onların davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. Cinayət işi üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin pridmeti kimi istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəbdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak tələbi yoxdur. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci – yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinda nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar