Məhkəmə qərarları › İş №1(066)-105/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-105/2024

06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-105/2024 06.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ADSEA-nin Göygöl rayon şöbəsində çilingər işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, 1(bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 115 (yüz on beş) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 18 iyul 2024-cü il tarixdə saat 09:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsininə bilavasitə tabe olan X9 Şöbənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli köynəyin altında gizlətdiyi 01 ədəd şəffaf polietilen torbanın içərisində təmiz çəkisi 115 (yüz on beş) qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, Azərsu ASC-nin Gölgöl rayon şöbəsində çilingər işləyir. Təxminən bir-iki il olar narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir, lakin narkotik vasitə aludəçisi deyil. xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Ağdağ qəsəbəsi ərazisində yerləşən “Duz göl” adlanan gölə balıq tutmağa getmiş, həmin zaman yerdə bir ədəd şəffaf sellofan torba görmüş, həmin torba boş olmadığı üçün diqqətini cəlb etmiş, əyilib həmin sellofan torbanı götürmüş, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, narkotik vasitə istifadəçisi olduğu üçün nə olduğunu bilmiş, istifadə etmək məqsədi ilə götürmək istəmiş, lakin ətrafda kənar şəxslər olduğuna görə götürə bilməmiş, bu səbəbdən marixuananı həmin yerdə gizlətmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında gizlətdiyi narkotik vasitəni götürmək üçün həmin əraziyə getmiş, narkotik vasitəni gizlətdiyi yerdən götürmüş, əynində olan mavi rəngli köynəyin alt hissəsində gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 09:00 radələrində Göygöl rayonu Ağdağ qəsəbəsi ərazisində piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və BNMİ QBRŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında, daşımağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Göygöl rayon Polis Şöbəsinə gətirmişlər, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Yanında polis əməkdaşı olduğu üçün üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı tullaya bilməmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunması üçün müdafiəçilərin siyahısı təqdim edilmiş, o, təqdim edilmiş siyahıdan Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. O, şübhəli şəxs qismində tutulmağı ilə bağlı bütün hüquqları izah edildikdən sonra videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmişdir. O, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağını bildiyi üçün əynində olan mavi rəngli köynəyinin alt hissəsində şalvarının yuxarı hissəsi ilə qarnının arasında gizlətdiyi bir ədəd şəffaf sellofan torbanı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir qutu “Magna” markalı siqareti, bir ədəd alışqanı, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sağ arxa cibindən bir ədəd bir manatlıq əskinası çıxararaq masanın üzərinə qoymuşdur. Ardınca üzərində şəxsi axtarış aparılmış, üzərindən təqdim etdiyi əşyalardan əlavə əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı qarın boşluğunda gözlə görünən xəsarət olması müəyyən olunmuş, sorğu zamanı bədəni üzərində olan xəsarəti xx.xx.2024-cü il tarixdə iş yerində yıxılaraq aldığını qeyd etmişdir. Sonra masanın üzərinə qoyduğu bir ədəd şəffaf sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Ağdağ qəsəbəsi ərazisində yerləşən “Düzlü göl” adlanan göldə balıq tutmağa gedərkən gördüyünü, lakin həmin zaman götürə bilmədiyini, bu gün yəni, xx.xx.2024-cü il tarixdə götürüb gələrkən polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitə istifadəçisi olduğunu, taparaq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş, bir ədəd şəffaf sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, 116 qram olması müəyyən edilmiş, bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar olunmuş bir ədəd “Redmi” markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyindən götürülmüşdür. Bundan başqa üzərindən aşkar olunmuş bir ədəd bir manatlıq əskinas, bir qutu “Magna” markalı siqaret, bir ədəd alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Polis şöbəsində olduğu zaman ona qarşı hərhansı zorakılıq hərəkətləri edilməmişdir. Onun əməlindən peşiman olmasını, himayəsində üç azyaşlı uşağı olmaqla kirayədə yaşamasını, arvadının Azərbaycan Respublikası vətandaşı olmamasının nəzərə alınaraq, ona cəza təyin edilərəkən işləyə bilməsini və uşaqlarına baxa bilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatına malik olduğundan xx.xx.2024-cü il tarixdə bu barədə rəhbərliyə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu Ağdağ qəsəbəsində tək halda olarkən onunla rastlaşmış, yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarla onu tanış edib və üzərində şəxsi axtarış aparılması məqsədilə Göygöl RPŞ-nə gəlməsini təklif etmiş, təkliflə razılaşan Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və o, şübhəli şəxs kimi tutularaq barəsində protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərinə şəxsi axtarış keçiriləcəyi, həmin proses zamanı isə videoçəkiliş aprılacağı bildirilmiş, Təqsirləndirilən şəxs isə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə əynində olan mavi rəngli köynəyinin altında, şalvarı ilə bədən nahiyyəsinin arasında gizlətdiyi, bir ədəd şəffaf sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və həmin şəffaf sellofan torbanı, həmçinin 01 ədəd “Redmi” markalı mobil telefonu, 01 qutu “Magna” markalı siqareti, 01 ədəd alışqanı və 01 ədəd 1 manatlıq pul əskinasını çıxararaq təqdim etmişdir. Həmin şəffaf sellofan torba açıldıqda içərisində yaşımtıl rəngli rəngli, spesifik qoxuya malik, narkotik vasitəsinə oxşar kütləsi aşkar edilmişdir. Həmin bir ədəd sellofan torbada olan kütlənin nə olduğu sorğu edildiyi zaman Təqsirləndirilən şəxs həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin sellofan torbanı xx.xx.2024cü il tarixdə Göygöl rayonu Ağdağ qəsəbəsi ərazisində yerdən tapdığını, lakin götürə bilmədiyini, xx.xx.2024-cü il tarixdə geri qayıdaraq götürdüyünü, həmin sellofan torbanı açıb içərisinə baxarkən quru halda və qoxusundan isə nəşə kimi tanıdığı marixuana kütləsi olmasını bildiyini, həmin vaxtı tək olduğunu və sellofan torbanı götürdüyünü, qurudulmuş marixuana narkotik vasitə qəbul etdiyi üçün sonra istifadə etməyindən ötrü özü ilə götürdüyünü, şəxsi istifadə etməyindən ötrü gizlətmək istədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan torbada olan quru kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 116 qrama bərabər olmuşdur. Bundan sonra aşkar edilmiş həmin sellofan bükümdə olan kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. 01 qutu “Magna” markalı siqaret, 01 ədəd alışqan və 01 ədəd 1 manatlıq pul əskinası isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etsə də, lakin əynində olan digər paltarlar və geyim əşyalarında başqa hər hansı bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya, iz və ya predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, ucadan oxunmuş və protokolun doğruluğunu iştirakçılar kimi o da, imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin polis nəfəri Şahid2 şahid X6 ifadəsi ilə eyni məzmunlu ifadə verərək X6 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərardan və protokoldan görünür ki, 18 iyul 2024-cü il tarixdə, saat 10:15 dəqiqədə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin inzibati binasında Baş Narkotiklə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis kapitanı Ömər İsmayılov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ǝynindəki mavi rəngli köynəyinin alt hissəsində gizlətdiyi bir ədəd şəffaf sellofan torbanı, aynində olan boz rəngli şalvarının sağ yan cibindən bir qutu "Magna” markalı siqareti, bir ədəd alışqanı, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi" markalı mobil telefonu, həmin şalvarın sağ arxa cibindən bir ədəd bir manatlıq əskinası çıxararaq masanın üzərinə qoymuş, ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, üzərindən təqdim etdiyi əşyalardan əlavə əşya, predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarın boşluğunda gözlə görünən xəsarət olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarəti xx.xx.2024-cü il tarixdə iş yerində yıxılaraq aldığını qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bir ədəd şəffaf sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Ağdağ qəsəbəsi ərazisində yerləşən "Düzlü göl” adlanan göldə balıq tutmağa gedərkən gördüyünü, lakin həmin zaman götürə bilmədiyini, bugün yəni, xx.xx.2024-cü il tarixdə götürüb gələrkən polis əməkdaşları tərəfindən saxlanıldığını, narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotik vasitə aludəçisi olmadığını, taparaq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, bir ədəd şəffaf sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər elektron tərəzidə çəkildi, 116 qram olduğu müəyyən edilmişdir. Bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd "Redmi" markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bir manatlıq əskinas, bir qutu "Magna" markalı siqaret, bir ədəd alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq biriki il olar narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni taparaq əldə etdikdən sonra istifadə etmək üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyəti olmadığını, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə Göygöl RPŞ-nin xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Redmi” markalı mobil telefondan istifadə etməklə BNMİ-nin QBRŞ-nin əməkdaşı Şahid2 tərəfindən video çəkiliş aparılmış və çəkilmiş videogörüntü bir ədə DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji еkspertizasının xx.xx.2024-cü il tarixli 16/789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudlmuş marixuanaya bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada, təmiz çəkisi 115 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/111 saylı material əsasında araşdırmanın davam etidirilb, qanuni qərar qəbul edilməsi üçün toplanmış material Göygöl rayon PŞ-nə göndərilməsi və qəbul olunmuş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. “Əşyanın maddi sübut kimi tanınması” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, 01 (bir) ədəd kağız paketdəki şəffaf polietilen torbada təmiz çəkisi-115 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 114.95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Göygöl RPŞ-nin MSSK-na təhvil verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Amil oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi üçün MSY-dən azad edilməsi, qərarın sürətinin icra edilməsindən ötrü Gəncə şəhər BPİnin MSY-nə və Göygöl RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası "xxxx" ASC-nin 7 №-li Regional Sukanal İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən 7 №-li Regional Sukanal İdarəsinin Göygöl Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qurupunda təmirçi çilingər peşəsində işləyir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 413 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – qarın nahiyyəsinin sol yan səthinin sıyrığı – bər küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətin özünün dediyi şəraitdə, yəni bərk küt əşyaya sürtünərək yerə yıxılması nəticəsində əmələ gəlməsi istisna edilmir. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl Rayon Polis X3 sabiq müstəntiqi, polis kapitanı X4 xidməti iş yerini dəyişməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi Göygöl Rayon Polis X3 müstəntiqi, polis baş leytenantı Taleh Ağayevə həvalə edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işinin icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. “Mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl Rayon Polis X3 müstəntiqi, polis baş leytenantı Taleh Ağayev tərəfindən xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd “X21 9” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon “X21 9” markalı mobil telefondur. Həmin telefon açıldıqda ekranında proqramlar olması aşkar edilmiş, həmin proqramlara daxil olunub baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat və ya görüntü aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə X11 özünə məxsus 01 ədəd “X21 9” markalı mobil telefonu təhvil almışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2024-cü il tarixli, 1342 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Göygöl RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qeyd edilmiş narkotik vasitəni konkret olaraq nə vaxtı, haradan, kimdən və nə məqsədlə əldə etməsini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs kimlərdənsə narkotik vasitə alıb-almaması, eləcə də, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, əgər məşğul olubsa kimlərə narkotik vasitələr satmasını müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etməməsi, eləcədə əgər onun ilə cinayət əlaqəsində olan şəxsləri müəyyən etmək mümkün olmamışdır. Həmçinin cinayət işi üzrə əhəmiyyət kəsb edən digər məlumatlar müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-tapşırığında göstərilənlərdən başqa digər xüsusatlar müəyyən olunarsa dərhal məlumat veriləcəkdir. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 19 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi 115 qram qəbul edilməsi və ona elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi rəydə göstərilən miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilməsi və bu barədə material ayrılaraq Göygöl rayon prokurorluğuna göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilməsi, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, 01 ədəd sellefon torbanın içərisində olan, 01 ədəd kağız paketdə qablaşdırılmış, təmiz çəkisi-115 qram olan, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 114.95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın saxlanmasından ötrü Göygöl RPŞ-nin MSSK-na təhvil verilməsinin nəzərə alınması, cinayət işinə əlavə edilmiş, dindirmə, ifadənin yerində yoxlanması, şəxsi axtarış protokolları, şəxsi axtarış protokoluna əlavə edilmiş 01 ədəd CD disk, məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/789 nömrəli, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 413 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2024-cü il tarixli 1342 saylı rəyləri, maddi sübut və eləcə də digər prosessual hərəkətlər işin fakiti hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4881 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4826 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2240 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda qeydiyyatda olamaqla, hal-hazırda ünvan 8ə qeydiyyatsız yaşayır. Ailə tərkibi arvadı Bekberganova Manzuar, 2010-cu il təvəllüdlü oğlu X7, 2011-ci il təvəllüdlü qızı X8 və 2013-cü il təvəllüdlü oğlu X5 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəsini dolandıran şəxs olmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini xarakterizə edən hallar, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı və qeydiyyatda olduğu Göygöl rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 114,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübutəməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdən 19 iyul 2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı və qeydiyyatda olduğu Göygöl rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 114,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar