Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-26/2025 06.11.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayonu Ceyhun Hacıbəyli küçəsi ev 66 mənzil 55-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 127.2.1, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 iyun 2025-ci ildə Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında keçirilən iş yoldaşının doğum günü mərasimində tanış olduğu Zərərçəkmiş şəxs1 doğum günü olan iş yoldaşı ilə gecəni bir yerdə keçirməkdən imtina etməsini bəhanə edib, 25 iyun 2025-ci ildə saat 01.20-də Zərərçəkmiş şəxs1 yaşadığı – Xankəndi şəhərindəki “İn City” hotelinin yaxınlığında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, əvvəlcə evin içərisində, sonra ictimai yer hesab olunan – evin həyətyanı sahəsinin darvazasının qarşısında, digər şəxslə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlətməklə, şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan hərəkətlər edərək, sonuncuya əli ilə zor tətbiq etməklə, ona sağ saidin aşağı 1/3-nin iç yan səthinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bu zaman yaranmış səs-küyə görə hadisə yerinə gəlmiş qonşular – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qeyd olunan hüquqazidd hərəkətlərlə, yəni Zərərçəkmiş şəxs1 sağlamlığına və birgəyaşayış qaydalarına yönəlik əməllərlə bağlı ictimai qaydanın qorunması vəzifəsini yerinə yetirərkən, Zərərçəkmiş şəxs3 əli ilə zor tətbiq etməklə, sonuncunun dəyəri 3000 manat olan “Tissot” markalı qol saatını zədələnmiş, Zərərçəkmiş şəxs2 isə əli ilə zor tətbiq etməklə, ona xuliqanlıq niyyəti ilə sağ əl pəncəsi arxa səthinin qançırı və sağ əlin V barmağının daraq sümüyünün proksimal ucunda oynaqdaxili yerdəyişən sınığı ilə müşayiət olunan və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır dərəcəli bədən xəsarətləri vurmuş, bununla da, bir qrup şəxs halında ictimai borucunun yerinə yetirən şəxslərə qarşı xuliqanlıq etməklə, eyni zamanda həmin vəzifəni icra edən şəxsə qarşı xuliqanlıq niyyəti ilə qəsdən az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən günə qədər «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləmişdir. 24 iyun 2025-ci il iş yoldaşı Şahid1 özünə Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında doğum günü keçirmişdir. Həmin tədbirdə, özü və digər iş yoldaşları ilə yanaşı, İlqarın tanışı Zərərçəkmiş şəxs1, habelə sonuncunun rəfiqəsi olan Əfsanə adlı müğənni iştirak etmişdir. Tədbir zamanı digər iştirakçılarla yanaşı, Zərərçəkmiş şəxs1 ilə də birlikdə spirtli içki qəbul etmişdir. Məclisin sonuncu da, Aysun və Əfsanə məclisi tərk etmişlər. Həmin vaxt İlqar ona şəhər ərazisində qanunsuz məskunlaşma olduğunu demiş və bununla bağlı reyd keçirməyi təklif etmişdir. Buna görə, İlqarla birlikdə Xankəndi şəhərindəki “İn City” hotelinin yaxınlığında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. İlqarın göstərdiyi mənzildə elektrik lampası yandığından, həmin eydə yaşayış olmasını yəqin etmişlər. Bu zaman həyətin giriş darvazasını tıqqıllatsa da, açan olmamışdır. Belə olan halda darvazanı açaraq həyətə keçmiş və evin giriş qapısını tıqqıllatmış, lakin yenə də, qapını açan olmamışdır. Belə olan halda yan tərəfdə açıq olan pəncərədən evə daxil olmuş və bu zaman Aysun Cəbrayılov ilə qarşılaşmışdır. Aysun qışqıran zaman onu sakitləşdirməyə çalışmış və ona evə məhz qanunsuz məskunlaşma faktına görə gəldiklərini, sonuncunun orada yaşamısından xəbərsiz olduğunu bildirmişdir. Buna baxmayaraq Aysun yüksək səs tonu ilə onun evdən çıxmasını tələb etmişdir. Bu zaman həyətdə də səs-küy eşitmiş və darvazanın qarşısına gəlmişdir. Orada İlqarın iki nəfər şəxslə – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3la mübahisə etmələri görmüş və özüdə mübahisəyə müdaxilə etməyə başlamışdır. Mübahisə zamanı birbirilərini itələməyə başlamışlar. Hadisə zamanı nə onun, nə də ki, İlqarın əlində heç bir alət olmamışdır. Mübahisəni yalnız əllə etmişlər. Həm Zərərçəkmiş şəxs2, həm də, Aysun Cəbrayılov onların əl hərəkətləri nəticəsində xəsarət almışlar. Səs-küyə hadisə yerinə həm qonşular, həm də, hotelin əməkdaşları yığılmışdılar. Əməlindən peşmandır. Əməlinin düzgün hüquqi tövsif edilməsini və ona ən aşağı həddə cəza təyin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xankəndi şəhərində gəldikdən sonra məskunlaşma ilə əlaqədar olaraq «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin əməkdaşı Şahid1 tanımışıdır. Şahid1 onu 24 iyun 2025-ci ildə Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında keçirilən doğum günü tədbirinə dəvət etmiş və gələrkən müğənniliklə məşğul olan rəfiqəsi Əfsanənidə gətirməyi də xahiş etmişdir. Əfsanə 100 manat pul qarşılığında müğənnilik etməyə razılıq vermişdir. Təbirdə eyni zamanda Təqsirləndirilən şəxslə də tanış olmuş, hətta onunla birlikdə spirtli içki də qəbul etmişdir. Tədbir qurtardıqdan sonra Əfsanə Gəncə şəhərinə getmiş, özü isə yaşadığı mənzilə gəlmişdir. Bu zaman İlqar onun mobil telefonan “WhatsApp» üzərindən mesajlar yazaraq onunla görüşmək istəsə də, sonuncuya rədd cavabı vermişdir. Evə gəlib uşaqları yatızdırdıqdan sonra, darvazanın döyülməsini eşitmiş, bu zaman qorxduğu üçün dərhal qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 zəng edərək, darvazalarının qarşısında olan şəxslərin kim olmasını araşdırmağı tapşırmışdır. Bundan qısa müddət sonra evin giriş qapısı döyülmüşdür. Bu baradə də, Fəridə məlumat vermişdir. Qapını açmasa da, bir nəfər şəxsin yan pəncədərən evə daxil olduğunu görmüşdür. Həmin şəxsin Tural olduğunu bildikdən sonra, sonuncudan gecə vaxtı evinə daxil olmasının səbəbini soruşmuşdur. Tural dostu İlqarla birlikdə onunla və rəfiqəsi Əfsanə ilə görüşmək istədiklərini bildirmişdir. Bu zaman Turaldan evini dərhal tərk etməsini tələb etmişdir. Bu zaman Tural qolunu buraraq, onu itələmişdir. Tural evdə olan zaman artıq küçədə səs-küy gəlməyə başlamışdır. Tural evdən çıxdıqdan sonra, onun ardınca getmiş və küçəyə xeyli davam toplaşdığını görmüşdür. Tural İlqarla birlikdə onları sakitləşdirməyə çalışan X5 Həsənova hücum çəkmişlər və onları vurmağa başlamışlar. Hadisə zamanı nə Turalın, nə də ki, İlqarın əlində heç bir alət olmamışdır. Bu barədə ibtidai araşqdırma dövründə də, qəti olaraq ifadə vermişdir. Hadisə zamanı Fəridin barmağı sınmış, Rahidin isə qol saatı zədələnmişdir. Polislər gəldikdən sonra, onları şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, iş yoldaşı olan Zərərçəkmiş şəxs1 ilə qonşuluqda yaşayır. 25 iyun 2025-ci ildə saat 00.30-da yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsinə zəng edərək, darvazasını döyən olduğunu bildirmişdir. Küçəyə çıxsada, darvazanın qarşısında kimsəni görməmişdir. Bu zaman Aysun təkrarən zəng edərək həmin şəxslərin evinə girməyə çalışdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evinə həyətinə girən zaman həyətdə Şahid1 görmüş və ondan nə məqsədlə gecə yarı həyətə daxil olduğunu soruşmuşdur. Şahid1 qanunsuz məskunlaşma ilə bağlı gəldiklərini demiş, cavabında sonuncunun nəzərinə çatdırmışdır ki, bu vəzifə gecə saatlarında deyil, iş vaxtı icra olunmalıdır. Bu zəmində İlqarla arasında mübahisə yaranmışdır. Qısa müddət sonra Təqsirləndirilən şəxs də, evdən çıxaraq onlara yaxınlaşmışdır. Artıq mübahisə şiddətləndiyi üçün səs-küyə qonşular və yaxınlıqdakı hotelin əməkdaşları, eləcə də, iş yoldaşı Zərərçəkmiş şəxs3 gəlmişdir. Rahidlə birlikdə Turalı və İlqarı sakitləşdirməyə çalışsalarda, sonuncular sərxoş halda olduqların daha da aqressivləşmiş və onları vurmağa başlamışlar. İlqarın əli ilə onu itələməsi nəticəsində sağ əl barmağı sınmışdır. Hadisə zamanı nə Turalın, nə də ki, İlqarın əlində heç bir alət olmamışdır. Bu barədə ibtidai araşqdırma dövründə də, qəti olaraq ifadə vermişdir. Hadisə zamanı Rahidin isə qol saatı zədələnmişdir. Polislər gəldikdən sonra, onları şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, digər zərərçəkmiş şəxslərin məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs3 həmçinin qeyd etmişdir ki, Hadisə zamanı nə Turalın, nə də ki, İlqarın əlində heç bir alət olmamışdır. Bu barədə ibtidai araşqdırma dövründə də, qəti olaraq ifadə vermişdir. Hadisə zamanı Fəridin barmağı sınmış, onun isə qol saatı zədələnmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Şahid1 də, həmçinin qeyd etmişdir ki, hadisə zamanı nə onun, nə də ki, Təqsirləndirilən şəxs əlində hər hansı bir alət olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xankəndi şəhərindəki “İn City” hotelinin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayır. 25 iyun 2025-ci ildə saat 00.30-da evdə olan zaman küçədən səs-küy gəldiyini eşitmiş və dərhal küçəyə çıxmışdır. Bu zaman qonşusu Zərərçəkmiş şəxs1 darvazanın qarşısına xeyli adam yığıldığını görmüşdür. İki nəfər şəxsin iş yoldaşları Rahid və Fəridə hücum çəkdiklərini görmüş və onları sakitləşdirməyə çalışmışdır. Hadisə zamanı sonradan adlarını bildiyi Tural və İlqarın əlində heç bir alət və predmet görməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış keçirilməsi haqqında» 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xankəndi şəhərindəki “İn City” hotelinin yaxınlığında yerləşən fərdi yaşayış evidir. Evin giriş darvazasının üstündə “yaşayış var” yazısı asılıb. Baxış zamanı hadisə yerindən hər hansı alət və predmet tapılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 25 iyun 2025-ci il tarixli 511 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ əl pəncəsi arxa səthinin qançırı və sağ lin V barmağın daraq sümüyününproksimal ucunda oynaqdaxili yerdəyişən sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 25 iyun 2025-ci il tarixli 512 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Zərərçəkmiş şəxs1 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ saidin aşağı 1/3-nin iç-yan səthinin qançırı küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan X2 və Zərərçəkmiş şəxs2 tərəfindən 28 iyun 2025-ci ildə yazılmış və və notariat qaydasında təsdiqlənmiş ərizələrin məzmunundan görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan 17 iyun 2025-ci il tarixli ambulator kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X3 İ trimestrli hamilədir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 06 noyabr 2025-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 27 iyun 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 01 avqust 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində eyni müddətə «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə istinad edilən əməllərinin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının onlara elan olunmuş hər bir ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə tövsifi məsələsinə münasibət bildirərək məhkəmə tərkibi qeyd edir ki, bu maddələrdə nəzərdə tutulmuş cinayət (hazırki işə münasibətdə) obyektiv cəhətdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmanın ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar, eləcə də, xuliqanlıq niyyəti ilə törədilmədə ifadə olunur. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci ildə saat 01.20-də Zərərçəkmiş şəxs1 yaşadığı – Xankəndi şəhərindəki “İn City” hotelinin yaxınlığında yerləşən fərdi yaşayış evinin qarşısına onun etdiyi hüquqa zidd hərəkətlərinə qarşısını alan, yəni Zərərçəkmiş şəxs1 sağlamlığına yönəlik əməli ilə bağlı ictimai qaydadının qorunması vəzifəsini yerinə yetirərkən, Zərərçəkmiş şəxs2 əli ilə zor tətbiq etməklə, ona xuliqanlıq niyyəti ilə sağ əl pəncəsi arxa səthinin qançırı və sağ əlin V barmağının daraq sümüyünün proksimal ucunda oynaqdaxili yerdəyişən sınığı ilə müşayiət olunan və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır dərəcəli bədən xəsarətləri yetirmişdir. İşin müəyyən edilmiş bu hüquqi əhəmiyyət kəsb edən faktiki hal nə məhkəməyədək icraat zamanı, nə də ki, məhkəmə baxışı zamanı müdafiə tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, müdafiə tərəfinin həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı sərgilədiyi mövqeydən görünür ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs 25 iyun 2025-ci ildə saat 01.20-də Zərərçəkmiş şəxs1 yaşadığı – Xankəndi şəhərindəki “İn City” hotelinin yaxınlığında yerləşən fərdi yaşayış evinin qarşısına xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi faktını mübahisəsiz qaydada qəbul etsələr də, onlar təqsirləndirilən şəxsin silah qismində hər hansı bir əşyadan istifadə etmədiyini iddia etməklə, yalnız müvafiq halı mübahisələndirmişlər. Müdafiə tərəfinin müvafiq məzmunlu iddiasına hüquqi qiymət verilməsi üçün məhkəmə kollegiyası ilk olaraq aşağıdakıları qeyd edir. Xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Müvafiq normaya əsasən aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir:
1. ictimai qaydanın kobud surətdə pozulması;
2. cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi;
3. vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirləndirilənin hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Xuliqanlıq cinayəti Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin dispozisyasında (xuliqanlıq cinayətinin əsas tərkibini nəzərdə tutan CM-nin 221.1-ci maddəsinin dispozisiyası nəzərə alınmaqla) “bir qrup şəxs halında” “ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə” kimi təsbit olunmuşdur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayəti obyektiv cəhətdən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması” ilə törədilir. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə (CM, 221.3) nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək mümkün olsun. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə araşdırılmış sübutların müqayisəli təhlili ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci ildə saat 01.20- Xankəndi şəhərindəki “İn City” hotelinin yaxınlığında yerləşən fərdi yaşayış evinin qarşısında heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edib, onu qəsdən vurmaqla, sağ saidin aşağı 1/3-nin iç yan səthinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bu zaman hadisə yerinə gələn Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ictimai qaydaya riayət olunması ilə bağlı iradlarına məhəl qoymamış, əksinə əli ilə Zərərçəkmiş şəxs2 az ağır dərəcəli bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs3 isə əmlakını zədələmişdir. Xüsusilə hadisənin bilavasitə iştirakçıları və şahidləri olmuş şəxslər həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrində hadisə zamanı Təqsirləndirilən şəxs əlində hər hası bir əşya və predmet olmadıqlarını qəti olaraq bildirmişlər. İstintaq orqanının bununla bağlı qənaəti sübuta deyil, subyektiv mülahizəyə əsaslanmışdır. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması (əli ilə vurmaqla), habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 əli ilə az ağır, Zərərçəkmiş şəxs3 əmlakına zədə yetirilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə yol versə də, o, silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələrin nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, arvadının hamilə olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd qısaqol yay köynəyi məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Məcəlləsinin 127.2.1, 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 221.2.1, 2221.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 iyun 2025-ci ildən 26 avqust 2025-ci ilədək həbsdə və ev dustaqlığında olduğu 2 (iki) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Bakı şəhər Probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd qısaqol yay köynəyi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən İlkin Abdullayev