Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-100/2024 13.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Daşkəsən rayonu, Qabaqtəpə Ə/D, Təzəkənd kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və idarə etdiyi avtomobili dayandırmadan həmin yerdən uzaqlaşаraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə təxminən saat 23 radələrində yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malik olduğu halda, “X9” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə əsasında idarə etdiyi QAZ- 3110 minik markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Göygöl rayonu Üçtəpə kəndi ilə Daşkəsən rayonu istiqamətinə, “X9” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni avtomobili qabaq sol farasın işığı yanmadan nasaz vəziyyətdə, hərəkətdə olan zaman “X9” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələbləri pozaraq, yolun hərəkət hissəsinin kənarında dayanmış Mitsubishi Pajero İO markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yolu keçmək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol diz oynağının ön və arxa çarpaz bağlarının travmatik qopması, sol incik sinirinin posttravmatik neyropatiyası, sol bud və alt çənə nahiyələrinin yaraları, başın təpə və sol bud nahiyələrinin dərialtı hematoması, sol çiyin, sağ diz oynağı nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və “X9” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməklə nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” avtomobili çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, bunları etməyərək idarə etdiyi avtomobili dayandırmadan həmin yerdən uzaqlaşаraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə təxminən saat 23 radələrində Gəncə şəhəri ərazisində sürücülük vəsiqəsi olmadan idarə etdiyi özünə məxsus QAZ-3110 markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə kartof satdıqdan sonra Göygöl rayonu, Üçəpə kəndi ərazisi ilə yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə gedirmiş. Göygöl rayonu Üçtəpə kəndi ərazisi ilə Bakı-Qazax magistral yolu istiqamətdə hərəkətdə olan zaman hava qaranlıq olduğundan yolun sağ kənarında dayanmış Mitsubishi Pajero io markalı avtomobilin yanından keçən əvvəllər tanımadığı adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt o, qorxduğu üçün avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Bir qədər getdikdən sonra Göygöl rayonu Üçtəpə kəndinin giriş hissəsində avtomobili saxlamış və düşüb avtomobilə baxdıqda avtomobilin sol yan güzgüsünün və ön alın şüşəsinin sol tərəfinin sınmış vəziyyətdə olduğunu görmüşdür. Daha sonra isə yol-nəqliyyat hadisəsini törətdiyi yerə yenidən gəlmişdir ki, həmin şəxsin kim olması öyrənə bilsin. Lakin həmin şəxs orada olmadığından şəxsiyyətini öyrənə bilməmiş və onu xəstəxanaya apardıqlarını düşünmüşdür. Daha sonra nə edəcəyini bilməyib Göygöl rayonu Üçtəpə kəndi ərazisində bir qədərdə gözlədikdən sonra Göygöl RPŞ-yə getmiş və polis əməkdaşlarına yol-nəqliyyat hadisəsi törədərək tanımadığı şəxsi idarə etdiyi avtomobillə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs tanımır, onunla düşmənçiliyi və ya ədavəti yoxdur. O, Göygöl rayonu Üçtəpə kəndi ərazisində hərəkətdə olan zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi QAZ-3110 markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə vuraraq xəsarət yetirmişdir. Yol-nəqliyyat hadisəsi baş verməmişdən əvvəl təxminən 60 km/saat surətlə hərəkət etmişdir. Həmin günü o, spirtli içki qəbul etməmiş, polis əməkdaşları onu şərxoşluq müayinəsindən keçirmişlər. Müdafiəçisin çıxışında bildirdiyi həbslə bağlı olmayan aşağı həddə cəza təyin edilməsi xahişi ilə razıdır, onun anası xəstədir və o anasına baxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində atası Samiqlə birlikdə atasının idarə etdiyi Mitsubishi Pajero İO markalı, **-FV-*** d.q.n-lı avtombil ilə əkin sahəsini suvarmaq suyun qarşsını açmaq üçün Göygöl rayon Üçtəpə kənd bələdiyəsinin yaxınlığına gəlmişlər. O və atası Samiq avtombildən düşüb, suyun qarşısını açmışlar. Atası Samiq avtomobili Üçtəpə kənd ərazisində Gəncə şəhəri istiqamətdə yolun sağ tərəf kənarında saxlamışdır. Həmin vaxt atası avtombilin qəza işıq siqnalını və yaxın işıqları yandırmışdır. O, avtomobili idarə etmək üçün əyləşmiş, lakin atası özü idarə edəcəyini bildirmişdir. O, avtomobildən düşmüş, atası əyləşmişdir. O, kənd ərazisində baş vermiş yanğına baxmış və nə olduğunu bilmədən huşunu itirmişdir. Ayıldıqda hərbi hospitalda olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, onu avtomobil vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və aralarında barışıq əldə edilmişdir və təqsirləndirilən şəxsə cəza verilməsini istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində oğlu Natiqlə birlikdə etibarnamə əsasında idarə etdiyi Mitsubishi Pajero İO markalı, **-FV-*** d.q.n-lı avtombil ilə əkin sahəsini suvarmaq suyun qarşısını açmaq üçün Göygöl rayon Üçtəpə kənd bələdiyəsinin yaxınlığına gəlmişlər. O və oğlu Natiq avtombildən düşüb, suyun qarşısını açmışlar. O, Üçtəpə kənd ərazisində Gəncə şəhəri istiqamətdə yolun sağ tərəf kənarında avtomobili saxlamışdır. Həmin vaxt avtomobilin qəza işıq siqnalını və yaxın işıqları yandırmışdır. Suyun qarşısını açdıqdan sonra oğlu sükanın arxasına keçmiş, o isə Natiqə avtomobildən düşməsini bildirmiş və avtomobili özü idarə edəcəyini demişdir. O, Natiq avtombildən düşdükdən sonra avtomobilə əyləşmiş, Natiq isə avtomobilin arxa tərəfinə doğru getdiyini görmüşdür, həmin vaxt səs gəlmişdir. Tez avtombildən yerə düşmüş, oğlunun yerdə uzanmış olduğunu görmüşdür. Lakin oğlunu hansı avtombilin vurmasını görə bilməmişdir. O, oğlunun dilinin qatlanmış olduğunu görüb, açmağa çalışıb, dilini açmışdır. Daha sonra ətrafda olan şəxslər ona köməklik edib oğlunu avtomobilə uzandırmışlar və Gəncə şəhəri TTY xəstəxansına aparmışlar, orada ilkin tibbi yardım göstərildikdən sonra isə N saylı hərbi hissəyə aparmışlar. O, növbəti gün avtomobilin sol tərəf arxa qanadı və arxa sol tərəf farasının sınmış vəziyyətdə olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaqa aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 həmin gün saat 00:50-də Göygöl RPŞ-nin inzibati binasına gələrək Göygöl Rayonu Üçtəpə kəndi ərazisində QAZ-3110 markalı avtomobillə tanımadığı piyadanı vuraraq yol-nəqliyyat hadisəsi törətməsini bildirmişdir. xx.xx.2023-cü il tarixli sərxoşluğun təyini haqqında protokoldan məlum olur ki, sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. 28 avqust 2023-cü il tarixdə hadisə yerinə, yəni Göygöl rayonu Üçtəpə kəndində avtomobil yoluna baxış keçirilmiş, bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək sxem tərtib edilmişdir. 28 avqust 2023-cü il tarixdə QAZ-3110 minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkilləri çəkilmişdir. 28 avqust 2023-cü il tarixdə Mitsubishi Pajero io minik markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkilləri çəkilmişdir. Məhəkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3358 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ- 31029 minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənən qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili qabaq sol farasın işığı yanmadan, yəni nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibb ekspertizasının 06 noyabr 2023-cü il tarixli 577 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində olan xəsarətlər – sol diz oynağının ön və arxa çarpaz bağlarının travmatik qopması, sol incik sinirinin posttravmatik neyropayiyası, sol bud və alt çənə nahiyələrinin yaraları, başın təpə və sol bud nahiyələrinin dərialtı hematoması, sol çiyin, sağ diz oynağı nahiyyələrinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/1548 nömrəli material üzrə Göygöl RPŞ-nin İB-nin müstəntiqi Röyal Sadıqovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, materialın əlavə araşdırmanın aparılması üçün RPŞ-nin İstintaq bölməsinə qaytarılması və qəbul edilmiş qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, 77/1-16289/24 nömrəli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur. “Mütəxəssis təyin edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən iş üzrə latın qrafikası ilə sərbəst yazıb oxuya bilən Göygöl şəhəri 1 saylı orta məktəbdə müəllim işləyən X6 iş üzrə mütəxəssis qismində təyin edilməsi və qərarın təsviri hissəsindəkilərə əsasən qərarın iş üzrə mütəxəssis təyin edilmiş X5 elan edilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 650 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntuları ilə XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F0.72 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin 7(030)-21/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(030)-10/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri əsasında təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 44.4-cü maddəsinə əsasən aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsindən həmin məcəllənin 263-1.1 və 264-cü maddələrinə tövsif edilsin və Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143-cü maddəsi ilə cinayət təqibi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən onun qəsdən cinayət əməli törətməsi cinayətlərin residivi kimi qiymətləndirilməməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsi törətmiş QAZ-3110 minik markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı actomobilin cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə alınmış ifadələr, hadisə yerinə və avtomobillərə baxış keçirilməsi protokolları, məhkəmə-tibbi, məhkəmə-yol nəqliyyat ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər, sübut növü kimi qəbul edilib qiymətləndirilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməməh haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Daşkəsən rayon Məhkəməsi tərəfindən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə 4.000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixli Daşkəsən rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası qazancın dövlət nəfinə 15% pul tutulmaqla 1 il islah işləri ilə əvəz edilmişdir, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Yeni Qızılca kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-47-33/3-23564 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Daşkəsən rayonu Təzəkənd kəndində qeydiyyatda olmasına baxmayaraq, Göygöl rayon Yeni Qızılca kəndində qeydiyyatsız olaraq yaşayır. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Yeni Qızılca kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri, psixopatabənzər davranış, astenonevrotik vəziyyət” diaqnozu ilə müraciət etmiş PND-də qeydiyyata durur. Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 4243 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs məhkəmə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Hal-hazırda onlar barışmışlar. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə və ya nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması və ya azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Bu zaman CM-nin 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü, azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzalar tam, əlavə cəzalar isə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səkksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut- “QAZ 3110” minik markalı **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 78 (yetmiş səkkiz) manat Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunmuş əsas cəza - 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla, üzərində saxlanılan azadlıqdan məhrumetmə cəzasının müddəti 09 (doqquz) ay hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən bu hökümlə təyin olunmuş əsas cəzalar tam, əlavə cəzalar isə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 02 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səkksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı Dövlət xəzinadarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut- “QAZ 3110” minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-100/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-100/2024
13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver