Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-111/2025 29.01.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Goranboy rayonu, Faxralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İ qrup əlil, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.827 qram psixotrop maddə -metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 28 sentyabr 2025-ci il tarixdə saat 18:25 radələrində Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Göygöl rayon Mərkəzi Xəstəxanasının yaxınlığında müəyyən edilərək üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd gümüşü rəngli kağız bükümün içərisindəki ümumi təmiz çəkisi 0,827 qram psixotrop maddə-metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. Təxminən bir il əvvəldən tanımadığı şəxslərdən əldə etdiyi, Sümayyə kimi tanıdığı qadının “vhatsap” mobil nömrəsi ilə əlaqə saxlayaraq narkotik vasitə “marixuana” növündən əldə edərək istifadə etmişdir. Narkotik vasitə əldə etmək üçün həmin şəxsə mesaj yazdığı zaman ona göndərdiyi bank kartına ödəniş etdikdən sonra narkotik vasitəni qoyduğu yeri ona yazmış və o da həmin yerdən gedib narkotik vasitəni götürmüşdür. Bununla bağlı bir neçə dəfə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o, yenə də Sümayyə kimi tanıdığı şəxsin “Vatsap” proqramına mesaj yazaraq şəxsi istifadəsi üçün “patı” və “marixuana” istəmiş, pulunun olmadığını, ödənişi isə pulu olan zaman edəcəyini demiş, o da razılaşmışdır. Sonra ona “Vatsap” vasitəsilə məkan göndərərək narkotik vasitəni həmin məkana qoyduğunu və oradan götürməyini demişdir. O da konumda göstərilən ünvana, yəni Göygöl rayonu Mərkəzi Xəstəxanasının yaxınlığına gəlmişdir. Sümayyə əvvəlcədən narkotik vasitəni qoyduğu yerin şəklin çəkib ona göndərmişdir. O, xəstəxananın yaxınlığında, işıq dirəyinin dibinə qoyulmuş falqaya bükülmüş “patını” və kağıza bükülmüş marixuananı götürmüşdür. Təxminən bir neçə metr piyada narkotik vasitə də üzərində olduğu zaman hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitənin daşımasında şübhəli olduğunu, bu səbəbdən üzərinə baxış keçirilməli olduqlarını bildirmişlər. O da əynində olan şalvarın sağ cibində saxladığı “patı” dedikləri narkotik vasitəni, həmçinin kağıza bükülü “marixuana”-nı təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə hesab olunan qurudulmuş marixuana və “patı” dedikləri metamfetamin elektron tərəzi vasitəsi ilə ölçülmüş və marixuananın çəkisinin 0,44 qram olması, “patı” dedikləri metamfetaminin çəkisinin 1,14 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin narkotik vasitə zərflə qablaşdırılaraq möhürü ilə möhürlənmişdir. O da digər iştirakçılarla birlikdə həmin zərfin üzərini imzalamışdır. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi haqqında tərtib olunmuş protokol ona ucadan oxunmuşdur. Heç bir əlavəsi və düzəlişi olmamışdır. Bundan sonra onu Göygöl rayon Polis Şöbəsinə gətirmişlər. Polis əməkdaşları ilə birlikdə Göygöl Rayon polis şöbəsinə gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməsi Göygöl RPŞ-nin təhqiqatçısı İsmət Məmmədova həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiəsi üçün ona təqdim olunmuş siyahıdan Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi seçərək onun dəvət olunmasını xahiş etmişdir. Vəkil gəldikdən sonra qəbul edilmiş qərar əsasında vəkili və şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə başlamazdan əvvəl üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və ya onun prekusorlarının, psixotrop maddə və yaxud başqa qanunla saxlanması və daşınması qadağan olunmuş hərhansı əşya olub olmaması, vardırsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində qanunla dövriyyəsi və gəzdirilməsi qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də hərhansı qanunla saxlanması və daşınması qadağan olunmuş narkotik vasitə və yaxud başqa bir əşya aşkar olunmamışdır. Əlavə olaraq bildirdi ki, həmin şəxsin nömrəsini təxminən bir il əvvəl əldə etmiş, lakin kimdən aldığını xatırlamır. Həmin şəxs hər dəfə fərqli kart nömrəsi vermişdir. Lakin həmin şəxsə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə istədiyi narkotik vasitəni pulsuz əldə etmişdir. Sonra pulunu verəcəyini bildirmişdir. O, heç kimə nə satmamış, nədə pay verməmişdir. O, ancaq öz tələbatı üçün istifadə etmişdir. O, qurudulmuş marixuanadan əvvəllər istifadə etmiş, həmin narkotik vasitəni siqaretə dolduraraq yandırmaqla çəkmişdir. Metamfetamini isə şüşə lampuşkaya dolduraraq altından yandıraraq havasını daxilinə dartmaqla istifadə etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanadan və metanfetamindən heç kimə nə satmamış, pay verməmiş, nə də istifadə üçün təklif etməmiş, sadəcə olaraq şəxsi istifadəsi məqsədi ilə götürmüşdür. Rayon polis şöbəsinə gətirildiyi zaman və rayon polis şöbəsində olduğu zaman ona qarşı hərhansı zorakılıq hərəkətləri edilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə birlikdə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilməsini, “Konsitutsiya və Suverenlik İli” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin amnistiya haqqında qanununun ona tətbiq olunmasına etirazının olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2017-ci ildən DİO-da, 2025-ci ildən isə hazırkı tutduğu vəzifədə yəni, Daxili İşlər Nazirliyinin Göygöl RPŞ-nin X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç vaxt mübahisəsi, münaqişəsi, ədavəti, düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri qısa müddət ərzində realizə edəcəyinə, gizlədəcəyi ehtimalı olduğundan daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, və ya cinayət törətdikdən sonra yaxalanması, narkotik vasitənin və psixotrop maddənin, cinayətin izlərinin vaxtında aşkar edilməsi, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanması məqsədilə xx.xx.2025-ci il tarixdə onun tərəfdən qəbul edilmiş qərar əsasında Göygöl RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Göygöl RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə 18:25 radələrində Göygöl şəhəri, A.Hacıyev küçəsi, Göygöl RMX-nin yaxınlığından keçən torpaq yolda müəyyən edilmiş, saxlanılan zaman video görüntü ilə cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olub-olmaması, üzərinə baxış keçiriləcəyi, müsbət halda təqdim edilməsi təklif edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərində saxladığı, əynində olan tünd göy rəngli şalvarın sağ ön yan cibində saxladığı iki ədəd bükümü təqdim edərək həmin kütlələrin “marixuana” və “metamfetamin” olduğunu, şəxsi istifadə üçün üzərində saxladığını, əvvəlcədən Sümayyə kimi tanıdığı və vatsap proqramı vasitəsi ilə əlaqə saxladığı şəxsdən aldığını, əvvəllər istifadə etmədiyini, satmadığını və pay vermədiyini bildirmişdir. Həmin kütlələr Təqsirləndirilən şəxs saxlanıldığı yerdə elektron tərəzi ilə ölçülmüşdür. Tərəzi düz yerə qoyularaq ilk öncə göstəricinin düzgün olması Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra həmin bükümlərdən ağ rəngli kağıza bükülmüş “marixuana”ya bənzər kütlə elektron tərəzidə çəkilərək bir ədəd büküm ilə birlikdə çəkisi 0,44 qram, həmin bükümlərdən gümüşü rəngli falqa bükümün içərisində olan “metamfetamin”ə bənzər kütlə elektron tərəzidə çəkilərək bir ədəd büküm ilə birlikdə çəkisi 1,14 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin ölçüsünə baxmışdır. Bundan sonra həmin kütlələr ağ zərfdə qablaşdırılmışdır. Həmin zərf 72 nömrəli möhürlə möhürlənmişdir. Həmin zərfi iştirakçılar, Təqsirləndirilən şəxs və o da imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğundan Göygöl RPŞ-nə gətirilmişdir. Göygöl RPŞ-də cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada polis əməkdaşlarının, o cümlədən onun, həmçinin Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına öz istəyi əsasında təyin edilmiş Göygöl rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Onun üzərinə şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı İsmət Məmmədov tərəfindən şəxsi axtarış keçirilməsi üçün istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi gəldikdən sonra artıq 28 sentyabr 2025-ci il tarixdə saat 19:40-da onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən ona üzərində narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilkin saxlandığı vaxt üzərində olan narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etdiyini, üzərində hazırda heç bir qanunla dövriyyəsi qadağan edilmiş əşya, narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Həmin kütlələri əvvəlcədən Sümayyə kimi tanıdığı və vatsap proqramı vasitəsi ilə əlaqə saxladığı şəxsdən aldığını, özü istifadə etmək üçün üzərində saxladığını, əvvəllər istifadə etmədiyini, satmadığını və pay vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin zaman onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş hərhansı əşya aşkar edilməmişdir. Üzərinə baxış keçirilməsi ilə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol təhqiqatçı tərəfindən ucadan oxunmuşdur. İştirak edən şəxslərin hamısı tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə, xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Sonra baxış keçirilməsi ilə bağlı müvafiq sənədləşmə aparılmış, o da həmin sənədləri imza etmişdir. Təqsirləndirilən şəxs marixuananı və metamfetamini haradan əldə etməsi barədə dəqiqləşdirilmiş məlumatları yoxdur. Təqsirləndirilən şəxs həmin kütlələri əvvəlcədən Sümayyə kimi tanıdığı və vatsap proqramı vasitəsi ilə əlaqə saxladığı şəxsdən aldığını, şəxsi istifadə üçün üzərində saxladığını, əvvəllər istifadə etmədiyini, satmadığını və pay vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Göygöl RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Azərbaycan Respublikası DİN-nin Göygöl RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti polis kapitanı Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1/2010 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aidiyyəti üzrə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ilkin araşdırma zamanı Göygöl rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 28 sentyabr 2025-ci il tarixdə 18:25-də Göygöl şəhəri, A.Hacıyev küçəsi, Göygöl RMX-nin yaxınlığından keçən torpaq yolda saxlanılmış, videogörüntü ilə üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ ön yan cibində saxladığı iki ədəd bükümü təqdim edərək həmin kütlələrin “marixuana” və “metamfetamin” olduğunu, şəxsi istifadə üçün üzərində saxladığını, əvvəlcədən Sümayyə kimi tanıdığı və vatsap proqramı vasitəsi ilə əlaqə saxladığı şəxsdən aldığını əvvəllər istifadə etmədiyini, satmadığını və pay vermədiyini bildirir. Həmin kütlələr Təqsirləndirilən şəxs saxlanıldığı yerdə elektron tərəzi ilə ölçülür. Tərəzi düz yerə qoyularaq ilk öncə göstəricinin düzgün olması Təqsirləndirilən şəxs təqdim edilir. Bundan sonra həmin bükümlərdən ağ rəngli kağıza bükülmüş “marixuana”ya bənzər kütlə elektron tərəzidə çəkilərək bir ədəd büküm ilə birlikdə çəkisi 0,44 qram, həmin bükümlərdən gümüşü rəngli falqa bükümün içərisində olan “metamfetamin”ə bənzər kütlə elektron tərəzidə çəkilərək bir ədəd büküm ilə birlikdə çəkisi 1,14 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin kütlələrin ölçüsünə baxır. Bundan sonra həmin kütlələr ağ zərfdə 72 nömrəli möhürlə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayon Polis Şöbəsinə gətirilmişdir. “Şəxsin şübhəli şəxsin qismində tanınması və tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınması və onunla şübhəli şəxs qismində zəruri hərəkətlər keçirilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 28 sentyabr 2025-ci il tarixdə, saat 19:20 dəqiqədə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə Göygöl RPŞ-nin inzibati binasında Göygöl RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı İsmət Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Göygöl RPŞ-nin MSY-nə təhvil verilmişdir. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması, şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl rayon Polis Şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqat bölməsinin təhqiqatçısı baş leytenantı İsmət Məmmədov tərəfindən şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış 28 sentyabr 2025-ci il tarixdə saat 19:40-da başlanmış, 19:44-də qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hərhansı əşya, narkotik vasitə və yaxud onun prekusorları aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış videolentə alınaraq 01 ədəd “DVD” diskə köçülərək protokola əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin narkotik vasitə olub-olmamasını, psixotrop maddə metamfetaminin psixotrop maddə olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə kimyəvi-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinə həvalə edilmişdir. Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 29 sentyabr 2025-ci il tarixli 16/825 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki; 1 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,19 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd gümüşü folqa kağız bükümdə, təmiz çəkisi 0,827 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza zamanı marixuanadan tədqiqata 0,02 qram sərf edildikdən sonra 0,17 qram qalıq qalmışdır. Ekspertiza zamanı metamfetamindən tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,777 qram qalıq qalmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1 (bir) ədəd ağ rəngli kağız bükümün içərisindəki ümumi təmiz çəkisi 0,17 qram narkotik -vasitə qurudulmuş “marixuana” və 1 (bir) ədəd gümüşü rəngli falqa bükümün içərisində ümumi təmiz çəkisi 0,777 qram psixotrop maddə - “metamfetamin”, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair və üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş, tədqiqatdan sonra qalıq qalmış 0,17 qram narkotik vasitə - qurudulmuş “marixuana” və 0,777 qram psixotrop maddə - “metamfetamin” saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi və və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair və üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntülər olan 01 ədəd “DVD” diskə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərarın ona elan olunmaqla, sürətinin təqdim edilməsi, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilməsi məqsədilə icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, seçilmiş qətimkan tədbrinin icra edilməsi üçün qəbul edilmiş qərarın sürətinin Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-na göndərilməsi, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Cinayət işinin istintaq sənədlərinə əlavə edilmiş Göygöl rayon məhkəməsinin hakimi Leyla Hüseynzadənin 30 sentyabr 2025-ci il tarixli 5(066)-64/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası DİN-in Göygöl rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 28 sentyabr 2025-ci il “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı” ilə həyata keçirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması və şəxsi axtarış və götürə tədbirlərinin həyata keçirilməsi mıhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. “Telefona baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Göygöl RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X7 icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə baxış axtarış zamanı götürülmüş 01 ədəd mobil telefona Göygöl RPŞ-nin inzibati binasında baxış keçirmiş, baxış otaq şəraitində, suni işıqlanrıma şəraitində aparılmış, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd mobil telefon – “Samsung” markalı, qara rəngdədir, üzü tam ekrandır, sensor mexanizimdir. Arxa hissəsində yuxarıdan aşağıya doğru sıralanan kiçik kamera vardır. Mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı dəlil aşkar olunmamışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş 01 ədəd mobil telefona keçirilmiş baxış başa çatmışdır. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni konkret olaraq kimdən əldə etməsi, kimlərəsə verib-verməməsini, aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olub-olmamasını müəyyən edilməsi istiqamətində xx.xx.2025-ci il tarixdə Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət Axtarış Bölməsindən daxil olmuş məktubla müəyyən edilmişdir, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kağız bükümdə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd gümüşü folqa kağız bükümdə psixotrop maddə metamfetamini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən alması müəyyən edilmiş, satış məqsədi olmadan üzərində daşımaqla saxlamışdır. Eləcə də narkotik vasitənin və psixotrop maddənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul edib-etməməsini, əgər narkotik vasitə və psixotrop maddə qəbul edirsə, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə narkoloji ekspertizasının 22 oktyabr 2025-ci il tarixli, 1687 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidən və psixotrop maddə metanfetamnindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 30 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ona 30 sentyabr 2025-ci il tarixdə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması, təqsirləndirlen şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Göygöl RPŞ-nin X4 həvalə edilməsi, X5 əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin mənbəyi və əldə edilmə vaxtının naməlum mənbə və vaxt kimi qiymətləndirilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı psixotrop maddə metamfetaminin təmiz çəkisi 0, 827 qram miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş, iş üzrə maddi subut kimi tanınmış, tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 0,17 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,777 qram psixotrop maddə metamfetamin istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Göygöl RPŞ-də saxlanılan “Samsung” markalı mobil telefonu Göygöl RPŞ-nin İB-dən təhvil almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5118 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda olmaması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6268 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində kannobinoidlərdən epizodik istifadə diaqnozu ilə qeydiyyatda olması müəyyən olunur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 2559 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İ qrup əlildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil. İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun törətmiş olduğu cinayət əməli «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.15-ci bəndinin təsiri altına düşür. (bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər;) Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İ qrup əlildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ilə birlikdə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilməsini, “Konsitutsiya və Suverenlik İli” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin amnistiya haqqında qanununun ona tətbiq olunmasına etirazının olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İ qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.15-ci bəndinə əsasən onun barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, həmçinin seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.777 qram psixotrop maddə metanfetamin, həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.17 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübutəməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 60.80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə narkoloji ekspertizasının 22 oktyabr 2025-ci il tarixli, 1687 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidən və psixotrop maddə metanfetamnindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 1-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 13 (on üç) saat vaxt sərf olunmuşdur. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablama ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 143 (bir yüz qırx üç) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.15-ci bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 60.80 (altmış manat, səksən qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.777 qram psixotrop maddə metanfetamin, həmçinin ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.17 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 143 (bir yüz qırx üç) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-111/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-111/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver