Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-16/2025 18.07.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə xx xxx 1986-cı ildə Beyləqan rayonu Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əmək fəaliyyətilə məşğul olan, Beyləqan rayonu Əlinəzərli kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.5ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının ortalarında ünvan 1 ünvanda yerləşən mənzildən tapdığı "Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağı qanunsuz olaraq əldə edib qanunsuz yaşadığı həmin mənzilin mətbəx otağındakı qaz sobasının üzərində saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 10 mart 2025-ci il tarixdə saat 14 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, həmin mənzilə baxış keçirilən zaman, mənzilin mətbəxindəki qaz sobasının üzərindən həmin soyuq silah aşkar edilərək ondan götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəllərində işləmək üçün Xankəndi şəhərinə gəlmiş və müxtəlif obyektlərdə çalışmışdır. Hadisədən əvvəl «Lider avto» avtomobil sexində yuyucu işləmişdir. Orada işlədiyi müddətdə rəhbəlik tərəfindən sexə ayrılmış mənzildə yaşamışdır. Lakin sonradan həmin mənzilin iş yerindən uzaq olmasını və orada yaşayan digər şəxslərin yaşlı olmasını nəzərə alaraq, mənzildən çıxmış və şəhərin mərkəzində – «Rahat» supermarketin yaxınlığında olan 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 2 otaq və 1 mətbəxdən ibarət yaşayış olmayan mənzildə özbaşına məskunlaşmışdır. Qeyd olunan mənzildə yaşadığı dövrdə, oradan süngü bıçaq tapmış və ona sahiblənməklə istifadə etmişdir. 10 mart 2025-ci ildə günorta saatlarında evdə olan zaman Xankəndi Şəhər Polis Şöbəsinin gələrək, razılığı ilə mənzilə baxış keçirmişlər və baxış zamanı mənzilin mətbəxindəki qaz sobasının üzərindən 1 (bir) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 10 mart 2025-ci ildə Təqsirləndirilən şəxs yaşadığı mənzildə soyuq silah saxlaması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Şahid2 razılığı ilə həmin tarixdə polis əməkdaşları – X3 və Şahid3 ilə birlikdə qeyd olunan mənzilə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı mənzilin mətbəxindəki qaz sobasının üzərindən 1 (bir) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bıçağı şəxsi istifadə məqsədi ilə evdə saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və X6 digər Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 şahid X5 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı – Xankəndi şəhərində olan 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 2 otaq və 1 mətbəxdən ibarət mənzilə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixli ərizəsindən görünür ki, o, həmin tarixdə müvəqqəti yaşadığı – Xankəndi şəhərində olan 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 2 otaq və 1 mətbəxdən ibarət mənzilə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış keçirilməsi barədə» 11 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı – Xankəndi şəhəri “Rahat” supermarketin yaxınlığında olan 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, 2 otaq və 1 mətbəxdən ibarət mənzilə videoçəkilişlə baxış keçirilən zaman mənzilin mətbəxindəki qaz sobasının üzərindən 1 (bir) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 may 2025-ci il tarixli 16/383 rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilən 01 ədəd bıçaq və onun qını zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı (“Kalaşnikov konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaqdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manatdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 09 may 2025-cü il tarixli qərardan görünür ki, "Kalaşnikov" konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd süngü bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı – xx.xx.2014-cü il təvəllüdlü Akif və xx.xx.2017-ci il təvəllüdlü Məryəm adlı uşaqları var. İş materiallarında olan İ-69679, İ-12751 və İ-18737 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək davam edən İİ Qarabağ müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə «Vətən müharibəsi iştirakçısı», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.5-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək davam edən İİ Qarabağ müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə «Vətən müharibəsi iştirakçısı», «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(065)-16/2025
Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-16/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver