Məhkəmə qərarları › İş №1(065)-6/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-6/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-6/2025 03.03.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci ildə Kəlbəcər rayonu Şürtan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu Şürtan kəndində qeydiyyatda olan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü ildə saat 15 radələrində Xankəndi şəhərində yerləşən fərdi yaşayış evindən 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1961-ci ildə istehsal olunmuş E-0803 nömrəli 28 və 5,6 mm kalibrli texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı İJ-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar yivsiz və yivli ov tüfəngi – odlu silahı, zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 150 ədəd patronu, 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ov bıçağını əldə edib daşıyaraq istifadəsində olan “VAZ-2101” markalı 32BH817 qeydiyyat nişanlı avtomobilin alt hissəsində olan boşluğa məftillə bağlamaqla saxlamış, göstərilən tarixdə Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq avtomobilə baxış keçirilən zaman müvafiq odlu silah, döyüş sursatları və soyuq silah aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 noyabr 2024-cü ildə istifadəsində olan “VAZ- 2101” markalı 32BH817 qeydiyyat nişanlı avtomobillə səyahət etmək məqsədi ilə Xankəndi şəhərinə gəlmişdir. Həmin gün saat 14 radələrində şəhərdə gəzərkən evlərdən birinin qapısının açıq olmasını görmüş və avtomobili saxlayarq həmin evə daxil olmuşdur. Fərdi yaşayış evinin eyvanında olan divanın oturacağını qaldıran zaman orada silah qabı görmüşdür. Qabın içərisində silahla yanaşı patronlarda olmuşdur. Silahı ov tüfəngi hesab etdiyindən qabı ilə birlikdə götürmüş və stasionar postlardan gizli keçirmək üçün avtomobilinin altına bağlamışdır. Bundan bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmış və avtomobilin altına bağlanmış əşyanı aşkar etmişlər. Avtomobili ilə birlikdə X2 Şöbəsinə gətirilmiş və orada avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin şassisinə bağlanmış silah qabı götürülmüşdür. Silah qabının içərisinə baxılarkən oradan 1 ədəd tüfəng, 1 ədəd bıçaq və patronlar aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 17 noyabr 2024-cü ildə polis şöbəsinin digər əməkdaşları – Şahid3 və Şahid4 ilə birlikdə Xankəndi şəhəri ərazisində xidmətdə olmuşlar. Həmin gün saat 15 radələrində avtopatrulla fərdi yaşayış evlərinin qarşısından keçən zaman fərdi yaşayış evlərindən birinin qarajının içərisində avtomobilin, həmçinin qarajın qapısının bağlı olmasını görmüşdür. Xidməti avtomobildən düşüb qaraja yaxınlaşan zaman avtomobilin yanında təqsirləndirilən şəxsin qardaşı Şahid1 görmüş və ondan avtomobilin kimə məxsus olmasını soruşmuşlar. Şahid1 avtomobilin qardaşı Təqsirləndirilən şəxs məxsus olmasını demiş və bu zaman sonuncu özü yaxınlaşmışdır. Avtomobilə vizual baxış keçirən zaman şassiyə bağlanmış əşya görmüşlər. Belə olan halda Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Xankəndi Şəhər Polis Şöbəsinə aparılmış və orada avtomobilə baxış keçirilən zaman şassi hissəsinə bağlanmış qabın içərisində 1 ədəd tüfəng, 1 ədəd bıçaq və patronlar aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 digər Şahid2 məhkəmə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş «Baxış və götürmənin keçirilməsi barədə» 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ-2101” markalı 32BH817 qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən mələfəyə bükülməklə şassi hissəsinə bağlanmış silah qabı açılmış, silah qabının içərisindən 1 ədəd tüfəng, 1 ədəd bıçaq və 176 ədəd patron aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib edilmiş 18 noyabr 2024-cü il tarixli 24/1706 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd E-0803 №-li silah, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda 1961-ci ildə istehsal olunmuş 28 və 5,6 mm kalibrli J-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar yivsiz və yivli qoşalüləli ov tüfəngidir, odlu silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 150 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və təyinatı üzrə atəş üçün yararlıdırlar.Tədqiqata təqdim edilmiş 23 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 28x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar”. Həmin rəyin tədqiqat hissəsindən görünür ki, təqdim edilmiş 150 ədəd 5,6 mm kiçik kalibrli patronlardan 5 ədədi, 23 ədəd 28x70 kalibrli ov patronlarından 5 ədədi, 3 ədəd 16x70 kalibrli ov patronlarından 1 ədədi eksperemental atəş zamanı istifadə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 dekabr 2024-cü il tarixli 3/1852 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir”. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 77 (yetmiş yeddi) manatdır. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 21 yanvar 2025-cü il tarixli qərardan görünür ki, 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1961-ci ildə istehsal olunmuş E-0803 nömrəli 28 və 5,6 mm kalibrli texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı İJ-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar yivsiz və yivli ov tüfəngi, zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 145 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 28x70 kalibrli olmaqla həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan sayılan və atəş üçün yararlı olan 18 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 16x70 kalibrli olmaqla həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan və atəş üçün yararlı olan 2 ədəd patron, 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ov bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 (üç) nəfər azyaşlı – xx.xx.2015-ci il təvəllüdlü Nəzrin, xx.xx.2016-cı il təvəllüdlü Nərmin və xx.xx.2021-ci il təvəllüdlü Samir adlı uşaqlar var. İş materiallarında olan «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 17 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15.25-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 19 noyabr 2024-cü il qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan – 28x70 kalibrli 23 ədəd patron və 16x70 kalibrli 3 ədəd patrona münasibətdə qeyd edir ki, Cinayət-Prosessul Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən «İttiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir». Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən (hazırki epizoda münasibətdə) yalnız yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla döyüş sursatını əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə cinayət əməli sayılır. Məhkəmə – ballistik ekspertizası ilə bağlı tərtib olunmuş 18 noyabr 2024-cü il tarixli 24/1706 nömrəli rəyin nəticə hissəsinə əsasən 28x70 kalibrli 23 ədəd patron və 16x70 kalibrli 3 ədəd patron hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılır. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən «Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir». Məhkəmə qanunun qeyd olunan normasını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 28x70 kalibrli 23 ədəd patron və 16x70 kalibrli 3 ədəd patronu əldə edib saxlaması cinayət qanunu ilə nəzərdə tutulmuş əməl sayılmadığından, cinayət hadisəsi olmaması əsası ilə ittihamdan «hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan – 28x70 kalibrli 23 ədəd patron və 16x70 kalibrli 3 ədəd patron əldə etməsi ilə bağlı müddəalar» xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini və peşman olmasını, özünün insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki həbsə alındığı andan, 17 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1961-ci ildə istehsal olunmuş E-0803 nömrəli 28 və 5,6 mm kalibrli texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı İJ-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar yivsiz və yivli ov tüfəngi, zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 145 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 28x70 kalibrli olmaqla həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan sayılan və atəş üçün yararlı olan 18 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 16x70 kalibrli olmaqla həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan və atəş üçün yararlı olan 2 ədəd patron, 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 77 (yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan cinayət hadisəsi olmadığına görə: - onun hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan – 28x70 kalibrli 23 ədəd patron və 16x70 kalibrli 3 ədəd patron əldə etməsi ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan saxlanılan 1 (bir) ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1961-ci ildə istehsal olunmuş E-0803 nömrəli 28 və 5,6 mm kalibrli texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı İJ-56-3 (Belka) modelli, çaxmaqlı, kombinə edilmiş hamar yivsiz və yivli ov tüfəngi, zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı sayılan və atəş üçün yararlı olan 145 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 28x70 kalibrli olmaqla həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan sayılan və atəş üçün yararlı olan 18 ədəd patron, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 16x70 kalibrli olmaqla həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı sayılan sayılan və atəş üçün yararlı olan 2 ədəd patron, 1 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilən ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 77 (yetmiş yeddi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətləri verildiyi) andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar