Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-3/2025 23.01.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakları ilə xx xxxxxx 1961-ci ildə Şəki rayonu Kiçik Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxx 1978-ci ildə Şəki rayonu Şin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış meneceri işləyən, Şəki şəhəri Təyyarə meydanı 7 ev ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxxxx 1972-ci ildə Şəki rayonu Kiçik Dəhnə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən dövlət mülkiyyəti sayılan fərdi yaşayış evində olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 21 avqust 2024-cü ildə saat 11.35-də radələrində “Chef Mood” restoranının yaxınlığında yerləşən və giriş darvazasının üzərində “Dövlət mülkiyyətidir və giriş qadağandır” yazısı olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 1 (bir) ədəd dəyəri 400 manat olan istifadə olunmuş 1,2x2 metr ölçülü stol və 8 (səkkiz) ədəd hər birinin dəyəri 40 manat olmaqla ümumi qiyməti 320 manat olan stulu gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 720 (yeddi yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayında “Qədim Şəki şirniyyat evi”ndə işləyən oğluna baş çəkmək üçün Xankəndi şəhərinə gəlmişdir. 21 avqust 2024-cü ildə şirniyyat evinin qarşısında olan zaman həmin mağazanın satış meneceri Təqsirləndirilən şəxs2 görmüş və sonuncudan idarə etdiyi «Ford Transit» markalı 77DK130 qeydiyyat nişanlı avtomobillə onu Xankəndi şəhəri ərazisini gəzdirməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs2 təklifini qəbul etmiş və həmkəndlisi Təqsirləndirilən şəxs3 onlarla birlikdə getmişdir. “Chef Mood” restoranının yaxınlığında yerləşən fərdi yaşayış evlərinin qarşısından keçən zaman həyətlərin birində stol və stul dəsti görmüş və onu götürərək şirniyyat evinə aparmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2 avtomobili həmin evin darvazasının qarşısında saxlamış və hər üçü düşərək evin giriş darvazasını açmaqla həyət daxil olmuşlar. Oradan 1 (bir) ədəd stol və 8 (səkkiz) ədəd stul götürərək avtomobilin yük yerinə yığmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq X1 inzibati binasına gətirilmişlər. Orada avtomobilin yük yerinə baxış keçirilən zaman həmin stol və stullar aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xankəndi şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətdə satış meneceri işləyir. Həmin Cəmiyyətə məxsus “Qədim Şəki şirniyyat evi”ndə vəzifəsini icra edir. Şirniyyat evində düzəldiləcək kabinetə stol və stul lazım olduğundan, həmin əşyaların axtarışında olmuşdur. 21 avqust 2024-cü ildə şirniyyat evinin qarşısında olan zaman həmyerliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 görmüş, şəhəri gəzmək məqsədi ilə onlar idarə etdiyi «Ford Transit» markalı 77DK130 qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. “Chef Mood” restoranının yaxınlığında yerləşən fərdi yaşayış evlərinin qarşısından keçən zaman həyətlərin birində stol və stul dəsti görmüş, onu götürmək qərarına gəlmişlər. Avtomobili həmin evin darvazasının qarşısında saxlamış və hər üçü düşərək evin giriş darvazasını açmaqla həyət daxil olmuşlar. Oradan 1 (bir) ədəd stol və 8 (səkkiz) ədəd stul götürərək avtomobilin yük yerinə yığmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq X1 inzibati binasına gətirilmişlər. Orada avtomobilin yük yerinə baxış keçirilən zaman həmin stol və stullar aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin avqust ayında iş tapmaq üçün Xankəndi şəhərinə gəlmişdir. 21 avqust 2024-cü ildə Xankəndi şəhərində yerləşən “Qədim Şəki şirniyyat evi”nin qarşısında olan zaman həmin mağazanın satış meneceri Təqsirləndirilən şəxs2 görmüş və sonuncudan idarə etdiyi «Ford Transit» markalı 77DK130 qeydiyyat nişanlı avtomobillə onu Xankəndi şəhəri ərazisini gəzdirməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs2 təklifini qəbul etmiş və həmkəndlisi Təqsirləndirilən şəxs1 onlarla birlikdə getmişdir. “Chef Mood” restoranının yaxınlığında yerləşən fərdi yaşayış evlərinin qarşısından keçən zaman həyətlərin birində stol və stul dəsti görmüş və onu götürmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2 avtomobili həmin evin darvazasının qarşısında saxlamış və hər üçü düşərək evin giriş darvazasını açmaqla həyətə daxil olmuşlar. Oradan 1 (bir) ədəd stol və 8 (səkkiz) ədəd stul götürərək avtomobilin yük yerinə yığmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq X1 inzibati binasına gətirilmişlər. Orada avtomobilin yük yerinə baxış keçirilən zaman həmin stol və stullar aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.7-ci maddəsinə əsasən Xankəndi şəhərində yerləşən bütün daşınmaz əşyalar içrəsində olan əmlaklar ilə birlikdə dövlət mülkiyyəti sayılır. Bu məqsədlə şəhər ərazisində yerləşən bütün evlərin üzərinə “Dövlət mülkiyyətidir və giriş qadağandır” elanı asılmışdır. Müvafiq elan hazırki iş üzrə talama əməlinin baş verdiyi fərdi yaşayış evinin giriş darvazasına da asılmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 21 avqust 2024-cü ildə saat 11.35-də radələrində “Chef Mood” restoranının yaxınlığında yerləşən və giriş darvazasının üzərində “Dövlət mülkiyyətidir və giriş qadağandır” yazısı olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 1 (bir) ədəd dəyəri 400 manat olan istifadə olunmuş 1,2x2 metr ölçülü stol və 8 (səkkiz) ədəd hər birinin dəyəri 40 manat olmaqla ümumi qiyməti 320 manat olan stulu gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 720 (yeddi yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Hazırda bütün əşyalar geri qaytarıldığından təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbəri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 21 avqust 2024-cü ildə saat 12 radələrində xidmətdə olan zaman «Ford Transit» markalı 77DK130 qeydiyyat nişanlı avtomobilin içərisində müxtəlif məişət əşyaları görmüşdür. Bu zaman həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özünü təqdim etmiş və əşyaları haradan əldə etməsini soruşmuşdur. Təqsirləndirilən şəxslər qeyd olunan əşyaları “Chef Mood” restoranının yaxınlığında yerləşən fərdi yaşaqış evindən götürdüklərini bildirmişdir. Təqsirləndirilən şəxslərin həmin stol və stul dəstini götürməyə icazələri olmadığından, onlar Xankəndi Şəhər Polis Şöbəsinə dəvət olunmuş və orada avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən 1 (bir) ədəd stol və 8 (səkkiz) ədəd stul aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 digər Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxslərin müvafiq cinayəti törətməsi faktı özlərinin səmimi etirafları və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmə aparılması barədə» 21 avqust 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan «Ford Transit» markalı 77DK130 qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman yük yerindən 1 (bir) ədəd stol və 8 (səkkiz) ədəd stul aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2024cü il tarixli 9/6966 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması və yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 720 manat müəyyən edilir”. Həmin rəyin tədqiqat hissəsində malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Ümumi Bir ədədinin Ümumi dəyəri miqdarı qiyməti (manatla) (manatla)
1. İstifadədə olmuş 1,2x2 metr ölçülü stol 1 400 400
2. İstifadədə olmuş stul 8 40 320 cəmi: 720,00 Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xankəndi Şəhər Polis Şöbəsinin 20 noyabr 2024-cü il tarixli 3-13-24-122/2024 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, təqsirləndirilən şəxslərin 21 avqust 2024-cü ildə avtomobilindən aşkar olunmuş əşyaları onlar həmin gün Xankəndi şəhərində olan yerləşən fərdi yaşayış evinin içərisindən və həyətyanı sahəsindən götürmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “İfadənin yerində yoxlanılması barədə” 31 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində verdiyi ifadələri yerində yoxlanılarkən, onlar, avtomobilindən aşkar olunan 1 (bir) ədəd stol və 8 (səkkiz) ədəd stulu 21 avqust 2024-cü ildə saat 12 radələrində Xankəndi şəhərində olan “Chef Mood” restoranının yaxınlığında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürdüyünü bildirmişlər. İş materiallarında olan «Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə» 29 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə müvafiq olaraq saat 17.30, 18.05 və 18.40-da şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan «Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında» 31 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin tarixdə həbsdən azad edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 09 oktyabr 2024-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 17 dekabr 2024cü il tarixli qərardan görünür ki, (bir) ədəd istifadə olunmuş 1,2x2 metr ölçülü stol və 8 (əsəkkiz) ədəd istifadə olunmuş stul iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş, onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, onlara Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd istifadə olunmuş 1,2x2 metr ölçülü stol və 8 (əsəkkiz) ədəd istifadə olunmuş stul Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə (hər birindən 16,70 manat olmaqla) tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 29 oktyabr 2024-cü ildən 31 oktyabr 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarəti Şəki rayon İcra və probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 29 oktyabr 2024-cü ildən 31 oktyabr 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarəti Şəki rayon İcra və probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 29 oktyabr 2024-cü ildən 31 oktyabr 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarəti Şəki rayon İcra və probasiya idarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd istifadə olunmuş 1,2x2 metr ölçülü stol və 8 (səkkiz) ədəd istifadə olunmuş stul Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər məbləğdə (hər birindən 16,70 manat olmaqla) tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Abdullayev