Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 1(065)-35/2025 22.01.2026 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxxxxx 1992-ci ildə Xaçmaz rayonu Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 mart 2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.5ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağı, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd xəncəri və ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib, gəzdirməklə müvəqqəti yaşadığı Xankəndi şəhərində yerləşən mənzilə gətirmiş və Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2025-ci ildə həmin mənzilə baxış keçirlən zaman, qeyd olunan bıçaqlar aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, usta fəaliyyəti ilə məşğul olur və 2025-ci ilin sentyabr ayının əvvələrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmək üçün Xankəndi şəhərinə gəlmişdir. Xankədi şəhərində yaşadığı dövrdə Cəmiyyət tərəfindən mənzillə təmin olunmuşdur. 19 sentyabr 2025-ci ildə işdən sonra özünə paltar və ayaqqabı axtarmaq üçün yaşayış olmayan evlərə daxil olmuşdur. Qeyd olunan əşyaları axtaran zaman 3 ədəd bıçaq tapmış və yaşadığı mənzilə gətirmişdir. Lakin qorxduğu üçün həmin bıçaqları polis əməkdaşlarına təqdim etməmişdir. Əməlindən peşmandır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərmişdir ki, Xankəndi şəhəri ərazisində yaşayış və qeyri-yaşayış sahələrində silahsursatın aşkar olunması ilə bağlı 20 sentyabr 2025-ci ildə tədbir keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildən 1 (bir) ədəd süngü bıçaq, 1 (bir) ədəd xəncər və 1 (bir) ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Baxış zaman Təqsirləndirilən şəxs həmin bıçaqları bir gün əvvəl Xankəndi şəhərində yaşayış olmayan mənzillərin birindən tapdığını və yaşadığı mənzilə gətirdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, Şahid6 və Şahid7 digər Şahid10 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xankəndi şəhərində yaşadığı mənzildən (bir) ədəd süngü bıçaq, 1 (bir) ədəd xəncər və 1 (bir) ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 noyabr 2025-ci il tarixli 3/1243 rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal olunan döyüş (hərbi) təyinatlı (“Kalaşnikov konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan) bir tərəfi kəsici, ucu deşici xassəyə malik süngü-bıçaqdır, soyuq silahdır, üzərində əlavə və dəyişiklik edilməmişdir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd şərti olaraq “A” hərfi ilə işarələnmiş predmet kustar üsulla xəncər formasında hazırlanmış kəsici-deşici xassəli soyuq silahdır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd şərti olaraq “B” hərfi ilə işarələnmiş predmet kustar üsulla hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silahdır, istifadəyə yararlıdır”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manatdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 12 dekabr 2025ci il tarixli qərardan görünür ki, “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağı, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd xəncəri və ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd ümumi təyinatlı ov bıçağı, habelə mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 4 (dörd) ədəd DVD işə üzrə maddi sübut kimi tanınmış, bıçaqlar saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmiş və DVD isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 30 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 19 mart 2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən 22 yanvar 2026-cı ildə yazılmış ərizədən görünür ki, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının müvafiq bəndini tətbiq etməklə, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr “icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla)”. Qeyd olunur ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə ittiham olunduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işinin materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən «Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır». Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinin və qanunun qeyd olunan normalarının tələblərini, habelə müdafiə tərəfinin mövqeyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağı, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd xəncəri və ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 4 (dörd) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə olan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının 5.1-ci bəndinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan döyüş (hərbi) təyinatlı döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, döyüş (hərbi) təyinatlı, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd süngü bıçağı, ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd xəncəri və ucu deşici xassəyə malik soyuq silah hesab edilən 1 (bir) ədəd ümumi təyinatlı ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü əks etdirən 4 (dörd) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Cinayət-Prosessual Məcəllənin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №1(065)-35/2025
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №1(065)-35/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver