Məhkəmə qərarları › İş №1(066)-109/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-109/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-109/2023 28.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Abbasov Qələmdar Ələmdar oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs:xx.xx.1986-cı il ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, döngə 1, ev 6, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. İstintaq orqanı tərəfindən ittiham belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saat 17 radələrində Göygöl rayonu ərazisində yerləşən “Fərid” restoranının həyətyanı sahəsində həmin restoranda keçirilən toy məclisində iştirak edən Zərərçəkmiş şəxs onun arvadı Şahid6 soz soruşmasını bəhanə gətirərək toy məclisində iştirak edən Şahid2 Elşad oğlunun, Şahid1 və şəxsiyyətləri istintaqa məlum olmayan çoxsaylı şəxslərin şəxslərin gözü qarşısında üzərində gəzdirdiyi istintaq tərəfindən əldə olunması mümkün olmayan bıçağı silah qismində istifadə etməklə həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağ bud nahiyəsinə bir dəfə zərbə vurub sonuncunun sağ bud nahiyyəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə, bununlada silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli sürətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafeylərinə toxunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda yerləşən “Fərid” adlı restoranda yerləşən arvad qohumunun toy məclisinə gəlmişdir. Həmin gün təxminən saat 17 radələrində həmin toy məclisində iştirak edən adı ona sonradan məlum olan Fərid adlı şəxsin yoldaşı Türkana 2 dəfə yaxınlaşıb nəsə danışdığını görmüşdür. O, əvvəlcə həmin şəxsin yoldaşının qohumu olduğunu fikirləşmişdir. Daha sonra arvadı Türkandan soruşmuşdur ki, əmin oğlu səninlə bayaq danışan oğlandır. Türkan ona demişdir ki, həmin şəxsi tanımır, ondan bəyin bibisi qızlarını soruşurmuş, o da cavab olaraq tanımadığını bildirmişdir. O, arvadının sözünə inanmamış, onda qısqanclığ yarandığından bir müddət sonra yenidən arvadından soruşmuş və arvadı ona Fəridin təkrarən bəyin bibisi qızlarını soruşduğunu bildirmişdir. O, adı ona sonradan məlum olan Fərid adlı şəxsə yaxınlaşıb, restoranın arxasına keçməsini bildirmiş, lakin Fərid arxasına keçmədiyindən restoranın qarşısına söhbət etmişlər. Fəriddən soruşmuşdur ki, “cavan gəlindən nə soruşurdun, niyə yaşlı adamdan soruşmursan” Fərid həmin suala cavab kimi “yaxşı elədiyini, kimnən istəsə soruşa biləcəyini, ona dəxli olmadığını, işi ilə maraqlanmasını bildirdiyini” O, Fəridə “həmin qadının yoldaşı olduğunu, Fərid də “cavab olaraq söz soruşduğunu, yaxşı elədiyini” bildirdiyini, O Fəridin bu sözündən sonra üzərində olan, bıçağı şalvarının bel hissəsindən çıxararaq, vurmaq istədiyini, lakin, ətrafdakı şəxslərin ona maneə yaratdığını, Fəridin isə həmin yerdən qaçdığını buna baxmayaraq o, Fəridin arxası ilə qaçaraq Fəridə bıçaqla xəsarət yetirmək istədiyini, nəticədə Fəridi tapa bilmədiyindən bıçaqla zərbə vura bilmədiyini, onun bıçağı çıxarmaqda məqsədi Fəridi öldürmək istəmədiyini, onun əcəb eləmişəm ifadəsinə görə xəsarət yetirmək olması olduğunu bildirdi. Bundan başqa bildirdi ki, Fəridin onun arvadından söz soruşandan sonra, qonaqlardan Fərid haqqında maraqlanmış və onun yaşadığı ünvanı örgənmişdir. Onun haqqında məlumatı ona görə örgənmişdir ki, əgər toyda onunla hər hansısa vaxt görüşə bilmədikdə sonradan onun yaşadığı ünvana gedərək söhbətini etsin və nəyə görə onun arvadına yaxınlaşmasını aydınılaşdırsın. Onun öldürmək məqsədi olmamışdır, qorxuzdurmaq üçün Fəridi bıçaqla vurub sadəcə xəsarət yetirmək istəmişdir. O, bildirdi ki, restoranıın qabaqında söhbətdən qabaq qısqanclıqdan Fəridə qarşı nifrət hissi duymuş və Fəridvən qısas almaq isdəmişdir. O, həmin gün toy məclisində spirtli içki olan araq qəbul etmişdir. Qeyd olunan hadisə zamanı əvvəlcə ikisi olmuş, mübahisə etdiklərini görüb, tanımadığı 2-3 nəfər şəxs onların yanına yaxınlaşmış. Ətrafa isə tanımadığı təxminən 10-15 şəxs yığılmışdır. Orada olan şəxslər onu sakitləşdirməyə çalışırmışlar. Münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı hara qoymasını xatırlamır, evə gələn zaman üzərində olmadığını görmüşdür. Hadisə zamanı o, hər hansı xəsarət almamış və həkim müayinəsindən keçmək istəməmişdir. O, özünü təqsirli bilməyərək barəsində olan cinayət işinə xitam verilərək bəraət verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 27 may 2023-cü il tarixdə Göygöl rayonunda yerləşən “Fərid” adlı restoranda qohumunun toy məclisinə gəlmişdir. Həmin gün təxminən saat 17 radələrində dostu İslam zəng edərək, toyu olan bəyin onun yanında olduğunu, bəyin bibisinin kim olduğunu öyrən şirinlik alaq demişdir. O da həmin toy məclisində iştirak edən şəxslərdən bir nəfər tanımadığı qadına restoranın dəhlizində yaxınlaşıb, “bəyin bibisi kimdi, harda oturubdur” deyə soruşmuşdur. Həmin tanımadığı qadın isə bəyin bibisinin baş tərəfdə oturduğunu demişdir və o həmin qadından uzaqlaşıb içəri daxil olmuşdur. O, gedib bəyin bibisini tapmış, şirinlik istəmişdir. təxminən 2 saat sonra yəni 17 radələrində Onun mobil telefonuna zəng daxil olduğundan o, restoranın dəhlizinə çıxmışdır. Həmin vaxt əvvəllər tanımadığı, adı ona sonradan məlum olan Sadiq adlı şəxs ona yaxınlaşmış və ona demişdir ki, “səninlə çöldə söhbət etmək olarmı”. O, cavab olaraq niyə olmur, çıxaq söhbət edək demişdir. Lakin o, nə barədə söhbət edəciyini bilməmişdir. O, adı ona sonradan məlum olan Sadiq adlı şəxssin restoranın qarşısına çıxdıqda restoranın arxa tərəfinə keçməsini təkilif etmiş, onunla işi olduğunu bildirmişdir. O, ona restoranın arxasına keşməkdən imtina edərək restoranın qarşısında söhbət edə biləcəklərini demişdir. Onlar restoranın qarşısında olarkən 2 nəfər tanımadığı şəxsdə gəlmişdir. Sadiq adlı şəxs onun ünvanına nalayiq ifadə işlədərək, sən kimsən, o qıza niyə yaxınlaşıb söz soruşubsan demişdir. O, Sadiq adlı şəxsə söyüş söyməməsini bildirmiş və demişdir ki, o, həmin qızdan söz soruşmuş, kimdən söz soruşacağını onun biləcəyi işdir. Bu səbəbdən aralarında əvvəlcə sözlə mübahisə olmuşdur. Sadiq adlı şəxs həmin vaxt bıçağı çıxarmış, onların yanında olan tanımadığı şəxslər isə Sadiq adlı şəxsi tutub saxlamağa çalışmışdır. O, Sadiq adlı şəxsin əlindəki bıçaqla onu vura biləcəyini görüb qacmış, Sadiq onun arxasınca gələrək tənəklikdə hec kim görməyən yerdə onu bir dəfə vurmuşdur. Sonradan ona məlum olmuşdur ki, Sadiq arvadını götürüb evə getmiş, o evə getdiyinə görə toy məclisinə gəlmiş və toy məclisində xalası qızı Ramidəni götürüb evlərinə getmişdir. Evə getdikdən sonra ayağında ağrılar olmuş və bu barədə xalası qızı Ramidəyə məlumat vermişdir. Xalası qızı Ramidə bunu bilib, 103 TTY xidmətinə və DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, Sadiq adlı şəxsi əvvəllər tanımamış, əvvəllər düşmənçiliyi və ədavəti olmamışdır. Qeyd olunan hadisə zamanı yanlarında onlarla eyni toy məclisində iştirak edən tanımadığı şəxslər toplaşmışdır, iki nəfər tanımadığı şəxs isə Sadiq onu bıçaqla vurmasın deyə tutub saxlamağa çalışırmışlar. Münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Hadisənin baş verməsinə səbəb onunla eyni toy məclisində iştirak edən tanımadığı bir nəfər qadına yaxınlaşıb, bəyin bibisinin kim olmasını soruşmağı olmuşdur. Hadisə zamanı yəni tənəklikdə Sadiq adlı şəxs onun sağ bud nahiyəsinə bıçaqla vuraraq xəsarət yetirmişdir və məhkəmə-tibb ekspertizasından keçmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27 may 2023-cü il tarixdə təxminən saat 09 radələrində Fərid restoranında ofisiant kimi işləmək üçün getmişdir. Həmin gün onunla eyni kənddə, yəni Mollacəllili kəndində yaşayan Eyvazın toy məclisi imiş. Həmin gün təxminən saat 17 radələrində o, siqaret çəkmək üçün işlədiyi restoranın qarşısına çıxmışdır. Həmin vaxt restoranın qarşısında keçirilən toy məclisinə gələn tanımadığı iki nəfər şəxsin bir-biri ilə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt həmkəndlisi Orxan da orada imiş. O, həmin şəxslərə onlara doğru yaxınlaşaraq, nə baş verdiyini soruşduqda, həmin şəxslər ona cavab olaraq sənlik deyil deyib, getməyini bildirmişlər. Həmin şəxslərdən biri digərinə bəyi oğruladıqdan sonra bəyin bibisinin kim olmasını niyə onun arvadından soruşması haqqında danışaraq bir-biriləri ilə mübahisə edirmişlər. O, biridə soruşub yaxşı elədiyini, kimnən istəsə soruça biləcəyini bildirmişdir. O, həmin şəxslərin bir-birilərini vurub xəsarət yetirərlər deyə yanlarında dayanmışdır. Həmin vaxt əvvəllər tanımadığı adı ona sonradan məlum olan Sadiq adlı şəxs mübahisə etdiyi əvvəllər tanımadığı adı ona sonradan məlum olan Fərid adlı şəxsə niyə onun arvadına yaxınlaşıb soruşubsan deyib, nalayiq ifadələr işlədərək, şalvarının belindən bıçaq çıxarıb, əlindəki bıçağı ilə Fərid adlı şəxsə vurmaq istədiyini, lakin o və Orxanın Sadiqi tutub saxlamaq istəməklərini, ona görə də, Sadiqin həmin bıcaqla onların üzərinə tərəf sağa-sola etməyini və nəticədə Fəridin qaçmağını, Sadiqində Fəridin araxasınca qaçdığını bildirdi. Münaqişənin yenidən baş verəcəyindən ehtiyat edib, masaya qulluq etmək üçün restorana geri qayıtmışdır. Əlavə də bildirdi ki, Sadiqin Fəridi bıcaqlamasını görməmişdir. Münaqişə zamanı o, hər hansı bir xəsarət almamış, adı ona sonradan məlum olan Sadiq adlı şəxs əlindəki bıçağı ona doğru hərəkət etdirsə də, lakin ona dəyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 27 may 2023cü il tarixdə onun Göygöl rayonu ərazisində yerləşən Fərid adlı restoranda toy məclisi keçirilirmiş. Həmin gün təxminən saat 17 radələrində o, dostları ilə Göygöl şəhərinə getmişlər, dostlarım onu apararaq, valideynlərindən toyu olması münasibəti ilə pul aldıqdan sonra o, geri restorana qayıdacaqdır. Həmin vaxt Fərid ona zəng edərək münaqişə olmasını, qohumlarının onun üzərinə gəldiyini bildirmişdir. O, restorana geri qayıdanda, toy məclisinin dağıldığını görmüşdür. Həmin vaxt anası Şahid5 qohumları Sadiq və Fəridin münaqişə etdiklərini, Sadiqin Fəridin üzərinə bıçaq çıxardığını demişdir. Daha sonra yəni toyun sabahsı günü Fərid özü ona zəng edərək onun qohumu ilə dalaşdıqlarını və bıçaqladıqlarını bildirmişdir. O, nə üstündə dalaşdıqlarını soruşduqda Fərid Sadiqin arvadından onun bibisinin kim olmasını soruşduğunu, başqa məqsədlə yaxınlaşmadığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, o, münaqişə zamanı orada olmamış, sonradan öyrəndiyinə görə münaqişəyə səbəb Fəridin Sadiqin arvadından mənim bibimin kim olmasını soruşması olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 27 may 2023-cü il tarixdə Göygöl rayonu ərazisində yerləşən ”Fərid” adlı restoranda qohumunun toy məclisinə getmişdir. O, toyda olan zaman toyda olan şəxslər restoranın qarşısında münaqişə olmasını bildirmişlər. O, nə baş verdiyini bilmək üçün restoranın qarşısına çıxmışdır. Münaqişə qurtardığından orada olanlar Fəridlə adı ona sonradan məlum olan Sadiq adlı şəxslə aralarında münaqişə baş verdiyini bildirmişlər. Fəridi tapıb nə baş verdiyini soruşmuşdur. Fərid demişdir ki, toyda iştirak edən tanımadığı bir nəfər qadından bəyin bibisinin kim olmasını soruşmuşdur, daha sonra həmin qadının əri Sadiq adlı şəxs Fəridi restoranın qarşsına çağırmış, sözlə mübahisə etmişlər. Ancaq ona Sadiq adlı şəxsin Fəridin bıçaqla vuraraq xəsarət yetirməsini bildirməmişdir. O, Fəridlə birlikdə yaşadıqları ünvana gəlmişdir. Evdə olan zaman Fəridin axsadığını görmüş, Fəriddən soruşduqda əvvəlcə heç nə olmadığını bildirsə də, daha sonra Sadiqin ayağının bud nahiyəsinə bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. O, Sadiqin sağ ayağının bud nahiyəsinin qanadığını görüb, DİN-in 102 zəng xidməti mərkəzinə və TTY xidmətinə müraciət etmişdir. Bundan başqa bildirmişdir ki, Sadiq adlı şəxsi tanımırlar, Fəridin Sadiqlə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Münaqişə zamanı orada olmamış. O, yaşadıqları evdə olan zaman Fərid ona Sadiq adlı şəxsin bıçaqla sağ ayağının bud hissəsinə xəsarət yetirdiyini, Sadiq yenidən vurmasın deyə qaçıb uzaqlaşdığını demişdir. Fəriddən öyrəndiyinə görə münaqişəyə səbəb Fəridin onun arvadından bəyin bibisinin kim olmasını soruşması olmuşdur. Hadisəni kimlərin görməsini bilməmişdir. Fərid ona ətrafda olan tanımadığı şəxslərin Sadiqin Fəridi vurmaması üçün tutub saxlamağa çalışdıqlarını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 27 may 2023cü il tarixdə oğlu Eyvazın Göygöl rayonu ərazisində yerləşən ”Fərid” adlı restoranda toy məclisi keçirilmiş, qohumu Fərid restoranın qarşısında ona “bəyi oğurladıqlarını” deyərək şirinlik istəmişdir. O, qohumu Fəridə demişdir ki, bəyi göndərin gəlsin, gələndə pullarını verəcəkdir. Bu zaman Sadiq adlı qohumu onlara yaxınlaşaraq, Fəridə gəl səninlə söhbət edəcəm demişdir. Sadiq və Fərid restoranın qarşısına çıxmışlar. Həmin vaxt o, Sadiqin arvadı Türkanla söhbət edirmişlər. O, restoranın dəhlizindən görmüşdür ki, Sadiq və Fərid əl-qolla danışa-danışa nəsə mübahisə edirmişlər. O, qohumu Orxana Sadiqgilin birdən dalaşarlar deyə, arxası ilə getməyini bildirmişdir. Qəfil Sadiqin bıçaq çıxarmasını, Ömər və Orxanın Sadiq adlı şəxsi tutub saxlamağa çalışdıqlarını görmüşdür. Həmin vaxt Sadiq Orxan və Ömərə doğru əlində olan bıçağı irəli-geri hərəkət etdirirmiş. Sadiqi tutub saxlamağa çalışsalar da Sadiq Fəridin arxası ilə qaçmışdır. Həmin vaxt Sadiq Fəridin arxası ilə qaçıb geri qayıtdıqdan sonra o, Sadiqlə söhbət edərək sakitləşdirməyə çalışmışdır. Belə etməyin lazım olmadığını demişdir. Sonra isə Sadiq arvadə Türkanla birlikdə avtomobilə əyləşərək çıxıb getmişdir. Sadiq arvadı Türkanı götürüb getdikdən sonra Fərid gəlib toyda təxminən yarım saat iştirak etmişdir. O, bildirdi ki, Sadiq Fəridi bıcaqlamamışdır, Fərid evə getdikdən sonra evdə özünü bıcaqlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Göygöl rayonu ərazisində yerləşən Fərid adlı restoranda keçirilən qohumunun toy məclisinə əri Sadiqlə birlikdə getmişlər. Həmin gün təxminən saat 17 radələrində restoranın içərisində əvvəllər tanımadığı onunla eyni toy məclisində iştirak edən adı ona sonradan məlum olan Fərid adlı şəxs ona yaxınlaşaraq bəyin bibisigilin kim olmasını soruşmuşdur. O, Fərid adlı şəxsə cavab olaraq tanımadığını bildirmişdir. Daha sonra həmin şəxs ona yenidən yaxınlaşaraq bəyin bibisinin harada oturmasını soruşmuşdur. O, yenidən ona bilmədiyini deyərək, restoranın dəhlizindən toy şənliyi keçirilən zala daxil olmuşdur. Daha sonra Sadiq onun yanına gəlib, onunla danışan şəxsin kim olmasını soruşmuş, əmisi oğlu olub-olmamasını soruşmuşdur. O, tanımadığını bildirmişdir. Sadiq onun yanından uzaqlaşıb getmişdir. Lakin hara getdiyini bilməmişdir. O, toyda olan zaman toyda olan şəxslərdən münaqişə olduğunu eşidib, restoranın dəhlizinə çıxmışdır. Həmin vaxt o, toy məclisini təşkil edən “Sayka” adı ilə tanıdığı Səadət adlı ilə birlikdə dayanmışdır. Sadiq və Fərid adlı şəxslərin sözlə mübahisə etdiklərini, yanlarında olan şəxslərin araladıqlarını görmüşdür. Daha sonra onlar yaşadıqları ünvana geri qayıtmışdır. Bundan başqa bildirmişdir ki, Sadiqdən öyrəndiyinə görə Fərid adlı şəxsin ona yaxınlaşıb niyə söz soruşub deyə bildirəndə, Fərid adlı şəxsin “yaxşı etmişəm” deməsinə görə aralarında münaqişə baş vermişdir. O, özü şəxsən kimin bir-birini vurmasını görməmişdir. Sonradan əri Sadiqdən öyrəndiyinə görə Sadiq Fərid adlı şəxsin yanında əlavə bir neçə şəxsin olmasını görüb, nəsə edəcəklərindən qorxub, bıçaq çıxarıb, O, münaqişəni kimlərin görməsini bilməmişdir. Orada olan şəxsi tanımamışdır, yanında Sayka adı ilə çağırdıqları Səadət adlı qohumu olmuşdur. X5 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəmədə şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildi. Şahid2 ifadəsində göstərmişdir ki, 27 may 2023-cü il tarixdə dayısı oğlu Şahid3 Göygöl rayonu ərazisində yerləşən Fərid adlı restoranda toy məclisi keçirilirmiş. Həmin gün təxminən saat 17 radələrində restoranın dəhlizində iki nəfər şəxsin adları sonradan ona məlum olan Sadiq və Fərid adlı şəxslərin sözlə mübahisə etdiklərini, orada olan şəxlərin isə həmin şəxsləri sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Daha sonra Sadiq və Fərid adlı şəxslərin restoranın qarşısına çıxdıqlarını görmüş və o, nəsə olmasından ehtiyat edib, həmin şəxslərin arxası ilə restoranın qarşısına çıxaraq, yanlarına getmişdir. Bu zaman həmin restoranda ofisiant işləyən həmkəndlisi Ömərdə yanlarına gəlmişdir. Sadiq adlı şəxs Fərid adlı şəxsə bəyi oğurladıqdan sonra bəyin bibisinin kim olmasını niyə onun arvadından soruşması haqqında danışaraq bir-biriləri ilə mübahisə edirmişlər. O, həmin şəxslərin bir-birilərini vurub xəsarət yetirmələrindən ehtiyat edib, yanlarında dayanmışdır. Həmin vaxt əvvəllər tanımadığı adı ona sonradan məlum olan Sadiq adlı şəxs mübahisə etdiyi əvvəllər tanımadığı adı ona sonradan məlum olan Fərid adlı şəxsə niyə onun arvadına yaxınlaşıb soruşubsan deyib, Fəridində yaxşı eləmişəm sözünü bildirəndən sonra, şalvarının belindən bıçaq çıxararaq, əlindəki bıçaqla Fəridi bıcalamaq istəmişdir. O və həmkəndlisi Ömər adı ona sonradan məlum olan Sadiq adlı şəxsi tutub saxlamağa çalışsalar da o əlində olan bıçağı ona və Ömərə doğru irəli-geri hərəkət etdirmişdir. Daha sonra restoranın qarşısında olan həmin toy məclisdə iştirak edən şəxslər onlara doğru gəlmişdirlər. Lakin Sadiq adlı şəxs əlində bıçaqla Fərid adlı şəxsi vurub xəsarət yetirmək üçün arxası ilə qaçmışdır. Daha sonra münaqişə baş verən yerə həmin toy məclisində iştirak edən şəxslərin toplaşdığını görmüşdür. Orada olan şəxslər Sadiq adlı şəxsi sakitləşdirməyə çalışırmışlar. Bundan başqa bildirmişdir ki, münaqişə səbəb adı sonradan ona məlum olan Fərid adlı şəxsin Sadiq adlı şəxsin arvadından bəyin bibisinin kim olmasını soruşması, Fəridin də yaxşı eliyib sözünü bildirməsi olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 232 saylı rəyindən məlum olur ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bu nahiyəsinin deşilmiş-kəsilmiş yarası – deşici-kəsisci alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Gəncə şəhər İHB-nın xx.xx.2023-cü il tarixli 2963 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, döngə 1, ev 6, mənzil 2-də yaşayır. Himayəsində 2015- ci il təvəllüdlü X7, 2017- ci il təvəllüdlü X10 adlı iki uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli (reyestrdə 8İ-3528 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş) notarial qaydada təsdiq olunmuş ərizəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə hadisənin aşağıdakı qaydada olması sübuta yetmişdir: - Təqsirləndirilən şəxs arvadı Şahid6 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda yerləşən Fərid adlı restoranda yerləşən qohumunun toy məclisinə gəlmişdir. - Həmin gün təxminən saat 17 radələrində həmin toy məclisində iştirak edən Fərid adlı şəxs Sadiqin arvadı Türkana ayrı ayrılıqda iki dəfə yaxınlaşıb birinci səfərdə bəyin bibisinin kim olmasını, ikinci səfərdə bəyin bibisinin harda əyləşməsini soruşmuşdur. - Təqsirləndirilən şəxsla Türkan Fərmanov arasında Fəridin kim olması və nəyə görə Türkandan soruşması barədə dialoq olmuş, Türkanda Fəridlə danışdığı sözləri Sadiqə bildirmişdir. - Sadiq Fəridə şənlik evinin arxasına heç kimin olmadığı yerə keçməsini bildirmiş, Fərid şənlik evinin arxasına getməkdən imtina etmiş, sözlərini restoranın qarşısında danışa biləcəklərini bildirmişdir. - Sadiq Fəridən soruşmuşdur ki, sən cavan gəlinən nə soruşurdun, niyə yaşlı adamdan soruşmursan, gedib cavan qadından soruşursan, həmin qadın mənim yoldaşımdır. Fərid də cavab olaraq söz soruşduğunu, yaxşı elədiyini, onun ağzına hec kimin qıfıl qoya bilməyəcəyini kimdən istəsə soruşa biləcəyini bildirmişdir. - Sadiq Fəridin “ yaxşı elədiyini, onun ağzına hec kimin qıfıl qoya bilməyəcəyini ” ifadəsinə həmçinin qısqanclıq zəminində üzərində olan, şalvarının bel hissəsinə qoyduğu bıçaqı çıxararaq, Fəridi bıçaqla vurmaq istəmişdir. - Yanlarında olan Orxan və Ömər Sadiqə mane yaratmış və Sadiq Fəridi bıçaqla vura bilməmiş nəticədə Fərid hadisə yerindən qaçmışdır. - Sadiq Fəridin arxası ilə qaçmışdır ki, Fəridi tutub, bıçaqla xəsarət yetirsin. Sadiq Fəridi tənəklikdə tək tutmuş və birdə dəfə Fəridin sağ bud nahiyəsindən bıcaqlamışdır. - Sadiqin niyəti əvvəlcə xəsarət yetirmək olmasada sonradna Fəridin sözü ondan qısqanclıq yaratdığından onu bıcaqla yaralamaq olmuşdur. - Sadiq Fəridi restoranın qarşısında bıcaqlamamış arxasınca qacaraq tənəklikdə heç kimin görmədiyi yerdə bıçaqlamışdır. Hadisənin sübuta yetən hallarından müəyyən olunur ki, Sadiqin niyyətində xuliqanlıq hərəkətləri olmamışdır. Belə ki, o, Fəridi şənlik evinin arxasına keçirməklə orda ikisi arasında söhbəti aparmaq istəmişdir. Bununlada xuliqanlığ niyyəti aradan qalxmışdır. Həmcinin Sadiqin ifadəsindəndə müəyyən olunr ki, hadisə olmamışdan əvvəl Fəridin ünvanını şənlik evində olan qonaqlardan soruşmaqla, qısqanclıqdan ona qarşı gizli düşmənçilik bəsləmişdir. Həmcinin Təqsirləndirilən şəxs verilmiş ittihamın tam mahiyyəti ondan ibarət olmuşdur ki, Sadiq Fəridə restoranın qarşısında toplaşmış insanların gözü qarşısında bıcaqla sağ bud nahiyəsindən vurmaqla xuliqanlığ etmişdir. Göründüyü kimi ittihamda Sadiqin Orxan və Ömər tərəfə bıcaqla sağa sola yeləməsini xuliqanlığ kimi qiymətləndirməmişdir. İşə baxan məhkəmə verilmiş ittiham üzrə işə baxdığından Sadiqin Orxan və Ömərə tərəfə bıcaqla sağa sola yeləməsinə qiymət verə bilməz. Məhkəmə onuda qeyd edir ki, Sadiq bıcağı şəxslərin gözü qarşısında vurmamış, təklikdə tənəklikdə vurmuşdur ki, bu da xuliqanlıq kimi yox, qəsdən sağlamlığa zərər vurma kimi qiymətləndirilir. Xüsusilə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış, onun belə niyyətinin olması müəyyən edilməmiş və sübut olunmamışdır. Beləliklə məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək, törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasından, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində məhz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edir. Bundan başqa işə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar