Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-105/2023 18.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Gəncə şəhəri, Nizami rayonu, Ə.Məmmədov küçəsi ev 03-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayon Mərkəzi xəstəxanası X11 ümumi şöbədə hüquqşünas vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 ləğv edilmiş əlillik təqaüdünü 2000 (iki min) manat qarşılığında bərpa etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 28 fevral 2022-ci il tarixdə Göygöl şəhəri M.C.Paşayev 1 ünvanında yerləşən Göygöl rayon Mərkəzi xəstəxanasının həyətində sonuncunun qardaşı X2 vasitəsilə Zərərçəkmiş şəxs1 1000 (min) manat nağd pulunu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 (min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayon Mərkəzi xəstəxanası X11 ümumi şöbədə hüquqşünas vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 ləğv edilmiş əlillik təqaüdünü 2000 (iki min) manat qarşılığında bərpa etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 28 fevral 2022-ci il tarixdə Göygöl şəhəri M.C.Paşayev 1 ünvanında yerləşən Göygöl rayon Mərkəzi xəstəxanasının həyətində sonuncunun atası X2 vasitəsilə N.R..Bayramovanın 1000 (min) manat nağd pulunu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 (min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayon Mərkəzi xəstəxanası X11 ümumi şöbədə hüquqşünas vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs3 ləğv edilmiş əlillik təqaüdünü 2000 (iki min) manat qarşılığında bərpa etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 28 fevral 2022-ci il tarixdə yaşadığı Göygöl rayonu Şəhriyar kəndində sonuncunun əri X2 vasitəsilə Zərərçəkmiş şəxs3 1000 (min) manat nağd pulunu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 1000 (min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayon Mərkəzi xəstəxanası X11 ümumi şöbədə hüquqşünas vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs4 ləğv edilmiş əlillik təqaüdünü 3000 (üç min) qarşılığında manat bərpa etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 06 mart 2022-ci il tarixdə Göygöl şəhəri A.Hacıyev küçəsində yerləşən “Məkan” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs4 1000 (min) manat nağd pulunu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 1000 (min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayon Mərkəzi xəstəxanası X11 ümumi şöbədə hüquqşünas vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək X3 ləğv edilmiş əlillik təqaüdünü 3000 (üç min) manat qarşılığında bərpa etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 07 mart 2022-ci il tarixdə Göygöl şəhəri A.Hacıyev küçəsində yerləşən “Məkan” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs5 1000 (min) manat nağd pulunu alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək zərərçəkmiş şəxs X3 ümumilikdə 1000 (min) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Göygöl rayon Mərkəzi xəstəxanası X11 ümumi şöbədə hüquqşünas vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs6 Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 saylı Birləşmiş şəhər xəstəxanasına 3000 (üç min) manat qarşılığında mühafizəçi vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalan vədlər verib inandıraraq 2022-ci ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Qələbə parkı”nda Zərərçəkmiş şəxs6 ilkin olaraq 1000 (min) manat aldıqdan sonra, sonuncudan vahid niyyətlə əhatə olunan davamlı qəsdlə 2022-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri Təbriz küçəsində 1000 (min) manat, 2022-ci ilin noyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri M.C.Paşayev 1 ünvanında yerləşən Göygöl rayon Mərkəzi xəstəxanasının həyətində 600 (altı yüz) manat və 2022-ci ilin dekabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri M.C.Paşayev 1 ünvanında yerləşən Göygöl rayon Mərkəzi xəstəxanasının həyətində 345 (üç yüz qırx beş) manat nağd pul alıb ələ keçirməklə verdiyi vədlərə əməl etməyərək göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs6 2945 (iki min doqquz yüz qırx beş) manat nəğd pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri Ə.Məmmədov küçəsi ev 3-də ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir, 2 övladı var. 2021-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayınadək olan müddətdə Göygöl rayon Mərkəzi xəsətəxanasıda hüquqşünas kimi işləmişdir. Həmin dövrdə Gəncə şəhər sakinlərinə onun 15000 manat borcu olmuş, maddi vəziyyəti yaxşı olmamışdır. 28 fevral 2022-ci il tarixdə xəstəxanada olan zaman əvvələcədən tanıdığı Rəhman adlı şəxsi görmüş, yanında isə 3 nəfər qadın olmuşdur. O, Rəhmanla hal-əhval tutub hansı səbəbdən xəstəxanaya gəlməsini soruşduqda, Rəhman ona arvadı Rahilə, bacısı Lala və qızı Nailənin əvvəllər təqaüd almasını, sonradan təqaüdlərinin dayandırılmasını, bu səbəbdən xəstəxanaya gəlib Bakı şəhərində tibbi yoxlanış üçün göndəriş almaq istəmələrini demişdir. O, isə Rəhmana pul qarşılığında Bakı şəhərinə gedib tibbi yoxlanış və sair proseslər keçmədən asan yolla təqaüd bərpa etdirə biləcəyimi yalandan demişdir. Onun təklifi Rəhmanın diqqətini cəlb etmiş və o, bunun hansı qiymətə başa gəlməsini soruşdu. O, hər adam üçün 2000 (iki min) manat verilməli olduğunu, pulun 1000 (bir min) manatının qabaqcadan verilməli olduğunu, qalan 1000 (bir min) manatını isə təqaüd bərpa olduqdan sonra veriləcəyini demişdir. Onun bu danışığı Rəhmanda inam yaratmış və Rəhman onunla razılaşmışdır. Təxminən bir – iki saat sonra Rəhman Göygöl RMX-nın həyətində ona 2000 (iki min) manat pul vermişdir. 1000 (bir min) manatı isə yaxın günlərdə verəcəyini bildirmişdir. Pulu Rəhmandan aldıqda arvadı, bacısı və qızı da yanlarında olmuşdur. İki gün sonra, yəni 02 mart 2022-ci il tarixdə Rəhmana zəng edərək yerdə qalan 1000 (bir min) manat pulun Bakıya çatmalı olduğunu deyərək istəmişdir. Onlar razılaşmışlar və həmin tarixdə tanımadığı taksi sürücüsü ilə Göygöl rayonu Şəhriyar kəndində yaşayan Rəhmanın evinə getmişdir. Rəhman arvadının yanında ona 1000 (min) manat pul vermişdir. 200 (iki yüz) manat pulu isə təqaüd bərpa olunandan sonra verməli olmuşdur. Razılaşmalarına əsasən o, 3000 manat (üç min) manat pul qarşılığında Rəhmanın arvadı, bacısı və qızının ləğv edilmiş təqaüdlərini bərpa etdirməli olmuşdur. Təxminən bir iki gün sonra, 2022-ci ilin mart ayının əvvəllərin dəqiq xatırlamadığı tarixdə Göygöl RMX-nın həyətində olan zaman Taryel və Rövşən adlı şəxsləri görmüş, onların da təqaüd bərpa etdirmək üçün xəstəxanaya gəldiklərini başa düşmüşdür. Eyni qayda ilə onlara da yaxınlaşmış və qısa yolla pul qarşılığında təqaüd bərpa etdirə biləcəyini demişdir. Onlar onun xəstəxanada işlədiyini görüb ona inanmışlar. Onlara da hər biri üçün 2000 (iki min) manat pul lazım olduğunu, pulun yarısını əvvəlcədən verməli olduqlarını, yarısını isə təqaüd bərpa olunduqdan sonra verəcəklərini demişdir. Rövşən və Taryel də onunla razılaşmışlar. Növbəti gün Göygöl şəhəri, Aydın Hacıyev küçəsində yerləşən “Məkan” kafesinin qarşısında ayrı-ayrılıqda Taryel və Rövşənlə görüşmüş, onların hər biri ona 1000 (bir min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pul vermişlər. 2022-ci ilin avqust ayında xəstəxanada qeydiyyatçı işləyən Nuriyənin əri Zərərçəkmiş şəxs6 ilə tanışlığı yaranmış və Azər ondan onu xəstəxanada mühafizəçi işinə düzəltməyini xahiş etmişdir. O, isə onu həmin xəstəxanada deyil, Gəncə şəhərində yerləşən xəstəxanalardan birində işə düzəldə biləcəyini, bunun üçün 3000 (üç min) manat pul lazım olmasını demişdir. Lakin bunu ona dedikdə onu işə düzəltmək kimi niyyəti olmamışdır. Məqsədi Azəri aldadıb pulunu ələ keçirmək olmuşdur. Azər söhbəti olduqdan sonra növbəti gün xəstəxananın qarşısında ona 1000 (bir min) manat, təxminən on gün sonra isə Gəncə şəhəri, Təbriz küçəsində 1000 manat, bundan təxminən bir ay sonra isə Göygöl RMX-nın qarşısında 600 (altı yüz) manat pul vermişdir. Ümumilikdə Azər ona 2600 (iki min üç yüz) manat pul vermişdir. Həmin pulları aldıqdan sonra da hissəhissə Bakı şəhərinə getmək, Azərin sənədlərini düzəltdirmək və sair sözlərlə dekabr ayı ərzində Azərdən təxminən 300-400 manat pul almışdır. Lakin konkret olaraq nə vaxt və harada aldığını deyə bilməz. Azərə ən geci iki aya işə düzələcəyini demişdir. Sonradan Azər onu aldatdığını başa düşmüş, o, da ona işə düzəldə bilmədiyini, pulunu qaytaracağını demişdir. Lakin onun pulunu qaytara bilməmişdir. Hazirda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan təm ödəyib onlarla barışıq əldə etmişdir. Əlavə olaraq 7945 manat ziyanın 25%-ni dövlət büdcəsinə ödədiyindən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Zurnabad kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir, 3 övladı var. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, başında olan xəstəlik ilə bağlı 2021-ci ilədək 2-ci qurup əlillik təqaüdü almışdır. Lakin onun əlilliyi Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən şübhə altına alındığı üçün 2021-ci ilin mart ayından əlillik təqaüdünün ödənişləri dayandırılmışdır. 28 fevral 2022-ci il tarixdə qardaşı X4, onun arvadı Zərərçəkmiş şəxs3 və qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Göygöl RMX-da Bakı şəhərində yerləşən Qasımov adına olan xəstəxanada müalicə almaq üçün göndəriş alarkən, həmin yerdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən qardaşı Rəhmanla görüşmüş və onunla hal-əhval tutduqdan sonra hansı səbəbə xəstəxanaya gəldiklərini soruşmuşdur. Onlar da ona ləğv edilmiş təqaüdü bərpa etdirmək üçün sənədləşmə ilə bağlı xəstəxanaya gəldiklərini dedikdə Fuad xəstəxanada hüquqşünas işləməsini, dayandırılmış təqaüdləri bərpa etdirə biləcəyini demişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs bir nəfərin təqaüdünün bərpa edilməsi üçün 2000 manat lazım olmasını, həmin pulu Bakı şəhərində yaşayan tanışlarına verəcəyini, ən geci 3 ay müddətinə təqaüdün bərpa olunduğunu deyərək yalan vədlər vermişdir. Pulun isə 1000 manatını əvvəlcədən istəmiş, yerdə qalan 1000 manatı isə təqaüd bərpa olandan sonra alacağını demişdir. Fuadın danışıqları onlarda inam yaratmışdır. O, yaşadığı Göygöl rayonu Zurnabad kəndinə gedib 2000 manat pul gətirmiş, 1000 manatı öz əvəzindən, 1000 manatı isə qardaşı qızı Nailənin əvəzindən vermişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Göygöl rayon mərkəzi xəstəxanasının həyətində qardaşı Rəhman onların yanında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. 1000 manatı isə bir neçə günə verəcəyini demişdir. O, Fuada nəsə sənəd lazım olub-olmamasını soruşduqda Fuad bütün məlumatların kompyuterdə olmasını, oradan əldə edəcəyini deyib heç bir sənəd lazım olmamasını demişdir. Pulu da götürüb çıxıb getmişdir. Sonradan qardaşı Rəhman onun 1000 manat pulunu qaytarmış və ona sonradan məlum olmuşdur ki, Rəhman yaşadığı evdə Fuada qalıb 1000 manat pulu da vermişdir. Təxminən 2 ay müddət keçmiş, Fuaddan təqaüdün düzəlməsi barədə soruşduqda o, müxtəlif bəhanələr gətirərək qısa zamanda təqaüdü düzəldəcəyini demişdir. 2022-ci ilin sonlarında Fuad etiraf edərək təqaüdü düzəltdirə bilməyəcəyini deyib pulu qaytaracağını demişdir. Lakin bu günədək onların pulunu qaytarmamışdır. O, isə bu səbəbdən Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bur şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Şəhriyar kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq Şəhriyar kənd tam orta məktəbində müəlimə kimi fəaliyyət göstərir. Subaydır. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, gözlərində olan xəstəlik ilə bağlı 2021-ci ilədək 2ci qurup əlillik təqaüdü almışdır. Lakin onun əlilliyi Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən şübhə altına alındığı üçün 2021-ci ilin iyun ayından əlillik təqaüdünün ödənişləri dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə atası Rəhman, anası Rahilə və bibisi Lala ilə Göygöl RMX-da Bakı şəhərində yerləşən xəstəxanaya müalicə almaq üçün göndəriş almaq üçün gedərkən orada özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs atası ilə salamlaşmış, onunla söhbət əsnasında hansı səbəbə görə xəstəxanaya gəldiklərini öyrəndikdən sonra dayandırılmış təqaüdləri bərpa etdirməyi bacardığını bildirmişdir. Təqsirləndirilən şəxs bir nəfərin təqaüdünün bərpa edilməsi üçün 2000 manat lazım olmasını, həmin pulu Bakı şəhərində yaşayan tanışlarına verəcəyini, ən geci 3 ay müddətinə təqaüdün bərpa olunduğunu deyərək yalan vədlər vermişdir. Pulun isə 1000 manatını əvvəlcədən istəmiş, yerdə qalan 1000 manatı isə təqaüd bərpa olandan sonra alacağını demişdir. Fuadın bu danışıqları onlarda inam yaratmışdır. Bibisi Lala yaşadığı Göygöl rayonu Zurnabad kəndinə gedib 2000 manat pul gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Göygöl rayon mərkəzi xəstəxanasının həyətində atası Rəhman onların yanında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. 1000 manatı isə bir neçə günə verəcəyini demişdir. X14 nəsə sənəd lazım olub-olmamasını soruşduqda Fuad bütün məlumatların komputerdə olmasını, oradan əldə edəcəyini deyib heç bir sənəd lazım olmamasını demişdir. Pulu da götürüb çıxıb getmişdir. Sonradan atası Rəhman 1000 manat pulu bacısı Laləyə vermişdir. 2 gün sonra, yəni 02 mart 2022-ci il tarixdə Fuad atası Rəhmana zəng edərək yerdə qalan 1000 manat pulu da ondan almışdır. Təxminən 2 ay müddət keçmiş, Fuaddan təqaüdün düzəlməsi barədə soruşduqda o, müxtəlif bəhanələr gətirərək qısa zamanda təqaüdü düzəldəcəyini demişdir. 2022-ci ilin sonlarında Fuad etiraf edərək təqaüdü düzəltdirə bilməyəcəyini deyib pulu qaytaracağını demişdir. Lakin bu günədək onların pulunu qaytarmamışdır. O, isə bu səbəbdən Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bur şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Gəncə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Gəncə şəhər İcra Hakimiyyətinin MKTİB-nin gözətçisi işləyir. Bildirmişdir ki, xəstəlik ilə əlaqədar olaraq üçüncü qrup əlil olaraq 2021-ci ilədək təqaüd almışdır. Lakin 2021-ci il tarixdə əlillik təqaüdü dayandırılmışdır. 05 mart 2022-ci il tarixdə tanışı Tariyel ilə birlikdə xəstəliklə bağlı xəstəxanada yatıb təqaüdü bərpa etdirmək üçün Göygöl rayon mərkəzi xəstəxanasına getmişlər. Qeyd etmişdir ki, Tariyelin eyni qayda ilə onun kimi təqaüdü dayandırılmışdır. Göygöl RMX-da olan zaman kolidorda Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq təqaüdü bərpa etdirə biləcəyini demişdir. Qeyd etmişdir ki, onların orada həkimlərdən soruşduqda danışıqlarından Fuad onların təqaüd düzəltdirmək istədiklərini anlamışdır. Fuad xəstəxananın həyətində onlara yaxınlaşaraq pul qarşılığında heç bir proses keçmədən qısa vaxtda təqaüdü bərpa etdirə biləcəyini demiş və bunun üçün hər adama 3000 (üç min) manat verilməli olduğunu izah etmişdir. Onun deməsinə görə pulun 1000 (bir min) manat hissəsini qabaqcadan, qalan 2000 (iki min) manat hissəsini isə təqaüd bərpa edildikdən sonra verməli imişlər. Fuadın danışığı onlarda inam yaratmış və ona inanmışlar. Növbəti gün, yəni 06 mart 2022-ci il tarixdə Fuada zəng edib onunla Göygöl rayonu Azay Kazımov küçəsində Göygöl RMX-nın yaxınlığında olan “Məkan” kafesinin qarşısında görüşüb Fuada 1000 (bir min) manat pul vermişdir. Növbəti gün isə ona məlum olmuşdur ki, Taryel də Fuada 1000 (bir min) manat pul vermişdir. Fuad deməsinə görə onların təqaüdü 3 aya bərpa olmalı imiş. Lakin pulu Fuada verdikdən xeyli keçməsinə baxmayaraq Fuad verdiyi vədlərə əməl etməmişdir. Təxminən 2022-ci ilin sonlarında Fuad onlara təqaüd düzəldə bilmədiyini, onları aldadaraq pullarını ələ keçirdiyini etiraf edərək pulu qaytaracağını demişdir. Lakin bir müddət də pulu qaytarmadığı üçün şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bur şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Gəncə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Çiçəkli su elektrik stansiyasında bağban işləyir. Bildirmişdir ki, xəstəlik ilə əlaqədar üçüncü qrup əlil olaraq 2021-ci ilədək təqaüd almışdır. Lakin 2021-ci il tarixdə əlillik təqaüdü dayandırılmışdır. 05 mart 2022-ci il tarixdə tanışı Rövşən ilə birlikdə xəstəliklə bağlı xəstəxanada yatıb təqaüdü bərpa etdirmək üçün Göygöl rayon mərkəzi xəstəxanasına getmişlər. Qeyd etmişdir ki, Rövşənin də eyni qayda ilə onun kimi təqaüdü dayandırılmışdır. Göygöl RMX-da olan zaman kolidorda Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq təqaüdü bərpa etdirə biləcəyini demişdir. Qeyd etmişdir ki, onların orada həkimlərdən soruşduqda danışıqlarından Fuad təqaüd düzəltdirmək istədiklərini anlamışdır. Fuad xəstəxananın həyətində onlara pul qarşılığında heç bir proses keçmədən qısa vaxtda təqaüdü bərpa etdirə biləcəyini demiş və bunun üçün hər adama 3000 (üç min) manat verilməli olduğunu izah etmişdir. Onun deməsinə görə pulun 1000 (bir min) manat hissəsini qabaqcadan, qalan 2000 (iki min) manat hissəsini isə təqaüd bərpa edildikdən sonra verməli imişlər. Fuadı əvvəlcədən tanımasalar da onun danışığı onlarda inam yaratmış və ona inanmışlar. 06 mart 2022-ci il tarixdə Rövşən aparıb Fuada 1000 manat pul vermişdir. 07 mart 2023-cü il tarixdə də Fuada zəng edib onunla Göygöl rayonu Azay Kazımov küçəsində Göygöl RMX-nın yaxınlığında olan “Məkan” kafesinin qarşısında Fuada 1000 (bir min) manat pul vermişdir. Fuad deməsinə görə onların təqaüdü 3 aya bərpa olmalı imiş. Lakin pulu Fuada verdikdən xeyli keçməsinə baxmayaraq Fuad verdiyi vədlərə əməl etməmişdir. Təxminən 2022-ci ilin sonlarında Fuad onlara təqaüd düzəldə bilmədiyini, onları aldadaraq pullarını ələ keçirdiyini etiraf edərək pulu qaytaracağını demişdir. Lakin bir müddət də pulu qaytarmadığı üçün şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bur şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, D.Bayramov küçəsi ev 21-də ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq tikinti-təmir ustası işləyərək dolanır. Həyat yoldaşı Şahid2 Göygöl rayon mərkəzi xəstəxanasında işləyir. 2022-ci ilin avqust ayında arvadını işdən götürmək üçün xəstəxanaya gedən zaman orada hüquqşünas işləyən Təqsirləndirilən şəxs ilə tanışlığı yaranmışdır. 2022-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Fuad onu xəstəxanada mühafizəçi işinə düzəldə biləcəyini, bunun üçün pul verilməli olduğunu demişdi. Daimi iş yeri olmadığı üçün onun bu təklifi diqqətini cəlb etmiş və bu barədə ondan maraqlanmışdır.Təqsirləndirilən şəxs onu Gəncə şəhər Abbas Səhhət xəstəxanasında mühafizəçi işinə düzəldəcəyini, bunun üçün Bakıya pul göndərilməli olduğunu deyərək vədlər vermişdir. Fuad əvvəlcə ondan bu məqsədlə 3000 (üç min) pul istəmiş, pulun 1000 (bir min) hissəsini qabaqcadan istəmişdir. O, iki-üç gün sonra Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən Göygöl rayon prokurorluğunun qarşısında Fuada 1000 (bir min) manat pul vermişdir. Bundan bir ay sonra, 2022-ci ilin sentyabr ayında Fuaddan işinin nə yerdə olmasını soruşduqda o, işinin Bakıda təsdiq olunmasını deyərək ondan lazımı arayışlar, 3x4 fotoşəkil istədi və 1000 (bir min) manat da pul da vermək lazım olduğunu demişdir. 2022-ci ilin sentyabr ayında dəqiq xatrılamadığı tarixdə tanışı Nurxan adlı şəxsin taksisi ilə Gəncə şəhəri, Təbriz küçəsinə getmiş və orada Nurxanın yanında Fuada 1000 (bir min) manat da pul vermişdir. Fuad ona bir aydan sonra işə çıxacağını demişdir. Bundan iki ay da keçmiş və Fuaddan iş barədə soruşduqda ona işin həll olunmasını demiş və yenidən ondan yerdə qalan puldan istəmişdir. 2022-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə Göygöl RMX-nın həyətində Fuada 600 (altı yüz) manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra isə 2022-ci ilin dekabr ayının əvvəllərində isə Fuad guya hansısa sənədlərini düzəltdiyini deyərək Göygöl RMX-nın həyətində 345 (üç yüz qırx beş) manat pul almışdır. 2022-ci ilin dekabr ayının sonunda isə işinin alınmadığını deyərək pulunu geri qaytaracağını demişdir. Lakin bundan sonra da onun pulunu qaytarmamışdır. O, da xeyli müddət gözlədikdən sonra məcbur qalıb şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bur şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Eyyub qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Şəhriyar kəndində ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi olaraq Şəhriyar kənd tam orta məktəbində müəlim kimi fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, böyrəklərində olan xəstəlik ilə bağlı 2021-ci ilədək 2-ci qurup əlillik təqaüdü almışdır. Lakin onun əlilliyi Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən şübhə altına alındığı üçün 2021-ci ilin iyun ayından əlillik təqaüdünün ödənişləri dayandırılmışdır. Buna səbəb olaraq, xx.xx.2022-ci il tarixdə ərim Rəhman, qızım Nailə və ərinin bacısı Lala ilə Göygöl RMX-da Bakı şəhərində yerləşən Cavadzadə adına olan xəstəxanada müalicə almaq üçün göndəriş almaq üçün gedərkən orada yerdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əri ilə salamlaşmış, onunla söhbət əsnasında hansı səbəbə görə xəstəxanaya gəldiklərini öyrəndikdən sonra dayandırılmış təqaüdləri bərpa etdirməyi bacardığını bildirmişdir. Təqsirləndirilən şəxs bir nəfərin təqaüdünün bərpa edilməsi üçün 2000 manat lazım olmasını, həmin pulu Bakı şəhərində yaşayan tanışlarına verəcəyini, ən geci 3 ay müddətinə təqaüdün bərpa olunduğunu deyərək yalan vədlər vermişdir. Pulun isə 1000 manatını əvvəlcədən istəmiş, yerdə qalan 1000 manatı isə təqaüd bərpa olandan sonra alacağını demişdir. Fuadın bu danışıqları onlarda inam yaratmışdır. Ərinin bacısı Lala yaşadığı Göygöl rayonu Zurnabad kəndinə gedib 2000 manat pul gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Göygöl rayon mərkəzi xəstəxanasının həyətində əri Rəhman onların yanında Təqsirləndirilən şəxs 2000 manat pul vermişdir. 1000 manatı isə bir neçə günə verəcəyini demişdir. Lala Fuada nəsə sənəd lazım olub-olmamasını soruşduqda Fuad bütün məlumatların kompyuterdə olmasını, oradan əldə edəcəyini deyib heç bir sənəd lazım olmamasını demişdir. Pulu da götürüb çıxıb getmişdir. Sonradan əri Rəhman 1000 manat pulu bacısı Laləyə vermişdir. 2 gün sonra, yəni 02 mart 2022-ci il tarixdə Fuad əri Rəhmana zəng edərək yerdə qalan pulun, yəni 1000 manatın hazır olub-olmamasını soruşmuş, pulun təcili olaraq “Bakıya” çatmasını deyib, daha sonra isə tanımadığı taksi sürücüsü ilə onların yaşadığı Göygöl rayonu Şəhriyar kəndinə gəlmişdir. Saat 19 radələrində yaşadığı evin həyətində Rəhman onun yanında Fuada 1000 manat pul vermişdir. Daha sonra Fuad getmişdir. Təxminən 2 ay müddət keçmiş, Fuaddan təqaüdün düzəlməsi barədə soruşduqda o, müxtəlif bəhanələr gətirərək qısa zamanda təqaüdü düzəldəcəyini demişdir. 2022-ci ilin sonlarında Fuad etiraf edərək təqaüdü düzəltdirə bilməyəcəyini deyib pulu qaytaracağını demiş, lakin bu günədək onların pulunu qaytarmamışdır. O, isə bu səbəbdən Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, Xəlil Rza küçəsi ev 47-də yaşayır, rəsmi iş yeri olmasa da fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs6 onun tanışıdır, eyni zamanda müştərisidir. Belə ki, Azərə taksi lazım olan zaman onun avtomobilindən istifadə edir. 2022-ci ilin sentyabr ayında Azər onu taksi kimi sifariş etmiş və onun idarə etdiyi “Lada 2170” markalı, ** RP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Təbriz küçəsində yerləşən çayxananın yanına getmişlər. Yolda söhbət əsnasında Azər danışaraq Fuad adlı şəxsə pul verəcəyini, Fuadın onu xəstəxanada mühafizəçi işinə düzəldəcəyini demişdir. Gəncə şəhəri, Təbriz küçəsində mən avtomobili saxlamış və Azər avtomobildən düşüb əvvəlcədən tanımadığı Fuad adlı şəxslə görüşmüş və ona pul vermişdir. Azər qayıdan zamanı söhbət əsnasında Fuada 1000 manat pul verdiyini, işini 3000 manata danışdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl şəhəri, Dadaş Bayramov küçəsi ev 21-də ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs6 onun əridir, onunla birgə nigahdan 2 övladı var. Hazırda Göygöl RMX-da mühafizəçi işləyir, 2022-ci ilin avqust ayında isə xəstəxanada qeydiyyatçı vəzifəsində işləmişdir. Həmin vaxt əri Azər onu xəstəxanaya işə aparır, iş saatlarının sonunda isə işdən götürürmüş. Həmin vaxtlarda ona məlum olmuşdur ki, xəstəxanada hüquqşünas işləyən Təqsirləndirilən şəxs əri Azəri Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada mühafizəçi vəzifəsinə işə düzəldəcəyini vəd verib ondan qarşılığında pul istəmişdir.Azər isə avqust ayında Fuada 1000 manat, sentyabr 1000 manat, noyabrda 600 manat, dekabr ayında isə 345 manat pul vermişdir. Həmin pulların verilməsində iştrirak etməmişdir, lakin Azərlə ər arvad münasibətində birlikdə yaşadıqları üçün pulların Fuada verildiyini bilmişdir. Pul verilmə tarixlərini isə xatırlamır. Lakin bir müddət keçmiş və Təqsirləndirilən şəxs əri Azərə verdiyi vədlərə əməl etməmişdir. Hətta Azərə etiraf edərək onu işə düzəltmədiyini, pulunu qaytarıb verəcəyini demişdir. Lakin uzun müddət Fuad Azərin pulunu vermədiyi üçün Azər şikayət etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilərək materiala əlavə edilmiş 9 ədəd şəkilə baxış keçirilmiş və baxıç zamanı müəyyən edilmişdir ki, şəkillər telefonun ekranından çəkilmişdir. Şəkillərdə “Whatsapp” danışıqları vardır. Yuxarıda şəxslərin siyahısında “Fuad Balnise” yazılıb, mobil nömrə isə +**********62 qeyd edilib. Şəkilllərdən görünür ki, 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “Yig məni”, 01 dekabr 2022-ci il tarixdə “Yigiram qardas son 5 feq”, 05 dekabr 2022-ci il tarixdə “10 deq yigiram”, “yigiram”, “meni yig qardas”, 07 dekabr 2022-ci il tarixdə “yigiram”, “yig qaqa”, “10 deq yigiram”, 03 yanvar 2023-cü il tarixdə “yigiram qardas”, “qaqa pulu gozluyirem yigiram”, “gelmisem qaqa gozle yigiram”, 05 yanvar 2023cü il tarixdə “yigiram”, “yarımca saat doz yigiram”, 10 yanvar 2023-cü il tarixdə “yanındayam pul verenin yigiram”, 12 yanvar 2023-cü il tarixdə “yigiram qardas”, “senin qadan alik nervi tepemdedi dayimi gizleyirem”, 14 yanvar 2023-cü il tarixdə “qarrdas 1 saata yigiram”, 15 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs “Yekə kisisen noldu”, 18 yanvar 2023-cü il tarixdə F.Zərərçəkmiş şəxs6Əliyevə “qardas yigiram az seb4 ele”, 19 yanvar 2023-cü il tarixdə “gozel qardas senin qadannalim axsam 8 de hazır vrziyyetdə senin yanındayam insallah”, 25 yanvar 2023-cü il tarixdə “1 saata mendedu yigiram”, 29 yanvar 2023-cü il tarixdə “qardas sabah 11 de zenglesek gel bura sohbet qurtarsin”, 30 yanvar 2023-cü il tarixdə “20 deq yugiram”, “son 20 deq”, 31 yanvar 2023-cü il tarixdə “Ay qa senin qadan alim 1 ce saat doz yigiram suhir duzelir”, 03 fevral 2023-cü il tarixdə “yigiram 1 saata gelirem”, 04 fevral 2023-cü il tarixdə “Ay qardas yigirasm azcdoz”, 20 fevral 2023-cü il tarixdə “Yigirwmmmnnnn”, 21 fevral 2023-cü il tarixdə “qardas sabh 1 de pul sendedi”, 24 fevral 2023-cü il tarixdə “s3her 12 de pul mendedi”, 01 mart 2023-cü il tarixdə “yar8m saata yigiram”, 03 mart 2023-cü il tarixdə “sene qurban olum saat 4 de kimi pul kartda olacaq”, “danisdim atir qaqa”, 04 mart 2023cü il tarixdə “qardas yigiram hell olur”, 05 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs “Sen ne allahsiz insansan allahaqi pis olacaq”, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “sabah insallah qurtaracaq”, 16 mart 2023-cü il tarixdə “Yarimca saat diz qaqa”, 17 mart 2023-cü il tarixdə “sonuncu 1 saat gozle”, “yigiram qardas”, “teli sessize qoymusam dayigildeydim alinir gozle”, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs “Allahqi budeyqaa gedirempolise hardan olur olsun seni tapiv dama soxduracam gpzd”, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 “Adam var soz verib ayin 23 de verecek vallah basqa cur ede bilmirem”, “Elə bilersen polis sohbetine gore yigiram adamin yanındaydim deye goturr bilmirdim ac soz deyirem”, 27 mart 2023-cü il tarixdə “15 deq yigiram”, 28 mart 2023-cü il tarixdə “kisi sozu verirem ssen pul saat 1 de kartindadi”, “qadan alim yigiram”, “yigiram qaqa”, “gozel insan son yarim saat qadan alim”, 30 mart 2023-cü il tarixdə “Bankdayam yigiram”, “yigiram qaqs”, “butun bedenim ucunur yigiram qaqa azda sebr ele sen balanim canı”, 03 aprel 2023-cü il tarixdə “gozelyirem burayam”, “catdiriram qaqa” yazısı yazmışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 bildirdi ki, həmin “Whatsapp” yazışmaları onunla Təqsirləndirilən şəxs arasında olmuşdur. Yazışmalardan da görünür ki, Təqsirləndirilən şəxs onu işə düzəltməyəcəyini etiraf etdikdən sonra pulu qaytaracağını bildirsə də müxtəlif bəhanələrlə onu aldadaraq pulunu qaytarmır. - Göygöl rayon mərkəzi xəxtəxanası PHŞ-ə göndərilmiş sorğu məktubu əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl RMX PHŞ Ümumi şöbədə xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 1.0 ştat vahidi hüquqşünas vəzifəsində çalışmış, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. -İstintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın tam formada ödənməsini, bu səbəbdən sonuncunun barəsində heç bir şikayət və tələblərinin olmamasını bildirmişlər. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cüil tarixli tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçılmiş başqa yerə getməmək haqqında iltizan qəti imkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçılmışdır. - Axtarışda olan şəxsin saxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən Ağcabədi rayonunda saxlanılaraq Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını və gələcəkdədə şikayəti və tələbi olmayacağını göstərmişdir. -Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxslərlə barışdıqlarını, onlara vurulmuş zərəri tamamilə ödədiyini göstərib, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. -Ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərərin 25 faizi olan 1990 (bir min doqquz yüz doxsan) AZN pulu "xxxx" ASC-nə ödəmişdir. - Doğum şəhadətnamələrinin surətindən götünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 iyul 2013-cu il təvəllüdlü X5 və 31 yanvar 2016-cı il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı var. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin178.2.2 və 178.2.3-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayəti nəticəsində vurulmuş ziyanın 25 faizini dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 321-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə çıxarılan qərarlar müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilir və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanır. Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olması, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi və onlara dəymiş zərəri könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışması, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, onlara dəymiş ziyanı tamamilə ödəməsi, eyni zamanda Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş zərərin 25 faizinin Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə ödənilməsi nəzərə alınaraq cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 40, 43, 321, 344-347, 356, 358 və 384-cü, habelə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, qərarverdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-105/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-105/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver