Məhkəmə qərarları › İş №1(066)-116/2023

Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-116/2023

27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-116/2023 27.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1953-cü ildə Göygöl şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Göygöl şəhəri, H.Ə.Əliyev pr. ev 111-də qeydiyyatda olmaqla Göygöl şəhəri, Hummel küçəsi, ev 15-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 3.000 ( üç min) manat qarşılığında müharibə iştirakçısı olduğu üçün Müdafiə Nazirliyi tərəfindən veriləcək mənzil növbəsini irəli çəkdirəcəyi barədə sonuncuya yalan vədlər verib inandıraraq 28 mart 2023-cü il tarixdə onun ünvan 1 ünvanda yerləşən ofis otağında Zərərçəkmiş şəxs 2.800 (iki min səkkiz yüz) manat pulu alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda əvvəllər tanımadığı adı ona sonradan məlum olan Arzu adlı şəxs onun işlədiyi ofisə gəlib, İ Qarabağ müharibəsi veteranı olduğunu, müharibə veteranı olan şəxslərə, müharibə veteranlığı ilə əlaqədar sənəd verildiyi tarixdən pul verilməli olduğunu, lakin ona 3 il veteranlıqla əlaqədar pul verilmədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs dediyini təsdiq edərək, bununla bağlı ərizə yazılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməli olduğunu, müsbət cavab alındığı pulunu alacağını, mənfi cavab veriləcəyi halda məhkəmə orqanlarına müraciət olunacağını bildirmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazıb vermiş və Zərərçəkmiş şəxs 30 (otuz) manat pul almışdır. Arzu özü yazılan ərizəni poçtla göndərmişdir. Həmçinin Arzu söhbət əsnasında bildirmişdir ki, uzun müddətdir Müdafiə Nazirliyi tərəfindən veriləcək ev növbəsində olduğunu, həmin evin ilin sonunda veriləcəyini demiş və ondan tez ala bilməsi üçün köməklik istəmişdir. O, bu haqda maraqlanacağını demişdir. Bir-iki dəfə Arzu yanına gəlib, cavabın gəlmədiyini bildirmişdir. Təxminən bir aydan sonra Arzu yanına gəlib, həmin ərizəyə cavab gəldiyini demişdir. O, Arzunun gətirdiyi məktubla tanış olub, imtina məktubunun gəldiyini deyib, Gəncə İnzibati məhkəməsinə iddia ərizəsi yazıb məhkəməyə göndərmişdir. O, Arzudan iddia ərizəsinə görə 70 (yetmiş) manat pul istəmişdir. Arzu maaşını alanda gətirib verəcəyini bildirsə də lakin gətirib verməmişdir. Arzu 2023-cü ilin mart ayının sonlarında onun işlədiyi ofisə gəlib, söhbət əsnasında ev növbəsinin irəli çəkilməsi ilə bağlı danışmışdır. O, həmin vaxt maddi vəziyyəti yaxşı olmadığından, pula ehtiyacı olduğundan Arzuya yalandan əvvəllərdən Gəncə şəhərində İcra Hakimiyyətində hüquqşünas işlədiyini bildiyi Xəqani adlı şəxsin olduğunu və bu işlərlə məşğul olduğunu deyib, Xəqaninin köməkliyi ilə ona evin verilməsini tezləşdirəcəyini demişdir. Həmçinin Arzuya demişdir ki, Xəqaninin özü pul götürmür, guya ki, Xəqaninin əmisi oğlu vasitəsi ilə verəcəkdir. O, Arzuya demişdir ki, evin növbəsinin irəli çəkilməsi üçün 3.000 (üç min) manat pul lazımdır. Arzu həmin məbləğdə pulu bankdan götürəcəyini və götürən kimi gətirib verəcəyini bildirmişdir. 28 mart 2023-cü il tarixdə Arzu arvadı adı ona sonradan məlum olan Xatirə ilə birlikdə işlədiyi ofisə gələrək, ona 2.800 (iki min səkkiz yüz) manat pul vermişdir. 200 (iki yüz) manatı isə daha sonra gətirəcəyini, digər hansısa bankda olan krediti ilə bağlı problem olduğunu demişdir. O, Arzuya pulu ondan borc almağı ilə bağlı qəbz yazıb vermiş, Arzu növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə ona zəng edərək verdiyi pulu geri istəmişdir. O isə pula ehtiyacı olduğundan, yalandan Arzuya demişdir ki, pulu artıq vermişdir. O, ona pulu birdəfəlik qaytara bilməyəcəyini demişdir. Arzu Bank of Baku ASC ödəniş cədvəlini verib, ona verəcək olduğu pulu, aylıq olaraq kreditə ödəməyini bildirmişdir. O, təxminən may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Arzuya işlədiyi ofisin qarşısında 540 (beş yüz qırx) manat pul vermiş və hər ay borcu qurtarana kimi aylıq onun adına banka olan kredit borcunu ödəyəcəyini bildirmişdir. Arzu əvvəlcə onunla razılaşsa da, daha sonra isə bundan imtina etmişdir. Həmin pulu ev növbəsini tezləşdirmək adi ilə alaraq, öz ehtiyaclarıma xərcləmiş, hər hansı bir şəxsə verməmişdir. Aldığı 2800 (iki min səkkiz yüz) manat pulun ümumilikdə 940 (doqquz yüz qırx) manatınıda ödəmişdir. Arzuya hüquqşünas kimi dediyi Xəqani adlı şəxs və əmisi oğlunu özündən yalandan Arzunu inandırmaq üçün demişdir, nə Xəqani nədəki, başqa bir şəxsə pul verməmiş və bu işlə bağlı heç kiminlə danışmamışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəri ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixində 2015-ci ildən ödənilməli olduğu halda ödənilməyən veteranlıq ödənişini almaq üçün hüquqi yardım almaq məqsədi ilə Göygöl şəhərində Hüquq məsləhətxanasında yaxınlaşmış və orada olan vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Vetaranlıq pulunun bərpa edilməsi ilə bağlı söhbət edən zaman onun 10 (on) ildir ev növbəsində olmağını da danışmışlar. Bu zaman Qalib ona bu barədə də kömək edə biləcəyini demişdir. Qalib Gəncə şəhərində İcra Hakimiyyətində işləyən Xəqani adlı tanışının bu işlərlə məşğul olduğunu deyib, Xəqaninin köməkliyi ilə ona evin verilməsini tezləşdirəcəyini demişdir. Qalib Xəqaninin özünün pul götürmədiyini, pulu Xəqaninin əmisi oğlu vasitəsi ilə verəcəyini demişdir. Qalib bunun üçün ondan 3.000 (üç min) manat pul istəmiş və pulu tez verməyini tələb etmişdir. Qalib ilə razılaşmış və evə qayıdaraq arvadı Xatirəyə Qalib ilə söhbəti barədə danışmışdır. Xatirə də onunla razılaşmış və birlikdə Gəncə şəhərində “Express Bank”-a müraciət edərək öz adına 10.000 (on min) manat kredit pul götürmüşdür. xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində arvadı Xatirə, oğlu Heydər ilə birlikdə Qalibin Göygöl şəhəri Heydər Əliyev prospektində olan iş yerinə getmiş, orada arvadı Xatirə və oğlu Heydərin yanında 2.800 (iki min səkkiz yüz) manat pul vermişdir. Qalib yerdə qalan iki yüz manatı 1-2 gün ərzində verməyini bildirmişdir. Bundan sonra Qalib öz adından ondan 3.000 (üç min) manat borc aldığını qeyd etdiyi qəbz yazaraq ona vermişdir. Həmin vaxt qəbzi oxumamış və evə qayıtmışdır. Evdə olan zaman Qalibin yazdığı qəbzi oxuyanda həmin qəbzdə Qalibin ondan 3.000 (üç min) manat borc aldığını qeyd etmişdir. Bu zaman aldadıldığını başa düşmüşdür. xx.xx.2023-cü il tarixdə Qalibə zəng edərək pulumu geri istədiyini bildirdikdə Qalib həmin pulu Xəqaninin əmisi oğluna verdiyini bildirmişdir. Həmin vaxtdan indiyədək pulunu geri istədikdə Qalib hər dəfə müxtəlif bəhanələr gətirmişdir. 2023-cü ilin may ayının əvvələrində dəqiq gününü xatırlamadığı vaxtda Qalib 2.800 (iki min səkkiz) manat puldan 540 (beş yüz qırx) manatını geri qaytarmışdır. Həmiçinin tanışı Fəxrəddinə də bu barədə bildirmiş və Qalibin yanına pulunu geri istəmək üçün bir neçə dəfə Fəxrəddinlə getmiş, Qalibin ona yazıb verdiyi qəbzi və Qaliblə danışıqlarını əks olunmuş səs yazısını 1 ədəd CD-R diskə köçürmüşdür vətəqdim edə bilər. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, əri Arzu ehtiyyatda olan hərbi qulluqçudur və iyirmi ildən artıq qüsursuz hərbi xidmət etdiyi üçün Müdafiə Nazirliyi tərəfindən veriləcək ev növbəsindədir. xx.xx.2023-cü il tarixdə Arzu evə qayıdan zaman ödənilməyən veteranlıq ödənişini almaq üçün hüquqi yardım almaq məqsədi ilə Göygöl şəhərində Hüquq məsləhətxanasında vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs yanına getdiyini demişdir. Qalib adlı şəxs ilə ev növbəsi ilə bağlı danışdıqlarını və onun bu barədə kömək edə biləcəyini demişdir. Həmçinin bildirmişdir ki, Qalib adlı vəkilin Gəncə şəhər İcra Hakimiyyətində işləyən Xəqani adlı tanışının köməkliyi ilə evin verilməsini tezləşdirəcəkdir və bunun müqabilində Qalib 3.000 (üç min) manat pul istəmişdir. O və oğlu Heydər əri Arzu ilə razılaşmışlar və birlikdə Gəncə şəhərində “Express Bank”-a müraciət edərək 10.000 (on min) manat kredit pul götürmüşlər. xx.xx.2023-cü il tarixdə əri Arzu və oğlu Heydər ilə birlikdə Qabilin Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən iş yerinə getmişlər, orada Arzu Qalibə 2.800 (iki min səkkiz yüz) manat pul vermişdir. Qalib yerdə qalan iki yüz manatı 1-2 gün ərzində verməyini bildirmişdir. Bundan sonra Qalib öz adından 3.000 (üç min) manat borc aldığını qeyd etdiyi qəbz yazaraq vermişdir. Həmin vaxt qəbzi oxumamışlar və evə qayıtmışlar. Evdə olan zaman Qalibin yazdığı qəbzi oxuyanda həmin qəbzdə Qalibin əri Arzudan 3.000 (üç min) manat borc aldığını qeyd etmişdir. Bu zaman aldadıldıqlarını başa düşmüşlər. xx.xx.2023cü il tarixdə Arzu Qalibə zəng edərək pulu geri istədikdə Qalib əri Arzuya həmin pulu Xəqaninin əmisi oğluna verdiyini bildirmişdir. 2023-cü ilin may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Qalib 2.800 manat puldan 540 manatını geri qaytarmışdır. Həmin vaxtdan indiyədək Qalib hər dəfə pulu verəcəyini bildirsə də, lakin müxtəlif bəhanələr gətirərək bu günə kimi pulu qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə atası Arzu yaşadığı evə gələrək veteranlıq ödənişini almaq üçün hüquqi yardım almaq məqsədi ilə Göygöl şəhərində Hüquq məsləhətxanasına yaxınlaşdığını və orada olan vəkil kimi tanıdığı Təqsirləndirilən şəxs vetaranlıq pulunun bərpa edilməsi ilə bağlı söhbət edən zaman ev növbəsində olmağı ilə danışdıqlarını, Qalib adlı şəxsin bu barədə atasına kömək edə biləcəyini bildirdiyini demişdir. Həmçinin bildirmişdir ki, Qalib adlı vəkilin Gəncə şəhər İcra Hakimiyyətində işləyən Xəqani adlı tanışının köməkliyi ilə evin verilməsini tezləşdirəcəkdir və bunun müqabilində Qalib ondan 3.000 (üç min) manat pul istəmişdir. O və anası Xatirə atası ilə razılaşmışlar və birlikdə Gəncə şəhərində “Express Bank”-a müraciət edərək 10.000 (on min) manat kredit pul götürmüşlər. xx.xx.2023-cü il tarixdə atası Arzu və anası Xatirə ilə birlikdə Qabilin Göygöl şəhəri Heydər Əliyev prospektində olan iş yerinə getmişlər, orada atası Qalibə 2.800 (iki min səkkiz yüz) manat pul vermişdir. Qalib yerdə qalan iki yüz manatı 1-2 gün ərzində vermələrini bildirmişdir. Bundan sonra Qalib öz adından atasından 3.000 (üç min) manat borc aldığını qeyd etdiyi qəbz yazaraq atası Arzuya vermişdir. Həmin vaxt qəbzi oxumamışlar və evə qayıtmışlar. Evdə olan zaman Qalibin yazdığı qəbzi oxuyanda həmin qəbzdə Qalibin atasından 3.000 (üç min) manat borc aldığını qeyd etmişdir. Bu zaman Qalibin onları aldatdığını başa düşmüşlər. xx.xx.2023-cü il tarixdə atası Arzu Qalibə zəng edərək pulu geri istədikdə Qalib həmin pulu Xəqaninin əmisi oğluna verdiyini bildirmişdir. 2023-cü ilin may ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Qalib 2.800 manat puldan 540 manatını geri qaytarmışdır. Həmin vaxtdan indiyədək o, Qalibdən atasının verdiyi pulu geri istədikdə o, hər dəfə pulu verəcəyini bildirsə də, lakin müxtəlif bəhanələr gətirərək bu günə kimi qaytarmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2023-cu ilin may ayında dəqiq gününü xatırlamadığı vaxtda Arzugilə qonaq gedən zaman Arzu ona bildirmişdir ki, Müdafiə Nazirliyi tərəfindən veriləcək ev növbəsini irəli çəkmək üçün Qalib adlı şəxs ondan 3.000 (üç min) manat pul istəmişdir. Arzu isə Qalib adlı şəxsə 2.800 (iki min səkkiz yüz) manat pul vermiş, Qalib isə guya ki, borc alması ilə bağlı qəbz yazaraq ona vermişdir. Arzu həmçinin bildirmişdir ki, Qalib adlı şəxsdən verdiyi pulu dəfələrlə geri istəmiş, Qalib adlı şəxs pulu qaytaracağını bildirsədə, lakin qaytarmır. Arzu ona demişdir ki, onunla birlikdə Qalib adlı şəxsin işlədiyi ofisə getsinlər. O, Arzu və arvadı Xatirə ilə birlikdə iki dəfə Qalib adlı şəxsin işlədiyi ofisə getmişdir. Həmçinin Qalibin işlədiyi ofisdə olan zaman Qalib özü demişdir ki, Arzudan 2.800 (iki min səkkiz yüz) manat pulu Müdafiə Nazirliyi tərəfindən veriləcək ev növbəsini irəli çəkmək üçün almışdır. Qalib hər dəfə pulu geri qaytaracağını bildirsədə, lakin geri qaytarmır. Qaliblə həmin məsələ ilə danışıqları əks olunmuş səs yazısı Arzuda vardır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 01 ədəd CD disk təqdim edərək Təqsirləndirilən şəxs ondan pul almasını və pulu qaytaracağını bildirməsini əks etdirən səs yazısının qeydə alınaraq həmin diskə köçürdüyünü bildirmişdir. Həmin CD disk tərəfindən protokolla götürülmüşdür. Cinayət işinə əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay AME cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014 il tarixli qərərına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 3.000 ( üç min) manat qarşılığında müharibə iştirakçısı olduğu üçün Müdafiə Nazirliyi tərəfindən veriləcək mənzil növbəsini irəli çəkdirəcəyi barədə sonuncuya yalan vədlər verib inandıraraq 28 mart 2023-cü il tarixdə onun ünvan 2 ünvanda yerləşən ofis otağında Zərərçəkmiş şəxs 2.800 (iki min səkkiz yüz) manat pulu alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar). Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov İş № 1(066)-116/2023 Azərbaycan Respublikası adından QƏRARDANÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 27 noyabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1953-cü ildə Göygöl şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Göygöl şəhəri, H.Ə.Əliyev pr. ev 111-də qeydiyyatda olmaqla Göygöl şəhəri, Hummel küçəsi, ev 15-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar