Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-113/2024 20.12.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X7 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 iştirakları ilə, xx xxxxx 1996-ci ildə Daşkəsən rayonu, Alaxançallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Daşkəsən rayonu, Alaxançallı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göygöl Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 19 may 2024-cü il tarixdə saat 01 radələrində ictimai yer hesab edilən Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən “Mal bazarı” adlandırılan yerdə X5 məxsus kafedə domino oynayarkən, həmin vaxt orada saz ifa edən Zərərçəkmiş şəxs görüb birlikdə domino oynadığı həmkəndlisi Şahid2 “2 manat verib aşığı çaldıracam” ifadəsini işlətdikdə Zərərçəkmiş şəxs onunla zarafat etməməsinə dair irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı kafedə yemək yeyib istirahət edən şəxslərə məhəl qoymadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda olan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə aralarında yaranmış mübahisə zamanı kafedə olan Şahid2, X3 və istintaqa məlum olmayan digər şəxslərin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə söyüb, təhqir edərək yumruqla qəsdən Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid “sağ göz nahiyəsinin hematoması(qançır və şişkinliyi), sağ qaşüstü nahiyənin yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə insanın və cəmiyyətin mənafeylərinə toxunan zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək, göstərdi ki, o, 18 may 2024-cü il tarixdə təxminəm saat 09 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən heyvan bazarına atası Dağıstan, qardaşı Tural və kirvəsinin oğlu Vasillə birlikdə heyvan satmağa getmişlər. Həmin gün təxminən saat 22 radələrində Vasillə birlikdə heyvan bazarında yerləşən Ceyhun adlı şəxsin işlətdiyi kafeyə yemək yeməyə getmişlər. Onlar kafedə yemək yeyib, spirtli içki qəbul etmişlər. Daha sonra Vasillə həmin kafedə damino oynamışlar. Vasillə razılaşmışlar ki, daminoda uduzan yeməyin pulunu verəcəkdir. Bundan bir qədər sonra 19 may 2024-cü il tarixdə təxminən saat 01 radələrində həmin kafəyə aşıqlıq etdiyini bildiyi Zərərçəkmiş şəxs gəlmişdir. O, aşığın gəldiyini görüb, oyunu udacağı halda 2 manat verib aşığı çaldıracağını demişdir. Həmin vaxt Qormaz Salmanov ona “sənin kimilərə mən çaldırıram” demişdir. O, bu zaman Qorxmaza onu səhv başa düşməməsini demişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, Qorxmaz mübahisə zamanı onun ünvanına nalayiq ifadə işlədib onu təhqir etmişdir. Həmin vaxt o, əsəbiləşərək Qorxmazın sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bu zaman kafedə olan tanımadığı 10-15 nəfər şəxslər onları ayırmışlar. Bundan sonra onlar Vasillə kafedən çıxaraq həmin yeri tərk etmişlər. Hal-hazırda əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxs üzr istəməklə, onunla barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi də yoxdur. Himayəsində 3 nəfər azyaşlı uşaq vardır. Ona görə də onun cinayət əməlini Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməsi onun məsuliyyətdən yaxa qurtarması üçün edilmiş cəhddir. Belə ki, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs, şahid ifadələri və ekspertiza rəyi ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərcəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, toylarda və ya fərdi restoranlarda saz ifa edərək ailəsini dolandırır. 19 may 2024-cü il tarixdə gecə saat 01 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən “Heyvan bazarı”nda yerləşən kafelərə gedərək sazı ilə ifa etmişdir. Həmin yerdə olan X5 məxsus kafeyə gedən zaman, həmin kafedə yemək yeyib spirtli içki qəbul edərək domino oynayan şəxslər onu görüb onunla zarafat etməyə başlamışlar. Həmin şəxslərdən biri, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ona baxıb əgər oyunda qazanarsa “2 manat verib aşığa çaldıracam” demişdir. O, həmin şəxsə qaydıb dediyi sözə görə öz iradını bildirdikdə Eşqin onu yenidən təhqir etməyə başlamışdır. Bu zaman o, yenidən Eşqinə irad bildirərək tərbiyəli olmasını demişdir. Həmin vaxt Eşqin stoldan durub yumruqla onun sağ qaş nahiyyəsindən vurmuş, aldığı zərbədən o, yerə yıxılmışdır. Həmin vaxtı kafedə olan digər 10- 15 nəfər şəxslər onları ayırmışlar və onu kafedən çölə çıxarmışlar. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəyib bağışlanmasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan şikayət və tələbi də yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, 18 may 2024-cü il tarixdə təxminəm saat 09 radələrində Göygöl rayonu Yeni Qızılca kəndi ərazisində yerləşən heyvan bazarına kirvəsi Dağıstan, Dağıstanın oğlanları Tural və Eşqinlə birlikdə heyvan satmağa getmişlər. Həmin gün təxminən saat 22 radələrində heyvan bazarında yerləşən Ceyhun adlı şəxsin işlətdiyi kafeyə yemək yeməyə getmişlər. Onlar kafedə yemək yeyib, spirtli içki qəbul etmişlər. Daha sonra Eşqinlə həmin kafedə damino oynamışlar, Eşqinlə razılaşmışlar ki, daminoda uduzan yeməyin pulunu verəcəkdir. Bundan bir qədər sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində həmin kafəyə aşıqlıq etdiyini bildiyi Qorxmaz adlı şəxsdə gəlmişdir. Eşqin aşığın gəldiyini görüb, oyunu udacağı halda 2 manat verib aşığı çaldıracağını demişdir. Həmin vaxt Qormaz adlı şəxs Eşqinə “sənin kimiləri mən çaldırıram” demişdir. Eşqin bu zaman Qorxmaza onu səhv başa düşməməsini demişdir. Bu zaman aralarında mübahisə yaranmış, onlar bir-birilərinin ünvanına nalayiq ifadə işlətmişlər. Həmin vaxt Eşiqn əsəbiləşərək Qorxmazın sağ göz nahiyəsindən bir dəfə yumurqla vurmuşdur. Bu zaman kafedə olan tanımadığı 10-15 nəfər şəxslər onları ayırmışlar. Bundan sonra onlar Eşqinlə kafedən çıxaraq həmin yeri tərk etmişlər. Sonradan Qorxmazın DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etdiyini bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 da ifadəsində Şahid2 ifadəsinə uyğin ifadə verməklə onun göstədiyi xususatları bir daha da təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 19 may 2024-cü il tarixli baxış protokolundan və fotoşəkillərdən məlum olur ki, 19 may 2024-cü il tarixdə hadisənin baş verdiyi Yeni Qızılca kəndində yerləşən “Mal bazarı” adlandırılan yerdə X5 məxsus kafedir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X16 Göygöl rayon şöbəsinin 20 may 2024-cü il tarixli, 283 №-li canlı şəxsin tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ göz nahiyyəsinin hematoması (qançır və şişkinliyi), sağ qaşüstü nahiyyəsinin yarası - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarınn təsviri hissəində göstərilən tarixə yəni 19 may 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroji Dispanserindən və X4 alınmış arayışlarda X2 hər iki dispanserdə qeydiyyatda durmadığı göstərilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliy BƏSİİ-nin 22 noyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinə əlavə olunmuş Daşkəsən rayon İH başçısının Daşkəsən rayonu, Qaraqollor kəndində üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Abdıyev X6 rayonu, Alaxançallı kəndində qeydiyyatda olmaqla yaşayır. Himayəsində 3 nəfər azyaşlı uşaq (2018ci il təvəllüdlü X10, 2019-cu il təvəllüdlü X13, 2023-cü il təvəllüdlü X15) vardır. Cinayət işinə əlavə olunmuş Daşkəsən rayon İH başçısının Qaraqollor kənd üzrə nümayəndəliyinin xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxsin ictimai yerdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi, şəxs üzərində zor tətbiq olunması tam sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikasıl Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmamasını, himayəsində 3 nəfər azyaşlı uşaq olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirməyə əsas verən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-cü maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə mülki iddia, maddi subut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №1(066)-113/2024
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-113/2024
20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver