Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 1(065)-2/2024 04.07.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci ildə Kürdəmir rayonu Mürtülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, «X1» Məhdud Məsuliyyətli Cəmiyyətdə usta işləyən, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2024-cü ildə saat 12.50-də Xankəndi şəhəri Kərkicahan qəsəbəsində aralarında şəxsi münasibətlər nəticəsində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə sifət nahiyəsinə qəsdən vuraraq ona sol gözün ağlı qişasında geniş ölçülü qansızma, sol gözətrafı nahiyənin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, sonuncudan heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Buna gördə cinayət işinə xitam verilməsini xahiş edərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 10 iyun 2024-cü il tarixli 444 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözün ağlı qişasında geniş ölçülü qansızması, sol gözətrafı nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər». İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən 03 iyul 2024-cü ildə yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddiası, şikayət və tələbi yoxdur. İş materiallarında olan cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 04 iyul 2024-cü ildə yazılmış ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən, barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 14 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən “Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir”. Azərbaycan Respublikası CPM-in 40.3 maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır». Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və ona dəymiş maddi ziyanı ödədiyi üçün Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-2/2024
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №1(065)-2/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver