Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-12/2025 23.06.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi Möhubbət oğlunun iştirakları ilə xx xxxx 1987-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş şəhəri Lütfü Məmmədbəyov küçəsi ev 34-də qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.1 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 fevral 2025-ci ildə məlum olmayan mənbədən 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsini, 1 (bir) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısını (1 (bir) ədəd “F-1” tipli əl qumbarasının gövdəsi ilə 1 (bir) ədəd “UZRQM” tipli alışdırıcı-partladıcı komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır) və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçağı qanunsuz əldə edib, üzərində gəzdirməklə, daşıyaraq müvəqqəti yaşadığı – Xankəndi şəhərində yerləşən çoxmənzilli binada olan mənzilin yataq otağındakı çarpayınını üzərində olan döşəyin altında gizlətməklə saxlamış, 11 fevral 2025-cü ildə saat 20 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin mənzilə baxış keçirilən zaman müvafiq döyüş sursatı və soyuq silah aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 yanvar 2025-ci ildən hadisə gününə qədər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin mərmər sexində usta işləmiş, vəzifəsini xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək həmin Cəmiyyətin Xocalı rayonunda yerləşən sexində, xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək Cəmiyyətin Kəlbəcər rayonunda yerləşən sexində, xx.xx.2025-ci ildən təkrarən Xocalı rayonunda icra etmişdir. "xxxx" MMC-nin Xocalı rayonunda yerləşən sexində işləyən zaman Xankəndi şəhərində müvəqqəti olaraq mənzillə təmin olunmuşdur. Həmin mənzildə, özü ilə yanaşı, iş yoldaşları – Təqsirləndirilən şəxs Aydın oğlu, X2, X8 və X5 da yaşamışlar. 11 fevral 2025-ci ildə işdən gəldikdən sonra – saat 20 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları müvəqqəti yaşadığı mənzilə gəlmiş və razılığı ilə baxış keçirmişlər. Baxış zamanı yataq otağındakı çarpayının üzərində olan döşəyin altından 1 (bir) ədəd “F-1” tipli əl qumbarası, 1 (bir) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partlıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Həmin predmetlərə aidiyyəti yoxdur və onların kim tərəfindən gətirilərək mənzilə yerləşdirilməsini bilmir. Lakin həmin silahların X2 tərəfindən mənzilə yerləşdirilməsini güman edir. Polis əməkdaşları ailə üzvlərini tutacaqları hədəsi ilə təhdid etdikləri və işini kömək edəcəklərinə dair vəd verdikləri üçün, müvafiq predmetlərin özünə məxsus olmasını etiraf etmişdir. Buna görə də, bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı – 13 fevral 2025-ci il tarixli şübhəli, həmin tarixli təqsirləndirilən şəxs qismində vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə verdiyi qeyd olunan ifadələrində göstərmişdir ki, 09 fevral 2025-ci ildə işdən sonra müvəqqəti iyaşadığı mənzilə bir neçə əşya axtarmaq üçün binalı gəzmişdir. Bu zaman binaların birinin qarşasında yerləşən qarajın arxasında sellofan paket diqqətini cəlb etmiş və paketə baxarkən içərisində 1 (bir) ədəd əl qumbarası, 1 (bir) ədəd qumbaranın kapsulu və 1 (bir) ədəd süngü bıçaq olduğunu görmüşdür. Həmin silah-sursat diqqətini cəlb etdiyindən müvafiq əşyaları yaşadığı evə gətirmiş və çarpayısındakı döşəyin altında gizlətmişdir. Polis əməkdaşları 11 fevral 2025-ci ildə həmin əşyaları aşkar edən zaman, silah-sursatın özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin əməlini etiraf etməməsinə baxmayaraq, onun qeyd olunan cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla da, tam təsdiq olunur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 11 fevral 2025-ci ildə Təqsirləndirilən şəxs yaşadığı mənzildə silah-sursat saxlaması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs razılığı ilə həmin tarixdə polis əməkdaşları – Şahid2 və X3 ilə birlikdə qeyd olunan mənzilə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı mənzilin yataq otağındakı çarpayınını üzərində olan döşəyin altından 1 (bir) ədəd “F-1” tipli əl qumbarası, 1 (bir) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partlıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs müvafiq silah-sursatın özünə məxsus olduğunu və 09 fevral 2025-ci ildən yaşadığı binadan bir qədər aralıda yerləşən qarajın arxasından tapdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı təsir və təzyiq olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları – Şahid2 və X3 digər Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təxminən beş ildir ki, təqsirləndirlən şəxsi tanıyır və onun "xxxx" MMC-də usta kimi işə düzəlməsində vasitəçi olmuşdur. Təqsirləndirilən şəxs və digərlərinin yaşadığı mənlildə 2024-cü ilin noyabr ayında yalnız bir dəfə olmuşdur. Bundan sonra həmin mənzilə getməmiş və oranın açarını ümumiyyətlə əldə etməmişdir. Təqsirləndirilən şəxsin yaşadığı mənzildən aşkar olunan silah-sursatın kim tərəfindən ora gətirilməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs onun barəsində bildirdikləri yalan və iftiradır. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Aydın oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də işləyən zaman Xankəndi şəhərində müvəqqəti olaraq mənzillə təmin edilmişdir. Həmin mənzildə özü ilə yanaşı – Təqsirləndirilən şəxs, X8 və X5 da yaşamışdır. Evin açarı hər birində olmuşdur. 11 fevral 2025-ci ildə saat 20 radələrində Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı mənzilə gəlmiş və evə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra, onları mənzildən çıxarılmış, yalnız təqsirləndirilən şəxsin iştirakı ilə mənzilə baxış keçirilmişdir. Yalnız baxışını sonunda evdən silah-surat tapıldığını və həmin predmetlərin təqsirləndirilən şəxsə məxsus olduğunu bilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən nə ona, nə də ki, digər şəxslərə təsir və təzyiq olunmamışdır. İşin məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 digər şahid Təqsirləndirilən şəxs Aydın oğlu ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə müvəqqəti yaşadığı – Xankəndi şəhəri “Zəngəzur” restoranı yaxınlığında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzilə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış keçirilməsi barədə» 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı – Xankəndi şəhəri “Zəngəzur” restoranı yaxınlığında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən mənzilə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi yataq otağındakı çarpayının döşəyinin altından 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd əl qumbarası və 1 (bir) ədəd qumbara kapsulu aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı həmin predmetləri yaşadığı binadan bir qədər aralıda yerləşən qarajın arxasında olan sellofan paketin içərisindən tapdığını və yaşadığı mənzilə gətirərək saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 12 fevral 2025-cü il tarixli 25/204 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının patladıcısıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi ilə 01 ədəd əşya “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə birləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatlarıdırlar. MDB dövlətlərinin hərbi qüvvələrində istehsal olunur, tamlığının pozulmadığına görə təyinatları üzrə istifadə üçün yararlıdırlar”. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 12 fevral 2025-ci il tarixli 25/60 nömrəli arayışından görünür ki, “Tədqiqata təqdim edilmiş qında olan, bıçaq, zavod üsulu ilə istehsal olunmuş hərbi təyinatlı Kalaşnikov konstruksiyalı avtomatların süngü bıçağıdır və kəsici deşici xassəli soyuq silahdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 04 aprel 2025-ci il tarixli 3/299 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilən 01 ədəd bıçağın tiyəsinin uzunluğu 150 mm stayinin uzunluğu 116 mm olmaqla zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçaqıdır, soyuq silah hesab edilir və üzərində sonradan hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 18 aprel 2025ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsi, 1 (bir) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcı (1 (bir) ədəd “F-1” tipli əl qumbarasının gövdəsi ilə 1 (bir) ədəd “UZRQM” tipli palışdırıcı-partladıcı komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır) və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20.35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 14 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı – xx.xx.2010-cu il təvəllüdlü Naibə adlı və xx.xx.2023-cü il təvəllüdlü Ramal və 1 (bir) nəfər yetkinlik yaşına çatmamış – xx.xx.2008-ci il təvəllüdlü Məryəm adlı uşağı var. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 26 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X4 “Süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi pT2N0M0 mərhələ İİA” diaqnuzlu xəstəlikdən əziyyət çəkir. İş materiallarında olan “Ambulator xəstənin tibbi kartasından” çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs qızı Naibə Abdullayeva “B talasemiyya” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan “AMT Klinika”-nın 05 iyun 2020-ci il tarixli çıxarışepikrizindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Ramal Abdullayev “sağ gözün daxili çəpgözlüyü” xəstəliyindən əziyyət çəkir. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi dəlil məhkəmə istintaqında təqqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı Fuad Allahverdiyevin təqsirsizliyini şərtləndirən aşağıdakı dəlili irəli sürmüşdür: - 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsi, 1 (bir) ədəd “UZRQM” tipli “F- 1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısı (1 (bir) ədəd “F-1” tipli əl qumbarasının gövdəsi ilə 1 (bir) ədəd “UZRQM” tipli palışdırıcı-partladıcı komplektləşdirildikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır) və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçağına onun aidiyyəti yoxdur. Müvafiq dəlilin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs qeyd olunan əşyalara sahiblənməsi, üzərində gəldirib daşımaqla müvəqqəti yaşadığı mənzildə saxlaması aşağadıka sübutlarla təsdiq olunur: - «Baxış keçirilməsi barədə» 11 fevral 2025-ci il tarixli protokol; - Şübhəli şəxs Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixli dindirmə protokolu; - Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixli dindirmə protokolu; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 12 fevral 2025-cü il tarixli 25/204 nömrəli ekspert rəyi; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 04 aprel 2025-ci il tarixli 3/299 nömrəli ekspert rəyi Müdafiə hüququ təmin olunmaqla Təqsirləndirilən şəxs ilə keçirilən qeyd olunan istintaq hərəkətləri zamanı verdiyi ifadələrində göstərmişdir ki, «… Mən Xankəndi şəhərinə gəldikdən sonra 09 fevral 2025-ci ildə tarixdə təxminən saat 18 radələrində şəhər ərazisini gəzib yaşadığım evə lazım olası müəyyən məişət əşyaları toplamaq istəyərkən yaşadığım binadan təxminən 500 metr aralıda sahibsiz və boş qalmış qarajın arxa tərəfində sellofan torba gördüm və mənə maraq kəsb etdiyi üçün həmin torbanı götürdüm və içərisini açdıqda içərisində 1 ədəd bıçaq, 1 ədəd əl qumbarası və 1 ədəd həmin qumbaranın kapsulu olduğunu gördüm. Bundan sonra mən həmin bıçağı, qumbara və kapsulanı götürərək yaşadığım evə gətirib mənzilə daxil olduqda sol tərəfdə yerləşən otaqda çarpayının döşəyinin altına qoyaraq gizlətdim….». Təqsirləndirilən şəxs şəxs həmin dindirmə protokolunun sonunda əlyazma qaydasında bunu icra etmişdir: «İfadəmi oxudum, düzdür, heç bir əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm». Bundan başqa Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə 19 aprel 2025-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan özünə məxsus dindirmə protokolları, habelə qeyd olunan istintaq hərəkətinin protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs, ibtidai araşdırmanın əvvəlində qeyd olunan məzmunlu ifadə verməsini polis əməkdaşları tərəfindən aldanılması və ailə üzvləri ilə hədələnməsi ilə əsaslandırsa da, sonuncu ibtidai araşdırma dövründə bu barədə nə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə, nə prokurora, nə də ki, hər hansı bir dövlət orqanınn şikayət etməmiş, əksinə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən məhkəmə iclas zalında hadisədən bir neçə gün əvvəl Xankəndi şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən əl qumbarası və digər döyüş sursatları tapdığını və iş yoldaşları ilə birilikdə yaşadığı evə gətirərək, çarpayısının altına qoyduğunu bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi müvafiq ifadələr ilə məhkəmə baxışında veridiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı – xx.xx.2010-cu il təvəllüdlü Naibə adlı və xx.xx.2023-cü il təvəllüdlü Ramal, 1 (bir) nəfər yetkinlik yaşına çatmamış – xx.xx.2008-ci il təvəllüdlü Məryəm adlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, anasının “süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi pT2N0M0 mərhələ İİA”, qızının “B talassemiya” və oğlunun “sağ gözün daxili çəpgözlüyü” xəstəliklərindən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 11 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsi, 1 (bir) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısı və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, müdafiə təyinatlı və natamam döyüş sursatı sayılan “F-1” tipli əl qumbarasının gövdəsi, 1 (bir) ədəd “UZRQM” tipli “F-1”, “RQD-5”, “RQ-42” əl qumbaralarının partladıcısı və 1 ədəd zavod üsulu ilə hazırlanmış, döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi- Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-12/2025
Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-12/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver