Məhkəmə qərarları › İş №1(065)-3/2024

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-3/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-3/2024 23.09.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X5, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1960-cı ildə Xocalı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti etmiş, Xocalı şəhərində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 196/32 mənzil 9-da yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3, 177.2.4, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, yəni 11 noyabr 2023-cü ildən 18 aprel 2024-cü il tarixədək olan dövrdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını talamaq qərarına gəlmiş, bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 22 noyabr 2023-cü il tarixli 1-1-2/2-797/2023 nömrəli məktubuna əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş yaşayış sahələrinə və binalara qanunsuz daxil olaraq oradan ümumi dəyəri 240 manat olan 2 (iki) ədəd istifadədə olmuş üzərində “Feon” yazıları olan 190 amerlik avtomobil akumliyator, dəyəri 40 manat olan istifadədə olmuş 1 (bir) ədəd boz rəngli “Eurolux” markalı tozsoran, dəyəri 40 manat olan 1 (bir) ədəd istifadədə olmuş çantada təmir ləvazimatları, dəyəri 200 manat olan 1 (bir) ədəd istifadədə olmuş “LG” markalı “Amatljd” modelli televizor, dəyəri 30 manat olan 1 (bir) ədəd istifadədə olmuş «Genuis” markalı səsgücləndirici, dəyəri 10 manat olan 1 (bir) ədəd istifadədə olmuş işıq plafonu, ümumi dəyəri 600 manat olan 3 (üç) ədəd istifadədə olmuş “Veritas” markalı tikiş maşını, dəyəri 35 manat olan 1 (bir) ədəd istifadədə olmuş orta ölçülü drel, dəyəri 450 manat olan 1 (bir) ədəd istifadədə olmuş qara rəngli “Kugoo” markalı elektrik skuteri, dəyəri 90 manat olan 1 (bir) ədəd istifadədə olmuş üzərində “Edon” yazısı olan dəst hava balonu, ümumi dəyəri 1200 manat olan 6 (altı) ədəd istifadədə olmuş müxtəlif markalı elektrik generatorları, dəyəri 350 manat olan 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UE 43J5202AU modelli televizor, ümumi dəyəri 2520 manat olan 14 (on dörd) ədəd istifadə olunmuş müxtəlif markalara aid kondisioner split hissəsi, ümumi dəyəri 1400 manat olan 4 (dörd) ədəd istifadədə olmuş kondisioner mühərriki, dəyəri 250 manat olan 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UA40D6000SR modelli televizor, dəyəri 150 manat olan 1 (bir) ədəd istifadədə olmuş “Samsung” markalı 32BX320 modelli televizor, dəyəri 1750 manat olan 7 (yeddi) ədəd istifadədə olmuş müxtəlif markalı generator, dəyəri 60 manat olan 1 (bir) ədəd istifadədə olmuş şirniyyat bişirən soba, dəyəri 60 manat olan 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı minutka, dəyəri 40 manat olan 1 (bir) ədəd istifadədə olmuş kartof qızardan avadanlıq, dəyəri 200 manat olan 4 (dörd) ədəd istifadədə olmuş «Sailun» markalı avtomobil təkəri , ümumi dəyəri 300 manat olan 5 (beş) ədəd istifadədə olmuş laqonda, ümumi dəyəri 160 manat olan 2 (iki) ədəd istifadədə olmuş elektrik mişarı, dəyəri 120 manat olan 2 (iki) ədəd istifadədə olmuş orta ölçülü perfarator, ümumi dəyəri 1200 manat olan 1 (bir) ədəd yeni vəziyyətdə «Ariston» markalı kombi, dəyəri 450 manat olan 1 (bir) ədəd istifadədə olmuş kombi, dəyəri 250 manat olan 1 (bir) ədəd istifadədə olmuş «Bosch» markalı qabyuyan maşın, ümumi dəyəri 20 manat olan 2 (iki) ədəd istifadədə olmuş elektrik lampası, dəyəri 550 manat olan 1 (bir) ədəd yeni vəziyyətdə «Canon» markalı MF3010 modelli printer, dəyəri 50 manat olan 1 (bir) ədəd istifadədə olmuş «Luxell» markalı soba, dəyəri 60 manat olan 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı, dəyəri 850 manat olan 1 (bir) ədəd yeni vəziyyətdə «AUX» markalı ASW-H24A/LMR1 modelli kondisioner, dəyəri 80 manat olan 2 (iki) ədəd istifadədə olmuş meyvə qurudan avadanlıq, dəyəri 80 manat olan 1 (bir) ədəd istifadədə olmuş otbiçən maşın, dəyəri 40 manat olan 1 (bir) ədəd istifadədə olmuş tozsoran, dəyəri 200 manat olan 1 (bir) ədəd istifadədə olmuş paltarqurudan maşın, dəyəri 10 manat olan 1 (bir) ədəd istifadədə olmuş radio, dəyəri 60 manat olan 1 ədəd (bir) istifadədə olmuş “Railer” yazısı olan elektrik mişarını vahid niyyətlə talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə xeyli miqdarda, yəni 14195 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, yəni 11 noyabr 2023-cü ildən 18 aprel 2024-cü il tarixədək olan dövrdə məlum olmayan vaxtda və yerdən zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş 30 (otuz) ədəd patron, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” modelli avtomat silahlarda funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7,62x39 mm kalibrli paron tutumuna malik olan 1 (bir) ədəd sandıqça və zavod üsulu istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarında, (Walter Mod PP Cal 22) konstruksiyalı tapançalarda istifadə olunan 250 ədəd patron əldə edərək Xankəndi şəhərində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin ikinci mərtəbəsində yerləşən xidməti otağında saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 aprel 2024-cü ildə saat 18.00-dan saat 19.20-dək həmin poçt şöbəsinin inzibati binasına baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan xidməti otaqdakı dolabın üzərindən içərisində 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş 30 (otuz) ədəd patron olan 1 (bir) ədəd sandıqça və həmin otağa bitişik olak istirahət otağındakı dolabın içərisindən isə zavod üsulu istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarında, (Walter Mod PP Cal 22) konstruksiyalı tapançalarda istifadə olunan 250 ədəd patron aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1992-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xocalı poçt şöbəsinin rəisi vəzifəsində işləyir. Xankəndi şəhəri işğaldan azad olunduqdan sonra, yəni 11 noyabr 2023-cü ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra etməyə başlamışdır. X15 Respublikası dövründə Xankəndi şəhərində poçt kimi fəaliyyət göstərmiş inzibati bina, Xankəndi poçt şöbəsinin istifadəsinə verilmişdir. Lakin həmin bina "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada verilməmiş, binadakı əşyaların inventarizasiya aparılmamış və bina ümumiyyətlə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən yoxlanılmamışdır. Xankəndi poçt şöbəsinin binası iki mərtəbədən və çoxsaylı otaqlardan ibarət olmaqla, hər bir otaqda müəyyən avadanlıqlar olmuşdur. Xankəndi poçt şöbəsinə ondan başqa işçi təyin olunmamış, poçtun bütün funksiyalarını faktiki olaraq təkbaşına icra etmişdir. Buna görə də, binanın ikinci mərtəbəsində yerləşən rəis otağı və həmin otağın daxilində yerləşən istirahət otağından istisna olmaqla, digər otaqlardan ümumiyyətlə istifadə etməmişdir. Yalnız özünün xidməti otağını kilidlə bağlı saxlamışdır. Poçt şöbəsinin digər otaqlarının hamısının qapısı açıq və oradakı avadanlıqlar dağınıq halda olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri 18 aprel 2024-cü ildə binadakı əmlaklara baxış keçirmək üçün poçt şöbəsinə gəlmiş və razılığı ilə binaya daxil olmuşlar. Onlar binanın birinci mərtəbəsində yerləşən otaqlara, o cümlədən ümumi xidmət otağının baş tərəfindən yerləşən otağa baxış keçirərkən oradakı dolabın üzərindən “Kalaşnikov” konstruksiyalı avtomat silah tapmışlar. Şahid5 bu silahın kimə məxsəs olmasını soruşduqda, silahın mənsubiyyətini bilməyidini və erməni hərbiçilərdən qaldığını yəqin etmişdir. Belə olan halda Şahid5 tapılan silah barədə Xankəndi Şəhər Polis Şöbəsinə məlumat vermiş və otaqlara baxışı davam etdirmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və binaya baxış keçirməyə başlamışdır. Polis əməkdaşları poçtun birinci mərtəbəsindən tapılan “Kalaşnikov” konstruksiyalı avtomatı, süngü bıçağı qablaşdıraraq videoçəkilişlə götürmüş və ikinci mərtəbəyə qalxmışlar. Xidməti otağının kilidini özündə olan açarla açaraq polisləri içəri dəvət etmiş və ora baxış keçirilən zaman otaqdakı dolabın üzərində içərisində 30 ədəd patron olan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahına məxsus sandıqça, istirahət otağındakı dolabın içərisinə yığılmış ərzaq bağlamalarının üstündə 250 ədəd patron və həmin dolabın üzərindən isə 1430 ədəd piston aşkar edilərək götürülmüşdür. 1430 ədəd piston istisna olmaqla, digər silah-sursatın ona məxsus olmadığını polislərin nəzərinə çatdırmışdır. Bundan başqa polis əməkdaşlar binanın həm birinci mərtəbəsindən, həm də ikinci mərtəbəsində götürdükləri məişət avadanlıqları əvvəldən poçtun binasında olmuş və həmin əşyaların ora kim tərəfindən gətirilməsini bilmir. Bundan sonra polis əməkdaşları ona təhkim olunmuş xidməti yaşayış binasına və qaraja baxış keçirmişlər. Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yaşayan bacısı Şahid1 fərdi yaşayış evindən aşkar olunmuş məişət avadanlıqlarını Xənkəndi şəhərindən deyil, kiçik sahibkarlıq fəaliyyəti ilə muşğul olmaq üçün Bərdə rayonunda yol kənarında ucuz qiymətə almışdır. Buna görə də, ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin əməllərini etiraf etməməsinə baxmayaraq, onun qeyd olunan cinayət əməllərini törətməsi faktı işin məhkəmə baxışı zamanı araşdırılmış digər sübutlarla tam təsdiq olunur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları olaraq digər iş yoldaşı Şahid5 ilə birlikdə 18 aprel 2024-cü ildə Xankəndi poçt şöbəsinin binasında yerləşən əşyaları dəqiqləşdirmək üçün ora getmişlər. Binadakı əmlakları siyahıya almamışdan əvvəl Təqsirləndirilən şəxs çağırmış və onun iştirakı ilə binaya daxil olmuşlar. Binanın girişindən başlayaraq poçt şöbəsinin təyinatına uyğun olmayan çoxsaylı əşyalar – generatorlar, akkumlyator, televizor və müxtəlif məişət avadanlıqları müşahidə etmişlər. Belə olan təqdirdə Şahid5 həmin əşyaları aparmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətində sürücü işləyən Şahid4 zəng edərək çağırmışdır. Poçtun birinci mərtəbəsində ümumi xidmət zalının baş tərəfində – qapısı açıq olan otağa daxil olduqda orada dolabın üstündə bir ədəd avtomat silah və süngü bıçaq aşkar etmişlər. Həm əşyalar, həm də silah barəsində Təqsirləndirilən şəxs sual verildikdə sonuncu əşyalar və silahdan xəbərsiz olduğunu bildirmişdir. Belə olan təqdirdə Şahid5 aşkar olunan silah barəsində Xankəndi Şəhər Polis Şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları poçtun binasına gəldikdən sonra onlar binanı tərk etmiş və polislər hər hansı bir əşyanı aparmağa icazə verməmişlər. Hazırda bütün əşyalar geri qaytarıldığından Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbəri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 Sərhəd oğlu və Şahid10 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 izahatına uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mülki mühafizəçisi vəzifəsində işləyir və 23 noyabr 2023-cü ildən növbəli qaydada Xankəndi poçt şöbəsinin inzibati binasında xidmətə çıxır. Poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs başqa poçtda digər işçi olmamışdır. Poçtun inzibati binasının yalnız bir giriş qapısının açarı mühafizə polisində olmuş, digər giriş qapılarının açarlarını isə Təqsirləndirilən şəxs özündə saxlamışdır. Poçtun binasında aşkar olunmuş əşyaların və silah-sursatın ora kim tərəfindən gətirilməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs və onun icazə verdiyi şəxslərdən başqa poçtun inzibati binasına digər şəxs(lər) daxil olmamışdır. Şahid həmçinin qeyd etmişdir ki, ilk dəfə poçtun binasına xidmətə çıxarkən binanın giriş dəhlizində akkumlyator, habelə pilləkənin altında altı ədəd generator olmamışdır. Həmin əşyalar məhz sonradan ora gətirilmişdir. Poçtun binasında Təqsirləndirilən şəxs xidməti otağı istisna olmaqla, qalan otaqların hamısının qapısı açıq olmuşdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə polisi vəzifəsində işləyir və 2023-cü ilin dekabr ayından növbəli qaydada Xankəndi poçt şöbəsinin inzibati binasının yaxınlığında yerləşən məktəbdə xidmətə çıxır. Orada işlədiyi vaxtdan Təqsirləndirilən şəxslə münasibəti yaranmış və sonuncu onun elektrik generatorlarının iş prinsipiləri barədə məlumatlı olduğunu bilmişdir. Buna görə Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə generator şəkilləri göndərərək, onların gücü ilə maraqlanmış və ona generatorlar barədə müvafiq cavablar vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə polisi vəzifəsində işləyir və 18 aprel 2024-cü ildə ilk dəfə Xankəndi poçt şöbəsinin inzibati binasında xidmətə çıxmışdır. Həmin gün ilk olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, daha sonra polis əməkdaşları poçtun binasına baxış keçirmişlər. Poçtun binasından silah-sursat və çoxlu sayda digər əşyalar aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xankəndi poçt şöbəsinin inzibati binasında silah aşkar olunması ilə bağlı 18 aprel 2024-cü ildə saat 18 radələrində polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında təhqiqatçı Elməddin Nəbizadə və digər polis nəfəri Şahid9 ilə birlikdə postun binasına getmiş və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə binaya baxış keçirməyə başlamışlar. Əsas girişdən daxil olduqdan sonra dəmir qapının yanında 2 ədəd yük avtomobili akumlyatoru görmüş, zala daxil olduqda sol tərəfdə 1 ədəd qarmon, 1 ədəd alət çantası 1 ədəd tozsoran, 1 ədəd televizor, səs gücləndirici, 1 ədəd radio, 1 ədəd üzərində veritas yazılmış tikiş maşını, işiq plafonu, əsas qapıdan girdikdə sağ tərəfdə, 1 ədəd elektirikli mişar, 1 ədəd veritas yazısı olan tikiş maşını, 1 ədəd aspirator, 1 ədəd skuter, 1 ədəd drel, 1 ədəd təmir aləti içərisində drel, 1 ədəd qutusunda tikiş maşını, kondisoner və mühərikləri aşkar edilmşdir. Bundan sonra zalın sağ küncündə yerləşən otağa daxil olduqda dolabın üzərində 1 ədəd sandıqçası üzərində olmayan avtomat və 1 ədəd süngü bıçağı olduğu müəyyən olunmuş, təhqiqatçı tərəfindən avtomat və süngü bıçağı qablaşdırlaraq götürülmüşdür. Bundan sonra həmin otaqdan çıxaraq dəhliz ilə ikinci mərtəbəyə çıxmaq üçün nəzərdə tutulan pilləkənlərə doğru getmişlər. Pilləkənlərə çıxmaq üçün qapıdan keçildikdə sağ tərəfdə pilləkənlərin altında həmçinin poçtun binasının yan tərəfindən bayıra çıxmaq üçün nəzərdə tutulan qapının qarşısında 6 ədəd müxtəlif ölçülü işıq genratorları müəyyən olunmuşdur, pilləkənlərdən çıxdıqda sağ tərəfdə yerləşən dağınıq otağın arxasındakı otaqda dəmir seyfin üzərində kardon qutulara bükülmüş 3 ədəd televizor aşkar etmişlər. İkinci mərtəbəyə qalxaraq Təqsirləndirilən şəxs istifadəsində olan xidməti otağa baxış keçirməyə başlamışlar. Otağın kilidi Təqsirləndirilən şəxs olan açar vasitəsi ilə açılmış və ora daxil olmuşlar. İlk olaraq xidməti otağın daxilində olan istirahət otağına baxmışlar. İstirahət otağındakı dolabın üzərində Təqsirləndirilən şəxs məxsus şəxsi əşyalar olan çantanın içərisindən sarı rəngli sellofan bağlamada odlu silaha aid olan pistonlar, habelə dolabın içərisində yığılmış ərzaqların üstündən isə 250 ədəd patron, habelə oradakı çarpayının altından 1 ədəd televizor aşkarlanmışdır. Bundan başqa xidməti otaqdan 3 ədəd televizor, Təqsirləndirilən şəxs geyimlərini asdığı dolabın üzərindən 1 ədəd içərsində 30 ədəd güllə olan avtomat silahının sandıqça tapılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi xidməti avtomobil olan “Mitsubishi” markalı 90PY843 nömrəli avtomobilə baxış keçirilmiş həmin avtomobildən daşınması qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra poçtun inzibati binası ilə üzbəüz Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı fərdi yaşayış evinə və həmin evin altında olan qaraja baxış keçirilmişdir. Həmin evin qarajının içərisindən 1 ədəd ot biçən maşın, 1 ədəd tar, 1 ədəd nərdivan, 1 ədəd qutuda skiripka, 1 ədəd qaynaq aparatı, 1 ədəd elektirik mişarı, 2 ədəd avtomobilin arxa işıqları, 1 ədəd tozsoran, 1 ədəd soba, 1 ədəd paltar tikən maşın, 1 ədəd prefarator, 3 ədəd arı yeşikləri, evin içərisindən isə 1 ədəd televizor aşkar olunmuşdur. İstintaq zamanı keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs tərəfindən Xankəndi şəhər ərazsindən çıxarlaraq Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən bacısı Təzgül Əliyevaya məxsus evə aparıb yığıdığı 2 ədəd smart tipli televizor, 7 ədəd generator, 1 ədəd şirniyyat bişirən soba, 1 ədəd su qizdirıcı minutka, 1 ədəd kartof qızardan avadanlıq, 4 ədəd avtomobil təkəri, 5 ədəd laqonda, 2 ədəd elektirik mişarı, 2 ədəd perfarator, 1 ədəd təzə kombi, 1 ədəd işlənmiş kombi, 1 ədəd qabyuyan maşın, 2 qutu elektrik lampası, 1 ədəd pirinter, 1 ədəd soba, 1 ədəd su qızdırıcı, 1 ədəd təzə kondisioner, 2 ədəd meyvə qurudan avadanlıq, 1 ədəd otbiçən maşın, 1 ədəd tozsoran oradan aşkar olunaraq götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 digər Şahid8 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qonşusudur. Elektrik generatorlarının iş prinsipiləri barədə məlumatlı olduğundan Təqsirləndirilən şəxs ona “WhatsApp” proqramı vasitəsi ilə generator şəkilləri göndərərək, onların gücü ilə maraqlanmış və ona generatorlar barədə müvafiq cavablar vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinə həmin tarixdə baxış keçirilən zaman binanın əsas girişindən daxil olduqda – dəmir qapının yanında 2 ədəd yük avtomobili akumlyatoru, zala daxil olduqda sol tərəfdə 1 ədəd qarmon, 1 ədəd alət çantası 1 ədəd tozsoran, 1 ədəd televizor, səs gücləndirici, 1 ədəd radio, 1 ədəd üzərində veritas yazılmış tikiş maşını, işıq plafonu, əsas qapıdan girdikdə sağ tərəfdə, 1 ədəd durujba, 1 ədəd veritas yazısı olan tikiş maşını, 1 ədəd aspirator, 1 ədəd skuter, 1 ədəd drel, 1 ədəd təmir aləti içərisində drel, 1 ədəd qutusunda tikiş maşını, kondisoner və mühərikləri, zalın sağ küçündə yerləşən otağa daxil olduqda dolabın üzərində 1 ədəd sandıqçası üzərində olmayan avtomat və 1 ədəd süngü bıçaq, pilləkənlərin altında 6 ədəd müxtəlif ölçülü işıq generatorları, pilləkənlərdən çıxdıqda sağ tərəfdə yerləşən dağınıq otağın arxasındakı otaqda dəmir seyfin üzərində kardon qutulara bükülmüş 3 ədəd televizor, poçt rəisinin xidməti otağında dolabın üzərində 1 ədəd içərsində 30 ədəd güllə olan avtomat sandıqça, xidməti otağa bitşik istirahət otağındakı odlu silaha aid olan pistonlar, 3 ədəd televizor, dolabın ərzaqlar yığılan yerində 1 ədəd sellofonda içərisində 50 ədəd olmaqla 5 ədəd qutuda 250 ədəd “Toz 8” silahına məxsus patron, yatağın altından 1 ədəd televizor aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin eksperti tərəfindən tərtib olunmuş 24 aprel 2024-cü il tarixli 24/860 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd ********* №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, AK-103 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiș 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuș 30 ədəd 7,62x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı (AK-47, AKMS, AKM) modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalașnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəș üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 250 ədəd patronlar Çexiya Respublikasında zavod üsulu ilə istehsal olunmuş, həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəș açmaq üçün nəzərdə tutulmuş 5,6 mm kiçik kalibrli patronlardır və döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiș 1430 ədəd alışdırıcı kapsullar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronların bir hissəsidir alışdırıcı kapsullarıdır, döyüș sursatı, odlu silah hesab edilmir və təyinatı üzrə istifadə üçün yararlıdırlar”. Həmin rəyin nəticə hissəsinə əlavə olunmuş Qeyddə əks olunur ki, “Təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi, 250 ədəd 5,6mm kalibrli patronlardan 25 ədədi və 1430 ədəd alışdırıcı kapsullardan 30 ədədi eksperimental atəş zamanı istifadə olundu”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin eksperti tərəfindən tərtib olunmuş 24 aprel 2024-cü il tarixli 24/142 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Aparılmış tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, tədqiqata təqdim edilmiş 01 ədəd qında olan bıçaq, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş hərbi təyinatlı Kalaşnikov avtomatlarının süngü bıçağıdır, kəsici-deşici xassəyə malik soyuq silahdır”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bacısı Şahid1 məxsus Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan 2 ədəd smart tipli televizor, 7 ədəd generator, 1 ədəd şirniyyat bişirən soba, 1 ədəd su qızdırıcı minutka, 1 ədəd kartof qızardan avadanlıq, 4 ədəd avtomobil təkəri, 5 ədəd laqonda, 2 ədəd elektrik mişarı, 2 ədəd perfarator, 1 ədəd yeni kombi, 1 ədəd işlənmiş kombi, 1 ədəd qabyuyan maşın, 2 qutu elektrik lampası, 1 ədəd printer, 1 ədəd soba, 1 ədəd su qızdırıcı, 1 ədəd təzə kondisioner, 2 ədəd meyvə qurudan avadanlıq, 1 ədəd otbiçən maşın, 1 ədəd tozsoran aşkar edilərək götürülmüş və Şahid1 həmin əşyaları Təqsirləndirilən şəxs gətirərək ona məxsus evə yığdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi barədə” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 14 pro” markalı mobil telefon aparatının “WhatsApp” proqramında onun bacısı Şahid1 ilə məişət əşyalarının satışı ilə bağlı səsli mesajlar var. Belə ki, Təqsirləndirilən şəxs bacısına həmin əşyaları öz adından satmağı və satış qiymətini isə müxtəlif satış saytlarına baxaraq oradakı qiymətdən 5 manat aşağı satmasını təklif edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 may 2024-cü il tarixli 3/790, 3/791, 3/849 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd silah Rusiyada zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AK” 103 modelli, “181191269” №-li, döyüş təyinatlı yivli odlu avtomat silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 27 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM” , “AKMS”, “AK103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə ( atəşə) yaralıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AKM” , “AKMS”, “AK103” modelli avtomat silahlarda funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu istehsal edilmiş döyüş ( hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişiklik olunmamışdır. Tədqiqata təqdim edilmiş 225 ədəd patron zavod üsulu ilə istehsal edilmiş,5.6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ- 18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda (GSG-5, AR-7 və s.) karabinlərində və.s silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 1400 ədəd predmet, yivsiz-lüləli tüfənglərdə istifadə olunan patronların tərkib hissəsidir, barıtın alışdırılması üçün istifadə olunan pistondur, döyüş sursatı hesab edilmir, istifadəyə yararlıdır. Qərarda qoyulmuş “Həmin silahın hər hansı cinayət əməlində istifadə edilməsi müəyyən edilsin”. sualı Mərkəzin ekspertinin zəruri biliyinə aid olmadığından cavablandırılmadı. Tədqiqata təqdim edilmiş 01 ədəd süngü bıçağının üzərində zədə yoxdur”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2024-cü il tarixli 9/3375 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş 46 adda malların 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 14995,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir”. Həmin rəyin tədqiqat hissəsində malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Ümumi Bir ədədinin Ümumi dəyəri miqdarı qiyməti (manatla) (manatla)

1. İstifadədə olmuş üzərində “FEON” yazıları 2 120 240 olan 190 amerlik avtomobil akumliyatoru

2. İstifadədə olmuş boz rəngli “EUROLUX” 1 40 40 markalı tozsoran

3. İstifadədə olmuş çantada təmir 1 40 40 ləvazimatları

4. İstifadədə olmuş “LG” markalı “AMATLJD” 1 200 200 modelli televizor

5. İstifadədə olmuş “VERİTAS” markalı tikiş 1 200 200 maşını

6. İstifadədə olmuş Genuis markalı 1 30 30 səsgücləndirici 2+1

7. İstifadədə olmuş işıq plafonun 1 10 10

8. İstifadədə olmuş “VERİTAS” markalı tikiş 2 200 400 maşını

9. İstifadədə olmuş orta ölçülü drel 1 35 35

10. İstifadədə olmuş qara rəngli “KUGOO” 1 450 450 markalı elektrik skuteri

11. İstifadədə olmuş üzərində “EDON” yazısı 1 90 90 olan dəst hava balonu

12. İstifadədə olmuş müxtəlif markalı elektrik 6 200 1200 generatorları

13. İstifadədə olmuş Samsung markalı UE 1 350 350 43J5202AU modelli televizor

14. İstifadə olunmuş müxtəlif markalara aid 14 180 2520 kondisioner split hissəsi

15. İstifadədə olmuş tar 1 150 150

16. İstifadədə olmuş qaynaq cihazı 1 80 80

17. İstifadədə olmuş skripka 1 150 150

18. İstifadədə olmuş elektrik mişarı 1 120 120

19. İstifadədə olmuş nərdivan 1 80 80

20. İstifadədə olmuş toyota prado markalı 1 cüt 120 120 avtomobilə arxa fara

21. İstifadədə olmuş arı qutusu 2 50 100

22. İstifadədə olmuş kondisioner mühərriki 4 350 1400

23. İstifadədə olmuş Samsung markalı 1 250 250 UA40D6000SR modelli televizor

24. İstifadədə olmuş Samsung markalı 1 150 150 32BX320 modelli televizor

25. İstifadədə olmuş müxtəlif markalı 7 250 1750 generator

26. İstifadədə olmuş şirniyyat bişirən soba 1 60 60

27. İstifadədə olmuş su qızdırıcı minutka 1 60 60

28. İstifadədə olmuş kartof qızaradan 1 40 40 avadanlıq

29. İstifadədə olmuş Sailun markalı avtomobil 4 50 200 təkəri

30. İstifadədə olmuş laqonda 5 60 300

31. İstifadədə olmuş elektrik mişarı 2 80 160

32. İstifadədə olmuş orta ölçülü perfarator 2 60 120

33. Yeni vəziyyətdə Ariston markalı kombi 1 1200 1200

34. İstifadədə olmuş kombi 1 450 450

35. İstifadədə olmuş Bosch markalı qabyuyan 1 250 250 maşın

36. İstifadədə olmuş elektrik lampası 2 10 20

37. Yeni vəziyyətdə Canon markalı MF3010 1 550 550 modelli printer

38. İstifadədə olmuş Luxell soba 1 50 50

39. İstifadədə olmuş su qızdırıcı 1 60 60

40. Yeni vəziyyətdə AUX markalı ASW- 1 850 850 H24A/LMR1 modelli kondisioner

41. İstifadədə olmuş meyvə qurudan 2 40 80 avadanlıq

42. İstifadədə olmuş otbiçən maşın 1 80 80

43. İstifadədə olmuş tozsoran 1 40 40

44. İstifadədə olmuş paltarqurudan maşın 1 200 200

45. İstifadədə olmuş radio 1 10 10

46. İstifadədə olmuş “ RAİLER” yazısı olan 1 60 60 elektrik mişarı cəmi: 14995,0 İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən təqdim olunmuş məlumatdan görünür ki, Xankəndi poçt şöbəsinin inzibati binası həmin Agentliyin əməkdaşları tərəfindən xx.xx.2024-cü il – xx.xx.2024-cü il tarixlərində yoxlanılmış, oradan 2 (iki) ədəd “AK 74” markalı avtomat silah, 3 (üç) ədəd süngü bıçaq və 1 (bir) ədəd “Tir-ij- 38-31199” markalı pinevmatik silah aşkar edilmişdir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AK” 103 modelli, “181191269” №-li, döyüş təyinatlı yivli odlu avtomat silah, 1 (bir) ədəd bıçaq zavod üsulu istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaq, 30 (otuz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patron, 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK103” modelli avtomat silahlarda funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan sandıqça, 225 (iki yüz iyirmi beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 5.6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ- 18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda (GSG-5, AR-7 və s.) karabinlərində və.s silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patron, 1400 (bir min dörd yüz) ədəd yivsiz-lüləli tüfənglərdə istifadə olunan patronların tərkib hissəsi olan və barıtın alışdırılması üçün istifadə olunan piston, 2 (iki) ədəd istifadədə olmuş üzərində “Feon” yazıları olan 190 amerlik avtomobil akumlyator, istifadədə olmuş 1 (bir) ədəd boz rəngli “Eurolux” markalı tozsoran, 1 (bir) ədəd istifadədə olmuş çantada təmir ləvazimatları, 1 (bir) ədəd istifadədə olmuş “LG” markalı “Amatljd” modelli televizor, 1 (bir) ədəd istifadədə olmuş «Genuis” markalı səsgücləndirici, 1 (bir) ədəd istifadədə olmuş işıq plafonu, 3 (üç) ədəd istifadədə olmuş “Veritas” markalı tikiş maşını, 1 (bir) ədəd istifadədə olmuş orta ölçülü drel, 1 (bir) ədəd istifadədə olmuş qara rəngli “Kugoo” markalı elektrik skuteri, 1 (bir) ədəd istifadədə olmuş üzərində “Edon” yazısı olan dəst hava balonu, 6 (altı) ədəd istifadədə olmuş müxtəlif markalı elektrik generatorları, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UE 43J5202AU modelli televizor, 14 (on dörd) ədəd istifadə olunmuş müxtəlif markalara aid kondisioner split hissəsi, 4 (dörd) ədəd istifadədə olmuş kondisioner mühərrik, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UA40D6000SR modelli televizor, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı 32BX320 modelli televizor, 7 (yeddi) ədəd istifadədə olmuş müxtəlif markalı generator, 1 (bir) ədəd istifadədə olmuş şirniyyat bişirən soba, 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı minutka, 1 (bir) ədəd istifadədə olmuş kartof qızardan avadanlıq, 4 (dörd) ədəd istifadədə olmuş «Sailun» markalı avtomobil təkəri, 5 (beş) ədəd istifadədə olmuş laqonda, 2 (iki) ədəd istifadədə olmuş elektrik mişarı, 2 (iki) ədəd istifadədə olmuş orta ölçülü perfarator, 1 (bir) ədəd yeni vəziyyətdə «Ariston» markalı kombi, 1 (bir) ədəd istifadədə olmuş kombi, 1 (bir) ədəd istifadədə olmuş «Bosch» markalı qabyuyan maşın, 2 (iki) ədəd istifadədə olmuş elektrik lampası, 1 (bir) ədəd yeni vəziyyətdə «Canon» markalı MF3010 modelli printer, 1 (bir) ədəd istifadədə olmuş «Luxell» markalı soba, 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı, 1 (bir) ədəd yeni vəziyyətdə «AUX» markalı ASW-H24A/LMR1 modelli kondisioner, 2 (iki) ədəd istifadədə olmuş meyvə qurudan avadanlıq, 1 (bir) ədəd istifadədə olmuş otbiçən maşın, 1 (bir) ədəd istifadədə olmuş tozsoran, 1 (bir) ədəd istifadədə olmuş paltarqurudan maşın, 1 (bir) ədəd istifadədə olmuş radio, 1 ədəd (bir) istifadədə olmuş “Railer” yazısı olan elektrik mişar və 1 (bir) ədəd “İphone 14 pro” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16.00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il və 13 iyul 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 aprel 2024-cü il qərarla 3 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmiş və 13 iyul 2024-cü il tarixli qərarla onun həbsdə saxlanılma müddəti 15 gün müddətinə uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Təqsirləndirilən şəxs məxsus vəsiqələrin surətlərindən görünür ki, o, X11 veteranıdır, İİ dərəcəli müharibə əlildir və şahid ailəsinin üzvüdür. İş materiallarında olan «Azərbaycan Respublikasının Müharibə Veteranı», «Azərbaycan Respublikası Vəsiqəsi», «Əlilin Vəsiqəsi»nin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin arvadı X1 Qarabağ Müharibəsi veteranıdır, İİ dərəcəli əlildir və məcburi köçkündür. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun hər bir ittiham epizodu üzrə özünün müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında təqqiq olunmuş sübutlarla birbir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı aşağıdakı Təqsirləndirilən şəxs təqsirsizliyini şərtləndirən aşağıdakı dəlilləri irəli sürmüşlər:

1. Xankəndi poçt şöbəsindən aşkar olunmuş və oğurluq cinayətinin predmetini təşkil edən əşyaların Təqsirləndirilən şəxs tərəfindən ora gətirməmiş və sonuncu qeyd olunan binada fəaliyyətə başladığı andan həmin əşyaların orada olmuşdur;

2. Şahid1 məxsus Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evində aşkar olunan əşyaları, kiçik sahibkarlıq məqsədilə məşğul olmaq üçün təqsirləndirilən şəxs Bərdə şəhərində ucuz qiymətə almışdır;

3. Xankəndi poçt şöbəsindən aşkar olunmuş silah-sursatın Təqsirləndirilən şəxs aidiyyəti yoxdur və Xankəndi şəhərini tərk edərkən həmin əşyalar Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən aşkar olunduğu yerlərdə qalmışdır. 1-ci dəlilin qiymətləndirilməsi: Xankəndi poçt şöbəsindən aşkar olunmuş və oğurluq cinayətinin predmetini təşkil edən əşyaların Təqsirləndirilən şəxs tərəfindən ora gətirilməsi işin müəyyən olunmuş aşağıdakı halları ilə təsdiq olunur: - Şahid X13 ifadəsində qəti olaraq bildirmişdir ki, Xankəndi poçt şöbəsində 2023-cü ilin noyabr ayında xidmətə başlayarkən binanın giriş dəhlilizdə akkumlyator, habelə pilləkənin altında altı ədəd generator olmamışdır. - Xankəndi poçt şöbəsindən aşkar olunmuş və oğurluq ittihamın predmetini təşkil edən əşyaların növ və çeşid baxımından qiymətlədirildikdə həmin əşyaların əksəriyyətinin (məsələn, skuter, müxtəlif növ tikiş maşınları) poçt şöbəsinin təyinatına açıq-aşkar uyğun olmadığı müəyyən olunur. Belə ki, nəzərdə qaçırılmamalıdır ki, müvafiq bina X15 Respublikası dövründə də poçt kimi fəaliyyət göstərmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin inzibati binasında “Baxış və götürmə aparılması barədə” 18 aprel 2024-cü il tarixli protokolla müəyyən olunur ki, oğurluq ittihamın predmetini təşkil edən əşyalar ayrı-ayrılıqda deyil, məhz kompakt halda aşkar edilmişdir. Məhkəmə işin qeyd olunan təkzibedilməz hallarını, o cümlədən Xankəndi poçt şöbəsində yalnız Təqsirləndirilən şəxs fəaliyyət göstərməsini, onun iradəsinə zidd həmin binaya kənar şəxslərin daxil olmamasını nəzərə alaraq hesab edir ki, Xankəndi poçt şöbəsindən aşkar olunmuş və oğurluq cinayətinin predmetini təşkil edən əşyalar Təqsirləndirilən şəxs orada xidməti fəaliyyətə qədər olmamış və məhz sonuncu tərəfindən talama məqsədilə ayrı-ayrı binalardan ora gətirilərək yığılmışdır. 2-ci dəlilin qiymətləndirilməsi: Şahid1 məxsus Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evində aşkar olunan və oğurluq cinayətinin predmetini təşkil edən əşyaları Təqsirləndirilən şəxs Xankəndi şəhərindən aparması işin müəyyən olunmuş hallarının məntiqi metodla təhlili əsasında təsdiq olunur. Belə ki, “Mobil telefona baxış keçirilməsi barədə” 27 aprel 2024-cü il tarixli protokola əlavə olunmuş “WhatsApp» proqramında qeydə alınmış səs yazıları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan əşyaları öz adından satmağı bacısı Şahid1 tapşırır, habelə sonuncu əşyaların satış qiymətini soruşduqda, ona “lalafo.az” internet saytına baxmağı və oradakı qiymətdən 5 manat aşağı satmağı təklif edir. Tək bu hal onu təsdiq edir ki, Təqsirləndirilən şəxs həmin əşyaları əvəzsiz formada, yəni oğurluq yolu ilə əldə edib. Çünki əvəzli qaydada əmlak əldə edən şəxs təxmini deyil, ən azı əşyanın maya dəyəri nəzərə alınmaqla satış qiyməti təyin edər. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri irəli sürülmüş cinayət ittihamda onun hər birinin dəyəri 50 manat olan 2 (iki) ədəd “Luxell” markalı sobanı gizli yolla taladığı qeyd olunsa da, iş materiaları ilə sonuncunun həmin əşyadan yalnız 1 (bir) ədədini taladığı təsdiq edilir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə irəli sürülmüş ittihamdan onun həmin əşyaların biri ilə bağlı müddəa xaric edilməli və onun oğurluq əməli nəticəsində vurduğu ümumi ziyanın miqdarı 50 manat azaldılmaqla 14195,0 manat müəyyən olunmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin işin məhkəmə baxışı zamanı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri irəli sürülmüş cinayət ittihamı üzrə verdiyi ifadələri yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə vermələri əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Odur ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri tövsif edilmişdir. 3-cü dəlilin qiymətləndirilməsi: təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddəsi ilə irəli sürülmüş ittihamının predmetini aşağıdakılar təşkil edir: - 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AK” 103 modelli, “181191269” №-li, döyüş təyinatlı yivli odlu avtomat silahı; - 1 (bir) ədəd bıçaq zavod üsulu istehsal edilmiş döyüş ( hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaq; - 30 (otuz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patron; - 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK103” modelli avtomat silahlarda funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7.62x39 mm kalibrli patron tutumuna malik olan sandıqça; - 225 (iki yüz iyirmi beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 5.6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ- 18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda (GSG-5, AR-7 və s.) karabinlərində və.s silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patron; - 1400 (bir min dörd yüz) ədəd yivsiz-lüləli tüfənglərdə istifadə olunan patronların tərkib hissəsi olan və barıtın alışdırılması üçün istifadə olunan piston. Ümumi məlum olan faktdır ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhəri ərazisində yaşayış və qeyri-yaşayış binalarında demək olar ki, hər gün hüquq mühafizə orqanları, eləcə də, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları tərəfindən silah-surat aşkarlanır. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Xankəndi poçt şöbəsinin inzibati binasından aşkarlanmış həmin əşyaların Ermənistan Respublikasının Silahlı Qüvvələrinə məxsus olması və onlardan qalması işin mübahisəsiz halıdır. Həmçinin nəzərə alınmalıdır ki, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları tərəfindən Xankəndi poçt şöbəsinin inzibati binası istifadəyə verilərkən deyil, yalnız hadisədən sonra, yəni xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində yoxlanılmış və həmin tarixlərdə oradan 2 (iki) ədəd “AK 74” markalı avtomat silah, 3 (üç) ədəd süngü bıçaq və 1 (bir) ədəd “Tir-ij-38- 31199” markalı pinevmatik silah aşkar edilmişdir. İşin həmçinin hüquqi əhəmiyyət kəsb edən faktiki halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini icra etsə də, orada təkbaşına fəaliyyət göstərmiş və inzibati binanın yalnız rəis otağından istifadə etmiş, məhz bu səbəbdən də həmin otağın qapısı kilidli, digər otaqların qapısı isə açıq olmuşdur. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq ittihamlar üzrə əməlin hüquqi tövsifində həlledici meyar silah-sursatın sadəcə aşkar olunması faktı deyil, onların məhz inzibati binanın hansı otağından tapılması faktıdır. Qeyd olunur ki, 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah və 1 (bir) ədəd süngü bıçaq Xankəndi poçt şöbəsinin inzibati binasının birinci mərtəbəsində – ümumi xidmət göstərilən zalın baş tərəfində yerləşən və qapısı açıq olan istifadə olunmayan otaqdakı dolabın üstündən aşkar edilmişdir. Həmin predmetlərin aşkar olunması cinayət hadisəsinin mövcudluğunu şərtləndirsə də, məhz müvafiq əşyaların tapılma məkanı təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsini şübhə altına alır. Belə ki, Xankəndi poçt şöbəsinin rəisi vəzifəsini icra etmiş Təqsirləndirilən şəxs yalnız şöbənin ikinci mərtəbəsində yerləşən rəis otağı və onun daxilində olan istirahət otağından istifadə etmiş, yalnız həmin otağın qapısını bağlı saxlamış, müvafiq otaqlardakı əşyalar bilavasitə onun nəzarətində və sahibliyində olmuşdur. Bununla yanaşı inzibati bina aidiyyəti orqanlar tərəfindən silah-surtadan təmizlənməmişdir. Eləcə də, qeyd olunan silahlara sahibləndiyi təqdirdə təqsirləndirilən şəxsin həmin əşaları qapısı açıq otaqda saxlaması ağlabatan və inandırıcı deyil. Bütün bu hallar Təqsirləndirilən şəxs 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı və 1 (bir) ədəd süngü bıçağı hadisəyə qədər görüb, ona sahiblənməsini istisna edir, başqa sözlə onun həmin predmetlərə münasibətdə təqsirliliyi sübuta yetirilmir. Məhkəmənin bu qənaəti xüsusi ilə ona əsaslanır ki, poçtun inzibati binasında hadisədən təxminən 12 gün sonra Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılarkən binanın istifadə olunmayan otaqlarından daha 2 (iki) ədəd “AK 74” markalı avtomat silah, 3 (üç) ədəd süngü bıçaq və 1 (bir) ədəd “Tir-ij-38-31199” markalı pinevmatik silah tapılsa da, istintaq orqanı həmin predmetlərin Təqsirləndirilən şəxs məxsus olmaması qənaətinə gələrək, müvafiq əşyalara münasibətdə ona ittiham irəli sürməmişdir. Belə olan halda istintaq orqanının binanın istifadə olunmayan və qapısı açıq olan otağından aşkar olunmuş 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah və 1 (bir) ədəd süngü bıçağa görə Təqsirləndirilən şəxs ittiham irəli sürməsi başadüşülən deyil. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır». Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahın və 1 (bir) ədəd süngü bıçağın Təqsirləndirilən şəxs məxsusluğu ilə bağlı şübhə, müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmadığından onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 38-ci bəndinin sonuncu abzasına əsasən “İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir”. Qanunun qeyd olunan normalarına əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan “onun 1 (bir) ədəd silah Rusiyada zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AK 103” modelli, “181191269” nömrəli döyüş təyinatlı yivli avtomat silahı əldə etməsi ilə bağlı müddəalar”, habelə Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə irəli sürülmüş ittiham – onun 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaq – soyuq sihahı əldə etməsi ilə bağlı müddəalar, habelə Cinayət Məcəlləsinin 228.4-ci maddəsi xaric edilməlidir. Məhkəmə döyüş sursatı hesab olunmayan – 1400 (bir min dörd yüz) ədəd pistona münasibətdə qeyd edir ki, Cinayət-Prosessul Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən «İttiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir». Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən (hazırki epizoda münasibətdə) yalnız döyüş sursatını əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gizdirmə cinayət əməli sayılır. Məhkəmə – ballistik ekspertizası ilə bağlı tərtib olunmuş 20 may 2024-cü il tarixli 3/790, 3/791, 3/849 nömrəli rəyin nəticə hissəsinə əsasən 1400 (bir min dörd yüz) ədəd piston döyüş sursatı hesab edilmir. Məhkəmə qanunun qeyd olunan normasını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 1400 (bir min dörd yüz) ədəd pistonu əldə edib saxlaması cinayət qanunu ilə nəzərdə tutulmuş əməl sayılmadığından, cinayət hadisəsi olmaması əsası ilə ittihamdan «yivsiz-lüləli tüfənglərdə istifadə olunan patronların tərkib hissəsi – barıt alışdırılması üçün istifadə olunan 1400 ədəd piston əldə etməsi ilə bağlı müddəalar» xaric edilməlidir. Qeyd olunur ki, 11 noyabr 2023-cü ildən 18 aprel 2024-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsində və sahibliyində olan xidməti otaqda yerləşən dolabın üstündə döyüş sursatı hesab olunan və içərisində 30 (otuz) ədəd 7.62x39 mm kalibrli patron olan 1 (bir) ədəd sandıqça, habelə həmin müddət ərzində istifadəsində olmuş istirahət otağındakı dolabın içərisindən – daha doğrusu ora yığdığı ərzaq paketlərinin üstündən döyüş sursatı sayılan – 250 (iki yüz iyirmi beş) ədəd patron aşkar edilərək götürülmüşdür. Həmin döyüş sursatları Xankəndi poçt şöbəsinin inzibati binasında Ermənistan Respublikasının Silahlı Qüvvələrindən qalmış olsa da, Təqsirləndirilən şəxs həmin predmetləri gördüyü halda (250 ədəd patron bilavasitə onun ərzaq paketlərinin üstündən tapılıb) bu barədə lazımi dövlət orqanlarına məlumat verməyib, təxminən altı ay ərzində qeyd olunan predmetlərə faktiki olaraq sahiblənməklə onları əldə etmiş və qanunsuz olaraq saxlamışdır. Artıq bu hal müvafiq predmetlərə münasibətdə onun əməlinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edildiyini təsdiq edir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, özünün və arvadı X2 X7 iştirakçısı olmasını, X11 zamanı gedən döyüşlərdə aldığı xəsarətlərlə bağlının İİ dərəcəli əlil olmasını, arvadı X2 İİ dərəcəli əlil olmasını, özünün və ailə üzvlərinin məcburi köçkün həyatı yaşamasını, şəhid ailəsi olmasını və əvvəllər məhkum olunmadığını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və sonuncu qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan zavod üsulu ilə isthesal edilmiş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş 27 (iyirmi yeddi) ədəd patron, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” modelli avtomat silahlarda funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7,62x39 mm kalibrli paron tutumuna malik olan 1 (bir) ədəd sandıqça və zavod üsulu istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarında, (Walter Mod PP Cal 22) konstruksiyalı tapançalarda istifadə olunan 225 ədəd patron və 1400 (bir min dörd yüz) ədəd yivsiz-lüləli tüfənglərdə istifadə olunan patronların tərkib hissəsi olan və barıtın alışdırılması üçün istifadə olunan piston Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan 1 (bir) ədəd silah Rusiyada zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AK 103” modelli, “181191269” nömrəli döyüş təyinatlı yivli avtomat və 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaqla bağlı müddəaların Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən xaric edildiyini və qeyd olunan predmetlərə münasibətdə cinayəti törətmiş şəxs(lər)in müəyyən edilməmiş qaldığını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan şəxs(lər)in cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd istifadədə olmuş üzərində “Feon” yazıları olan 190 amerlik avtomobil akumliyator, istifadədə olmuş 1 (bir) ədəd boz rəngli “Eurolux” markalı tozsoran, 1 (bir) ədəd istifadədə olmuş çantada təmir ləvazimatları, 1 (bir) ədəd istifadədə olmuş “LG” markalı “Amatljd” modelli televizor, 1 (bir) ədəd istifadədə olmuş «Genuis” markalı səsgücləndirici, 1 (bir) ədəd istifadədə olmuş işıq plafonu, 3 (üç) ədəd istifadədə olmuş “Veritas” markalı tikiş maşını, 1 (bir) ədəd istifadədə olmuş orta ölçülü drel, 1 (bir) ədəd istifadədə olmuş qara rəngli “Kugoo” markalı elektrik skuteri, 1 (bir) ədəd istifadədə olmuş üzərində “Edon” yazısı olan dəst hava balonu, 6 (altı) ədəd istifadədə olmuş müxtəlif markalı elektrik generatorları, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UE 43J5202AU modelli televizor, 14 (on dörd) ədəd istifadə olunmuş müxtəlif markalara aid kondisioner split hissəsi, 4 (dörd) ədəd istifadədə olmuş kondisioner mühərrik, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UA40D6000SR modelli televizor, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı 32BX320 modelli televizor, 7 (yeddi) ədəd istifadədə olmuş müxtəlif markalı generator, 1 (bir) ədəd istifadədə olmuş şirniyyat bişirən soba, 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı minutka, 1 (bir) ədəd istifadədə olmuş kartof qızaradan avadanlıq, 4 (dörd) ədəd istifadədə olmuş «Sailun» markalı avtomobil təkəri, 5 (beş) ədəd istifadədə olmuş laqonda, 2 (iki) ədəd istifadədə olmuş elektrik mişarı, 2 (iki) ədəd istifadədə olmuş orta ölçülü perfarator, 1 (bir) ədəd yeni vəziyyətdə «Ariston» markalı kombi, 1 (bir) ədəd istifadədə olmuş kombi, 1 (bir) ədəd istifadədə olmuş «Bosch» markalı qabyuyan maşın, 2 (iki) ədəd istifadədə olmuş elektrik lampası, 1 (bir) ədəd yeni vəziyyətdə «Canon» markalı MF3010 modelli printer, 1 (bir) ədəd istifadədə olmuş «Luxell» markalı soba, 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı, 1 (bir) ədəd yeni vəziyyətdə «AUX» markalı ASW-H24A/LMR1 modelli kondisioner, 2 (iki) ədəd istifadədə olmuş meyvə qurudan avadanlıq, 1 (bir) ədəd istifadədə olmuş otbiçən maşın, 1 (bir) ədəd istifadədə olmuş tozsoran, 1 (bir) ədəd istifadədə olmuş paltarqurudan maşın, 1 (bir) ədəd istifadədə olmuş radio, 1 ədəd (bir) istifadədə olmuş “Railer” yazısı olan elektrik mişarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “İphone 14 pro” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan cinayət hadisəsi olmadığına görə: - onun yivsiz-lüləli tüfənglərdə istifadə olunan patronların tərkib hissəsi – barıt alışdırılması üçün istifadə olunan 1400 ədəd piston əldə etməsi ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan təqsirliliyi sübuta yetirilmədiyinə görə: - onun 1 (bir) ədəd silah Rusiyada zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AK 103” modelli, “181191269” nömrəli döyüş təyinatlı yivli avtomat silahı əldə etməsi ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə irəli sürülmüş ittiham təqsirliliyi sübuta yetirilmədiyinə görə: - onun 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaq – soyuq sihaı əldə etməsi ilə bağlı müddəalar, habelə Cinayət Məcəlləsinin 228.4-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 aprel 2024-cü ildən hazırki tarixədək həbsdə olduğu 5 (beş) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarəti Bakı şəhər Probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan zavod üsulu ilə istehsal edilmiş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” markalı avtomat silahlarda “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş 27 (iyirmi yeddi) ədəd patron, “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” modelli avtomat silahlarda funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş 30 ədəd 7,62x39 mm kalibrli paron tutumuna malik olan 1 (bir) ədəd sandıqça və zavod üsulu istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərində, (TOZ-35, İJ-1 və s.) təlim-məşq tapançalarında, (Walter Mod PP Cal 22) konstruksiyalı tapançalarda istifadə olunan 225 ədəd patron və 1400 (bir min dörd yüz) ədəd yivsiz-lüləli tüfənglərdə istifadə olunan patronların tərkib hissəsi olan və barıtın alışdırılması üçün istifadə olunan piston Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan, 1 (bir) ədəd silah Rusiyada zavod üsulu ilə istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AK 103” modelli, “181191269” nömrəli döyüş təyinatlı yivli avtomat və 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçaq həmin Şöbədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd istifadədə olmuş üzərində “Feon” yazıları olan 190 amerlik avtomobil akumlyator, istifadədə olmuş 1 (bir) ədəd boz rəngli “Eurolux” markalı tozsoran, 1 (bir) ədəd istifadədə olmuş çantada təmir ləvazimatları, 1 (bir) ədəd istifadədə olmuş “LG” markalı “Amatljd” modelli televizor, 1 (bir) ədəd istifadədə olmuş «Genuis” markalı səsgücləndirici, 1 (bir) ədəd istifadədə olmuş işıq plafonu, 3 (üç) ədəd istifadədə olmuş “Veritas” markalı tikiş maşını, 1 (bir) ədəd istifadədə olmuş orta ölçülü drel, 1 (bir) ədəd istifadədə olmuş qara rəngli “Kugoo” markalı elektrik skuteri, 1 (bir) ədəd istifadədə olmuş üzərində “Edon” yazısı olan dəst hava balonu, 6 (altı) ədəd istifadədə olmuş müxtəlif markalı elektrik generatorları, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UE 43J5202AU modelli televizor, 14 (on dörd) ədəd istifadə olunmuş müxtəlif markalara aid kondisioner split hissəsi, 4 (dörd) ədəd istifadədə olmuş kondisioner mühərrik, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı UA40D6000SR modelli televizor, 1 (bir) ədəd istifadədə olmuş «Samsung» markalı 32BX320 modelli televizor, 7 (yeddi) ədəd istifadədə olmuş müxtəlif markalı generator, 1 (bir) ədəd istifadədə olmuş şirniyyat bişirən soba, 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı minutka, 1 (bir) ədəd istifadədə olmuş kartof qızardan avadanlıq, 4 (dörd) ədəd istifadədə olmuş «Sailun» markalı avtomobil təkəri, 5 (beş) ədəd istifadədə olmuş laqonda, 2 (iki) ədəd istifadədə olmuş elektrik mişarı, 2 (iki) ədəd istifadədə olmuş orta ölçülü perfarator, 1 (bir) ədəd yeni vəziyyətdə «Ariston» markalı kombi, 1 (bir) ədəd istifadədə olmuş kombi, 1 (bir) ədəd istifadədə olmuş «Bosch» markalı qabyuyan maşın, 2 (iki) ədəd istifadədə olmuş elektrik lampası, 1 (bir) ədəd yeni vəziyyətdə «Canon» markalı MF3010 modelli printer, 1 (bir) ədəd istifadədə olmuş «Luxell» markalı soba, 1 (bir) ədəd istifadədə olmuş su qızdırıcı, 1 (bir) ədəd yeni vəziyyətdə «AUX» markalı ASW-H24A/LMR1 modelli kondisioner, 2 (iki) ədəd istifadədə olmuş meyvə qurudan avadanlıq, 1 (bir) ədəd istifadədə olmuş otbiçən maşın, 1 (bir) ədəd istifadədə olmuş tozsoran, 1 (bir) ədəd istifadədə olmuş paltarqurudan maşın, 1 (bir) ədəd istifadədə olmuş radio, 1 ədəd (bir) istifadədə olmuş “Railer” yazısı olan elektrik mişarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “İphone 14 pro” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar