Məhkəmə qərarları › İş №1(065)-15/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-15/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-15/2025 18.07.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1981-ci ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.2, 177.2.3 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən dövlət mülkiyyəti sayılan fərdi yaşayış evində olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 22 sentyabr 2024-cü ildə Xankəndi şəhərində yerləşən və giriş üzərində “Dövlət mülkiyyətidir və giriş qadağandır” yazısı olan evlərə qanunsuz daxil olaraq oradan 1 (bir) ədəd dəyəri 2 manat olan kiçik ölçülü kapron vanna, 1 (bir) ədəd dəyəri 60 manat olan su isidici minutka, 1 (bir) ədəd dəyəri 150 manat olan “LG DVD” markalı musiqi player və səsucaldıcıları, 1 (bir) ədəd dəyəri 150 manat olan “Samsung DVD” markalı musiqi player, 1 (bir) ədəd dəyəri 80 manat olan “Atlas” markalı mikrodalğalı soba, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan hesablama qurğusu, 3 (üç) ədəd ümumi dəyəri 15 manat olan taxta kəsən mişar, 1 (bir) ədəd dəyəri 3 manat olan bülöv, 2 (iki) ədəd ümumi dəyəri 60 manat olan “UPS” qurğusu, 2 (iki) ədəd ümumi dəyəri 2 manat olan oxlov, 1 (bir) ədəd dəyəri 2 manat olan çömçə, 1 (bir) ədəd dəyəri 4 manat olan bankabağlayan qurğu, 1 (bir) ədəd dəyəri 60 manat olan “LG” markalı monitor, 1 (bir) ədəd dəyəri 2 manat olan klaviatura, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan bıçaq, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan kiçik ölçülü boşqab, 7 (yeddi) ədəd ümumi dəyəri 8 manat 40 qəpik olan orta ölçülü boşqab, 6 (altı) ədəd ümumi dəyəri 9 manat olan böyük ölçülü boşqab, 36 (otuz altı) ədəd ümumi dəyəri 36 manat olan yağ bıçağı, 36 (ədəd) ədəd ümumi dəyəri 36 manat olan çay qaşığı, 16 (on altı) ədəd ümumi dəyəri 16 manat olan fincan, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan fincan, 1 (bir) ədəd dəyəri 40 manat olan yolka, 37 (otuz yeddi) ədəd ümumi dəyəri 37 manat olan xörək qaşığı, 3 (üç) ədəd ümumi dəyəri 9 manat olan mis qaşıq, 2 (iki) ədəd ümumi dəyəri 6 manat olan mis çəngəl, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan keramik tava, 1 (bir) ədəd dəyəri 5 manat olan qazan, 1 (bir) ədəd dəyəri 5 manat olan meyvə qabı, 1 (bir) ədəd dəyəri 25 manat olan çilçırağı gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 880 (səkkiz yüz səksən) manat 40 (qırx) qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 22 sentyabr 2024-cü ildə Xankəndi şəhəri ərazisində 1 (bir) ədəd soyuq silahı – döyüş təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü bıçağı əldə edərək “VAZ 2107” markalı 55BX015 qeydiyyat nişanlı avtomobildə saxlamış və həmin gün saat 22.30-da qeyd olunan avtomobilə baxış keçirilərkən qeyd olunan soyuq silah ön sərnişin oturacağının ayaq altı hissəsindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən dövlət mülkiyyəti sayılan fərdi yaşayış evində olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 08 oktyabr 2024-cü ildə Xankəndi şəhərindən yerləşən və giriş üzərində “Dövlət mülkiyyətidir və giriş qadağandır” yazısı olan evlərə qanunsuz daxil olaraq oradan 46 (qırx altı) ədəd ümumi dəyəri 46 manat olan sadə dayaz boşqab, 30 (otuz) ədəd ümumi dəyəri 60 manat olan kasa boşqab, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan bəzəkli dayaz boşqab, 4 (dörd) ədəd ümumi dəyəri 60 manat olan çil-çıraq (lüstur), 2 (iki) ədəd ümumi dəyəri 10 manat olan iri ölçülü meyvə qabı, 2 (iki) ədəd ümumi dəyəri 8 manat olan kiçik ölçülü meyvə qabı, 1 (bir) ədəd dəyəri 50 manat olan “Geepas” meyvə qurudan avadanlıq, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan 1 litrlik dəmir çaydan, 4 (dörd) ədəd ümumi dəyəri 12 manat olan 1 litrlik şüşə çaynik, 6 (altı) ədəd ümumi dəyəri 6 manat olan kiçik həcmli nəlbəki, 4 (dörd) ədəd ümumi dəyəri 8 manat olan orta ölçüdə şəkər qabı, 20 (iyirmi) ədəd ümumi dəyəri 20 manat olan adi çəngəl, 32 (otuz iki) ədəd ümumi dəyəri 32 manat olan adi qaşıq, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan xörək qaşığı, 30 (otuz) ədəd ümumi dəyəri 30 manat olan adi stəkan, 1 (bir) ədəd dəyəri 6 manat olan meyvə doğrayan avadanlıq, 1 (bir) ədəd ümumi dəyəri 25 manat olan “Elsa” markalı ütü, 1 (bir) ədəd dəyəri 6 manat olan 2 litrlik su qrafini gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 429 (dörd yüz iyirmi doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə 22 sentyabr 2024-cü ildə istifadəsində olan “VAZ 2107” markalı 55BX015 qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərinə səfər etmişdir. Xankəndi şəhərinin girişində olan blok posda avtomobili saxlayaraq, postda rəhbər şəxs olan Anar adlı əməkdaşdan, geri qayıdarkən şəhərdən hansı məhsulların çıxarılmasına güzəşt olunduğunu soruşmuş, cavabında sonuncu küçəyə tökülmüş qab-qacağı apara biləcəyini nəzərinə çatdırmışdır. Bundan sonra şəhərə daxil olub, bir qədər gəzdikdən sonra, küçələrdə olan 1 (bir) ədəd su isidici minutka, 1 (bir) ədəd “LG DVD” markalı musiqi player və səsucaldıcıları, 1 (bir) ədəd “Samsung DVD” markalı musiqi player, 1 (bir) ədəd “Atlas” markalı mikrodalğalı soba, 2 (iki) ədəd hesablama qurğusu, 3 (üç) ədəd taxta kəsən mişar, 1 (bir) ədəd bülöv, 2 (iki) ədəd “UPS” qurğusu, 2 (iki) ədəd oxlov, 1 (bir) ədəd çömçə, 1 (bir) ədəd bankabağlayan qurğu, 1 (bir) ədəd “LG” markalı monitor, 1 (bir) ədəd klaviatura, 2 (iki) ədəd bıçaq, 12 (on iki) ədəd kiçik ölçülü boşqab, 7 (yeddi) ədəd orta ölçülü boşqab, 6 (altı) ədəd böyük ölçülü boşqab, 36 (otuz altı) ədəd yağ bıçağı, 36 (ədəd) ədəd çay qaşığı, 16 (on altı) ədəd fincan, 8 (səkkiz) ədəd fincan, 1 (bir) ədəd yolka, 37 (otuz yeddi) ədəd xörək qaşığı, 3 (üç) ədəd mis qaşıq, 2 (iki) ədəd mis çəngəl, 3 (üç) ədəd keramik tava, 1 (bir) ədəd qazan, 1 (bir) ədəd meyvə qabı, 1 (bir) ədəd çilçıraq götürərək avtomobilinə yığmışdır. Avtomobilin ön sərnişin oturacağının ayaq altı hissəsində olan süngü bıçağı özü deyil, məhz əlil övladı götürərək ora qoymuşdur. Həmin günü Xankəndi şəhərində çıxani zaman blok postda avtomobili yoxlanılarkən qeyd olunan əşyalar aşkar edilərək götürülmüşdür. Lakin Anar adlı polis əməkdaşı ona əşya aparması ilə bağlı icazə verməsini danmışdır. Təkrarən 08 oktyabr 2024-cü ildə yenidən Xankəndi şəhəri gəlmiş və küçələri gəzərkən adamların evlərin həyətinə yığılan əşyalardan götürdüyünü görmüş və artıq həmin predmetlərin aparılmasına icza verildiyini güman etmişdir. Bu səbəbdən özü də, 46 (qırx altı) ədəd sadə dayaz boşqab, 30 (otuz) ədəd kasa boşqab, 8 (səkkiz) ədəd bəzəkli dayaz boşqab, 4 (dörd) ədəd çilçıraq (lüstur), 2 (iki) ədəd iri ölçülü meyvə qabı, 2 (iki) ədəd kiçik ölçülü meyvə qabı, 1 (bir) ədəd “Geepas” meyvə qurudan avadanlıq, 3 (üç) ədəd 1 litrlik dəmir çaydan, 4 (dörd) ədəd 1 litrlik şüşə çaynik, 6 (altı) ədəd kiçik həcmli nəlbəki, 4 (dörd) ədəd orta ölçüdə şəkər qabı, 20 (iyirmi) ədəd adi çəngəl, 32 (otuz iki) ədəd adi qaşıq çəngəl, 12 (on iki) ədəd xörək qaşığı, 30 (otuz) ədəd adi stəkan, 1 (bir) ədəd meyvə doğrayan avadanlıq, 1 (bir) ədəd “Elsa” markalı ütü, 1 (bir) ədəd 2 litrlik su qrafini götürərək avtomobilinə yığmış və həmin gün şəhəri tərk edən zaman blok pastda həmin əşyalar avtomobildən aşkar olunmuşdur. Həmin əşyaları tullantı olaraq götürdüyü üçün barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən Xankəndi şəhərində yerləşən bütün daşınmaz əşyalar içrəsində olan əmlaklar ilə birlikdə dövlət mülkiyyəti sayılır. Bu məqsədlə şəhər ərazisində yerləşən bütün evlərin üzərinə “Dövlət mülkiyyətidir və giriş qadağandır” elanı asılmışdır. Müvafiq elan hazırki iş üzrə talama əməlinin baş verdiyi mənzillərin və fərdi yaşayış evlərinin də giriş qapısına asılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il və 08 oktiyabr 2024-cü il tarixlərdə Xankəndi şəhərində bir neçə mənzilə daxil olaraq, oradan ittihamda təsvir edilmiş əşyaları oğurlamışdır. Hazırda bütün əşyalar geri qaytarıldığından təqsirləndirilən şəxslərlə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün taqım komandiri X4 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2024-cü ildə Xankəndi şəhərinin girişində olan 4 nömrəli stasionar postda – post komandiri kimi xidmətdə olmuşdur. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 2107” markalı 55BX015 qeydiyyat nişanlı avtomobillə posta yaxınlaşmış və avtomobilə vizual baxış keçriən zaman, orada 1 (bir) ədəd dəyəri 2 manat olan kiçik ölçülü kapron vanna, 1 (bir) ədəd dəyəri 60 manat olan su isidici minutka, 1 (bir) ədəd dəyəri 150 manat olan “LG DVD” markalı musiqi player və səsucaldıcıları, 1 (bir) ədəd dəyəri 150 manat olan “Samsung DVD” markalı musiqi player, 1 (bir) ədəd dəyəri 80 manat olan “Atlas” markalı mikrodalğalı soba, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan hesablama qurğusu, 3 (üç) ədəd ümumi dəyəri 15 manat olan taxta kəsən mişar, 1 (bir) ədəd dəyəri 3 manat olan bülöv, 2 (iki) ədəd ümumi dəyəri 60 manat olan “UPS” qurğusu, 2 (iki) ədəd ümumi dəyəri 2 manat olan oxlov, 1 (bir) ədəd dəyəri 2 manat olan çömçə, 1 (bir) ədəd dəyəri 4 manat olan bankabağlayan qurğu, 1 (bir) ədəd dəyəri 60 manat olan “LG” markalı monitor, 1 (bir) ədəd dəyəri 2 manat olan klaviatura, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan bıçaq, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan kiçik ölçülü boşqab, 7 (yeddi) ədəd ümumi dəyəri 8 manat 40 qəpik olan orta ölçülü boşqab, 6 (altı) ədəd ümumi dəyəri 9 manat olan böyük ölçülü boşqab, 36 (otuz altı) ədəd ümumi dəyəri 36 manat olan yağ bıçağı, 36 (ədəd) ədəd ümumi dəyəri 36 manat olan çay qaşığı, 16 (on altı) ədəd ümumi dəyəri 16 manat olan fincan, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan fincan, 1 (bir) ədəd dəyəri 40 manat olan yolka, 37 (otuz yeddi) ədəd ümumi dəyəri 37 manat olan xörək qaşığı, 3 (üç) ədəd ümumi dəyəri 9 manat olan mis qaşıq, 2 (iki) ədəd ümumi dəyəri 6 manat olan mis çəngəl, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan keramik tava, 1 (bir) ədəd dəyəri 5 manat olan qazan, 1 (bir) ədəd dəyəri 5 manat olan meyvə qabı, 1 (bir) ədəd dəyəri 25 manat olan çilçıraq, habelə ön sərnişin oturağacının altında 1 (bir) ədəd süngü bıçaq olduğu müəyyən edilmişdir. İlkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin əşyaları Anar adlı polis əməkdaşından icazə aldıqdan sonra Xankəndi şəhəri ərazisindən yığdığını bildirmişdir. Lakin həmin hal tərəflərindən yoxlanılmış və təqsirləndirilən şəxsə belə bir icazə verilməsi təsdiqini tapmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 digər şahid X2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş ifadəsində göstərmişdir ki, Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid6 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2024-cü ildə Xankəndi şəhərinin girişində olan 4 nömrəli stasionar postda – post komandiri kimi xidmətdə olmuşdur. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 2107” markalı 55BX015 qeydiyyat nişanlı avtomobillə posta yaxınlaşmış və avtomobilə vizual baxış keçirən zaman avtomobilin salonunda 46 (qırx altı) ədəd ümumi dəyəri 46 manat olan sadə dayaz boşqab, 30 (otuz) ədəd ümumi dəyəri 60 manat olan kasa boşqab, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan bəzəkli dayaz boşqab, 4 (dörd) ədəd ümumi dəyəri 60 manat olan çilçıraq (lüstur), 2 (iki) ədəd ümumi dəyəri 10 manat olan iri ölçülü meyvə qabı, 2 (iki) ədəd ümumi dəyəri 8 manat olan kiçik ölçülü meyvə qabı, 1 (bir) ədəd dəyəri 50 manat olan “Geepas” meyvə qurudan avadanlıq, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan 1 litrlik dəmir çaydan, 4 (dörd) ədəd ümumi dəyəri 12 manat olan 1 litrlik şüşə çaynik, 6 (altı) ədəd ümumi dəyəri 6 manat olan kiçik həcmli nəlbəki, 4 (dörd) ədəd ümumi dəyəri 8 manat olan orta ölçüdə şəkər qabı, 20 (iyirmi) ədəd ümumi dəyəri 20 manat olan adi çəngəl, 32 (otuz iki) ədəd ümumi dəyəri 32 manat olan adi qaşıq, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan xörək qaşığı, 30 (otuz) ədəd ümumi dəyəri 30 manat olan adi stəkan, 1 (bir) ədəd dəyəri 6 manat olan meyvə doğrayan avadanlıq, 1 (bir) ədəd ümumi dəyəri 25 manat olan “Elsa” markalı ütü, 1 (bir) ədəd dəyəri 6 manat olan 2 litrlik su qrafini olduğu müəyyən olunmuşdur. İlkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin əşyaları Xankəndi şəhərində yerləşən sahibsiz evlərdən yığdığını bildirmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 22 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 2107” markalı 55BX015 qeydiyyat nişanlı avtomobilə baxış keçirələn zaman avtomobildən 1 (bir) ədəd dəyəri 2 manat olan kiçik ölçülü kapron vanna, 1 (bir) ədəd dəyəri 60 manat olan su isidici minutka, 1 (bir) ədəd dəyəri 150 manat olan “LG DVD” markalı musiqi player və səsucaldıcıları, 1 (bir) ədəd dəyəri 150 manat olan “Samsung DVD” markalı musiqi player, 1 (bir) ədəd dəyəri 80 manat olan “Atlas” markalı mikrodalğalı soba, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan hesablama qurğusu, 3 (üç) ədəd ümumi dəyəri 15 manat olan taxta kəsən mişar, 1 (bir) ədəd dəyəri 3 manat olan bülöv, 2 (iki) ədəd ümumi dəyəri 60 manat olan “UPS” qurğusu, 2 (iki) ədəd ümumi dəyəri 2 manat olan oxlov, 1 (bir) ədəd dəyəri 2 manat olan çömçə, 1 (bir) ədəd dəyəri 4 manat olan bankabağlayan qurğu, 1 (bir) ədəd dəyəri 60 manat olan “LG” markalı monitor, 1 (bir) ədəd dəyəri 2 manat olan klaviatura, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan bıçaq, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan kiçik ölçülü boşqab, 7 (yeddi) ədəd ümumi dəyəri 8 manat 40 qəpik olan orta ölçülü boşqab, 6 (altı) ədəd ümumi dəyəri 9 manat olan böyük ölçülü boşqab, 36 (otuz altı) ədəd ümumi dəyəri 36 manat olan yağ bıçağı, 36 (ədəd) ədəd ümumi dəyəri 36 manat olan çay qaşığı, 16 (on altı) ədəd ümumi dəyəri 16 manat olan fincan, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan fincan, 1 (bir) ədəd dəyəri 40 manat olan yolka, 37 (otuz yeddi) ədəd ümumi dəyəri 37 manat olan xörək qaşığı, 3 (üç) ədəd ümumi dəyəri 9 manat olan mis qaşıq, 2 (iki) ədəd ümumi dəyəri 6 manat olan mis çəngəl, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan keramik tava, 1 (bir) ədəd dəyəri 5 manat olan qazan, 1 (bir) ədəd dəyəri 5 manat olan meyvə qabı, 1 (bir) ədəd dəyəri 25 manat olan çilçıraq, habelə ön sərnişin oturacağının altında 1 (bir) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 08 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ 2107” markalı 55BX015 qeydiyyat nişanlı avtomobilə baxış keçirələn zaman avtomobildən 46 (qırx altı) ədəd ümumi dəyəri 46 manat olan sadə dayaz boşqab, 30 (otuz) ədəd ümumi dəyəri 60 manat olan kasa boşqab, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan bəzəkli dayaz boşqab, 4 (dörd) ədəd ümumi dəyəri 60 manat olan çil-çıraq (lüstur), 2 (iki) ədəd ümumi dəyəri 10 manat olan iri ölçülü meyvə qabı, 2 (iki) ədəd ümumi dəyəri 8 manat olan kiçik ölçülü meyvə qabı, 1 (bir) ədəd dəyəri 50 manat olan “Geepas” meyvə qurudan avadanlıq, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan 1 litrlik dəmir çaydan, 4 (dörd) ədəd ümumi dəyəri 12 manat olan 1 litrlik şüşə çaynik, 6 (altı) ədəd ümumi dəyəri 6 manat olan kiçik həcmli nəlbəki, 4 (dörd) ədəd ümumi dəyəri 8 manat olan orta ölçüdə şəkər qabı, 20 (iyirmi) ədəd ümumi dəyəri 20 manat olan adi çəngəl, 32 (otuz iki) ədəd ümumi dəyəri 32 manat olan adi qaşıq çəngəl, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan xörək qaşığı, 30 (otuz) ədəd ümumi dəyəri 30 manat olan adi stəkan, 1 (bir) ədəd dəyəri 6 manat olan meyvə doğrayan avadanlıq, 1 (bir) ədəd ümumi dəyəri 25 manat olan “Elsa” markalı ütü, 1 (bir) ədəd dəyəri 6 manat olan 2 litrlik su qrafini aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2024-cü il tarixli 9/7921 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olmaları nəzərə alınmaqla 30 adda malların 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 880,40 manat müəyyən edilir. Həmin rəyin tədqiqat hissəsində malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Miqdarı Bir Ümumi (ədəd) ədədinin dəyəri qiyməti (manatla) (manatla)

1. 01 ədəd kiçik ölçülü kapron vanna 1 2 2

2. 01 ədəd su isidici minutka 1 60 60

3. 01 ədəd "LG DVD" markalı musiqi player 1 150 150 və səsucaldıcıları

4. 01 ədəd "Samsung DVD" markalı musiqi 1 150 150 player

5. 01 ədəd "Atlas" markalı mikrodalğalı soba 1 80 80

6. 02 ədəd hesablama qurğusu 2 2 4

7. 03 ədəd taxta kəsən mişar 3 5 15

8. 01 ədəd bülöv 1 3 3

9. 02 ədəd "UPS" qurğusu 2 30 60

10. 02 ədəd oxlov 2 1 2

11. 01 ədəd çömçə 1 2 2

12. 01 ədəd bankabağlayan qurğu 1 4 4

13. 01 ədəd "LG" markalı monitor 1 60 60

14. 01 ədəd klaviatura 1 2 2

15. 02 ədəd bıçaq 2 2 4

16. 12 ədəd kiçik ölçülü boşqab 12 1 12

17. 07 ədəd orta ölçülü boşqab 7 1.20 8.4

18. 06 ədəd böyük ölçülü boşqab 6 1.50 9

19. 36 ədəd yağ bıçağı 36 1 36

20. 36 ədəd çay qaşığı 36 1 36

21. 16 ədəd fincan 16 1 16

22. 08 ədəd fincan 8 1 8

23. 01 ədəd yolka 1 40 40

24. 37 ədəd xörək qaşığı 37 1 37

25. 03 ədəd mis qaşığı 3 3 9

26. 02 ədəd mis çəngəli 2 3 6

27. 03 ədəd keramik tava 3 10 30

28. 01 ədəd qazan 1 5 5

29. 01 ədəd meyvə qabı 1 5 5

30. 01 ədəd çilçıraq 1 25 25 cəmi: 880.40 Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2024-cü il tarixli 9/8507 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 16 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 363 manat müəyyən olunur. Həmin rəyin tədqiqat hissəsində malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Miqdarı Bir Ümumi (ədəd) ədədinin dəyəri qiyməti (manatla) (manatla)

1. Sadə dayaz boşqab 46 ədəd 1 46

2. Kasa boşqab 30 ədəd 2 60

3. Bəzəkli dayaz boşqab 08 ədəd 1 8

5. İri ölçülü meyvə qabı 02 ədəd 5 10

6. Kiçik ölçülü meyvə qabı 02 ədəd 4 8

7. İstifadə olunmuş “Geepas” meyvə qurudan 01 ədəd 50 50 avadanlıq

8. İstifadə olunmamış 1 litrlik dəmir çaydan 03 ədəd 10 30

9. İstifadə olunmamış 1 litrlik şüşə çaynik 04 ədəd 3 12

10. Kiçik həcmli nəlbəki 06 ədəd 1 6

11. Orta ölçüdə şəkər qabı 04 ədəd 2 8

12. Adi çəngəl 20 ədəd 1 20

13. Adi qaşıq çəngəl 32 ədəd 1 32

14. Xörək qaşığı 12 ədəd 1 12

15. Adi stəkan 30 ədəd 1 30

17. İstifadə olunmuş “Elsa” markalı ütü 01 ədəd 25 25

18. İstifadə olunmuş 2 litrlik su qrafini 01 ədəd 6 6 cəmi: 363,00 Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən tərtib olunmuş 26 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 4 (dörd) ədəd istifadə olunmuş çilçırağın (1 ədədi 15 manat) ümumi dəyəri 60 manat, 1 (bir) ədəd istifadə olunmuş meyvə doğrayan avadanlığın dəyəri 6 manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2024-cü il tarixli 3/1646nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçağdır, soyuq silah hesab edilir və üzərində hər hansı əlavə və dəyişikliklər edilməmiş, təyinatı dəyişdirilməmişdir.”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 77 (yetmiş yeddi) manatdır. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 22 sentyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22.05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 08 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23.10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Xankəndi Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 08 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 2 (iki) ay həddində seçilmiş «həbs» növündə qətimkan tədbiri həmin müddətə «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saa 10.30-da tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 29 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Nikah haqqında” və “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ilə Qəhrəmanova (nikahdan sonra – Məmmədova) Günay Tofiq qızı 13 avqust 2013-cü ildə nikah bağlamış, onların birgə nikahından xx.xx.2013-cü ildə Aylin, xx.xx.2015-ci ildə Ayan və xx.xx.2016-cı ildə Ayxan adlı övladları doğulub. İş materiallarında olan tibbi sənədlərdən və arayışlardan görünür ki, xx.xx.2016-cı ildə Ayxan Məmmədov “Natamam ostegenez. Aşağı və yuxarı ətrafların pataloji bitişmiş sınıqlardan sonrakı vəziyyət» diaqnozlu xəstəlikdən əziyyət çəkməklə əlildir. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzitbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli 319 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi arvadı Günay Məmmədova və üç nəfər övladından ibarətdir, arvadı işləmir. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hindarx qəsəbə inzitbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 oktyabr 2024-cü il tarixli verilmiş xasiyyətnamədən görürür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 07 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 29 may 2025-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd dəyəri 2 manat olan kiçik ölçülü kapron vanna, 1 (bir) ədəd dəyəri 60 manat olan su isidici minutka, 1 (bir) ədəd dəyəri 150 manat olan “LG DVD” markalı musiqi player və səsucaldıcıları, 1 (bir) ədəd dəyəri 150 manat olan “Samsung DVD” markalı musiqi player, 1 (bir) ədəd dəyəri 80 manat olan “Atlas” markalı mikrodalğalı soba, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan hesablama qurğusu, 3 (üç) ədəd ümumi dəyəri 15 manat olan taxta kəsən mişar, 1 (bir) ədəd dəyəri 3 manat olan bülöv, 2 (iki) ədəd ümumi dəyəri 60 manat olan “UPS” qurğusu, 2 (iki) ədəd ümumi dəyəri 2 manat olan oxlov, 1 (bir) ədəd dəyəri 2 manat olan çömçə, 1 (bir) ədəd dəyəri 4 manat olan bankabağlayan qurğu, 1 (bir) ədəd dəyəri 60 manat olan “LG” markalı monitor, 1 (bir) ədəd dəyəri 2 manat olan klaviatura, 2 (iki) ədəd ümumi dəyəri 4 manat olan bıçaq, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan kiçik ölçülü boşqab, 7 (yeddi) ədəd ümumi dəyəri 8 manat 40 qəpik olan orta ölçülü boşqab, 6 (altı) ədəd ümumi dəyəri 9 manat olan böyük ölçülü boşqab, 36 (otuz altı) ədəd ümumi dəyəri 36 manat olan yağ bıçağı, 36 (ədəd) ədəd ümumi dəyəri 36 manat olan çay qaşığı, 16 (on altı) ədəd ümumi dəyəri 16 manat olan fincan, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan fincan, 1 (bir) ədəd dəyəri 40 manat olan yolka, 37 (otuz yeddi) ədəd ümumi dəyəri 37 manat olan xörək qaşığı, 3 (üç) ədəd ümumi dəyəri 9 manat olan mis qaşıq, 2 (iki) ədəd ümumi dəyəri 6 manat olan mis çəngəli, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan keramik tava, 1 (bir) ədəd dəyəri 5 manat olan qazan, 1 (bir) ədəd dəyəri 5 manat olan meyvə qabı, 1 (bir) ədəd dəyəri 25 manat olan çilçıraq, 46 (qırx altı) ədəd ümumi dəyəri 46 manat olan sadə dayaz boşqab, 30 (otuz) ədəd ümumi dəyəri 60 manat olan kasa boşqab, 8 (səkkiz) ədəd ümumi dəyəri 8 manat olan bəzəkli dayaz boşqab, 4 (dörd) ədəd ümumi dəyəri 60 manat olan çilçıraq (lüstur), 2 (iki) ədəd ümumi dəyəri 10 manat olan iri ölçülü meyvə qabı, 2 (iki) ədəd ümumi dəyəri 8 manat olan kiçik ölçülü meyvə qabı, 1 (bir) ədəd dəyəri 50 manat olan “Geepas” meyvə qurudan avadanlıq, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan 1 litrlik dəmir çaydan, 4 (dörd) ədəd ümumi dəyəri 12 manat olan 1 litrlik şüşə çaynik, 6 (altı) ədəd ümumi dəyəri 6 manat olan kiçik həcmli nəlbəki, 4 (dörd) ədəd ümumi dəyəri 8 manat olan orta ölçüdə şəkər qabı, 20 (iyirmi) ədəd ümumi dəyəri 20 manat olan adi çəngəl, 32 (otuz iki) ədəd ümumi dəyəri 32 manat olan adi qaşıq çəngəl, 12 (on iki) ədəd ümumi dəyəri 12 manat olan xörək qaşığı, 30 (otuz) ədəd ümumi dəyəri 30 manat olan adi stəkan, 1 (bir) ədəd dəyəri 6 manat olan meyvə doğrayan avadanlıq, 1 (bir) ədəd ümumi dəyəri 25 manat olan “Elsa” markalı ütü, 1 (bir) ədəd dəyəri 6 manat olan 2 litrlik su qrafini, habelə döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.5-ci maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 (üç) nəfər azyaşlı uşağının olmasını, uşağı Ayxan Məmmədovun “Natamam ostegenez. Aşağı və yuxarı ətrafların pataloji bitişmiş sınıqlardan sonrakı vəziyyət» diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.5-ci maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və sonuncu qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd kiçik ölçülü kapron vanna, 1 (bir) ədəd su isidici minutka, 1 (bir) ədəd “LG DVD” markalı musiqi player və səsucaldıcıları, 1 (bir) ədəd “Samsung DVD” markalı musiqi player, 1 (bir) ədəd “Atlas” markalı mikrodalğalı soba, 2 (iki) ədəd hesablama qurğusu, 3 (üç) ədəd taxta kəsən mişar, 1 (bir) ədəd bülöv, 2 (iki) ədəd “UPS” qurğusu, 2 (iki) ədəd oxlov, 1 (bir) ədəd çömçə, 1 (bir) ədəd bankabağlayan qurğu, 1 (bir) ədəd “LG” markalı monitor, 1 (bir) ədəd klaviatura, 2 (iki) ədəd bıçaq, 12 (on iki) ədəd kiçik ölçülü boşqab, 7 (yeddi) ədəd orta ölçülü boşqab, 6 (altı) ədəd böyük ölçülü boşqab, 36 (otuz altı) ədəd yağ bıçağı, 36 (ədəd) ədəd çay qaşığı, 16 (on altı) ədəd fincan, 8 (səkkiz) ədəd fincan, 1 (bir) ədəd yolka, 37 (otuz yeddi) ədəd xörək qaşığı, 3 (üç) ədəd mis qaşıq, 2 (iki) ədəd mis çəngəl, 3 (üç) ədəd keramik tava, 1 (bir) ədəd qazan, 1 (bir) ədəd meyvə qabı, 1 (bir) ədəd çilçıraq, 46 (qırx altı) ədəd sadə dayaz boşqab, 30 (otuz) ədəd kasa boşqab, 8 (səkkiz) ədəd bəzəkli dayaz boşqab, 4 (dörd) ədəd çil-çıraq (lüstur), 2 (iki) ədəd iri ölçülü meyvə qabı, 2 (iki) ədəd kiçik ölçülü meyvə qabı, 1 (bir) ədəd “Geepas” meyvə qurudan avadanlıq, 3 (üç) ədəd 1 litrlik dəmir çaydan, 4 (dörd) ədəd 1 litrlik şüşə çaynik, 6 (altı) ədəd kiçik həcmli nəlbəki, 4 (dörd) ədəd orta ölçüdə şəkər qabı, 20 (iyirmi) ədəd adi çəngəl, 32 (otuz iki) ədəd adi qaşıq çəngəl, 12 (on iki) ədəd xörək qaşığı, 30 (otuz) ədəd adi stəkan, 1 (bir) ədəd meyvə doğrayan avadanlıq, 1 (bir) ədəd “Elsa” markalı ütü, 1 (bir) ədəd 2 litrlik su qrafini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza ekspertiza tədqiqatının dəyəri olan 177 (yüz yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü ildən 23 sentyabr 2024-cü ilədək, 08 oktyabr 2024-cü ildən 08 dekabr 2024-cü ilədək, 29 may 2024-cü ildən hazırki tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay 20 (iyirmi) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Ağcabədi rayonu İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd kiçik ölçülü kapron vanna, 1 (bir) ədəd su isidici minutka, 1 (bir) ədəd “LG DVD” markalı musiqi player və səsucaldıcıları, 1 (bir) ədəd “Samsung DVD” markalı musiqi player, 1 (bir) ədəd “Atlas” markalı mikrodalğalı soba, 2 (iki) ədəd hesablama qurğusu, 3 (üç) ədəd taxta kəsən mişar, 1 (bir) ədəd bülöv, 2 (iki) ədəd “UPS” qurğusu, 2 (iki) ədəd oxlov, 1 (bir) ədəd çömçə, 1 (bir) ədəd bankabağlayan qurğu, 1 (bir) ədəd “LG” markalı monitor, 1 (bir) ədəd klaviatura, 2 (iki) ədəd bıçaq, 12 (on iki) ədəd kiçik ölçülü boşqab, 7 (yeddi) ədəd orta ölçülü boşqab, 6 (altı) ədəd böyük ölçülü boşqab, 36 (otuz altı) ədəd yağ bıçağı, 36 (ədəd) ədəd çay qaşığı, 16 (on altı) ədəd fincan, 8 (səkkiz) ədəd fincan, 1 (bir) ədəd yolka, 37 (otuz yeddi) ədəd xörək qaşığı, 3 (üç) ədəd mis qaşıq, 2 (iki) ədəd mis çəngəl, 3 (üç) ədəd keramik tava, 1 (bir) ədəd qazan, 1 (bir) ədəd meyvə qabı, 1 (bir) ədəd çilçıraq, 46 (qırx altı) ədəd sadə dayaz boşqab, 30 (otuz) ədəd kasa boşqab, 8 (səkkiz) ədəd bəzəkli dayaz boşqab, 4 (dörd) ədəd çilçıraq (lüstur), 2 (iki) ədəd iri ölçülü meyvə qabı, 2 (iki) ədəd kiçik ölçülü meyvə qabı, 1 (bir) ədəd “Geepas” meyvə qurudan avadanlıq, 3 (üç) ədəd 1 litrlik dəmir çaydan, 4 (dörd) ədəd 1 litrlik şüşə çaynik, 6 (altı) ədəd kiçik həcmli nəlbəki, 4 (dörd) ədəd orta ölçüdə şəkər qabı, 20 (iyirmi) ədəd adi çəngəl, 32 (otuz iki) ədəd adi qaşıq çəngəl, 12 (on iki) ədəd xörək qaşığı, 30 (otuz) ədəd adi stəkan, 1 (bir) ədəd meyvə doğrayan avadanlıq, 1 (bir) ədəd “Elsa” markalı ütü, 1 (bir) ədəd 2 litrlik su qrafini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 177 (yüz yetmiş yeddi) manat X3 tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar