Məhkəmə qərarları › İş №1(066)-114/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-114/2025

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-114/2025 02.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdar hesab edilən narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar hesab edilən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 185 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 19 sentyabr 2025-ci il tarixdə saat 23:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Göygöl rayonu Aşıqlı kəndi ərazisində müəyyən edilərək üzərinə baxış keçirilən zaman üzərində daşıdığı çantanın içərisində saxladığı 1 (bir) ədəd sellofan bükümün içərisindəki ümumi təmiz çəkisi 185 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu və videogörüntü, maddi sübutlar və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək və ibtidai istintaqda veriyi ifadəsini təsdiq edərək göstərdi ki, əvvəllər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Mərkəz Lahmacun” adlı restoranda kababçı işləmişdir. Daimi narkotik istifadəçisi olmamış, sadəcə müəyyən müddətdən bir “nəşə” dedikləri qurudulmuş marixuana istifadə edir. Həmin narkotik vasitəni siqaretin içərisinə doldurmaqla yandıraraq çəkir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında əvvəllər tanıdığı, narkotik alverçisi olan Adil adlı şəxslə daimi əlaqə saxladığı mobil nömrənin Whatsapp zəngi vasitəsi ilə əlaqə saxlayaraq bir neçə dəfəlik istifadə üçün nəşə dedikləri qurudulmuş marixuana istəmişdir. Adil də qramını 7 manatdan ona 200 qram narkotik vasitə olan qurudulmuş marixuana verəcəyini, pulunu az az ödəyə biləcəyini bildirdikdə onunla razılaşmışdır. Adil həmin narkotik vasitəni Mərdəkan qəsəbəsindən stansi Qala tərəfə gedən yolda zibil yeşiklərinin yaxınlığına qoyduğunu bildirdiyi üçün həmin yerə proqram vasitəsi ilə çağırdığı taksi vasitəsi ilə gedərək ağ rəngli sellofan torbanın içərisində dönər kağızına bükülü marixuananı götürmüşdür. Təxminən çəkisinin 200 qram olmasını bilmişdir. Adil ilə qramını 7 manatdan olmaqla 1400 manat pul verəcəyini desə də həmin pulu göndərməmişdir. Pulu sonradan verməli idi. 19 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində Bakı Beynəlxalq avtovağzalından avtobusa əyləşərək ilk öncə Yevlax rayonunda yaşayan anası X10 yaşadığı Aydın Məmmədov küçəsinə gəlmişdir. Bakı şəhərində kirayədə yaşadığı üçün əldə etdiyi narkotik vasitəni çantanın içərisinə qoyaraq özü ilə birlikdə Yevlax rayonuna gətirmişdir. Saat təxminən 20 radələrində Yevlax rayonundan Gəncə şəhərinə əvvəllər birlikdə taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanışlıq münasibəti olan Tural ilə görüşmək üçün gəlmişdir. Narkotik vasitəni evdə anasının görəcəyindən ehtiyyat edərək çanta ilə birlikdə üzərində götürmüşdür. Gəncə şəhərində Tural ilə görüşmək üçün gəlsə də onunla görüşə bilməmişdir. Telefonuna zəng çatmadığı üçün çay içmək üçün tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə minərək Göygöl rayonu Aşıqlı kəndi ərazisində olan kafelərin birinə gəlmişdir. Saat təxminən 23 radələrində çay içdiyi kafenin qarşısındakı yolun kənarında avtomobil gözləmək üçün dayanmışdır. Bu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edərək Baş narkotiklərlə Mübarizə İdarəsinin işçiləri olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər və üzərini yoxlayacaqlarını demişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə üzərini yoxlamağa başlamışlar. İlk öncə ona üzərində narkotik vasitə, psixotrop maddə varsa könüllü təqdim etməyi təklif edilmişdir. O, polis əməkdaşlarının üzərini yoxlayacağını bildiyi üçün üzərində olan əşyaları təqdim etmişdir. Sonra üzərini yoxlamışlar. Üzərindən təqdim etdiyi əşyalardan əlavə əşya predmet aşkar edilməmişdir. Bundan sonra üzərində olan çantanı çıxartmışdır. İçərisində qurudulmuş marixuana olduğunu, Adil adlı şəxsdən Bakı şəhəri ərazisində pul qarşılığında şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra həmin çanta açılmış, əlavə olaraq iç-içə keçirilmiş bir neçə sellofan torba olması müəyyən edilmişdir. Ardınca aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş, paketlə 240 qram olması müəyyən edildikdən sonra 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmaqla qablaşdırılmışdır. Həmçinin təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd dostuna aid “Kapital Bank ASC”-yə məxsus plastik kart polis əməkdaşları tərəfindən götürülmüş, digər əşyalar özünə qaytarılmışdır. Ardınca polis əməkdaşları onu Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinə gətirmişlər. Üzərinin yoxlanılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru tərtib edildiyi üçün imza etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş əşyalar videoçəkiliş vasitəsi ilə təhqiqatçıya təqdim edilmiş, üzərinin yoxlanılması zamanı qeydə alınmış videogörüntüyə təhqiqatçı baxış keçirtmişdir. Ardınca şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilərək həmin siyahıdan istədiyi vəkili seçə bilmək hüququnun olması izah edilmişdir. O, təqdim olunmuş vəkil siyahısından X4 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi Qələndər Məmmədov ona təqdim edilmişdir. Bundan sonra protokol və sənədlər tərtib olunmuşdur. O, həmin sənədlərin düzgün tərtib edilməsini müəyyən etdiyi üçün imzalamışdır. Əlavə olaraq bildirdi ki, 19 sentyabr 2025-ci tarixdə səhər saatlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisidən əvvəllər tanıdığı Adil adlı şəxsin mobil tətbiq vasitəsilə göndərdiyi ünvana gedərək 1400 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur. Lakin Adilə həmin narkotik vasitənin pulunu göndərməmişdir. O, daha əvvəllər də Adil adlı şəxsdən şəxsi istifadəsi üçün bir neçə dəfə pul qarşılığında narkotik vasitə əldə edərək istifadə etmişdir. Öz adına məxsus “Kapital Bank ASC”-yə məxsus hazırda istifadə etmədiyi, nömrə nişanını xatırlamadığı kart hesabı vasitəsi ilə Adilin xatırlamadığı kart hesabına göndərməklə Bakı şəhəri ərazisindən əldə etmişdir. Adil adlı şəxslə əvvəllər Bakı şəhərində, Şüvəlan qəsəbəsində yerləşən “Şeyx Şaurma” adlı restoranda ofsiant işləmişlər, düşmənçiliyi, ədavəti yoxdur, münasibətləri yaxşıdır. İşdən çıxdıqdan sonra mobil əlaqələri davam etmişdir. Həmin mobil telefon ona məxsusdur, ***-***-**-** saylı mobil nömrə isə aktiv istifadə etdiyi nömrədir. O, qurudulmuş marixuanadan əvvəllər istifadə etmişdir. Həmin narkotik vasitəni siqaretə dolduraraq yandırmaqla çəkir. Həmin narkotik vasitə qurudulmuş marixuanadan heç kimə nə satmamış, pay verməmiş, nə də istifadə üçün təklif etməmiş, sadəcə olaraq şəxsi istifadə məqsədi ilə götürmüşdür. Həmin kütlədən nə yaşadığı evdə, nədə ki, başqa yerdə yoxdur. Satmamış, pay verməmişdir. Rayon polis şöbəsinə gətirildiyi zaman və rayon polis şöbəsində olduğu zaman ona qarşı hərhansı zorakılıq hərəkətləri edilməmişdir. Sonda Təqsirləndirilən şəxs etdiyi əməldən peşiman olmasını, birdə olmayacağına söz verməsini, anasının evdə tək olmasını və onun baxmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN-nin BNMİ-nin QBRŞ-sinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2025-ci ildən hazırkı tutduğu vəzifədə yəni, Daxili İşlər Nazirliyinin DİN-nin BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç vaxt mübahisəsi, münaqişəsi, ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.1994-cü ildə Yevlax rayonunda anadan olmuş, Yevlax şəhəri, A.Məmmədov küçəsi mənzil 104-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin narkotik vasitələri qısa müddət ərzində realizə edəcəyinə, gizlədəcəyi ehtimalı olduğundan daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması, həmin şəxsin cinayət əməlinin ifşa edilməsi, onun cinayət törədərkən, və ya cinayət törətdikdən sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilməsi, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilərək yaxalanması məqsədilə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş qərar əsasında BNMİ-nin QBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid2 və BNMİ-nin QBRŞ-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə 23 radələrində Göygöl rayonu, Aşıqlı kəndi ərazində yerləşən “Üç Qardaş” kafesinin qarşısında dayanan zaman saxlanılmış, saxlanılan zaman video görüntü ilə cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması, hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya onun prekusorlarının olub-olmaması, üzərinə baxış keçiriləcəyi, müsbət halda təqdim edilməsi təklif edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə, üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdıırlmış hər hansı bir əşya aşkar edilməmişdir. Yalnız onun üzərindən 01 ədəd mobil telefon və 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartı aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs saxlanılarkən çiyninə taxaraq daşıdığı çantanın içərisində nə olduğu soruşulmuş, sonuncu da çantanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək, çantanın zəncirbəndini açmış, içərisindən bir ədəd sellofan torbanı çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılmış, əlavə olaraq iki ədəd iç-içə keçirilmiş sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 240 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd plastik kart götürülmüş, digər əşyalar isə onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Bakı şəhərində Adil adlı şəxsdən online yolla əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, əlavə olaraq narkotik vasitə və psixotrop maddəsinin olmadığını bildirmişdir. Həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada zor tətbiq edilmədiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğundan BNMİ-nin QBRŞ-ya gətirilmişdir. Polis şöbəsində cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına öz istəyi əsasında təyin edilmiş Gəncə Regional vəkil bürosunun vəkili X6 onun müdafiəçisi kimi təyin edilmişdir. Üzərinə baxış keçirilməsi ilə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuşdur. İştirak edən şəxslərin hamısı tərəfindən imzalanmışdır. Baxış və götürmə, süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «Samsung» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs marixuananı haradan əldə etməsi barədə dəqiqləşdirilmiş məlumatları yoxdur. Təqsirləndirilən şəxs həmin kütlələri əvvəlcədən Bakı şəhərində Adil adlı şəxsdən online yolla aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, əvvəllər istifadə etmədiyini, satmadığını və pay vermədiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid2 və BNMİ-nin QBRŞ-nin polis nəfəri, polis serjantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata icraata qəbul edilib istintaq aparılması, qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 19 sentyabr 2025-ci il tarixdə 23:00 radələrində DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib üzərində saxlamasında, daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs Göygöl rayonu, Aşıqlı kəndi ərazində yerləşən “Üç Qardaş” kafesinin qarşısında dayanan zaman saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlandığı yerdə üzəri yoxlanmağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibinden bir ədəd **********479181 nömrəli "xxxx" ASC-yə məxsus plasik kartı çixararaq təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncun təqdim etdiyi əşyalardan əlavə üzərindən hər hansı əşya, predmet aşkar edilməmiş, sonra Təqsirləndirilən şəxs saxlanılarkən çiyninə taxaraq daşıdığı çantanın içərisində nə olduğu soruşulmuş, sonuncu həmin çantanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək çantanın zəncirbəndini açmış, içərisindən bir ədəd sellofan torbanı çıxardaraq təqdim etmiş, ardınca həmin çantaya baxış keçirilmiş, əlavə olaraq bir ədəd qol saatı aşkar edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılmış, əlavə olaraq iki ədəd iç-içə keçirilmiş sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olmuş, sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 240 qram olduğu müəyyən olunmuş, sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədǝd “Samsung” markalı mobil telefon, bir ədəd plastik kart götürülmüş, sonuncunun üzərindən aşkar edilmiş digər əşyalar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, üzərindən aşkar olumuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Bakı şəhərində Adil adlı şəxsdən online yolla əlda etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, əlavə olaraq narkotik vasitə, psixotrop maddəsinin olmadığını bildirimiş, həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada zor tətbiq edilmədiyini, şikayət və tələbinin olmadığını qeyd etmişdir. Üstünü yoxlama Göygöl rayonu, Aşıqlı kəndi ərazisində yerləşən “Üç qardaş” kafesinin qarşısından keçən yolun kənarında keçirilmişdir. Üstünü yoxlama zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə QBRŞ-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmış, protokol yerində tərtib etmək üçün şərait olmaması səbəbindən BNMİ QBRŞ-nin inzibati binasında tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlə daxil olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmiş və protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Üstünü yoxlama xx.xx.2025-ci il saat 23:10 dəqiqədə başlanmış, xx.xx.2025-ci il saat 23:22 dəqiqədə bitmişdir. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BNMİ-nin təhqiqatçısı, polis kapitanı X12 tərtib edilmiş protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edərək üzərində saxlaması, daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 sentyabr 2025-ci il tarixdə 23:00 radələrində Göygöl rayonu, Aşıqlı kəndi ərazində yerləşən “Üç Qardaş” kafesinin qarşısında dayanan zaman saxlanılaraq üzəri yoxlanılmış, üzərində daşıdığı çantanın içərisindəki sellefon torbadan 240 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib qablaşdırılaraq götürülməsi, həmçinin bir ədəd “Samsung” markalı mobil telefonun, bir ədəd 4169-7388-3747-9181 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartın götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təqdim etdiyi, bir ədəd üzəri DİN-nin zərflər üçün 7(2) saylı möhrü ilə möhürlənmiş zərfi, bir ədəd “Samsung” markarlı mobil telefonu, bir ədəd 4169-7388-3747-9181 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartı, bir ədəd saxlanılan şəxsin üstünün yoxlanılması zamanı qeydə alınmış DVD disk götürülmüşdür. Daha sonra 1 (bir) ǝdǝd DVD-yə HP markalı komputerdə baxış keçirilmiş, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin, həmçinin digər əşyaların aşkar olunması, Təqsirləndirilən şəxs aşkar olunan əşyaların ona məxsus olmasını bildirməsi əksini tapmışdır. Baxış ve götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin polis nəfəri, polis serjantı, Şahid3 tərəfindən video çəkiliş aparılmış, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD əlavə olunmuşdur. Protokolun tərtibi 00:55 dəqiqədə başlanmış, 01:10 dəqiqədə bitmişdir. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırıldığı vaxtdan, yəni 19 sentyabr 2025-ci il tarixdə saat 23:00 dəqiqədən tutulmuş hesab edilməsi, qərarın sürətinin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdə, saat 02:10 dəqqiqədə BNMİ QBRŞnin inzibati binasında müdafiəçi X4 iştirakı ilə AR DİN-nin BNMİ QBRŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin narkotik vasitə olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə bioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Regional bölməsinə həvalə edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 20 sentyabr 2025-ci il tarixli 16/804 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qurudulmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen paketdə olan 1 (bir) ədəd iç-içə sellofan paketdə təmiz çəkisi 185 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza zamanı marixuanadan tədqiqata 0,1 qram sərf edildikdən sonra 184,9 qram qalıq qalmışdır. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/43 saylı material əsasında araşdırmanın davam etdirilib, qanuni qərar qəbul edilməsi üçün toplanmış materialın Göygöl RPŞ-nə göndərilməsi və qəbul olunmuş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərlyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair və üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntülər olan 02 ədəd “DVD” diskə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin istintaq materiallardın görünür ki, ilkin araşdırma zamanı DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdə 23:00-da Göygöl rayonu, Aşıqlı kəndi ərazində yerləşən “Üç Qardaş” kafesinin qarşısında saxlanılmış, videogörüntü ilə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə, üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırlmış hər hansı bir əşya aşkar edilmir. Yalnız onun üzərindən 01 ədəd mobil telefon və 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartı aşkar edilir. Sonra Təqsirləndirilən şəxs saxlanılarkən çiyninə taxaraq daşıdığı çantanın içərisində nə olduğu soruşulur, sonuncu da çantanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək, çantanın zəncirbəndini açır, içərisindən bir ədəd sellofan torbanı çıxardaraq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açılmış, əlavə olaraq iki ədəd iç-içə keçirilmiş sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilir. Sonra həmin kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 240 qram olduğu müəyyən edilir. Sonra həmin kütlə qablaşdırılır, saxlanılan şəxs tərəfindən imzalanır və götürülür. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd plastik kart götürülür, digər əşyalar isə onun özünə qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni Bakı şəhərində Adil adlı şəxsdən online yolla əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, əlavə olaraq narkotik vasitə olmadığını bildirir. Həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada zor tətbiq edilmədiyini, şikayət və tələbinin olmadığını bildirir. Bundan sonra Şahid1 baxışın bitdiyini bildirərək saatına baxır və saatın 00:30 olmasını bildirir. Çəkilişin BNMİ-nin QBRŞ-da davam etdiriləcəyini bildirir. “Maddi sübut kimi tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərində baxış keçirilən zaman aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1 (bir) ədəd polietilen paketdə olan ümumi təmiz çəkisi 184,9 qram narkotik vasitə - qurudulmuş “marixuana”, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair və üzərinə şəxsi axtarış keçirilməsinə dair görüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədiqaqatdan sonra qalıq qalmış 184,9 qram narkotik vasitə - qurudulmuş “marixuana” saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə verilməsi və qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirlən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qərar ona elan olunmaqla, sürətinin təqdim edilməsi, qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs saxlandığı Göygöl RPŞ-nin MSY-dən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi, qərarın Təqsirləndirilən şəxs elan edilməsi, qərarın sürətinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs saxlandığı MSYdən azad edilməsi məqsədilə icra edilməsi üçün Göygöl RPŞ-yə göndərilməsi, seçilmiş qətimkan tədbirinin icra edilməsi üçün qəbul edilmiş qərarın sürətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul edib-etməməsini, əgər narkotik vasitə və psixotrop maddə qəbul edirsə, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək üçün məhkəmə-narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə narkoloji ekspertizasının 22 oktyabr 2025-ci il tarixli, 1688 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. X5 tərəfindən Göygöl RPŞ-nə verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X1 RPŞ-də saxlanılan 01 ədəd ona məxsus “Kapital Bank ASC”-yə məxsus bank kartını Göygöl RPŞ-nin İstintaq Bölməsindən təhvil almışdır. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni konkret olaraq kimdən əldə etməsi, kimlərəsə verib-verməməsini, aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olub-olmamasını müəyyən edilməsi istiqamətində Göygöl RPŞ-nin Cinayət axtarış Bölməsinə əməliyyat tapşırığı verilmişdir. Göygöl RPŞ-nin Cinayət axtarış Bölməsindən daxil olmuş məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kağız bükümdə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən alması müəyyən edilmiş, satış məqsədi olmadan üzərində daşımaqla saxlamışdır. Eləcə də narkotik vasitənin alqı-satqısı və bağışlaması və ya başqa hər hansı yerdə saxlaması halları müəyyən edilməmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən – ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs yeri müəyyən edilərkən istintaq bölməsinə təqdim edilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Göygöl RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatının Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə dayandırılması, qərarın sürətinin maraqlı şəxslərə elan edilməklə hüquqlarının izah edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi və ibtidai istintaqın davam etdirilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması, qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş şəxsin könüllü gəlib təqdim olunması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da Göygöl RPŞ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs 21 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamdan sonra aparılmış istintaqla ittihamın mahiyyətini dəyişən yeni hallar müəyyən edilmədiyindən ona 21 sentyabr 2025-ci il tarixdə elan edilmiş ittihamın öz qüvvəsində saxlanılması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaması, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyi və əldə edilmə vaxtı naməlum mənbə və vaxt kimi qiymətləndirilməsi, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun qanunsuz olaraq saxladığı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 185 qram miqdarında əsas götürülməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş, iş üzrə maddi subut kimi tanınmış, tədqiqata istifadə etdikdən sonra qalıq qalmış 184,9 qram narkotik vasitə olan qurudulmuş marixuananın istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutla tanış etdikdən sonra saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilməsi, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər sübut növü kimi qəbul edilib qiymətləndirilməsi, cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi xüsusatları üzrə material ayrılaraq saxlanması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5484 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda olmaması müəyyən olunur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5119 №-li arayışdan Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda olmaması müəyyən olunur. Yevlax şəhər 1 saylı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır, ailə tərkibi xx.xx.1963-cü il təvəllüdlü anası X8 ibarətdir və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəsini dolandıran şəxs olmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini xarakterizə edən hallar, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı Yevlax şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Yevlax şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 184,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Məhkəmə narkoloji ekspertizasının 22 oktyabr 2025-ci il tarixli, 1688 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Göygöl Rayon Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablama ilə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına 110 (bir yüz on) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cu maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 sentyabr 2025-ci il tarixdən 21 sentyabr 2025-ci il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Yevlax şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Yevlax şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 184,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 110 (bir yüz on) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar