Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-107/2025 23.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X6 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Dursunova (Seyidova) Aidə Knyaz qızının, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyası, Lipetsk vilayəti, Qryazi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, “X15” MMC-də mina axtaran işləyən, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 aprel 2019-cu il tarixdən başlayaraq 29 fevral 2008-ci il təvəllüdlü X11 və 12 yanvar 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Dursunova (Seyidova) Aidə Knyaz qızına ödənilməsinə dair Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(066)- 87/2025 saylı qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 iyul 2025-ci il tarixədək cəmi 6638,47 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Dursunova (Seyidova) Aidə Knyaz qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək və ibtidadi istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Dursunova (Seyidova) Aidə Knyaz qızı ilə 2007-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduqları müddətdə 29 fevral 2008-ci il təvəllüdlü X17 və 12 yanvar 2011-ci il təvəllüdlü X13 adında uşaqları anadan olmuşdur. Nikahda olduqları müddətdə Dursunova (Seyidova) Aidə Knyaz qızı ilə yola getmədikləri üçün 2018-ci il tarixdə onlar ayrılmaq qərarına gələrək rəsmi olaraq boşanmış və həmin vaxtdan da uşaqlar Dursunova (Seyidova) Aidə Knyaz qızının himayəsində, Abşeron rayonunda yaşamışdırlar. Ayrıldıqdan sonra Dursunova (Seyidova) Aidə Knyaz qızı uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 05 aprel 2019cu il tarixdən başlayaraq ondan 9 fevral 2008-ci il təvəllüdlü X11 və 12 yanvar 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Dursunova (Seyidova) Aidə Knyaz qızına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən aliment borcunu ödəməmişdir. Ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni 05 iyul 2025-ci il tarixədək cəmi 6638,47 manat aliment borcu yığılıb qalmışdır. O, uşaqlarına baxmalı olduğunu dərk edir, sadəcə alimenti tam olaraq ödəyib bağlaya bilmir, həmçinin təqdimat verilən vaxta qədər yaranmış aliment borcundan 1000,00 manat ödəniş etmiş, yenidən ailə həyatı qurmuş və himayəsində iki azyaşlı uşağı vardır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə razıdır. Özünü təqsirli bilir, işlə bağlı məşğulluq mərkəzinə müraciət etmiş, məşğulluq mərkəzindən təklif olunan işlərin əməkhaqqısı az olduğundan təklif olunan işlərdən imtina etmiş, "xxxx" MMC mina təmizləmə şirkətində mütəxəssis vəzifəsində işləyir, aylıq 898,00 manat əməkhaqqı alır, ümumilikdə icra dövründə aliment borcundan 15861,53 manat məbləğində ödəniş etmiş, təqdimat verilən tarixə kimi isə 6638,47 manat məbləğində aliment borcundan 1000,00 manat ödəniş etmişdir. Qazandığı pulu ancaq şəxsi xərclərinə sərf etdiyi üçün alimenti ödəməmiş, icra məmurları tərəfindən ona dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, məhkəmə qərarını icra etməməyin cinayət məsuliyyətinə səbəb olacağını bilir, əlilliyi, xəstəliyi və ya səhhəti ilə bağlı hər hansı bir narahatçılığı yoxdur. Sonda Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, AR CM-nin 306.1ci maddəsi ilə özünü təqsirli bilməsini, zərərçəkmiş şəxs Dursunova (Seyidova) Aidə Knyaz qızına vurulan 6638 manat zərəri tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbinin olmamasını, göstərilənlərə əsasən barəsində olan AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs Dursunova (Seyidova) Aidə Knyaz qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Nikahlarından 29 fevral 2008-ci il təvəllüdlü X17 və 12 yanvar 2011-ci il təvəllüdlü X13 adında uşaqları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduqları müddətdə N saylı hərbi hissədə hərbiçi işləmiş və qazancı 1400,00-1500,00 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində birlikdə yaşamışdırlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getmədikləri üçün 2018-ci il tarixdə ayrılmaq qərarına gəlmiş, uşaqlar onun himayəsində qalmış və onlar həmin tarixdə rəsmi olaraq boşanmışdırlar. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşaqları tək başına saxlaya bilmədiyindən 2019-cu ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 05 aprel 2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs 29 fevral 2008-ci il təvəllüdlü X11 və 12 yanvar 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göygöl rayon icra və probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, aylıq ödəməli olduğu alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, Göygöl rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 05 iyul 2025-ci il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 6638,47 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində uşaqları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Həmçinin Dursunova (Seyidova) Aidə Knyaz qızı məhkəməyə ərizə təqdim edərək, AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs ödəməli olduğu 6638 manatı tam ödəməsini, heç bir borcunun qalmamasını, hazırda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment 05 aprel 2019-cu il tarixdən hesablanaraq tutulmaqla X12 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi Göygöl rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin icrasını dərhal təmin etmək məqsədilə borcluya qərar və bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Göygöl Rayon Məhkəməsinin 8(066)- 277/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilərək xx.xx.2025-ci il tarixdə Göygöl rayon Polis Şöbəsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə axtarış işi açılmışdır. Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Göygöl rayon icra və probasiya şöbəsinə təhvil verilmiş, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədiyi və aliment borcunu ödəmədiyi üçün onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 3(066)-87/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Aliment borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə xəbərdarlıq göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tətbiq olunmasına, məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə və profilaktik söhbət aparılmasına baxmayaraq, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının tələblərini icra etməməkdə davam etmiş və tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışıdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Göygöl rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunun ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək tələbkara ödəməli olduğu 22500,00 manat məbləğində aliment pulunu ödəməkdən yayınaraq aylıq ödənişləri vaxtında yerinə yetirmədiyi üçün borclu Təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayı daxil olmaqla 6638,47 manat məbləğində aliment borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Göygöl rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi cinayət işi başlanması və icraata qəbul edilməklə istintaqı aparılması, başlanmış cinayət işinə ********* nömrəsinin verilməsi, qərarın sürətinin cinayət haqqında məlumat vermiş vəzifəli şəxsə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2011ci il təvəllüdlü X1 üçün uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment 05 aprel 2019-cu il tarixdən hesablanaraq tutulmaqla X12 xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlamaq” haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdə icraat başlanmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(066)-87/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1 maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün yeni müddətlər verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği ödənilməklə Göygöl Rayon Məhkəməsinin 2(066)-657/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X3 Filialının 25 iyul 2025-ci il tarixli, 3-17-2/2-33055/2025 saylı məktubundən görünür ki, Seyidov X8 haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 26 fevral 2025-ci il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. Filialın əməkdaşı tərəfindən vətəndaşa MEİS-də formalaşdırılmış vakansiya bankından münasib iş (“X21 Company” MMC-də nəzərətçi, əməkhaqqı-784 manat) təklif olunmuşdur. “Zərərçəkmiş şəxs kimi tanınmaq” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Dursunova (Seyidova) Aidə Knyaz qızının zərərçəkmiş şəxs qismində tanınması vı ona məlumat verilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qərarın təqsirləndirilən şəxsə elan olunmaqla və elan edilən ittihamın mahiyyəti ona izah olunmaqla, qərarın sürətinin ona təqdim edilməsi və qərarın sürətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, ittiham elan etmək üçün tutularaq Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təhvil verilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılmışdır. “Axtarışda olan şəxsin saxlanılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmış, Göygöl RPŞ-nin əməkdaşları tərəfindən gətirilərək xx.xx.2025-ci il tarixdə saat 01:10 radələrində Göygöl RPŞ-nə gətirilmiş müvafiq sənədləşmə aparılaraq aidiyyəti üzrə təhvil verilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə əsasən başlanılmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbiri seçmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməklə sürətinin ona təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan olunmuş 03 noyabr 2025-ci il tarixli ittihamın və barəsində həmin tarixli qərarla seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, aparılan cinayət təqibi üçün əhəmiyyət kəsb edən ifadələr və digər sənədlərin sübut kimi qiymətləndirilməsi, qətnamələr və digər sənədlərdə qeyd edilən Dursunova (Seyidova) Aidǝ Knyaz qızı ilə Seyidova Aidǝ Knyaz qızı eyni şəxs olduğundan Dursunova (Seyidova) Aidə Knyaz qızı kimi qəbul edilərək oxunması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-12/2-613350/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 1(066)-107/2025 saylı qərarından görünür ki, xx.xx.1989-cu ildə Rusiya Federasiyası, Lipetsk vilayəti, Qryazi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs bаrəsində аxtаrış elаn edilməsi, Təqsirləndirilən şəxs bаrəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin «həbs» qətimkаn tədbiri ilə əvəz edilməsi və Təqsirləndirilən şəxs оlduğu yer müəyyən edildikdə dərhаl tutulаrаq Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Penitensiаr Xidmətinin 2 sаylı istintаq təcridxаnаsınа etap olunması qərara alınmışdır. Göygöl Rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli, 77/2-1811/26 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhəri ərazisində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Göygöl RPŞ-nə gətirilmiş, müvafiq sənədləşmə aparılaraq aidiyyəti üzrə Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Dursunova (Seyidova) Aidǝ Knyaz qızı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, borclu Təqsirləndirilən şəxs ona X17 və X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat ayrılmış aliment pulunu xx.xx.2025-ci il tarixə kimi olan borcunu ödəmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxs X4 qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1-ci maddəsinə tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxs Dursunova (Seyidova) Aidə Knyaz qızı ərizə ilə məhkəməyə müraciət edərək AR CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs ödəməli olduğu 6638 manatı tam ödəməsini, heç bir borcunun qalmamasını, hazırda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək AR CM-nin 306.1-ci maddəsi ilə özünü təqsirli bilməsini, zərərçəkmiş şəxs Dursunova (Seyidova) Aidə Knyaz qızına vurulan 6638 manat zərəri tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbinin olmamasını, göstərilənlərə əsasən barəsində olan AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, ziyanın ödənilməsi əsası ilə cinayət işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40cı maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci və 43.1.1-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları mövcud olduğundan, dövlət ittihamçısı etiraz etmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-107/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-107/2025
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver