Məhkəmə qərarları › İş №1(066)-10/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-10/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-10/2025 11.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Göygöl rayonu, Tülallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, gözətçi işləyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Tülallar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə və iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı Göygöl rayonu Tülallar kəndi ərazisində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun ondan ekologiya idarəsinə şikayət etməsini ehtimal etdiyi üçün irad bildirməsinin üstündə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs əl və ağac zərbələri bədəninin müxtəlif nahiyyələrinə vurmaqla qəsdən “başın təpə-ənsə və sağ diz oynağı nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən, sol 9-cu qabırğanın yerdəyişmiş sınığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa az ağır zərəvurmaya aid edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iddia ərizəsi Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bildiyini zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, əməlindən peşiman olmasını, barəsində bəraət verici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi olan hazırki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2024-cü ilin 2-3 may tarixlərində dəqiq xatırlamadığı tarixdə yaşadığı ünvanla qonşuluqda yaşayan Dəyanət və arvadı Nagilənin onun ünvanına nalayiq ifadələr işlətmələrini eşitmişdir. Onu təhqir etmələrinə səbəb isə 2022-ci ildə Meşə idarəsinin işçilərinin Dəyanətə yazılan cərimə olmuş, onlar həmin cərimənin onun sözü ilə yazılmasını güman etdikləri üçün onu təhqir etmişlər. Evləri yaxın olduqları üçün mütəmadi olaraq Dəyanət və ailə üzvləri yaşadıqları ünvandan onun ünvanına nalayiq ifadələr işlətmişlər. Onlara bu məsələ ilə bağlı heç bir əlaqəsinin olmadığını bildirsə də buna inanmamışlar. Bundan sonra, yəni 04 may 2024-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı evdən bir qədər kənarda özünə məxsus iribuynuzlu heyvanı otaran zaman Dəyanət, qardaşı Babək, oğlu Nicat və arvadı Nargilə onun üzərinə gələrək, onunla mübahisə etməyə başlamışlar. Onlara heç bir yerə şikayət etmədiyini, heç bir idarə ilə əlaqəsi olmadığını bildirsə də mübahisə zamanı Dəyanət üzərinə gələrək əlində olan ağac parçası ilə bədənindən, başından, sol qolundan, sinəsindən vurmuşdur. Həmin zaman güclü fiziki ağrı hiss etsə də özünü müdafiə etmək üçün Dəyanətin əlindəki ağacı tutduğu zaman onunla əlbəyaxa olmuşlar. Dəyanət münaqişə zamanı onu özünə tərəf dartaraq yerə yıxmışdır. Bu zaman Dəyanətin qardaşı Babək, oğlu Nicat və arvadı Nargilə əllərində olan bel, daş, ağac parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşlər. Həmin zaman qızı Gülnar Əliyevə və kürəkəni Şahid2 yanına gələrək onları ayırmağa cəhd etsələr də buna nail ola bilməmişlər. Bir müddət sonra isə ayıra bildikdə dava-dalaş sakitləşmiş, o yaşadığı evə getmiş və DİN-nin 102-xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, Təqsirləndirilən şəxs ilə barışmasını, heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2013-cü ildə məhkəmə-tibbi eksperti, 18 iyul 2022-ci il tarixdən isə Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyi” (MTE və PA ETTB) publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin rəisi vəzifəsində çalışır, vəzifəsi canlı və ölü şəxslərin məhkəmə-tibbi ekspertizasının aparmaq vənəticəsinə dair rəy tərtib etməkdir. Mahiyyəti üzrə bildirir ki, Göygöl rayon Polis Şöbəsinin təhqiqat Bölməsində araşdırılmış, HK-1/84 nömrəli material üzrə həmin bölmənin baş təhqiqatçısı, polis kapitanı Anar Məmmədov tərəfindən 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs barəsində 04 may 2024-cü il tarixli qərarla məhkəmə-tibbi ekspertizası təyin edilərək qərarın surəti, xx.xx.2024-cü il tarixdə isə Zərərçəkmiş şəxs özü ona təqdim edilmişdir. X10 tərəfindən təqdim edilmiş qərarda Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət(lər)-in olub-olmaması, əgər vardırsa həmin xəsarət(lər)in yerliyi, təsir vasitəsinin nə olması, ağırlıq dərəcəsinə görə hansı növ bədən xəsarətlərinə aid olması, xəsarətlərin yetirilmə müddətinin hansı tarixə uyğun gəlməsi, göstərilən xəsarətlərin qeyd olunan təsirlə yarana bilib bilməməsi, xəsarətlərin şəxsin özü-özünə yetirilə bilib bilməməsinə dair suallar qoyulmuşdur. 06 may 2024-cü il tarixdə tərəfindən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi aparılmışdır. Müayinə nəticəsində Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin qapalı küt travması, sol 9-cu qabırğanın yerdəyişmiş sınığı, başın təpə-ənsə və dağ diz oynağı nahiyəsinin qançırları, boyun nahiyyəsinin sıyrığı ilə müşayiət edilən xəsarətlərin olması müəyyən edilmiş, həmin xəsarətlərin bərk küt əşya(lar)nın təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətlərinin qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəldiyi bilinmişdir.Qeyd olunan xəsarətlərdən sol 9-cu qabırğanın yerdəyişmiş sınığıdərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, başın təpə-ənsə və dağ diz oynağı nahiyəsinin qançırları, boyun nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. 06 may 2024-cü il tarixdə tərəfindən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən keçirilməsinə dair 253 nömrəli rəy tərtib edilərək imzalanmış, 05 iyun 2024-cü il tarixli müşayiət məktubu ilə təhqiqat orqanına təqdim edilmişdir. Əlavə olaraq bildirdi ki, Xəsarətlərin hamısı yıxılma nəticəsində əmələ gələ bilməzdi, belə ki xəsarətlər bədənin başqa-başqa yerlərindədir. 9-cu qabırğa döş qəfəsinə düşür. Zərərçəkmiş şəxsdə olan xəsarətlər bir hərəkətlə yarana bilməz, iki və daha artıq hərəkətlərin səbəbi ilə yarana bilər. Şahların öz-özünə xəsarət yetirməsi mümkün deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır. Onunla hərhansı münasibəti, düşmənçiliyi, ədavəti yoxdur. İfadə verməyinin səbəbi ona aydındır. Mahiyyəti üzrə bildirir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Birləşmiş xəstəxanasında növbətçi həkim-travmatoloq olaraq işdə olmuşdur. Zərərçəkmiş şəxs 07 may 2024-cü il tarixdə oğlu ilə birlikdə xəstəxananın Acil şöbəsinə sol döş qəfəsində olan ağrılardan və bədəni üzərində döyülmə nəticəsində əmələ gəlmiş ağrılardan şikayətçi olaraq müraciət etmişdir. İlkin müayinə zamanı Zərərçəkmiş şəxs 04 may 2024-cü il tarixdə Göygöl rayonu Tülallar kəndi ərazisində Dəyanət adlı şəxsin onu ağacla vuraraq döyməsi, həmin zamandan sinəsində güclü fiziki ağrı hiss etdiyini, hərəkətlərinin məhdudlaşdığını bildirmişdir. Zərərçəkmiş şəxs rentgen müayinəsindən keçirildikdən sonra onun sol döş qəfəsinin 9-cu qabırğasının yer dəyişmiş sınığı xəsarətinin olması müəyyən edilmişdir. İlkin tibbi müdaxilə edildikdən sonra Zərərçəkmiş şəxs xəstəxanada yatması məsləhət görülsə də sonuncu xəstəxanada qalmaq istəmədiyini, yaşadığı ünvana getmək istədiyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs evə buraxılaraq bir müddət az hərəkət etməsi məsləhət görülmüşdür. Əlavə olaraq bildirdi ki, onlara yaxınlaşan xəstələrə baş vermiş hadisənin necə olması barədə suallar verilir və kitabda qeyd olunur. Şahların onlara kim tərəfindən döyülməsini bildirməsi hazırda tam olaraq yadında deyil, kitaba baxarsa deyə bilər. Rentgen müayinəsi zamanı onlar vətandaşın nə ilə xəsarət almasını bilmirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/84 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işi istintaq aidiyyəti üzrə Göygöl rayon X11 Bölməsinə göndərilməsi və qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. İlkin araşdırma zamanı 04 may 2024-cü il tarixdə hadisənin baş verdiyi Göygöl rayonu Tüllar kəndi ərazisində olan yerə baxış keçirilərək protokol tərtib edilmiş, baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və X7 publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 235 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin qapalı küt travması, sol 9-cu qabırğanın yerdəyişmiş sınığı, başın təpə-ənsə və dağ diz oynağı nahiyəsinin qançırları, boyun nahiyyəsinin sıyrığı-bərk küt əşya(lar)nın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sol 9-cu qabırğanın yerdəyişmiş sınığı-dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; başın təpə-ənsə və dağ diz oynağı nahiyəsinin qançırları, boyun nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş MN ******* saylı 08 avqust 2022-ci il tarixli protokoldan dövlət qurumu olan 10 saylı X12 Sərvətlər İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 252-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubda göstərilmişdir ki, 04 may 2024-cü il tarixdə Göygöl rayonu Tüllar kəndi ərazisində baş vermiş münaqişə zamanı şahid ola biləcək şəxslərin dairəsinin müəyyən edilmədiyi bilinmişdir. Həmçinin Zərərçəkmiş şəxs bədəni üzərində çoxsaylı xəsarətlərin, eləcə də 9-cu qabırğasının sınıq xəsarətlərinin olmasını, qeyd olunan xəsarətlərin isə 04 may 2024-ci il tarixdə Təqsirləndirilən şəxs ilə arasında baş vermiş dava zaman əmələ gəlməsi müəyyən edilməsi göstərilmişdir. “Cinayət işinin dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs(lər) müəyyən olunmadığına görə dayandırılması, qərarın süətinin maraqlı şəxslərə elan edilməklə hüquqlarının izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi” barədə xx.xx.2024cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi, qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması məqsədi ilə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə ifadəsində göstərilənləri tam şəkildə bildirərək, Təqsirləndirilən şəxs əlində olan ağac parcası ilə onun kürəyindən, qolundan, sinəsindən və bədəninin müxtəlif nahiyələrindən vurması, nəticə də qabırğası sınmasını bildirməklə Təqsirləndirilən şəxs ifşa etmişdir. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.2-ci və 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində AR CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 Göygöl rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 235 №-li canlı şəxsin tibbi ekspertizası rəyi və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğundan iş üzrə sübut növü kimi qəbul edilməsi, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından barəsində AR CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs münaqişə zamanı Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi ilə bağlı Zərərçəkmiş şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə, həmçinin Təqsirləndirilən şəxs Binnǝt oğlunun ekoloji inzibati xəta törətməsi halları ilə bağlı inzibati icraat başlanması məsələsinə baxılmasından ötrü istintaq olunan cinayət işindən müvafiq sənədlər ayrılaraq rayon prokurorluğuna göndərilməsi, X1, X4, X3 əməllərində cinayət tərkibi olmadığından barələrində AR CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, tərəflərə təhqir olunmaları ilə bağlı xüsusi ittiham qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, X1, X3, Bayramov Babǝk Binnət oğlunun ifadələri subutların məcmusu ilə təkzib edildiyindən qeyd olunan şahid ifadələri subutlar siyahısından çıxarılması, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında və üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertin rəyi və digər təkzibedilməz istintaq sənədləri sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması və ona hər hansı bir xəsarət yetirməməsi barədə özünü müdafiə üçün gətirdiyi dəlillər istintaq zamanı şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri və digər təkzibedilməz istintaq sənədləri ilə təkzib edilməklə özünü müdafiə və məsuliyyətdən yayınmaq xarakteri kimi qiymətləndirilərək rədd edilməsi, qərarın surətinin maraqlı şəxslərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Göygöl (Xanlar) rayonu, Tülallar kəndində anadan olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3113 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyat durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4718 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Tülallar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Tülallar kəndində yaşıyır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nin Tülallar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı Göygöl rayonu Tülallar kəndi ərazisində qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun ondan ekologiya idarəsinə şikayət etməsini ehtimal etdiyi üçün irad bildirməsinin üstündə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs əl və ağac zərbələri bədəninin müxtəlif nahiyyələrinə vurmaqla qəsdən “başın təpə-ənsə və sağ diz oynağı nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən, sol 9-cu qabırğanın yerdəyişmiş sınığı xəsarətləri ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa az ağır zərəvurmaya aid edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma islah işləri, müddətə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, heç bir şikayət və tələbinin olmamasını göstərmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə təqdim edərək, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olmasını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla hazırda barışmasını, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini, ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını, iş üzrə mülki iddiadan imtina etməsini, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraasına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiklərini göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək özünü cinayət işi üzrə təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirib, barəsində bəraət verici əsaslar olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Odur ki, zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə qanunun qeyd olunan müddəalara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiadan imtina etməsi qəbul edilməli və iddia üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar