Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-113/2025 02.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağdam şəhəri, X22 küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o 03 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Göygöl rayonu, Çaykənd kəndi ərazisində ictimai yer hesab edilən küçədə Bakı şəhər sakini Zərərçəkmiş şəxs nənəsi X10 üçün Göygöl şəhərindən təkbaşına dərman almasına öz narazılığını bildirərək heç bir əsaslı səbəb olmadan ona irad bildirib, həmin vaxt küçədə olan Şahid, həmçinin istintaqla kimliyi müəyyən edilə bilməyən digər şəxslərin gözü qarşısında uca səslə danışıb nalayiq söyüşlər söyməklə, ictimai qaydanı pozub öz üstünlüyünü nümayiş etdirmək üçün heç bir əsaslı səbəb olmadan şillə zərbələri ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən zərbələr vurmaqla sonuncuya sol göz nahiyəsinin hematoması (qançır və şişkinliyi), burun, sağ bazu, sol said nahiyələrinin qançırları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına “YÜNGÜL” zərər vurmaqla ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və cəmiyyətin mənafelərinə toxunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, O, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, eləcə də münasibətləri həmişə yaxşı olmuşdur. Lakin sonradan qısqanclıq zəminində münasibətləri pisləşmişdir. Belə ki, 2025-ci ilin iyun əvvəlində Zərərçəkmiş şəxs Türkiyə Respublikasından yaşadığı ünvana gəlmiş, həmin vaxt anası X2 Əhmədlini istirahət məqsədi ilə Göygöl rayonu, Çaykənd kəndindəki özünə məxsus fərdi yaşayış evinə dəvət etmişdir. Zərərçəkmiş şəxs də 2025-ci ilin iyun ayının əvvəlində anası Məryəm Məmmədovanın yaşadığı Göygöl rayonu, Çaykənd kəndində yerlşən fərdi yaşayış evinə getmiş, orada Zərərçəkmiş şəxs məlum olmuşdur ki, nənəsi Məryəm Məmmədova yaşadığı evdə yıxılaraq sol bud nahiyəsindən sınıq xəsarəti almışdır. Zərərçəkmiş şəxs də Məryəm Məmmədovanı götürüb Gəncə şəhərinə həkim müayinəsinə aparmışdır. Orada anası Məryəm Məmmədovanın ayağı əməliyyat olunmuşdur. Bir müddət xəstəxanada, daha sonra isə Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evində müalicə almışdır. Həmin müddət ərzində Mənzər X3q etmiş, daha sonra Məryəm Məmmədovanın xəsarət aldığı sol bud naiyəsində infeksiya baş verdiyi üçün 14 avqust 2025-ci il tarixdən 03 sentyabr 2025ci il tarixədək o, Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı birləşmiş şəhər xəstəxanasında müalicə almışdır. Həmin vaxt ərzində də Zərərçəkmiş şəxs onun anası Məryəm Məmmədovanın yanında qalmışdır. 03 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində o, Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə yaradan zaman ona anası Məryəm Məmmədovanın səhhətinin yaxşılaşmasını və onları Göygöl rayonu, Çaykənd kəndinə aparmağını demişdir. O da həmin tarixdə, saat 12 radələrində Göygöl rayonu, Çaykənd kəndində yerləşən anası Məryəm Məmmədovanın yaşadığı evdən çıxıb Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı birləşmiş şəhər xəstəxanasına gəlib Zərərçəkmiş şəxs və anası Məryəm Məmmədova ilə görüşmüşdür. Orada anası Məryəm Məmmədovanı və Zərərçəkmiş şəxs özünə məxsus idarə etdiyi avtomobilinə götürüb onları Göygöl rayonu, Çaykənd kəndinə, yaşadığı evə aparmışdır. O, həmin xəstəxanadan çıxıb Göygöl rayonu, Çaykənd kəndinə gedən zaman Zərərçəkmiş şəxs anası Məryəm Məmmədova üçün dərman lazım olub-olmamasını soruşmuş, lakin həmin vaxt Zərərçəkmiş şəxs onun anası Məryəm Məmmədova üçün dərman lazım olmadığını demişdir. Həmin tarixdə, saat 14 radələrində Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evlərinə çatmışlar. Həmin tarixdə, saat 15 radələrində isə Zərərçəkmiş şəxs ona Məryəm Məmmədovanın səhhəti pisləşməsini və dərman almaq lazım olmasını demişdir. O da Zərərçəkmiş şəxs aptekin uzaqda yerləşməsini, yəni Göygöl şəhərində olmasını, yolda ona anası Məryəm Məmmədova üçün dərman lazım olub-olmamasını soruşmağını, nə səbəbə həmin vaxt ona dərman lazım olmasını demədiyini soruşmuş, həmçinin həmin vaxt evdə olan paltaryuyan maşını təmir etdiyi üçün Zərərçəkmiş şəxs işini yekunlaşdırıb sonra dərman alıb gətirəcəyini demişdir. Lakin Zərərçəkmiş şəxs ona “onda özüm gedib dərman alıb qayıdacam” ifadəsini işlətmişdir. O isə Zərərçəkmiş şəxs aptekə təkbaşına getməyinə narazılığını bildirmiş, həmin vaxtlarda Zərərçəkmiş şəxs tanımadığı oğlanla münasibətdə olmağını eşitmişdir. Ancaq Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymayaraq yaşadığı evin qarşısına küçəyə çıxıb qonşuluqda yaşayan Əfruz adlı qadının evləri istiqamətində taksi nömrəsi almaq üçün getməsini görmüşdür. O, Zərərçəkmiş şəxs kənar şəxslərə qısqandığı üçün küçəyə çıxıb ona yaxınlaşaraq aptekə getməyinə narazılığını bildirərək, onun qolundan tutub evə gətirmək istəmişdir. Lakin Zərərçəkmiş şəxs onun sözünü eşitmədiyi üçün küçədə sağ əli ilə Zərərçəkmiş şəxs sol göz, burun, sağ bazu, sol said nahiyələrindən vuraraq onun sağlamlığına qəsdən xəsarət yetirmişdir. Həmin vaxt qonşuluqda yaşayan Əfruz adlı şəxs həmin dava-dalaş hadisəsinin baş verdiyi yerə gəlib onu sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs də onun anası Məryəm Məmmədovanın yaşadığı evə qayıtmışdır. Əlavə olaraq bildirdi ki, 03 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsi yaşadığı Göygöl rayonu, Çaykənd kəndində anası X5 məxsus fərdi yaşayış evinin qarşısında küçədə baş vermiş, aralarında baş vermiş dava-dalaş hadisəsinin təxminən 3-5 dəqiqə davam etmiş, dava-dalaş hadisəsi baş verən vaxt orada onlardan başqa qonşuluqda yaşayan Əfruz adlı şəxs də olmuş, dava-dalaş hadisəsinin baş verməsinə səbəb bacısı qızı Zərərçəkmiş şəxs aptekə taksi ilə təkcə getməsi və onun da Zərərçəkmiş şəxs kənar şəxslərə qısqanmağı olmuş, dava-dalaş hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs onu vurmamış və ona heç birt xəsarət yetirməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışmasını, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü tam təqsirli bilməsini, göstərilənlərə əsasən AR Prezidentinin “Konsitutsiya və Suverenlik İli” ilə əlaqədar amsintiya aktının tətbiq edərək, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ölkə ərazisini tərk etmiş və həmin tarixdən ölkə ərazisinə daxil olmamışdır. Həmçinin zərərçəkmiş şəxs Əhmədli X11 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslər barışmasını, heç bir şikayət və tələbinin olmamasını, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Ölkə ərazisində olmadığından məhkəmə iclasında iştirakının təmin edilməsi mümükün olmayan və iş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işələmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Subaydır. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, eləcə də münasibətləri həmişə normal olmuşdur. Lakin sonradan münasibətləri qısqanclıq zəminində pisləşmişdir. Belə ki, o 2025-ci ilin iyun ayının əvvəlində Türkiyə Respublikasından yaşadığı ünvana gəlmiş, həmin vaxt nənəsi X10 ona mobil telefon vasitəsi ilə zəng edərək, istirahət məqsədi ilə Göygöl rayonu, Çaykənd kəndindəki özünə məxsus fərdi yaşayış evinə getməsini bildirərək, onu da olduğu ünvana dəvət etmişdir. O da 2025-ci ilin iyun ayının əvvəlində nənəsi Məryəm Məmmədovanın yaşadığı Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evinə gedib onunla görüşmüşdür. Orada ona məlum olmuşdur ki, nənəsi Məryəm Məmmədova yaşadığı evdə yıxılaraq sol bud nahiyəsindən sınıq xəsarəti almışdır. O da Məryəm Məmmədovanı götürüb Gəncə şəhərinə həkim müayinəsinə aparmış, orada nənəsi Məryəm Məmmədovanın ayağı əməliyyat olunmuşdur. Bir müddət xəstəxanada, daha sonra isə Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evində müalicə almışdır. Həmin müddət ərzində nənəsi Məryəm Məmmədovaya qulluq etmişdir. Daha sonra Məryəm Məmmədovanın xəsarət aldığı sol bud naiyəsində infeksiya baş verdiyi üçün 14 avqust 2025-ci il tarixdən 03 sentyabr 2025-ci il tarixədək onu Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı birləşmiş şəhər xəstəxanasına aparıb orada onunla birlikdə qalmışdır. 03 sentyabr 2025-ci il tarixdə, saat 12 radələrində dayısı Təqsirləndirilən şəxs həmin xəstəxanaya gəlmiş, orada onlarla görüşüb nənəsi Məryəm Məmmədovanı və onu özünün idarə etdiyi avtombili ilə Göygöl rayonu, Çaykənd kəndinə nənəsinin yaşadığı evə aparmışdır. Həmin tarixdə, saat 15 radələrində nənəsi Məryəm Məmmədovanın səhhəti pisləşmiş və dərman almaq lazım olmuşdur. O da dayısı Təqsirləndirilən şəxs bu barədə bildirmişdi, lakin dayısı Təqsirləndirilən şəxs ona demişdir ki, aptek uzaqdadır. Həmin vaxt o da Təqsirləndirilən şəxs özü gedib dərman alıb qayıdacağını bildirmişdir. Lakin dayısı Təqsirləndirilən şəxs onun aptekə təkbaşına getməyinə narazılığını bildirmişdir. Bu səbəbdən də anası X6 mobil telefon vasitəsi ilə zəng edib, nənəsi Məryəm Məmmədovaya dərman lazım olmasını, aptekə getmək istədiyini, lakin dayısı Təqsirləndirilən şəxs onun aptekə taksi ilə getməyə narazılıq etməsini bildirmişdir. Həmin vaxt anası Nuriyyə Əhmədova ona demişdir ki, qonşudan taksi nömrəsi alsın və dərman sifariş etsin. Bundan sonra nənəsi Məryəm Məmmədovanın yaşadığı evin qarşısına küçəyə çıxıb qonşuluqda yaşayan Əfruz adlı qadının evləri istiqamətində getmək istəmişdir ki, ondan taksi nömrəsi götürsün. Lakin orada dayısı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun aptekə getməyinə narazılığını bildirmişdir. O isə nənəsi Məryəm Məmmədovanın səhhətinin pisləşməsini və ona lazım olan dərmanların alınmalı olmasını bildirmişdir. Lakin həmin vaxt dayısı Təqsirləndirilən şəxs əlləri ilə onun sol göz, burun, sağ bazu, sol said nahiyələrindən vuraraq onun sağlamlığına qəsdən xəsarət yetirmişdir. O da burnundan qan axmasını gördüyü üçün nənəsi Məryəm Məmmədovanın yaşadığı evə qayıtmışdır. 04 sentyabr 2025-ci il tarixdə, saat 09 radələrində Göygöl rayonu, Çaykənd kəndindən çıxıb yaşadığı ünvan 3 ünvanına getmişdir. 06 sentyabr 2025-ci il tarixdə isə Göygöl şəhərinə gəlib Göygöl rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, 03 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində dayısı Təqsirləndirilən şəxs onun sağlamlığına zərər yetirməsi barədə bildirmişdir. Zərərçəkmiş şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 03 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsi yaşadığı Göygöl rayonu, Çaykənd kəndində nənəsi X5 məxsus fərdi yaşayış evinin qarşısında küçədə baş verməsini, aralarında baş vermiş dava-dalaş hadisəsi təxminən 5-10 dəqiqə davam etməsini, hadisə baş verən vaxt orada onlardan başqa qonşuluqda yaşayan Əfruz adlı şəxsin də olmasını, 03 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş hadisəsinin baş verməsinə səbəb nənəsi X5 Göygöl rayonu, Çaykənd kəndindən Göygöl şəhərinə təkbaşına gəlib aptekdən dərman almağına narazılığını bildirərək, onu kənar şəxslərə qısqanması və aptekə taksi ilə getməyə narazılıq etməsi olmuşdur. Dava-dalaş hadisəsi baş verən vaxt o, Təqsirləndirilən şəxs vurmamağını və ona heç birt xəsarət yetirməməsini bildirmişdir. İş üzrə tərəflərin etirazı olmadan məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o Göygöl rayonu, Çaykənd kəndində ailə üzviləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüd hesabına dolanır. Ailəlidir 1 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Onlarla aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, eləcə də münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs anası X5 məxsus yaşadığı kənd ərazisində fərdi yaşayış evi vardır. Onlar daimi olaraq Bakı şəhərində yaşamışlar. X19 hər il yay mövsümündə yaşadığı Göygöl rayonu, Çaykənd kəndindəki özünə məxsus fərdi yaşayış evinə gəlir. 2025-ci ilin iyun ayının əvvəlində də Məryəm Məmmədova yenə özünə məxsus yaşadığı kənddə yerləşən evinə gəlmişdir. Həmin vaxt Məryəm Məmmədova yaşadığı evdə yıxılaraq sol bud nahiyəsindən sınıq xəsarəti almışdır. Zərərçəkmiş şəxs də həmin vaxt nənəsi Məryəm Məmmədovanın yaşadığı evə gəlib orada ona qulluq edib onu həkim müayinəsinə aparmışdır. Bir müddət X20 şəhəri Abbas Səhhət adına 1 saylı birləşmiş şəhər xəstəxanasında müalicə almışdır. 03 sentyabr 2025ci il tarixdə, saat 14 radələrində X4 Məmmədov özünə məxsus idarə etdiyi avtomobili ilə Məryəm Məmmədovanı və Zərərçəkmiş şəxs Göygöl rayonu, Çaykənd kəndində yerləşən evlərinə gətirdiyini görmüşdür. Həmin tarixdə, saat 15 radələrində o, yaşadığı evin həyətində olan zaman ucadan səs-küy gəlməsini eşidib küçəyə çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən şillə zərbəlləri ilə vuraraq onun sağlamlığına qəsdən xəsarət yetirməsini görmüşdür. O da dərhal onlara yaxınlaşıb Təqsirləndirilən şəxs əlindən Zərərçəkmiş şəxs alıb onları sakitləşdirməyə çalışmışdır. Daha sonra Zərərçəkmiş şəxs nənəsi Məryəm Məmmədovanın yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq ona nənəsi Məryəm Məmmədovanın səhhəti pisləşməsini və dərman almaq lazım olmasını, lakin dayısı Rövşən Əhmədovun da ona evdə olan paltaryuyan maşını təmir etdiyini bildirməsini və işini yekunlaşdırıb sonra dərman alıb gətirəcəyini demişdir. Lakin Zərərçəkmiş şəxs Rövşən Əhmədovun sözlərinə məhəl qoymayaraq özü gedib dərman alacağını bildirərək, aptekə təkbaşına getmək üçün onlara taksi nömrəsi almaq məqsədilə gələn zaman onlar arasında qısqanclıq zəminində həmin dava-dalaş hadisəsinin baş verməsini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Göygöl rayon X13 Bölməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə açılmış ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə ittihamın irəli sürülməsi üçün kifayət qədər sübutlar toplanılmadığından, həmin materiallar əsasında fakta görə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması, cinayət işinin istintaq aidiyyəti üzrə Göygöl Rayon Polis X8 göndərilməsi, qərar barədə cinayət haqqında məlumat vermiş şəxsə, habelə qanunla müəyyən edilmiş cinayət prosesinin iştirakçılarına məlumat verilməsi qərara alınmışdır. “Baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 06 sentyabr 2025-ci il tarixdə Göygöl rayon X13 bölməsinin təhqiqatçısı, polis mayoru Murad Xurşudov tərəfindən hadisənin baş verdiyi əraziyə baxış keçirilmiş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. “Məhkəməyədək sadələşdirilmiş icraat açılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat açılması və qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. “Zərərçəkmiş kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınması və bu barədə oan bildirilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 06 sentyabr 2025-ci il tarixli, 443 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz nahiyyəsinin hematoması (qançır və şişkinliyi), burun, sağ bazu, sol said nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə birgə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığına görə, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 134-cü maddəsinin tərkibi olmadığına görə, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, cinayət əməlini törətmiş şəxs və zərər çəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, hadisə yerinə baxış protokolunun sübut kimi qəbul edilməsi, məhkəməyədək sadələşdirilmiş icraat zamanı əldə edilən sübutların məcmusu cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən, cinayət təqibi üzrə icraat zamanı sübut edilməli olan halları sübut etməyə və sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən kifayət hesab edilməsi və qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraata qəbul edilməklə istintaqının aparılması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. 18 iyun 2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində Göygöl rayonu, Çaykənd kəndi ərazisində küçədə Ağdam şəhər sakini Təqsirləndirilən şəxs Bakı şəhər sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs şillə zərbələri ilə sonuncunun bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq onun sağlamlığına xəsarət yetirmişdir. Həmçinin həmin dava-dalaş zamanı hadisənin baş verdiyi yerə çoxlu sayda kənar şəxslər toplaşmış, orada olan şəxslərdən Göygöl rayonu, Çaykənd kənd sakini Şahid şəxsiyyəti müəyyən edilmiş, lakin hələlik digər şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməklə istintaqının davam etdirilməsi, qəbul olunmuş qərar barədə qanunla müəyyən olunmuş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qimsində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməs və Cinayə Məcəlləsinin həmin maddəsində nəzərdə tutulan ittihamın ona elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisinə elan olunmaqla sürətlərinin onlara təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqdan sonra Göygöl rayon Polis X8 təhvil verilməsi, qəbul edilmiş qərarın sürətinin qanunla müəyyən edilmiş maraqlı tərəflərə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin müqvafiq əməliyyat-axtarış işlərinin açılması üçün Göygöl rayon Polis şöbəsinin Cinayətaxtarış bölməsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin icraatının dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü (təqsirləndirilən şəxs qəsdən istintaqdan yayındıqda) maddəsinə əsasən dayandırılması, qəbul edilmiş qərarın sürətinin qanunla müəyyən edilmiş maraqlı tərəflərə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin müvafiq əməliyyat-axtarış işlərinin açılması üçün Göygöl rayon Polis şöbəsinin CAB-nə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Könüllü gəlmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü olaraq Göygöl rayon Polis X8 gəlmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs 11 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində 11 dekabr 2025-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, iş üzrə məhkəmə tibb ekspertizanın 10 sentyabr 2025-ci il tarixli, 443 nömrəli rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə olunmuş fotoşəkillər və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun «X21»nın 342.6.21-ci bəndinin tələblərinə əsasən «Cinayət təqibi zamanı insan hüquqlarının və asas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınmalıdır. Müvafiq olaraq cinayət işi üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Göygöl rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, qəbul olunmuş qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş X23 Dispanserindən alınmış xx.xx.2025-ci il tarixli, 828 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X23 Dispanserində dispanser müşahidəsindən deyil. Cinayət işinə əlavə edilmiş “Ağdam rayon Mərkəzi Xəstəxanası” X16 alınmış 26 sentyabr 2025-ci il tarixli, 18-1-21/3-3979/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Ağdam RİHB-nin Ağdam şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında daimi qeydiyyatdadır və müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin ifadəsi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli hesab edilsə də, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, cinmayət işinin materialından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədəkdir. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci hissəsində göstərilmişdir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Baxılan iş üzrə Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər mövcud deyil. İş üzrə maddi ziyan yoxdur. Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 10-cu hissəsinə əsasən bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirləndirilir. Cinayət Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə minən günədək törədilmişdir. Tərsirləndirilən şəxs məhkəməyə ərizə verərək verilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsinin təsiri altına düşür. Bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər iş üzrə mövcud deyil. Amnistiyanı tətbiq edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı mövcuddur. Yuxarıda sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarın 5.1-ci hissəsi tətbiq edilməli və iş üzrə cinayət təqibinə xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.12, 43.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 bəndi tətbiq edilərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(066)-113/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-113/2025
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver