Məhkəmə qərarları › İş №1(065)-1/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-1/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-1/2025 09.01.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx xxxxxx 1983-cü ildə Ağdərə rayonu Manikli kaəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ağdərə rayonu Məlikli kəndində qeydiyyatda olan, faktiki olaraq Ağdam rayonu Quzunlı qəsəbəsi «Məcburi köçkün düşərgəsi»ndə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən dövlət mülkiyyəti sayılan fərdi yaşayış evində olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 20 sentyabr 2024-cü ildə saat 14 radələrində Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 1 (bir) ədəd dəyəri 130 manat olan “İndesit” markalı paltaryuyan maşını, 1 (bir) ədəd dəyəri 70 manat olan 10 litr su tutumuna malik su isidici minutkanı, 1 (bir) ədəd dəyəri 50 manat olan “LG AL152W” markalı videomaqnitafonu, 1 (bir) ədəd dəyəri 10 manat olan listuru, 1 (bir) ədəd dəyəri 15 manat olan isidici aləti, 1 (bir) ədəd dəyəri 40 manat olan “Monlinex” markalı kartof qızardan avadanlığı, 1 (bir) ədəd dəyəri 15 manat olan “Canon” markalı katrici və 4 (dörd) ədəd ümumi dəyəri 24 manat olan rəsim çərçivəsini gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 354 (üç yüz əlli dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 sentyabr 2024-cü ildə istifadəsində olan “Passat CC” markalı 90XK013 qeydiyyat nişanlı avtomobillə səyahət məqsədi ilə Xankəndi şəhərinə gəlmişdir. Xankəndi şəhərini saat 14 radələrində avtomobillə dolaşarkən 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısında – küçədə müxtəlif məişət əşyaları yığıldığını görmüşdür. Həmin əşyaların sahibsiz olmasını zənn etdiyindən avtomobili saxlamış və oradan 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq, qadın çantası götürərək maşına yığmışdır. Həmin gün saat 23 radələrində Xankəndi şəhərində yerləşən “Araz” marketin yaxınlığında olarkən polis əməkdaşları avtomobilə yığdığı əşyaları görmüş və və buna görə də, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində avtomobilə baxış keçirilən zaman qeyd olunan əşyalar aşkar edilərək götürülmüşdür. Həmin əşyaları fərdi yaşayış evinin həyətyanı sahəsi və içərisindən deyil, küçədən götürməsinə baxmayaraq, əməli düzgün tövsif olunmamışdır. Buna gödə, ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı – 21 sentyabr 2024-cü il tarixli şübhəli, 23 sentyabr 2024-cü il və 21 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, 20 sentyabr 2024-cü ildə saat 14 radələrində Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin giriş qapısını açıb evin həyətinə və içərisinə daxil olaraq oradan 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq, qadın çantası götürmüşdür. Təqsirləndirilən şəxsin əməlini etiraf etməməsinə baxmayaraq, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən Xankəndi əşərəində yerləşən bütün daşınmaz əşyalar içrəsində olan əmlaklar ilə birlikdə dövlət mülkiyyəti sayılır. Bu məqsədlə şəhər ərazisində yerləşən bütün evlərin üzərinə “Dövlət mülkiyyətidir və giriş qadağandır” elanı asılmışdır. Müvafiq elan hazırki iş üzrə talama əməlinin baş verdiyi fərdi yaşayış evinin giriş darvazasına da asılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü ildə saat 14 radələrində Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin giriş qapısını açıb evin həyətinə və içərisinə daxil olaraq oradan 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq, qadın çantası götürmüşdür. Hazırda bütün əşyalar geri qaytarıldığından Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbəri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2024-cü ildə saat 23 radələrində xidmətdə olan zaman “Passat CC” markalı 90XK013 qeydiyyat nişanlı avtomobilin içrəsində müxtəlif məişət əşyaları görmüşdür. Bu zaman həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və əşyaları haradan əldə etməsini soruşmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əşyaları 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinə daxil olmaqla götürdüyünü bildirmişdir. Bundan sonra Musayev X3 Şəhər Polis Şöbəsinə dəvət olunmuş və orada avtomobilə videoçəkilişlə baxış keçirilən zaman avtomobildən 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq, qadın çantası aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə Təqsirləndirilən şəxs istifadəsində olan “Passat CC” markalı 90XK013 qeydiyyat nişanlı avtomobilə baxış keçirilən avtomobilin salonundan və yük yerindən 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq, qadın çantası aşkar edilərək götürülmüşdür. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs qeyd olunan əşyaları həmin gün saat 14 radələrində Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin giriş qapısını açıb evin həyətinə və içərisinə daxil olaraq oradan götürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 oktyabr 2024-cü il tarixli 3-16-16/2-9/8109/2024 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Ekspertiza təyini haqqında qərarda qeyd olunan və fotoşəkilləri təqdim edilmiş 8 adda malların 2024cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 354 manat müəyyən edilir. Digər 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin rəyin tədqiqat hissəsində malların ayrıayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Ümumi Bir ədədinin Ümumi miqdarı qiyməti dəyəri (manatla) (manatla)

1. “İndesit” markalı paltaryuyan maşın 1 130 130,00

2. 10 litr su tutumuna malik su isidici minutka 1 70 70,00

3. “LG AL152W” markalı videomaqnitafon 1 50 50,00

4. listur 1 10 10,00

5. qutuda təzə qab-qacaq 1 aydın deyil 0

6. qab-qacaq 1 aydın deyil 0

7. isidici alət 1 15 15,00

8. “Monlinex” markalı kartof qızardan avadanlıq 1 40 40,00

9. “Canon” markalı katric 1 15 15,00

10. rəsm çərçivəsi 4 6 24,00

11. qadın çantası 1 aydın deyil 0 cəmi: 354,0 Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xankəndi Şəhər Polis Şöbəsinin 20 oktyabr 2024-cü il tarixli 3-13-12211-1890/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü ildə avtomobilindən aşkar olunmuş əşyaları sonuncu həmin gün Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin içərisindən və həyətyanı sahəsindən götürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması barədə” 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi yerində yoxlanılarkən, o, avtomobilindən aşkar olunan 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq və qadın çantasını 20 sentyabr 2024-cü ildə saat 14 radələrində Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin içərisindən və həyətyanı sahəsindən götürdüyünü bildirmişdir. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13.20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında» 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 08 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 20 noyabr 2024cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq və qadın çantası iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun hər bir ittiham epizodu üzrə özünün müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında təqqiq olunmuş sübutlarla birbir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirsizliyini şərtləndirən aşağıdakı dəlili irəli sürmüşlər: - “Passat CC” markalı 90XK013 qeydiyyat nişanlı avtomobildən 20 sentyabr 2024cü ildə aşkar olunan 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq və qadın çantasını Musayev X3 şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin içərisindən və həyətyanı sahəsindən deyil, həmin evin qarşısındakı küçədən götürmüşdür. Müvafiq dəlilin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs qeyd olunan əşyaları Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin içərisindən və həyətyanı sahəsindən götürməsi aşağadıka sübutlarla təsdiq olunur: - «Baxış və götürmənin keçirilməsi barədə» 20 sentyabr 2024-cü il tarixli protokol; - Şübhəli şəxs Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixli dindər protokolu; - Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixli dindər protokolu; - Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolu; - Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixli dindər protokolu; - Xankəndi Şəhər Polis Şöbəsinin 20 oktyabr 2024-cü il tarixli 3-13-12211- 1890/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubu Müdafiə hüququ təmin olunmaqla Təqsirləndirilən şəxs ilə keçirilən qeyd olunan istintaq hərəkətləri zamanı, o, 20 sentyabr 2024-cü ildə saat 14 radələrində Xankəndi şəhərində olan 1 saylı körpələr evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin giriş qapısını açıb evin həyətinə və içərisinə daxil olaraq oradan 1 (bir) ədəd “İndesit” markalı paltaryuyan maşın, 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq, qadın çantası götürdüyünü bildirmiş və onun bildirdiyi qeyd olunan hallar, həmçinin Xankəndi Şəhər Polis Şöbəsinin 20 oktyabr 2024-cü il tarixli 3-13-12211-1890/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubu ilə təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə 25 noyabr 2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan özünə məxsus dindirmə protokolları, habelə qeyd olunan istintaq hərəkətinin protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələr ilə məhkəmə baxışında veridiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ifadəni cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Qeyd olunur ki, təqsirləndirilən şəxsə irəli sürülmüş yekun ittihamda əks olunun təzə qab-qacaq, istifadə olunmuş qab-qacaq və qadın çantasının qiymətinin məhkəmə – əmtəəşünaslıq ekspertizasına dair tərtib olunmuş 30 oktyabr 2024-cü il tarixli 3-16-16/2- 9/8109/2024 nömrəli rəylə müəyyən edilməsi mümkün olmamışdır. Buna baxmayaraq istintaq orqanı “Əşyanın mütəxəssisə təqdim olunması barədə” 21 sentyabr 2024-cü il tarixli protokola istinad edərək 2 (iki) ədəd qutuda təzə qab-qacağın qiymətini 30 manat, işlənmiş qab-qacağın qiymətini 10 manat və 1 ədəd qadın çantasını qiymətini 15 manat müəyyən etmişdir. “Əşyanın mütəxəssisə təqdim olunması barədə” 21 sentyabr 2024-cü il tarixli protokolun məzmunundan görünür ki, iş üzrə mütəxəssis kimi cəlb olunmuş X5 hər hansı təhqiqat aparmadan, yəni elmi və praktiki materiala istinad etmədən ona təqdim olunmuş məlumatları “gözəyarı” qiymətləndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən «Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər». Qanunun qeyd olunan normasının işığında «Əşyanın mütəxəssisə təqdim olunması barədə” 21 sentyabr 2024-cü il tarixli protokolun mümkünlüyünü təhlil edən məhkəmə hesab edir ki, həmin protokol əks olunan məlumatların (qiymətlərin) yaranma mənbəyinə əsaslı şübhə var və şübhənin digər sübutlarla aradan qaldırılması mümkün deyil. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir». Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Qanun həmin müddəalarına əsasən «Əşyanın mütəxəssisə təqdim olunması barədə” 21 sentyabr 2024-cü il tarixli protokol sübutlar siyahısından çıxarılmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə irəli sürülmüş ittihamdan iqtisadi dəyəri olmadağından “1 ədədinin qiyməti 15 manat olmaqla ümumilikdə qiyməti 30 manat olan 2 ədəd qutuda təzə qab-qacaq, 6 ədəd ümumi qiyməti 10 manat olan qab-qacaq və 1 ədəd qiyməti 15 manat olan qadın çantası ilə bağlı müddəalar xaric edilməli və onun oğurluq əməli nəticəsində vurduğu ümumi ziyanın miqdarı 354 manat müəyyən olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq və 1 (bir) ədəd qadın çantası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan cinayət hadisəsi olmadığına görə: - “1 ədədinin qiyməti 15 manat olmaqla ümumilikdə qiyməti 30 manat olan 2 ədəd qutuda təzə qab-qacaq, 6 ədəd ümumi qiyməti 10 manat olan qab-qacaq və 1 ədəd qiyməti 15 manat olan qadın çantası ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü ildən 23 sentyabr 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Ağdam rayon İcra və probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 10 litr su tutumuna malik su isidici minutka, 1 (bir) ədəd “LG AL152W” markalı videomaqnitafon, 1 (bir) ədəd listur, 1 (bir) ədəd isidici alət, 1 (bir) ədəd “Monlinex” markalı kartof qızardan avadanlıq, 1 (bir) ədəd “Canon” markalı katric, 4 (dörd) ədəd rəsim çərçivəsi, qab-qacaq və 1 (bir) ədəd qadın çantası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar