Məhkəmə qərarları › İş №1(065)-19/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-19/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-19/2025 18.08.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxx 2001-ci ildə Ağdam rayonu Evoğlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 47-də qeydiyyatda olan, faktiki olaraq Ağdam rayonu Evoğlu kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakı talamaq qərarına gəlmiş, bu məqsədlə 01 aprel 2025-ci ildə Zərərçəkmiş şəxs müvəqqəti olaraq yaşadığı – Xankəndi şəhərində 3.4/17 koordinatda yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə qapını sındırmaq yolu ilə daxil olaraq, oradan 1 (bir) ədəd dəyəri 2500 manat olan “Samsung Z-Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd dəyəri 400 manat olan “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd dəyəri 750 manat olan “Apple Watch 8 Ultra” markalı qol saatı, 1 (bir) ədəd dəyəri 340 manat olan “Apple” firmasına aid “Airpods” qulaqcıq, 1 (bir) ədəd dəyəri 240 manat olan “Apple” firmasına aid “Airpods” qulaqcıq, 30 (otuz) ədəd ümumi dəyəri 150 manat olan “Marlboro” markalı siqaret, 2 (iki) ədəd ümumi dəyəri 140 manat olan “DC King” markalı ətir, 2 (iki) ədəd ümumi dəyəri 500 manat olan “Dior Savage” markalı ətir və içərisində 150 manat nağd pul olan 1 (bir) ədəd dəyəri 20 manat olan pul qabını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 5190 (beş min yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakı talamaq məqsədi ilə 16 aprel 2025-ci ildə Xankəndi şəhərində 3.4/17 koordinatda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında dayanan və Zərərçəkmiş şəxs məxsus “Niva” markalı 90YD554 dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək salonuna daxil olub, oradan 1 (bir) ədəd dəyəri 150 manat olan “Pioneer” markalı maqintafon, 1 (bir) ədəd dəyəri 25 manat olan sayrışan işıq siqnal və avtomobilin üzərində quraşdırılmış dəyəri 30 manat olan dövlət nömrə nişanını gizli yolla talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 205 (iki yüz beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 noyabr 2024-cü ildə işləmək məqsədilə Xankəndi şəhərinə gəlmiş və müxtəlif yerlərdə fəhlə kimi çalışmışdır. Xankəndi şəhərində oluduğu müddətdə 3.4/17 koordinatda yerləşən 5 mərtəbəli yaşayış binasında olan mənzillərdən birində qalmışdır. Zərərçəkmiş şəxs da onun qaldığı binada 2-ci blok 5-ci mərtəbədə yaşamışdır. Zərərçəkmiş şəxs müvəqqəti olaraq yaşadığı mənzilə 01 aprel 2025-ci ildə gecə saatlarında daxil olaraq oradan 1 (bir) ədəd “Samsung Z-Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “Apple Watch 8 Ultra” markalı qol saatı, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 30 (otuz) ədəd “Marlboro” markalı siqaret, 2 (iki) ədə “DC King” markalı ətir, 2 (iki) ədəd “Dior Savage” markalı ətir və içərisində 150 manat nağd pul olan 1 (bir) ədəd pul qabını götürmüşdür. Bundan başqa 16 aprel 2025-ci ildə gecə saatlarında qaldığı binanın qarşısında dayanan “Niva” markalı 90YD554 dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək salonuna daxil olub, oradan 1 (bir) ədəd “Pioneer” markalı maqintafon, 1 (bir) ədəd sayrışan işıq siqnal və avtomobilin üzərində quraşdırılmış dövlət nömrə nişanını əldə etmişdir. Əməlindən peşmandır. Bütün əşyalar və pul vəsaiti zərərçəkmiş şəxsə qaytarıldığından və onunla barışıq əldə etdiyindən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 20 avqust 2024-cü ildən Şuşa şəhərində yerləşən “İsa bulağı” restoranında müdir müavini vəzifəsində işləyir. Şuşa şəhərində işləməsinə baxmayaraq yaşayış mənzili ilə Xankəndi şəhərində təmin olunmuşdur. 01 aprel 2025-ci ildə gecə saatlarında işdən qayıdarkən mənzilin qapısının sındığını görmüşdür. Evə daxil olub əşyaları yoxlayan zaman evdən 1 (bir) ədəd “Samsung Z-Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “Apple Watch 8 Ultra” markalı qol saatı, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 30 (otuz) ədəd “Marlboro” markalı siqaret, 2 (iki) ədə “DC King” markalı ətir, 2 (iki) ədəd “Dior Savage” markalı ətir və içərisində 150 manat nağd pul olan 1 (bir) ədəd pul qabını götürüldüyünü müəyyənləşdirmişdir. Bu barədə dərhal Xankəndi Şəhər Polis Şöbəsinə məlumat vermişdir. Bundan başqa 16 aprel 2025-ci ildə işə gedən zaman binanın qarşısında dayanan “Niva” markalı 90YD554 dövlət qeydiyyat nişanlı avtomobilindən 1 (bir) ədəd “Pioneer” markalı maqintafon, 1 (bir) ədəd sayrışan işıq siqnal və avtomobilin üzərində quraşdırılmış dövlət nömrə nişanın oğurlandığını görmüşdür. Bu hadisə barədə də, polis əməlumat vermişdir. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı yaşadığı mənzildən və avtomobilindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs götürdüyü əşyaları qaytarmaqla ona dəymiş maddi ziyanı tam ödəmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayının 21-dən Şuşa şəhərində yerləşən “İsa bulağı” restoranında fəhlə işləməyə başlamışdır. Onunla yanaşı arvadı Şahid3 da, orada xadimə işləmişdir. 31 mart 2025-ci ildə işdən çıxdıqdan sonra Şahid3 ilə bilikdə Zərərçəkmiş şəxs Xankəndi şəhərində yaşadığı evi təmizləməyə gəlmişlər. Turanə evi təmizlədikdən sonra qapının kilidini bağlayaraq getmişlər. 01 aprel 2025-ci ildə Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq olduğunu eşitmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 məhkəməyə bildirdiyinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs müvəqqəti olaraq yaşadığı – Xankəndi şəhərində 3.4/17 koordinatda yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci blokunun 5-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə baxış keçirilən zaman, mənzilin giriş qapısının klidinin sındırıldığını və oradan 1 (bir) ədəd “Samsung Z-Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “Apple Watch 8 Ultra” markalı qol saatı, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 30 (otuz) ədəd “Marlboro” markalı siqaret, 2 (iki) ədə “DC King” markalı ətir, 2 (iki) ədəd “Dior Savage” markalı ətir və içərisində 150 manat nağd pul olan 1 (bir) ədəd pul qabının götürüldüyünü müəyyənləşdirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «İfadənin yerində yoxlanılması barədə» 17 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2025-ci ildə Zərərçəkmiş şəxs yaşadığı mənzildən 1 (bir) ədəd “Samsung Z- Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “Apple Watch 8 Ultra” markalı qol saatı, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 30 (otuz) ədəd “Marlboro” markalı siqaret, 2 (iki) ədə “DC King” markalı ətir, 2 (iki) ədəd “Dior Savage” markalı ətir və içərisində 150 manat nağd pul olan 1 (bir) ədəd pul qabını götürdüyü yerləri, habelə 16 aprel 2025-ci ildə Zərərçəkmiş şəxs məxsus “Niva” markalı 90YD554 dövlət qeydiyyat nişanlı avtomobildən 1 (bir) ədəd “Pioneer” markalı maqintafon, 1 (bir) ədəd sayrışan işıq siqnal və avtomobilin üzərində quraşdırılmış dövlət nömrə nişanı götürdüyü yerləri göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin 01 may 2025-ci il tarixli 3-13-16/2- 88341/2025 nömrəli məktubdan görünür ki, dövlət qeydiyyat nişanı üçün dövlət rüsumu 30 manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 07 iyul 2025-ci il tarixli ƏM-P/004/2025 nömrəli “Əmlakın qiymətləndirilməsi ilə bağlı rəy”dən görünür ki, 1 (bir) ədəd “Samsung Z- Flip” markalı mobil telefon aparatının dəyəri 2500 manat, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatının dəyəri 400 manat, 1 (bir) ədəd “Apple Watch 8 Ultra” markalı qol saatının dəyəri 750 manat, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcığın dəyəri 340 manat, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcığın dəyəri 240 manat, 30 (otuz) ədəd “Marlboro” markalı siqaretin ümumi dəyəri 150 manat, 2 (iki) ədəd “DC King” markalı ətirin ümumi dəyəri 140 manat, 2 (iki) “Dior Savage” markalı ətirin ümumi dəyəri 500 manat, 1 (bir) ədəd dəmir pul qabının dəyəri 20 manat, 1 (bir) ədəd “Pioneer” markalı maqintafonun dəyəri 150 manat, 1 (bir) ədəd sayrışan işıq siqnalın dəyəri 25 manat, qeyd olunan əşyalırın ümumi dəyəri 5215 (beş min iki yüz on beş) manatdır. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 17 aprel 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19.40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan «Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında» 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 30 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 09 iyul 2025-ci il tarixli qərardan görünür ki, 1 (bir) ədəd “Samsung Z-Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 2 (iki) “Dior Savage” markalı ətir, 1 (bir) ədəd dəmir pul qabı, 1 (bir) ədəd “Pioneer” markalı maqintafon, 1 (bir) ədəd sayrışan işıq siqnalı və 90YD554 dövlət qeydiyyat nişanı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 11 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş maddi ziyan tamamilə ödəmiş, buna görə də, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan İ-2363, İ-6476 və İ-82150 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Səfərbərli və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 09 iyun 2022-ci il tarixli 181 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində Füzuli rayonu istiqamətində N saylı hərbi hissəsinin tərkibində döyüş əməliyyatlarında iştirak edərək xəsarət almışdır. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, Qarabağ müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralanmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Samsung Z-Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 2 (iki) “Dior Savage” markalı ətir, 1 (bir) ədəd dəmir pul qabı, 1 (bir) ədəd “Pioneer” markalı maqintafon, 1 (bir) ədəd sayrışan işıq siqnalı və 90YD554 dövlət qeydiyyat nişanı Zərərçəkmiş şəxs təhvil verildiyindən, qaytarılmış hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 aprel 2025-ci ildən 19 aprel 2025-ci ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Ağdam rayon İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və 1 (bir) ədəd “Samsung Z-Flip” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “İphone 8” markalı mobil telefon aparatı, 1 (bir) ədəd “Apple” firmasına aid “Airpods” qulaqcıq, 2 (iki) “Dior Savage” markalı ətir, 1 (bir) ədəd dəmir pul qabı, 1 (bir) ədəd “Pioneer” markalı maqintafon, 1 (bir) ədəd sayrışan işıq siqnalı və 90YD554 dövlət qeydiyyat nişanı Zərərçəkmiş şəxs təhvil verildiyindən, qaytarılmış hesab olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar