Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-101/2025 12.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Kəlbəcər rayonu, Şeyinli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 04 oktyabr 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Göygöl Rayon Məhkəməsi tərəfindən 01 ay müddətinə, yəni 06 noyabr 2025-ci il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 28 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, 06 noyabr 2025-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Göygöl rayonu, Göyçəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə müəyyənetdi: İstintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə 26 iyul 2025-ci il tarixdə, saat 21 radələrində Göygöl rayonu, Göyçəkənd kəndinə aid örüş otlaq sahəsindən Zərərçəkmiş şəxs məxsus 05 (beş) baş iribuynuzlu, yəni 01 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 400 kq, 3500 (üç min beş yüz) manat dəyərində, 01 (bir) baş dişi cinsli, 4 yaşlı, diri çəkisi 450 kq, 3800 (üç min səkkiz yüz) manat dəyərində, 01 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 200 kq, 1500 (min beş yüz) manat dəyərində, 01 (bir) baş dişi cinsli, 6 yaşlı, diri çəkisi 400 kq, 3000 (üç min) manat dəyərində və 01 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 250 kq və 1500 (min beş yüz) manat dəyərində iribuynuzlu heyvanları gizli yolla taladıqdan sonra Şahid1 məxsus “Qazel” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib Göygöl rayonu, Yeni Qızılca kənd ərazisində fəaliyyət göstərən heyvan bazarına aparıb orada tanımadığı şəxslərə satmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 13 300 (on üç min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əməlini tam etiraf edərək ifadəsində göstərmişdir ki, iyul ayının 26-si axşam saatlarında, heyvanları otlaq sahəsindən aparıb. Gəncə şəhərində yerləşən mal bazarında satıb. Polis əməkdaşları onu tutanda özü elədiyi səhvi qəbul etmişdir. Etdiyi əməldən peşmandır. Hadisə baş verən zaman, o, Gəncəkənddə yaşayırmış. Pula ehtiyacı olub. Banka və digər şəxslərə borcu var idi. Heyvanları “Qazel” markalı avtomobil vasitəsi ilə aparıb. Qazelin sürücüsünə heyvanların onun olduğunu deyib. Heyvanları 6-cı gün gecə aparıb. Bazar günü səhər satıb. Qazel onların kəndindən mal bazarına 50 manata aparıb. Heyvanın birini 10 manata aparıb. Qazel sürücüsü ona kömək etməyib. Heyvanları tanımadığı şəxslərə satıb. Hamısı bir yerdə 4500 manata satıb. Tək-tək qiymətləri yadında deyil. “Access bank” və ayrı şəxslərə borcu var idi. O borclarını bağlayıb. Hec kim onlara kömək etməyib. Arvadına malların oğurluq olduğunu deməyib. Zərərçəkmişə vurduğu zərəri tam ödəmişdir.Əməlindən peşmandır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun mal-heyvanını saxlayırmış. Təxminən iyul ayının 25-də 5 dənə heyvanını oğurlayıb Gəncə bazarı deyilən yerdə satıb. Heyvanını 2 ay sonra “Tiktok” sosial şəbəkəsində, satışa qoyulan zaman tapıb. Ramizdən heyvanı alan adam satırmış. Ramiz heyvanın cütünü 2900 manata satıb. Həmin adam heyvanı Ramizdən aldığını göstərib. Ziyanını tam ödəyib. Şikayətçi deyil. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiqləyərək bildirmişdir ki, mal bazarından bazar günü iki heyvan alıb, sonra polis əməkdaşları ona zəng edərək, heyvanlarının oğurluq olduğunu bildiriblər. Heyvanların şəklini ona atıblar. Deyib ki, heyvanları alıb. Satan adamın da, onu ora gətirən maşının da şəkli var. Heyvanı təxminən 2750-2950 manata alıb. 250 manat xeyrinə satıb. Sürücü ona deyib ki, heyvanları Göygöldən gətirib. Göygöl rayon polisindən zəng gəlib. Polis şöbəsinə gedib, izahat verib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, heyvanları İsmixandan alıb. Tərtər rayonunda satıb. Gəncənin mal bazarından alıb. İsmixan heyvanı 1750 manata alıb ona 1950 manata satıb, Elnura isə heyvanı 2150 manata satıb. O, heyvanı ət qiymətinə alıb. Təqsirləndirilən şəxsi tanımır. 1 heyvan alıb. Heyvanı Bərdə bazarında satıb. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, şənbə günü axşam saatlarında Ramiz ona zəng edərək Çaykənddə heyvanı olduğunu, gətirmək lazım olduğunu deyib. O, sürücü tanışlarından qiyməti öyrənərək 60 manat qarşılığında heyvanı gətirməyə gedib. Ramizə kömək etməyib, heyvanı maşına arvadı ilə yerləşdiriblər. Onun maşınında lapa var. Heyvanlar rahat qalxır maşına. O, heyvanı düşürdərək, gözləmə yerində gözləyirmiş. Mal bazarında yanında alverçilər olduğunu görüb. Razılaşırdılar. Heyvanın oğurluq olduğundan şübhələnməyib. 5 baş iribuynuzlu heyvan var idi. Ondan sonra onu bazarın polisləri yığıb. Deyib ki, o gətirib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Yay ayları idi. Bərdə rayonunda heyvan bazarında Şahid4 iribuynuzlu heyvan alıb. Heyvanı 3 ay saxlayandan sonra satmaq məqsədi ilə Tik-tok internet şəbəkəsində paylaşıb. Onunla əlaqə saxlayıblar ki, heyvana baxmaq istəyiblər. Onlar gəlib heyvana baxandan sonra heyvanın öz heyvanları olduğunu bildiriblər və deyiblər ki, heyvan bir neçə ay əvvəl oğurlanıb. 2150 manata alıbmış. 3000 manatdan yuxarı qiymətə satmaq istəyirmiş, ancaq 2500 manata öz sahibinə satıb. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanıb icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. 31 iyul 2025-ci il tarixdə Göygöl rayon Polis şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən Göygöl rayonu, Yeni Zod kəndi ərazisində yerləşən örüş otlaq sahəsindən 5 (beş) baş iribuynuzlu heyvanın oğurlandığı yerə baxış keçirilərək foto şəkillər çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “Mal qara” bazar müdiri tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli 33/02 nömrəli qiymətləndirmə məktubundan görünür ki, 1 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəksi 400 kq olan heyvanın orta bazar qiyməti 2400-2600 manat, 1 (bir) baş dişi cinsli, 4 yaşlı, diri çəkisi 450 kq olan heyvanın orta bazar qiyməti 2050-2250 manat, 1 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 200 kq olan heyvanın orta bazar qiyməti təxmini 1400-1500 manat, 1 (bir) baş 6 (yaşlı) diri çəkisi 400 kq olan heyvanın orta bazar qiyməti 2100-2400 manat, 1 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 250 kq olan heyvanın orta bazar qiyməti 1750-1900 manat dəyərində olmuşdur. Həmin heyvanların orta bazar qiyməti 2025-ci ilin iyul ayı üçün hesablanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 04 oktyabr 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə 04 oktyabr 2025-ci il tarixdə saat 15:00 dəqiqədə tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi, qərarın surətinin Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu”na əsasən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs dindirilmiş və təqsirini tam etiraf etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(066)-14/2025 nömrəli qərarına əsasən vəsatət qismən təmin edilmiş, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Şeyinli kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Göyçəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Heyvanın götürülməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərara əsasən Şahid5 təqdim etdiyi 01 (bir) baş heyvan sonuncudan baxış keçirilməklə götürülmüşdür. “Heyvana baxış keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli protokola əsasən Şahid5 təqdim etdiyi 01 (bir) baş iribuynuzlu heyvan tünd qırmızı rəngdə, baş hissəsi ağ rəngdə təpəlli, buynuzlu, 3 yaşlı, dişi cinsli, diri çəkisi təxminən 320 kiloluq heyvandır. “Heyvanın tanınmaya təqdim edilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli protokola əsasən tanıyan Zərərçəkmiş şəxs təqdim edilən heyvanı nəzərdən keçirib göstərdi: ona təqdim olunmuş 01 (bir) baş iribuynuzlu heyvan tünd qırmızı rəngdə, baş hissəsi ağ rəngdə təpəlli, buynuzlu, 3 yaşlı, dişi cinsli, diri çəkisi təxminən 320 kiloluq heyvanın ona məxsus olduğu bildirildi. Göygöl rayon İHB-nın Göyçəkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs Göygöl rayonu Göyçəkənd kəndində qeydiyyatda olduğu və yaşadığı bildirilir. Ailə tərkibi aşağıdakı kimidir: arvadı: X3; oğlu X4. Göygöl rayon İHB-nın Göyçəkənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə bildirilir ki, Təqsirləndirilən şəxs AR Kəlbəcər rayonunun Şeyinli kəndində xx.xx.1982-ci ildə anadan olmuş, Göygöl rayonunun Göyçəkən kəndində yaşayır. Kənd sakinlərinin hörmətini qazanmışdır. Kənd ağsaqqallarının və həmyaşıdların arasında çox hörməti olub. Özünü həmişə cəmiyyət içində yaxşı aparıb. Nümayəndəlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanser tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs Narkoloji Dispanserdə qeydiyyatda durmadığı bildirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixonevroloji Dispanser tərəfindən verilmiş arayışda Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmadığı bildirilmişdir. “Şahidin dindirilməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli protokola əsasən Şahid2 şahid qismində dindirilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Mirzəxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Subaydır. İfadə verməyinin səbəbi ona tam aydındır. O, təxminən 7-8 il müddətdir ki, Göygöl və Bərdə rayonları ərazisində yerləşən mal bazarında iribuynuzlu heyvanları alqı-satqısı ilə məşğul olur. Gəncə şəhər sakini Anar adlı şəxsi uzun müddətdir ki, iribuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır. O, əvvəllər də Anar adlı şəxsdən iribuynuzlu heyvanlar almış, lakin Təqsirləndirilən şəxs tanımır. 27 iyul 2025-ci il tarixdə, saat 10 radələrində Göygöl rayonu, Yeni-Qızılca kənd ərazisində yerləşən bal bazarında Anar adlı həmin şəxsin bir baş qırmızı rəngdə, baş hissəsi ağ rəngdə təpəlli, buynuzlu, 3 yaşlı, dişi cinsli, diri çəkisi təxminən 320 kq olan heyvanı satmasını görmüş, həmin vaxt Anar adlı şəxsə yaxınlaşaraq onun satdığı həmin bir baş qırmızı rəngdə olan iribuynuzlu heyvanı neçiyə satmasını soruşmuşdur. Anar isə ona həmin heyvanı 1700 (min yeddi yüz) manata satmasını bildirmişdir. Lakin o Anar adlı şəxsə həmin heyvanı baha satmasını demişdir. Daha sonra həmin heyvanı Anar adlı şəxs ilə 1600 (min altı yüz) manata razılaşıb ona nəğd şəkildə həmin məbləğdə pulu verib həmin bir baş qırmızı rəngdə, baş hissəsi ağ rəngdə təpəlli, buynuzlu, 3 yaşlı, dişi cinsli, diri çəkisi təxminən 320 kq olan heyvanı ondan almışdır. Həmin tarixdə Göygöl rayonu, Yeni-Qızılca kəndi ərazisində yerləşən mal bazarında Anar adlı şəxsdən aldığı həmin heyvanı satmaq üçün ipindən tutub dayanmışdır. Təxminən bir saatdan sonra Bərdə rayonu, Qarayusifli kənd sakini Rasim adlı şəxs ona yaxınlaşaraq saxladığı həmin bir baş qırmızı rəngdə, baş hissəsi ağ rəngdə təpəlli, buynuzlu, 3 yaşlı, dişi cinsli, diri çəkisi təxminən 320 kiloluq heyvanı neçiyə satmağını ondan soruşmuşdur. O da Rasim adlı şəxsə həmin heyvanı Anar adlı şəxsdən almağını bildirərək, həmin heyvanı ona 1950 (min doqquz yüz əlli) manata sata biləcəyini demişdir. Rasim adlı şəxs də onunla razılaşmışdır. Ardınca o, 1950 (min doqquz yüz əlli) manat pulu Rasim adlı şəxsdən alıb həmin bir baş qırmızı rəngdə, baş hissəsi ağ rəngdə təpəlli, buynuzlu, 3 yaşlı, dişi cinsli, diri çəkisi təxminən 320 kiloluq heyvanı ona satmışdır. Sonradan ona məlum olmuşdur ki, Anar adlı şəxsin ona, onunda Rasim adlı şəxsə satdığı həmin bir baş qırmızı rəngdə, baş hissəsi ağ rəngdə təpəlli, buynuzlu, 3 yaşlı, dişi cinsli, diri çəkisi təxminən 320 kiloluq olan heyvan Göygöl rayonu, Yeni-Zod kənd sakini Zərərçəkmiş şəxs məxsusdur. Həmçinin həmin heyvanın Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Anar adlı şəxsə satılmasını bilmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(066)-18/2025 nömrəli qərarına əsasən Müdafiəçi tərəfindən verilmiş vəsatətin təmin edilməsi, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Şeyinli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Göyçəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(066)-14/2025 saylı qərarı ilə xx.xx.2025-ci il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmışdır. “Ev dustaqlığı” qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 01 (bir) ay müddətinə “həbs” qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılması qərara alınmışdır.. 03 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və Göygöl rayonu, Göyçəkənd kəndi ərazisində Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus 05 (beş) baş iribuynuzlu, yəni 01 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 400 kq, 3500 (üç min beş yüz) manat dəyərində, 01 (bir) baş dişi cinsli, 4 yaşlı, diri çəkisi 450 kq, 3800 (üç min səkkiz yüz) manat dəyərində, 01 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 200 kq, 1500 (min beş yüz) manat dəyərində, 01 (bir) baş dişi cinsli, 6 yaşlı, diri çəkisi 400 kq, 3000 (üç min) manat dəyərində və 01 (bir) baş dişi cinsli, 3 yaşlı, diri çəkisi 250 kq və 1500 (min beş yüz) manat dəyərində iribuynuzlu heyvanları oğurladığı yeri əyani olaraq göstərmiş, bu barədə şəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Həmin ərazi Göygöl rayonu, Göyçəkənd kəndinin örüş otlaq sahəsidir. “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 06 noyabr 2025ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs- xx.xx.1982ci ildə Kəlbəcər rayonu, Şeyinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göygöl rayonu, Göyçəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 133 saylı MKSİ-nin rəisi tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial təsdiqli müqavilənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəməklə onunla barışıq əldə etməsini, əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq uyğun deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, səmimi peşmanlığı nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə orta həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq cəzadan çıxılmalı və onlara qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək barəsində “həbs” qətimkan tədbiri seçildiyi, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçildiyi 1 (bir) ay 2 (iki) günün 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 2 (iki) ay 4 (dörd) gün çıxılsın, qəti olaraq üzərində 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Bakı şəhər ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək barəsində “həbs” qətimkan tədbiri seçildiyi, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçildiyi 1 (bir) ay 2 (iki) günün 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 2 (iki) ay 4 (dörd) gün çıxılsın, qəti olaraq üzərində 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22.00-dan saat 07.00-dək tərk etməsinə və yaşadığı Bakı şəhər ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhər ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə
Məhkəmə qərarları › İş №1(066)-101/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-101/2025
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver