Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-1/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Göygöl şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə saat 21:30 radələrində tanışı X16 ilə birlikdə Göygöl şəhəri Azay Kaızmov küçəsində yerləşən “Jildom” çay evində olduğu vaxt X1 Cəlal Apıyevlə əlbəyaxa olub dalaşdıqdan sonra heç bir əsaslı səbəb olmadan yumruqla Cavidan Məmmədovun sifət nahiyəsindən zərbələr endirərək sonuncuya sağ gözaltı nahiyəsinin qançırı və sağ almacıq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənafelərinə toxunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, o, Göygöl şəhəri H.Z.Tağıyev küçəsi 34 saylı evdə anası ilə birlikdə yaşayır. Tanışları onu Barak deyə çağırırlar. X11 uşaq vaxtlarından tanıyır və Cəlal ilə dostluq etmişdir. 15 fevral 2022-ci il tarixdə saat 14 radələrində Cəlal ilə evlərinin yanında rastlaşıb görüşdükdən sonra Cəlalın idarə etdiyi “Niva” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə onların evinə gəlib birlikdə nahar etdikləri vaxt Cəlal həmin gün hər ikisinin də tanıdığı Cavidanla mübahisələri olduğunu demiş, lakin mübahisənin səbəbini bildirməmişdir. Nahar etdikdən sonra Cəlalın avtomobili ilə Gəncə şəhərinə gedib bir qədər birlikdə hərəkət etdikdən sonra Göygöl şəhərinə qayıtmış, saat 19 radələrində Cəlalın qardaşı Rizvan Cəlala zəng edib yemək yeməyə dəvət etdiyi üçün Cəlalla birlikdə Rizvanın olduğu “Gilavar” yemekxanasına gəlmişlər. Rizvanın bibisi oğlu Həsənlə birlikdə olduqlarını görmüş və dördü də birlikdə yemək yemişlər. Həmin gün saat 21 radələrində Cəlalın telefonuna zəng gələrkən Cəlalın telefonu götürüb oturduqları yerdən çıxdığını görüb onun arxasınca getdikdə Cəlalın danışdığı adama “bu gün söhbət etdik də, bəs deyil” dediyini eşitmiş, Cəlal danışıb qurtardıqdan sonra masadan qalxıb avtomobilə tərəf getdiyin gördüyü üçün o, da Cəlalın arxasınca getmiş və onunla birlikdə avtomobilə minmişdir. Cəlal ona avtomobil ilə Eşqin adlı tanışlarının evinə gedəcəyini deyib Eşqinə zəng etmiş və Eşqinlə danışarkən “Cavidan bu günkü söhbətə çağırır, gəlirəm dalınca hazırlaş çıx gedək çay evinə” dediyini eşitmişdir. O, Cəlaldan nə səbəbə Eşqini də çağırdığını soruşduqda Cəlal ona Cavidanla gönorta saatlarında bacısı ilə bağlı söhbət etdiyini, Eşqinin də həmin söhbətdə iştirak etdiyini, bu səbəbdən söhbətdən xəbəri olduğunu, buna səbəbdən də onu da söhbətə aparacağını demişdir. Onlar Eşqinin yaşadığı evə gəlmiş və Eşqini götürdükləri vaxt Eşqin Cəlaldan “biz bu söhbəti bağlamışdıq, yenə nə oldu, nə səbəbə bizi çağırırlar” dedikdə Cəlal Eşqinə “mən də bilmirəm, Cavidan zəng edib ki gəlin söhbət edək” demişdir. Sonra onlar Göygöl şəhərində yerləşən «Jildom» çay evinə getmiş, o, Cəlal və Eşqinlə birlikdə düşüb çay evinə daxil olduğu vaxt Cavidangilin əyləşdikləri masadan Cəlalı çagırdıqlarını eşidib Cavidanın olduğu yerə getdikdə Cavidanın, tanımadığı saqqallı cavan oğlanla oturduqlarını görüb Cəlal ilə birlikdə onlarla salamlaşmışlar. Cəlal Cavidanla üzbəüz oturmuş, Cəlalın yanında Cavidanın tanışı olan oğlan olmuşdur. Eşqin isə Cavidanın yanında oturmuş, o masanın yanında ayaq üstə dayanmışdır. Onun yanında da Cavidanın tanışı olan bir nəfər eynəkli oğlan ayaq üstə dayanmışdır. Söhbət zamanı Cavidan Cəlala «qızı istəyərlər də, sən qız istəməmisənki» dedikdə Cəlal da Cavidana «sənə dedim ki, qızın adı hallanmasın, biz bu söhbəti bağlamışdıq, nə səbəbə məni bura çağırmısan» demiş, eləcə də Eşqin Cavidana nahaq bu söhbətə qayıtdığını demiş və bu barədə söhbət etdikləri vaxt Cavidan Cəlala oğlanın azyaşlı tanışının onun bacısını istəməsinə görə tanışına bunu irad bildirməsinə görə düzgün hərəkət etmədiyi, Cəlal isə düzgün hərəkət etdiyini dediyi üçün aralarında əvvəlcə sözlə mübahisə baş vermişdir. Həmin vaxt çay evində başqayerdə bir nəfərlə oturmuş Cəlalın qardaşı Telmanın dostu Maqa ləqəbli oğlan Cəlalın Cavidanla söhbətini eşidib onların yanına gəlib, onların yanında dayanıb söhbətə qulaq asmağa başlamışdır. Bir qədərə sonra Cəlal ilə Cavidan əyləşdikləri yerdən durub masanın yanında əlbəyaxa olarkən Cavidanın yanında olan oğlan da durub əlində olan çapacağa oxşar əşya ilə Cəlalı vurmaq istəyərkən kimsə «Cəlalı vurur» dedikdə Maqa əlini həmin oğlanın qabağına tutduqda həmin oğlanın əlindəki çapacağa oxşar əşya Maqanın sağ əlinə dəyib əlini zədələmişdir. Elə həmin vaxt Cəlalı vurmaq istəyən oğlan qaçaraq çayxanadan çıxıb getmişdir. Bu zaman çayxananın içərisində olan şəxslər Cəlal ilə Cavidanın ayırmaq üçün həmin yerə gəlmişlər. Cəlal ilə Cavidan bir müddət əlbəyaxa olduqdan sonra çayxanada olan şəxslər Cəlalı tutub sakitləşdirmişlər. Cavidanla birlikdə gələn oğlan əlində olan çapacaqla Maqanın əlindən vuran oğlan qaçaraq çölə çıxdığına görə o, həmin oğlanı tapıb onunla nə səbəbə belə etməsini müəyyən etmək üçün çölə çıxmışdır. O, çölə çıxdıqdan sonra həmin oğlanın qaçıb getdiyini gördüyü üçün yenidən çay evinə getmişdir. Çay evinə daxil olanda Cavidanın divanın üzərində uzandığını görmüş və Cəlalın bacısı barəsində danışaraq Cəlala düzgün hərəkət etmədiyini bildiriyinə görə o, əsəbiləşərək Cavidanın yanına getmiş və Cavidanın sifətindən 3-4 dəfə yumruqla vurmuşdur. Həmin vaxt Cəlal ona «artıq o vurulub, sən vurma» demişdir. Bundan sonra o, Cəlalın Cavidanı vurduğunu başa düşmüşdür. Cəlal Maqanı vuran oğlanın qaçdığını dediyi üçün həmin oğlanı tutmaq üçün çay evindən çıxdıqdan sonra yenidən nə qədər axtarsalar da Maqanı vuran oğlanı tapa bilməmişlər. Cəlal ilə o, çay evinin qabaq tərəfinə çıxdıqdan sonra Cavidanın çay evinin qabaq tərəfinə gətirildiyini görmüş, ancaq kimin gətirdiyini görməmişdir. Bir qədər sonra Cəlal və o, Cəlalın avtomaşınına əyləşib oradan uzaqlaşıb getmişlər. Yolda olarkən Cəlal ona Cavidanı bıçaqla vurduğunu dedikdə o, nahaq yerə Cavıdanı bıçaqla vurduğunu, buna ehtiyac olmadığını, belə hərəkət etməyə ehtiyac olmadığını demişdir. Əlavə olaraq bildirmişdir ki, Cavidan Cəlal ilə əlbəyaxa olduğuna görə əsəbiləşərək Cavidanın bir neçə dəfə sifətindən vurmuşdur, etdiyi hərəkətdən peşman olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221. maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsnın cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərcəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X7 ifadəsində göstərdi ki, mərhum X5 onun kiçik oğlu olmuşdur və onunla birlikdə Göygöl şəhəri Rövşən Nəsibov məhəlləsi bina 1, mənzil 18-də yaşamışdır. X20 Universitetinin Rus dili fakultəsinin İV kursunda təhsil almış və hadisədən 5-6 ay əvvəl Göygöl şəhər avtovağzalının yaxınlığında yerləşən paltar mağazasını işlətmişdir. 15 fevral 2022-ci il tarixdə saat 18 radələrində ortancıl oğlum Sadiqlə birlikdə yaşadığım evdə nəvəsinə 20 fevral 2022-ci il tarixdə təşkil olunacaq kiçik toy şənliyi üçün dəvətnamə yazdığı vaxt qələm olmadığından Cavidana zəng edib evə gələn zaman 2 ədəd qələm və 1 ədəd çörək almasını bildirmişdir. Saat 20 radələrində Cavidan evə gəlib ona 2 ədəd qələm verib ona işi olduğunu, 5 dəqiqəyə qayıdıb gələcəyini deyib getmişdir. Saat 23 radələrində Cavidanın bıçaqlandığını və Göygöl RMX-na aparıldığını bilbilib dərhal Göygöl RMX-na getdikdə Cavidanın xəstəxananın təcili tibbi yardım şöbəsində olduğunu görmüşdür. Cavidan xəstəxananın cərrahiyyə şöbəsinə aparılmış və təxminən 5-10 dəqiqədən sonra ona Cavidanın vəfat etdiyini bildirmişlər. Ertəsi gün Cavidan Göygöl şəhər qəbirstanlığında dəfn edilmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, Cavidan və 2 nəfər tanışı ilə birlikdə Göygöl şəhərində yerləşən “Jildom” çay evində olduğu vaxt Tosun adlı şəxsin oğlu və sonuncunun yanında olan digər bir neçə nəfərlə aralarında mübahisə olmuş, mübahisə zamanı onunla mübahisə edən şəxs Cavidana bir neçə dəfə bıçaqla vuraraq xəsarətlər yetirmiş, Cavidan aldığı xəsarətlərdən Göygöl rayon xəstəxanasında vəfat etmişdir. O, Cavidanın «JildoM çay evinə nə məqsədlə getdiyini, onu bıçaqla vuran şəxslə aralarında nə səbəbə mübahisələri olmasından məlumatı olmamşdr. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 13 fevral 2022-ci il tarixdə axşam saatlarında qonşuluğunda yaşayan Əsli adlı qızla söhbət edən zaman Əsli ona Gülpərini onunla birlikdə riyaziyyat fənnindən hazırlığa gedən oğlanın istədiyini, həmin oğlanın Gülpərini narahat etdiyini bildirib, həmin oğlanla söhbət etməsini, həmin oğlana Gülpəridən uzaq durmasını deməsini xahiş etmişdir. Odur ki, o, 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində Gülpərinin riyaziyyat fənnindən hazırlığa getdiyi yerə getmiş və Gülpərinin hazırlıqdan çıxmasını gözləyib, Gülpəri hazırlıqdan çıxdıqdan sonra ona yaxınlaşıb soruşduqda Gülpəri onunla birlikdə hazırlıqdan çıxan onun yaşda olan bir oğlanı göstərib həmin oğlanın onu narahat etdiyini demişdir. O, Gülpərinin ona göstərdiyi oğlana yaxınlaşıb onunla söhbəti olduğunu deyib onu kənara, küçənin baş tərəfinə aparıb orada onunla söhbət edərkən Gülpərini bir daha narahat etməməsini dedikdə aralarında mübahisə yaranmış və dalaşdıqları vaxt həmin yerə gəlmiş Elgün adlı tanışı onun həmin oğlanla dalaşdığımı görüb heç nə demədən, dalaşmalarının səbəbini öyrənmədən Elgün də əli ilə dalaşdığı oğlanı vurmağa başlamışdır. Dalaşdıqları oğlan yerə yıxılıb qalxdıqdan sonra durub ona və Elgünə gedib adam çağıracağını deyib orada gözləmələrini deyib getdikdən sonra o, Elgünlə həmin yerdən bir qədər kənarda 3 saylı orta məktəbin yaxınlığına gedib orada gözləmişlər. Təxminən 30 dəqiqədən sonra daladığı oğlan Cavidan və başqa bir nəfər tanımadığı, təxminən Cavidan yaşlı oğlanla birlikdə onların yanına gəlib onları «Elit» kafesində söhbət etməyə dəvət etdikləri vaxt o, kafeyə gedərkən Elgünün telefonu ilə Cəlala zəng edib danışdıqda Cəlalla danışıb onları «Elit» kafesinə «Söhbətə» apardıqlarını deyib tez «Elit» kafesinə gəlməsini demişdir. Elgün Cəlala onları «Elit» kafesinə «söhbətə» apardıqlarını dedikdə artıq Cəlal «söhbət» sözünün mənsını başa düşərək onların nə ilə isə bir əsasa vacib bir şeyin aydınlaşdırılması üçün aparıldıqlarını başa düşmüş bir neçə dəqiqədən sonra Cəlal Eşqin adlı tanışı ilə birlikdə kafeyə gəlmiş, o, Cəlala bacısını istəyən bir oğlanı vurduğunu, buna görə də həmin oğlanın Cavidanı onunla söhbətə çağırdığını demiş, Cəlal, Eşqin və onunla birlikdə Cavidangilin olduğu kupeyə daxil olub ondan bacısını istəyən oğlanı göstərməyini demiş, o, həmin oğlanı göstərdikdə Cəlal oğlanın sifətindən bir dəfə sillə vurduqda Cavidan Cəlalı qucaqlayıb kupedən çıxarmışdır. Həmin vaxt Eşqin kupedə qalıb onun vurduğu oğlanla söhbət edərək düzgün hərəkət etmədiyini izah etmişdir. Cavidan Cəlalı kupedən çıxardıqdan sonra Cəlala aralarında xətir-hörmət olduğunu, həmin oğlanla özünün danışıb özünün başa salacağını bildirmiş, sonra onlar kupeyə daxil olduqda, Cavidanla Cəlal ondan və vurduğu oğlandan bir-birlərinə əl verib barışmalarını demişlər. Onlar da öz növbələrində əl vermiş və bununla da aralarında olan söhbətə son qoyulduğunu bildirmişlər. Sonra Cəlal və Eşqin çıxıb getmiş, o da öz evlərinə getmişlər. Həmin gün nə Cəlalla nə də Cavidanla görüşməmiş, onlarla söhbət etməmiş, ertəsi gün gunorta saatlarında ona məlum olmuşdur ki, Cavidanla Cəlal arasında çay evində mübahisə olmuş, mübahisə zamanı Cəlal Cavidanı bıçaqla vurub öldürmüşdür. Lakin, onların nə səbəbə daşadıqları və Cəlalın nə səbəbə Cavidanı bıçaqla vurmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, hərdən tanışı Şahid1 işlətdiyi Göygöl şəhəri «Əkizlər» marketinin yanında olan «Jildom» adlanan çay evinə gedib, iş çox olanda pivə süzüb, lazım olan ərzaqları mağazadan alıb gətirməklə ona köməklik etmişdir. 15 fevral 2022-ci il tarixdə saat 20 radələrində Cavidan özündən başqa 4 nəfərlə birlikdə çay evinə gəlib sol tərəfdə küncdəki masada əyləşib çay sifariş vermişlər. Cavidanla gələn oğlanlardan Səhman və Fəridin adlarını, digər oğlanlardan birinin Səhmanın qohumu olduğunu bilmiş, ancaq adını bilməmişdir. Səhman qohumu ilə birlikdə təxminən 30-40 dəqiqə əyləşdikdən sonra durub getmiş, Cavidan 2 nəfər tanışları ilə qalmışdır. Saat 22 radələrində Cəlal evinə bir nəfər özü yaşda olan qarayanız oğlanla gəlmiş və çay evinə daxil olanda Cəlal Cavidangilin harada oturduqlarını soruşub öyrəndikdən sonra Cavidangilin əyləşdikləri masaya yaxınlaşıb onlarla salamlaşıb onlarla birlikdə əyləşmişlər. Əyləşdikləri masada Cavidanla Cəlal qabaq-qabağa, əyləşdikdən təxminən 20-30 dəqiqə sonra Cavidanla Cəlalın bir-birlərinin ünvanına nalayiq ifadələr işlədərək əlbəyaxa olub dalaşdıqlarını və onların əyləşdikləri masanın qabağındakı pərdənin qırılıb divanın üzərinə düşdüyünü görüb onları aralamaq üçün onlara tərəf grtmişlər. Sadıqov X9 Cəlalın yanındakı oğlanın da dalaşmaq istədiyini görüb Fəridi arxa tərəfindən qucaqlamış, ətrafda olan müştərilərdə masalardından durub Cavidanla Cəlalı aralamaq istəmişlər. O və Şahid1 Fəridi qucaqlayıb çay evinin qapısına tərəf aparmış və həmin vaxt Fəridin əlində parıltılı metaldan, təxminən 20 sm uzunluğunda olan bir çapacaq formalı alət olduğunu görmüş, Fərid onların əlindən çıxıb yenidən qarayanız oğlana tərəf getmək istəsə də, eləcə də qarayanız oğlanın Fəridin üstünə gəldiyini görüb onların dalaşmasına imkan verməmişlər. Fəridi buraxıb bara tərəf gəldikdə Cavidanın barın qabaq tərəfindəki pəncərənin altında olan sonuncu masanın divanı üzərində uzandığını, Cəlalın isə onun tərəfdən barın qapısı tərəfə getdiyini, Cəlal ilə birlikdə çay evinə gəlmiş Tahirin Cavidana divanda uzanıqlı vəziyyətdə bir neçə yumruq zərbəsi vurduğunu görmüşdür. Cavidanın uzandığı yerə, yəni divanda, Cavidanın sinəsi tərəfində və divardakı güzgü tərəfdə qan ləkələrini görüb Cavidanın Cəlal tərəfindən vurulduğunu başa düşmüşdür. Sadıqov X8 qucaqlayıb qışqıraraq təcili yardım çağırılmasını demiş, eynəkli oğlanla Cavidanı çay evinin qabaq tərəfinə çıxarıb çay evinin qabaq tərəfində dayanmış, Nicat adlı oğlanın ağ rəngli VAZ-2107 markalı avtomobili ilə Cavidanı xəstəxanaya aparmışdır. Həmin vaxt o, Cavidanın Cəlal tərəfindən bıçaqla vurulduğunu başa düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, X2 5-6 ildir ki tanıyır. 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində Göygöl şəhərində müəllim yanına hazırlığa gələn dayısı Naiqin oğlu İlham onun iş yerinə gəlib tanımadığı uşaqların onu döydüyünü, həmin uşaqlara onların onları gözlədiklərini deyib birlikdə həmin yerə getmələrini bildirdiyi üçün o, İlhamdan nə səbəbə döyüldüyünü soruşmadan yaxınlıqdakı mağazada işləyən dostu Cavidanın yanına gedib dayısı oğlunun tanımadığı uşaqlar tərəfindən döyüldüyünü deyib həmin uşaqlarla söhbət etmək üçün onunla birlikdə getməsini xahiş etmişdir. Cavidan da razılaşıb mağazasını bağlayıb onlarla birlikdə İlhamın döyüldüyü yerə getdikdə İlhamı döyən uşaqların 14-15 yaşlarında 2 uşaq olduğunu görmüşlər. Cavidan uşaqlardan nə səbəbə İlhamı döydüklərini soruşduqda uşaqlar onlara İlhamın hansısa qızı istədiyini, bu səbəbə İlhamı döydüklərini bildirmiş, Cavidan və o, uşaqlara birlikdə “Elit” kafesinə gedib orada söhbət etməyi təklif etmiş və onlar «Elit» kafesinə çatdıqdan 1-2 dəqiqə sonra sonra Cəlal Eşqin adlı onun da tanıdığı oğlanla kafeyə gəlib onların olduqları kupeyə daxil olduqdan sonra Cəlal qışqıraraq əli ilə İlhamı itələyərək «heç kimin başı üçün deyil ki, mənim bacıma yaxınlaşsın” demişdir. Cavidan Cəlalı qucaqlayaraq çölə çıxarmış, həmin vaxt kupedə X21 bacısına görə etdiyi hərəkətin düzgün olmadığını deyib məzəmmət etmiş, bir neçə dəqiqə sonra Cavidan kupeyə daxil olub Cəlalla söhbət etdiyini, İlhamı özü başa salacağını dedikdən sonra Cəlalgil kupeni tərk edərək getmişlər. Cəlalgil getdikdən sonra Cavidanla o, İlhamla söhbət etdikdə İlham Cəlalın bacısını istədiyini, lakin bu barədə heç kimə məlumat vermədiyini, söz göndərmədiyini bildirdiyi üçün Cavidanla o, belə qərara gəlmişlər ki, axşam “Jildom” çay evində oturub Cəlalla görüşüb Cəlala İlhamın onun bacısına qarşı hər hansı səhv hərəkət etmədiyini bildirsinlər. Bundan sonra Cavidanla o, “Elit” kafesindən çıxıb Cavidanın işlədiyi paltar mağazasına getmişlər. Həmin vaxt Cavidanın və onun da tanıdığı Fərid də mağazaya gəlmiş, bir qədər sonra İlham hazırlığa getmək üçün mağazadan çıxıb getmiş, o, isə öz işlədiyi fotostudiyaya getmişdir. Axşam saat 20 radələrində o, fotostudiyadan çıxıb Cavidanın işlədiyi mağazaya getdikdə Fəridi mağazada görmüş, bir qədər sonra İlham, sonra isə Elmar mağazaya gəlmişlər. Cavidan Elmarı özünün çağırdığını demiş sonra o, Cavidan, İlham, Fərid və Elmar avtovağzalda olan taksilərdən birinə əyləşib birlikdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Jildom” çay evinə getmişlər. Çay evinin qarşısında Cavidan onlara evlərinə karandaş və çörək alıb verəcəyini, tez bir zamanda onların yanına qayıdacağını deyib getmiş, onlar isə çay evinə daxil olmuşlar. Bir qədər sonra onların yanına gəlmiş Cavidan onların yanında Cəlala zəng edərək İlhamın onun bacısına qarşı hər hansı səhv hərəkət etmədiyini, günorta anlaşılmazlıq olduğunu deyib danışmaq üçün olduqları çay evinə dəvət etmişdir. Danışdıqdan sonra o, Cavidandan Cəlalın gəlib-gəlmdiyini soruşduqda Cavidan ona Cəlalın hələlik gəlməyəcəyini demişdir. O, İlhamın valideynlərinin ona görə narahat ola biləcəyini deyib onu evlərinə aparmalı olduğunu deyib taksi ilə İlhamı yaşadığı Gəncə şəhərində yerləşən evlərinə qoyub geri qayıdan zaman Elmara zəng etdikdə Elmar ona Cavidanın bıçaqlandığını və hazırda Göygöl RMX-da olduğunu bildirdiyi üçün o, dərhal xəstəxanaya getdikdə Cavidanın əməliyyata aparıldığını görmüş, təxminən 5-10 dəqiqə sonra həkimlər Cavidanın vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində Göygöl şəhərində riyaziyyat fənnindən olan hazırlıqdan çıxdıqdan sonra bir nəfər onun yaşda oğlan ona yaxınlaşıb salamlaşdıqdan sonra onunla söhbət etmək istədiyini deyib kənara dəvət etdikdən sonra Gülpəriyə söz göndərib-göndərmədiyini soruşduqda o, Gülpəriyə söz göndərmədiyini deməsinə baxmayaraq həmin oğlan onu əvvəlcə tək bir neçə dəqiqə sonra isə onların yanına gəlmiş başqa bir oğlanla da onu döydükdən sonra o, həmin oğlanlara onu gözləmələrini deyib avtovağzalın yaxınlığında olan fotostudiyada işləyən bibisi oğlu Səhmanın yanına gedib iki nəfər tərəfindən döyüldüyünü, onu döyən uşaqların onu gözlədiklərini deyib onunla birlikdə həmin uşaqlarla söhbət etməyə getməsini xahiş etmişdir. Səhman ona mağazada gözləməsini deyib getmiş, təxminən 5-7 dəqiqə sonra Cavidan adlı dostu ilə fotostudiyaya qayıtmış və onlar birlikdə onun döyüldüyü yerə gəlib həmin oğlanlarla söhbət etdikdə həmin oğlanlar Cavidangilə onun döyməli olduğunu demişlər. Cavidanla Səhman onu döyən oğlanlara birlikdə söhbət etmək üçün «Elit» kafesinə getmələrini demiş və onlar birlikdə «Elit» kafesinə çatdıqdan sonra onu döyən oğlanların dəvəti ilə Cəlal Eşqin adlı dostu ilə kafeyə gəlmiş və orada Cəlal onu vurmaq istədikdə Cavidan Cəlalı qucaqlayıb kafedən çıxarmışdır. Kupedə qalmış Eşqin Cəlalın bacısına qarşı belə hərəkət etməkdə səhv etdiyini demişdir. Bir neçə dəqiqə sonra kupeyə daxil olmuş Cavidan kupeyə daxil olub onun özü söhbət edəcəyini demişdir. Bundan sonra Eşqin də kupedən çıxıb getmişlər. O, Cavidan və Səhmana Cəlalın bacısına söz göndərmədiyini dedikdə Cavidan ona axşam birlikdə Cəlal ilə görüşüb aralarında olan söhbəti düzgün başa düşmədiyini bildirməyi təklif etmişdir. Saat 18 radələrində sonuncu hazırlıqdan çıxdıqdan sonra Göygöl şəhərinə - Cavidanın işlədiyi mağazaya gəldikdə mağazada Cavidanın, Səhmanın, Fəridin olduğunu görmüş, bir qədər sonra Elmar da ora gəlmiş və saat 20 radələrində onlar taksi ilə birlikdə «Jildom» çay evinə getmişlər. Çay evinə çatdıqda Cavidan yaxınlıqdakı evlərinə çörək verib qayıdacağını deyib getmiş, onlar isə çay evinə daxil olub orada Cavidanı gözləmişlər. Təxminən 10- 15 dəqiqə sonra Cavidan da çay evinə gəlmiş və onların yanında Cavidan Cəlala zəng edib danışmış və onu çay evinə dəvət etmiş sonra ona Cəlal ilə özü söhbət edəcəyini deyib getməsini bildirmişdir. Odur ki, Səhman onu aparmaq üçün onunla birlikdə çay evindən çıxıb Gəncə şəhərinə getmişlər. Ertəsi gün televizora baxarkən Cəlalın çayxanada bıçaqla Cavidanı vuraraq öldürdüyü ona məlum olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Səhmanla o, çay evindən çıxdıqdan sonra çay evində dava-dalaş baş vermiş və həmin davada Cəlal Cavidanı bıçaqla vurub öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində Göygöl şəhərində 28 may küçəsində tanışı Hüseynlə tanımadığı 14-15 yaşlarında bir oğlanın dalaşdıqlarını görmüş tez onlara yaxınlaşıb onları aralamaq istədiyi vaxt Hüseynin dalaşdığı oğlan onlara böyüklərini gətirmək üçün getdiyini, onu gözləmələrini deyib getmişdir. O, Hüseynlə söhbət edərək 3 saylı orta məktəbə tərəf getdikləri vaxt Hüseyn ona dalaşdığı oğlanın Cəlalın bacısını narahat etdiyi, onu istədiyi barədə Cəlalın bacısına söz göndərib onu narahat etdiyinə görə onunla dalaşdığını demişdir. O, Hüseynin dalaşdığı oğlanın gətirəcəyi adamların Hüseyni döymələrindən ehtiyat etdiyi üçün Hüseynin yanında durub gözlədiyi vaxt tanıdığı Cavidan bir nəfər tanımadığı oğlanla və Hüseynin dalaşdığı oğlanla onların yanına gəlmiş və Cavidan onunla birlikdə gələn oğlan onlardan nə səbəbə Hüseynlə dalaşan oğlanı döydüklərini soruşduqda Hüseyn onlara döyülən uşağın səhvi olduğuna görə döyüldüyünü bildirmişdir. Bundan sonra Cavidan və onunla birlikdə gələn oğlan onlarla söhbət etmək üçün “Elit” kafesinə getmələrini bildirdiyi üçün birlikdə kafeyə getdikləri vaxt Hüseyn onun mobil telefonu ilə Cavidana zəng edib «Elit» kafesinə gəlməsini demişdir. Onlar Cavidangillə birlikdə «Elit» kafesinə çatıb birlikdə kafenin kupelərindən birində əyləşmişlər. Bir qədər sonra Cəlal bir nəfər tanışı ilə kafeyə, onların olduqları kupeyə daxil olmuşdur. Cəlal Hüseynin dalaşdığı oğlanla dalaşmasının səbəbini bilib həmin oğlana bir şillə vurmuş və sonra yenə də vurmaq istədikdə Cavidan həmin oğlanı qucaqlayıb Cəlalı kupedən çıxarmışdır. Cəlal ilə birlikdə gələn oğlan Hüseynin dalaşdığı oğlana düzgün hərəkət etmədiyini, Cəlalın bacısına qarşı belə hərəkət etməli olmadığını izah etmişdir. Bir qədər sonra Cəlalla Cavidan kupeyə daxil olmuş, Cavidan Cəlala döyülən uşağı özünün başa salacağını bildirmiş və X15, eləcə də ona döyülən uşaqla bir-birlərinə əl verib barışmalarını demiş, onlar da öz növbələrində bir-birlərinə əl verib bununla da aralarında olan söhbətə son qoyulduğunu demişlər. Sonra Cəlal və onunla birlkikdə gələn oğlan çıxıb getmişlər. Həmin gün nə Cəlalla nə də Cavidanla görüşməmişdir. Ertəsi gün ona məlum olmuşdur ki, Cavidanla Cəlal arasında çay evində mübahisə olmuş, mübahisə zamanı Cəlal Cavidanı bıçaqla vurub öldürmüşdür. Lakin, onların nə səbəbə daşadıqlarını və Cəlalın nə səbəbə Cavidanı bıçaqla vurmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, İİ Qarabağ müharibəsində iştirak etdiyi vaxt başından xəsarət aldığı üçün mütəmadi olaraq Gəncə şəhərində yerləşən ruhi-əsəb xəstəxanasına müraciət edərək orada müalicə olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində «Elit» kafesinin yanından keçərkən uşaqlıq dostu Cəlal Apiyevin kafeyə daxil olduğunu görüb onunla birlikdə kafenin kupelərindən birinə daxil olduqda Cəlalın, tanışı Cavidanın, tanımadığı bir oğlanın və 3 nəfər azyaşlı uşaqları orada görmüş, Cəlalın danışığından ona məlum olmuşdur ki, orada olan azyaşlı uşaqlardan biri Cəlalın bacısına söz göndərmişdir. Buna görə Cəlal uşaqlardan birini vurmaq istəməsinə baxmayaraq Cəlalı tutub saxlamış, uşağı vurmasına imkan verməmişdir. Həmin gün dəqiq saatı xatırlamadığı vaxt «Jildom» çay evində çay içdiyi vaxt Cəlalın, Cavidanın, tanışı Tahirin, adlarını bilmədiyi iki nəfərlə söhbət etdikləri vaxt Cavidanla Cəlalın söhbətlərindən onların Cəlalın bacısı barədə söhbət etdiklərini başa düşmüş, Cavidanla Cəlal söhbət edərkən aralarında mübahisə baş vermiş, onlar əlbəyaxa olmaq istədikləri vaxt, sonra isə Tahirlə Cavidanın yanında olan oğlanın dalaşmaq istədiklərini görüb o, Cəlal ilə Cavidanın arasına keçib onları saxlamaq istədikdə kimsə arxa tərəfindən onun başından nə iləsə vurmuş, zərbədən yerə yıxılmış, başından qan axdığını hiss etmiş, dalaşanların çay evindən çıxdıqlarını Cavidanın isə qarnını tutmuş vəziyyətdə kənarda oturduğunu görüb Cavidana yaxınlaşıb çay evinə polislərin gələcəyini deyib onu çay evindən çıxarmaq istəmişdir. Bir nəfər oğlanla Cavidanı çay evindən çıxarıb ağ rəngli avtomobilə tərəf apardıqda həmin avtomobildə olan bir oğlan nə səbəbdənsə Cavidanı həmin avtomobilə əyləşdirməyə icazə verməmiş, bundan sonra orada olanlarla birlikdə Cavidanı ağ rəngli VAZ markalı avtomobil ilə xəstəxanaya sola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 ifadəsində göstərdi ki, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21-30 radələrində etibarnamə ilə idarə etdiyi, taksi kimi istifadə etdiyi VAZ-2107 markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Jildom» çay evinin qabaq tərəfində saxlayıb özü yaxınlıqdakı «Bakı» çay evində çay içdiyi vaxt dayanıb sərnişin gözlədiyi vaxt tanışı Əliağa həyacanlı vəziyyətdə ona yaxınlaşıb Cavidanın bıçaqlandığını, təcili xəstəxanaya aparılmalı olduğunu demiş və Əliağa və adını bilmədiyi eynəkli oğlanla birlikdə Cavidanı Göygöl MRX-na aparmışdır. Sonra o, avtomobili ilə Gəncə şəhərinə getmiş və qayıtdıqda Cavidanın xəstəxanada öldüyü ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində «Jildom» çay evinə gəlmiş və bir bakal pivə sifariş verib çay evinin içərisindəki barın qabaq tərəfində divara bitişik masada əyləşmişdir. Çay evinə daxil olduqdan təxminən 20-30 dəqiqə sonra pivə içdiyi vaxt barın künc tərəfində, yəni ondan təxminən 6-8 metr məsafədə arxa tərəfdə, qabağında pərdə olan masa tərəfdən mübahisə səslərinin gəldiyini bir neçə dəqiqə sonra isə bir neçə nəfər cavan oğlanların əlbəyaxa olub dalaşmağa başladıqlarını, bəzilərinin isə onları aralamaq istədiklərini görmüşdür. O, əsasən tanıdığı Cəlal ilə Cavidanın əlbəyaxa olub dalaşdıqlarını, Cəlalın əlində bıçaq olduğunu, digərlərinin, təxminən 4-5 nəfərin isə onların yanında olduqlarını görmüşdür. Cəlalgilin yanında olan 4-5 nəfərdən kiminsə «Ə, bəsdirin dalaşmayın dayanın» dediyini eşitmiş, çay evini işlədən Əliağanın dalaşanları sakitləşdirmək istədiyini görmüş, konkret olaraq həmin adamların dalaşıb yaxud dalaşanları aralamaq istədiklərini bilməmişdir. Əliağa dalaşanlardan birinin arxa tərəfindən qucaqlayaraq çay evinin qapısı tərəfə aparmış, dava-dalaş təxminən 4-5 dəqiqə davam etdikdən sonra dalaşaların aralandıqlarını və çay evinin qapısına tərəf qaçdıqlarını görmüşdür. Həmin vaxt eləcə də, Cavidanın barın sağ tərəf küncündə, yəni onun əyləşib pivə içdiyi yerin qabaq tərəfində aşağı əyilmiş vəziyyətdə döşəmə üzərində görüb ona yaxınlaşıb qoltuğunun altına girib, həmin vaxt yaxınlaşıb Cavidanın digər qolundan tutmuş Əliağa ilə birlikdə Cavidanı yerdən qaldırıb əyləşdiyi masanın yanındakı divana əyləşdirmişlər. O, Cavidanı əyləşdirdikdən sonra Cavidan dayana bilməyib divana uzanmış, o, həmin vaxt oradan aralanıb barın tinində olan tualetə daxil olub tualetdən çıxdıqda Cəlalın dostu Tahirin bir ayağını divana digər ayağını isə yerə qoymuş vəziyyətdə Cavidanın üstünə əyilib onun sifətindən yumruq zərbələri vurduğunu görmüşdür. Cəlal Tahirə «ə, artıq o vurulub, sən də onu vurma» demiş. Bundan sonra Tahir aralanıb qapı tərəfə getmişdir. Sonra Əliağa tanımadığı bir oğlanla Cavidanı götürüb qoluğunun altına girib çay evinin qapısına tərəf aparmışdır. Cinayət işinin ibtidai istintaqında şahid kimi tanınaraq dindirilmiş Şahid3, Şahid4, Şahid11, Şahid1 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə şahidlər Şahid3, Şahid4, Şahid11, Şahid1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Şahid3, Şahid4, Şahid11, Şahid1 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Rizvan adlı dostu ilə birlikdə sonuncunun VAZ-2106 marakalı avtomobili ilə Göygöl şəhərində yerləşən «Jildom» çay evinə gəlmiş və orada çay sifariş verib Rizvanla birlikdə nərd oynadıqları vaxt Telman adlı dostunun qardaşı Cəlalın bir neçə nəfərlə çay evinə gəldiklərini və çay evində bir otağa keçdiklərini görmüşdür. Cəlal həmin yerə keçdikdən 2-3 dəqiqə sonra Cəlalın söhbət etdiyi oğlana «səsinin tonunu aşağı sal, qabağındakı uşaq deyil» sözlərini dediyini, aralarında olan mübahisənin qızla bağlı olduğunu eşitmiş və Cəlalın qardaşı Telmana zəng edərək Cəlalın çay evində tanımadığı oğlanlarla mübahisə etdiyini və onların dalaşacağından ehtiyat etdiyini demişdir. Telman ona Cəlala zəng edib danışacağını və Cəlalın çay evində çıxıb getməsini deyəcəyini bildirmişdir. Cəlalla Cavidan sözlə mübahis edən zaman Cəlalın yanında əyləşmiş sonradan şəxsiyyəti ona məlum olan Fərid adlı oğlanın bel nahiyyəsindən çıxardığı «Kəpənək» adlanan bıçaqla Cəlalı vurmaq istədiyini görüb bıçağın Cəlala dəyməməsi üçün əlini bıçağın qabağına atdığı vaxt bıçaq onun sağ əlinin üst hissəsini kəsərək xəsarət yetirmişdir. O, kənara çəkilib əlinin xəsarət olan hissəsinə salfet qoymuş və çay evindən çıxıb Rizvanla birlikdə Rizvanın avtomobilinə əyləşmək istədiyi vaxt bir neçə nəfərin Cavidanı Rizvanın avtomobilinin arxa oturacağına əyləşdirmək istədiklərini görmüş Cavidan onun anasının ünvanına söyüş söydüyü üçün Cavidanı vurmaq üçün üstünə getsə də orada olanlar onu tutub saxlamışlar. O, Cavidanın avtomobilə əyləşdirilməsinə icazə verməmiş və Rizvanla birlikdə oradan uzaqlaşıb getmişlər. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid4 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Göygöl şəhər avtovağzalının ərazisindəki kişi geyim paltarları mağazasını icarəyə götürüb işlədən Cavidanı təxminən 2 il əvvəl tanımış, dostluq etmişdir. 15 fevral 2022-ci il tarixdə saat 12 radələrində o, Gəncə şəhərində fizika fənnindən hazırlıqda olduğu vaxt Cavidan ona zəng edib nə vaxt dərsdən çıxmasını soruşub saat 20 radələrində çıxacağını bilib Cavidan ona hazırlıqdan çıxan kimi onun işlədiyi mağazaya gəlməsini xahiş etmişdir. O, saat 20 radələrində Cavidanın mağazasına gəldikdə Cavidanı, Cavidanın dostları Fəridi, Səhmanı, Səhmanın qohumu İlhamın olduğunu görmüşdür. O, Cavidandan nə səbəbə onu və dostlarını çağırdığını soruşduqda Cavidan həmin vaxta kimi tanımadığı, sonradan adını bildiyi İlhamı göstərib onu qız üstündə döydüklərini, onu döyən oğlanlara çay evində söhbət etməyə gedəcəklərini demişdir. Sonra mağazanı bağlayıb birlikdə «Jildom» adlanan çay evinə getmişlər. Təxminən saat 21 radələrində onlar çay evində Cavidan onların yanında Göygöl şəhərində yaşayan oğlan kimi tanıdığı Cəlala zəng edib ona çay evinə gəlməsini demişdir. Cəlal isə ona qışqıraraq nə isə dedikdən sonra Cavidan telefonu söndürüb Cəlalın İlhamı döyən oğlanlarla gələcəyini demişdir. Həmin vaxt Səhman İlhama artıq gec olduğunu, onu evə aparmalı olduğunu deyib İlhamı evlərinə qoyub qayıdacağını deyib İlhamla getmişdir. Təxminən 15-20 dəqiqə sonra Cəlal tanıdığı Eşqin adlı, Tahir və Maqa ləqəbli oğlanlar və başqa oğlanla birlikdə çay evinə daxil olub onların masasına yaxınlaşmışlar. Cəlal Cavidana nə səbəbə onu çağırdığını soruşduqda Cavidan Cəlala onun bacısına görə nə səbəbə İlhamın döyüldüyünü soruşduqda Cəlal Cavidana «Demişdim ki, qızın adı çəkilməsin» demiş, Cavidan isə «qızı oğlan istəyər də» burada nə var ki, dedikdə Cəlal yenidən ona qışqırıb bacısının adının hallanmamasını demişdir. Cavidan Cəlala «hansısa yaxşı oğlanın bacısının adına söz çıxa bilməz, sənə deyirəm ki, uşağı nə səbəbə döyüblər» dedikdə Cəlal «yaxşı edib döyüblər, mən gəlmişəm sözünü denən» demişdir. Cavidan isə Cəlala «yaxşı etməyiblər, niyə döyüblər» demişdir. Bu vaxt Eşqin Cavidana «mən bu gün sənə dedim ki, bu məsələni qurtar, indi nə səbəbə bu məsələyə yenə qayıdırsan» demiş, Cavidan isə Eşqinə də uşağın döyülməsi məsələsinə görə gəldiklərini dedikdə Eşqin ona «cavan uşaqlardı da bir-birlərini döyərlərdə döyülərlər də» Cavidan isə ona bilmək istəyirəm ki, nə səbəbə döyüblər. Bu söhbətdən sonra Cavidanla Cəlal dalaşmaq üçün bir-birlərinin üstünə cummaq istədikdə Eşqin onları sakitləşdirib «uşaqlıq etməyin» deyib sakitləşdirdikdə Cavidan «onsuzda bir qızı min oğlan istəyər biri alar» dedikdə Cəlal ona acıqlanıb «qələt edər alar» demiş və həmin vaxt Eşqin ayağa durub əlindəki təsbehi stola vurub Cavidana acıqlandıqda Cavidan ayağa durmuş, Cəlal Cavidana tərəf getmiş, Cavidan, Fərid, Cəlal, Eşqin, Maqa və onun yanında olan oğlan ayağa durub oturduqları yerdən çıxıb stolun yanında əlbəyaxa olduqları vaxt masanın qabağındakı pərdə çıxıb onun başıma düşdüyü üçün eynəyi gözümdən düşdüyü üçün o, əyilib eynəyini axtardığı vaxt Fəridin kiminləsə əlbəyaxa olub dalaşdığını, həmçinin Cavidanla Cəlalın dalaşdıqlarını görmüş, ancaq eynək gözündə olmadığından onların və digərlərinin dəqiq hərəkətlərini görə bilməmişdir. Sonra isə dalaşanların çay evindən çıxdıqlarını, Cavidanın isə barın küncündə yerə yıxıldığını görüb ona yaxınlaşdıqda Cavidanın qarın nahiyyəsinin qan olduğunu görüb Cəlalın onu bıçaqla vurduğunu başa düşmüşdür. O, qayıdıb eynəyimi tapıb gözünə taxıb Cavidanın yanına qayıdıb Cavidanı yerdən qaldırıb divana uzatdığı vaxt Cəlal ilə Tahirin geri qayıtdıqlarını görmüşdür. Cəlal Cavidanı bıçaqla yenə də vurmaq istədiyini görüb Cəlalın qabağına durub «artıq ölür vurma» demiş. Onun bu sözündən sonra Cəlal ona heç nə deməmişdir. X23 yaxınlaşıb bir neçə dəfə onu yumruqla sifətindən vurmuş və çıxıb getmişlər. O, çay evində işləyən Alyok ləqəbli oğlanla VAZ-2107 markalı taksiyə əyləşdirib xəstəxanaya aparmışlar. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid11 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Telman Apiyevi və qardaşı Cəlalı həmkəndlisi Şahid3 vasitəsi ilə tanımışdır. 15 fevral 2022-ci il tarixdə saat 20 radələrində o, Şahid3la Göygöl şəhərində yerləşən “JİLDOM” çay evinə gəlmiş, çay evində olan qabaq tərəfinə pərdələr çəkilmiş masa və divanlar olan yerlərdən birində əyləşib nərd oynamağa başlamışlar. Təxminən 1 saat sonra Məhəmmədlə nərd oynadığı vaxt Cəlal bir neçə oğlanla çay evinə gəlmiş, küncdə əyləşmişlər. Bir neçə dəqiqədən sonra onlar Cəlalın tanışları ilə birlikdə əyəlşdikləri masadan mübahisə səslərini eşitmiş, Məhəmməd telefonla Cəlalın qardaşı Telmana zəng edib Cəlalın kimlərləsə mübahisələri olduğunu deyib çayxanaya gəlməsini bildirmişdir. Sonra onlar Cəlalgilin olduqları yerdən mübahisə səslərinin artığını eşitmiş, Məhəmmədlə Cəlalgilin olduqları masanın yanına gəlib kənarda dayanmışdır. Həmin vaxt əsasən Cəlalın sonradan adı ona məlum olan, əvvəllər tanımadığı Cavidan adlı oğlanla mübahisə etmişlər. Cavidanın qabaq tərəfində həmkəndlisi kimi tanıdığı Fəridin əyləşdiyini, onların yanında eləcə də Tahir adlı Cəlalın dostunun, həmçinin Göygöl şəhərində yaşayan Eşqin adlı oğlanın da olduğunu və başqa 1-2 nəfərində onların yanında olduqlarını görmüşdür. Cavidanla Cəlalın mübahisəsinin qız barəsində olduğunu eşitmiş, lakin, həmin vaxt siqaret almaq üçün çay evindən çıxıb mağazaya gedib 5-6 dəqiqə sonra siqaret alıb qayıtdıqdan sonra çay evinə daxil olduqda sol tərəfdə, bar olan yerin qabağında bir neçə nəfərin bir-biri ilə əlbəyaxa olduqdarını, başqalarının da onları sakitləşdirmək istədiklərini görmüş, həmin tərəfə getmək istədikdə Məhəmmədin həmin tərəfdən ona tərəf, yəni çay evinin qapısı tərəfə gəldiyini Məhəmmədin əlinin zədələndiyini, əlinin üstündən qan axdığını görüb Məhəmməddən ona nə olduğunu soruşduqda Məhəmməd Cavidanın bir oğlanla dalaşdığını görüb onu sakitləşdirmək istədiyi vaxt tanımadığı, görə bilmədiyi oğlanın bıçaqla onun əlinə vurub xəsarət yetirdiyini demişdir. O, artıq dalaşanların orada olanlar tərəfindən sakitləşdirilidiyini görüb çay evindən çıxdıqda Cəlalın kiminləsə öz «Niva» markalı avtomobilinə əyləşib getdiyini görmüş və öz avtomobilinin sükanı arxasına, Məhəmməd isə qabaq oturacağına əyləşdikləri vaxt tanımadığı oğlanların Cavidanı onun avtomobilimin sağ tərəf arxa oturacağına əyləşdirmək istədiklərini görmüşdür. Məhəmməd buna imkan verməmiş, o, avtomobilini idarə edərək Məhəmmədlə birlikdə həmin yerdən uzaqlaşıb Topalhəsənli kəndinə getmişlər. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Göygöl şəhəri «Əkizlər» marketinin yanında olan «Jildom» adlanan çay evini işlədir. Əsasən saat 14 radələrində çay evinə gəlib saat 24-00 da bağlayıb getmişdir. Cavidan Məmmədovu və Cəlal Apiyevi bir Göygöl şəhər sakinləri kimi tanımış, hər ikisi ilə normal münasibəti olmuşdur. 15 fevral 2022-ci il tarixdə saat 16-17 radələrindən başlayaraq müştərilər gəlməyə başlamışdır. Saat 20 radələrində Cavidan özündən başqa 4 nəfərlə birlikdə çay evinə gəlib sol tərəfdə küncdəki masada əyləşib çay sifariş vermişlər. Cavidanla gələn oğlanlardan Səhman və Fəridin adlarını bilmişdir. Səhman qohumu ilə birlikdə təxminən 30-40 dəqiqə əyləşdikdən sonra durub getmişdir. Saat 22 radələrində Cəlal çay evinə bir nəfər özü yaşda olan qarayanız oğlanla gəlmiş və Cavidangilin əyləşdikləri masaya yaxınlaşıb onlarla salamlaşıb onlarla birlikdə əyləşmişlər. Təxminən 20-30 dəqiqə sonra Cavidanla Cəlalın bir-birlərinin ünvanına nalayiq ifadələr işlədərək əlbəyaxa olub dalaşdıqlarını və onların əyləşdikləri masanın qabağındakı pərdənin qırılıb divanın üzərinə düşdüyünü görüb onları aralamaq üçün onlara tərəf gəldikdə Fəridlə Cəlalın yanındakı oğlanın da dalaşmaq istədiyini görüb Fəridi arxa tərəfindən qucaqlamış, ətrafda olan müştərilərdə masalardından durub Cavidanla Cəlalı aralamaq istəmişlər. O, Fəridi qucaqlayıb çay evinin qapısına tərəf aparmış və həmin vaxt Fəridin əlində parıltılı metaldan, təxminən 20 sm uzunluğunda olan bir çapacaq formalı alət olduğunu görmüş, Fərid onun əlindən çıxıb yenidən qarayanız oğlana tərəf getmək istəsə də, onların dalaşmasına imkan verməmişdir. Fəridi buraxıb bara tərəf gəldikdə Cavidanın barın qabaq tərəfindəki pəncərənin altında olan sonuncu masanın divanı üzərində uzandığını, Cəlalın isə onun tərəfdən barın qapısı tərəfə getdiyini, Cəlal ilə birlikdə çay evinə gəlmiş Tahir adlıoğlanın Cəlala divanda uzanıqlı vəziyyətdə bir neçə yumruq zərbəsi vurduğunu görmüşdür. O, Cavidana yaxınlaşdıqda artıq onun özünü itirdiyini, çətin danışdığını görüb Cavidanı qucaqlayıb qışqıraraq təcili yardım çağırılmasını demişdir. O, sonra Nicat adlı oğlanın ağ rəngli VAZ-2107 markalı avtomobili ilə Cavidanı xəstəxanaya aparmışdır. Həmin vaxt o, Cavidanın Cəlal tərəfindən bıçaqla vurulduğunu başa düşmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 16 fevral 2022-ci il tarixli baxış protokolundan və fotoşəkillərdən məlum olur ki, 15 fevral 2022-ci il tarixdə hadisənin baş verdiyi Göygöl şəhəri, Azay Kaızmov küçəsində yerləşən “Jildom” çay evidir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən kompleks məhkəmə psixoloji-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 334/114 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdipsixi xüsusiyyətlərə malik olduğu, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı, məcburi müalicəyə ehtiyacı olmadığı, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmədiyi, hadisədən əvvəl və hadisə zamanı anlaqlı olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliy BƏSİİ-nin 28 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 4(066)-16/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə “həbs” qətinmkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli 4(066)-51/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş 3 (üç) ay müddətə “həbs” qətinmkan tədbirinin müddəti 15 iyun 2022-ci il tarixdək uzadılmışdır. Cinayət işinə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 4(066)-62/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş 3 (üç) ay müddətə “həbs” qətinmkan tədbirinin müddəti 15 avqust 2022-ci il tarixdək uzadılmışdır. Cinayət işinə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 4(066)-79/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətinmkan tədbirinin müddətinin uzadılması barədə təqdimat təmin edilməmiş və dərhal azad edilmişdir. Cinayət işinə əlavə olunmuş 11 avqust 2022-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətinmkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Göygöl şəhər MKT İB-nin məlum olur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cinayət işinə əlavə olunmuş Göygöl şəhər MKT İB-nin xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-cü maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində bu cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş və o, 18 fevral 2022-ci il tarixdən 11 avqust 2022-ci il tarixə kimi həbsdə qalmış, 11 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 05 (beş) ay 24 (iyirmi dörd) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü bir gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasından həmin müddət 05 (beş) ay 24 (iyirmi dörd) gün çıxılmaqla, qalan azadlıqdan məhrum etmə cəzası saxlanılmasını qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini, onun məhkəmə iclas zalından həbs edilməsini, cəzasının əvvəlinin cəzanın əvvəlinin 27 sentyabr 2024-cü il il tarixdən hesablanmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini məqsədə müvafiq hesab edir. Cinayət işi üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 18 fevral 2022-ci il tarixdən, 11 avqust 2022-ci il tarixə kimi 05 (beş) ay 24 (iyirmi dörd) gün həbsdə olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından 05 (beş) ay 24 (iyirmi dörd) gün çıxılmaqla, üzərində 06 (altı) ay 06 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaz zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzanın əvvəlinin 27 sentyabr 2024-cü il il tarixdən hesablansın. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-1/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-1/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver