Məhkəmə qərarları › İş №1(066)-115/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-115/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-115/2023 17.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə 17 oktyabr 2023-cü il tarixdə Göygöl şəhərində xx.xx.1987-ci ildə Kəlbəcər şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Kəlbəcər şəhəri, Nizami Gəncəvi prospekti ev 148-də qeydiyyatda olmaqla Goranboy şəhəri, Xocalı qəsəbəsi, bina 5, mənzil 35-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1984-cü ildə Kəlbəcər rayonunda doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Kəlbəcər rayonu İstibulaq kəndində qeydiyyatda olmaqla Goranboy rayonu Veyisli qəsəbəsi ev 307-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1996-cı ildə Goranboy rayonu, Səfikürd kəndində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkum olunmamış, Goranboy rayonu Səfikürd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 02 iyun 2023-cü il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvan sürüsünün Göygöl rayonu ərazisindən keçirilib Daşkəsən rayonu ərazisində yerləşən yaylağa köç aparılmasında günəmuzd çoban köməkçisi qismində iştirak edib köç etdikləri 1300 (bir min üç yüz) baş xırdabuynuzlu heyvan sürüsü Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində gecələyən zaman köçü aparan digər çobanların yatmasından istifadə edib əvvəlcədən öz aralarında bölüşdürdükləri rollara əsasən qrupun digər üzvü Təqsirləndirilən şəxs2 istifadəsində olan 070 378 81 68 mobil telefon nömrəsi ilə sonuncunun istifadəsində olan 050 584 67 61 mobil telefon nömrəsinə zəng edib hadisə yerinə çağırıb gətirtdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə həmin sürünün içərisindən hər birinin dəyəri ayrı-ayrılıqda 320 (üç yüz iyirmi) manat olmaqla ümumilikdə 34880 (otuz dörd min səkkiz yüz səksən) manat dəyərində 109 (bir yüz doqquz) baş xırdabuynuzlu heyvanları (quzuları) gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 34880 (otuz dörd min səkkiz yüz səksən) manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 02 iyun 2023-cü il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvan sürüsünün Göygöl rayonu ərazisindən keçirilib Daşkəsən rayonu ərazisində yerləşən yaylağa köç aparılmasında günəmuzd çoban köməkçisi qismində iştirak edən qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə sonuncunun istifadəsində olan 070 378 81 68 mobil telefon nömrəsinə istifadəsində olan 050 584 67 61 mobil telefon nömrəli zəng edib əlaqə quraraq Zərərçəkmiş şəxs məxsus köç edilən 1300 (bir min üç yüz) baş xırdabuynuzlu heyvan sürüsü Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində gecələyən zaman köçü aparan digər çobanların yatmasından istifadə edib əvvəlcədən öz aralarında bölüşdürdükləri rollara əsasən Təqsirləndirilən şəxs1 sürünün içərisindən ayıraraq onunla Təqsirləndirilən şəxs3 verdiyi hər birinin dəyəri ayrı-ayrılıqda 320 (üç yüz iyirmi) manat olmaqla ümumilikdə 34880 (otuz dörd min səkkiz yüz səksən) manat dəyərində 109 (bir yüz doqquz) baş xırdabuynuzlu heyvanları (quzuları) gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 34880 (otuz dörd min səkkiz yüz səksən) manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 02 iyun 2023-cü il tarixdə saat 01 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvan sürüsünün Göygöl rayonu ərazisindən keçirilib Daşkəsən rayonu ərazisində yerləşən yaylağa köç aparılmasında günəmuzd çoban köməkçisi qismində iştirak edən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 telefon əlaqəsi quraraq qurduqları plan üzrə hərəkət edərək Zərərçəkmiş şəxs məxsus köç edilən 1300 (bir min üç yüz) baş xırdabuynuzlu heyvan sürüsü Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində gecələyən zaman köçü aparan digər çobanların yatmasından istifadə edib əvvəlcədən öz aralarında bölüşdürdükləri rollara əsasən Təqsirləndirilən şəxs1 sürünün içərisindən ayıraraq onunla Təqsirləndirilən şəxs2 verdiyi hər birinin dəyəri ayrı-ayrılıqda 320 (üç yüz iyirmi) manat olmaqla ümumilikdə 34880 (otuz dörd min səkkiz yüz səksən) manat dəyərində 109 (bir yüz doqquz) baş xırdabuynuzlu heyvanları (quzuları) gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 34880 (otuz dörd min səkkiz yüz səksən) manat ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu, Xocalı qəsəbəsi, bina 5, mənzil 35-də ailəsi ilə birlikdə yaşayır. Evlidir, iki övladı var. Heç bir yerdə işləmir, fərdi olaraq günəmuzd fəhləlik edir. Bildirişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Onunla normal münasibəti olmuşdur. İman maldarlıqla məşğuldur və Goranboy rayonu Şadılı kəndində ferması var. Ara-sıra İman onu çağırır və o, gedib fermada işlərə kömək edir, qarşılığında isə günəmuzd olaraq əməkhaqqını alır. İman hər il heyvanları köç aparanda onu da köməkçi olaraq çağır və o, köçə kömək edir. Bu il də İmanın köç vaxtı onu köməyə çağıracağını bilmişdir. 2023-cü ilin may ayının əvvəllərində maddi vəziyyəti yaxşı olmamışdır və İmanın sürüsündən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün də ona kömək lazım olmuşdur. May ayının əvvəllərindən tanışı Vəlişlə görüşüb ona bu barədə fikrini dedikdə Vəliş onunla razılaşmış və bu işi ikisinin görə bilməyəcəyini deyib bir nəfər də lazım olduğunu demişdir. Bundan sonra isə tanışı İlqarı bu işə cəlb edəcəyini demiş və o, da razılaşmışdır. 01 iyun 2023-cü il tarixdə İman onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng edərək heyvan sürüsünü Daşkəsən rayonunda yerləşən yaylağa aparmaq üçün kömək lazım olduğunu deyib onu çağırmışdır. Əvvəllər də İmana bu işlərdə kömək etmişdir. Bu dəfə də İmanla razılaşmış və Goranboy rayonu Yolqulular kəndində gəlib sürüyə çatmışdır. O, da İmanın çobanları ilə birlikdə sürünü aparmağa kömək etmişdir. Yol ilə gedən zaman sürüdən kənara çəkilib Goranboy rayonu Veyisli qəsəbəsində yaşayan Vəliş ləqəbli tanışının ***-***-**-** nömrəsinə özünə məxsus ***-***- **-** nömrəsindən zəng edərək heyvan sürüsünü apardığını, heyvanları sürüdən ayırıb oğurlamaq istədiyini deyib bu barədə ondan kömək istəmişdir. Plana əsasən axşam düşdükdə onlar yol kənarında gecələyən zaman o, quzuları sürüdən ayıracaq, Vəliş isə İlqarla gəlib sürünü aparacaqmış. Saat 22 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsinə çatmışlar. Orada dayanıb gecələmək qərarına gəlmişlər. Ondan başqa sürünü təxminən 7-8 nəfər şəxs aparırmış. Qeyd etmişdir ki, qoyunları balası olan quzular sürüdən ayrı gedirmiş. Axşam olduqda hamı yatmış, o, isə Vəlişlə telefon əlaqəsi saxlayaraq oyaq qalmışdır. İtləri isə bağlamışlar. Saat təxminən 01-02 radələrində Vəlişlə İlqar həmin yerə gəlmişdir. Onlar köməkli quzuları oradan kənarlaşdırmış, Vəliş və İlqara heyvanları təhvil vermiş, onlar boş sahələrlə heyvanları aparmışdır. Heyvanları sürüdən ayırıb Vəliş və İlqara təhvil vermək təxminən 15-20 dəqiqə vaxt aparmışdır. Heyvanları yola salandan sonra daha Vəlişlə danışmamışdır. Həmin vaxt sürünü aparan çobanların hamısı yatmışdır. Daha sonra onların yanına gəlib yatmışdır. Səhəri gün, yəni 02 iyun 2023-cü il tarixdə saat 06 radələrində hamı yuxudan oyanmış və heyvanları saymadan yola davam etmişlər. Göygöl rayonu ərazisində Ramiz adlı köməkçi quzuların olmamasından şübhələnib quzuları saymışdır. Quzuları saydıqda 109 baş quzunun olmaması məlum olmuşdur. Bundan sonra sürünün sahibi İman da oraya gəlmiş və o, da heyvanları saydıqda 109 baş quzunun olmamasını görmüşdür. Bundan sonra isə İman quzuların naməlum şəraitdə itməsi ilə bağlı Göygöl RPŞ-yə ərizə ilə müraciət etmişdir. 02 iyun 2023-cü il tarixdə Göygöl rayonu Lüləli qəbirstanlığının yanında gecələmiş və 03 iyun 2023-cü il tarixdə heçnə olmamış kimi oradan ayrılıb evinə qayıtmışdır. Həmin gün saat 13 radələrində Vəliş ona zəng edib yerini soruşmuş və onunla Goranboy rayonu, Goran qəsəbəsində görüşmüşdür. Həmin vaxt İlqar da Vəlişlə gəlmişdir. Vəliş ona çantadan çıxarıb pul vermiş və o, pulu saydıqdan sonra pulun 10000 manat hissəsini götürmüşdür. Vəliş buna etiraz etsə də o, ehtiyacı olduğunu demişdir. Daha sonra ordan evimə getmişdir. Bu barədə heç kimə deməmiş və pulları da öz borclarına vermişdir. İman fermerdir və hər il heyvanların köç aparılmasında əlavə işçi qüvvəsi lazım olduğu üçün onu da kömək üçün çağırır. O, bu il də İmanın onu çağıracağını bilmiş və 2023-cü ilin may ayının əvvəllərində İmanın sürüsünü aparan zaman quzuları oğurlamaq qərarına gəlmişdir.Oğurluq etmək qərarına gəldikdə Vəliş ləqəbli tanışına zəng etmiş və ona öz planı barədə danışıb oğurluğu birlikdə etməyi təklif etmişdir. Vəliş də onunla razılaşmış, lakin onlara kömək üçün bir nəfərin də lazım olmasını demişdir. Vəliş bunun üçün İlqar adlı tanışını cəlb etmiş, o, da buna razılaşmışdır. Oğurluğu Vəliş və İlqarla birlikdə etmişdir.O, köçün axşam vaxtı Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisinə çatacağını bilmişdir. Plana əsasən onlar quzuları yaxınlıqda yerləşən Gəncə şəhərinin girişinə aparmış, oradan isə təsadüfi yük maşını tapıb heyvanları özlərininki kimi təqdim edərək aparıb Cəlilabad rayon heyvan bazarında satmışlar. Həmin heyvanlardan İlqar 4 başını özünə götürmüşdür. Yerdə qalan quzuları isə 20000 manatdan birazca aşağı məbləğə satmışlar. Həmin puldan isə 10000 manatını o, götürmüşdür. Yerdə qalan pulu isə İlqar və Vəliş bölüşdürmüşdür. Sürüdən oğurladığı quzuları saymamışdır. Lakin sonradan sürü sayılanda ona məlum olmuşdur ki, oğurladıqları quzular 109 başdır. Onun fikrincə quzular 6 aylığını keçmişdir. Ortalama olaraq diri çəkiləri 20-40 kiloqram olmuşdur. Quzuların hamısının üzərində yaşıl boyalar olmuşdur.Birinci dəfədir ki, oğurluq etmişdir. Başqa heç bir cinayətdə iştirak etməmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və zərərçəkmişlə barışıq əldə etməsini, himayəsində az yaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu Veyisli kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, üç övladı var. Heç bir yerdə işləmir, fərdi olaraq günəmuzd fəhləlik edir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. 2023-cü ilin may ayının əvvəllərindən başlayaraq Nazim onunla söhbətlər edərək yaxın vaxtlarda İman adlı şəxsin sürüsünü köç aparmaqda kömək edəcəyini, həmin vaxt fürsətdən istifadə edərək oradaq quzular oğurlamağı təklif etmişdir. O, isə Nazimlə razılaşmışdır. Həmin vaxtdan tez-tez Nazimlə istifadəsində olan ***-***-**-** nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə tez-tez əlaqə saxlayıb oğurluq edəcəkləri barədə plan qurmuşlar. Lakin həmin planda onlara bir nəfər də lazım olmuş, mən tanışı İlqarı bu işə cəlb etmək istəmiş, Nazimə bu barədə dedikdə o, da razılaşmışdır. Hadisədən təxminən 10 gün əvvəl İlqara bu plan barədə danışdıqda İlqar onunla razılaşmışdır. Razılaşmaya əsasən əldə olunan gəliri üç yerə bölməli imişlər. 31 may 2023-cü il tarixdə Nazim ona zəng edərək növbəti gün İmanın heyvanlarının köçürülməsində kömək edəcəyini, oğurluq etməyin vaxtı çatdığını demişdir. Plana əsasən onlar quzuları Göygöl rayonu Hacıməlik qəsəbəsində çobanlar gecələyən zaman oğurlamalı imiş. 01 iyun 2023-cü il tarixdə Nazimlə eyni nömrələrlə telefonla tez-tez danışıb əlaqədə olmuşlar. Həmçinin öz istifadəsində olan ***-***-**-** nömrəsi ilə İlqarın istifadəsində olan ***-***-**-** nömrəsi ilə danışıb əlaqə saxlamışdır. 01 iyun 2023-cü il tarixdə İlqar Bakı şəhərindən Göygöl rayonu Hacıməlik qəsəbəsinə gəlmiş, o, da tanımadığı yoldan keçən taksi ilə həmin yerə gəlmişdir. Saat təxminən 19 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində İlqarla görüşmüşdür. Onlar havanın qaralmasını gözləmişdir. Nazim də tez-tez onunla əlaqə saxlamışdır. 02 iyun 2023-cü il tarixdə saat 01 radələrində Nazim zəng edib çobanların yatdığını deyərək onları sürünün yanına çağırmışdır. Ora çatanda Nazim sürüdən quzuları ayırıb onlara vermişdir. Nazimin onlara tərəf gətirdiyi quzuların sayı çox olmuş, lakin onlar quzuların çox olduğunu deyib təxminən 20 baş quzunu geri qaytarmışlar. Səbəbi isə çobanların quzuların oğurlanmasını tez bilməsini istəməmələri olmuşdur idi. Bundan sonra İlqarla quzuları qabaqlarına qatıb dərə ilə Çaylı kənd yolundan quzuları çıxarmış, Gəncə şəhəri, Kəpəz rayonu, Yeni Qəsəbə-2-nin yanından keçib Gəncə şəhəri yeni Yevlax avtovağzalı yaxınlığında yerləşən qaçqın şəhərciyinin yanında olan zibilliyə aparmışlar. Yolda quzuları sayıb 109 (yüz doqquz) baş olduğunu bilmişlər. Saat təxminən 08 radələrində oraya çatmışlar. O, heyvanların yanında gözləmiş, İlqar isə şəhərdən yük avtomobili gətirmək üçün getmişdir. Saat təxminən 09 radələrində İlqar “Mercedes Ateqo” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə oraya gəlmişdir. Onlar yük avtomobilinin sürücüsünə heyvanların özlərinə məxsus olduğunu, aparıb Cəlilabad rayon heyvan bazarında satmaq istədiklərini demişdir. Sürücü ilə 400 (dörd yüz) manata razılaşmışlar. Heyvanları avtomobilə yükləyib Cəlilabad rayonuna çatmaq üçün yola çıxmışlar. Goranboy rayonuna çatdıqda İlqar avtomobildən dörd baş quzunu düşürüb xatırlamağına görə “Opel” markalı taksi ilə öz evlərinə göndərmişdir. Bundan sonra yola davam etmişlər. 03 iyun 2023-cü il saat 00 radələrində Cəlilabad rayon heyvan bazarına çatmışlar. Bazarda 5 manat verib heyvalar üçün setka yer götürmüşlər. Satış etməyə başlamışlar. İlkin olaraq 7 baş balaca quzunu 130 manatdan olmaqla 910 manata satmışalr.Həmin puldan 400 manatı sürücüyə vermişlər və sürücü geri qayıtmışdır. 10 baş quzunu 185 manatdan olmaqla 1850 manata satmışlar. Bir baş tək quzunu 140 manata satmışlar. 86 baş quzunu isə biri 200 manatdan olmaqla Sadiq adlı heyvan alverçisinə 17200 manata satmışlar. Ümumilikdə oğurladıqları 109 baş quzunun 4 başını İlqar özünə götürmüşdür. 105 baş quzunu isə tanımadığı şəxslərə satıb cəmi 19960 manat pul əldə etmişlər. Həmin puldan 400 manatı yolhaqqı, 100 manat isə bazarpulu vermişlər. Həmçinin yolda İlqara 360 manat pul vermişdir. Bazardan çıxıb həmin gün, yəni 03 iyun 2023-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsinə qayıtmışlar. Nazimlə zəngləşdik və saat təxminən 13 radələrində Nazimlə görüşmüşlər. Pul isə onun kürək çantasında olmuşdur. Onlar mebel mağazasının arxasına keçmiş, pulu çantadan çıxarıb Nazimə vermişlər. Nazim pulun hamısını saymışdır. Nazim pulu saydıqdan sonra ona 10000 manat pul lazım olduğunu deyib həmin məbləğdə pulu ayırıb özünə götürmüşdür. Onlar həmin məbləğə etiraz etdikdə Nazim israrla pulunun yiyəsi olduğunu demişdir. Yerdə qalan pulu isə Nazim ona vermişdir. Nazim ona verdiyi puldan 1000 manat da İlqara vermişdir. İlqar da narazılıq etdikdə onun sadəcə kömək etdiyini demiş, həmçinin götürdüyü 4 baş quzunu, həmçinin yolda ona verdiyi 360 manatı da hesaba saldığını demişdir. Ona isə 8170 manat pul qalmışdır. Onlar Goran qəsəbəsində ayrılmış və o, evinə getmişdir. Əldə etdiyi pulun 4600 manatına 5 baş iribuynuzlu heyvan (erkək dana) almışdır. Yerdə qalan pulu isə öz xərcləri üçün məsrəf etmişdir. Oğurluq edilməsi əvvəlcədən Nazimin planı olmuşdur. Nazim ona hadisədən təxminən bir ay əvvəldən İman adlı şəxsin sürüsünün köçürülməsində kömək edəcəyini, həmin vaxt fürsətdən istifadə edib quzuları oğurlamağı təklif etmişdir. Onlar bu barədə birlikdə plan hazırlamışlar. İlqarı isə bu işə o, cəlb etmişdir. İlqar da onunla birlikdə heyvanların aparılmasında və satılmasında kömək etmişdir. Bildirmişdir ki, İman quzuları barədə şişirtmə qiymət deyir. Quzuların diri çəkisi ortalama olaraq 30-40 kilo olmuşdur. Quzuların 7 baş balacasını 130 manatdan, 01 başı 140 manatdan, 10 başı 185 manatdan və 86 başı isə 200 manatdan satmışlar. Oğurladıqları xırdabuynuzlu heyvanları Cəlilabad rayonuna apardığını yük avtomobilini İlqar Gəncə şəhərində tapmış, ona heyvanların özlərinin olduğunu demişdir. Həmin şəxsi tanımır. Həmçinin Cəlilabad rayonunda yerləşən heyvan bazarında quzuları satan zaman özlərini heyvan alverçisi kimi təqdim etmişlər. Heyvan satdığı şəxslərdən yalnız 86 baş quzunu satdığı Sadiqin adını bilir. Heyvanlardan 4 baş quzunu İlqar götürmüşdür. Heyvanların satılmasından əldə olunan 20100 manat puldan 400 manatı yolhaqqı, 100 manatı bazarhaqqı vermişlər. 70 manat isə öz qidalanma xərcləri olmuşdur. Puldan 10000 manatı Nazim götürüb, yerdə qalan puldan 1360 manat İlqara vermişdir. Ona isə 8170 manat pul qalmışdır.Birinci dəfə imiş ki, oğurluq etmişdir. Başqa heç bir cinayət törətməmiş və heç bir cinayətdə iştirakı olmamışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir, himayəsində az yaşlı uşaqları olmasını, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və zərərçəkmişlə barışıq əldə etməsini nəzərə alınıb məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Goranboy rayonu Səfikürd kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, üç övladı var. Heç bir yerdə işləmir, fərdi olaraq qaynaqçı işləyir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. 2023-cü ilin may ayının sonlarında Vəliş kimi tanıdığı Sabit istifadə etdiyi ***-***-**-** nömrəsindən ona istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib ona bir nəfərin quzu sürüsü olduğunu, həmin sürüdən Nazim adlı şəxslə oğurluq edəcəklərini, heyvanları aparıb satmalarında kömək lazım olduğunu deyib ona da kömək etməyi təklif etmişdir.O, isə bu işdə onlara kömək edəcəyini deyib razılaşmışdır. 01 iyun 2023-cü il tarixdə Bakıda olmuş və Vəliş ona zəng edib çağırmışdır. Vəlişin dediyinə görə o, Göygöl rayonu Hacıməlik qəsəbəsi yaxınlığına gəlib orada avtomobildən düşmüşdür. Vəliş isə onu gözləmişdir. Saat təxminən 22 radələrində onunla görüşmüşdür. Vəliş Nazimlə telefonla danışmış və onlar piyada yol getmişlər. Saat 01 radələrində sürüyə çatmışlar və Nazim onların yanına xeyli quzu gətirmiş, Onlar isə Vəlişin istəyi ilə təxminən 20 baş quzunu qaytarmışlar. Vəlişlə quzuları saymış və 109 baş quzunu qabaqlarına qatıb dərə ilə piyada aparmışlar. Vəliş quzuları satıb ona 4000 manat verəcəyini demişdir. Onlar piyada quzuları Gəncə şəhəri yeni Yevlax avtovağzalı yaxınlığında yerləşən qaçqın şəhərciyinin yanında olan zibilliyə aparmışlar. Saat təxminən 08 radələrində ora çatmışlar. Vəliş heyvanların yanında gözləmiş, o, isə şəhərdən yük avtomobili gətirmək üçün getmişdir. Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən heyvan bazarına getmiş və oradan tanımadığı yük avtomobili sürücüsü ilə danışıb onu heyvanların yanına gətirmişdir. Sürücüyə heyvanların özlərinə məxsus olduğunu, Cəlilabad rayonunda yerləşən heyvan bazarına aparmaq lazım olduğunu demişlər. Sürücü “Mercedes Ateqo” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili idarə etmiş və onunla yolhaqqı olaraq 400 manata razılaşmışlar. Yola çıxmamışdan əvvəl üzərində olan 360 manat pulu Vəlişə vermişdir. Goranboy rayonu Goran qəsəbəsinə çatdıqda avtomobili saxlatmış və orada Vəlişin razılığı ilə tanımadığı taksi sürücüsünə 4 baş xırdabuynuzlu heyvanı verib yaşadığı Goranboy rayonu Safkürd kəndinə aparmasını demişdir. Onlar Cəlilabad rayonu Heyvan bazarına getmişlər. 03 iyun 2023-cü il saat 00 radələrində Cəlilabad rayon heyvan bazarına çatmışlar. Bazarda 5 manat verib heyvalar üçün setka yer götürüb satış etməyə başlamışlar. İlkin olaraq 7 baş balaca quzunu 130 manatdan olmaqla 910 manata satıb həmin puldan 400 manatı sürücüyə vermişlər və sürücü geri qayıtmışdır. 10 baş quzunu 185 manatdan olmaqla 1850 manata satmışlar. Bir baş tək quzunu 140 manata satmışlar. 86 baş quzunu isə biri 200 manatdan olmaqla Sadiq adlı heyvan alverçisinə 17200 manata satmışlar. Ümumilikdə oğurladıqları 109 baş quzunun 4 başını o, özünə götürmüşdür. 105 baş quzunu isə tanımadığı şəxslərə satıb cəmi 19960 manat pul əldə etmişlər. Həmin puldan 400 manatı yolhaqqı, 100 manat isə bazarpulu vermişlər. Bazardan çıxıb həmin gün, yəni 03 iyun 2023-cü il tarixdə Goranboy rayonu Goran qəsəbəsinə qayıtmışlar. Vəliş Nazimlə zəngləşmiş və saat təxminən 13 radələrində Nazimlə görüşmüşlər. Pul isə Vəlişin kürək çantasında olmuşdur. Onlar mebel mağazasının arxasına keçmiş, o, pulu çantadan çıxarıb Nazimə vermişdir. Nazim pulun hamısını saymışdır. Nazim pulu saydıqdan sonra ona 10000 manat pul lazım olduğunu deyib həmin məbləğdə pulu ayırıb özünə götürmüşdür. Onlar həmin məbləğə etiraz etdikdə Nazim israrla pulunun yiyəsi olduğunu demişdir. Yerdə qalan pulu isə Vəliş götürüb ona borc verdiyi 360 manatla birlikdə ona 1000 manat pul vermişdir. O, də payının az düşməsini dedikdə Nazim burda onun heç bir riski olmadığını, tutulacaq təqdirdə özü günahı götürəcəyini demişdir. O, isə razılaşmış və onlar ayrılmışlar. Oğurluq edilməsi əvvəlcədən Nazimin planı olmuşdur. Ona bu barədə Vəliş demişdir. O, sadəcə Vəlişə heyvanların aparılmasında və satılmasında kömək etmişdir. Nazimi isə gecə heyvanları bölən zaman və pulları bölən zaman görmüşdür.İman quzuları barədə şişirtmə qiymət deyir. Quzuların diri çəkisi ortalama olaraq 35 kilo olmuşdur. Quzuların 7 baş balacasını 130 manatdan, 01 başı 140 manatdan, 10 başı 185 manatdan və 86 başı isə 200 manatdan satmışlar. Oğurladıqları xırdabuynuzlu heyvanları Cəlilabad rayonuna apardığını yük avtomobilini o, Göygöl rayonu Heyvan bazarından tapmış, ona heyvanların özlərinin olduğunu demişlər. Həmin şəxsi tanımır. Həmçinin Cəlilabad rayonunda yerləşən heyvan bazarında quzuları satan zaman özlərini heyvan alverçisi kimi təqdim etmişlər. Heyvan satdıqları şəxslərdən yalnız 86 baş quzunu satdığı Sadiqin adını bilir.Heyvanlardan 4 baş quzunu o, götürmüşdür. Heyvanların satılmasından əldə olunan 20100 manat puldan 400 manatı yolhaqqı, 100 manatı bazarhaqqı vermişlər. 70 manat isə öz qidalanma xərcləri olmuşdur. Puldan 10000 manatı Nazim götürmüş, yerdə qalan puldan Vəliş ona 1360 yox, 1000 manat pul vermişdir. Həmin 1000 manat pulun 360 manatı əvvəlcədən Vəlişə verdiyi borcun əvəzi olmuşdur. Oğurluq nəticəsində əldə edilmiş puldan qalan ona 640 manat pul və 4 baş quzu olmuşdur.Yerdə qalan 8000 pulu isə Vəliş götürmüşdür.Hadisə günü Cəlilabad rayonuna gedən zaman Goranboy rayonu Goran qəsəbəsində tanımadığı taksi sürücüsü vasitəsilə quzuları Goranboy rayonu Safkürd kəndinə göndərmişdir. Həmin şəxs quzuların oğurluq olmasını bilməmiş, götürdüyü 4 baş quzunu isə cəmi 950 manata tanımadığı şəxsə satmışdır.Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir, himayəsində az yaşlı uşaqları olmasını, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və zərərçəkmişlə barışıq əldə etməsini nəzərə alınıb məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Goranboy rayonu Qaradağlı kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, dörd övladı var. Rəsmi iş yeri olmasa da fermer təsərrüfatı var, heyvandarlıqla məşğul olaraq dolanır. Təsərrüfatında 1300 (min üç yüz) baş xırdabuynuzlu heyvan vardır. Həmin heyvanları Goranboy rayonu Şadılı kəndi ərazisində yerləşən fermada saxlayır. Fermada 5 nəfər çoban işləyir və heyvanlara baxır. Eyni zamanda özü və oğlu Sabir də demək olar ki, daimi olaraq fermada olub təsərrüfata nəzarət edir. Yay aylarında isə heyvanları Daşkəsən rayonunda yerləşən yaylağa aparıb orada saxlayırlar. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində özünə məxsus xırdabuynuzlu heyvanlardan ibarət sürünü Daşkəsən rayonu ərazisində yerləşən yaylağa aparmaq üçün yola çıxmışlar. Heyvanları çobanları Tural, Vüsal, Arif, İqbal və Elvin ilə aparmışlar. Bundan başqa həmin vaxt onlara qardaşı Məmmədəli, oğlu Sabir, tanışları Ramiz və Ruslan da kömək etmişdir. Həmçinin köç vaxtı o Nazim adlı şəxsi də pul qarşılığında köməkçi tutur. Nazim də həmin vaxt onlarla olmuşdur. Köç xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsinə çatmışlar. Təxminən bir saat sonra o, işçilərə yemək aparmış, hər kəs birlikdə yeməyini yemiş, sonra isə onlar yerdə uzanıb yatmışlar. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə onlar yuxudan oyanmış və heyvanları saymadan yola davam etmişlər. O, isə Bərdə rayonuna getmişdir. Heyvanları Bakı-Qazax avtomobil yolu ilə aparmışlar və Göygöl rayonu Azos deyilən yerdə Ramiz heyvanları ötəri yoxlayan zaman iki baş quzunun olmamasını görmüş, daha sonra heyvanları saymışlar və 109 baş xırdabuynuzlu heyvanın olmamasını görmüşlər. Olmayan heyvanların hamısı quzu olmuşdur. O, həmin yerə gəlmiş və heyvanları özü də saydıqda həqiqətən də quzuların olmamasını görmüşdür. Onlara məlum olmuşdur ki, quzular gecə saatlarında Göygöl rayonu Hacıməlik qəsəbəsində olan zaman naməlum şəraitdə yox olmuşdur. İlkin ərizə verdiyi vaxt heyvanların oğurlanması barədə heç bir ehtimalı olmadığı üçün naməlum şəraitdə itmələrini bildirmişdir. Lakin düşünür ki, 109 baş xırdabuynuzlu heyvan heçvaxt sürüdən ayrılıb itkin düşə bilməz. Eləcə də həmin heyvanların hamısının quzu olması təsadüf deyildir. O, hər il köç vaxtı Nazimi də kömək etmək üçün çağırır, o, da pul qarşılığında gəlib ona kömək edir.Bu dəfə də Nazimi çağırmış və quzuların oğurlanmasında ondan şübhələnir. Çünki çobanları onun yanında uzun müddətdir ki, işləyir, lakin Nazim ötəri olaraq kömək üçün gəlmişdir. 109 baş xırdabuynuzlu heyvanın 91 başının quyruğunun üzərində yaşıl boya olmuşdur. 3 baş heyvanda boya olmamışdır. 15 baş quzuda isə fərqli rəngdə boyalar olmuşdur. Quzuların hamısı təxminən 7 aylıq olmuşdur. Quzuların diri çəkiləri təxminən 35-50 kiloqram arası olmuşdur. Bir baş quzunun dəyəri təxminən 320 manatdır. 109 baş quzunun oğurlanması ilə ona təxminən 34880 (otuz dörd min səkkiz yüz səksən) manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Şadılı kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, bir övladı var. Rəsmi iş yeri olmasa da fermer təsərrüfatları var, heyvandarlıqla məşğul olaraq dolanırlar. Təsərrüfatda 1300 (bir min üç yüz) baş xırda buynuzlu heyvan vardır. Həmin heyvanları Goranboy rayonu Şadlı kəndi ərazisində yerləşən fermada saxlayırlar. Fermada 5 nəfər çoban işləyir və heyvanlara baxır. Eyni zamanda özü və atası da demək olar ki, daimi olaraq fermada olub təsərrüfata nəzarət edirlər. Yay aylarında isə heyvanları Daşkəsən rayonunda yerləşən yaylağa aparıb orada saxlayırlar. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində özlərinə məxsus xırda buynuzlu heyvanlardan ibarət sürünü Daşkəsən rayonu ərazisində yerləşən yaylağa aparmaq üçün yola çıxmışlar. Heyvanları çobanları Tural, Vüsal, Arif, İqbal və Elvin ilə aparır, bundan başqa həmin vaxt çobanlara əmisi Məmmədəli, tanışları Ramiz və Ruslan da kömək edirmişdir. Həmçinin köç vaxt atası Nazim adlı şəxsi də pul qarşılığında köməkçi tuturmuş. Nazim də həmin vaxt kömək edirmiş. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində köç Göygöl rayonu, Hacıməlik qəsəbəsinə çatmışlar. Saat 23:30 radələrində Göygöl rayonu Hacıməlik qəsəbəsində gecələyən köçün yanına gəlmişdir. Həmin vaxt Vüsal, Ramiz və Nazim oyaq olmuşlar. O, da heyvanların yaxınlığında dayanıb özünə məxsus avtomobildə oturmuşdur. Ramizlə Vüsal da onun yanında spirtli içki içmiş, daha sonra isə saat 02 radələrində Ramizlə Vüsal yatmağa getmişlər. Təxminən yarım saat sonra quzular ürkərək qaçmışlar. Nazim quzuları təxminən 1 kilometr kənara aparmışdır. O, da ora getmiş və Nazimdən quzuları niyə kənarda saxlamasını soruşduqda o, quzuların gündüz ac gəlməsini, otarmaq üçün kənara aparmasını demişdir. O, Nazimlə birlikdə quzuları yenidən sürünün yanına gətirmişdir. İkinci dəfə quzular yenidən arpa sahəsi tərəfə qaçmışdır. Yenidən Nazimə quzuları sürünün yanında saxlamağı tapşırmış və ona növbə ilə 2 saatdan bir heyvanların yanında durmağı təklif etmişdir. Nazim isə ona “get arxayın ol, özüm burdayam, yuxum gələndə çobanları oyadacam” demişdir. Bundan sonra avtomobilinə keçib yatmışdır. Səhər 06 radələrində oyanmış və yola davam etmişlər. Heyvanları isə saymamışdır. Onlar Göygöl rayonunda Azos deyilən yerdə Ramiz heyvanları ötəri yoxlayan zaman iki baş xırdabuynuzlu heyvanın olmamasını görmüşdür. Bu onlarda şübhə yaratmış və heyvanları sayan zaman 109 baş xırdabuynuzlu heyvanın olmamasını görmüşdür. Atası da həmin vaxt ora gəlmiş və bu səbəbdən Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir.O, heyvanların oğurlanmasında Nazimin iştirakının olmasınından şübhələnmişdir. Çünki gecə Nazim şübhəli hərəkətlər edərək quzuları sürüdən ayırmışdır. 109 baş xırdabuynuzlu heyvanın 91 başının quyruğunun üzərində yaşıl boya olmuşdur. 3 baş heyvanda boya olmamışdır. 15 baş quzuda isə fərqli boyalar olmuşdur. Quzuların hamısı təxminən 5 aylıq olmuşdur. Quzuların diri çəkiləri təxminən 30-50 kiloqram arası olmuşdur. Bir baş quzunun dəyəri təxminən 320 manatdır. 109 baş quzunun oğurlanması ilə onlara təxminən 34880 (otuz dörd min səkkiz yüz səksən) manat ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Rafail oğlu ifadəsində göstərmişdir ki, Goranboy rayonu Nizami kəndində ailəsi ilə birlikdə yaşayır, evli olub ayrılmışdır, iki övladı var. Rəsmi iş yeri olmasa fərdi olaraq Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Şadlı kəndində yerləşən fermada çoban işləyir. Fermada olan mal-qaranı yayda Daşkəsən rayonuna köç aparır, payız aylarında isə fermaya qaytarır. Mal-qaranı köç aparan zaman əlavə köməkçilər də tutulur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində fermanın malqarasını köç aparmağa başlamışlar. Həmin gün Nazim adlı şəxs də onlara kömək üçün gəlmişdir. Saat 21 radələrində köç Göygöl rayonu, Hacıməlik qəsəbəsinə çatmışdır.Heyvanı üç yerə ayırmışlar. İribuynuzlu heyvan, qoyunlar və quzular.O, Məmmədəli və Nazim iribuynuzlu heyvanlara nəzarət etmişdir. Lakin heyvan sürüsü bir yerdə olmuşdur. Heyvanları Hacıməlik qəsəbəsi ərazisində saxlayıb istirahət etmişlər. Axşam saatlarında İman onlara yemək gətirmiş, lakin o, yemək yeməmişdir. O, ağrıdığı üçün yatmış, saat 00:30 radələrində Nazim onu yuxudan oyadıb ondan telefon daşı almış, ona ailəsi ilə danışacağını demişdir. Həmin vaxt İman da yanlarında olmuşdur. Bundan sonra yatmışdır. Saat 06 radələrində yuxudan oyanıb yola davam etmişlər. Onlar Göygöl rayonunda Azos deyilən yerdə olan zaman Ramizlə o, heyvanları ötəri yoxlayarkən iki baş xırdabuynuzlu heyvanın olmamasını görmüşlər. Bu onlarda şübhə yaratmış və heyvanları sayan zaman 109 baş xırdabuynuzlu heyvanın olmamasını görmüşlər. Daha sonra İman bu barədə şikayət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, Nazim iki nəfər şəxslə əlbir olub quzuları oğurlamışdır. Qeyd etmişdir ki, yol boyunca Nazim ancaq telefonla danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Yolqulular kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi iş yeri olmasa fərdi olaraq Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Şadlı kəndində yerləşən fermada çoban işləyir. Fermada olan mal-qaranı yayda Daşkəsən rayonuna köç aparırır, payız aylarında isə fermaya qaytarırlar. Mal-qaranı köç aparan zaman əlavə köməkçilər də tutulur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində fermanın mal-qarasını köç aparmağa başlamışlar. Həmin gün Nazim adlı şəxs də onlara kömək üçün gəlmişdir. Saat 21 radələrində köç Göygöl rayonu, Hacıməlik qəsəbəsinə çatmışdır.Heyvanı üç yerə ayırmışlar. İribuynuzlu heyvan, qoyunlar və quzular. O, qoyuna nəzarət edir, quzulara isə Ramizlə Tural nəzarət edirmiş. Nazim isə iribuynuzlu heyvanlara nəzarət edirmişdir. Lakin heyvan sürüsü bir yerdə olmuşdur. Heyvanları Hacıməlik qəsəbəsi ərazisində saxlayıb istirahət etmişlər. Saat 23 radələrində o, qoyunların yanında yatmışdır. Gecə heç bir səsküy eşitməmişdir. Növbəti gün saat 06 radələrində onlar yuxudan oyanıb yola davam etmişlər. Onlar Göygöl rayonunda Azos deyilən yerdə Ramiz heyvanları ötəri yoxlayan zaman iki baş xırdabuynuzlu heyvanın olmamasını görmüşlər. Bu onlarda şübhə yaratmış və heyvanları sayan zaman 109 baş xırdabuynuzlu heyvanın olmamasını görmüşlər.Daha sonra İman bu barədə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Nizami kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi adı Rəmzi olsa da hamı onu Ramiz kimi tanıyır. Rəsmi iş yeri olmasa da Zərərçəkmiş şəxs məxsus fermer təsərrüfatında çoban işləyir. Fermer təsərrüfatında 1300 (bir min üç yüz) baş xırdabuynuzlu və 130 (yüz otuz) baş iribuynuzlu heyvan vardır. Həmin heyvanları Goranboy rayonu Şadlı kəndi ərazisində yerləşən fermada saxlayırlar. Fermada 5 nəfər çoban işləyir və heyvanlara baxırlar. Yay aylarında isə heyvanları Daşkəsən rayonunda yerləşən yaylağa aparıb orada saxlayırlar. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində heyvanlardan ibarət sürünü Daşkəsən rayonu ərazisində yerləşən yaylağa aparmaq üçün yola çıxmışlar. Həmçinin köç vaxt İman Nazim adlı şəxsi də pul qarşılığında köməkçi tuturmuş. Nazim də həmin vaxt kömək edirmiş. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində köç Göygöl rayonu, Hacıməlik qəsəbəsinə çatmışdır. Saat 23:30 radələrində onlar yemək yedikdən sonra digər çobanlar yatmışdır. O, isə oyaq qalmışdır. Nazim də yatmır və orada gəzirmiş. Daha sonra o, da gedib yatmışdır. Saat 06 radələrində o, da çobanlarla birlikdə yuxudan ayılmış və köç aparmağa davam etmişlər. Onlar Göygöl rayonunda Azos deyilən yerdə heyvanları ötəri yoxlayan zaman özünə məxsus iki baş xırdabuynuzlu heyvanın olmamasını görmüşdür. Bu onda şübhə yaratmış və heyvanları sayan zaman 109 baş xırdabuynuzlu heyvanın olmamasını görmüşdür. İman da həmin vaxt ora gəlmiş və bu səbəbdən Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir.Zərərçəkmiş şəxs ərizə verən zaman heyvanların konkret olaraq oğurlanmasını bilmədiyi üçün o formada ərizə vermişdir. Nazim köç aparan gün ancaq telefonla danışmışdır. Həmçinin gecə də yatmamışdır. Onun bu qəribə hərəkətləri onda əvvəldən onun barəsində şübhə yaratmışdır Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qaradağlı kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi iş yeri olmasa da Zərərçəkmiş şəxs məxsus fermer təsərrüfatında köməkçi işləyir. Fermer təsərrüfatında 1300 (bir min üç yüz) baş xırda buynuzlu heyvan vardır. Həmin heyvanları Goranboy rayonu Şadlı kəndi ərazisində yerləşən fermada saxlayırlar. Fermada 5 nəfər çoban işləyir və heyvanlara baxır. Eyni zamanda o, da heyvan saxlanmasına kömək edir, bundan başqa özünün də heyvanlarını orada saxlayır. Daimi olaraq fermada olub təsərrüfata nəzarət edirlər. Yay aylarında isə heyvanları Daşkəsən rayonunda yerləşən yaylağa aparıb orada saxlayırlar. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində heyvanlardan ibarət sürünü Daşkəsən rayonu ərazisində yerləşən yaylağa aparmaq üçün yola çıxmışlar. Heyvanları Tural, Vüsal, Arif, İqbal, Elvin, Ramiz, Məhəmmədəli və o, aparmışdır. Həmçinin köç vaxt İman Nazim adlı şəxsi də pul qarşılığında köməkçi tutur. Nazim də həmin vaxt kömək etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində köç Göygöl rayonu, Hacıməlik qəsəbəsinə çatmışdır. O, qoyunlara, Nazimlə Tural gündüz iribuynuzlu heyvanları aparır, gecə isə Nazim quzulara kömək edirmişdir. Saat 23:30 radələrində onlar yemək yedikdən sonra qoyunlara bir yerə yığıb yatmışlar. Nazim isə quzuların yanında dayanmışdır. Saat 06 radələrində o, da çobanlarla birlikdə yuxudan ayılmış və köç aparmağa davam etmişlər. Onlar Göygöl rayonunda Azos deyilən yerdə Ramiz heyvanları ötəri yoxlayan zaman iki baş xırdabuynuzlu heyvanın olmamasını görmüşdür. Bu onlarda şübhə yaratmış və heyvanları sayan zaman 109 baş xırdabuynuzlu heyvanın olmamasını görmüşlər. İman da həmin vaxt ora gəlmiş və bu səbəbdən Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Nazim köç aparan gün ancaq telefonla danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Goranboy rayonu Qarasuçu kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Rəsmi iş yeri olmasa fərdi olaraq Zərərçəkmiş şəxs məxsus Goranboy rayonu Şadlı kəndində yerləşən fermada çoban işləyir. Fermada olan mal-qaranı yayda Daşkəsən rayonuna köç aparır, payız aylarında isə fermaya qaytarırlar. Mal-qaranı köç aparan zaman əlavə köməkçilər də tutulur. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində fermanın mal-qarasını köç aparmağa başlamışlar. Həmin gün Nazim adlı şəxs də onlara kömək üçün gəlmişdir. Saat 21 radələrində köç Göygöl rayonu, Hacıməlik qəsəbəsinə çatmışdır.Heyvanı üç yerə ayırmışlar. İribuynuzlu heyvan, qoyunlar və quzular. O, qoyuna nəzarət edirmiş. Quzulara isə Ramizlə Tural nəzarət edirmiş. Nazim isə iribuynuzlu heyvanlara nəzarət edirmiş. Lakin heyvan sürüsü bir yerdə olmuşdur. Heyvanları Hacıməlik qəsəbəsi ərazisində saxlayıb istirahət etmişlər. Saat 23 radələrində o, Ramizlə spirtli içki qəbul etmiş, daha sonra gedib yatmışlar. İçən zaman Nazimi də çağırıb təklif etmişlər, lakin Nazim içməmişdir. Nazim quzuların yanında dayanmışdır. Saat 06 radələrində onlar yuxudan oyanıb yola davam etmişlər. Onlar Göygöl rayonunda Azos deyilən yerdə Ramiz heyvanları ötəri yoxlayan zaman iki baş xırdabuynuzlu heyvanın olmamasını görmüşdür. Bu onlarda şübhə yaratmış və heyvanları sayan zaman 109 baş xırdabuynuzlu heyvanın olmamasını görmüşlər.Daha sonra İman bu barədə şikayət etmişdir.Sonradan onlara məlum olmuşdur ki, Nazim iki nəfər şəxslə əlbir olub quzuları oğurlamışdır. Nazim quzuları oğurladıqdan sonra da onlarla yola davam etmiş, özünü büruzə verməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Zərərçəkmiş şəxs məxsus 109 (yüz doqquz) baş xırdabuynuzlu heyvanın oğurlandığı yerə baxış keçirilərək hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək fotocədvəl halında həmin protokola əlavə edilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 1 baş 7 aylıq yaşda diri çəkiləri 35-40 kiloqram arasında olan xırdabuynuzlu heyvanın (quzunun) 320,00 manat, 109 baş orta bazar qiyməti ilə ümumi qiyməti nəzəri qaydada təxminən 34880,00 manat müəyyən edilir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 7 sentyabr 2023-cü il tarixli ərizəsində təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanın tam ödənldiyini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. -Kəlbəcər rayon İHB-nın Kəlbəcər şəhər İƏD üzrə nümayənəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Cəfərov X8 şəhər sakini olmaqla Göranboy rayonu Qaradağlı kəndində məskunlaşmış , himayəsində 2017-ci il təvəllüdlü X9, 2019-cu il təvəllüdlü X14 adlı iki uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -Kəlbəcər rayon İHB-nın İstibulaq kənd İƏD üzrə nümayənəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Kəlbəcər rayon İstibulaq kənd sakini olmaqla Göranboy rayonu Yeni Veyisli kəndində məskunlaşmış, himayəsində 2005-ci il təvəllüdlü X3, 2007-ci il təvəllüdlü X2, 2013-cü il təvəllüdlü X4 adl ıüç uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -Goranboy rayon İHB-nın Safıkürd kənd İƏD üzrə nümayənəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Həsənov X6 rayon Safıkürd kəndində qeydiyyatdadır, himayəsində 2015-ci il təvəllüdlü X5, 2017-ci il təvəllüdlü X7, 2021-ci il təvəllüdlü X11 adlı üç uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 30 iyun 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək həbsdə saxlanmış, 25 iyul 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 30 avqust 2023-cü il tarixdən isə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 01 iyul 2023-cü il tarixdən 24 iyul 2023cü il tarixədək həbsdə saxlanmış, həmin tarixdən isə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. -Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 01 iyul 2023-cü il tarixdən 24 iyul 2023cü il tarixədək həbsdə saxlanmış, həmin tarixdən isə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxlərin əməllərini CM-nin 177.2.1 və177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir, ona görə də onlar həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməli etiraf edib peşimançılıq çəkmələrini, himayələrində azyaşlı uşaqlarının olmasını zərər çəkmiş şəxsə vurulmuş zərəri könüllü olaraq tamamilə ödəmələrini və onunla barışıq əldə etmələrini onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərini etiraf etmələri onların ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir, səmimi peşmançılıqları isə onların cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getdiklərini, tutduqları əməllərə görə öz-özlərini məzəmmət etdiklərini ifadə edir. Eyni zamanda təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, təqsirləndirilən şəxslərin əməllərini etiraf edib səmimi peşmançılıqlarını bildirmələri ona dəlalət edir ki, məhkəmədən də qabaq onlar özlərini məzəmmət edir. Əməllərini etiraf etmələri buna borclu olmayan təqsirləndirilən şəxslərin ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək onlara CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs1 CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 30 iyun 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək həbsdə, 25 iyul 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı, Təqsirləndirilən şəxs2 01 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək həbsdə və 24 iyul 2023-cü il tarixdən ev dustaqlığında olduğu 03 (üç) ay 16 (on altı) gün və Təqsirləndirilən şəxs3 01 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək həbsdə və 24 iyul 2023-cü il tarixdən ev dustaqlığında olduğu 03 (üç) ay 16 (on altı) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı barələrində seçılmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə qədər barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır.Hökmün icrası onların yaşayış yeri üzrə İcra və Probasiya qrumuna həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 üzərinə ünvan 1 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. - Təqsirləndirilən şəxs2 üzərinə ünvan 2 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. - Təqsirləndirilən şəxs3 üzərinə Goranboy rayonu Safikürd kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmalıdır. İş üzrə maddi subut və mülki iddia yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qətimkan tədbiri qaydasında 30 iyun 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək həbsdə, 25 iyul 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək ev dustaqlığında olduğu 02 (iki) ay həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla 04 (dörd) ay bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il, 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 üzərinə ünvan 3 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 qətimkan tədbiri qaydasında 01 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək həbsdə və 24 iyul 2023-cü il tarixdən ev dustaqlığında olduğu 3 (üç) ay,16 (on altı) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla 7 (yeddi) ay,02 (iki) gün bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 2 ünvanda yerləşən yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 qətimkan tədbiri qaydasında 01 iyul 2023-cü il tarixdən 24 iyul 2023-cü il tarixədək həbsdə və 24 iyul 2023-cü il tarixdən ev dustaqlığında olduğu 3 (üç) ay,16 (on altı) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla 7 (yeddi) ay,02 (iki) gün bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 üzərinə Goranboy rayonu Safikürd kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Goranboy rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Hökmün icrası müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Goranboy rayonu İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 50 (əlli manat) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar