Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-118/2023 13.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri, Şəhriyar küçəsi, ev 79-da yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə Zərərçəkmiş şəxs 2.300 (iki min üç yüz) manat qarşılığında 2-ci qrup əlilliyə görə əvvəllər verilən və verilməsi dayandırılmış təqaüdün yenidən bərpa edəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs ilkin olaraq 2021-ci il oktyabr ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Əminə” marketdə yerləşən ödəmə terminalı vasitəsilə göndərdiyi 1.000 (min) manat, 2021-ci ilin oktyabr ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncunun həmin terminaldan göndərdiyi 500 (beş yüz) manat, 2021-ci ilin noyabr ayının əvvəlində dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncudan Bakı şəhərində yerləşən M.Topçubaşov adına Elmi- Cərrahiyə mərkəzinin həyətində bir başa olaraq nəğd şəklində 500 (beş yüz) manat və 22 may 2022-ci il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən “Əli” marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə 4169-7420-8895-1211 nömrəli bank hesabına göndərdiyi 300 (üç yüz) manat pulu alıb ələ keçirməklə göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 2.300 (iki min üç yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 2020-ci ilin iyun ayından tanıyır. 2021-ci ilin təxminən oktyabr ayının əvvəllərində dəqiq gününü xatırlmadığı vaxtda Gəncə şəhərində yerləşən “köhnə Yevlax avtovağzalı” kimi tanınan ərazidə olan çayxanalardan birində Mütəllimlə rastlaşmışdır. Onlar bir neçə dəqiqə ümumi məsələlər barədə söhbət etmişlər. Həmin çayxanada söhbət edərkən Gəncə şəhərində yaşayan ailəsini görmək üçün gəldiyini, Bakı şəhərində hər hansısa bir “nazirliy”ə hazırlaşdığını demiş, lakin haradasa işlədiyini deməmişdir. Söhbət əsnasında Mütəllim ondan haradan gəldiyini soruşmuş, o, həkimdən gəldiyini, sənəd götürdüyünü demişdir. Mütəllim ondan nə sənədi olduğunu soruşmuş və o, cavab olaraq pensiya düzəltməklə bağlı olduğunu bildirmişdir. Növbəti gün adı ona sonradan məlum olan Araz adlı şəxs ona məxsus ***-***- **-** saylı mobil nömrəsinə zəng etmiş və danışıq zamanı mobil nömrəsini Mütəllimin verdiyini demişdir. Araz adlı şəxs əlilliklə bağlı pensiyasının kəsildiyini, yenidən bərpa etdirməyin mümkün olub-olmadığını soruşmuşdur. O, Araza xəstəlik sənədlərini göndərməyini bildirmişdir. Hazırda xatırlamadığı mobil nömrədən ona məxsus whatsapp sosial şəbəkəsinə xəstəlik sənədlərinin şəklini göndərmişdir. O, Araza pensiyanı yenidən bərpa etdirməyin mümkün olduğunu bildirmişdir. O, Araza pensiyanın yenidən bərpa edilməsi üçün 1.000 (min) manat pul lazım olduğunu bildirmişdir. Arazla danışıq zamanı kart hesab nömrəsi deyəcəyini, pulu həmin hesaba göndərməsini bildirmişdir. Bundan təxminən yarım saat sonra Araz ona məxsus ***-***-**-** saylı nömrəyə zəng etmiş, özünə məxsus hazırda xatırlamadığı bank hesab nömrəsini demiş və həmin karta göndərmişdir. Bir neçə gün sonra Araza zəng edərək işinin düzəlməsi üçün əlavə 500 (beş yüz) manat pul lazım olduğunu deyib, göndərməsini bildirmişdir. Araz ona məxsus bank hesab nömrəmə 500 (beş yüz) manat pul göndərmişdir. O, 2021-cilin oktyabr ayının sonlarında Araza zəng edərək Bakı şəhərində yerləşən M.Topçubaşov adına X9 gəlməsini və özü ilə 500 (beş yüz) manat pul gətirməsini bildirmişdir. Bundan təxminən 2-3 gün sonra, yəni 2021-ci ilin təxminən noyabr ayının əvvəllərində Araz Bakı şəhərinə gəlmiş və onlar M.Topçubaşov adına X9 qarşsında görüşmüşlər, 500 (beş yüz) manat pulu ona xəstəxananın həyətində vermişdir. O, Arazla bilrikdə Arazın ayaqlarında olan damar xəstəliyi ilə əlaqədar adını bilmədiyi, növbədə olan həkimin qəbulunda olmuşlar. Arazla həkimin yanından çıxdıqdan sonra ona tezliklə pensiyanın bərpa olunacağını deyib, xəstəxananın qarşısından yola salmışdır. Araz tez-tez ona məxsus ***-***-**-** və ***-***- **-** mobil nömrələrə zəng edərək mütəmadi əlaqə saxlamışdır. O, hər dəfə Araza tezliklə pensiya məsələsinin həll olacağını, səbr etməyini bildirmişdir. 2022-ci ilin may ayında dəqiq gününü xatırlamadığı vaxtda o, Araza zəng edərək pensiya məsləsinin həlli ilə bağlı əlavə 300 (üç yüz) manat pul lazım olduğunu bildirmişdir. O, hazırda adını xatırlamadığı tanışına borcu olduğundan, pensiya adı ilə Arazdan istədiyi 300 (üç yüz) manat pulu göndərə bilməsi üçün, tanışının ona göndərdiyi kart hesab nömrəsini sms vasitəsi ilə göndərmişdir. Araz həmin gün 300 manat pulu göndərdiyi bank hesab nömrəsinə göndərmişdir. Daha sonra 2022-ci ilin təxminən sentyabr ayının sonlarında Mütəllim ona məxsus mobil nömrəyə zəng etmiş və o, Gəncə şəhərində “köhnə Yevlax avtovağzalı” kimi adlanan ərazidə yerləşən çayxanalardan birində Mütəllim və Arazla görüşmüşdür. Həmin vaxt Araz ondan ümumilikdə verdiyi 2.300 (iki min üç yüz) manat pulu geri qaytarmasını tələb etmiş, o isə tezliklə ona əlillik təyin etdirəcəyini bildirmişdir. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra Araz onunla razılaşmış və onlar sağollaşıb getmişdir. Zərərçəkmiş şəxs əlilliklə əlaqədar kəsilmiş pensiyanı yenindən bərpa etdirmək üçün heç kiminlə söhbəti olmamış, aldığı puldan heç kimə verməmişdir. Törətmiş olduğu əməldə özünü tam olaraq təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Hadisəni pula ehtiyacı olduğu üçün törətmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təxminən 2011-ci ilin iyul ayında dəqiqi gününü xatırlamadığı vaxtda müayinələrin nəticəsində onda “damar genişlənməsi” xəstəliyinin olması müəyyən edilmiş və ona 2-ci qrup əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq o, hər ay 256 (iki yüz əlli altı) manat pensiya almış və həmin pulu ona verilmiş bank kartı vasitəsiilə əldə etmişdir. Ona təyin edilmiş əlillik 1 il müddətli olmuş, buna görə də o, hər il Daşkəsən rayon Mərkəzi Xəstəxanasında həkim müayinələrindən keçdikdən sonra əlillik müddətim növbəti 1 ilədək artırmışdır. Beləliklə, o, 2021-ci ilin iyun ayınadək hər ay 256 manat məbləğində pensiya almışdır. 2021-ci ilin avqust ayında o, pensiyasının köçrnədiyini gördükdə bunun səbəbini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinə müraciət etmişdir. Həmin vaxt orada tanımadığı şəxslərdən biri ona təyin edilmiş əlillik müddətinin başa çatmasını, bu səbəbdən də pensiya verilməsinin dayandırılmasını demiş və pensiyanı bərpa etmək üçün yenidən həkim müayinələrindən keçərək həmin sənədləri Dövlət Sosial Müdafiə Fonduna təqdim etməli olduğunu izah etmişdir. 2021-ci ilin təxminən sentyabr ayında dəqiq gününü xatırlamadığı vaxtda o, Gəncə şəhərində yerləşən 3 saylı şəhər xəstəxanasının cərrahiyə şöbəsində təxminən 5 gün müddətinə staisonar müalicədə olmuşdur. Bundan sonra isə orada müayinə və müaliəcədə olmağına dair sənədləri Dövlət Sosial Müdafıə Fondunun Gəncə şəhərində yerləşən şöbəsinə müraciət edərək sənədlərini onlara tədqim etmək istədiyini bildirmişdir. Həmin vaxt tanımadığı şəxs ona əlilliyin təyin edilməsi üçün Bakı şəhərində yerləşən M.Topçubaşov adına X9 müraciət etməli olduğunu bildirmişdir. O isə Bakı şəhərini tanımadığı üçün həmin xəstəxanaya müraciət etməmişdir. 2021-ci ilin təxminən oktyabr ayında dəqiqi gününü xatırlamadığı vaxtda Gəncə şəhərində yerləşən “sosial evlər" adlandırılan yerdə yerləşən binaların birində tikinti işlərində fəhlə işləmişdir. Həmin günlərdə arvadı Səbinənin qohumu kimi tanıdığı və həmin yerdə yaşayan Şahid1 ilə qarşılaşmışdır. Onunla söhbət edərkən maddi çəkinlikdən əziyyət çəkdiyini, əlilliyə görə pensiyasının da verilmədiyini ona demişdir. Bu söhbətdən 3-4 gün sonra Mütəllim istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “bizimlə qonşuluqda yaşayan Vüqar adlı şəxs var, eşitmişəm ki, o əlillik təyin etdirə bilir” demişdir. O, onunla danışdıqdan sonra xəstəxanada müayinələrdən keçməyinə dair sənədləri götürüb Mütəllimin yaşadığı Gəncə şəhərində “sosial binalar” kimi tanıdığım yerə getmişdir. O, Mütəllimlə görüşdükdən sonra o, Vüqarın onunla qonşuluqda yaşadığını, Bakı şəhərində işlədiyini demiş və ona pensiya təyin edilməsi ilə bağlı köməklik edib-edə bilməyəcəcəyinə dair Vüqarla danışdıqda Vüqarın onun tibbi müayinələrdən keçməyi ilə bağlı tibbi sənədlərə baxdıqdan sonra buna qərar verə biləcəyini bildirməsini deyərək istifadəsində olan mobil telefonla onun tibbi sənədlərinin şəklini çəkib “whatsapp” vasitəsilə Vüqara göndərmişdir. Həmin vaxt Mütəllim Vüqar adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini ona vermiş, onun mobil nömrəsini də ona verəcəyini deyərək bir neçə gündən sonra Vüqar adlı şəxslə əlaqə saxlamağını bildirmişdir. Təxminən bir-iki gün sonra Vüqar adlı şəxs ona zəng etmişdir. O Mütəllimin ona şəklini göndərdiyi tibbi sənədlərə baxdığını və ona əlillik təyin etdirməyin mümkün olduğunu, lakin bunun müqabilində ona 3500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, həmin məbləği ona verməyə razılaşmış, lakin maddi imkanı zəif oduğu üçün həmin məbləğdə pulu hissə-hissə ona verəcəyini Vüqarla razılaşdırmışdır. Həmin gün axşam saatlarında Vüqar ***-***-**-** saylı mobil nömrədən ona zəng edib pulu ora göndərməyini istəmişdir. O isə Göygöl şəhər Avtovağzalına gəlib, oradakı “Əminə market”in içərisində yerləşdirilmiş terminal vasitəsilə Vüqara 1000 (min) manat məbləğində pulu göndərmişdir. Pulu terminalla köçürərkən o, Vüqarla mobil telefonla danışmış və onun dediyi rəqəmləri terminala daxil etmişdir. Həmin məbləğdə pulu Vüqara göndərməyi ilə bağlı terminaldan çıxardığı qəbzi də itirmişdir. Bu səbəbdən 1000 manat məbləğində pulu Vüqara göndərərkən, pulu hansı bankdan verilmiş və kimə məxsus olan kart hesabına köçürdüyünü xatırlamır. Pulu köçürdükdən bir neçə dəqiqə sonra Vüqarla mobil telefon əlaqəsi saxlayıb, pulun köçüb-köçmədiyini soruşmuş, o isə pulun köçdüyünü və ona tezliklə əlillik təyin ediləcəyini bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında dəqiq gününü xatıərlamadığı vaxtda Vüqar ona zəng edib, “əlillik məsələmi” həll etmək üçün ona əlavə olaraq 500 (beş yüz) manat pul lazım olduğunu bildirmiş və həmin pulu ona göndərməyini istəmişdir. Buna görə də o, yenidən Göygöl şəhər Avtovağzalına gəlib, oradakı Marketin içərisində yerləşdirilmiş terminal vasitəsilə Vüqarın ona dediyi bank kartına 500 (beş yüz) manat məbləğində pul köçürmüşdür. Pulu köçürərkən Vüqarla mobil telefon vasitəsi danışmış və o, ona pulu köçürdüyü kart hesabının rəqəmələrini demiş, o isə rəqəmləri terminalda qeyd etmişdir. Həmçinin, 500 manat məbləğində pulu Vüqar adlı səxsə göndərməyi ilə bağlı terminaldan çıxardığım qəbzi saxlamamışdır. Ona görə də həmin vaxt 500 manat pulu köçürdüyü hesab barəsində hər hansı məlumatı xatırlamır. Pulu köçürdükdən sonra o, Vüqarla əlaqə saxlayıb pulun köçüb-köçmədiyini soruşmuş, o isə pulun köçdüyünü, bir neçə gündən sonra onu Bakı şəhərinə çağıracağını, oraya gedərkən əlavə olaraq 500 manat da verməli olduğunu bildirmiş, o isə onunla razılaşmışdır. Təxminən 2021-ci ilin noyabr ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Vüqar istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng edib müayinələrdən keçməyi üçün onu Bakı şəhərinə çağırmışdır. Bir gün sonra o, yaşadığı Göygöl rayonundan Bakı şəhərinə şəhərində getmişdir. Bakı şəhərində yerləşən X3 adlı şəxs onu qarşılamışdır. Həmin vaxt Vüqar qara rəngli kostyum geyinmişdir. Onun təxminən 40-45 yaşlarında, arıq bədən quruluşlu, təxminən 170-175 sm hündürlükdə, başının ön hissəsi nisbətən keçəl olmasını, üzünün təraş edilmiş olmasını xatırlayır. Vüqarla görüşdükdən sonra Avtovağzalda 500 (beş yüz) manat pulu nəğd şəkildə ona vermişdir. Həmin vaxt onların yanından keçən müxtəlif insanlar olsa da o, Vüqarla təklikdə söhbət etmişdir. Həmin vaxt Vüqara pulu verdikdən sonra onlar tanımadığı taksi avtomobilinə əyləşib M.Topçubaşov adına ElmiCərrahiyə Mərkəzinə getmişlər. O, orada bir neçə saat ərzində müxtəlif müayinələrdən keçdikdən sonra onu avtovağzala gedən marşurut avtobuslarından birinə əyləşdirmiş və tezliklə ona pensiya təyin ediləcəyini deyib getmişdir. O, yaşadığı Göygöl rayonuna qayıtdıqdan sonra mütəmadi olaraq Vüqarla əlaqə saxlamış, o isə onun tibbi sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyini, tezliklə ona 2-ci qrup əlillik təyin ediləcəyini bildirmişdir. 14 yanvar 2022-ci il tarixdə X18 Fondundan istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj daxil olmuşdur. Həmin mesajın mətnində ona 2-ci qrup əlillik təyin edilməsi məsələsinə baxıldığı, lakin pensiya təyin edilməsində imtina edildiyi qeyd edilmişdir. Buna görə də o, Vüqara zəng edib bu barədə məlumat vermiş, o isə narahat olmamağını, tezliklə məsələni həll edəcəyini bildirmişdir. Təxminən iki-üç ay sonra Vüqar onunla əlaqə saxlayıb sənədlərini yenidən Sosial Müdafiə Fonduna təqdim etdiyini, tezliklə ona 2-ci qrup əlillik təyin ediləcəyini bildirmişdir. Buna baxmayaraq, 04 mart 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondundan istifadəmdə olan ***-***-**-** saylı mobil nömrəyə ona 2-ci qrup pensiya təyin edilməsi məsələsinə baxıldığı, lakin əlillik təyin edilməsindən imtina edildiyi barədə mesaj daxil olmuşdur. Bundan sonra o, Vüqara zəng edib bunun səbəbini soruşmuş, o həmin vaxtda ona narahat olmamağını, həmin məsələni həll edəcəyini demişdir. Həmin mesajlar mobil telefonunun yaddaşından silindiyi üçün təqdim edə bilmir. 11 may 2022-ci il tarixdə Vüqar ona zəng edib müayinədən keçmək üçün yenidən onu Bakı şəhərinə çağırmışdır. 13 may 2022-ci il tarixdə saat 11 radələrində o, Bakı şəhərinə çatmış və Vüqarın “Bərpa Mərkəzi” kimi adlandırığı yerə getmişdir. Orada Vüqarla görüşdükdən sonra o, müayinələrdən keçmişdir. Hazırda adını xatırlamadığı həkimlərdən biri ona əlillik dərəcəsinin təyin edilə biləcəyini, lakin bununla bağlı iyul ayında müraciət etməli olduğunu bildirmişldir. Buna görə də Göygöl rayonuna qayıtmışdır. Bundan sonra keçən müddət ərzində mütəmadi olaraq Vüqarla əlaqə saxlayıb əlillik təyin edilmədiyini demiş, o isə hər dəfə ona narahat olmamağı, tezliklə əlillik təyin ediləcəyini bildirmişdir. 2022-ci ilin may ayında dəqiq gününü xatırlamadığı vaxtda Vüqar yenidən ona zəng edib pensiya təyin edilməsi üçün əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmiş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən mesaj vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 4169-7420-8895-1211 rəqəmələrini göndərib pulu həmin karta köçürməyimi istəmişdir. O isə 22 may 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən “Əli Market”də yerləşdirilmiş terminaldan Vüqarın ona göndərdiyi həmin bank kartına 300 (üç yüz) manat pul köçürmüşdür. Lakin, pulu köçürdükdən sonra terminaldan çıxardığı qəbzi itirdiyi üçün hazırda təqdim edə bilmir. Həmin məbləğdə pulu köçürdükdən sonra Vüqarla mobil telefon əlaqəsi saxlamağa çalışsa da o, onun zənglərinə cavab verməmiş, bir müddət sonra isə həmin mobil nömrəyə zəng çatmamışdır. Vüqarın onun zənglərinə cavab vermədiyini gördükdə Şahid1 zəng edərək bu barədə məlumat vermişdir. Mütəllim isə Vüqarla əlaqə yaratmağa çalışacağını bildirmişdir. 2022-ci ilin təxminən sentyabr ayının sonlarında dəqiq günün xatırlamadığı vaxtda Mütəllim ona zəng edib Vüqarın Gəncə şəhərinə gəldiyini bildirmiş və onunla görüşmək üçün onu də oraya dəvət etmişdir. O, həmin gün Gəncə şəhərinə getmiş və “köhnə avtovağzal” adlanan ərazidə yerləşən çayxanalardan birində Vüqarla görüşmüşdür. Həmin vaxt Mütəllim də onların yanın olmuşdur. Vüqarla söhbət zamanı o, ümumilikdə verdiyi 2.300 manat məbləğində pulu geri qaytarmasını tələb etmiş, o, isə tezliklə əlillik təyin etdirəcəyini vəd verdiyi üçün onunla razılaşmışdır. Həmin vaxt Vüqar ona ***-***-**-** saylı mobil nömrəsi vasitəsilə onunla əlaqə saxlaya biləcəyini demişdir. Buna baxmayaraq, bir gün sonra o, həmin mobil nömrəyə zəng etsə də əlaqə saxlaya bilməmiş və Vüqar barəsində "161 Qaynar xətt”ə məlumat vermişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərin ödənilməsini tələb edir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, təxminən 2011-ci ilin iyul ayında əmisi oğlu Araza səhhətində olan xəstəliklə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. Həmçinin oda əlilliklə əlaqədar təqaüd almışdır. 2021-ci ilin təxminən mart ayında onun əlilliklə əlaqədar təqaüdü dayandırılmış, o, yenidən müraciət etsə də imtina olunmuşdur. Daha sonra isə müraciət etməmişdir. Bir neçə ay sonra təxminən 2021-ci ilin iyundan əmisi oğlu Arazında əlilliklə əlaqədar aldığı təqaüd kəsilmişdir. Təxminən 2021-ci ilin təxminən oktyabr ayının əvvəllərində Araz ona bildirmişdir ki, bir nəfər Vüqar adlı şəxsin əlilliklə əlaqədar təqaüd düzəltdiyini demişdir. O, Arazdan həmin adamı hardan tanıdığını soruşmuş, Araz Vüqar adlı şəxsin Mütəllimin qohumu olduğunu, əlilliklə bağlı təqaüd düzəltdiyini bildirmişdir. Hətta Araz ondan borc pulda almış, ondan pulu nə üçün istədiyini maraqlandıqda Araz əlailliklə əlaqdar pensiya düzəlməsi üçün Vüqar adlı şəxsə verəcəyini və Bakı şəhərinə Vüqar adlı şəxsin yanına gedəcəyini bildirmişdir. Araz Bakı şəhərinə gedən zaman Gəncə şəhəri Təzə Yevlax avtovağzalı adlanan yerdən aparıb yola salmışdır. Araz Bakı şəhərindən geri qayıtdıqdan sonra söhbət əsnasında demişdir ki, əgər onun təqaüd məsələsi həll olunsa, onunda dayandırılmış təqaüdünü bərpa etdirərlər. Bundan təxminən 5-6 ay sonra Arazdan pensiyanın düzəlib düəlməsini soruşduqda Araz hələ düzəlmədiyini bildirmişdir. O, Araza demişdir ki, Vüqar adlı şəxs aldadıbdır, gedib polisə müraciət etsin pulunu geri alsın. Araz cavab olaraq bildirmişdir ki, qoy gözləyək görək nə olur. Bir qədər sonra Araz özü ona bildirmişdir ki, Vüqar adlı şəxs onu aldadıbdır, mobil telefonunuda söndürübdür, əlaqə saxlaya bilmir. Məhkəmə istintaqı zamanı könüllü olaraq şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2013-cü ildən Gəncə şəhərində yerləşən 31 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Ailəsi ilə birlikdə Gəncə şəhəri, Qızılqaya qəsəbəsi, F.Əmirov küçəsində yaşayır. Təqsirləndirilən şəxs yaşca kiçik qardaşıdır. Qardaşı Vüqar 1983-cü ildən 1993-cü ilədək Gəncə şəhərində yerləşən 25 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. Orta təhsilini başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, 1991-ci ildən 2002-ci ilədək Gədəbəy rayonu, Moruqlu kəndində yaşadığı üçün qardaşı Vüqarın nə vaxt hərbi xidmətdən qayıtmasını bilmir, Vüqar sonradan X13 İnsitutuna daxil olmuş və orada ali təhsil almışdır. Vüqar ünvan 1 ünvanında atası və anası ilə birlikdə yaşamışdır. X14 2021 -ci il vəfat etmişdir. X15 isə həmin ünvanda qardaşı ilə birlikdə yaşayır. Vüqar 2004-cü ildə Şahid4 ilə ailə həyat qurmuşdur. Gülşən Gəncə şəhərində yerləşən 19 nömrəli məktəbdə kimya müəlliməsi işləyir. Onların bir qızı və bir oğlan övladları vardır. Vüqarın oğlu Muradın 16, qızı Müjganın isə 15 yaşı vardır. Qardaşı Gəncə şəhərində ailəsi və anası ilə birlikdə eyni ünvanda yaşasa da uzun müddətdir onunla əlaqələri kəsilmişdir. Vüqar, ayrı-ayrı şəxslərdən borc alıb qaytarmadığı üçün həmin şəxslər onun yanına gəlib qardaşı Vüqarın hərəkətləri barədə ona məlumat vermişlər. O isə Vüqara insanların borcunu qaytarmasını dediyi üçün aralarında mübahisələr olduğundan onunla əlaqə saxlamamışdır. Qardaşı Vüqarın hansısa nazirlikdə və ya digər idarə, yaxud təşkilatda vəzifə tutub-tutmamasını bilmir, lakin onun tanımadığı insanlara özünü vəzifəli şəxs kimi tədim etməsi barədə ayrı-ayrı tanımadığı şəxslərdən eşitmişdir. Həmçinin, Vüqarın hansısa nazirlikdə işləməsi ona inandırıcı gəlmir. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyə görə pensiya təyin etdirəcəyi adı ilə 2.300 manat məbləğində pul almasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs keçmiş əridir. Onunla 2005-ci ildə rəsmi nikahla ailə həyatı qurmuşlar. Həmin nikahdan bir oğlan və bir qız olmaqla iki övladları vardır. Ailə həyatı qurduqdan sonra Vüqarın valideynləri ilə birlikdə ünvan 3 ünvanında yaşamağa başlamışdır. O, hazırda övladları və Vüqarın anası ilə həmin ünvanda yaşamağa davam edir, Vüqarın harada olması ilə bağlı isə hər hansı məlumatı yoxdur. Belə ki, 2022-ci ilin təxminən noyabr ayında Vüqarla nikahını sonlandırmaq üçün Gəncə şəhərində yerləşən mediasiya təşkilatına müraciət etmişdir. 2023-cü ilin iyul ayında isə onlar rəsmi olaraq boşanmışlar. Təqsirləndirilən şəxs tanımadığı şəxslərdən borc alıb qaytarmadığı üçün mütəmadi mübahisələri baş verdiyindən onunla nikahını sonlandırmaq qərarına gəlib mediasiya təşkilatına müraciət etmişdir. 2021-ci ilin təxminən noyabr-dekabr aylarından Vüqarla hər hansı şəkildə əlaqə saxlamır, onun harada olması ilə bağlı hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs hansısa nazirlikdə və digər qurumda vəzifəli şəxs olmamışdır. O, yaşadığı Gəncə şəhərində günəmuzd işlərdə işləmişdir. Zərərçəkmiş şəxs keçmiş əri Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyə görə pensiya təyin etdirəcəyi adı ilə 2.300 manat məbləğində pul almasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, X6 arvadı Gülüstan Əliyevanın əmisi qızı Səbinənin əridir. 2021-ci ilin təxminən oktyabr ayında hazırda yaşadığı ünvanda Arazla qarşılaşmışdır. Belə ki, hazırda yaşadığı ünvan həm də “sosial evlər” kimi tanınır. O, həmin vaxt orada tikintisi aparılan binaların birində fəhlə işləmişdir. Onunla söhbət edərkən Araz bir neçə ildir 2-ci qrup əlilliyə görə aldığı pensiyanın kəsilməsi səbəbindən maddi çətinliyinin olmasını bildirmişdir. O, onunla söhbətini yekunlaşdırıb yaşadığı ünvana getmişdir. Zərərçəkmiş şəxslə söhbətindən bir neçə gün sonra Gəncə şəhərində “Yevlax avtovağzalı” kimi tanınan ərazidə yerləşən çayxanalardan birində oturmuşdur. Həmin vaxt Mehdi Hüseyn küçəsində yaşadığı vaxt, yəni təxminən 2019-cu ildən tanıdığı Vüqar adlı şəxs də çayxanaya gəlmişdir. Vüqar onu gördükdə oturduğu stola yaxınlaşıb əyləşmişdir. Onlar bir neçə dəqiqə ümumi məsələlər barədə söhbət etmişlər. O, Vüqarla bir neçə dəfə həmin ərazidəki çayxanalarda qarşılaşmış və qonşuluqda yaşayan tanış kimi münasibətləri yaranmışdır. O, hər dəfə çayxanada söhbət edərkən Gəncə şəhəri Şəhriyar küçəsində yaşayan ailəsini görmək üçün Gəncə şəhərinə gəlməsini, Bakı şəhərində hansısa “nazirlik”də işlədiyini demiş, lakin harada işləməsi barədə başqa məlumat verməmişdir. 2021-ci ilin təxminən oktyabr ayının ortalarında onunla həmin çayxanada söhbət edərkən qohumu Arazın pensiyasının kəsilməsini deməsini xatırlamış və bu barədə Vüqara demişdir. O həmin vaxt ona Araza pensiya təyin edilməsi ilə bağlı köməklik edə biləcəyini və Arazın tibbi müayinələrdən keçməsinə dair sənədləri ona göndərməyi demişdir. Bir neçə gün sonra o, Araza zəng edib Vüqarın ona dedikləri barədə ona məlumat vermiş və tibbi müayinələrdən keçməsinə dair sənədlərin şəklini Vüqara göndərməsini bildirmişdir. Araz istifadəsində olan mobil telefonda “whatsapp” olmadığını demiş və sənədlərin şəklini göndərmək üçün Gəncə şəhərinə gələcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Araz Gəncə şəhərinə gəlib hazırda xatırlamadığı yerdə onunla görüşmüşdür. O, ona aid tibbi sənədlərin şəklini çəkib istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən qeydiyyatdan keçdiyi “whatsapp” tətbiqi vasitəsilə Vüqarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərmiş və Vüqarın istifadəsində olan həmin mobil nömrəni Araza verib bundan sonra Vüqarla özünün danışmasını istəmişdir. Bundan sonra keçən müddət ərzində onlar arasında hansı danışıqların olması barədə hər hansı məlumatı olmamış, eləcə də həm Vüqarı, həm də Arazı görməmişdir, Lakin, 2022-ci ilin təxminən may ayında Araz ona zəng edib Vüqarın ona 2-ci qrup əlillik təyin etdirəcəyini vəd edib ondan 2.300 manat pul aldığını, lakin zənglərinə cavab vermədiyini bildirmişdir. Bundan sonra o, özü də Vüqarın 055-913- 22-98 və ***-***-**-** saylı mobil nömrələrinə zəng etsə də həmin mobil nörmələr söndürüldüyü üçün Vüqarla əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən Vüqarın yaşadığı Gəncə şəhəri, Şəhriyar küçəsinə getmişdir. Həmin küçədə o, onun 79 nömrəli evdə yaşamasını, soyadının Qurbanov olmasını, həyat yoldaşı Gülşənin Gəncə şəhərində yerləşən 19 №-li orta məktəbdə müəllimə, qardaşı Elçinin isə Gəncə şəhərində yerləşən 31 №-li məktəbdə direktor müavini işləməsini, atasının bir neçə il əvvəl ölməsini, anasının isə yataq xəstəsi olmasını öyrənmişdir. Həmin vaxt arvadı Gülşən evdə olmadığı üçün onun işlədiyi 19 №-li məktəbə getmişdir. Gülşənlə görüşdükdə Vüqarın harada olmasını soruşmuş, lakin o, 2022-ci ilin yanvar ayından Vüqarla məhkəmə qaydasında nikahını sonlandırmasını, lakin uzun müddətdir Vüqarın evə gəlmədiyini, onun harada olması barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Keçən müddət ərzində mütəmadi olaraq Vüqarın istifadəsində olan mobil nömrələrə zəng etsə də telefon söndürüldüyü üçün onunla əlaqə saxlaya bilməmişdir. 2022-ci ilin təxminən sentyabr ayının sonlarında Vüqarın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə o, zəngə cavab vermiş və Gəncə şəhərində olmasını bildirmişdir. O, dərhal Araza zəng edib Gəncə şəhərinə çağırmış və onlar Gəncə şəhərində “köhnə Yevlax avtovağzalı” kimi adlanan ərazidə yerləşən çayxanalardan birində Vüqarla görüşmüşlər. Həmin vaxt Araz Vüqardan ona verdiyi 2.300 manat məbləğində pulu geri qaytarmasını tələb etmiş, Vüqar isə tezliklə ona əlillik təyin etdirəcəyini bildirmişdir. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra Araz Vüqarla razılaşmış, Vüqar da ***-***-**-** saylı mobil nömrəsini Araza verərək bir neçə gündən sonra onunla əlaqə saxlayacağını bildirmişdir. Həmin vaxt o, həm Araza, həm də Vüqara aralarındakı problemi həll etmələrini, onun bu məsələyə aidiyyətinin olmadığını demiş və onlarla sağollaşıb getmişdir. Daha sonralar isə o, Araza məxsus mobil telefona zəng edib maraqlandıqda Vüqarın öz vədinə əməl etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs SMS yazışmaları əks olunan 03 ədəd vərəqləri təqdim edərək Təqsirləndirilən şəxs ilə yazışmalarını telefonun yaddaşında olduğunu və telefon yaddaşından həmin vərəqələri çıxartdırdığını bildirmişdir. Həmin sənədlər tərəfimdən baxış keçirilərək protokolla götürülmüşdür. Cinayət işinə əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış tələbnamədən və Goranboy rayon məhkəməsindən alınmış hökmdən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Goranboy RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi istintaq edilərək xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Goranboy rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqəsədi ilə Zərərçəkmiş şəxs 2.300 (iki min üç yüz) manat qarşılığında 2-ci qrup əlilliyə görə əvvəllər verilən və verilməsi dayandırılmış təqaüdün yenidən bərpa edəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs ilkin olaraq 2021-ci il oktyabr ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Əminə” marketdə yerləşən ödəmə terminalı vasitəsilə göndərdiyi 1.000 (min) manat, 2021-ci ilin oktyabr ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncunun həmin terminaldan göndərdiyi 500 (beş yüz) manat, 2021-ci ilin noyabr ayının əvvəlində dəqiq günü istintaqa məlum olmayan tarixdə sonuncudan Bakı şəhərində yerləşən M.Topçubaşov adına Elmi-Cərrahiyə mərkəzinin həyətində bir başa olaraq nəğd şəklində 500 (beş yüz) manat və 22 may 2022-ci il tarixdə Göygöl rayonu Hacıməlik qəsəbəsində yerləşən “Əli” marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə 4169-7420-8895-1211 nömrəli bank hesabına göndərdiyi 300 (üç yüz) manat pulu alıb ələ keçirməklə göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 2.300 (iki min üç yüz) manat maddi ziyan vuraraq dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxsnın CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onuda qeyd edir ki, Göranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-9/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda CM-nin 66.5-ci maddəsinə əsasən, Göranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-9/2023 nömrəli hökmü ilə təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmalı və ona cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Göranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)-9/2023 nömrəli hökmü ilə 02 avqust 2023-cü il tarixdən həbsdə olması nəzərə alınmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxsnın cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Göranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)- 9/2023 nömrəli hökmü ilə təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)- 9/2023 nömrəli hökmü ilə 02 avqust 2023-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov İş № 1(066)-118/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 13 noyabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhəri, Şəhriyar küçəsi, ev 79-da yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Göranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)- 9/2023 nömrəli hökmü ilə təyin edilmiş 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(045)- 9/2023 nömrəli hökmü ilə 02 avqust 2023-cü il tarixdən həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(066)-118/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-118/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver