Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 1(065)-29/2025 08.01.2026 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1982-ci ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər şəhəri 20 Yanvar küçəsi ev 37-də qeydiyyatda olan, faktiki olaraq Bərdə şəhəri 866 nömrəli məcburi küçkün qəsəbəsi bina 8 ev 59-da yaşayan, Mingəçevir Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31 mart 2025ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.5ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağı qanunsuz olaraq əldə edib qanunsuz olaraq özünə məxsus çantanın içərisində saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 22 may 2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, həmin soyuq silah aşkar edilərək ondan götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, usta fəaliyyəti ilə məşğul olur. 2025-ci ilin əvvələrində Ağdam rayonu Xıdırlı kəndində işləyən zaman oradan 1 (bir) ədəd süngü bıçaq tapmış və çantasına qoymuşdur. 2025-ci ilin may ayında Xankəndi şəhərinə gəlmiş və geri qayıdan zaman postda çantasına baxış keçirilərkən, həmin süngü bıçaq aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 22 may 2025-ci ildə Xankəndi şəhərinin çıxışından yerləşən 4-cü blok postda xidmət apararkən “Mersedes” markalı 99GU201 qeydiyyat nişanlı posta yaxınlaşmışdır. Həmin avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs çantasına baxış keçirilərkən, oradan 1 (bir) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bıçağın özünə məxsus olmasını etiraf etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə haqqında» 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs çantasının içərisindən 1 (bir) ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyun 2025-ci il tarixli 16/502 rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı (“Kalaşnikov konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaqdır və soyuq silah hesab edilir”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manatdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 09 oktyabr 2025cü il tarixli qərardan görünür ki, "Kalaşnikov" konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 01 ədəd süngü bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 01 sentyabr 2025-ci il tarixli tələbnamədən və Mingəçevir şəhər İcra və probasiya şöbəsinin 24 oktyabr 2025-ci il tarixli 227/3-12 nömrəli məktubundan görünür ki, Musayev X1 Şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 31 mart 2025-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 08 yanvar 2026-cı ildə yazılmış ərizədən görünür ki, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. Qeyd olunur ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinin və qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə olan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik 1 (bir) ədəd süngü bıçaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-29/2025
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №1(065)-29/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver