Məhkəmə qərarları › İş №1(065)-7/2025

Xankəndi Şəhər Məhkəməsi Hökm — İş №1(065)-7/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xankəndi Şəhəri İş № 1(065)-7/2025 03.03.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan şəhəri Elşən Hüseynov küçəsi ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını – “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 22 noyabr 2023-cü il tarixli 1-1-2/2-797/2023 nömrəli məktubuna əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mühafizəsinə və idarəetməsinə əşyaları ilə birlikdə verilmiş yaşayış sahələrinin qarşısında olan əşyalardan bir qismini talamaq qərarına gəlmiş, bu məqsədlə 29 avqust 2024-cü ildə saat 12.30-da Xankəndi şəhərində yerləşən binalardan birinin qarşısında olan 2 (iki) ədəd ümumi dəyəri 300 manat olan istifadə olunmuş əl tikiş aparatı, 22 (iyirmi iki) ədəd ümumi dəyəri 220 manat olan istifadə olunmuş orta ölçülü qazan, 2 (iki) ədəd ümumi dəyəri 60 manat olan istifadə olunmuş böyük ölçülü qazan, 8 (səkkiz) ədəd ümumi dəyəri 40 manat olan istifadə olunmuş mürəbbə qabı, 1 (bir) ədəd dəyəri 2 manat olan istifadə olunmuş dəm çayniki, 1 (bir) ədəd dəyəri 20 manat olan istifadə olunmuş altı nəfərlik “Dolmabahçe” stəkan dəsti, 9 (doqquz) ədəd ümumi dəyəri 27 manat olan istifadə olunmuş xrustal stəkan, 11 (on bir) ədəd ümumi dəyəri 22 manat olan istifadə olunmuş xrustal rumka, 2 (iki) ədəd ümumi dəyəri 10 manat olan istifadə olunmuş şirniyyat qabı, 18 (on səkkiz) ədəd ümumi dəyəri 36 manat olan istifadə olunmuş böyük ölçülü boşqablar, 6 (altı) ədəd ümumi dəyəri 6 manat olan istifadə olunmuş kiçik ölçülü boşqab, 1 (bir) ədəd dəyəri 20 manat olan istifadə olunmuş altı ədəd stəkanla birlikdə su qrafini, 1 (bir) ədəd dəyəri 80 manat olan istifadə olunmuş “Midea” markalı soyuducu, 6 (altı) ədəd ümumi dəyəri 6 manat olan istifadə olunmuş bıçaq, 3 (üç) ədəd ümumi dəyəri 9 manat olan istifadə olunmuş çömçə, 2 (iki) ədəd ümumi dəyəri 1 manat olan istifadə olunmuş böyük ölçülü qaşıq, 2 (iki) ədəd ümumi dəyəri 1 manat olan istifadə olunmuş böyük ölçülü çəngəl, 3 (üç) ədəd ümumi dəyəri 30 manat olan istifadə olunmuş xrustal şirniyyat qabı, 6 (altı) ədəd ümumi dəyəri 6 manat olan istifadə olunmuş qəhvə fincanı, 1 (bir) ədəd dəyəri 3 manat olan istifadə olunmuş çörək qabı, 1 (bir) ədəd dəyəri 10 manat olan istifadə olunmuş rəndə aparatı, 12 (on iki) ədəd dəyəri 60 manat olan üzqırxan aparatı, 1 (bir) ədəd dəyəri 5 manat olan istifadə olunmuş su qrafini, 1 (bir) ədəd dəyəri 180 manat olan istifadə olunmuş doqquz nəfərlik boşqab dəsti, 1 (bir) ədəd dəyəri 3 manat olan istifadə olunmuş uzadıcı, 1 (bir) ədəd dəyəri 50 manat olan istifadə olunmuş soyuducu motorunu gizli yolla talayaraq, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 1207 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 avqust 2024cü ildə saat saat 13 radələrində istifadəsində olan “Toyota Avensis” markalı 77XT047 qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərində yerləşən binalardan birinin qarşısından keçən zaman ittihamda təsvir olunan əşyaları topa halda bir yerə yığıldığını görmüş və həmin əşyalar diqqətini cəlb etdiyi üçün onları avtomobilin salonuna və yük yerinə yığmışdır. Həmin gün saat 15 radələrində Xankəndi şəhərinin çıxışında olan ikinci blok postdan keçməklə şəhər tərk edərkən avtomobili yoxlanılmış və həmin əşyalar aşkar edilərək götürülmüşdür. Qeyd olunan əşyaları hər hansı binaya və ya yaşayış sahəsinə daxil olmaqla deyil, binanın qarşısından götürmüşdür. İstintaq orqanının ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürdüyü ittiham hər hansı bir sübuta əsaslanmır. Buna görə əməlinin Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının müvafiq bəndinə əsasən işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Xankəndi şəhərində yerləşən bütün daşınar və daşınmaz əşyaların mühafizəsi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs 29 avqust 2024-cü ildə saat 13 radələrində Xankəndi şəhərində zərərçəkmiş hüquqi şəxsə məxsus ümumilikdə 1207 manat məbləğində əmlakı ələ keçirmişdir. Hazırda bütün əşyalar geri qaytarıldığından Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 29 avqust 2024-cü ildə saat 14 radələrində Xankəndi şəhərinin çıxışında yerləşən ikinci blok postda xidmətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Avensis” markalı 77XT047 qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmışdır. Müvafiq qaydalara uyğun avtomobilin yük yerinə və salonuna vizual baxış keçirilərkən orada müxtəlif əşyalar olduğu müəyyən edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Xankəndi Şəhər Polis Şöbəsinin inzibati binasının həyətinə aparılmış və orada nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobildən 2 (iki) ədəd əl tikiş aparatı, 22 (iyirmi iki) ədəd orta ölçülü qazan, 2 (iki) ədəd böyük ölçülü qazan, 8 (səkkiz) ədəd mürəbbə qabı, 1 (bir) ədəd dəm çayniki, 1 (bir) ədəd altı nəfərlik “Dolmabahçe” stəkan dəsti, 9 (doqquz) ədəd xrustal stəkan, 11 (on bir) ədəd xrustal rumka, 2 (iki) ədəd şirniyyat qabı, 18 (on səkkiz) ədəd böyük ölçülü boşqab, 6 (altı) ədəd kiçik ölçülü boşqab, 1 (bir) ədəd altı ədəd stəkanla birlikdə su qrafini, 1 (bir) ədəd “Midea” markalı soyuducu, 6 (altı) ədəd bıçaq, 3 (üç) ədəd çömçə, 2 (iki) ədəd böyük ölçülü qaşıq, 2 (iki) ədəd böyük ölçülü çəngəl, 3 (üç) ədəd xrustal şirniyyat qabı, 6 (altı) ədəd qəhvə fincanı, 1 (bir) ədəd çörək qabı, 1 (bir) ədəd rəndə aparatı, 12 (on iki) ədəd üzqırxan aparatı, 1 (bir) ədəd su qrafini, 1 (bir) ədəd doqquz nəfərlik boşqab dəsti, 1 (bir) ədəd uzadıcı, 1 (bir) ədəd soyuducu motoru aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” 29 avqust 2024-cü il tarixli protokoldan görünür ki, “Toyota Avensis” markalı 77XT047 qeydiyyat nişanlı avtomobilə həmin tarixdə baxış keçirilən zaman avtomobilin salonu və yük yerindən 2 (iki) ədəd əl tikiş aparatı, 22 (iyirmi iki) ədəd orta ölçülü qazan, 2 (iki) ədəd böyük ölçülü qazan, 8 (səkkiz) ədəd mürəbbə qabı, 1 (bir) ədəd dəm çayniki, 1 (bir) ədəd altı nəfərlik “Dolmabahçe” stəkan dəsti, 9 (doqquz) ədəd xrustal stəkan, 11 (on bir) ədəd xrustal rumka, 2 (iki) ədəd şirniyyat qabı, 18 (on səkkiz) ədəd böyük ölçülü boşqab, 6 (altı) ədəd kiçik ölçülü boşqab, 1 (bir) ədəd altı ədəd stəkanla birlikdə su qrafini, 1 (bir) ədəd “Midea” markalı soyuducu, 6 (altı) ədəd bıçaq, 3 (üç) ədəd çömçə, 2 (iki) ədəd böyük ölçülü qaşıq, 2 (iki) ədəd böyük ölçülü çəngəl, 3 (üç) ədəd xrustal şirniyyat qabı, 6 (altı) ədəd qəhvə fincanı, 1 (bir) ədəd çörək qabı, 1 (bir) ədəd rəndə aparatı, 12 (on iki) ədəd üzqırxan aparatı, 1 (bir) ədəd su qrafini, 1 (bir) ədəd doqquz nəfərlik boşqab dəsti, 1 (bir) ədəd uzadıcı, 1 (bir) ədəd soyuducu motoru aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı tərtib olunmuş 26 sentyabr 2024-cü il tarixli 9/7361 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olmaları nəzərə alınmaqla 26 adda malın 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1207,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Həmin rəyin tədqiqat hissəsində malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimi qeyd olunub: S/S Malların adı Ümumi Bir Ümumi miqdarı ədədinin dəyəri qiyməti (manatla) (manatla)

1. 02 ədəd əl tikiş aparatı 2 150,00 300,00

2. 22 ədəd orta ölçülü qazanlar 22 10,00 220,00

3. 02 ədəd böyük ölçülü qazanlar 2 30,00 60,00

4. 08 ədəd mürəbbə qabı 8 5,00 40,00

5. 01 ədəd dəm çayniki 1 2,00 2,00

6. 01 ədəd 6 ədədlik "Dolmabahçe" stəkan 1 20,00 20,00 dəsti

7. 09 ədəd xrustal stəkan 9 3,00 27.00

8. 11 ədəd xrustal rumka 11 2,00 22,00

9. 02 ədəd şirniyyat qabı 2 5,00 10,00

10. 18 ədəd böyük ölçülü boşqablar 18 2,00 36,00

11. 06 ədəd kiçik ölçülü boşqab 6 1,00 6,00

12. 01 ədəd su qrafini ilə birlikdə 06 ədəd 1 20,00 20,00 stəkanla birlikdə

13. 01 ədəd "Midea" markalı soyuducu 1 80,00 80,00

14. 06 ədəd bıçaq 6 1,00 6,00

15. 03 ədəd çömçə 3 3,00 9,00

16. 02 ədəd böyük ölçülü qaşıq 2 0,50 1,00

17. 02 ədəd böyük ölçülü çəngəl 2 0,50 1,00

18. 03 ədəd xrustal şirniyyat qabı 3 10,00 30,00

19. 06 ədəd qəhvə fincanı 6 1,00 6,00

20. 01 ədəd çörək qabı 1 3,00 3,00

21. 01 ədəd rəndə aparatı 1 10,00 10,00

22. 12 ədəd üzqırxan aparatı 12 5,00 60,00

23. 01 ədəd su qrafini 1 5,00 5,00

24. 09 ədədlik boşqab dəsti 9 20,00 180,00

25. 01 ədəd uzadıcı 1 3,00 3,00

26. 01 ədəd soyuducu motoru 1 50,00 50,00 cəmi: 1207,00 Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən elektron qaydada tərtib edilmiş 09 oktyabr 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Elektron Məhkəmə Portalı”ndan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər – xx.xx.2018-ci təvəllüdlü Ayxan adlı uşaq var. İş materiallarında olan “Təqsirləndirilən şəxsin tutulması haqqında” 18 noyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19.30-da tutulmuşdur. İş materiallarında olan Xankəndi Şəhər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 03 oktyabr 2024cü il tarixli qərardan görünür ki, 2 (iki) ədəd əl tikiş aparatı, 22 (iyirmi iki) ədəd orta ölçülü qazan, 2 (iki) ədəd böyük ölçülü qazan, 8 (səkkiz) ədəd mürəbbə qabı, 1 (bir) ədəd dəm çayniki, 1 (bir) ədəd altı nəfərlik “Dolmabahçe” stəkan dəsti, 9 (doqquz) ədəd xrustal stəkan, 11 (on bir) ədəd xrustal rumka, 2 (iki) ədəd şirniyyat qabı, 18 (on səkkiz) ədəd böyük ölçülü boşqab, 6 (altı) ədəd kiçik ölçülü boşqab, 1 (bir) ədəd altı ədəd stəkanla birlikdə su qrafini, 1 (bir) ədəd “Midea” markalı soyuducu, 6 (altı) ədəd bıçaq, 3 (üç) ədəd çömçə, 2 (iki) ədəd böyük ölçülü qaşıq, 2 (iki) ədəd böyük ölçülü çəngəl, 3 (üç) ədəd xrustal şirniyyat qabı, 6 (altı) ədəd qəhvə fincanı, 1 (bir) ədəd çörək qabı, 1 (bir) ədəd rəndə aparatı, 12 (on iki) ədəd üzqırxan aparatı, 1 (bir) ədəd su qrafini, 1 (bir) ədəd doqquz nəfərlik boşqab dəsti, 1 (bir) ədəd uzadıcı, 1 (bir) ədəd soyuducu motoru iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xankəndi Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 22 iyun 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqeyinə əsasən cinayətin tövsifi edərkən birinci mərhələdə törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki halları müəyyən edilməli və qiymətləndirilməli, ikinci mərhələdə isə qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilməlidir. Əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki halları müəyyən edilməsi və qiymətləndirilməsi mərhələsi: İbtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ittihamda təsvir olunmuş əşyaları 29 avqust 2024-cü ildə saat 12.30-da Xankəndi şəhərindən əldə etməsi mübahisəsiz qaydada müəyyən edilsə də, lakin, onun həmin əşyaları ittihamda qeyd olunduğu kimi «Xankəndi şəhər ərazisində istintaqla dəqiq müəyyən olunması mümkün olmayan ünvanda yerləşən saxlanc yeri hesab olunan binalara qanunsuz olaraq daxil olaraq» əldə etməsi sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanıldıqdan sonra ümumiyyətlə ifadə verməkdən imtina etmiş, yalnız barəsində təhqiqat araşdırması aparılan zaman, yəni hadisə günü – 29 avqust 2024-cü ildə təqhiqatçıya yazılı izahat vermiş və izahatında ittihamda təsvir olunmuş əşyaları Xankəndi şəhərində yerləşən binalardan birinin qarşısından götürdüyünü bildirmişdir. İstintaq orqanı tərəfindən məhkəməyə göndərilmiş bir cild və 274 vərəqdən ibarət olun cinayət işinin materiallarına, Təqsirləndirilən şəxs qeyd olunan əşyaları hər hansı bir binaya və ya yaşayış evinə daxil olmaqla götürməsi barədə sübut əlavə etməmiş və məhkəmə baxışı zamanı dövlət ittihamçısı da, bununla bağlı hər-hansı bir hala istinad edə bilməmişdir. Bununla yanaşı ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs konkret hansı saxlanc yerinə qanunsuz daxil olmasını sübuta yetirə bilmədiyini, bir növ təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yekun ittihamda etiraf etmiş və həmin halı qeyri-müəyyən formada, yəni «Xankəndi şəhər ərazisində istintaqla dəqiq müəyyən olunması mümkün olmayan ünvanda yerləşən saxlanc yeri hesab olunan binalara qanunsuz olaraq daxil olaraq» kimi formula etmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ittihamda təsvir olunmuş əşyaları 29 avqust 2024-cü ildə saat 12.30-da Xankəndi şəhərində yerləşən hər-hansı saxlanc yerindən deyil, məhz binalardan birinin qarşısından (Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli izahatına əsasən) götürməsi sübuta yetirilir. Əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilmə mərhələsi: Qeyd olunur ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əmələ obyektiv cəhətdən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilir. Beləliklə, hazırki cinayət əməlinin cəhətləri ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri uzlaşdırıldıqda, qeyd olunan normanın Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olmayan norma olduğu müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən təqsirkarın əməlinin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmadığını, əməlini səmimi etiraf etməsini və peşman olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə müəyyən müddətə islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd əl tikiş aparatı, 22 (iyirmi iki) ədəd orta ölçülü qazan, 2 (iki) ədəd böyük ölçülü qazan, 8 (səkkiz) ədəd mürəbbə qabı, 1 (bir) ədəd dəm çayniki, 1 (bir) ədəd altı nəfərlik “Dolmabahçe” stəkan dəsti, 9 (doqquz) ədəd xrustal stəkan, 11 (on bir) ədəd xrustal rumka, 2 (iki) ədəd şirniyyat qabı, 18 (on səkkiz) ədəd böyük ölçülü boşqab, 6 (altı) ədəd kiçik ölçülü boşqab, 1 (bir) ədəd altı ədəd stəkanla birlikdə su qrafini, 1 (bir) ədəd “Midea” markalı soyuducu, 6 (altı) ədəd bıçaq, 3 (üç) ədəd çömçə, 2 (iki) ədəd böyük ölçülü qaşıq, 2 (iki) ədəd böyük ölçülü çəngəl, 3 (üç) ədəd xrustal şirniyyat qabı, 6 (altı) ədəd qəhvə fincanı, 1 (bir) ədəd çörək qabı, 1 (bir) ədəd rəndə aparatı, 12 (on iki) ədəd üzqırxan aparatı, 1 (bir) ədəd su qrafini, 1 (bir) ədəd doqquz nəfərlik boşqab dəsti, 1 (bir) ədəd uzadıcı, 1 (bir) ədəd soyuducu motoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 noyabr 2024-cü ildən 20 noyabr 2024-cü ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla 8 (səkkiz) gün islah işləri cəzasına bərabər tutulsun və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddət islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəzasının əvvəli qazancından tutmaların aparılmasına başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə maddi sübut kimi tanınmış və Xankəndi Şəhər Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd əl tikiş aparatı, 22 (iyirmi iki) ədəd orta ölçülü qazan, 2 (iki) ədəd böyük ölçülü qazan, 8 (səkkiz) ədəd mürəbbə qabı, 1 (bir) ədəd dəm çayniki, 1 (bir) ədəd altı nəfərlik “Dolmabahçe” stəkan dəsti, 9 (doqquz) ədəd xrustal stəkan, 11 (on bir) ədəd xrustal rumka, 2 (iki) ədəd şirniyyat qabı, 18 (on səkkiz) ədəd böyük ölçülü boşqab, 6 (altı) ədəd kiçik ölçülü boşqab, 1 (bir) ədəd altı ədəd stəkanla birlikdə su qrafini, 1 (bir) ədəd “Midea” markalı soyuducu, 6 (altı) ədəd bıçaq, 3 (üç) ədəd çömçə, 2 (iki) ədəd böyük ölçülü qaşıq, 2 (iki) ədəd böyük ölçülü çəngəl, 3 (üç) ədəd xrustal şirniyyat qabı, 6 (altı) ədəd qəhvə fincanı, 1 (bir) ədəd çörək qabı, 1 (bir) ədəd rəndə aparatı, 12 (on iki) ədəd üzqırxan aparatı, 1 (bir) ədəd su qrafini, 1 (bir) ədəd doqquz nəfərlik boşqab dəsti, 1 (bir) ədəd uzadıcı, 1 (bir) ədəd soyuducu motoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar