Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-10/2024 27.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1975-ci ildə Biləsuvar rayonu Ağalıkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs özünü X13 işçisi kimi təqdim edib sonuncunun ailə üzvləri X11, X16, X7 adlarına təqaüd təyin etdirəcəyi barədə yalan vədlər verməklə 2022-ci ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Giləvar-2” restoranında Zərərçəkmiş şəxs 16500 (on altı min beş yüz) manat nağd pul alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurarmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Biləsuvar rayonu Ağalıkənd kəndində ailəsi ilə birlikdə yaşayır. 3-cü qrup əlil olduğu üçün təqaüdçüdür. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2018-ci ildə tanış olmuşdur. Mübarizə özünü X13 işlədiyini demişdir. Mübarizlə normal münasibəti olmuşdur. 2022-ci ilin yay aylarında maddi imkanı çox zəif olmuş, xeyli borcu yaranmışdır. Həmin vaxtlar Zərərçəkmiş şəxs ona ailə üzvləri üçün təqaüd düzəltdirmək istədiyini demişdir. O, isə Zərərçəkmiş şəxs pul qarşılığında onun arvadı və iki övladına təqaüd təyin etdirməyin mümkün olduğunu, bunun 17000 (on yeddi min) manat lazım olduğunu demişdir. Bundan sonra 2022-ci ilin iyul ayında Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Giləvar-2” restoranında görüşmüşlər. Mübariz görüş vaxtı ona 16500 (on altı min beş yüz) manat pul vermişdir. Onlar 17000 (on yeddi min) manat danışsalar da sonradan 16500 (on altı min beş yüz) manata razılaşmışlar. O, Mübarizin arvadı Tünzalənin, uşaqları Emilin və Nihadın şəxsiyyət vəsiqələrinin surətlərini Mübarizdən almışdır. Əslində isə həmin vaxt X13 işləmərmişdir. Mübarizin ailə üzvlərinə təqaüd düzəltdirmək niyyəti olmamışdır. Pulu Mübarizdən alıb öz borclarını bağlamaq niyyətində olmuşdur. Fikirləşdirmişdir ki, Mübarizin də pulunu sonradan qaytaracaqmış. Mübarizə ailə üzvləri üçün təqaüdü 2 ay müddətində təyin etdirəcəyini demişdir. 2 ay müddət keçmiş, Mübariz ondan işinin nəticəsi barədə soruşduqda ona müxtəlif vaxtlar deyərək möhlət almışdır. Sonradan Mübarizə verdiyi vədə əməl etmədiyi aydın olmuş, Mübariz ondan pulunu istəməyə başlamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs vurduğu ziyana görə 16500 (on altı min beş yüz) manat pulu ona tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi də yoxdur. Himayəsində 2 nəfər uşaq olmaqla, özü 3-cü qrup əlildir. Qeyd edilənləri nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxsnın cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, öz ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6 ətrafı ərazidə yerləşən evdə yaşayır. Zərərçəkmiş şəxs uzun illərdir tanıyır, onunla arasında dostluq münasibəti var. Çox olub ki, pul lazım olan zaman bir-birindən borc alıb qaytarmışlar. 2022-ci ilin xatırlamağına görə iyul ayının əvvəllərində Mübariz ondan 10000 (on min) manat borca pul istəmiş və 3 aya verəcəyini demişdir.O, həmin pulu Mübarizə vermiş və pulun nəyə lazım olduğunu soruşduqda o, Niyaməddin adlı tanışının olmasını, X9 Mərkəzində işləməsini, Niyaməddinin vasitəsilə ailə üzvlərinə təqaüd düzəltdirəcəyini, veriləcək 16500 (on altı min beş yüz) manat pulun 10000 (on min) manatının çatmadığını demişdir. Pulu Mübarizə verdikdən təxminən 3-4 ay sonra Mübariz onun pulunu qaytarmışdır. Lakin onunla söhbət əsnasında Zərərçəkmiş şəxs Niyaməddin dediyi şəxsin onu aldadıb, 16500 (on altı min beş yüz) manat pulunu ələ keçirtməsini, Niyaməddinin əslində heç bir yerdə işləmədiyini demişdir. O, da ona şikayət etməsini məsləhət görmüşddür. Mübariz bir müddət sonra Niyaməddindən şikayət etmişdir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə Zərərçəkmiş şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş Zərərçəkmiş şəxs ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafı ərazidə ailəsi ilə birlikdə yaşayır. 2018-ci ildə dəqiq xatırlamadığı vaxtda Gəncə şəhər 3 saylı poliklinikada Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs həmin vaxt hər kəsə özünü X13 ərizə və şikayətlər şöbəsində işlədiyini demişdir. Onun da orada Təqsirləndirilən şəxs ilə münasibəti yaranmış, Təqsirləndirilən şəxs mütəmadi olaraq əlaqələr saxlamışdır. 2022-ci ilin yay aylarında Niyaməddinlə söhbət əsnasında yenidən onun X10 işləməsi ilə bağlı söhbət açılan zaman o, pul qarşılığında təqaüd düzəldə biləcəyini deyib bu sahədə nə lazım olsa kömək edə biləcəyini demişdir. O, da ona ailə üzvlərinə, yəni arvadı X11, uşaqları X16 və X12 təqaüd təyin etdirmək istədiyini demişdir. Niyaməddin ona üç nəfər üçün müddətsiz olaraq təqaüd təyin etdirmək üçün əvvəlcə 17000 (on yeddi min) manat istəmiş, daha sonra 16500 (on altı min beş yüz) manata razılaşmışlar. Həmin vaxt özündə o qədər pul olmadığından tanışı X2 ailə üzvlərinə təqaüd düzəltdirdiyini deyib qısa müddətə 10000 (on min) manat borc almışdır. 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Niyaməddin ilə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Giləvar-2” restoranında görüşmüşdür. 16500 manat pulu Niyaməddinə vermişdir. Niyaməddin orada da ona vədlər vermiş və iki aya arvadı və iki övladı üçün müddətsiz təqaüd təyin etdirəcəyini demişdir. Həmçinin arvadı və iki övladının şəxsiyyət vəsiqəsinin surətini də Niyaməddinə vermişdir. Bundan sonra Niyaməddin Aydınlı mütəmadi əlaqə saxlamışdır. İki ay keçmiş, lakin Niyaməddin verdiyi vədlərə əməl etməmişdir. Hər dəfə Niyaməddindən işinin nəticəsi barədə soruşduqda müxtəlif bəhanələr gətirərək onu yubadırmışdır. Bir müddət keçmiş, X9 Mərkəzində işləmədiyini, ümumiyyətdə təqaüd təyin etdirmək kimi bir işi bacarmadığını öyrənmiş və bu səbəbdən də şikayət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ilə müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu zərərə görə 16500 (on altı min beş yüz) manat pulu ona tamamilə ödəmiş, onunla barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs özünü X13 işçisi kimi təqdim edib sonuncunun ailə üzvləri X11, X16, X7 adlarına təqaüd təyin etdirəcəyi barədə yalan vədlər verməklə 2022-ci ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Giləvar-2” restoranında Zərərçəkmiş şəxs 16500 (on altı min beş yüz) manat nağd pul alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam təsdiq edilir. Onun törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətiin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 29 avqust 2023-cü il tarixli tələbnamə-arayışdan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü 1(101)-120/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 1278.2.1, 178.2.2, 178.2.4, 29.178.2.1, 19.178.2.2, 32.4, 308.1, 32.4, 313, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzası, 01 il sınaq müddəti, 01 il dövlət və yeli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli hökmü 1(101)-120/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxsnın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4.312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib, cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 18 iyun 2023-cü il tarixli, 4(066)-45/2023 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli məhkəmə iclasına gəlməkdən yayınmasına görə onun barəsində axtarış elan edilmiş, 16 iyun 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli, 4(066)-54/2023 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar rayonu Ağalıkənd kənd İƏD nümayəndəliyinin arayışından görünür ki, Abasov X4 rayonu Ağalıkənd kəndində qeydiyyatda olmaqla, yaşayır. Himayəsində 2 nəfər uşaq vardır. Cinayət işinin materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinə əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgəəmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcıüsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar onun cinayət əməlini etraf edib, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, himayəsində 2 nəfər uşaq olmasını nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları-onun edib, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, himayəsində 2 nəfər uşaq olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclasında məlum oldu ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli hökmü 1(101)-120/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4.312.2 və 320.2-ci ilə təqsirli bilinib, cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli hökmü 1(101)-120/2023 saylı hökmü əsasən təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəmkə müəsissəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 16 iyun 2023-cü il tarixdən, 07 iyul 2023-cü il tarixə kimi “həbsdə”, 07 iyul 2023-cü il tarixdən, 20 oktyabr 2023-cü il tarixə kimi “ev dustağlığında” olduğu cəmi 04 (dörd) ay, 04 (dörd) gün müddətə bu cinayət iş üzrə barəsində seşilmiş qətimkan tədbirinin dəyişdirilməsinə görə “həbsdə” və “ev dustağlığında” olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxsnın bu cinayət işi üzrə həbsdə saxlanıldığı 04 (dörd) ay, 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli hökmü 1(101)-120/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilımiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti cəza təyin etməyi, cəzasının əvvəlinin 20 oktyabr 2023-cü il tarixdən hesablanmasını, onun barəsində seçilmiş “ev dustağlığında” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini hökm qanuni qüvvəsini alan vaxta kimi qüvvəsində saxlanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs vurduğu ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona tamamilə ödənilməsi nəzərə alınmalıdr. Cinayət işi üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 1(101)-120/2023 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə hazırkı cəza ilə qismən toplamaq yolu ilə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1 maddəsində nəzərdə tutulmuş qaydada hesablanmaqla, X3 üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 hazırkı cinayət işi üzrə 16 iyun 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixə kimi, 04 (dörd) ay, 04 (dörd) gün həbsdə və ev dustağlığında olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından 04 (dörd) ay, 04 (dörd) gün çıxılmaqla X3 üzərində 05 (beş) il, 07 (yeddi) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X3 cəzasının əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablansın. X8 cəzasını ümumi rejimli cəzaçəmkə müəsissəsində çəksin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü müstəqil icra edilsin. X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2024-ci il tarixli, 1(101)-120/2023 saylı hökmünə əsasən həbsdə olması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-10/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-10/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver