Məhkəmə qərarları › İş №1(065)-33/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №1(065)-33/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 1(065)-33/2025 22.01.2026 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Hacıqabul şəhəri Əliağa Vahid küçəsi ev 55 mənzil 6-da qeydiyyatda olan, Hacıqubal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 dekabr 2024-cü ildə cəzasının sonu ilə azad olunmuş, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 sentyabr 2025-ci ildə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – üç ədəd bükümdə ayrı-ayrılıqla təmiz çəkiləri – 28,20 qram, 8,61 qram və 0,44 qram olmaqla ümumi təmiz çəkisi 37,25 qram olan narkotik vasitə – qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla, Xankəndi şəhərində müvəqqəti olaraq yaşadığı mənzilə daşıyaraq orada saxlamış, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2025-ci ildə saat 16 radələrində həmin mənzilə baxış keçirlən zaman, qeyd olunan narkotik vasitələr müvafiq olaraq yataq otağındakı dolabdan və çarpayının altından, digər büküm isə qonaq otağındakı şkafdan aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 sentyabr 2025-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə işləmək üçün Xankəndi şəhərinə gəlmişdir. Hadisədən iki gün qabaq iş yerindən çıxıb evə gedən zaman yerdən içərisində qurudulmuş marixuana olan üç ədəd büküm tapmış və yaşadığı mənzilə gətirmişdir. 20 sentyabr 2025-ci ildə polis əməkdəşları silah-sursatla bağlı arama-tarama tədbiri keçirən zaman yaşadıqları mənzilə daxıl olmuş, onun yataq otağındakı dolabdan və çarpayının altından, eləcə də qonaq otağındakı şkafdan saxladığı narkotik vasitə – qurudulmuş mariuxana bükümlərini taparaq götürmüşlər. Əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı var. Buna görə də, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Xankəndi şəhəri ərazisində yaşayış və qeyri-yaşayış sahələrində silahsursatın aşkar olunması ilə bağlı 20 sentyabr 2025-ci ildə tədbir keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildən – yataq otağındakı dolabdan və çarpayının altından, eləcə də qonaq otağındakı şkafdan ümumilikdə üç ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xankəndi şəhərində yaşadığı mənzildən – yataq otağındakı dolabdan və çarpayının altından, eləcə də qonaq otağındakı şkafdan ümumilikdə üç ədəd bükümdə narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2025ci il tarixli 16/810 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim olunmuş üzərində "Aşkar olunmuş ağ sellofan paketdə ümumi çəkisi 40,95 qram olan marixuanaya bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan paketdə, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 28,28 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 28,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Aşkar olunmuş çəhrayı bükümlə birlikdə ümumi çəkisi 29,32 qram olan narkotik vasitə marixuanaya bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd çəhrayı rəngli parça kəsiyində təmiz çəkisi 8,61 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində "Aşkar olunmuş 01 ədəd kağız bükümdə umumi çəkisi 2,73 qram olan narkotik vasitə marixuanaya bənzər kütlə yazı və imzalar kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,51 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,44 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar eynidirlər”. Həmin rəyin təsviri – əsaslandırıcı hissəsinin sonuncu abzasına əlavə olunmuş qeydə əsasən «marixuananın təmiz çəkisi – 37,25 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq – 37,13 qram». Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat 80 (səksən) qəpikdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş maddi sübutların ekspertizası ilə bağlı 18 noyabr 2025-ci il tarixli 722/2025 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi – B (İİİ). Ekspertizaya təqdim olunan 01 ədəd məişət üsulu ilə düzəldilmiş inhalyasiya-çəkmə qurğusunun üzərində olan kağız borucuq üzərində ayğız suyu aşkar olundu. Bu ağız suyunun qrup mənsubiyyəti ABO üzər təyin olunduqda yalnız “B” antigeni alındı. Bu ağız suyu Balfa (İİİ) qruplu şəxsə, həmçinin Təqsirləndirilən şəxs məxsus ola bilər”. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə – narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 03 noyabr 2025-ci il tarixli 1743 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, «Müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür». İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 26 noyabr 2025ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 37,13 qram olan narkotik vasitə – qurudulmuş marixuana, habelə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 4 (dörd) ədəd DVD və təqib üzrə izahatı alınmış şəxslərin videogörüntüsünü əks etdirən 2 (iki) ədəd DVD iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmiş və 1 (bir) ədəd DVD isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 30 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Rzayev X2 Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 dekabr 2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) nəfər azyaşlı – xx.xx.2013-cü il təvəllüdlü Məhəmməd Rzayev və xx.xx.2016-cı il təvəllüdlü Yaqut Rzayeva adlı uşaqları var. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 22 yanvar 2026-cı ildə yazılmış ərizədən görünür ki, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. Qeyd olunur ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) 2 (iki) nəfər yetkinlik yaşına çatmayan – xx.xx.2013-cü il təvəllüdlü Məhəmməd Rzayev və xx.xx.2016cı il təvəllüdlü Yaqut Rzayeva adlı uşaq var. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.16 və 5.1-ci bəndlərinin, eləcə də, qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 37,13 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 4 (dörd) ədəd DVD və təqib üzrə izahatı alınmış şəxslərin videogörüntüsünü əks etdirən 2 (iki) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi – 37,13 qram olan narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd məişət üsulu ilə düzəldilmiş inhalyasiya qurğusu məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 4 (dörd) ədəd DVD və təqib üzrə izahatı alınmış şəxslərin videogörüntüsünü əks etdirən 2 (iki) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar