Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-106/2025 19.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli yolla talamaq yolu ilə oğurluq etmiş, həmçinin özgənin əmlakını qəsdən gizli yolla talamağa cəhd etsə də öz iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən iri və xırdabuynuzlu heyvanların satışının həyata keçirildiyi “Mal-qara” bazarına gəlmiş, 22 avqust 2025-ci il tarixdən 24 avqust 2025-ci il tarixədək olan müddət ərzində istintaqla dəqiq günü müəyyən edilə bilməyən tarixdə, həmin yerdə satış üçün məftil hasarla çəpərlənmiş saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 2 baş, Tatarlar növündə, erkək cinsli, hər birinin diri çəkisi 35-38 kiloqram civarında, qiyməti 340 manat olmaqla ümumilikdə 680 manat dəyərində xırdabuynuzlu heyvanı saxlanc yerinin məftilini kənardan aralayaraq qanunsuz daxil olaraq gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 680 (altı yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar özgənin əmlakını gizli yolla talama məqsədi ilə 22 avqust 2025-ci il tarixdən 24 avqust 2025-ci il tarixədək olan müddət ərzində istintaqla dəqiq günü müəyyən edilə bilməyən tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən iri və xırdabuynuzlu heyvanların satışının həyata keçirildiyi “Mal-qara” bazarına gəlmiş, həmin yerdə satış üçün məftil hasarla çəpərlənmiş saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs1 məxsus 3 baş, Tatarlar növündə, erkək cinsli, hər birinin diri çəkisi 35-38 kiloqram civarında, qiyməti 340 manat olmaqla ümumilikdə 1020 manat dəyərində xırdabuynuzlu heyvanı saxlanc yerinin məftilini kənardan aralamaq yolu ilə qanunsuz daxil olaraq gizli yolla talamaqla Zərərçəkmiş şəxs1 1020 (min iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 31 avqust 2025-ci il tarixdə saat 12 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən iri və xırdabuynuzlu heyvanların satışının həyata keçirildiyi “Mal-qara” bazarına gəlmiş, həmin yerdə satış üçün məftil hasarla çəpərlənmiş saxlanc yerində saxlanılan heyvanlardan Zərərçəkmiş şəxs2 məxsus 2 baş, Tatarlar növündə, erkək cinsli, hər birinin diri çəkisi 40- 45 kiloqram civarında, qiyməti 400 manat olan xırdabuynuzlu heyvanı saxlanc yerinin məftilini kənardan aralamaq yolu ilə qanunsuz daxil olaraq gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə 07 sentyabr 2025-ci il tarixdə saat 04 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən iri və xırdabuynuzlu heyvanların satışının həyata keçirildiyi “Mal-qara” bazarına gəlmiş, həmin yerdə satış üçün məftil hasarla çəpərlənmiş saxlanc yerində saxlanılan heyvanlardan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, Tatarlar növündə, erkək cinsli, diri çəkisi 40-45 kiloqram civarında, qiyməti 400 manat olan xırdabuynuzlu heyvanı saxlanc yerinin məftilini kənardan aralamaq yolu ilə qanunsuz daxil olub gizli yolla talamaq məqsədi ilə həmin yerdən uzaqlaşmaq istədiyi zaman heyvan sahibi Zərərçəkmiş şəxs2 onu görüb saxlaması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən törətdiyi əməlini başa çatdırmayaraq oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o birdənə heyvan aparıb satmış, bir həftə sonra digərini apardıqda isə tutulmuşdur. Digər 5 dənə heyvandan xəbəri yoxdur. 5 nəfər durub alver etmişlər və həmin 5 nəfərin içərisindən heyvanı götürüb getmişdir. Belə ki, heyvanın ayağından tutub getmiş, daha sonra boynuna kəndir salıb satmışdır. O birinci həftə gəlib heyvanın birini aparmış, növbəti həftə isə gəldikdə zərərçəkmiş şəxslərin orada olmasını və başlarının qarışıq olmasını görüb, heyvanı aparmaq istəyəndə tutulmuşdur. 7 heyvandan onun xəbəri yoxdur. 2 dənə heyvan aparmış, onlardan birini aparıb satmış, ikincini isə aparan zaman tutulmuş və ikisini də qaytarıb vermişdir. Əlavə olaraq bildirdi ki, həmin günü heyvan aparmaq istəmiş, cəhd etmiş lakin gücü çatmadığından birini aparmışdır. Hadisə avqust ayının sonunda baş vermiş, təxminən 28-29 avqust tarixində. Birinci dəfə heyvanı avqust ayının 22-sində, ikincisi 24-də olmuşdur. O ikinci heyvanı aparmaq üçün ikinci dəfə gedəndə tutulmuşdur. Qeyd olunan tarixlərdə o bazarda alver etmək üçün olmuşdur. Hər həftə bazara mal alıbsatmaq üçün getmişdir. Bərdə bazarına onu qoymurlar, belə ki, oranın öz adamları vardır. O bir heyvan oğurlamış, digərlərindən xəbəri yoxdur. İstintaqda döyüldüyü üçün ifadəsində heyvanları oğurlamasını bildirmişdir. Azadlıqda olduğu zaman o döyülməsi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Hər həftə həmin bazarda olmuş və hər həftə bir heyvan götürüb çıxıb getmişdir. O hər həftə cəmi bir heyvan aparır. Onların hamısını hazırki zərərçəkmişlərdən aparmamışdır. Zərərçəkmiş şəxslərdən bir heyvan oğurlamış və 200 manata satmışdır. Gəncə bazarına həftə sonu gedir. Zərərçəkmiş şəxslərin heyvanını götürən zaman 6-cı günü axşam olmuşdur. Tarix nə yazılıbsa odur. O cəmi bir heyvan aparmışdır. İki dənə heyvanı apara bilməmiş və qayıtmışdır. İstintaqda əməliyyatçıların ona döyülməməsini deməmələrini demişlər. Müdafiəçiyə him-cim etsədə başa düşməmişdir. Müstəntiq ona iki heyvan yazacağını işini yüngülləşdirəcəyini desə də, yeddi heyvanı da üzərinə qoymuş, o isə qol çəkmişdir. O bir baş heyvan oğurlasa da, istintaqda ifadəsində özünü tam təqsirli bilmiş və bütün oğurluqları etiraf etmişdir. Bunun səbəbi isə döyülməsi olmuşdur. Onu döyən əməliyyatçıların adını bilmir, lakin üzlərini görsə hamısını tanıyar. O döyüldükdən sonra onun yanına müdafiəçi kimi Müdafiəçi dəvət etmişlər. Müdafiəçiyə oğurluğu onun etməsini demiş, lakin döyülməsini deməmişdir. Müdafiəçiyə döyülməsini və başına vurulmasını deməmişdir. Nə vaxt döyülməsi yadında deyil, tutulduğu vaxt döyülmüşdür. 3 ay yarım çöldə olduğu vaxtda heç bir yerə döyülməsi ilə bağlı şikayət etməmişdir. Sonuncu dəfə imza edəndə müstəntiqə məhkəmədə “görüşərik” demişdir. Onu döyənlərin adlarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 düzgün danışdı. Həbsdən xx.xx.2025-ci il tarixdə çıxmışdır. Sonda Təqsirləndirilən şəxs çıxışında əməlindən peşiman olmasını və ayağının biri kəsik olmasını bildirib, ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o heyvandarlıqla məşğul olur və mütamadi Zərərçəkmiş şəxs2 ilə bazara gedib-gəlirlər. Əvvəldən Zərərçəkmiş şəxs2 ilə qonşu kimi mallarını bir yerdə saxlayırlar. Sürücü və çobanla düşman olmuşlar. Belə ki, daim dəfələrlə malları sayıb gətirmişlər. Sonuncu dəfə də sonuncu iki heyvan gedəndə saydıqda iki heyvanın olmadığını görmüşlər. Heydər ona keçəl adam olmasını və yadında saxlamasını, onun iki dənə heyvanı qabağında gətirməsini və onun heyvanların qaçmasını və gətirməsini bildirməsini demişdir. Həmin vaxt Mirhəşimlə söhbət edən zaman heyvanın ikisini qoltuğunda aparmasını bildirmiş, lakin indi isə etiraf etmir. İki heyvan gedən günü sanamışlar və bazardan dilxor qayıdıb gəlmişlər. Növbəti bazar birdə gəlmişlər və həmin vaxt itən heyvanları bilmişlər, belə ki heyvanlardan 3-ü ondan, 4-ü isə Heydərdən getmişdir. Bazara gəldikdə hadisənin təkrar baş verə biləcəyi üçün ayaq-sayaq olmaları barədə razılaşmışlar. Onlar sıra ilə çörək yemişlər. Hətda çörəyi belə heyvanın yanında yemişlər. Çörək yeyən zaman oğrunu tutduqlarını bildirmişlər. Hadisə 2-3 bazar ərzində olmuşdur. Onlar heyvanların oğurlandığını fikirləşməmişlər, gah dağa gedib baxmışlar ki çobanın heyvanları düzgün sayıb gətirməmiş, gah da fikirləşmişlər ki yolda maşından düşüb itmişdir. Sonuncu dəfə iki heyvan gedəndən sonra heyvanların oğurlanmasından şübhələnmişlər. Əlavə olaraq bildirdi ki, 23-24 avqust tarixlərində Heydərin və onun heyvanları oğurlanmışdır. Mirhəşim ilk dəfə gəlib onlardan heyvanları topdan neçəyə verməsini soruşmuş, həmin vaxt yanında bir nəfər tanımadığı uşaq da olmuşdur. Həmin vaxt o Mirhəşimin alverçi olmasını fikirləşmiş, heyvanları satdığı qiyməti demiş, bundan sonra Mirhəşim baha verməsini və şəriki ilə danışacağını bildirmişdir. 5 heyvan oğurlanan gün günorta bazardan qayıdan zaman heyvanları sayarkən 5 heyvanın olmadığını bilmişlər. Mirhəşim tutulmamışdan bir həftə qabaq heyvanları saymışlar və heyvanların 2 dənə az gəlmişdir. Sonuncu dəfə çörək yeyəndə Mirhəşimi yanlarında ki köməkçi əlində 2 heyvanla tutmuşlar. Heydərlə şərik deyirlər, sadəcə heyvanları bir yerdə saxlayırlar. Onların heyvanları bir-birlərindən üzərindəki boya ilə fərqlənir. Onun heyvanının üzərində olan boya göy, Heydərin heyvanlarının üzərində olan boya isə qırmızıdır. Hadisə baş verən günü yəni 24 avqust tarixində bazara təxminən 138-139 heyvan aparmışlar. Həmin heyvanlar iri quzular olmuşdur, təxminən diri çəkilər 43-45 kq olmuş və yaşları tamam olmayan quzular olmuşlar. Həmin bazar təxminən 50-ə qədər heyvan satmışlar və sonda saydıqda 3 heyvan əksik çıxmışdır. Həmin heyvanlardan biri onun, ikisi Heydərin olmuşdur. Heyvanları satdıqda qeydiyyatını aparmışlar. İkinci bazar bir heyvan ondan, ikisi Heydərdən getmişdir. Ümumilikdə heyvanlardan üçü ondan, dördü isə Heydərdən oğurlanmışdır. Mirhəşimi əlində heyvan oğurladığı vaxt uşaqlar tutmuşlar. Mirhəşimin əlində bir heyvan tutmuşlar. Mirhəşim iki heyvanı aparmasını görməmiş, heyvanı qaytarmasını görmüşdür. Mirhəşimin özü deyir ki hər qoltuğunda heyvanın birini aparmışdır. Heyvanların çəkisi müxtəlif olmuşdur. Ümumilikdə ona təxminən 1100 manat ziyan dəymişdir. Ziyanından ödənilməmişdir. Şikayəti var və şikayətçidir. Onlar əvvəl bazarda 22-24 avqust yəni 5-ci gündən bazar günə kimi olmuşlar, heyvanları saxladıqları yerin kənarlarını reşotka və qazellə bağlamışlar. Lakin heyvan istədikdə onlar digər yerə gedən zaman Mirhəşim gəlib boş qalan yerdən heyvanları götürmüşlər. Mirhəşim bazara yanında uşaqla oğurluq olan həftə bazara təzə gedən zaman olmuşdur. Bundan sonra onlardan həmin gün Mirhəşimi görüb-görməmələrini xatırlamır. Mirhəşimi qoyunu aparan zaman tutulduğu vaxt onlar çörək yemişlər və gəldikdə artıq Mirhəşimi polislərin aparmasını görmüşdür. Həmin gün Mirhəşim qoyun oğurlamamış, belə ki həmin gün tutulmuş, lakin ondan qabaqkı gün qoyun oğurlamışdır. Mirhəşimin qoyunların guya qaçmasını və onun tutub gətirməsini bildirməsi bundan bir həftə əvvəl olmuş və həmin həftə də onların qoyunları oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onlar heyvandarlıqla məşğul olurlar. Avqust ayının əvvəlindən heyvanlar satışa çıxmışdır. Satışa çıxan heyvanlar ana qoyun və onun balaları olmuşdur. May ayında heyvanlar dağa çıxır və saxlanılır, daha sonra isə satış üçün gətirirlər. Digər zərərçəkmiş şəxs Elçinlə qonşudular və neçə illərdir ki binaları yanaşıdır. Onların hər ikisinin satışa çıxan heyvanları bir kamazın yükü olur. Avqust ayında birlikdə bazara gəlmişlər, onlar razılaşmışlar ki, Elçin heyvanları satsın, o isə dəftərə qeyd etsin. Elçinin heyvanının üstü göy boya, onun heyvanlarının üstü isə qırmızı boya olur. Bazara gəlib heyvanları satmışlar, lakin heyvanların sayı düz gəlməmiş, iki heyvan fərq etmişdir. Onlar çobanların heyvanı səhv qoymasını fikirləşmişlər, bu səbəbdən çobana zəng vurmuşlar. Yayda Gəncə bazarı 5-ci gün günortadan sonra başlayır və bazar günü günortaya qədər davam edir. O Elçinə qoyunu bir-bir saymasını, onun heyvanının düzgün olmasını, əksik gələrsə Elçinin heyvanında əksik gəlməsini bildirmişdir. Onlar 1996-1997-ci illərdən bazara heyvan gətirib satmışlar, lakin onların heyvanları itməmişdir. Belə ki onlar öz hevanlarını gətirib satırlar, alverçi deyillər. Gələn bazar təkrar heyvanı gətirib satanda heyvan əksik gəlmiş və həmin vaxt Elçin bəlkə heyvanı satsalar da onun dəftərə düz yazmamasını bildirmiş, o isə mümkün olmadığını, nə satılmışsa dəftərə də qiymətləri ilə qeyd etməsini bildirmişdir. Onlar bazardan çıxanda bazarda Ceyhun adlı şəxsin işlətdiyi restoranda oturub yemək yeyib, pulu və heyvanları sayırlar. Həmçinin o heyvanları satdıqda heyvanların şəkillərini də çəkir. Restoranda oturan zaman Elçinə iki heyvandan əlavə üç heyvanında əksik gəlməsini bildirmişdir. Bazra 136 quzu gətirmiş və satmış, 82 quzu qalmalı idi. Məhərəmlik olduğundan bazarda çox adam olmamış, quzuları saydıqda 80 quzu olmuş, bundan sonra bazarı gəzmişlər və həmin yerdə sahə rəisi olan Sərxan adlı polis əməkdaşına yaxınlaşaraq 5 quzunun itməsini bildirmişdir. Həmin vaxta kimi 2 quzu bir, 3 quzu isə bir itmişdir. Bazarda bir nəfər şəxs, hansı ki sonradan tanıdığı Mirhəşim ona yaxınlaşıb diqqətli olmasını, iki heyvanının getməsini və onun gətirməsini bildirmiş, o isə Mirhəşimə bundan başqa 5 quzu itirməsini 2 quzunu gətirməsinə görə sağol demişdir. Həmin vaxta qədər Mirhəşimi görməmişdir. Həmin gün Mirhəşim quzuları oğurlamış, lakin quzular onun əlindən çıxmışdır. Həmin vaxt Mirhəşimdən şübhələnmiş və ətrafında olan adamlara da quzuları onun oğurlamasını demiş və gedib bu barədə polisə məlumat vermişdir. Polis isə ona heç nə deməməsini quzuları gələn bazarda həmənki yerinə tökməsini və qıraqdan güdmələrini demişdir. Beşinci günü saat 2-3 arası qardaşı bazara gəlmiş, Elçin, o, qardaşı və onun uşaqları birlikdə bazarda kabab yeməyə restorana getmişlər. Həmin vaxt səs-küy düşmüşdür ki oğrunu tutmuşlar. Bundan sonra Mirhəşimi yanında otuzdurmuş və saxlamış, ona su da gətizdirmiş və polisə məlumat vermişdir. Mirhəşimi quzu əlində tutmuşlar. Mirhəşim iki quzunun ayağından tutub aparmış, üçüncü quzunu isə apardıqda tutulmuşdur. Mirhəşim quzunu digər alıcıların heyvanına qatıb bazardan aparmışdır. Mirhəşim qırmızı boyanı qırxıb üzərinə qara boya vurub Ağcabədilərə satmasını bildirmişdir. Mirhəşimin qolundan bərk tutub yanında saxlamış, bundan sonra polislər gəlmiş, polis gəldikdə isə Mirhəşim onu şərləmələrini bildirmişdir. Onun heyvanlarının hamısının üzəri qırmızı boya ilə boyanmışdır. Əlavə olaraq bildirdi ki, təqisləndirilən şəxsin tutulmasını istəmir. İki bazar oğurluq olmuş, üçüncü bazarda isə oğurluq olan zaman tutulmuşdur. Birinci bazar olan zaman Mirhəşim Elçinə heyvanları topdan satması barədə təklif etmiş, daha sonra isə razılaşmamış, ikinci bazar isə 2 heyvanı gətirib ona qaçmasını və guya özünün tutub gətirməsini bildirmişdir. Həmin bazarda da Mirhəşim iki heyvanı gətirsə də sonra bazarın sonunda ikisini aparmışdır. Bunu isə bazarın sonunda bilmişlər və həmin bazar polisə şikayət etmişlər. Məhkəmədən əvvəl Mirhəşimlə söhbət edən zaman o oğurluqları necə etməsini düzgün şəkildə demişdir. Zərərdən ödəniş edilərsə təqsirləndirilən şəxsin tutulmasını istəmir. Polislər Mirhəşimi aparan zaman onun əvvəllərdə qoyunlarının oğurlamasını bildirmişdir. Təqsirləndirilən şəxsin tutulmasını istəməz. Onlara 2100 manat zərər dəymiş, 1000 manatını keçmiş və geri qalan 1100 manatdan hissə-hissə 300 manatı ödənilmişdir. Şikayətçi deyil. Şikayət və tələbi olmaması barədə ərizə verməmişdir. Hal-hazırda ona dəymiş zərər tam olaraq ödənilməmiş, zərərdən 300 manat ödənilmişdir. Bir baş heyvan ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə olan tarixdə Bağmanda mal bazarında xidmətdə olmuşdur. Onlarda efirdən ratsiyada məlumat gəlmişdir ki, mal bazarında oğurluq olmuşdur və həmin əraziyə yaxınlaşsınlar. Onlar yaxınlaşdıqda zərərçəkmiş şəxsin özü heyvan aparan zaman şəxsi tutmuşdur. Onlar şəxsi götürüb rayon polis şöbəsinə aparıb, raport yazaraq növbəti hissəyə təhvil vermişlər. Əlavə olaraq bildirdi ki, zərərçəkmiş şəxs onlara Mirhəşimin dəfələrlə iki-iki, üç-üç heyvanlarını oğurlamasını və buna görə də çobanlarını işdən çıxarmasını və qohumlar ilə düşman olmasını bildirmişdir. Həmçinin həmin vaxt sahə rəisi Sərxan məllim də onların yanına yaxınlamış, Mirhəşimi tanımış və zərərçəkmiş şəxsin düz dediyini bildirmişdir. Onlar Qızılca kəndində mal bazarında Şahid3la xidmətdə olmuşlar. Ayın tarixi dəqiq yadında qalmayıb, lakin raportda dəqiq tarixi yazmışdır. Hadisə səhərə yaxın baş vermişdir. Onlar özləri həmin ərazidə mal bazarının girişində olmuşlar və gəlib-gedən avtomobillərə nəzarət etmişlər. Onlar hadisə yerinə yaxınlaşdıqda Mirhəşimi görmüşlər, zərərçəkmiş şəxs onun qolundan tutmuş və onlar getdikdən sonra onlara təhvil vermişdir. Həmin yerdə Mirhəşimin üzərində kəsici-deşici alət olub-olmamasını müəyyən etmək üçün üst baxışı keçirmişlər və daha sonra raportla növbətçi hissəyə məruzə edərək şöbəyə təhvil vermişlər. Onlar təqsirləndirilən şəxsə hər hansı təsir və ya təyziq göstərməmişlər. Hadisənin xx.xx.2025-ci il tarixdə saat 03 radələrində olmasını təsdiq edir. Onlara sahə rəsisi Sərxan məllim efirlə ratsiya vasitəsi ilə məlumat vermişdir. Onlara bazarın içərisinə heyvan olan dəmir torun yanına yaxınlaşmaları bildirilmiş, onlar getdikdə Mirhəşimi zərərçəkmiş şəxsin tutub saxlamasını görmüşlər. Heyvanlar dəmir tor hasarın içərisində olsa da onun qabağı açıq olmuş və gəlib-gedən həmin yerdən heyvanlara baxmışdır. Onlar heyvanları görməmiş, yəqin ki heyvanları digər heyvanların içərisinə qatmışlar. Yolda olarkən Mirhəşim onlarla hər hansı söhbət aparmamış, onlara ona şər və ya böhtan atılmasını bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, mal bazarında gecə yarısı xidmətdə olmuşlar. Həmin zaman onlara efirdən məlumat vermişlər ki, Zərərçəkmiş şəxs2 şöbəyə şikayət etmişdir. Bununla bağlı onlar yaxınlaşmış və özlərini təqdim edərək şikayətin nə ilə bağlı olmasını soruçmuşlar, həmin vaxt zərərçəkmiş şəxs Mirhəşimin qoyun oğurlaması barədə onlara məlumat vermişdir. Onlarda qeyd olunan hadisə ilə bağlı Mirhəşimi avtomobilə mindirərək raportala növbətçi hissəyə təhvil vermişlər. Əlavə olaraq bildirdi ki, onlar gedəndə zərərçəkmiş şəxs Mirhəşimi saxlamışdır. Zərərçəkmiş şəxs onlara Mirhəşimin nə qədər qoyunu oğurlamasını bildirməmişdir. Zərərçəkmiş şəxsin əvvəllərdə qoyunlarının oğurlamasını deməsini eşitmişdir. Xidmətdə olarkən saat 4-5 radələri olmuş, lakin tarixi dəqiq xatırlamır. Onlar sahə rəisi Sərxan Məlikov çağırmışdır. Belə ki efir vasitəsi ilə onlara hadisə baş verməsini deyib çağırmışdır. Onlar xidmətdə iki nəfər olmuşlar. X2 tutmasını, Mirhəşimin isə stolda oturmasını görmüşlər. Həmin vaxt zərərçəkmiş şəxs Heydər Mirhəşimi saxlama səbəbi kimi qoyununu oğurlamasını bildirmişdir. Mirhəşimə yolda hər hansı təyziq göstəməmişlər. İstintaqda sərbəst ifadə vermiş və hər hansı təyziqə məruz qalmamışdır. İfadəsində hadisənin xx.xx.2025-ci il tarixdə saat 03 radələrində olmasını deməsini təsdiq edir. Mirhəşim yolda olarkən onlara heç nə deməmişdir. Bazarda ətraf səs-küylü olduğundan kənardan nəsə deyilməsini xatırlamır. Zərərçəkmiş şəxs onlara bundan əlavə əvvəllər 3,2 heyvanlarının oğurlanmasını bildirmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Kəlbəcər rayonu, İstibulaq kəndində qeydiyyatda olmaqla Göygöl rayonu Ağdağ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək kimi özünə məxsus “Kamaz” markalı, **-BG-*** nömrə nişanlı avtomobil ilə yük və heyvan daşımaqla məşğuldur. Şəxsiyyət vəsiqəsində adı Sərxan olmasına baxmayaraq tanışları onu Səttərxan deyə çağırır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanıyır. Onlar heyvandarlıqla məşğul olduqları üçün Göygöl rayonu Yeni Qızılca kəndində “Mal-qara” bazarına satış üçün mütəmadi olaraq onları avtomobili ilə aparır. Həmçinin yaz və payız aylarında heyvanlarını köçürdərkən də onların heyvanlarını daşıyır. Heyvanları adətən maşını ilə heyvan bazarına aparır, heyvan bazarında avtomobildən düşürdərək birbaşa ətrafı dəmir məftil ilə hasarlanmış, bağlı “Xalxal” deyilən yerə boşaldır. Həmin yerdə alıcıları gözləyir, alıcılar xalxalın içərisində olan heyvanlardan seçib alırlar. xx.xx.2025-ci il tarixdə yenidən bazara Heydər və Elçinin heyvanlarını aparmış, eyni qaydada ətrafı dəmir məftil ilə hasarlanmış, bağlı “Xalxal” deyilən yerə boşaltmış, avtomobili də orada saxlamışdır. Növbəti günü 07 sentyabr 2025-ci il tarixdə saat 04 radələrində bazarda olduqları zaman avtomobildə yatmaq üçün uzandığı zaman bir neçə şəxsin qışqıraraq quzunu apardılar dediklərini eşidib oyandıqda bir nəfər orta yaşlı, keçəl, kişi cinsli şəxsin onların 1 baş xırdabuynuzlu heyvanını çiyninə alaraq apardığını, arxasınca isə Heydərin qaçaraq onu tutduğunu görmüşdür. Avtomobildən düşərək yaxınlaşdıqda ona məlum olmuşdur ki, adının sonradan Mirhəşim olduğunu öyrəndiyi şəxs “Xalxal”-ın içərisindən Heydərə məxsus 1 baş, diri çəkisi 50 kiloqram, 25 kiloqram təmiz əti olan, 1 yaşlı, 400 manat dəyərində, sarıkərə rəngli xırdabuynuzlu heyvanı ətrafı dəmir məftil ilə hasarlanmış saxlanc yerindən oğurlayaraq qaçmaq istədikdə Heydər digər alverçilərin deməsi ilə görərək həmin şəxsi saxlamış, sonradan polis əməkdaşları həmin yerə gələrək müvafiq sənədləşmə aparmışlar. Verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, həmin heyvan 1 baş, diri çəkisi 50 kiloqram, 25 kiloqram təmiz əti olan, 1 yaşlı, 400 manat dəyərində, sarıkərə rəngli xırdabuynuzlu heyvan olmuş, heyvan ətrafı dəmir məftil ilə hasarlanmış saxlanc yerindən oğurlanmışdır. O həmçinin ifadəsinin davamında qeyd etmişdir ki, bundan əvvəl xx.xx.2025-ci il tarixdə həftənin cümə günü saat 18 radələrində Göygöl rayonu Yeni Qızılca kəndinə yerləşən heyvan bazarına Heydər və Elçinə məxsus ümumilikdə 133 baş xırdabuynuzlu heyvanı satmaq məqsədi ilə “Kamaz” markalı, **-BF- *** nömrə nişanlı avtomobili ilə gətirmiş, heyvanları yenidən eyni qaydada avtomobilin yanında olan ətrafı məftil dəmir hasarlanmış yerə boşaldıb, alıcıları gözləmişlər. xx.xx.2025-ci il tarixdə həftənin bazar günü isə heyvanları saydıqları zaman 3 baş Elçinin, 2 baş Heydərin olmaqla ümumilikdə 5 baş xırdabuynuzlu heyvanın yerində olmadığını naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını müəyyən etmişlər. Həmin heyvanlar ümumilikdə 38, 35 kiloqram diri çəkidə, sarıkərən rəngli, 320-340 manat aralığında qiymətləri olan heyvanlar olmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 06 radələrində heyvan satmaq üçün Göygöl rayonu Yeni Qızılca kəndinə yerləşən heyvan bazarına Heydər və Elçinə məxsus ümumilikdə 138 baş xırdabuynuzlu heyvanı satış məqsədi ilə ona məxsus “Kamaz” markalı, **-BF-*** nömrə nişanlı avtomobilin yanında olan ətraflı məftil dəmir hasarlanmış yerə boşaldıb, alıcıları gözləmiş, həmin günü orada qalmışlar. Növbəti günü xx.xx.2025-ci il tarixdə saat 10 radələrində yanlarında alver edən şəxslərdən biri quzuların getdiyini dedikdə həmin istiqamətdə qarşısında iki baş Heydər və Elçinə məxsus xırdabuynuzlu heyvan aparan orta yaşlı, kişi cinsli, keçəl bir nəfər şəxsin heyvanları onlara doğru istiqamətləndirərək geriyə qaytarmasını quzuların getdiyini guya onun geri qaytardığını bildirmiş, həmin heyvanları yenidən xalxala salmışlar. Saat 12 radələrində heyvanları avtomobilə yığmaq üçün saydıqda iki baş xırda buynuzlu, hər biri 38 kiloqram olan, sarıkərə rəngli, 1 yaşlı, hər biri 350 azn dəyərində olmaqla ümumilikdə 700 azn dəyərində heyvanların yerində olmadığını müəyyən etmiş, bazarı axtarsalar da tapa bilmədiyi üçün oğurlanmasını müəyyən etmişdir. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Mal-qara” adlı bazarda satıcılar heyvanlarını 4 tərəf ətrafı dəmir məftil ilə hasarlanmış, bağlı “Xalxal” deyilən yerə boşaltmış, həmin yerdə saxlayırlar, hər tərəfi reşotka dedikləri dəmirlə bağlıdır. Heyvanların oradan özbaşına çıxmaq şəraitləri yoxdur. Heyvanları saldıqları həmin reşotkanın təxminən 50 sm enində qapısından içəri və çölə çıxardırlar. Həmin reşotkanın hündürlüyü isə 60-70 sm-dir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilməklə istintaq aparılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ilkin araşdırma zamanı hadisənin baş verdiyi Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “mal-qara” bazarına evinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, protokol tərtib edilmişdir. Baxış zamanı götürülmüş 1 baş “Tatarlar” cinsli, erkək, diri çəkisi 50 kiloqram, 25 kiloqram təmiz əti olan, 1 yaşlı, kürək hissəsində qırmızı rəngli boya olan xırdabuynuzlu heyvan iş üzrə maddi sübut kimi tanınmaqla saxlanması üçün zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 saxlanca verilmişdir. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs1 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması, Zərərçəkmiş şəxs2 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması və tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs kimi tanınmaqla tutulması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərar elan edilməklə sürətinin ona verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:15-də müdafiəçisi Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Araz Alməmmədli tərəfindən tutulmuşdur. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin maddədən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinə tövsif edilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərar barədə maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Vəsatətin təmin edilməməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardam görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair cinayət işinin istintaqını aparan müstəntiq Araz Alməmmədli tərəfindən qaldırılmış vəsatətin təmin edilməməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisinə elan edilməsi, qərarın sürətinin Samux rayon Polis Şöbəsinə göndərilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, sonuncu Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Mal-qara” bazarında satıcıların heyvan saxladığı xal-xal deyilən saxlanc yerini göstərməklə həmin yerin dəmirləri bir-birindən ayırmaqla daxil olaraq oradan xırdabuynuzlu heyvanları oğurladığını bildirmiş, eyni zamanda davranışlarını əyani surətdə göstərmişdir. İstintaq zamanı 5 baş “tatarlar” erkək cinsli, hər birinin diri çəkisi 35-38 kiloqram civarında, 3 baş “tatarlar” erkək cinsli, hər birinin diri çəkisi çəkisi 40-45 kiloqram civarında olan xırdabuynuzlu heyvan olan qoyunların hazırda orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən “Mal-qara” bazarının müdiri Zaur İsmayılova məktub ünvanlanmışdır. xx.xx.2025-ci il tarixli, 33/05 nömrəli alınmış cavab məktubundan müəyyən edilmişdir ki, 5 baş “tatarlar” erkək cinsli, hər birinin diri çəkisi 35-38 kiloqram civarında xırdabuynuzlu heyvanların orta bazar qiyməti 300-340 manat, 3 baş “tatarlar” erkək cinsli, hər birinin diri çəkisi çəkisi 40-45 kiloqram civarında olan xırdabuynuzlu heyvan olan qoyunların orta bazar qiyməti 350-380 manat dəyərindədir. Cinayət işinin istintaqı ilə bağlı zərurət kəsb etdiyindən Təqsirləndirilən şəxs Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarında etmiş olduğu oğurluq hadisələrini görmüş şəxslərin, eyni zamanda Təqsirləndirilən şəxs oğurladığı ümumilikdə 7 baş xırdabuynuzlu heyvanları satmış olduğu şəxslərin dairəsinin müəyyən edilməsi məqsədi ilə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubdan müəyyən edilmişdir ki, 07 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus 1 baş xırdabuynuzlu heyvanı gizli yolla talayaraq oğurladığı zaman bazarda alver edən şəxslərin görməsi müəyyən olunsa da həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus 4 baş, Zərərçəkmiş şəxs1 məxsus 3 baş olmaqla ümumilikdə 7 baş xırdabuynuzlu heyvanları oğurlayaraq eyni bazarda alıcılara satması keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunsa da həmin şəxslərin kimliyinin müəyyən olunması mümkün olmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunması, təqsirləndirilən şəxs Seyidov Mirhǝşim İsgəndər oğluna 10 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti olmadığından həmin tarixdə ona elan edilmiş ittihamın və barəsində seçilmiş «polisin nəzarəti altına vermə haqqında» qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış təqsirləndirilən şəxs Seyidov Mirhǝşim İsgəndər oğlunun oğurladığı Zərərçəkmiş şəxs2 məxsus 400 (dörd yüz) manat dəyərində 1 baş “tatarlar” növündə, erkək cinsli bir baş xırdabuynuzlu heyvan təqsirləndirilən şəxs, onun müdafiəçisi və cinayət prosesinin digər iştirakçıları tanış olduqdan sonra saxlanılması üçün Zərərçəkmiş şəxs2 verilməsinin nəzərə alınması, iş üzrə istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə olunması, Azərbaycan Respublikası Baş Prokurorluğunun «X6»nın 342.6.21-ci bəndinin tələblərinə əsasən «Cinayət təqibi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınmalıdır. Müvafiq olaraq cinayət işi üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Göygöl rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, qəbul olunmuş qərar barədə qanunla müəyyən olunmuş maraqlı şəxslərə məlumat verilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş elektron portal məlumatından və AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Samux RİHB-nin Qarayeri qəsəbəsi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 880 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər narkoloji dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 6269 nömrəli arayışla Təqsirləndirilən şəxs Gəncə şəhər narkoloji dispanserdə qeydiyyatda olmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserdən alınmış xx.xx.2025-ci il tarixli 5780 nömrəli arayışla Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserdə qeydiyyatda olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməllərinin törədilməsində qismən təqsirli bilərək, onun birinci həftə gəlib heyvanın birini aparmasını, növbəti həftə isə gəldikdə zərərçəkmiş şəxslərin orada olmasını və başlarının qarşıq olmasını görüb, heyvanı aparmaq istəyəndə tutulmasını, 7 heyvandan xəbərinin olmamasını, 2 dənə heyvan aparmasını, onlardan birini aparıb satmasını, ikincini isə aparan zaman tutulmasını və ikisini də qaytarıb verməsini, istintaqda döyüldüyü üçün ifadəsində heyvanları oğurlamasını bildirməsini, azadlıqda olduğu zaman döyülməsi ilə bağlı heç bir orqana müraciət etməməsini, müstəntiqin ona iki heyvan yazacağını işini yüngülləşdirəcəyini desə də, yeddi heyvanı da üzərinə qoymasını, onun isə qol çəkməsini, bir baş heyvan oğurlasa da, istintaqda ifadəsində özünü tam təqsirli bilməsini və bütün oğurluqları etiraf etməsini, bunun səbəbinin isə döyülməsi olmasını, onu döyən əməliyyatçıların adını bilməməsini, döyüldükdən sonra onun yanına müdafiəçi kimi Müdafiəçi dəvət edilməsini və lakin döyülməsini deməməsini, müdafiəçiyə döyülməsini və başına vurulmasını deməməsini, nə vaxt döyülməsinin yadında olmaması, tutulduğu vaxt döyülməsi, 3 ay yarım çöldə olduğu vaxtda heç bir yerə döyülməsi ilə bağlı şikayət etməməsini bildirməsi barədə dəlilini əsassız və özünü müdafiə xarakterli hesab edərək qeyd edir ki, qeyd edilən dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və ya başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı qeyd edilməlidir, onun bu dəlilləri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, dindirmə protokolları və iş mterialları ilə təkzib edildiyindən, həmin dəlillər yalnız özünü müdafiə xarakterli olması və törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq məqsədi daşımasını göstərir. Odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini tam olaraq etiraf etməməsi və buna görə də əsassız dəlillər gətirməsini özünün müdafiəsinə yönəlmişdir, heç bir fakta və sübuta əsaslanmır. Məhkəmə Təqsirləndirilən şəxs belə məzmunda ifadə verməsini onun hüququ kimi qəbul edir və Təqsirləndirilən şəxs dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, Təqsirləndirilən şəxs bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün qismən etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin bütün materialları ilə sübut olunur. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1.-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-1.-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində— onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; 83.3.3. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-96/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim olunmuş tələbnamədən və ona əlavə edilmiş bildirişdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbacyan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə AR CM-nin 70-ci maddəsinin tətbiqi ilə 03 il Azadlıqdan Məhrum etmə cəzasına məhkum edilməklə 2 il şərti sınaq müddətinə məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.4-cü maddələri ilə 1500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə AR MM-in xx.xx.2013-cü il tarixli aminstiya qərarına əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 69.3-cü maddələri ilə 1 il 11 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 yanvar 2025-ci il tarixdə cəzasının sonu üzrə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törədib, cəzasını çəkib qurtarsada məhkumluğu ödənilmədən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halllar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, əvvəllər də mülkiyyət əleyhinə cinayət törətməsi, onun kriminal meyilli olması, əvvəllər oğurluq cinayət əməlinə görə dəfələrlə məhkum olunmasını və sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə azadlqıdan məhrum etmə növündə cəzaya məhkum olunmasını, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri ödəməyərək onlarla barışıq əldə etməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədə müvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 sentyabr 2025ci il tarixdən 10 sentyabr 2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 1 baş “Tatarlar” cinsli, erkək, diri çəkisi 50 kiloqram, 25 kiloqram təmiz əti olan, 1 yaşlı, kürək hissəsində qırmızı rəngli boya olan xırdabuynuzlu heyvanın qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İşdə mülki iddia və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdən 10 sentyabr 2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 19 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 baş “Tatarlar” cinsli, erkək, diri çəkisi 50 kiloqram, 25 kiloqram təmiz əti olan, 1 yaşlı, kürək hissəsində qırmızı rəngli boya olan xırdabuynuzlu heyvanın qanuni sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-106/2025
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-106/2025
19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver