Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-117/2023 20.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Xanlar şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri, Həsən Bayramov küçəsində Göygöl şəhəri, A.Şadlinski küçəsi ev 39-da yaşayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sonuncunun idarə etdiyi “Kia Ceed” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sağ sifət nahiyəsinə vurmaqla sonuncuya sağ gözün alt qapağının, sağ almacıq və sağ əng nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, sağ bilək nahiyyəsinin sıyrığı ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən döymüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Göygöl şəhəri A.Şadlinski küçəsi ev 39-da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs təxminən 1 ildir tanıyır və onunla eyni evdə yaşayır. Cəmilə ilə aralarında şəxsi münasibətlərlə bağlı mübahisə oduğu üçün Cəmilənin “313” marketin yaxınlığında anasının evində qalır. Təxminən sentyabr ayının 5-də Gəncə şəhərinə bazara gedən zaman Cəmilə ona zəng edərək “313” marketin yanına gəlməsini istəmiş, o, isə Cəmiləyə oraya gəlməyəcəyini, öz evinə getdiyini bildirmişdir. Həmin gecə saat 02 radələrində bazardan yaşadığı evə gələn zaman Cəmilənin yaşadığı evin qarşısında onu gözlədiyini görmüş, həmin vaxt o, qapını açaraq Cəmilə ilə evə daxil olmuş, sonra Cəmilə yatmış o, isə bazardan aldığı göy-göyərti dəstələrini saymışdır. Səhər vaxtı o, Cəmilədən anasının yaşadığı evə getmək istəyibistəmədiyini soruşmuş, Cəmilə onu anasıgilin yaşadığı kirayə evə aparmasını istəmişdir.Onlar avtomobildə gedən zaman Cəmilə onun da kirayə evə getməsini istəmiş, ancaq o, razılaşmamışdır. Bu zaman aralarında sözlə mübahisə olmuş və mübahisə zamanı Cəmilənin hərəkətlərindən əsəbləşərək avtomobili saxlayaraq əli ilə bir dəfə Cəmilənin sifətindən vurmuşdur.Bundan sonra Cəmilən sakitləşmişdir. O, Cəmiləni anasının yaşadığı ünvana aparmış, sonra Cəmilə ona zəng edərək yenədə onun həmin ünvana getməsini istəmiş, ancaq o, getməmişdir. xx.xx.2023-cü il tarixdə Cəmilənin döyülməsi ilə bağlı şikayət etməsini öyrənmişdir. Cəmilə ilə təxminən bir ilə yaxındır ki, ərarvat münasibətindədirlər. Həmin müddət ərzində yalnız bir dəfə 06 sentyabr 2023-cü il tarixində Cəmiləni anasının yaşadığı evə aparan zaman idarə etdiyi avtomobildə mübahisələri olmuş və əsəbləşərək bir dəfə Cəmilənin sifət nahiyyəsində əli ilə vurmuşdur.Həmin vaxt yanlarında heç kim olmamışdır. Hazırda tutduğu əməldən peşimançılıq çəkir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 2 ünvanda Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır, evdar qadındır. Təqsirləndirilən şəxs ilə evlidir, xx.xx.2023-cü il tarixdə onun keçmiş evliliyindən olan qızı Cənnət Nəcəfova və anası Şövkət Nəcəfova ilə görüşməsi səbəbindən əri ilə aralarında sözlə mübahisə olmuşdur. Bundan sonra Cəmşidlə mübahisə etdiyi üçün Cəmşid onu özünə məxsus olan avtomobil ilə anasının yaşadığı Göygöl şəhəri “313” marketin yaxınlığına aparmış, onlar avtomobildə olan zaman Cəmşid onu təhqir edərək onunla mübahisə etməyə başlamış və əli ilə onun başına bir neçə dəfə vuraraq onu döymüşdür.Bundan 3 gün sonra yəni xx.xx.2023-cü il tarixdə əri Cəmşidin ona xəyanət etdiyini öyrənmiş və döyülməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onu Göygöl şəhəri ərazisində öz avtomobilində əli ilə döymüş, həmin vaxt yanlarında heç kim olmamışdır. Döyüldüyü üçün sağ gözü şişərək göyərmiş və başında ağrılar olmuşdur.Təqsirləndirilən şəxs ilə barışmamışdır.Ona qanunu cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Göygöl rayon MTE və PA şöbəsinin vətəndaş xx.xx.2023-cü il tarixli, 472 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ gözün alt qapağının, sağ almacıq və sağ əng nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, sağ bilək nahiyyəsinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkum olunmamışdır. -Göygöl rayon MKTİB-nin xx.xx.2023-cü il tarixli 3141 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır və yaşayış yeri üzrə müstət xarakteriza olunur. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keıirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzasının əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq bu cəza növünün ədalətli olmaqla cəzanın məqsədlərinə çatmağın mümkün olması qənaətinə gəlir. İşdə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur, həmçinin CM-in 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Göygöl rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-117/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-117/2023
20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver