Məhkəmə qərarları › İş №1(065)-14/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-14/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-14/2025 18.07.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1990-cı ildə Laçın rayonu Minkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, Laçın rayonu Mirkənd kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xankəndi şəhəri ərazisindən məlum olmayan vaxtda və yerdən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı pulemyotlardan (PK) və “Mosin” konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 5 (beş) ədəd patronu, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 1 (bir) ədəd patronu, habelə 17 aprel 2025-ci ildə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – iki ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri – 4,86 qram və 1,59 qram olmaqla ümumi təmiz çəkisi 6,45 qram olan narkotik vasitə – qurudulmuş marixuananı əldə edib daşıyaraq, Xankəndi şəhərində yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin qonaq otağında saxlamış, 18 aprel 2025ci ildə saat 05 radələrində mənzilə baxış keçirilən zaman müvafiq döyüş sursatları və narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən təxminən 8 ay əvvəl işləmək məqsədilə Xankəndi şəhərinə gəlmiş və müxtəlif restoranlarda müğənnilik fəaliyyəti ilə məşğul olmuşdur. Xankəndi şəhərində yaşadığı dövrdə 5 mərtəbəli binanın 4-cü mərtəbəsində müvəqqəti olaraq yaşamışdır. Həmin mənzilə köçdükdən sonra oradan 5 ədəd patron tapmış və marağını cəlb etdiyindən, patronlara sahiblənməklə özü üçün saxlamışdır. 17 aprel 2025-ci ildə yaşadığı binanın qarşısında gəzərkən yerdən içərisində marixuana olan kibrit qutusu tapmış və şəxsi istifadə məqsədi ilə özü üçün götürmüşdür. 18 aprel 2025-ci ildə saat 05 radələrində evdə olan zaman Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı mənzilə gələrək razılığı ilə baxış keçirmiş və baxış zamanı mənzilin qonaq otağındakı stolun üstüdən narkotik vasitə – qurudulmuş marixuana və oradakı şkafın üzərindən isə 9 ədəd patron aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis X1 bölməsinin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, 18 aprel 2025-ci ildə Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs razılığı ilə həmin tarixdə polis əməkdaşları qeyd olunan mənzilə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı mənzilin qonaq otağında stolun üstündən üstüdən narkotik vasitə – qurudulmuş marixuana və oradakı şkafın üzərindən isə 9 ədəd patron aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və patronların ona məxsus olmasını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid3 digər Şahid2 məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 18 aprel 2025-ci il tarixli raportunun məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, o, həmin tarixdə yaşadığı mənzilə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstlərinin yoxlanılmasına və mənzilə baxılmasına dair» 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin qonaq otağındakı stolun üstündən ümumi təxmini çəkisi 8,1 qram olan narkotik vasitə – qurudulmuş marixuana və oradakı şkafın üzərindən isə 5 ədəd patron aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli 25/673 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ Kalibrli dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62х39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov Konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur. Yuxarıda göstərilən səbəbə görə onlardan 01 ədədi atəş üçün yararlıdır, 01 ədədi atəş üçün yararsızdır. Təqdiqata təqdim edilmiş 01 ədəd güllə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli patronların bir hissəsidir, demontaj olunan gülləsidir və döyüş sursatı hesab edilmir (patron yalnız tam şəkildə, yani metaldan hazırlanmış gilizi, patronun dib hissəsində olan alışdırıcı kapsulu, içərisində barıt komponenti və gülləsi olduqda döyüş sursatı hesab olunur) və hal-hazırda atəş üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 02 ədəd güllələr zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov açmaq üçün nəzərdə tutulmuş 7,62x39 mm Konstruksiyalı avtomatlardan atəş kalibrli patronların bir hissəsidir, demontaj olunan güllələridir və döyüş sursatı hesab edilmir (patron yalnız tam şəkildə, yani metaldan hazırlanmış gilizi, patronun dib hissəsində olan alışdırıcı kapsulu, içərisində barıt komponenti və gülləsi olduqda döyüş sursatı hesab olunur) və hal-hazırda atəş üçün yararsızdırlar”. Rəyə əlavə olunmuş qeydə əsasən “Təqdim edilmiş 5 ədəd 7,62x54 mm kalibrli patronlardan 01 ədədi və 02 ədəd 7,62x39 mm kalibrli patronlardan ikisidə demontaj olundu”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2025-ci il tarixli 16/368 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs məxsus 01 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd kibrit qutusunda təmiz çəkisi 4,86 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkodik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs məxsus 01 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər kütlə" yazı və imzalar kağzı paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 1,74 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 1,59 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs məxsus 01 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 4,86 qram qurudulmuş marixuana və üzərində "Təqsirləndirilən şəxs məxsus 01 ədəd kağız bükümdə narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 1,74 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 1,59 qram olan qurudulmuş marixuana, eynidirlər”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat 80 (səksən) qəpikdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 may 2025-ci il tarixli 749 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epzodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 17 may 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 6,39 qram olan narkotik vasitə – qurudulmuş marixuana və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı pulemyotlardan (PK) və “Mosin” konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş 4 (dörd) ədəd patron iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03.37-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 19 aprel 2025-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 18 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 18 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 6,39 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı pulemyotlardan (PK) və “Mosin” konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş 4 (dörd) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 6,39 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı pulemyotlardan (PK) və “Mosin” konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş 4 (dörd) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar