Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-11/2024 14.06.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Ermənistan Respublikası, Yexeknadzor rayonunda anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri Kəpəz rayonu N.Nərimanov küçəsi ev 8, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Göygöl Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 08 (səkkiz) ədəd ümumi təmiz çəkisi yaş halda 1050 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda Samux rayonu Sərkar kəndi ərazisində su kanalının kənarında yerləşən sahibsiz torpaq sahəsində şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş, və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etmiş, 15 iyul 2023-cü il tarixdə saat 17:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 08 (səkkiz) ədəd ümumi təmiz çəkisi yaş halda 1050 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu Sərkar kəndi ərazisində su kanalının kənarında yerləşən sahibsiz torpaq sahəsindən aşkar edilərək götürülmüşdür Bundan başqa o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd polietilen torbada, təmiz çəkisi 410 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 08 avqust 2023-cü il tarixdə saat 17:10 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Samux şəhəri Heydər Əliyev prospektində yerləşən “Heydər Əliyev” adına olan parkda saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd polietilen torbada, təmiz çəkisi 410 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahı həmçinin 05 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62 x 39 mm kalibrli olmaqla həmin kalaşnikov konstruksiyalı silahın ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, darağı əldə edib üzərində daşıyaraq saxlamış, 27 avqust 2023-cü il tarixdə Göygöl Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən Göygöl şəhər avtovağzalında saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində şəxsi axtarış zamanı onun üzərindən, qanunsuz olaraq daşıyaraq saxladığı bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah həmçinin 05 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62 x 39 mm kalibrli olmaqla həmin kalaşnikov konstruksiyalı silahın ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, avtomat darağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-ci və 237.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri Kəpəz rayonu N.Nərimanov küçəsi ev 8, mənzil 3-də yaşayır. Samux rayon ərazisinə Kür çayı sahilində çətənə kollarının yabanı şəkildə bitməsini bilmişdir. Buna görə də özü istifadəçisi olduğu üçün 2023-cü ilin xatırlamadığı ayında Samux rayonu ərazisində Kür çayının sahilində oradan əldə etdiyi 8 ədəd toxum götürüb, cibində saxlamış, həmin sahibsiz ərazidə əkmiş, əkmiş olduğu çətənə kollarını mütəmədi olaraq diblərini peyin töküb sulamışdır. 15 iyul 2023-cü il tarixdə yenidən həmin yerə getmiş, həmin çətənə kollarını sulamışdır. Həmin vaxtı iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək, polis əməkdaşları olmalarını bildirmişlər. Sonra polis əməkdaşları onun razılığı ilə çətənə kolları əkdikləri əraziyə adını sonradan Şahid5 kimi bildiyi aqronomun iştirakı ilə baxış keçirmişlər. O, könüllü olaraq arxın kənarını göstərərək həmin ərazidə çətənə kollarını əkib becərməsini bildirmiş, həmin sahəyə baxış zamanı orada 08 ədəd müxtəlif ölçülərdə çətənə kolları aşkar etmişlər. Aqronom Şahid5 08 ədəd aşkar edilmiş koları müəyyən etdikdən sonra həmin kolların aqro-texniki qaydada qulluq olunmuş çətənə kolları olmasını bildirmişdir. Daha sonra arxın kənarından aşkar edilmiş çətənə kolları qablaşdırılaraq götürülmüş, müvafiq protokol tərtib edilərək onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa 2023-cü ilin iyul ayında Kür çayının sahilində yabanı halda bitən çətənə kollarından yığaraq həmin yerdə gələcəkdə istifadə etmək məqsədi ilə qurutmuşdur. 08 avqust 2023-cü il tarixdə həmin marixuananı sellofana yığıb özündə saxlamışdır. Həmin gün saat 17 radələrində Samux şəhərində yerləşən “Heydər Əliyev” adına olan parkda piyada yeriyərkən mülki şəxslər yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olmalarını bildirmişlər və onun narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmiş, Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirildikdə, üzərimdə qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əlində olan qarışıq rəngli sellofanı təqdim etmiş və bildirmişdir ki, həmin sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin narkotik vasitəni Samux rayonu Kür çayının sahilindən taparaq qurutmuşdüğunu və özü istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 420 (dörd yüz iyirmi) qram olmuş, əməlimi səmimi olaraq etiraf etmişdir. Bundan başqa 25 avqust 2023-cü il tarixdə Gəncə şəhər ərazisində çay kənarından qara rəngli sellofan torbanı görüb sellofanı açanda onun içərisində bir ədəd avtomat, beş ədəd patron və bir ədəd sandığın olmasını görüb özü ilə götürmüşdür. Gəncə şəhər ərazisində çay kənarından tapdığı 1 ədəd avtomatı, beş ədəd patronu və 1 ədəd sandığı 27 avqust 2023-cü il tarixdə Göygöl şəhər ərazisində qəbirsanlığın kənarında gizlətmək məqsədi ilə Göygöl şəhəri, Azay Kazımov küçəsinə gəlmişdir. 27 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Göygöl şəhəri Avtovağzalı adlanan ərazidə silah üzərimdə olan zaman mülki geyimdə iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu Göygöl RPŞ-yə gətirmişlər. Polis Şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və ona təklif olunmuşdur ki, üzərində silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular varsa, təqdim etsin. O, baxış zamanı əlində olan qararəngli selofan torbanın içərisində bir ədəd avtomat silahı, 1 ədəd sandıq və 5 ədəd patronu təqdim etmiş, bundan sonra həmin silah, partonlar və sandığı ağ rəngli çuvala qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, həmin çuvalın üzərindəki kağıza, bu barədə tərtib olunmuş protokolu onun və digər iştirakçılar tərəfindən imzalamışdır. Həmin silahdan istifadə etməmiş, marağı olduğu üçün onu götürmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Samux rayonu Sərkar kəndində yerləşən su kanalının kənarında sahibsiz ərazidə narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə Samux RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat ilə əlaqədar tərkibinə onun da daxil olduğu şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. Baxışda iştirak etmək üçün aqronom ixtisasına malik, Şahid5 mütəxəssis qismində könüllü olaraq tədbirə cəlb olunmuşdur. Onlar 15 iyul 2023-cü il tarixdə saat 14 radələrində Samux rayonu Sərkar kəndində yerləşən su kanalının kənarında sahibsiz əraziyə getmişlər,həmin ərazidə Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona yaxınlaşıb burada nə işlə məşğul olduğunu soruşan zaman o,çətənə bitkilərini əkdiyini və onlara aqrotexniki qulluq göstərdiyini bildirmişdir. Bundan sonra həmin yerə baxış keçirilmiş və kökü torpaqda olan 8 (səkkiz) ədəd narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 avqust 2023-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumat ilə əlaqədar təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin gün saat 17 radələrində əməliyyat müvəkkili Şahid7 ilə birlikdə Samux şəhərində yerləşən “Heydər Əliyev” adına olan parka getmişlər. Orada Təqsirləndirilən şəxs piyada getdiyini görmüşlər. O, Şahid7la birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar və xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və Samux RPŞ-nə getməyini təklif etmişlər, Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, təhqiqatçı Ehtiram Qafarov tərəfindən şübhəli şəxs qismində tutulmuş, video çəkilişdən istifadə edilməklə və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qarışıq rəngli sellofanı təqdim edərək içərisində qurudulmuş marixauana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və müvafiq protokol tərtib edilərək, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin əməkdaşı Şahid7 da Şahid6 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Göygöl Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində qanunla saxlanması və gəzdirilməsi qadağan edilmiş odlu silahı üzərində gəzdirməsi barədə daxil olmuş, həmin məlumat ilə əlaqədar tərkibinə onun da daxil olduğu şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. O, əməliyyat müvəkkili Şahid2la birlikdə Göygöl şəhər Azay Kazımov küçəsinə gedərək və orada Təqsirləndirilən şəxs hərəkət etməsini görüb, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu üzərində baxış kemirilməsi üçün onu Göygöl Rayon Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında vəkil təyin olunmaqla Göygöl RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən onların iştirakı ilə baxış və şəxsi axtarış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya olub olmaması, vardırsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofanı təqdim edərək içərisində bir ədəd silah, bir ədəd daraq və 5 ədəd patron olmasını, qeyd etdiklərini Gəncə şəhərində çay kənarından tapdığını, Göygöl rayon ərazisinə qəbiristanlıqda basdırmaq üçün gətirdiyini bildirmişdir. Bundan sonra həmin sellofan torbaya iştirakçılar tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanın içərisindəki bir ədəd nömrəsi silinmiş AKM modelli avtomat, bir ədəd daraq və 5 ədəd patrondur. Təqsirləndirilən şəxs həmin silahı tapdığını, həmin silahın onda olmasından ailə üzvlərinin xəbəri olmadığını, silahdan heç kəsin xəbəri olmadığını ümumiyyətlə bununla bağlı heç kimə məlumat vermədiyini bildirmişdir. Baxış və götürmə ilə bağlı təhqiqatçı Elşən Əmiraslanov tərəfindən protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və protokol iştirakçılara oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Samuxl rayon polis şöbəsinin əməliyyat müvvəkili Səxavət Nəsibovun “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 15 iyul 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göygöl rayon polis şöbəsinin əməliyyat müvvəkili Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 27 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 iyul 2023cü il tarixli «baxış və götürmə aparılması barədə»protokoldan görünür ki, 15 iyul 2023-cü il tarixdə Samux rayonu Sərkar kəndində yerləşən arxın kənarında yerləşən sahəyə aqronom Şahid5 iştirakı ilə baxış keçirilmiş həmin ərazidə 08 ədəd ilk baxışdan çətənə kollarına bənzər bitkilər aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom Şahid5 həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri təxminən 10 aprel 2023-cü il tarixdə əkməsini bildirmişdir. Aşkar olunmuş bitkilər elektron tərəzidə çəkildikləri zaman onların çəkisinin 1 kiloqram 315 qram olması müəyyən edilmişdir. 08 ədəd çətənə bitkisinə oxşar bitkilər iki ədəd çuvalla qablaşdırılmaqla götürülmüş, baxış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. Aqronom (mütəxəssis) Şahid5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 avqust 2023-cü il tarixli «axtarış və götürmə aparılması barədə»protokoldan görünür ki, 08 avqust 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan tünd göy rəngli sellofanı təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu, təxminən 1 ay əvvəl kür çayının kənarından özü istifadə etmək üçün yığdığını bildirmişdir. 08 avqust 2023-cü il tarixdə Samux rayonu Nəbiağalı qəsəbəsində qəsəbəsində yerləşən H.Əliyev parkında gəzdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkildiyi zaman 420 qram olması müəyyən edilmiş, qablaşdırılaraq götürülmüş, protokol tərib edilmişdir. baxış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 avqust 2023-cü il tarixli «axtarış və götürmə aparılması barədə»protokoldan görünür ki, 27 avqust 2023-cü il tarixdə aparılan axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı bir ədəd “AKM” modelli avtomat, bir ədəd daraq və beş ədəd 7,62 x 39 mm kalibrli patronlar aşkar edilərək götürülmüş, baxış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə-bioloji ekspertizası üzrə 16 iyul 2023-cü il tarixli, 16/729 saylı rəyin nəticə hissəsində qeyd olunur ki: tədqiqata təqdim edilmiş, üzərində “15 iyul 2023-cü il tarixdə Samux rayonu Sərkar kəndində aşkar edilmiş 08 ədəd çətənə kolu” adlar və imzalar olan sintetik kisədəki 8 (səkkiz) ədəd ümumi təmiz çəkisi 1050 qram bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqatdan sonra 1049,84 qram qalıq qalmışdır. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair 16 iyul 2023-cü il tarixli bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 32 (otuz iki) manat, 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə 09 avqust 2023-cü il tarixli, 16/796 saylı rəyin nəticə hissəsində qeyd olunur ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 bölməsinin 09 avqust 2023-ci il tarixli 16/796 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs.” sözlər və imzalar olan üzəri yapışqınlı lentlə sarınmış qarışıq rəngli polietilen torbada, təmiz çəkisi 410 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqatdan sonra 409,95 qram qalıq qalmışdır. Adı çəkilən Mərkəzin ekspertiza xərcinə dair 09 avqust 2023-cü il tarixli bildirişlərindən görünür ki, aparılmış tədqiqatların ümumi dəyəri 32 (otuz iki) manat, 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş 23/677 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silahdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 05 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62 x 39 mm kalibrli olmaqla həmin kalaşnikov konstruksiyalı silahın ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. - Təqdiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 01 ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş AKM modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və gili nümunələri idarənini “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Müqayisəli tədqiqat zamanı “03” ədəd qalıq patron qalmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 21 avqust 2023-cü il tarixli, 1410 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli 1423 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokollardan götünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 8 ( səkkiz) ədəd, ümumi təmiz çəkisi 1050 qram olmuş, tədqiqatdan sonra qalıq qalmış 1049,84 qram çəkidə narkotik tərkibli çətənə(kannabis) bitkiləri, ümumi təmiz çəkisi 410 qram olmuş, tədqiqatdan sonra qalıq qalmış 409,95 qram çəkidə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, tədqiqatdan sonra 02 ədəd qalmış zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62 x 39 mm kalibrli patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və şəxsi axtarış aparılan zamanı qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, 8 (səkkiz) ədəd, tədqiqatdan sonra qalıq qalmış 1049,84 qram çəkidə narkotik tərkibli çətənə(kannabis) bitkiləri, 409,95 qram çəkidə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, tədqiqatdan sonra 02 ədəd qalmış zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62 x 39 mm kalibrli patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq məhkəməyədək saxlanılmasından ötrü Göygöl RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 03 ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 25 iyul 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, və Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1(125)-418/2023 nömrəli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1(125)- 418/2023 nömrəli hökmünə əsasən cəzasının əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmaqla 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməllərini törədərkən məhkumluğu olmamışdır. Ona görə də o, məhkuluğu olmayan şəxs hesab edilməlidir. Cinayət işinin materiallarında olan qərar və protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə saat 17:55-də şühbəli şəxs qismində tutulmuş, 17 iyul 2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan qərar və protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 18:15-də şühbəli şəxs qismində tutulmuş, 10 avqust 2023-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan Göygöl Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 27 avqust 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və doğum haqqında olan şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Cinayət işinin materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il qərarının 9-cu bəndində qeyd ediliir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1, 234.1-ci və 237.1-ci maddələri ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona həmin maddələr qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin edilmiş həmin cəzalar qismən toplamaq yolu ilə X5 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını və müsbət xasiyyətnamə ilə səciyyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1(125)-418/2023 nömrəli hökmünə əsasən cəzasının əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmaqla 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 avqust 2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 04 (dörd) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü bir gün hesabı ilə nəzərə almaqla, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından həmin müddət çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Göygöl RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan 08 (səkkiz) ədəd təmiz çəkisi 1049,84 qram çəkidə narkotik tərkibli çətənə(kannabis) bitkilərinin, tədqiqatdan sonra qalıq qalmış 409,95 qram çəkidə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, tədqiqatdan sonra 02 ədəd qalmış zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62 x 39 mm kalibrli patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat baş idarəsinə təhvil verilməsini, Təqsirləndirilən şəxs cəzanın əvvəlinin 27 avqust 2023-cü il tarixdən hesablanmasını, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 64 (altmış dörd) manat, 80 (səksən) qəpik pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, 03 (üç) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Onun bu cinayət işi üzrə şühbəli şəxs qismində 04 (dörd) gün müddətə həbsdə saxlanılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-ci maddəsinə əsasən bir günü bir gün hesabı ilə nəzərə almaqla, ona təyin olunmuş 02 (iki) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 1(125)-418/2023 nömrəli hökmünə əsasən cəzasının əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmaqla təyin edilmiş 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən birləşdirilməklə ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə qəti cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 27 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan cəmi təmiz çəkisi 08 (səkkiz) ədəd təmiz çəkisi 1049,84 qram olan narkotik tərkibli çətənə(kannabis) bitkiləri, tədqiqatdan sonra qalıq qalmış 409,95 qram çəkidə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd nömrəsi silinmiş 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, tədqiqatdan sonra 02 ədəd qalmış zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 7,62 x 39 mm kalibrli patron, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat baş idarəsinə təhvil verilsin. Videoçəkilişlərin aparıldığı 03 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat, 80 (səksən) qəpik məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(066)-11/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-11/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver