Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-107/2024 06.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də sürücü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tamah və satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda Göygöl rayonu ərazisində yerləşən “Çay bağı” adlanan ərazidə aqrotexniki qaydada qulluq göstərilmədən yabanı halda bitmiş çətənə bitkisini toplayaraq tamah və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 243,32 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yaşadığı evin zirzəmisində saxlamış, 29 iyul 2024-cü il tarixdə Göygöl rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri A.Şəmşir küçəsində müəyyən edilərək Göygöl şəhəri, A.Hacıyev küçəsi 93-də yerləşən Göygöl rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman, evin zirzəmisindən qanunsuz olaraq tamah və satış məqsədi olmadan əldə edib saxladığı xeyli miqdarda 2 (iki) ədəd şüşə balonda, 1 (bir) ədəd dəmir qutuda və 24 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 39,09 qram, 59,37 qram, 21,36 qram, 3,84 qram, 6,97 qram, 4,63 qram, 4,76 qram, 3,48 qram, 6,21 qram, 6,09 qram, 5,04 qram, 5,26 qram, 4,94 qram, 6,00 qram, 5,14 qram, 4,57 qram, 3,78 qram, 4,88 qram, 6,11 qram, 3,51 qram, 4,35 qram, 8,31 qram, 4,05 qram, 4,78 qram, 5,92 qram, 4,85 qram 6,03 qram, ümumi təmiz çəkisi 243,32 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, "xxxx" ASC-də sürücü işləyir. Təxminən beş ildir ki, narkotik vasitə istifadəçisidir. O, yabanı halda bitən tərkibində narkotik maddə olan çətənə bitkilərini Göygöl rayonu ərazində yerləşən “Çay bağı” adlanan yerdən yığıb qurudaraq istifadə edir. Adətən narkotik vasitə olaraq kannabis bitkisindən istifadə edir. Maddi imkanı olmadığı üçün yay aylarında yabanı halda bitmiş, narkotik vasitəni toplayaraq, sonradan isə il ərzində mütamadi olaraq istifadə edir. Marixuana yabanı halda bitməsinə görə keyfiyyəti zəif olmasına görə bir dəfəyə 80-100 qram arasında doldurub yandırmaqla istifadə edir. 29 iyul 2024-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları onu Göygöl RPŞ-yə dəvət etmişlər. O, polis şöbəsinə gəldikdən sonra vəkilin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansısa narkotik vasitə və psixotrop maddə varsa təqdim etsin. O da üzərində hər hansısa narkotik vasitə və psixotrop maddə olmadığını bildirmiş, bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. Lakin ifadə verən zaman narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməsini, həmin narkotik vasitəni Göygöl rayonu ərazisində yerləşən “Çay bağı” adlanan yerdən yığdığını, hazırda yaşadığı evin zirzəmisində saxladığını bildirmişdir. Ona yaşadığı evə baxış keçirilməsinə etiraz edib-etməməsi barədə verilmiş sualın cavabında heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə də yazmışdır. Bundan sonra onun yaşadığı Göygöl şəhəri,A.Şəmşir küçəsi ev 86-da yerləşən evinə gedilmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı saxladığı yeri göstərmiş və qurudulmuş marixuananı evin zirzəmisinə daxil olduqda birinci otaqda şüşə balonların yanına qoyduğu bir ədəd dəmir qabda və bir ədəd şüşə balonda olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra zirzəminin ikinci otağında dəmir sobanı göstərərək narkotik vasitənin sobanın içərisində olduğunu bildirmişdir. Narkotik vasitəni kibrit qutularına dolduraraq kardon qutunun içərisinə qoymuşdur. Daha sonra zirzəminin digər otağında bir ədəd şüşə balonda olan narkotik vasitəni təqdim etmişdir. O, evinin zirzəmisində saxladığı həmin narkotik vasitəni Göygöl rayonu ərazisində yerləşən “Çay bağı” adlanan yerdə toplayıb özü istifadə etməsi üçün saxlamışdır. Həmin yerdə çətənə birkisinin yabanı halda bitdiyini bilirmişdir. Daha sonra həmin qurudulmuş narkotik vasitə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmişdir. Sonra həmin narkotik vasitə sellofan torbaya qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Daha sonra narkotik vasitə olan qurudulmuş marixuananı topladığı yeri göstərmək üçün həmin əraziyə getmişlər. Göygöl rayonu “Çay bağı” adlanan yerdə yabanı halda bitən çətənə bitkisini topladığı yeri göstərmişdir. Həmin yerdən yabanı halda bitən çətənə bitkisi torbaya qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. O, topladığı çətənə bitkisini ayrı-ayrı çollardan yığdığı üçün ayrı-ayrı qutularda saxlamışdır ki, keyfiyyəti pis olanla yaxşı olan bir-birinə qarışmasın. O, topladığı çətənə bitkisinin yabanı olduğundan keyfiyyəti yaxşı olmadığı üçün bir dəfəyə bir kibrit qutusunda olanı istifadə etmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını, himayəsində xəstə anasının olmasını, müdafiəçsinin çıxışı ilə razı olmasını və barəsində həbslə bağlı olmayan cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqləyərək göstərdi ki, hazırda Göygöl rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifədə, polis kapitanı rütbəsi ilə xidmət edir. Göygöl şəhəri Aşıq Şəmşir küçəsi ev 86-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə daşıması, istifadəsi və yaşadığı evdə saxlaması ilə məşğul olması barədə RPŞ-yə məlumat daxil olmuşdur. Məlumatla bağlı Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid1la birlikdə onun, İTB-nin polis sahə rəisləri polis mayoru Şahid3 və polis kapitanı Şahid4 iştirakı ilə birgə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 29 iyul 2024-cü il tarixdə saat 12 radələrində narkotik vasitə saxlaması, daşımasında və yaşadığı evdə saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs Göygöl şəhəri Aşıq Şəmşir küçəsində tərəflərindən saxlanılmışdır. Onlar özlərini ona təqdim edib narkotik vasitənin istifadəsi və yaşadığı evdə saxlanmasında şübhəli olduğunu, onlarla Göygöl rayon Poliş Şöbəsinə getməli olduğunun zərurliyini izah etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirildikdən sonra Təhqiqat bölməsinin təhqiqatçısı Nizami Şəbəndəyev tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmiş və eyni zamanda həmin şəxsi axtarışın video çəklişinin həyata keçirilməsi üçün şöbənin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti polis baş leytenantı Rafiq Hüseynov dəvət edilmişdir. Dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi gəldikdən sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə ona izah edilmiş və onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olmadığını, lakin narkotik vasitə istifadəçisi olduğunu, halhazırda yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığı və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid1, o, polis sahə rəsiləri Şahid3 və Şahid4la birlikdə Təqsirləndirilən şəxs və müdafiəçisi ilə ünvan 3 ünvanda Təqsirləndirilən şəxs narkotik vasitə saxladığı zirzəmini göstərdikdən sonra zirzəmiyə daxil olunan zaman birinci otaqda solda yerdə çox sayda kibrit qutuları, sağında üst-üstə yığılmış şüşə bankaların arxasından bir ədəd dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, həmin qutunun olduğu yerdən bir ədəd şüşə bankanın içərisində yumurulanmış formada narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əli ilə dəmir sobanı göstərmiş və həmin sobaya baxış zamanı sobanın içərisindən, içərisində kibrit qutularına doldurulmuş narkotik vasitəyə bənzər kütlələr olan karton qutu aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs zirzəminin arxa otağını göstərərək həmin yerə gedilmiş və orada taxta döşəmə ilə torpaq örtüyün arasından bir ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan şüşə qab aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi vasitəsilə ölçülən zaman ümumi çəkisi 251.7 qram olan bir ədəd karton qutunun içərisində 24 ədəd içərisində narkotik vasitəyə bənzər kütlələr olan kibrit qutuları, 1 ədəd ümumi çəkisi 64.4 qram olan dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 903.6 qram olan şüşə bankanın içərisində olan narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 455.1 qram olan şüşə bankada içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilərək 1 ədəd göy rəngli sellofanın torbanın içərisinə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələrin “nəşə” adlandırdığı narkotik vasitə olduğunu bildirərək, həmin narkotik vasitələri Göygöl rayonu ərazisində “Çay bağı” adlanan ərazidən yığdığını bildirmişdir. Bundan sonra onlar iştirakçılarla birlikdə Göygöl rayonunun inzibati ərazisi olmaqla rayon mərkəzinin kənarında “Gəncə çay”ının sahili olan “Çay bağı” adlanan əraziyə gedilmişdir. Baxış zamanı həmin yerdə Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələri yığmış olduğu ərazini göstərmiş və ərazi əkin sahəsi olmaqla traktor vasitəsi ilə şumlanmışdır. Əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi şumlandığı üçün ərazidə olan bitkilər yerə yıxılmışdır. Yerə yıxılmış bitkilər arasında kökü torpaqdan ayrılmamış çətənə bitkiləri müəyyən olunmuş və həmin çətənələrdən 5 ədədi eyniləşdirmə aparılması üçün götürülmüşdür. Həmin kollar elektron tərəzi vasitəsilə ölçülən zaman kök hissəsində olan torpaqla birlikdə ümumi çəkisi 2kq.170 qram olmuşdur. Aşkar edilmiş kollar 1 ədəd qara rəngli parça torbanın içərisinə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tdəbirləri zamanı sonuncunun narkotik vasitələrin satışı ilə bağlı hər hansı bir məlumat daxil olması müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Göygöl RPŞ-nin İTB-nin sahə rəisi Şahid3 və Göygöl RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 da ifadələrində Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş yerini dəyişməsi səbəbindən iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası DİO-da işləyir, 2023-cü ilin avqust ayından etibarən isə Göygöl RPŞ-nin, CAB-da əməliyyat müvəkkili vəzifədə işləyir. Göygöl şəhəri Aşıq Şəmşir küçəsi ev 86-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, daşıması və istifadəsi ilə məşğul olması, yaşadığı evdə saxlaması ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün RPŞ-nin əməkdaşları ilə birgə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 29 iyul 2024-cü il tarixdə saat 12 radələrində narkotik vasitə daşımasında və yaşadığı evində saxlamasında şübhəli olan Təqsirləndirilən şəxs Göygöl şəhəri Aşıq Şəmşir küçəsində onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edib narkotik vasitənin əldə edib, yaşadığı evində saxlanmasında şübhəli olduğunu, onlarla Göygöl rayon Poliş Şöbəsinə getməli olduğunun zərurliyini izah etmişdilər. Təqsirləndirilən şəxs onlar tərəfindən polis şöbəsinə gətirildikdən sonra Təhqiqat bölməsinin təhqiqatçısı Nizami Şəbəndəyev tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmiş və eyni zamanda həmin şəxsi axtarışın video çəklişinin həyata keçirilməsi üçün şöbənin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti polis baş leytenantı Rafiq Hüseynov dəvət edilmişdir. Dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi gəldikdən sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs hansı səbəbdən üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olmadığını, lakin narkotik vasitə istifadəçisi olduğunu, hal-hazırda yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxladığı və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra o, İTB-nin rəisi Şahid2, polis sahə rəsiləri Şahid3 və Şahid4la birlikdə Təqsirləndirilən şəxs və müdafiəçisi ilə ünvan 3 ünvanda Təqsirləndirilən şəxs narkotik vasitə saxladığı zirzəmini göstərdikdən sonra zirzəmiyə daxil olunan zaman birinci otaqda solda yerdə çox sayda kibrit qutuları, sağında üst-üstə yığılmış şüşə bankaların arxasından bir ədəd dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, həmin qutunun olduğu yerdən bir ədəd şüşə bankanın içərisində yumurulanmış formada narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əli ilə dəmir sobanı göstərmiş və həmin sobaya baxış zamanı sobanın içərisindən, içərisində kibrit qutularına doldurulmuş narkotik vasitəyə bənzər kütlələr olan karton qutu aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs zirzəminin arxa otağını göstərərək həmin yerə gedilmiş və orada taxta döşəmə ilə torpaq örtüyün arasından bir ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan şüşə qab aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi vasitəsilə ölçülən zaman ümumi çəkisi 251.7 qram olan bir ədəd karton qutunun içərisində 24 ədəd içərisində narkotik vasitəyə bənzər kütlələr olan kibrit qutuları, 1 ədəd ümumi çəkisi 64.4 qram olan dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 903.6 qram olan şüşə bankanın içərisində olan narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 455.1 qram olan şüşə bankada içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilərək 1 ədəd göy rəngli sellofanın torbanın içərisinə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələrin “nəşə” adlandırdığı narkotik vasitə olduğunu bildirərək, həmin narkotik vasitələri Göygöl rayonu ərazisində “Çay bağı” adlanan ərazidən yığdığını bildirmişdir. Bundan sonra onlar iştirakçılarla birlikdə Göygöl rayonunun inzibati ərazisi olmaqla rayon mərkəzinin kənarında “Gəncə çay”ının sahili olan “Çay bağı” adlanan əraziyə gedilmişdir. Baxış zamanı həmin yerdə Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələri yığmış olduğu ərazini göstərmiş və ərazi əkin sahəsi olmaqla traktor vasitəsi ilə şumlanmışdır. Əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi şumlandığı üçün ərazidə olan bitkilər yerə yıxılmışdır. Yerə yıxılmış bitkilər arasında kökü torpaqdan ayrılmamış çətənə bitkiləri müəyyən olunmuş və həmin çətənələrdən 5 ədədi eyniləşdirmə aparılması üçün götürülmüşdür. Həmin kollar elektron tərəzi vasitəsilə ölçülən zaman kök hissəsində olan torpaqla birlikdə götürülmüşdür. Aşkar edilmiş kollar 1 ədəd qara rəngli parça torbanın içərisinə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaları Göygöl rayonu ərazisində “Çay bağı” adlanan ərazidən yığdığını bildirmişdir. Həmin əraziyə baxış keçirilən zaman da narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış, həmin şəxsi narkotik alqı-satıqısı aşkar edilməmiş, gələcəkdə məlumat əldə olunduğu təqdirdə istintaqa rəsmi məlumat veriləcəkdir. İş üzrə tərəflərin xahişi ilə məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X15 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, Gəncə şəhəri Narkoloji Dispanserin baş həkimi vəzifədə işləyir, ixtisasca narkoloq həkimdir. Təqsirləndirilən şəxs tanımır, onunla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmayıbdır. Onu yalnız ekspertizadan müayinədən keçirilən zaman tanımışdır. Təqsirləndirilən şəxs bədəni üzrəində damarlarının genişliyindən, bədən quruluşundan, eləcə də mütamadi narkotik vasitədən istifadə edən şəxslərə məxsus qruluşdan demək olar ki, sonuncu mütamadi olaraq narkotik vasitədən istifadə edir. Sonuncu gün ərzində 2-3 dəfə marixuanadan istifadə edir, həmin narkotik vasitədən asıllıq var. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac olmaqla, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də iş üzrə təyin edilmiş 09 sentyabr 2024-cü il tarixli 1524 nömrəli ekspertiza rəyi verilmişdir. O, daha sonra ifadəsinin sonunda göstərmişdir ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrdən istifadə edən şəxs olmasını, sonuncunun istifadə etdiyi narkotik vasitənin yabanı halda yetişmiş marixuana olmasını, keyfiyyət olaraq zəif olmasını nəzərə alıb, Təqsirləndirilən şəxs bir dəfəyə olmaqla, 80-150 qram həcmində marixuandan istifadə etmək qabiliyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:40 dəqiqədə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürülmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir əşya olmadığını, lakin narkotik vasitə istifadəçisi olduğunu, hal-hazırda evində narkotik vasitə saxladığını, həmin narkotik vasitələri Göygöl rayonu ərazisində yerləşən "Çay bağı" adlanan ərazidən yığdığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilmədimişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə, xidməti iş otağımda, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Şəxsi axtarış saat 11:55-də başlanmış, saat 12:06-da qurtarmışdır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən Göygöl RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini və narkotik vasitədən evində saxlamasını, yaşadığı evə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. “Mənzilə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən mənzil ünvan 5 ünvanında yerləşir. Həmin evin küçədən giriş qapısı boz rəngli dəmir metaldan darvaza və ayrıca dəmir metaldan boz rəngli qapısı vardır. Evin həyətyanı sahəsinə daxil olduqdan sonra solda üzü sementlə suvanmış mənzil, mənzilin dam örtüyünə qalxan dəmir pilləkən, mənzilin qarşısında ağ rəngli torbalarda qum kisələri yerləşir. Evin həyətyanı sahəsi düz formalı, çınqıllı və otluq örtükdən ibarətdir. Evin arxasında daş pilləkənlə enilən zirzəmi yerləşir, həmin zirzəminin qarşısında üzüm çardağı vardır. Evdən arxada yerləşən həyətyanı sahədə solda tualet və ona bitişik yardımçı tikili vardır. Evin bağ sahəsində meyvə ağacları və tərəvəz bostanı yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs saxladığı narkotik vasitələrlə bağlı evin zirzəmisini göstərmişdir. Evin zirzəmisi bir otaqdan digərinə daxil olunan 3 otaqdan ibarətdir, birinci otağın yer örtüyü beton, ikinci otağın yer örtüyü taxta, üçüncü otağın yer örtüyü torpaqdır. Zirzəmiyə daxil olunan zaman birinci otaqda ortada stol və stul, stulun arxasında üst üstə yığılmış taxtalar, solda yerdə çox sayda kibrit qutuları, dəmir soba, dağınıq formada avtomobil ehtiyyat hissələri və digər məişət əşyaları vardır. Zirzəminin birinci otağının sağında üst-üstə yığılmış şüşə bankalar, bir ədəd dəmir su kalonkası yerləşir. Daha sonra Təqsirləndirilən şəxs zirzəmidə göstərdiyi yerlərə baxış keçirilməyə başlanmış, baxış zamanı şüşə bankaların arxasından bir ədəd dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, həmin qutunun olduğu yerdən bir ədəd şüşə bankanın içərisində yumurulanmış formada narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əli ilə demir sobanı göstərmiş və həmin sobaya baxış zamanı sobanın içərisində kibrit qutularına doldurulmuş narkotik vasitəyə bənzər kütlələr olan karton qutu aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs əli ilə zirzəminin arxa otağını göstərərək həmin yerə getmiş, zirzəminin ikinci otağından keçərək üçüncü otağa giriş hissədə, ikinci otağın taxta döşəməsinin qurtaracağında, döşəmə ilə torpaq örtüyün arasından bir ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan şüşə qab aşkar olunmuş, daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi vasitəsi ilə ölçülərək qablaşdırılmağa başlanılmış, mənzilə baxış keçirilməsi və götürmə zamanı elektron tərəzi vasitəsilə ölçülən zaman ümumi çəkisi 251.7 qram olan bir ədəd karton qutunun içərisində 24 ədəd içərisində narkotik vasitəyə bənzər kütlələr olan kibrit qutuları, 1 ədəd ümumi çəkisi 64.4 qram olan dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 903.6 qram olan şüşə bankanın içərisində olan narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 455.1 qram olan şüşə bankada içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilərək 1 ədəd göy rəngli sellofanın torbanın içərisinə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış və götürmə, ünvan 6 ünvanında təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Bundan başqa mənzilə baxış keçirilməsi və götürmə zamanı Təqsirləndirilən şəxs içərisində narkotik vasitə dolduraraq istifadə etdiyini dediyi boş kibrit qutularıda maddi sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Mənzilə baxış keçirilməsi hərəkəti başlandı 29 iyul 2024-cü il tarixdə saat “12:35”-də, qurtardı 29 iyul 2024-cü il tarixdə saat “13:04”-də. “Əraziyə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edildimişdir ki, baxış keçirilən ərazi Göygöl rayonunun inzibati ərazisi olmaqla rayon mərkəzinin kənarında "Gəncə çay"ının sahili olan "Çay bağı" adlanan ərazidir. Həmin ərazi əkin sahələri olmaqla ətrafı tor hasar və koluqdan ibarətdir. Əkin sahələri ilə Göygöl şəhəri arasından "Gəncə çayı" adlanan çay keçir. Baxış zamanı həmin yerdə Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələri yığmış olduğu ərazini göstərmiş, ərazi əkin sahəsi olmaqla traktor vasitəsi ilə şumlanmışdır. Əraziyə baxış zamanı müəyyən olunmuşdurdu ki, torpaq sahəsi şumlandığı üçün ərazidə olan bitkilər yerə yıxılmışdır. Yerə yıxılmış bitkilər arasında kökü torpaqdan ayrılmamış çətənə bitkiləri müəyyən olunmuş və həmin çətənələrdən 5 ədədi eyniləşdirmə aparılması üçün elektron tərəzi vasitəsi ilə ölçülərək qablaşdırılmağa başlanılmışdır. Əraziyə baxış keçirilməsi və götürmə zamanı elektron tərəzi vasitəsilə ölçülən zaman kök hissəsində olan torpaqla birlikdə ümumi çəkisi 2 kq.170 qram olan çətənə bitkiləri aşkar edilərək 1 ədəd qara rəngli parça torbanın içərisinə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış və götürmə, Göygöl rayonu ərazisində yerləşən "Çay bağı" adlanan ərazidə təbii işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Əraziyə baxış keçirilməsi hərəkəti 29 iyul 2024-cü il tarixdə saat “13:30”-da, başlanmış, 29 iyul 2024-cü il tarixdə saat “13:40”-da qurtarmışdır. İş materiallarına əlavə edilmiş X30 X6 sektorunun müdiri X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Göygöl Rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə Göygöl şəhəri Çaybağı adlanan ərazidə Gəncə çayının sol sahilində 2.5 ha torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə yabanı halda bitən hündürlüyü 1,0-1.5 metr arasında 2.170 kq çəkisi olan 5 ədəd narkotik xassəli bitkiyə bənzər yabanı halda bitən çətənə kolları aşkar edilmiş, aşkar edilmiş narkotik xassəli bitkiyə bənzər çətənə kollarına heç bir aqrotexniki və digər qulluq işləri aparılmadığı müəyyən edilmiş, aşkar edilmiş narkotik xassəli bitkiyə bənzər çətənə kolları onun iştirakı ilə polis şöbəsinin əməkdaşları tərəfindən götürülərək ekspertizaya təqdim olunması üçün göndərilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 16/816 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “24 ədəd kibrit qutusu olan narkotik ümumi çəkisi 251,7q, içərisində marixuanaya bənzər bitki olan 64,4q çəkidə dəmir qutu, 1 ədəd içərisində ümumi çəkisi 903,6 qram marixuanaya bənzər bitki olan şüşə qab, 1 ədəd ümumi çəkisi 455,1 qram olan içərisində marixuanaya bənzər bitki vardır..” sözləri və imzalar olan göy rəngli polietilen torbadakı 1(bir) ədəd kağız qutuda, 2(iki) ədəd şüşə balonda, 1(bir) ədəd dəmir qutuda və 24(iyirmi dörd) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 39,09 qram, 59,37 qram, 21,36 qram, 3,84 qram, 6,97 qram, 4,63 qram, 4,76 qram, 3,48 qram, 6,21 qram, 6,09 qram, 5,04 qram, 5,26 qram, 4,94 qram, 6,0 qram, 5,14 qram, 4,57 qram, 3,78 qram, 4,88 qram, 6,11 qram, 3,51 qram, 4,35 qram, 8,31 qram, 4,05 qram, 4,78 qram, 5,92 qram, 4,85 qram, 6,03 qram, ümumi təmiz çəkisi 243,32 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Çay bağı deyilən ərazidən götürülmüş marixuanaya bənzər bitki..” sözləri və imzalar olan 1(bir) ədəd parça materialdan olan kisədəki, 5(beş) ədəd, ümumi təmiz çəkisi1800 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli-çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 1(bir) ədəd göy rəngli polietilen torbada olan marixuanalar həm öz aralarında həmdə 1(bir) ədəd parça materialdan olan kisədəki, çətənə(kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) X4 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilməmişdir, onlar yabanı halda bitmişdir. Qeyd:- Marixuananın ümumi təmiz çəkisi -243,32 qr, tədqiqata cəmi istifadə olundu- 1,35 qr (hər obyektdən 0,05qr götürüldü) qalıq-241,97qr(1-27№-li ob); Çətənə bitkisi ümumi təmiz çəkisi ədəd-1800qr, tədqiqata istifadə olundu cəmi-0,25qr, (hər obyektdən 0,05qr götürüldü) qalıq-1799,75 qr,(33-37№-li ob) İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 5(066)-67/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göygöl rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. “Toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/1633 nömrəli materialın ibtidai istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə döndərilməsi və qəbul olunmuş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl rayon X18 bölməsinin müstəntiqi, polis kapitanı X20 icraatında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd CD diskə, Göygöl rayon X18 bölməsinin müstəntiqi, polis kapitanı X5 iştirakı ilə Göygöl RPŞ-nin inzibati binasında “HP” markalı komputerdə baxış keçirimiş, baxış otaq şəraitində, təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD disk - ağ rəngdədir, üzərində heç bir yazı yoxdur. Diskin içərisindəki məlumatlara baxmaq üçün komputerin "DVD ROM"una daxil edilərək videoyazıya baxış keçirən zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi 10:33 dəqiqə, yaşadığı evə baxış keçirilməsi 27:20 dəqiqə, Çay bağı adlanan əraziyə baxış keçirilməsi 09:20 dəqiqə davam edən 3 ədəd videogörüntülər olması müşahidə edilmişdir. Videogörüntülərə baxdıqda 3 nəfər xidməti geyim formasında olmaqla 7 nəfər şəxs olması müəyyən edilmiş, həmin şəxslərin Göygöl RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Nizami Şəbəndəyev, Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1, Göygöl RPŞ-nin İTB-nin rəisi polis kapitanı Şahid2, İTB-nin polis sahə rəisləri polis mayoru Şahid3, polis kapitanı Şahid4, Göygöl rayon Vəkil bürosunun vəkili Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik vasitə istifadəsində şübhəli olması səbəbindən saxlanılaraq polis şöbəsinə gətirilməsi izah edildikdən sonra ondan iştirakçılara etirazının olubolmaması soruşulmuş, daha sonra müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyanın olub-olmaması, vardırsa təqdim olunması bildirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində heç bir dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olmadığını bildirmiş, bundan sonra sahə polis rəisi Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, cibləri yoxlanılmış və üzərindən heç bir əşya aşkar ediləmişdir. X10 tərəfindən şübhəli şəxs oğlundan narkotik vasitə istifadə etməsi barədə sual verildikdə Təqsirləndirilən şəxs nəşədən, yəni marixuanadan istifadə etdiyini, Çay bağı adlanan yerdən yığdığını və yaşadığı evdə saxladığını bildirmiş, bundan sonra X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini bildirərək etirazının olub-olmaması soruçulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra ərizə yazmışdır. Bundan sonra adları yuxarıda göstərilən iştirakçılar birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda Təqsirləndirilən şəxs göstərməsi ilə evin zirzəmisinə daxil olunan zaman birinci otaqda solda yerdə çox sayda kibrit qutuları, sağında üst-üstə yığılmış şüşə bankaların arxasından bir ədəd dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, həmin qutunun olduğu yerdən bir ədəd şüşə bankanın içərisində yumurulanmış formada narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əli ilə dəmirsobanı göstərmiş və həmin sobaya baxış zamanı sobanın içərisindən, içərisində kibrit qutularına doldurulmuş narkotik vasitəyə bənzər kütlələr olan karton qutu aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs zirzəminin arxa otağını göstərərək həmin yerə gedilmiş və orada taxta döşəmə ilə torpaq örtüyün arasından bir ədəd içərisində narkotik vasitəyə bənzər kütlə olan şüşə qab aşkar olunmuş, daha sonra aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr elektron tərəzi vasitəsilə ölçülən zaman ümumi çəkisi 251.7 qram olan bir ədəd karton qutunun içerisinde 24 ədəd içərisində narkotik vasitəyə bənzər kütlələr olan kibrit qutuları, 1 ədəd ümumi çəkisi 64.4 qram olan dəmir qutunun içərisində narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 903.6 qram olan şüşə bankanın içərisində olan narkotik vasitəyə bənzər kütlə, 1 ədəd ümumi çəkisi 455.1 qram olan şüşə bankada içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilir və göy rəngli sellofan torbanın içərisinə qoyularaq möhürlənmiş, bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələrin "nəşǝ" adlandırdığı narkotik vasitə olduğunu bildirərək, həmin narkotik vasitələri Göygöl rayonu ərazisində "Çay bağı" adlanan ərazidən yığdığını bildirmişdir. Bundan sonra iştirakçılar birlikdə Göygöl rayonu "Gəncə çay"ının sahili olan "Çay bağı" adlanan əraziyə gedilmiş, Təqsirləndirilən şəxs evində aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələri yığmış olduğu ərazini göstərmiş və ərazi əkin sahəsi olmaqla traktor vasitəsi ilə şumlanması və ərazidə olan bitkilərin yerə yıxılmış vəziyyətdə olması müşahidə olunmuşdur. Yerə yıxılmış bitkilər arasında kökü torpaqdan ayrılmamış çətənə bitkiləri müəyyən olunmuş 5 ədədi götürülmüş, həmin kollar elektron tərəzi vasitəsilə ölçülən zaman kök hissəsində olan torpaqla birlikdə ümumi çəkisi 2kq.170 qram olduğu görünmüşdür. Aşkar edilmiş kollar 1 ədəd qara rəngli parça torbanın içərisinə qoyularaq möhürlənmiş və ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bununla da, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən lentə alınmış 01 ədəd CD diskin içəsində olan videogörüntüyə keçirilmiş baxış başa çatmışdır. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilmiş və qalıq çəkisi 241,97 qram olan narkotik vasitə qurudulmuş marixuana və Göygöl rayonu ərazisində yerləşən “Çay bağı” adlanan yerdən götürülmüş və qalıq çəkisi 1799,75 qram narkotik tərkibli-çətənə (kannabis) bitkiləri, həmçinin yaşadığı evin zirzəmisindən baxış keçirilən zaman götürülmüş 46 ədəd boş kibrit qutuları və 2 ədəd boş siqaret qutuları maddi sübut hesab edilməsi və cinayət işi yekunlaşaraq tanış olduqdan sonra saxlanılması üçün Göygöl RPŞ-yə verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərinə, yaşadığı ünvana və əraziyə baxış keçirilən zaman videolentə alınmış görüntü olan DVD disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 4(066)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilməsi və həbsin əvvəlinin 29 iyul 2024-cü il tarixdən, saat 11:40-dan hesablanması qərara alınmışdır. Göygöl RPŞ-nin Cinayət axtarış bölmsindən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə etməsi üçün əldə etmiş, lakin konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2024-cü il tarixli, 1524 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 5(066)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqdimat təmin edilmiş, Göygöl rayon X18 Bölməsində başlanılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı abonentə daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, həmin nömrələrin abunəçilərinin tam anket məlumatları, həmin tarixlərdə harada olmasının müəyyən edilməsi üçün anten dairəsi haqqında məlumatların Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən götürülməsi və qərarın icrasının Göygöl Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl rayon X18 bölməsinin müstəntiqi, polis kapitanı X20 icraatında olan ********* nömrəli cinayət işi üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən əldə edilmiş diskdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların, yazışmaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan həmin 1 ədəd CD-R diskin içərisindəki məlumatlara xx.xx.2024-cü il tarixdə Göygöl RPŞ-nin inzibati binasında hal şahidlərinin iştirakı ilə baxış keçirmiş, baxış otaq şəraitində, təbii işıqlandırma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, "Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən əldə edilmiş 1 ədəd disk - boz rəngdədir, üzərində qara mürəkkəblə "Göygöl RPŞ", "3-13-77/2-16530/24" rəqəmləri yazılmışdır. Həmin diskin içərisində mobil nömrələrdən çıxan və daxil olan zənglər, SMS statistikası, mobil nömrələrin kimlərinin adına rəsmiləşdirilməsi, lokasiya barədə məlumatlar yerləşdirilmişdir. Siyahıda qeyd olunan tarixlərdə 23 ədəd müxtəlif nömrələrdən giriş zəng olması, 19 ədəd çıxış zəng olması müəyyən edilmiş, bunlardan başqa 9 ədəd yazılı sms gəlməsi, 2 ədəd yazılı sms çıxması müəyyən edilmiş, mobil nömrələrin kimlərin adına rəsmiləşdirilməsi barədə məlumatların qeyd edildiyi siyahıda iş üçün əhəmiyyət kəsb edəcək mobil nömrə aşkar edilməmişdir. Bununla da, Azərbaycan Respublikası DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsindən əldə edilmiş CD-R diskin içərisində olan məlumatlara baxış başa çatmış, CD-R diskin içərisindəki məlumatlarda iş üçün sübut əhəmiyyəti kəsb edəcək digər hər hansı məlumat - telefon danışığı və SMS aşkar edilməmişdir. Baxış aparılmasına dair tərtib edilmiş protokol ucadan oxunmuş. Baxışın aparılması qaydası və bu barədə tərtib olunmuş protokolun məzmununa dair əlavələr, düzəlişlər və etirazlar daxil olmamış və doğruluğu imzalarla təsdiq edilmişdir. “Təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi” barədə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun əməlinin CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vermiş olduğu vəsatətin baxılıb qiymətləndirilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqdim edilməsi və qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarilxi qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə dəqiqləşdirilmiş yeni məzmunda ittiham elan edilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ayrı ayrılıqda 39,09 qram, 59,37 qram, 21,36 qram, 3,84 qram, 6,97 qram, 4,63 qram, 4,76 qram, 3,48 qram, 6,21 qram, 6,09 qram, 5,04 qram, 5,26 qram, 4,94 qram, 6,0 qram, 5,14 qram, 4,57 qram, 3,78 qram, 4,88 qram, 6,11 qram, 3,51 qram, 4,35 qram, 8,31 qram, 4,05 qram, 4,78 qram, 5,92 qram, 4,85 qram, 6,03 qram, ümumi təmiz çəkisi 243,32 qram miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilmiş, iş üzrə maddi subut kimi tanınmış və tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 241,97 qram olan narkotik vasitə qurudulmuş marixuana və Göygöl rayonu ərazisində yerləşən "Çay bağı" adlanan yerdən götürülmüş və qalıq çəkisi 1799,75 qram narkotik tərkibli-çətənə (kannabis) bitkiləri, həmçinin yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman götürülmüş 46 ədəd boş kibrit qutuları və 2 ədəd boş siqaret qutuları, ibtidai istintaqın qurtarmasından, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi, cinayət işi üzrə təqsirləndirlən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evin zirzəmisinə baxış və "Çay bağı" adlanan əraziyə baxış keçirilən zaman 01 ədəd DVD diskə yazılmış video görüntü sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixli ittihamına əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə dəqiqləşdirilmiş yeni məzmunda yenidən ittiham elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim olunması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 1(066)-47/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən və xx.xx.2018-ci il tarixli hökmün surətindən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Göygöl rayon məhkəməsinin ittiham hökmü ilə 03 il azadlıqdan məhrum ertmə cəzasına məhkum edilmiş, E.Ağyevin barəsində Gəncə şəhər BPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* saylı material üzrə araşdırma aparılarq CPMnin 39.1.3 maddəsinə əsasən xitam verilmiş, xx.xx.2018-ci il tarixdə Göygöl rayon məhkəməsinin ittiham hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1972-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4081 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2297 və 2298 nömrəli arayışlardan görünür ki, Ağayev X14 şəhəri, Aşıq Şəmşir küçəsi 86 nömrəli ünvanda qeydiyyatda olamaqla, yaşayır. Ailə tərkibi arvadı X7, oğlu X16 və oğlu X8 ibarətdir. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3342 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X2 şəhəri, Aşıq Şəmşir küçəsi 86 nömrəli ünvanda qeydiyyatda olamaqla, yaşayır. Ailə tərkibi oğlu Təqsirləndirilən şəxs, gəlini X7, nəvəsi X16 və nəvəsi X8 ibarətdir və X12 oğlu Təqsirləndirilən şəxs ailəsi ünvan 5 mənzildə onunla birlikdə yaşayırlar. Həmçinin Göygöl RMX PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1- 42/3-1167/2024 saylı arayışda və X12 epikrizindən görünür ki, 1940-cı il təvəllüdlü X13 xx.xx.2024-cü il tarixdə Göz xəstəlikləri bölməsinə “Digər qocalıq katarakası” diaqnozu ilə daxil olmuş və cərrahi əməliyyat olmuşdur. xx.xx.2024-cü il tarixdə evə buraxılmışdır. İnstrumental müayinələrin nəticələri EKQ: ritm sinusdan düzgün, requlyar. ÜEO y/vertikal. Yan divarda metobolik dəyişikliklər. DQO-nın Rentgenoqrafiyası: Ağciyər şəkli güclənib. Hər iki tərəfli bazal sahədə, sol alt pay sahədə iltihab izlənir. Uroloji USM: hər iki böyrəklərin pielonefriti. Mikroliteazı. Sistit. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməli törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, "xxxx" ASC-də sürücü işləməklə ailəsinin dolanışığını təmin edən şəxs olmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən cinayət əməlini səmimi etiraf edərək narkotik vasitəni saxladığı və topladığı yeri səmimi olaraq bildirməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirilir. Həmçinin məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların müəyyən edilməməsini, evli olmaqla himayəsində xəstə və qoca anasının olmasını, narkotik vasitəni yabanı halda toplayaraq əldə etməsini, şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə əvvəllər satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, daşıma əməlinin törədilməsində təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və məhkumluğunun ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təkrar təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza orta həddə təyin edilməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 29 iyul 2024-cü il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalı və cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 241,97 qram narkotik vasitə qurudulmuş marixuana və Göygöl rayonu ərazisində yerləşən “Çay bağı” adlanan yerdən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1799,75 qram narkotik tərkibliçətənə (kannabis) bitkisi, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman götürülmüş 46 ədəd boş kibrit qutusu və 2 ədəd boş siqaret qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyataxtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2024-cü il tarixli, 1524 saylı rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 60 (altmış) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 29 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 241,97 qram narkotik vasitə qurudulmuş marixuana və Göygöl rayonu ərazisində yerləşən “Çay bağı” adlanan yerdən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1799,75 qram narkotik tərkibli-çətənə (kannabis) bitkisi, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman götürülmüş 46 ədəd boş kibrit qutusu və 2 ədəd boş siqaret qutusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-107/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-107/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver