Məhkəmə qərarları › İş №1(066)-106/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-106/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-106/2023 03.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X9; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X5 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 475-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 62, mənzil 8-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 475-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Atatürk prospekti 197, ev 1, mənzil 28 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 оğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olub özgənin əmlakını gizli yolla talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə təmir tikinti işini apardığı Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 27 fevral 2023-cü il tarixdə tanışı X7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəyəri 1400 manat olan diametri 4x16 ölçüdə olan 100 metr uzunluğunda elektrik naqilini, dəyəri 1350 manat olan 270 metr uzunluğunda 4x6 diametrdə olan elektrik naqilini, dəyəri 432 manat olanuzunluğu 240 metr olan diametri 2x4 ölçüdə olan elektrik naqilini, dəyəri 168 manat olan uzunluğu 60 metr olan diametri 1x10 ölçüdə elektrik naqilini, dəyəri 240 manat olan uzunluğu200 metr olan diametri 2x2.5 ölçüdə olan elektrik naqilini, dəyəri 113 manat olan uzunluğu 63 metr olan diametri 2x4 ölçüdə olan elektrik naqilini,dəyəri 378 manat olan 21 ədəd qapı petləsini, dəyəri 550 manat olan 5 ədəd qapı dəstəyini,dəyəri 250 manat olan 5 ədəd Arçe maqnit içliyi, dəyəri 120 manat olan 4 ədəd Аrçе markalı qapının dəmir siyirməsi, dəyəri 125 manat olan Arçe markalı 5 ədəd qapı kilidini, dəyəri 96 manat olan diametri 50 santimetr olan 6 metr uzunluğunda 4 ədəd üçlük, dəyəri 39 manat, diametri 63 santimetr olan 6 metr uzunluğunda 1 ədəd üçlük, dəyəri 966 manat olan 420 ədəd ciloz ( zafim ), dəyəri 24 manat olan diametri 45 santimetr olan 6 metr uzunluğunda 1 ədəd üçlük, dəyəri 460 manat olan diametri 32 santimetr olan 20 ədəd su kranı, dəyəri 324 manat olan diametri 25 santimetr olan 18 ədəd su kranı, dəyəri 450 manat olan diametri 32 santimetr olan 18 ədəd amerkanka su kranı, dəyəri 252 manat olan diametri 25 santimetr olan 14 ədəd amekranka su kranı, dəyəri 144 manat olan diametri 25 santimetr olan 8 ədəd latun su kranı, dəyəri 80 manat olan diametri 25 santimetr olan 20 ədəd baçonka latun,dəyəri 138 manat diametri 32 santimetr olan 6 ədəd filtir, dəyəri 76 manat olan diametri 25 santimetr olan 4 ədəd filtir, dəyəri 144 manat olan diametri 32 santimetr olan 6 ədəd klapan, dəyəri 72 manat olan diametri 25 santimetr olan 4 ədəd klapan, dəyəri 252 manat olan 14 ədəd termometr, dəyəri 176 manat olan 16 ədəd hava priborunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 xeyli miqdar hesab edilən 8859 (səkkiz min səkkiz yüz əlli doqquz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə, tanışı X7 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında13 mart 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixə keçən gecə Göygöl rayonu, Sərkarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin qarşısına gəlib əvvəlcədən öz aralarında bölüşdürdükləri rollara əsasən o, evin qarşısında pusquda dayanmış, qrupun üzvü Seymur Məmmədov isə Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin qapısının kilidini sındırma yolu ilə açdıqdan sonra hər üçü qanunsuz evə daxil olub evdənhər birinin ayrı birinin qiyməti 40 (qırx) manat olan 6(altı) ədəd xrustal vaz və birinin qiyməti 10 (on) manat olan 6 (altı) ədəd xrsutal qənd qabını gizli yolla talayıb ümumilikdə Zərərçəkmiş şəxs1300(üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 оğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədilə, tanışı Təqsirləndirilən şəxs1 və X7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Göygöl rayonu, Sərkarlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin giriş qapısının kilidini sındırma yolu ilə qanunsuz olaraq evə daxil olub evdən birinin qiyməti 40 (qırx) manat olan 6 ədəd xrustal vaz və birinin qiyməti 10 (on) manat olan 6 ədəd xrsutal qənd qabını oğrulamaqla Zərərçəkmiş şəxs1 məxsus 300 (üç yüz) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək törətmiş olduğu cinayət əməlini etiraf etməklə ifadəsində göstərmişdir ki, Xanlar adlı şəxsi Ramiz adlı ustanın vasitəsi ilə tanımış, birlikdə Xanların Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən evində işləmişdir. Həçmin evdə onunla birlikdə Seymur və Şamo adlı şəxslər də fəhlə kimi çalışmışdır. Həmin yerdə 2022ci ilin dekabr ayından 2023-cü ilin fevral ayına kimi işləmiş, manqal, təndir və başqa işlər görmüşlər. İşlərinə görə pulunu o gündəlik olaraq almış, belə ki, Ramiz danışıqlarına görə ona gündəlik 35 manat pul vermiş, digərləri isə gündəlik 15-20 manat almışlar. İşlədikləri vaxtlarda evin həyətində naqillər olmuş, bundan başqa evin qapılarının üzərində olan əşyaları oğurlayıb metal kimi satmaq qərarına gəlmiş, 27 fevral 2023-cü il tarixdə həmin evin həyətində olan 1 ədəd 100 metr uzunluğunda ağ rəngli naqili, 4 ədəd qapı tutacaqları götürüb, Gəncə şəhərində tanımadığı metal qəbul edən motosikletə 150 manata satmış, həmin pulu özüm üçün xərcləmiş, qeyd etdiklərindən başqa həmin evdən heç nə oğurlamamışdır. Oğurluq etdikdən sonra Xanlar onları evdə toplayıb evindən naqil və qapı tutacaqlarının götürüldüyünü, götürən şəxsin qaytarmasını istəmişdir. Törətmiş olduğu hadisəni təkbaşına törətmiş, heç kəsdən kömək almamış, heç kəsin həmin hadisədən xəbəri olmamışdır. Seymurun dediklərinin yalan olmasını, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurluq hadisəsini tək törətdiyini Seymurun həmin oğurluqda ona köməklik etmədiyini bildirmişdir. Xanların evindən 4 ədəd qapı tutacağı və 1 ədəd 100 metr uzunluğunda naqildən başqa heç nə oğurlamadığını qeyd etmişidr. O həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Ceyhun və Seymurla birlikdə Göygöl rayonu, Sərkarlı kəndinə şəxsi işi ilə əlaqədar getmiş, oradan qayıtdıqda Seymur pula ehtiyacının olduğunu deyərək oğurluq etmək məqsədi ilə boş ev olub olmadığını soruşmuşdur. Bir qədər piyada yeridikdən sonra qarşılarına ətrafı dəmir torla hasarlanmış, 1 mərtəbəli və həyətinə mişar daşları tökülmüş ev çıxmış, həmin evə daxil olaraq oğurluq etməyi qərarlaşdırmışdır. Evdə işıq yanmadığını görərək kiminsə olub-olmadığını yoxlamaq məqsədilə hasardan aşaraq Seymur həyətə daxil olaraq qapını döymüş, açan olmadığı üçünsə qapının kilidini sındıraraq hər üçü də evə daxil olmuşdur. Evi axtarsa da pul və qızıl zinət əşyaları tapa bilməmiş, evdə olan 4 ədəd xrustal vaz və 6 ədəd xrustal qənd qablarını oğurlamışlar. Xrustal vazları idman çantasına, xrustal qənd qablarını isə un kisəsinə qoyub evdən uzaqlaşaraq getmişlər. Qabları, oğurluq etdikləri evin içərisindəki qablar yığılmış torba ilə Seymur çıxartmış, evdən 2-3 km uzaqlaşdıqdan sonra 2244-ə zəng edərək taksi sifariş vermiş və Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində yerləşən “Mərkəzi Univermaq”ın qarşısında isə ayrılmışlar. Ayrılarkən 4 ədəd xrustal vazı Seymur özü ilə kirayədə yaşadığı evə aparmış, qənd qablarını isə o götürmüşüdür. Həmin kəndə şəxsi işi ilə bağlı getmiş, sonradan evi görərək evdə heç kimin olmadığını dəqiqləşdirmiş və oğurluq etmək niyyəti yaranmışdır. Oğurluq etdikləri zaman onları heç kəs görməmişdir. Deməsinə görə o və Ceyhun evin həyətində dayansa da evə Seymur daxil olmuş, arxasınca isə hər üçü evə girərək axtarış etməyə başlamış, oğurladıqları əşyalarla Gəncə şəhərinə çatdıqda vazlar olan torbanı Seymur özü ilə aparmış, qənd qabılarını isə Ceyhun və o götürmüşdür. Həmin qənd qabılarını növbəti gün tanımadığı şəxslərə Gəncə şəhərində 5 ədədini 20 manata satmışdır. Əşyaları oğurlamaqda məqsəd sataraq qazanc əldə etmək, həmçinin Seymurun evinin kirəsinə vermək olmuşdur. Lakin qənd qablarını satdığı zaman Seymura zəng edərək qiymətin ucuz olmasını demişdir. Hal-hazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəməmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 birlikdə həbsdə olduğu cəzaçəkmə müəssisəsindən tanıyır, onunla birlikdə təmir tikinti işlərində fəhləçilik edirlər. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Elşən və Seymur yaşadığı ünvandan onu çağırmış, Göygöl rayonu, Sərkarlı kəndinə, Elşənin nənəsinin kəndinə getdiyi zaman Elşən həmin kənddə olan tanışından tikinti alətləri götürəcəklərini demişlər. Kəndə çatdıqda taksidən düşmüş, Seymur və Elşən piyada kəndin içərisi ilə gəzmişlər. Elşən bir qapıya yaxınlaşdıqdan sonra əşya götürməli olduğu şəxsin evdə olmadığını bildirmişdir. Bundan sonra oradan piyada kəndin içərisi ilə gəldikdə Seymur pula ehtiyacının olduğunu deyərək oğurluq etmək məqsədi ilə boş ev olub olmadığını soruşmuş, bir qədər piyada yeridikdən sonra qarşılarına ətrafı dəmir torla hasarlanmış, 1 mərtəbəli və həyətinə mişar daşları tökülmüş ev çıxmışdır. Həmin evə daxil olaraq oğurluq etməyi qərarlaşdırmış evdə işıq yanmadığını görərək evdə kiminsə olub-olmadığını yoxlamaq məqsədilə hasardan aşaraq Seymur həyətə daxil olub qapını döymüş, açan olmadığı üçünsə qapının kilidini sındırmaq hər üçü də evə daxil olmuşdur. Evdə hərhansı qızıl zinət əşyası və pul tapa bilməsə də xrustal qablar tapmışlar. Elşən və Seymur 4 ədəd xrustal vazı götürüb sumkaya yığmışlar. Bundan əlavə 5 ədəd xrustal qənd qabını isə un kisəsinə yığaraq oğurlamışdır. Daha sonra evdən uzaqlaşaraq Gəncə şəhərinə getmişlər. 4 ədəd xrustal vaz olan idman çantasını Seymur, 5 ədəd qənd qabı olan un kisəsini isə Elşən özü ilə aparmış, əşyaları satıb Seymurun ev kirayəsinə verəcəklərini demişlər. Həmin qabları oğurluq etdiyi evin içərisindəki qablar yığılmış torba və un kisəsində çıxartmış, evdən 2-3 km uzaqlaşdıqdan sonra 2244-ə zəng edərək taksi sifariş verməklə Gəncə şəhərinə gedərək “Mərkəzi Univermaq”ın qarşısında ayrıldıqda 4 ədəd xrustal vaz qabı Seymur özü ilə kirayədə yaşadığı evə aparmış, un kisəsində olan xrustal qənd qablarını Elşən özü ilə aparmışdır. Həmin kəndə tikinti alətləri götürmək üçün getdiklərini Elşənin deməsi ilə bilmiş, evi görərək evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra oğurluq etmək niyyəti yaranmışdır. Oğurluq etdikləri zaman onları heç kəs görməmişdir. Seymur və Elşən oğurladığı əşyaları sataraq Seymurun evinin kirəsinə verməli olduqlarını ona demişlər. Qeyd edilənlərdən əlavə hərhansı oğurluq hadisəsi törətməmişdir. Halhazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Zərəri ödəməmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Göygöl rayonu Sərkarlı kəndində tək yaşayır. Yaşadığı ünvan 0,12 ha torpaq sahəsinin içərisində yerləşən, bir mərtəbəli kürsülü daşdan hörülmə evdir. Qapıları taxta materialdan, pəncərələri isə dəmir qoruyucu çəkdirsə də, evin ətarfı çəpərlənməmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrindən yaşadığı ünvandan çıxaraq Gəncə şəhərinə qonaq gedərək gecəni orada, qohumunun evində qalmış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində geri qayıtdıqda evinin giriş qapısının taybatay açıq olmasını görüb ehtiyyatla yaxınlaşdıqda qapının kilidinin ortadan və ayaq hissədən sındırılmış vəziyyətdə olmasını görmüşdür. Evin içərisinə girdikdə isə əsas otaqda hərhansı dağınıqlıq nəzərinə çarpmamışdır. Lakin yataq otaqlarına keçdikdə isə dağınıq vəziyyətdə olmasını görmüşdür. Ətrafa diqqət etdiyi zaman ona məlum olmuşdur ki, yataq otağında rəfin içərisində qoymuş olduğu birinin qiyməti 40 (qırx) manat olan 6 ədəd xrustal vaz və birinin qiyməti 10 (on) manat olan 6 ədəd xrustal qənd qabının yerində olmadığını oğurlandığını müəyyən etmişdir. Bundan sonra isə AR DİN-in 102 zəng xidməti mərkəzi sisteminə müraciət etmişdir. Evin açarları ondan başqa heç kəsdə olmamış, evə özündən başqa heç kəs girməmişdir. Oğurluqla bağlı şübhələndiyi hər hansı bir şəxs yoxdur. Oğurluq nəticəsində ümumilikdə 300 (üç yüz) manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evimin həyətində manqal düzəltdirmək üçün Təqsirləndirilən şəxs1 və Seymur adlı ustalar ilə əlaqə saxlamış, həmin şəxslər bir neçə gün sonra yaşadığı evin həyətində manqal təmiri ilə bağlı işə başlamışlar. 2023-cü ilin fevral ayına qədər ona məxsus yaşayış olmayan evin həyətində işləyərək orada manqal, təndir və digər işlər görmüşlər. 2023-cü il fevral ayında o özünə məxsus evə gəldikdə evin həyətində olan 100 metr uzunluğunda 4x6 diametrdə olan elektrik naqilinin yerində olmadığını və onun oğurlandığını gördükdə bu barədə ustalar ilə söhbət etsə də heç bir məlumatlarının olmadığını söyləmişlər. Bundan 3-4 gün sonra o bir daha nəzarət etmək üçün evə gəldikdə evin həyətində olan digər 4x16 diametrdə olan, 100 metr uzunluğunda elektrik naqilinin də yerində olmadığını və oğurlandığını müəyyən ettmişdir. 15 may 2023-cü il tarixdə isə bu barədə Şəmkir RPŞ-nə müraciət etmişdir. Diametri 4x16 ölçüdə olan 100 metr uzunluğunda elektrik naqilini, 270 metr uzunluğunda 4x6 diametrdə olan elektrik naqilini, uzunluğunu 240 metr olan diametri 2x4 ölçüdə olan elektrik naqilini, uzunluğunu 60 metr olan diametri 1x10 ölçüdə olan elektrik naqilini, uzunluğunu 200 metr olan diametri 2x2.5 ölçüdə olan elektrik naqilini, uzunluğunu 63 metr olan diametri 2x4 ölçüdə olan elektrik naqilini, 21 ədəd qapının petləsi, 5 ədəd qapının dəstəyi, 5 ədəd Arçe maqnit içlik 4 ədəd Аrçе markalı qapının dəmir siyirməsi, Arçe markalı 5 ədəd qapının kilidi, diametri 50 santimetr olan 6 metr uzunluğunda 4 ədəd üçlük, diametri 63 santimetr olan 6 metr uzunluğunda 1 ədəd üçlük, 420 ədəd ciloz ( zafim ) , diametri 45 santimetr olan 6 metr uzunluğunda 1 ədəd üçlük, diametri 32 santimetr olan 20 ədəd su kranı, diametri 25 santimetr olan 20 ədəd su kranı, diametri 32 santimetr olan 18 ədəd amerkanka su kranı, diametri 25 santimetr olan 14 ədəd amekranka su kranı, diametri 25 santimetr olan 8 ədəd latun su kranı, diametri 25 santimetr olan 20 ədəd baçonka latun, diametri 32 santimetr olan 6 ədəd filtir, diametri 25 santimetr olan 4 ədəd filtir, diametri 32 santimetr olan 6 ədəd klapan, diametri 25 santimetr olan 4 ədəd klapan, 14 ədəd termometr, hava priboru 16 ədəd oğurlamaqla ümumilikdə ona 8859 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslər barəsində yeddi il həbs cəzası verilməklə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, o, mis və digər metalların qəbulunu edir və həmin metalları sonra Bakı şəhərində satıb pul qazanır. Vergi ödəyicisi kimi qeydiyyatı var. 2023-cü ilin mart ayında həmin metal qəbulu sexini Arzu adlı şəxsə vermiş, hazırda həmi yeri Arzu işlədir. Mis və digər metalların qəbulunu edir və həmin metalları sonra Bakı şəhərində satıb pul qazanır. Təqsirləndirilən şəxs1 tanıyır, belə ki, bir dəfə gəlib ona metal satmışdır. Elşən işlədiyi sexə 27 fevral 2023cü il tarixdə 35 kq çəkidə mislə əlavə bir nəfər şəxslə gəlmişdir. Onun gətirdiyi mis ərinmiş naqillərdən ibarət olmuş, misin 1 kiloqramını o, 10 manata Elşəndən almış, bunun bağlı Elşənə 350 manat pul vermişdir. Naqillə bağlı sənəd istədiyində Elşənin yanında gələn şəxs vəsiqəsini ona vermiş, bununla həmin şəxsin X7 olmasını bilmidir. Elşən sexə bənövşəyi rəngdə Vaz 2107 markalı avtomobil ilə gəlsə də həmin avtomobilin nömrəsini xatırlamır. Elşən ona sadəcə qeyd etdiyi\ 35 kq misi satmış, həmin alış verişlə bağlı isə dəftərində qeydlər edərək Seymur Məmmədovun vəsiqəsini şəklini çəkərək özündə saxlamışdır. Bununla bağlı Şəmkir RPŞ-nin əməkdaşları ona yaxınlaşdıqları zaman onlara köməklik göstərməyi ilə oğurluq edən şəxsləri müəyyən etmişlər. Almış olduğu metalları ümumiləşdirərək zavoda satır. Həmin 35 kiloqramlıq mis isə göndərilmiş metalların içərisində zavoda satılmışdır. Təqsirləndirilən şəxs1 ona həmin misi öz evinin zirzəmisində qalmış naqilləri əridərək gətirdiyini demiş, oğurluq olması barədə məlumatı olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, şahid X12, X4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani mənzil 62-də ailəsi ilə birlikdə yaşayır. Evlidir, 25 ildir ki, Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin ekspertizaları şöbəsində işləyir, rütbəsi kiçik ədliyyə müşaviridir. 26 aprel 2023-cü il tarixli 9/2582 nömrəli ekspertiza rəyində qeyd edilmiş əşyaların nəzəri olaraq orta istismar qiyməti və bazar qiymətinin 6 ədəd “X20” markalı vaz 240,00 (6x40,00m) manat, 6 ədəd “X20” markalı qənd qabı 60,00 (6x10,00) manat olması müəyyən edilmiş və həmin rəqəmlərlə əsas götürülməlidir. Qərarın nəticə və təsviri hissəsində qeyd olunmuş 12500,00 manat qiymətin texniki səhv olması, əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ********* nömrəli cinayət işi üzrə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, törətmiş olduğu cinayət əməlini etiraf etməklə ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Şıxlı kəndində qeydiyyatda olsa da Gəncə şəhərində müxtəlif ünvanlarda, sonuncu dəfə Bayraq meydanının yaxınlığında tək yaşayır, subaydır, rəsmi olaraq heç yerdə işləməsə də Gəncə şəhər sakini Elşən adlı şəxslə birlikdə sifarişlə obyektlərdə və ya yaşayış evlərinin həyətində təmir işləri görür. Təxminən 4 aydır ki, Elşənlə Şəmkir rayonundan sifarişlər qəbul edir və sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının ortalarında Şəmkir rayonu, Düyərli kəndindən fontan yığmaq üçün sifariş götürmüş və orada işə başlamışlar. Ancaq pula ehtiyacları olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, Elşən və Elşənin özü ilə gətirdiyi Ceyhun adlı şəxs Göygöl rayonu, Sərkarlı kəndinə Elşənin nənəsinin olmasını bildirdiyi məhlədə olan dəmirləri yığıb satmaq məqsədilə getmişlər. Lakin Elşən içəri daxil olmadan evin bayır qapısından baxaraq evdə olmadığını bildirmiş və piyada geriyə qayıtmışlar. Bir qədər piyada yeridikdən sonra qarşılarına ətrafı dəmir torla hasarlanmış, 1 mərtəbəli və həyətinə mişar daşları tökülmüş ev çıxmışdır. Həmin evə daxil olaraq oğurluq etməyi qərarlaşdırmış, evdə işıq yanmadığını görərək evdə kiminsə olub-olmadığını yoxlamaq məqsədilə hasardan aşaraq həyətə daxil olmuş və yerdən kiçik ölçülü daş götürərək evin damına atmışdır. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra oğurluq etmək qərarına gəlmişlər. Yerdən tapdığı dəmir parçası ilə evin giriş qapısının arasına salaraq kilidi sındırmış və üçü də evə daxil olmuşlar. Evi axtarsaq da evdən qızıl-ziynət əşyaları və pul tapa bilmədiyi üçün evin qonaq otağında olan qab yığılmış rəfin içərisindən 6 ədəd xrustal vaz və 6 ədəd xrustal qənd qabları götürmüşlər, daha sonra evdən uzaqlaşaraq getmişdir. Həmin qabları oğurluq etdiyi evin içərisindəki qablar yığılmış rəfdən torba tapmış və qabları torbanın içərisinə yığaraq evdən 2-3 km uzaqlaşdıqdan sonra 2244-ə zəng edərək taksi sifariş vermiş və Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində yerləşən “Mərkəzi Univermaq”ın qarşısında isə ayrılmışlar. Ayrılarkən 4 ədəd xrustal vaz qabı özü ilə kirayədə yaşadığı evə aparmış, qalan 6 ədəd xrustal qabı isə Elşən və Ceyhun özləri ilə aparmışlar. Həmin kəndə Elşənin deməsi ilə nənəsinin evinə getmiş, sonradan evi görərək evdə heç kimin olmadığını dəqiqləşdirmiş və oğurluq etmək niyyətləri yaranmış, ardınca isə oğurluq etmişlər. Oğurluq etdiyi zaman onları heç kəs görməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 1 ildir ki tanıyır, onunla Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdə usta kimi işlədiyi vaxt tanış olmuşdur. Həmin evdə usta kimi işlədiyi vaxt tanış olmuşlar, ona həmin evdə usta kimi işləməyə Ramiz dəvət etmişdir. Həmin evdə Elşənlə birlikdə kərpicdən manqal yığmışlar. Həmin evdə 2022-ci ilin dekabr ayından işləməyə başlamış, 10-15 gün sonra Ramizin götürdüyü başqa işləri görməyə başlamışdır. 2023-cü ilin fevral ayında ona zəng edərək onunla işi olduğunu bildirmiş, Şəmkirə Xanların evinə gəlməsini istəmişdir. O Təqsirləndirilən şəxs1la danışdıqları gün saat 15-16 radələrində Elşənin Xanların evinə çatmışdır. Həmin vaxtı Elşən işlədiyi manqalda ona köməklik etməsini xahiş etmiş, birlikdə yarım saat işlədikdən sonra Elşən Xanların evindən 1 topa naqili oğurlayıb sataraq pulu yarı bölməyi təklif etdikdə onunla razılaşmış və evin həyətində olan 1 topa naqili birlikdə götürüb Ramizə məxsus bənövşəyi rəngdə Vaz 2107 nömrəsini xatırlamadığı avtomobilin yük yerinə qoyaraq Gəncə şəhərinə getmişlər. Şəmkir postunu keçdikdən sora tanımadığı boşluq ərazidə Elşən avtomobili saxlamış, yük yerində olan naqili çıxarıb həmin yerdə üzərinə benzin tökərək yandırmışlar. Naqilin üzlüyü tam yandıqda sora metal hissəsini yük yerinə qoyub, Quşqara adlanan yerdə dəmir yolu keçidində Emin adlı şəxsin işlətdiyi metal əritmə sexinə getmişlər, orada naqil 35 kq ağırlığında mis olduğuna görə 1 kq 10 manat olmaqla 350 manata satmışlar. Həmin pulu yarı bölüb Gəncə şəhərinə getmiş, pulu öz ehtiyacı üçün xərcləmişdir. Naqili satdıqdan 3-4 gün sora ev sahibi Xanlar evdə işləyən ustaların hamısını yığıb evdən naqil oğurlandığını deyərək etiraf etmələrini istəsə də heç kəs boyuna almamışdır. Bundan sonra o Elşəndən aparıb birlikdə satdıqları naqilin Xanların evindən oğurlanan naqil olub-olmadığını soruşmuş, Elşən həmin naqil olduğunu demişdir. Xanlara deyib ondan üzrxahlıq etməyi təklif etsə də Elşən razılaşmamış, Xanların polisə deyəcəyindən ehtiyyat etməsini bildirmişdir. Sonuncu dəfə Elşən latun materialdan təxminən 50 mm-lik ölçüdə su kranı başlığı gətirmiş, həmin kran başdığını Xanların evində taxtadan qapı yığan, qohumu Seymurun ona verdiyini demişdir. Həmin su kranını yolda sarı rəngli Vaz 2106 markalı nömrəsini xatırlamadığı avtomobilə 20-30 manata satmışdır. Bundan başqa Elşən təxminən 2 kilo ərimiş naqildən əldə etmiş olduğu misi 20 manata satmışdır. Elşən həmin misi işlədiyi yerdə olan naqilləri əridib əldə etdiyini demişdir. Zərərçəkmiş şəxs2 ifadəsində adları sadalanan əşyaları görmədiyini, sadəcə 1 dəfə Elşənlə təxminən 100 metr uzunluğunda 1 topa naqil götürdüyünü, 1 dəfə də Elşən özü latundan su kranı satmışdır. Qalan əşyaların kim tərəfindən oğurlandığını bilməmişdir. Həmin əşyaları Elşən Emin adlı şəxsə həmin naqilin işlədiyi yerdə artıq qalan naqillər olduğunu, özünü əridib mis etdiyini demişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı İstintaq zamanı X3 götürülmüş Zərərçəkmiş şəxs1 məxsus, oğurlanmış 4 ədəd “X20” markalı xrustal vaz baxış keçirilərək götürülmüş, baxış zamanı fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs1 məxsus, oğurlanmış 4 ədəd “X20” markalı xrustal vaz üzrə maddi subut kimi tanınmış və saxlanması üçün sahibinin sərəncamına verilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2582 nömrəli ekspert rəyindən məlum olur ki, Markası Sayı Qiyməti “X20” markalı xrustal vaz 6 240,00 (6x40,00m) “X20” markalı xrustla qənd qabı 6 60,00 (6x10,00m) Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 avqust 2023-cü il tarixli 9/6145 nömrəli ekspert rəyindən məlum olur ki, diametri 4x16 ölçüdə olan 100 metr uzunluğunda elektrik naqili 1400 manat, 270 metr uzunluğunda 4x6 diametrdə olan elektrik naqili 1350 manat, uzunluğunu 240 metr olan diametri 2x4 ölçüdə olan elektrik naqili 432 manat, uzunluğunu 60 metr olan diametri 1x10 ölçüdə olan elektrik naqili 168, uzunluğunu 200 metr olan diametri 2x2.5 ölçüdə olan elektrik naqili 240 manat, uzunluğunu 63 metr olan diametri 2x4 ölçüdə olan elektrik naqili 113 manat, 21 ədəd qapının petləsi, 378 manat, 5 ədəd qapının dəstəyi 550 manat, 5 ədəd Arçe maqnit içlik 250 manat 4 ədəd Аrçе markalı qapının dəmir siyirməsi 120 manat, Arçe markalı 5 ədəd qapının kilidi 125 manat, diametri 50 santimetr olan 6 metr uzunluğunda 4 ədəd üçlük 96 manat, diametri 63 santimetr olan 6 metr uzunluğunda 1 ədəd üçlük 39 420 ədəd ciloz ( zafim ) 966 manat, diametri 45 santimetr olan 6 metr uzunluğunda 1 ədəd üçlük 24 manat, diametri 32 santimetr olan 20 ədəd su kranı 460 manat, diametri 25 santimetr olan 18 ədəd su kranı 360 manat, diametri 32 santimetr olan 18 ədəd amerkanka su kranı 450 manat, diametri 25 santimetr olan 14 ədəd amekranka su kranı 252 manat diametri 25 santimetr olan 8 ədəd latun su kranı 144 manat, diametri 25 santimetr olan 20 ədəd baçonka latun 40 manat, diametri 32 santimetr olan 6 ədəd filtir 138 manat diametri 25 santimetr olan 4 ədəd filtir 76 manat, diametri 32 santimetr olan 6 ədəd klapan 144 manat, diametri 25 santimetr olan 4 ədəd klapan 72 manat, 14 ədəd termometr 252 manat, hava priboru 16 ədəd 176 manat olmaqla cəmi 2022-ci ilin dekabr 2023-cü ilin fevral ayılarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8815 manat müəyyən olunmuşdur. Zərərçəkmiş şəxslərə məxsus oğurlanmış əşyaların qiymətləri onların göstərdiyi qiymətlərlə əsas götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respiublikası CM-nin 177.2.1ci və 29,177.2.3-cü maddələri ilə təqsirli bilnərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunub. Gəncə şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü, 29, 177.2.4-cü, 177.3.2ci, 228.2.1-ci və 232.2.1-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 07 il 06 aya endirilmişdir. xx.xx.2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.4-cü maddəsi hökümdən xaric edildilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respiublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4cü maddələri ilə təqsirli bilnərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023cü il tarixdə cəza müddəti başa çatdığına görə o, qeydiyyatdan çıxarılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixdə Gəncə Ağır cinayətlər məhkəməsinin hökmü ilə 29, 177.2.1., 29. 177.2.2., 29. 177.2.3.,

29. 177.2.4., 177.3.2., 228.2.1., 232.2.1., 66.3-cü maddələri ilə 08 il A.M.E cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsini xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişərək üzərində qəti olaraq 07 il A.M.E. cəzası saxlanılmışdır. xx.xx.2018-ci ildə Nərimanov rayon məhkəməsinin qərarı ilə AR. CM-nin 177.2.3 maddəsi AR CM-nin 177.2.1 177.2.2 177.2.3 177.2.4 maddələrinə tövsif edilərək AR CM-nin 29, 177.2.4 maddəsi hökmdən xaric olub cəzası 06 il 06 ay olmuşdur. xx.xx.2019-cu il tarixdə Nərimanov rayon məhk. qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 оğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olub özgənin əmlakını gizli yolla talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Eyni zamanda tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 оğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 оğlunun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 оğluna təqsirləndirildiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinin, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxslər əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluqları ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişlərr. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə hər iki təqsirləndirilən şəxsə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Yəni, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkumluq institutunun mahiyyəti də ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respiublikası CM-nin 177.2.1-ci və 29,177.2.3-cü maddələri ilə təqsirli bilnərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunub. Gəncə şəhəri Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci, 29,177.2.2-ci, 29,177.2.3-cü, 29, 177.2.4-cü, 177.3.2-ci, 228.2.1-ci və 232.2.1-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2ci maddəsindən əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 07 il 06 aya endirilmişdir. xx.xx.2017-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.4-cü maddəsi hökümdən xaric edildilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respiublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilnərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023- cü il tarixdə cəza müddəti başa çatdığına görə o, qeydiyyatdan çıxarılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2013-cü il tarixdə Gəncə Ağır cinayətlər məhkəməsinin hökmü ilə 29, 177.2.1., 29. 177.2.2., 29. 177.2.3., 29. 177.2.4., 177.3.2., 228.2.1., 232.2.1., 66.3-cü maddələri ilə 08 il A.M.E cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsini xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişərək üzərində qəti olaraq 07 il A.M.E. cəzası saxlanılmışdır. xx.xx.2018-ci ildə Nərimanov rayon məhkəməsinin qərarı ilə AR. CM-nin 177.2.3 maddəsi AR CM-nin 177.2.1 177.2.2 177.2.3 177.2.4 maddələrinə tövsif edilərək AR CM-nin 29, 177.2.4 maddəsi hökmdən xaric olub cəzası 06 il 06 ay olmuşdur. xx.xx.2019-cu il tarixdə Nərimanov rayon məhk. qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 оğlu əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-nin 83-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, onların, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onların əməlləri cinayətlərin resedivini yaradır. Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi əməl ağır və az ağır cinayət olduğundan və CMnin 83-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, onun, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməlli cinayətlərin təhlükəli resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 оğlu barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Belə olan halda, Təqsirləndirilən şəxs1 оğlunun cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə onuda qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmalı və ona cəza təyin edilməlidir. Bundan başqa, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə 09 may 2023-cü il tarixdən həbsdə olması nəzərə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs2 оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə həbsdə olması nəzərə alınmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutların - 4 ədəd “X20” markalı xrustal vazın - sahibinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 оğluna Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)- 373/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 оğlunun 09 may 2023-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutların - 4 ədəd “X20” markalı xrustal vazın - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hаkim: Əyyub Kərimov İş № 1(066)-106/2023

Azərbaycan Respublikası adından

HÖKMDƏNÇİXARİŞ

Göygöl Rаyоn Məhkəməsi

03 noyabr 2023-cü il Göygöl şəhəri

Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X9; Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X5 iştirakları ilə.

Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 475-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ev 62, mənzil 8-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair

Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 475-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Atatürk prospekti 197, ev 1, mənzil 28 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 оğlu оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 оğluna Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)- 373/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-373/2023 nömrəli hökmü ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 оğlunun 09 may 2023-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutların - 4 ədəd “X20” markalı xrustal vazın - sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 оğlu və Təqsirləndirilən şəxs2 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar