Məhkəmə qərarları › İş №1(066)-12/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-12/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-12/2024 30.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X5, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X8 iştirakları ilə 30 yanvar 2024-cü il tarixdə Göygöl şəhərində xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 01 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, döngə 1, ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1,177.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1991-ci ildə Goranboy rayonu, Əzizbəyov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr. ev 115, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə baş etibarnamə ilə Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla Şahid1 istifadəsində olmuş “VAZ-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödənişi 2200(iki min iki yüz) manat olmaqla 20(iyirmi) ay müddətinə aylıq ödənişi 300(üç yüz) manatdan ödənişlə satılması barədə turbo.az saytında yerləşdirilmiş elanı görüb xx.xx.2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Tonqal” restoranında Şahid1 ilə görüşərək həmin avtomobilin göstərilən qiymətə alıq satqısını razılaşdıqdan sonra ilkin ödəniş olaraq 1800(min beş yüz) manat nəğd pulu sonuncuya verib 20 ay müddətində hər ay 300 manat pul olmaqla Zərərçəkmiş şəxs1 ödənilməli olan ümumilikdə 6000(altı min) manat pulu sonuncuya ödəyəcəyi barədə yalan vədlər verib, avtomobili idarə edərək apardıqdan sonra 20(iyirmi) ay müddətinə Zərərçəkmiş şəxs1 ödəməli olduğu 6000(altı min) manatı qəsdən ödəməyərək verdiyi vədlərə əməl etməyib aldığı avtomobili ehtiyat hissələrə bölərək şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərə satıb əldə etdiyi pulları öz ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs1 6000 manat dəyərində əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaq məlum olmayan Hüseyn adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 31 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı sonuncuya məxsus “Kamaz” markalı **- GE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər birinin dəyəri 200 (iki yüz) manat olan iki ədəd akkumlyatoru avtomobilin üzərindən söküb apararaq ümumilikdə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxs ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək 02 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı sonuncuya məxsus “Kamaz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər birinin dəyəri 350 (üç yüz əlli) manat olan iki ədəd akkumlyatoru avtomobilin üzərindən söküb apararaq ümumilikdə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs3 700 (yeddi yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxs ilə qabaqcadan əlbir olub qrup şəxs təşkil edərək 02 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixə keçən gecə X16 İdarəsi balansında olmaqla Zərərçəkmiş şəxs4 təhkim olunmuş Göygöl rayonu, Üçtəpə kəndi ərazisində saxladığı “Maz-642505-232” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 200 (iki yüz) manat olan iki ədəd akkumlyatoru avtomobilin üzərindən söküb apararaq ümumilikdə X16 İdarəsinin 400 (dörd yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışları, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Hüseyn adlı şəxs ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 31 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı sonuncuya məxsus “Kamaz” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər birinin dəyəri 200 (iki yüz) manat olan iki ədəd akkumlyatoru avtomobilin üzərindən söküb apararaq ümumilikdə zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 400 (dörd yüz) manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayında “turbo.az” elan saytına daxil olaraq maşın almaq istəmişdir. Bu zaman “VAZ- 21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə elan verildiyini görmüşdür. Maşının 2500 manat ilkin ödənişlə, 18 ay isə hər ay 200 manatdan olmaqla satılması barədə elan verildiyini görmüşdür. O, istifadəsində olan mobil nömrədən Calal adlı şəxsin istifadəsində olan mobil nömrəyə zəng edərək danışıb maşına baxmaq və maşını almaq istədiyini demişdir. Calal ona günortadan sonra gəl görüşək demişdir. O, Gəncə şəhərində yaşayan boya ustası kimi tanıdığı Əli adlı şəxslə və mator ustası kimi tanıdığı “Eli” kimi çağırılan şəxslə 18 mart 2023-cü il tarixdə tanımadığı şəxsin idarə etdiyi, Mercedes markalı taksi avtomobili ilə İsmayıllı şəhərinə getmişlər. İsmayıllı şəhəri ərazisində “Tonqal” adlanan restoranda Şahid1 ilə görüşmüşdür. Taksi avtomobili onları gözləmişdir. O, Calalla danışdıqda Calal ona “Tonqal” restoranının atasına məxsus olduğunu, həmçinin satmaq istədiyi avtomobilin də atasına məxsus olduğunu demişdir. Calala demişdir ki, ilkin ödəniş olaraq ona 2000 manat, 18 ay isə hər ay 233 manat olmaqla ödəniş verəcəkdir. Avtomobil ümumilikdə ona 6200 manata başa gələcəkdir. O və özü ilə gətirdiyi maşın ustaları maşını sürərək yoxlamışlar və maşın xoşuna gəlmişdir. O, hər ay Calalın ona göndərəcəyi kart hesabına 233 manat pul yükləyəcəkdir. O, Calala ona etibarnamə verməsini dedikdə Calal ona bildirmişdir ki, “Novruz bayramı” ərəfəsidir, notarius işləmir, sən şəxsiyyət vəsiqəni və sürücülük vəsiqəni qoy bura, o özü etibarnamə məsələsin həll edəcəkdir. O, Calala ilkin ödəniş olaraq 1550 manat pul verə biləcəyini, qalan 450 manat ilkin ödənişi isə ona etibarnamə verdikdən sonra verəcəyini demişdir. O, özünə məxsus şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini Calala vermişdir ki, ona etibarnamə versin. Bundan sonra Calalla və yanında olan restoranın işçisi ilə sağollaşıb o, VAZ-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında, ustalarda avtomobilə əyləşdikdən sonra yola düşmüşlər. O, maşını Gəncə şəhəri Kəpəz rayonuna yaşadığı evin qarşısına gətirmişdir. Təxminən 3-4 gün sonra Calalın dostları onun mobil telefonuna zəng edərək Gəncə şəhərində görüşmələrini bildirmişdir. Adını bilmədiyi 3 nəfər cavan oğlan onunla Gəncə şəhəri ərazisində “Azərittifaq” adlanan ərazidə görüşmüşlər və həmin şəxslər ona bildirmişdir ki, Calala çatası 450 (dörd yüz əlli) manat pulu da ver Calal sənə etibarnamə versin. Calalın Gəncə şəhərinə gələn Gəncə şəhərində yaşadıqlarını deyən dostları mobil telefonla “whatsap” proqramı vasitəsi ilə Calala yığaraq danışıb etibarnaməni nə vaxt verəcəyini dedikdə Calal 450 manat pulu dostlarına verməyini, ona dərhal etibarnamə verəcəyini demişdir. O, Calalın dostlarına Gəncə şəhəri, Kəpəz rayonunda “Azərittifaq” adlanan ərazidə 450 manat pulu vermişdir. Növbəti gün Calalla danışıb 450 (dörd yüz əlli) manat pulun ona çatıb-çatmamasını soruşduqda Calal, ona 200 (iki yüz) manat pul çatdığını, pulun qalan hissəsinin çatmadığını, ona etibarnamə verə bilməyəcəyini, maşını geri qaytarmağını demişdir. Bundan sonra o, Calala gəlib maşını Gəncə şəhərindən aparmasını və ilkin ödənişini geri qaytarmasını dedikdə Calal ona bildirmişdir ki, “sən özün gəl İsmayıllıya”. Artıq o da Calalın pulunu vermək fikrinin olmadığını görüb maşını Calala qaytarmaq fikrindən daşınmışdır. Həmçinin qeyd etmişdir ki, Calalın adını bilmədiyi qardaşı və adını bilmədiyi xalası oğlu mobil telefonuna zəng edərək onu mobil telefonda təhqir etmişlər. Bundan başqa o, Üçtəpə kəndi ərazisindən keçən zaman orada Kamaz markalı yük avtomobillərin olmasını görmüş və pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 onun yaşadığı evə yanına gəlmişdir. O, Nicata onunla işinin olduğunu, axşam gəlib götürəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində o, tanışı Hüseyn adlı şəxsə zəng edərək, gəlib onu götürəcəyini demişdir. Şahid5 ona təmir etmək və sürüb yoxlamaq üçün verdiyi “Volkswagen Polo” markalı **-VK-*** markalı avtomobillə Hüseyni Gəncə şəhər prokurorluğunun yaxınlığından gedib götürmüşdür. O, Hüseynə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində olan kamaz markalı yük avtomobilindən akkumlaytorunu oğurlayıb sataq, pulunada bölərik demişdir. Hüseyndə onunla razılaşmışdır. Daha sonra isə Nicatın yaşadığı Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən evlərinin qarşsına gedib, Nicatı çağırmışdır. Nicatada oğurluq edib, pulu böləcəkləri barədə bildirmişdir. Nicatda onunla razılaşmışdır. Onlar birlikdə Göygöl rayonu Üçtəpə kəndinə getmişlər, Göygöl rayonu Üçtəpə kəndi ərazisində hərəkətdə olarkən Kamaz markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilin yolun kənarında dayanmış vəziyyətdə olduğunu görmüşdür. O, avtomobili saxlamış Nicat və Hüseynə kamazın akkumlyatorunu siz çıxarın, xəbər edərsiz gəlib sizi götürərəm demişdir. O, Nicat və Hüseyn düşürüb, idarə etdiyi avtomobili sürərək, Gəncə şəhəri Totanlının dairəsi deyilən yerə gedib gözləmişdir. Bundan təxminən 15 dəqiqə sonra Nicat ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, kamazın 2 ədəd akkumlyatorunu çıxardıqlarını, onları gəlib götürməyini bildirmişdir. O, geri qayıdıb, Nicat və Hüseyni götürmüşdür. Nicat və Hüseyn akkumlyatorları avtomobilin yük yerinə qoymuşlar. Həmin vaxt Üçtəpə kəndi ərazisində 2 ədəd başqa Kamaz markalı avtomobillərin də dayandığını görmüşdür. Həmin yük avtomobillərinin də akkumlyatorlarını oğurlamaq qərarına gəlmişdir. Lakin onları daha sonra gəlib götürmək qərarına gəlmişlər. Onlar Gəncə şəhəri ərazisində xeyli fırlandıqdan sonra Nicatı işlədiyi N nömrə hərbi hissəyə gətirib düşürmüşdür. Həmin gün təxminən saat 09 radələrində metal alqı-satqısı ilə məşğul Orxan adlı tanışına zəng edərək akkumlyator satdığını bildirmişdir. Orxan Tovuz rayonuna gedəcəyini bildirmişdir. O, Orxana demişdir ki, Göygöl rayonu, Quşqara kəndi ərazisində “priyez” adlanan yerin yanında gözləyəcəkdir. Bundan təxminən bir saat sonra “priyez” adlana yerin yanında Orxan adlı şəxs tünd göy rəngli Gaz 3110 markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobillə gəlmişdir. O, oğurladıqları 2 ədəd akkumlyatoru ümumilikdə 65 (altmış beş) manata Orxana satmışdır. Daha sonra onlar birlikdə Göygöl rayonu Balçılı kəndində yerləşən “Çahangirin yeri” adlanan kafeyə xaş yeməyə getmişlər. Həmin puldan orada xərclədikdəndən sonra Hüseyni aparıb, Gəncə şəhər prokurorluğunun yaxınlığında düşürmüşdür. Həmin gün Nicat işdən çıxan vaxt gedib Nicatı götürmüşdür. Nicatla birlikdə “köhnə Gəncə qapıları” adlanan yerə getmiş, həmin yerin yaxınlığında olan yanacaq doldurma məntəqəsindən yanacaq vurmuş, orada olan köşkdən özünə və Nicata siqret almışdır və Nicatı yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsinə aparıb düşürmüşdür. xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Nicata yenə zəng edib, axşam gəlib götürəcəyini bildirmişdir. Lakin Nicat elə şeyə görə zəng etməməyini demişdir. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Hüseynə zəng edərək hazırlaşmasını və gəlib onu götürəcəyini bildirmişdir. O, Zaurdan götürdüyü “Volkswagen Polo” markalı **-VK-*** markalı avtomobillə əvvəlcə Gəncə şəhər Prokurorluğunun yaxınlığından Hüseyni götürmüşdür. Onlar birlikdə, Göygöl rayonu, Üçtəpə kəndi ərazisində gördükləri kamazların akkumlyatorlarını oğurlamaq üçün getmişlər. Onlar kiminsə oğurluq etmələrini görməsinlər deyə küçədə adam olub olmamasına baxmaq üçün avtomobil ilə oralara baxmışlar. Daha sonra hər hansı bir başqa şəxsin olmamasına əmin olduqdan sonra Hüseyni həmin kamaz markalı avtomobilin yanında düşürmüşdür. O Hüseynə özünün kənarda gözləyəcəyini, akkumlyatorları sökdükdən sonra, gəlib götürəcəyini və avtomobilin salonunda olan dəmir parçası götürməyini demişdir. Digər kamaz markalı avtomobildə ondan təxminən 100 metr aralıda yolun kənarında dayanmışdı. O, həmin yerdən bir qədər uzaqlışıb Üçtəpə kəndi ərazisində olan şəhid bulağının yanına gedərək orada gözləmişdir. Təxminən yarım saat sonra Hüseyn ona məxsus mobil nömrəyə zəng edərək onu çağırmışdır. O, Hüseynin yanına getmiş, idarə etdiyi avtomobili kamaz markalı avtomobilin qarşısında saxlamışdır və avtomobildən düşüb yük yerini açmışdır. Hüseyn 2 ədəd akkumlyatoru avtomobilin yük yerinə qoymuşdur. Sonra digər kamazın yanına sürüb saxlamışdır. Yenə Hüseyn avtomobildən düşüb sökmüş olduğu digər kamazın 2 ədəd akkumlyatorunu avtomobilin yük yerinə qoymuşdur. Onlar birlikdə Gəncə şəhərində avtomobillə gəzərək, səhərin açılmasını gözləmişlər. Həmin gün təxminən saat 10 radələrində Orxana məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək akkumlyator satdığını bildirmişdir. Orxan evdə olduğunu demiş və Orxanın yaşadığı Gəncə şəhəri “27-05”-in dairəsi adlanan yerin yaxınlığında yerləşən ünvanlarına getmişlər. O, ümumilikdə 4 ədəd akkumlyatoru 130 (yüz otuz) manata satmışdır. Onlar daha sonra özlərinə siqaret, su və yemək aldıqdan sonra Daşkəsən rayonu, Xoşbulaq kəndinə getmişlərdik. Orada adını xatırlamadığım kafelərin birində əyləşib yeyib içdikdən sonra Hüseyni yaşadığı ünvana qaytarmışdır. Bundan başqa bildirmişdir ki, Calalm dedikləri yalandır. Belə ki, Calal ona avtomobilin atasına məxsus olduğunu bildirmiş və avtomobilə aid ilkin ödəniş kimi 2000 manat pul verməyini, 233 manatdan isə 18 ay hər ay pul ödəməyini demişdir. Maşını ümumilikdə 6200 manata almağı barədə razılığa gəlmişlər. Calal ona Məmməd adlı şəxsdən maşını aldığını deməmiş və hər ay aylıq ödənişi onun özünə verməyini demişdir. O, mobil telefon və pul kisəsi qoymamış, Calala Tonqal adlı restoranda 1550 (min beşyüz əlli) manat pul vermişdir. O, “VAZ-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyyat hissələrinə ayıraraq Gəncə şəhərində “Köhnə maşın bazarı” adlanan yerdə tanımadığı şəxslərə satmışdır. Şahid1 ilə İsmayıllı şəhəri, H.Əliyev prospektində Tonqal restoranında VAZ-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə aralarında sövdələşmə olarkən yanlarında restoranda işləyən adinistrator, onunla gələn Əli və “Eli” deyə çağırılan ustalar olmuşdur, onları gətirən taksi sürücüsü isə avtomobildə əyləşib gözləmişdir. Bundan başqa bildirmişdir ki, həmin vaxt onların yanında Elbrus adlı şəxs olmamış, Hüseyn adlı şəxs olmuşdur. Hüseyn Gəncə şəhərində “Xaraba yeri” adlanan yerdə dəqiq bilmədiyi ünvanda yaşayır. Hüseyn adlı şəxs əvvəllər o, avtomobil təmiri ustası işləyən zaman yanında işləmişdir. O, həmin vaxt tutulduğu üçün həyəcanlı olmuş, ona görədə düzgün ifadə verməmişdir. Nicat və Hüseyn adlı şəxslərlə oğurluq nəticəsində əldə edəcəkləri əmlakı aralarında böləcəkləri ilə bağlı əvvəlcədən razılıqları olmuşdur. Nicat və Hüseynlə bilrikdə kamaz markalı yük avtomobildən 2 ədəd akkumlyatorlarını oğurlayıb satdıqdan sonra əldə etdikləri pulu xərcləmişlər. Digər 2 ədəd kamaz markalı yük avtombilindən isə ümumilikdə 4 ədəd akkumlaytoru isə Hüseynlə birlikdə oğurlayəb sataraq, əldə etdikləri pulu xərcləmişlər. O, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Hüseyn adlı şəxslərlə oğurluq etmək barədə danışarkən yanlarında başqa hər hansı bir şəxs olmamışdır. O ikinci dəfə xx.xx.2023-cü il tarixdə oğurluğa gedərkən Hüseyn ilə danışmış, akkumlyatorları Hüseyn söküb oğurlamış, o, isə idarə etdiyi “Volkswagen Polo” markalı **-VK-*** markalı avtomobillə gedib götürmüş, yanlarında başqa heç kim olmamışdır. Göygöl şəhəri, Üçtəpə kəndi ərazsində olan kamaz markalı avtomobillərdən oğurladıqları ümumilikdə 6 ədəd akkumlyatorları X3 zaman qapıda olan yük maşının olduğunu, nasaz vəziyyətdə olduğunu və özünə məxsus olduğunu deyib satmışdır. Bildirmişdir ki, Zaura ümumiyyətlə pul verməmişdir, Zaurun bacısı adı ona sonradan məlum olan İradə ilə birlikdə 2023-cü ilin iyul ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda onun yaşadığı ünvanın qarşısına gələrək avtomobili ona təmir etmək üçün vermişdir. xx.xx.2023-cü il tarixdə isə Zaura zəng edərək gəlib avtomobili onun yaşadığı evin yaxınlığından Gəncə şəhəri ” 5 Yol ” adlanan yerdən gəlib götürməyini bildirmişdir. Zaurun oğurluqla bağlı məlumatı olmamışdır.Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir, zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsini və zərərçəkmişlərlə barışıq əldə etməsinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da ona Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, həmin vaxt işlədiyi N saylı hərbi hissədən çıxıb dostu Teymurun yaşadığı Gəncə şəhəri 5 yol adlanan ərazidə yerləşən evlərinə getmişdir. Teymur onunla işinin olduğunu axşam gəlib götürəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Teymur Zaur adlı şəxsə məxsus olduğunu bildiyi “Volkswagen Polo” markalı avtomobillə onun yaşadığı ünvana yəni, Gəncə şəhəri Avtozavod qəsəbədində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Teymur həmin vaxt ona bildirmişdir ki, Göygöl rayonu, Üçtəpə kəndi ərazisində olan Kamaz markalı yük avtomobilindən akkumlaytorunu oğurlayıb satsınlar, pulunuda bölərlər. O da pula ehtiyacı olduğundan Teymurla razılaşmışdır. Həmin vaxt Teymurun yanında qohumu olduğunu bildirdiyi tanımadığı bir nəfər şəxs olmuşdur. Onlar Teymurun idarə etdiyi, “Volkswagen Polo” markalı, dövlət qeydiyyat nışanını xatırlamadığı avtomobillə Göygöl rayonu, Üçtəpə kəndi ərazisinə getmişlər. Küçədə yolun kənarında saxlanmış Kamaz markalı yük avtomobili göstərib, həmin avyomobiil olmasını bildirmişdir. Onlar kiminsə oğurluq etmələrini görməsinlər deyə küçədə adam olub olmamasına baxmaq üçün avtomobil ilə oralara baxmışlar. Daha sonra hər hansı bir başqa şəxsin olmamasına əmin olduqdan sonra Teymur onu yanında qohumu kimi tanıdığı adını bilmədiyi şəxsi həmin Kamaz markalı avtomobilin yanında düşürmüşdür. Özü isə kənarda gözləyəcəyini, akkumlyatoru onlar sökdükdən sonra, gəlib götürəcəyini demişdir. Teymur avtomobilin salonunda dəmir parçası olduğunu və götürməyi bildirmişdir. O, həmin dəmir parçasını götürüb, Teymurun qohumu kimi tanıdığı şəxs ilə birlikdə Kamaz markalı avtomobilin 2 ədəd akkumlyatorunu sökmüşlər və Teymura zəng edib, gəlib onları götürməyini bildirmişdir. Teymur onların yanına gəlmiş, o və Teymurun qohumu ilə birlikdə akkumlyatorları avtomobilin yük yerinə qoymuşlar. Daha sonra oradan çıxıb getmişlər. Teymurla Gəncə şəhərində bir xeyli fırlandıqdan sonra onu gətirib həmin vaxt işlədiyi N saylı hərbi hissənin yanında düşürmüşdür. Həmin gün axşam o, işdən çıxan zaman Teymur gəlib eyni avtomobillə onu işlədiyi yerin yanından götürmüş və akkumlaytorları 65 (altmış beş) manata satdığını demişdir. O, Teymurla birlikdə Köhnə Gəncə qapıları adlanan yerə getmişlər, həmin yerin yaxınlığında olan yanacaq doldurma məntəqəsindən yanacaq vurmuşlar, orada olan köşkdən ona və özünə siqret almışdır. Onu öz yaşadığı evə aparıb düşürmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 20 radələrində Teymur ona zəng edərək, evdə olmağını gəlib götürəcəyini dedikdə, o, cavab olaraq getməyəcəyini, elə şeyə görə arxasınca gəlməməyini bildirmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir, zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini və zərərçəkmişlə barışıq əldə etməsinin nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 14 dekabr 2022-ci il tarixdə tanışı X1 6000 manata baş etibarnamə əsasında “VAZ-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Əlibala Quliyev tərəfindən ona 3 ay 29 gün müddətinə yəni, xx.xx.2023-cü il tarixədək baş etibarnamə verilmişdir. Avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X6 adına olsa da, faktiki olaraq onun mülkiyyətində olmuşdur. Çünki o, avtomobili 6000 manata almışdır. Vaxtı olmadığından avtomobili adına keçirə bilməmişdir. 2022-ci ilin dekabr ayında həmin avtomobili satmaq qərarına gəlmiş və bu məqsədlə “Turbo.az” saytında ilkin ödəniş 1400 manat olmaqla 20 ay hər ay 300 manat ödənməklə satmağı barədə elan vermişdir. 2022-ci ilin dekabr ayında həmin avtomobili əvvəllər tanımadığı Şahid4 oğu almaq istədiyini bildirmiş və onunla görüşmüşdür. Bəxtiyar ona 1400 manat pul verdikdən sonra hər ay 300 manat pul ödəyəcəkdir. O, Bəxtiyara xx.xx.2023-cü il tarixədək etibarnamə vermişdir. Bəxtiyar ona 1 aylıq 300 manat ödəniş etdikdən sonra ona dedikdən sonra avtomobili satmaq istədiyini bildirmiş və o da razılaşmışdır. 5 yanvar 2023-cü il tarixdə Bəxtiyar ona bildirmişdir ki, İsmayıllı şəhər sakini, Şahid1 adlı şəxs zəng edərək maşını almaq istəyir və buna görə də onlarla görüşmək istəyir. O, Bəxtiyar və Calal Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 17 saylı dövlət Notariat kontorunun qarşısında görüş təyin etmişlər. Calalın yanında əvvəllər tanımadığı Cavidan adlı şəxs də olmuşdur. Calalla salamlaşdıqdan sonra ona məxsus “VAZ-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmış və maşından xoşu gəlmişdir. Sonradan bilmişdir ki, Calal ilkin ödəniş olaraq Bəxtiyara 2200 manat pul vermişdir. Calal ondan ona aylıq nə qədər pul verməyini soruşduqda o, ona 22 ay isə hər ay 300 manat olmaqla ona pul verməyini bildirmişdir. Calal onunla razılaşmış və yanında olan Cavidan adlı şəxs də Calalın pulu hər ay vaxtlı vaxtında ödəyəcəyini bildirmişdir. Calalla razılaşdıqdan sonra o, notariat ofisində Şahid1 3 ay 7 gün müddətinə, 12.04.023-cü il tarixədək etibarnamə vermişdir. Şahid1 ona söz vermişdir ki, hər ay 300 manat pul verəcəkdir. Calal 2023-cü ilin fevral ayında onun Kapital banka məxsus kartına ilkin ödəniş kimi 300 manat pul göndərmişdir. Bundan sonra isə 2023-cü ilin mart ayında dəqiq tarixini bilmədiyi gündə ikinci ay üçün 300 manat pul göndərmişdir. 12 aprel 2023-cü il tarixdə Calala verdiyi etibarnamənin və ona verilmiş baş etibarnamənin müddəti bitmişdir. Aprel ayında Calal onun maşına görə üçüncü ay ödənişini göndərməmişdir. Müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmışdır. Maşının rəsmi sənədlə mülkiyyətçisi maşının onun adına keçməsini və onun adından çıxmasını bildirdiyi üçün o, yenə də Şahid1 zəng edərək maşını Bakı şəhərinə gətirməsini və Bakı şəhəri, Baş Dövlət Yol Polisi İdarəsinə getməyi desə də Şahid1 yenə də gah vaxtının olmadığını, başqa işlərinin olduğunu bildirib maşını Bakı şəhərinə gətirməkdən imtina etmişdir. 25 iyun 2023-cü il tarixdə o, bir daha onunla vatsap proqramı vasitəsi ilə əlaqə saxladıqda o, “VAZ-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhərində, Zabrat qəsəbəsində olduğunu, gah ilkin verdiyi ödənişin yarısını, gah da 1000 manat pulu ona göndərməyimi və maşını ona qaytara biləcəyini demişdir. Calal ona “Leo bank”a məxsus kart nömrəsi də göndərmişdir. O isə ona danışıqlarının belə olmadığını demişdir. Calal sonra ona mesajlar yazaraq veriləsi maşının olmadığını demişdir. 12 iyul 2023-cü il tarixdə İsmayıllı RPŞ-nə gəlib maraqlandıqda Şahid1 “VAZ- 21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 tərəfindən ələ keçirilməsi ərizə ilə müraciət etdiyini və araşdırmanın aparılmasını müəyyən etmişdir. Bundan başqa ona məlum olmuşdur ki, maşının Teymurdadı və o, Gəncə şəhərindədir. 11 iyul 2023-cü il tarixdə avtomobilin rəsmi sənədlə mülkiyyətçisi tərəfindən ona 1 müddətinə yəni xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir.Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, özünə məxsus “Kamaz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyaraq dolanır. xx.xx.2023-cü il tarixdə özünə məxsus “Kamaz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı Göygöl rayonu, Üçtəpə kəndinin yaxınlığında yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə saxlayaraq şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən öz yaşadığı ünvana qayıtdıqdan sonra özünə məxsus yük avtomobilinə baxmaq üçün getdikdə avtomobilin 02 ədəd akkumlyatorunun yerində olmadığını görmüşdür. Növbəti gün bu barədə oğlu Asifə demiş və Göygöl RPŞ-yə gələrək ona məxsus yük avtomobilinin 02 ədəd akkumlaytorunun oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus ”Kamaz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən iki ədəd akkumlyatorun oğurlanması nəticəsində bir ədədinin qiyməti 350 (üç yüz əlli) manat olmaqla ümumilikdə 700 (yeddi yüz) manat maddi ziyan dəymişdir.Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ərizə təqdim edərək işləri ilə əlaqədar olaraq məhkəməmə proseslərində iştirak edə bilməyəcəklərini göstərib, onların iştirakı olmadan yekun qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kamaz” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyaraq dolanır. 2023-cü ilin iyul ayının sonlarında dəqiq gününü xatırlamadığı vaxtda Laçın rayonundan geri qayıtdıqdan sonra özünə məxsus “Kamaz” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı Göygöl rayonu, Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxlamışdır. Bir neçə gün yaşadığı ünvanda qaldıqdan sonra işləmək üçün Laçın rayonuna geri qayıdacaqdır. O, avtomobili küçədə saxladığından gündəlik olaraq gedib avtomobilə baxmış, hər şeyin yerində olub-olmamasına baxmışdır. Sonuncu dəfə 01.08.203-cü il tarixdə təxminən saat 17 radələrində o, yük avtomobilinə baxmaq üçün getdikdə, akkumlyatorun qapağının yerdə olduğunu və 02 (iki) ədəd akkumlyator yerində olmadığını görmüşdür. xx.xx.2023-cü Göygöl RPŞ-yə gələrək ona məxsus Kamaz markalı yük avtomobilinin iki ədəd akkumlyatorunun oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Ona məxsus ”Kamaz” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən iki ədəd akkumlyatorun oğurlanması nəticəsində bir ədədinin qiyməti 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan dəymişdir.Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Firdovsi Səyadov ifadəsində göstərmişdir ki, X17 İdarəsində sürücü vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində işlədiyi X17 İdarəsindən ona təhkim olunmuş “MAZ-642505-232 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini MAZ-937900-010 markalı və **-ZA-*** qeydiyyat nişanlı yarımqoşqusu ilə birlikdə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində boş ərazidə saxlamışdır. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 05:50 radələrində “MAZ-642505- 232 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini işlədiyi İdarəyə aparmaq istəyərkən, avtomobili işə sala bilməmiş və baxdıqda görmüşdür ki, avtomobilin 190 həcmli 2 ədəd akkumlyatorun yerində yoxdur. O, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə müraciət etmişdir. X17 İdarəsinin balansında olmaqla ona təhkim olunmuş “MAZ-642505-232 Yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin 2 ədəd akkumlyatorunun oğurlanması nəticəsində bir ədədinin qiyməti 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə “turbo”.az saytına daxil olaraq avtomobil satışı elanlarına baxmışdır. Bəxtiyar adlı şəxs “Vaz-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili 2500 manat ilkin ödənişlə, 22 ay isə 300 manatdan olmaqla satması barədə elan qoymuşdur. O, həmin gün Bakı şəhərində olmuş, Bəxtiyara zəng edərək maşını almaq istədiyini bildirmiş və ona Bakı şəhərində görüşməyi bildirmişdir. O, qohumu X4 ilə birlikdə Bakı şəhərində Nəsimi rayonu ərazisində “İnqilab 17” adlanan ərazidə Bəxtiyarla görüşüb çay içmişlər. Həmin gün Vaz-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmış və xoşuna gəldiyi üçün almaq istədiyini Bəxtiyara demişdir. Bəxtiyara avtomobili hansı qiymətə satacağını dedikdə o, avtomobili 2500 manat ilkin ödəniş verməyini, 22 ay isə 300 manatdan olmaqla ona cəmi 6600 manat da əlavə ödəniş verməyini, ilkin ödənişi verdikdən sonra ona Zərərçəkmiş şəxs1 etibarnamə verəcəyini, avtomobillə əlaqədar aylıq ödənişləri edib qurtardıqdan sonra maşına adına keçirə bilməsi üçün baş etibarnamə verəcəyini bildirmişdir. O, və Cavidan Bəxtiyarla danışıb ilkin ödənişdə güzəşt etməyini bildirmişlər və 2200 manat ilkin ödəniş verməyi, qalan hər ay 300 manat pul verməyi bildirmişdir. Həmin avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X6 adına olmuşdur. Bundan sonra o, Cavidan və Bəxtiyar alacağı həmin avtomobillə birlikdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi 17 saylı dövlət Notariat kontorunun qarşısında o, üzərində olan 2200 manat pulu Bəxtiyara vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 da ora gəlmişdir. Məmməd ona həmin notariat ofisində 3 ay 7 gün müddətinə, yəni 12 aprel 2023-cü il tarixədək yalnız nəqliyyat vasitəsinin idarəetmə hüququ verən etibarnamə vermiş və bildirmişdir ki, hər ay 300 manat olmaqla maşının pulunu ödəsin və yekunda ona baş etibarnamə verəcəkdir. Onlar razılaşmışlar və onlardan ayrılmışlar. O, 2023-cü ilin fevral ayının əvvəllərində “million” ödəmə üsulu ilə Məmmədin ona göndərdiyi “Kapital bank”a məxsus kart hesabına 300 manat pul göndərmişdir. Bundan sonra isə 2023-cü ilin mart ayında dəqiq tarixini bilmədiyi gündə ikinci ay üçün Məmmədin ona göndərdiyi “Kapital bank”a məxsus kart hesabına 300 manat pul göndərmişdir. Ailə vəziyyəti ilə əlaqədar maddi imkanı zəif olmuşdur. Fikirləşmişdir ki, bundan sonrakı aylarda Məmmədin pulunu ödəyə bilməyəcəkdir. Buna görə də qərara gəlmişdir ki, avtomobili hansısa elan saytına yerləşdirib satdığını bildirsin, hansısa müştəriyə Məmmədə verdiyi ilkin ödənişi aldıqdan sonra maşının qalan pulunu Məmmədə ödəməsini bildirsin. Bundan sonra avtomobili “turbo.az” saytına elan yerləşdirib 2200 manat ilkin ödənişlə 20 ay hər ay 300 manatdan olmaqla avtomobili satdığı barədə elan yerləşdirmiş və mobil nömrəsini də qeyd etmişdir. 18 mart 2023-cü il tarixdə özünü Gəncə şəhər sakini olduğunu, adının Teymur olduğunu bildirən şəxs ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı monil nömrəmə zəng edərək avtomobili qeyd olunan şərtlərlə almaq istədiyini və avtomobilə gəlib baxmaq istədiyini bildirmişdir. O, Teymura gəlib avtomobilə baxmağını və bu barədə danışmağı demişdir. Teymur həmin gün axşam saat 19 radələrində tanımadığı şəxsin idarə etdiyi ağ rəngli “Mersedes” markalı dövlət qeydiyyta nişanını bilmədiyi avtomobillə İsmayıllı rayonuna gəlmişdir. Teymura polis şöbəsinin yaxınlığında görüşməyi bildirsə də o, ona kənar yerdə görüşməyi, hazırda “Tonqal” restoranının qarşısında olduğunu demişdir. O da Teymura həmin yerə restoranın otağına daxil olub çay sifariş verməyini və özünün gəldiyiyini demişdir. İdarə etdiyi Vaz-21074” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib “Tonqal” restoranının qarşısına getmiş və maşını da restoranın yaxınlığında saxlamışdır. Restoranın içərisinə daxil olmuş və Teymurun, həmçinin yanında 3 nəfər şəxsin də olduğunu görmüşdür. O da həmin şəxslərlə görüşmüşdür. Söhbət zamanı o, bir daha Təqsirləndirilən şəxs1 ilkin ödəniş kimi 2200 manat pul verməyini, qalan 20 ay isə hər ay 300 manat olmaqla ödəniş verməsini, onu maşının faktiki sahibi Zərərçəkmiş şəxs1la Bakı şəhərində tanış edəcəyini və ona idarəetmə ilə əlaqədar etibarnamə verəcəyini, qalan aylıq ödənişləri ödədikdən sonra isə baş etibarnamə verəcəyini demişdir. Teymur bildirmişdir ki, hal-hazırda üzərində ilkin ödəniş kimi 1500 manat pulu vardır, qalan 700 manatı səhəri gün verə biləcəyini və bununla da Məmməd adlı şəxsdən etibarnamə ala biləcklərini, aylıq ödənişləri isə vaxtında verə biləcəyini demişdir. Teymur həmçinin ona əlində şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini verib, maşına baxdıqdan sorna 1500 manat pul da verəcəyini demişdir. Teymur və özü ilə gətirdiyi maşın ustaları maşına baxdıqdan sonra o, maşının sükanı arxasında, Teymur və ustalar da maşına əyləşmişlər. O, maşını sürmüş və Teymur maşından xoşunun gəldiyini demişdir. Ustalar gəldikləri ağ rəngli “Mersedes” markalı avtomobilə əyləşmişlər. Teymur isə ona avtomibili sürüb gətirib qaytaracağını, səhəri gün Göyçay şəhərində olan dostundan 700 manat borc pul alıb gələcəyini demişdir. Bundan sonra Teymur sükan arxasında oturmuş və çıxıb getmişdir. O, elə fikirləşmişdir ki, Teymur maşını sürüb qayıdıb gələcək. Lakin buna baxmayaraq Teymur gəlməmişdir. Teymurun mobil telefonuna zəng etdikdə telefonuna zəng çatmamışdır. Bu zaman restoranın ofisiantı Mehdi adlı şəxs əlində az əvvəl stolun üzərində qalmış Teymura məxsus qırmızı rəngli içrisində nömrə olmayan “Pro” markalı mobil telefonu və pul kisəsini verib həmin şəxsin yadından çıxıb qaldığını bildirmişdir. O, pul kisəsinə baxdıqda içərisində 50 və 100 manatlıq pul əskinaslarından ibarət 1500 manat pulun olduğunu görmüşdür. Telefonu və pul kisəsini də özü ilə götürmüşdür ki, Teymurla əlaqə saxladıqdan sonra məsələni aydınlaşdırsın. Teymur da onunla əlaqə saxlamamışdır. Səhəri gün, yəni 19 mart 2023-cü il tarixdə Teymurla gələn və onunla əlaqə saxlamış “Eltəkin” deyə çağırılan şəxsin hazırda xatırlamadığı mobil telefonuna zəng edib Teymurun telefonuna zəng çatmadığını demişdir. Həmin şəxs demişdir ki, ona xəbər edər. Bir neçə saat sonra Teymur başqa nömrədən ona zəng edərək ailəsində narahatlıq olduğundan xəbər edə bilmədiyini və getdiyini, 1-2 günə gələcəyini demişdir. Onun dost tanışları Teymurdan pulu almaq üçün Gəncə şəhərində yaşayan hansısa şəxslərə müraciət edib Teymurun ona qalan pulunu verməkdə köməklik etmələrini bildirmişlər. Teymur da həmin gün onun “Leobank”a məxsus 4098-5844-6763- 8159 saylı kartına 300 manat pul göndərmişdir. Sonradan isə Teymurun mobil nömrəsinə zəng çatmamış və Teymur da onunla əlaqə saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının ortalarında, “Novruz bayramı” ərəfəsində dəqiq tarixini xatırlamadığı gündə ofisiant işlədiyi Cahangir adlı şəxsin icarə əsasında işlətdiyi restoranda işlədiyi vaxt otaqlardan birində adlarını bilmədiyi şəxslərlə Cahangirin qardaşı Şahid1 oturub söhbət etmişlər. Onların sifarişi ilə çay aparıb vermiş və sonra otaqdan çıxmışdır. Bildiyindən Gəncə şəhərindən gələn əvvəllər tanımadığı Teymur və onunla gələn 2 nəfər şəxs Calaldan istifadəsində olan Vaz-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün gəlmişlər. Onlar avtomobilə baxıb sürmüşlər və sonra maşını saxlayıb yenidən çay içməyə başlamışlar. Bir qədər sonra Teymur adlı yumru sifətli, kök bədənli şəxs maşını yenidən sürüb baxmaq istədiyini bildirmiş və maşının sükanı arxasında oturub çıxıb getmişdir. Teymurla gələn 2 nəfər şəxs də hansısa maşınla çıxıb getmişlər. Başı qarışıq olduğu üçün hansı maşınla getdiklərinə fikir verməmişdir. O, otağın üzərində olan stəkanları yığmaq üçün otağa keçəndə stolun üzərində pul kisəsinin və “Pro” markalı adi mobil telefonun olduğunu görüb Calalı çağırıb həmin əşyaların burda qaldığını demiş və Calala verib həmin şəxslərə verməsini demişdir. Calalın əlində Teymur adlı şəxsə məxsus sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsinin olduğunu görmüşdür. Calal demişdir ki, özləri gəlib götürcəklər. Lakin bir qədərə gözləsələr də gəlib çıxmamışlar. Sonradan eşitmişdir ki, Teymur adlı şəxs Şahid1 aldadıb avtomobilini ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında avtomobil almaq üçün Turbo.az saytına daxil olduqda Məmməd adlı bir nəfər şəxsin “Vaz-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili satması barədə elan qoyduğunu görmüşdür. Məmmədlə danışdıqda o, ona ilkin ödəniş 1400 manat olmaqla 20 ay hər ay 350 manat olmaqla pul ödəməklə satdığını bildirmişdir. Həmin avtomobil X6 adına olsa da faktiki laraq baş etibarnamə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuşdur. Məmmədlə razılaşdıqdan sonra 2022-ci ilin dekabr ayında dəqiq tarixini xatırlamaıdğı gündə Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində görüşmüş və avtomobilə baxdıqdan sonra qeyd olunan şərtlərdə almağa qərar vermiş və Məmmədə ilkin ödəniş kimi 1400 manat pul verdikdən sonra Məmməd ona Bakı şəhəri, Maştağa qəsəbəsi, 17 saylı Notariat Kontorunda xx.xx.2023-cü il tarixədək baş etibarnamə vermişdir. 2023-cü ilin yanvar ayında ilkin ödənişi Məmmədə verdikdən sonra digər ödənişləri ödəməkdə çətinliyinin olacağını görüb, yanvar ayının əvvələrində avtomobili satmağı barədə Turbo.az saytında elan vermişdir. Belə ki, avtomobilin üzərinə əlavə xərclər qoyduğu üçün ilkin ödəniş olaraq 2200 manat hər ay isə 350 manat olmaqla satmaq barədə elan vermişdir. İsmayıllı rayonu Mican kənd sakini, əvvəllər tanımadığı Calal adlı şəxs ona zəng edərək avtomobili qeyd etdiyi şərtlərlə almaq istədiyini bildirdikdə o, həmin şəxsə avtomobilin faktiki mülkiyyətçisinin Məmməd adlı şəxs olduğunu və Məmmədin baş etibarnaməsi olduğunu, buna görə də ona ilkin ödənişi verdikdən sonra Məmmədin ona idarəetmə ilə əlaqədar etibarnamə verəcəyini, aylıq ödənişləri də ödəməli olmasını demişdir. Razılaşdıqdan sonra Bakı şəhəri, Sabunçu rayonu Maşatağa qəsəbəsində Calal və yanında olan adını bilmədiyi bir nəfər şəxslə görüşmüşlər. Calal Vaz-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxmış və avtomobildən xoşu gəlmişdir. Bundan sonra ilkin ödəniş kimi ona 2200 manat pulu verdikdən Məmmədlə də danışmış və Məmməd ona 22 ay hər ay 300 manat olmaqla ödəniş barədə razılığa gəlmişlər. Bundan sonra avtomobili Calal təhvil vermiş və aralaşıb yaşadığı evə getmişdir. Daha sonra həmin avtomobillə bağlı nə baş verdiyini bilməmiş, avtomobillə əlaqədar heç bir iddiası yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Volkswagen Polo” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil bacısı Şahid7 məxsusdur. Həmin avtomobil onun yaşadığı evin həyətində olmuşdur. O, həmin gün təxminən saat 13 radələrində bacısına məxsus 050 -499-21-74 saylı mobil nömrəsinə zəng edərək avtomobilin təmirə ehtiyacı olduğunu bildirib, ustaya aparmalı olduğunu bildirmişdir. O, həmin avtomobili idarə etmək hüququnun olmamasına baxmayaraq idarə edərək bacısı İradəni Gəncə şəhəri DOS-6 adlanan ərazidən yaşadığı evin qarşısından götürüb, Gəncə şəhəri “köhnə maşın bazarı” adlanan yerin yanında yerləşən Babək adlı avto servisə aparmışlar. Həmin yerdə usta işləyən Seymur adlı şəxsin yanında işləyən köməkçisi ustanın özünün olmadığını, işinin çox olduğunu demişdir. onunla birlikdə işləyən Təqsirləndirilən şəxs2 vasitəsi ilə usta kimi tanıdığı Teymurun yaşadığı ünvana, yəni Gəncə şəhəri “5 yol” adlana yerə getmişlər. O, Teymura avtomobilin ön buferinin əzildiyini və avtomobilin ekranında çat olmasını bildirmişdir. O da təmir üçün ondan 150 (yüz əlli) manat pul istəmişdir. O, ondan material üçün pulun yarısını istəmişdir. O isə 30 (otuz) manat vermiş, yerdə qalanını avtomobil təmir olunduqdan sonra verəcəyini bildirmişdir. Bir neçə dəfə Teymurun yaşadığı evinə getsə də, Teymuru evdə tapa bilməmişdir. Ona məxsus nömrəyə isə zəng çatmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Teymur ona zəng edərək ona bıçaqla xəsarət yetirildiyini Bakı şəhərinə getdiyini, avtomobilin yaşadığı evin qarşısında olduğunu gedib götürməyini bildirmişdir. O, evlərinə gedərək, avtomobilin açarını götürmüşdür. Daha sonra Teymura təmir üçün verdiyi “Volkswagen Polo” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili öz yaşadığı ünvana aparmışdır.Teymurun onun avtomobili ilə gedərək oğurluq etməyindən məlumatı olmamışdır. Ona hər hansı bir məbləğdə pul verməmişdir. O, bacısı İradə ilə birlikdə bacısına məxsus avtomobili təmir üçün aparıb yaşadığı Gəncə şəhəri “5 yol” adlanan yerləşən evin qarşsında vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, atası özünə məxsus “Kamaz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıyır. Atası Valeh xx.xx.2023-cü il tarixdə özünə məxsus “Kamaz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yaşadığı Göygöl rayonu, Üçtəpə kəndinin yaxınlığında yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə saxlayaraq Bakı şəhərinə getmişdir. Atası Valeh Bakı şəhərindən qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixdə ona məxsus mobil nömrəyə zəng edərək özünə məxsus “Kamaz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilə baxmaq üçün getdikdə avtomobilin 02 ədəd akkumlyatorunun yerində olmadığını gördüyünü, akkumlyatorun oğurlanmasını demiş və ondan məlumatının olub-olmamasını soruşmuşdur. O, cavab olaraq xəbərinin olmadığını və Göygöl RPŞ-yə ərizə ilə müraciət edərək, oğurluq olması barədə məlumat verməsini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, “Volkswagen Polo” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsusdur. Həmin avtomobil mütəmadi olaraq qardaşı Şahid5 yaşadığı evin həyətində saxlamış, şəxsi işləri olan zaman avtomobili onun iştirakı ilə qardaşı Zaur idarə etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində qardaşı Şahid5 avtomobilin nasaz olmasını ona bildirdikdə, o, tanıdığı ustanın olmamasını ona demişdir. Bundan sonra qardaşı Şahid5 ilə birlikdə ona məxsus avtomobili Gəncə şəhəri Dəyirmanın dairəsi adlanan yerin yaxınlığında yerləşən “Babək” avto servicə aparmışlar. Həmin yerdə olan adını bilmədiyi usta əlində işinin çox olduğunu, vaxtı olmadığı üçün avtomobili təmir edə bilməyəcəyini demişdir. Onlar avtomobili Gəncə şəhəri “5 yol” adlanan ərazidə qardaşı Zaurun avtomobil təmiri ustası kimi tanıdığı Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısına getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 ona məxsus avtomobildə 1 həftəlik təmir işləri olmasını bildirərək, avtomobili onun işlədiyi yerdə saxlamağı bildirmiş və təmir üçün 150 (yüz əlli) manat pul istəmişdir. O, Teymura 30 (otuz) manat pul vermiş, yerdə qalan 120 (yüz iyirmi) manatı isə sonra verəcəyini demişdir. Onlar razılaşaraq avtomobilini onun yanında saxlamışlar. Bundan sonra o, özünə məxsus avtomobilin yanına getməmiş, ona məxsus avtomobil Təqsirləndirilən şəxs1 yanında olduğu müddətdə qardaşı Şahid5 həmin avtomobilə nəzarət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ona məxsus avtombil ilə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində oğurluq hadisəsi törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən “Musayevin qarajı” adlanan yerin yaxınlığında "xxxx" MMC-də gündəlik olaraq metal satmağa gələn şəxslərin qeydiyyatı aparılaraq gətirilən metallar qəbul edilir. O, həmin yerdə təxminən 3 il olar ki, işləyir və işlədiyi vaxtdan X12 tanımışdır. Orxan demək olar ki, həmin müddət ərzində gündəlik olaraq akkumlyator və metal gətirib satmışdır. 2023-cü ilin avqust ayında dəqiq gününü xatırlamadığı vaxtlarda Orxan akkumlyatorlar və digər metallar gətirib satmışdır. Orxan Ələkbərovun satmaq üçün gətirdiyi 6 ədəd akkumlyatoru hazırda yadında qalmayan məbləğdə pulu ödəyib almış, lakin dəqiq qiymətləri yadında qalmamışdır. Həmin akkumlyatorları alan zaman oğurluq olmasından xəbəri olmamışdır. Şahid X18 məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O.Ələkbərov ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə təxminən saat 09 radələrində o, öz yaşadığı ünvanda olan zaman tanışı Teymur ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, köhnə 2 ədəd akkumlyatorunun olduğunu, satdığını demişdir. Ondan alıbalmadığını soruşmuşdur. Teymur Göygöl rayonu Quşqara kəndi ərazisində olduğunu bildirmişdir. O, Teymura evdə olduğunu, işləmək üçün Tovuz rayonuna gedəcəyini, orada gözləməsini bildirmişdir. O, özünə məxsus Gaz 3110 markalı avtomobillə getmiş və Teymurla Göygöl rayonu Quşqara kəndi ərazisində “priyez” adlalan yerin yanında görüşmüşlər. Teymur qırmızı rəngli “Volkswagen Polo” markalı dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, özü avtomobilin yük yerindən iki ədəd akkumlyatoru gətirmişdir. O, akkumlytorları tərəzi vasitəsi ilə çəkib, ümümilikdə 65 (altmış beş) manat pul vermişdir. Həmin vaxt Teymurun idarə etdiyi avtomobildən bir nəfər şəxsdə düşərək onlara yaxınlaşmışdır. Lakin həmin şəxsin kim olmasını bilməmişdir. O, həmin gün Tovuz rayouna gedib qayıtdıqdan sonra təxminən saat 21 radələrində Gəncə şəhərində yerləşən “Musayevin qarajı” adlana yerin yaxınlığında olan metal qəbulu məntəqəsinə 120 (yüz iyirmi) manata satmışdır. Bundan təxminən iki gün sonra Teymur ona zəng edərək 4 (dörd) ədəd köhnə akkumlyatorların olduğu satdığını bildirmiş və ondan alıb almamağını soruşmuşdur. O, evdə olduğunu gətirib evə verməyini demişdir. Teymur qırmızı rəngli “Volkswagen Polo” markalı dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, tərəzi vasitəsi ilə akkumlyatorların çəkisini ölçərək, ümumilikdə 130 (yüz otuz) manata almışdır. Həmin vaxt Teymur keçən dəfə yanında gələn tanımadığı şəxslə bərabər gəlmişdir. O, Bakı şəhərinə işləmək üçün getdiyindən, akkumlyatorları aldığı gündən təxminən beş gün sonra həmin 4 ədəd akkumlyatoru Gəncə şəhərində yerləşən “Musayevin qarajı” adlana yerin yaxınlığında olan metal qəbulu məntəqəsinə 240 (iki yüz qırx) manata satmışdır. O, Teymur adlı şəxsdən aldığı 6 ədəd akkumlyatorun oğurluq olmasından xəbəri olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid3Ələkbərov ifadəsində göstərmişdir ki, 5 yanvar 2023-cü il tarixdə Bakı şəhərində olmuşdur. Şahid1 mobil telefonuna zəng edərək Bakı şəhərinə gəldiyini və Turbo.az saytında maşın gördüyü üçün maşını satan şəxslərlə görüşmək istədiyini, onun da yanında olmağını bildirmişdir. Calalla görüşdükdən sonra onunla birlikdə maşını satmaq elan verən Bəxtiyar adlı şəxslə görüşmüşlər. Calalla Bəxtiyarın ilkin ödəniş verərək kreditlə aldığı Vaz-21074 markalı **- BV-*** övlət qeydiyyat nişanlı avtomobilə baxdıqdan sonra avtomobildən xoşu gəldiyini demiş və xatırlamadığı məbləğdə ilkin ödənişi Bəxtiyara vermişdir. Bundan sonra maşının baş etibarnamə ilə mülkiyyətçisi Məmməd adlı şəxs gəlmişdir. Bəxtiyar Calalla danışıb avtomobilə görə digər aylıq 300 manat məbləğində ödənişləri ödəməyini, ona hazırda idarəetmə ilə əlaqədar etibarnamə verə biləcəyini demilşdir. Məmməd Calala xx.xx.2023cü il tarixədək etibarnamə vermişdir. Bundan sonra Calalla həmin avtomobillə birlikdə Məmməddən aralaşıb getmişlər. Sonradan Cəlaldan eşitmişdir ki, Calal 2 aylıq ödənişi Məmmədə verdikdən sonra avtomobili satmaq qərarına gəlmiş, Gəncə şəhər sakini Teymur adlı şəxs aldadaraq qonun avtomobilini ələ keçirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - hadisə yerinə, yəni Göygöl rayonu Üçtəpə kəndində Zərərçəkmiş şəxs2 məxsus Kamaz markalı avtomobilin dayandığı yerə və avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkili çəkilmişdir. - hadisə yerinə, yəni Göygöl rayonu Üçtəpə kəndində Zərərçəkmiş şəxs3 məxsus Kamaz markalı avtomobilin dayandığı yerə və avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkili çəkilmişdir. - hadisə yerinə, yəni Göygöl rayonu Üçtəpə kəndində X16 İdarəsi balansında olmaqla Zərərçəkmiş şəxs4 təhkim olunmuş Maz-642505-232 markalı avtomobilin dayandığı yerə və avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkili çəkilmişdir. - xx.xx.2023-cü il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkili çəkilmişdir. -Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli 9/7874 nömrəli rəyindən məlum olur ki, ekspertiza təyin edilmiş qərarda göstərilən cəmi 6 ədəd akkumlyatorların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hər birinin orta bazar qiyməti 150 manat olmaqla ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 900 manat müəyyən edilir. - Şahid1 Təqsirləndirilən şəxs1 pul verdiyi hadisə yerinə, yəni İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Tonqal” adlanan restorana baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkili çəkilmişdir. - VAZ-21074 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətini müəyyən etmək üçün məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin edilmiş və alınmış 13 sentyabr 2023-cü il tarixli 9/6369 nömrəli rəyindən məlum olur ki, ekspertizaya təqdim edilən 1 ədəd VAZ-21074 markalı, 2009-cu il buraxılışlı, ağ rəngli, hər hansı zədəsi olmayan minik avtomobilin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 6.000 manat müəyyən edilir. - DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, həmçinin məhkəmə tərəfindən çıxarılmış hökmün və qərarın surətlərindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə cəzası 01 ay 05 gün AME cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - DİN-in Baş Əməliyyat və Statistik İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. -Gəncə şəhəri İHB-nın 3 nömrəli SİƏD üzrə nümayənəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanda qeydiyyatdadır, himayəsində 2021-ci il təvəllüdlü X7 adlı azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -Gəncə şəhəri İHB-nın 3 nömrəli SİƏD üzrə nümayənəliyinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanda qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş 27 yanvar 2024-cü il tarixli reyestrdə 8İ-1319 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş ərizəsində Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənldiyini, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş 01 dekabr 2023-cü il tarixli reyestrdə 8İ-4263 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş ərizəsində Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənldiyini, hazırda barışdıqlarını, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmiş və işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. -Zərər çəkmiş şəxs X10 notarial qaydada təsdiq olunmuş 01 dekabr 2023-cü il tarixli reyestrdə 8İ-4262 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş ərizəsində Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənldiyini, hazırda barışdıqlarını, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmiş və işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. -Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş 11 dekabr 2023-cü il tarixli ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənılmişdir, heç bir şikayəti və tələbi yoxdur. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslər- görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 178.2.4-cü maddələrində və və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayətləri törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirli bilindikləri maddələrin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlini Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də onlar həmin maddələrin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdırlar. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi əməli etiraf edib peşimançılıq çəkməsini, zərər çəkmiş şəxsə vurulmuş zərəri könüllü olaraq tamamilə ödəməsini, onunla barışıq əldə etməsini və himayəsində bir azyaşli uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib peşimançılıq çəkməsini, zərər çəkmiş şəxsə vurulmuş zərəri könüllü olaraq tamamilə ödəməsini və onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərini etiraf etmələri onların ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir, səmimi peşmançılıqları isə onların cinayət törətdikdən sonrakı müsbət davranışı olmaqla, artıq cəzanın əsas məqsədi sayılan islah olunma yolu ilə getdiklərini, tutduqları əməllərə görə öz-özlərini məzəmmət etdiklərini ifadə edir. Eyni zamanda təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, təqsirləndirilən şəxslərin əməllərini etiraf edib səmimi peşmançılıqlarını bildirmələri ona dəlalət edir ki, məhkəmədən də qabaq onlar özlərini məzəmmət edir. Əməllərini etiraf etmələri buna borclu olmayan təqsirləndirilən şəxslərin ədalət mühakiməsinə hörmət hissindən xəbər verir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 178.2.4-cü maddələrinin və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona CM-nin 177.2.1, 177.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 20 avqust 2023-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 ay 10 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı,barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə ünvan 7 ünvanda yerləşən yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 177.2.1.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 31 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı,barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə ünvan 8 ünvanda yerləşən yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə 100 manat ekspertıza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulmalıdır. İş üzrə maddi subut və mülki iddia yoxdur, həmçinin Azərbaycan Respublikası CMnin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 177.2.1,177.2.2-ci maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması və CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasənona təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki il) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 20 avqust 2023-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay 10 (on) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 01 (bir ) il 07 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya qurumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 31 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 ünvan 10 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 100 (bir yüz manat) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar