Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-120/2023 06.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Özbəkistan Respublikası, Xatırci rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2009-cu il tarixdə CM-nin 332.1-ci maddəsi ilə məhkum olunmuş, Göygöl rayonu, Aşıqlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 03 aprel 2023-cü il tarixdə saat 21 radələrində tanışı Şahid3 Vəliyəddin oğlunun xahişi ilə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranına gələrək, sonuncu iləhəmin gün mübahisə etmiş restoranda inzibatçı vəzifəsində çalışan Zərərçəkmiş şəxs barışdırmaq istəyən zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə onun arasında mübahisə baş vermiş, mübahisə zamanı o, restoranın otağında qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs başın-təpə nahiyəsinin yarası, sağ diz oynağı nahiyyəsinin əzilməsi ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat 20 radələrində dostu Sadiqlə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranında görüşmək üçün həmin ünvana getdiyi zaman Sadiq zəng edərək restoranın administratoru olan Tural adlı şəxslə mübahisə edərək dalaşdığını bildirmiş, oraya çatdığı zaman Sadiq, Haxo və Posu dediyi Vidadi adlı şəxslə birlikdə kabinetdə olmasını görüb onlarla görüşüb eyni yerdə oturmuş, söhbət zamanı mübahisənin səbəbini öyrəndiyi üçün Sadiqə ayıb olmasını, eyni rayon adamları olmalarını bildirib barışmalarını istəmişdir. Bu səbəbdən Tural adlı şəxsi çağırıb Sadiq və Haxo ilə birlikdə ayrı kabinetə keçib oturmuş, Tural mübahisənin səbəbini izah edib Sadiqin onunla kobud danışmasını, bu səbəbdən də münaqişə baş verməsini demişdir. Tural və Sadiqə hər ikisinin səhv etməsini, mehriban danışaraq bütün məsələni həll edə biləcəklərini eyni rayon adamları olmalarını dedikdən sonra Turaldan haralı olmasını soruşduqda “xarabyerdən” olmasını kobud şəkildə bildirdiyi üçün Turala məqsədinin onları barışdırmaq olmasını, onunla hərhansı ədavəti olmadığını xatırladıb, düzgün danışmasını xahiş etdikdə isə əsəbləşərək hansı səbəbə ora gəldiyini kim olduğunu nalayiq ifadə ilə bildirdiyindən acıqlanmış və bununla aralarında mübahisə yaranmışdır. Bu zaman oturduqları yerdən durub bir dəfə yumruqla və təpiklə onu vurmuşdur. Sadiq və Haxonun sakitləşdirməsi ilə mübahisə sona çatmış, Tural isə kabinetdən çıxaraq uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra isə uşaqlara orada oturmaq istəmədiyini deyərək həmin restorandan çıxmışdır. İşləri olduğu üçün bir neçə gündən sonra Bakı şəhərinə getmiş, sonradan polis əməkdaşlarının onu axtardığını öyrəndiyi üçün könüllü şəkildə Göygöl rayon polis şöbəsinə gələrək özünü istintaqa təqdim etmişdir. Münaqişə zamanı Turalı vurduğu zaman yanımızda Haxo, Sadiq olmuş həmin zaman əlində hərhansı əşya olmamışdır. Münaqişə zamanı Tural yumruq atsa da həmin zərbə ona dəyməmişdir. Münaqişə zamanı hərhansı xəsarət almamışdır. Münaiqşəni yanımızda olan Haxo və Sadiq görmüş, münaqişə 5 dəqiqə davam etmiş, qısa zaman ərzində olduğu üçün kənar heç kəs görməmişdir. Tural və Sadiqlə danışmaqda məqsədi onları barışdırmaq olmuşdur. Lakin söhbət etdikləri zaman Tural ona qarşı nalayiq ifadə işlətməklə kim olduğunu soruşduğu üçün arasında münaqişə baş vermiş və həmin zaman yumruqla bir dəfə başından, təpiklə isə ayaqlarından vurmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs hərhansı xəsarət yetirməmiş, ona hərhansı bir əşya ilə vurmamışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəri ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 2023-cü ilin mart ayından Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranında administrator işləyir. Restoran rəhbərliyinin qoymuş olduğu qaydalara əsasən restoranın ikinci mərtəbəsi ailəvi olaraq ayrılmış, birinci mərtəbəsi isə çayxana kimi fəaliyyət göstərir. Bu səbəbdən ikinci mərtəbədə olan müştəriləri ailə ilə olmadıqları zamanlar xahişlə digər hissələrə keçirdir. 03 aprel 2023-cü il tarixdə saat 21 radələrində ikinci mərtəbədə ailəvi olan hissədə 4-cü kabinetdə birinin adı Sadiq olmaqla 3 nəfər şəxs oturmaqla kola və pətənə sifariş vermiş, həmin şəxslərə afitsant yaxınlaşaraq başqa bir yerdə masa ayırdıqlarını, həmin kabinetin ailəvi olmasını dediyi üçün həmin müştərilər narazılıq bildirdiyindən oraya özü yaxınlaşıb eyni cür onlardan xahiş etmişdir. Onlar isə dedikləri sifarişlərin gətirilməsini istədikdə onlardan üzrxahlıq edərək bunun alınmayacağını deyib, kabinetdən çıxmalarını istəmiş, arxasınca səslənsələr də oraya yaxınlaşmamışdır. Bir neçə dəqiqə sonra həmin kabinetə yaxınlaşıb durmalarını xahiş etdikdə isə Sadiq adlı şəxs durmayacaqlarını deyərək onun üzərinə gəlmiş, yumruqla sifət və sinə hissəsindən vurmaqla onu döymüş, lakin kabinetdə olan digər şəxslər onları ayırmış, o yenidən restoranın içərisinə qayıtmış, həmin şəxslər isə orada qalmışlar. Təxminən 10-15 dəqiqədən sonra adının Rəsul olduğunu öyrəndiyi şəxs gələrək onunla söhbət etmək istədiklərini bildirərək otaqlardan birinə çağırmış, oraya Rəsul ilə birlikdə Sadiq, sonradan isə Haxo adlı şəxs gələrək əyləşmişdir. Otaqda olduqları zaman Rəsul onları barışdırmaq istədiyini, ayıb olduğunu bildirmiş, məsələni ona danışdığı zaman isə onları tanımadığını, sözünü dediyini, bundan artıq danışmaq istəmədiyini bildirib oradan durmaq istədikdə Rəsul haradan olduğunu soruşmuşdur. Buna görə də ondan lazımsız boş boş suallar verməməsini istəyib acıqlandıqda Rəsul onunla hərhansı ədavəti olub-olmadığını soruşaraq nə etmək istədiyimi, ona niyə acıqlandığını bildirib ayağa qalxmış, işləri ilə məşğul olmasını bildirdikdə aralarında mübahisə yaranmışdır. Həmin zaman Rəsul təpiklə ayaqlarından vurduqda aşağı əyilmiş, həmin zaman bərk əşya ilə başından vurmuşdur. Sadiq və Haxonun araya girib onları ayırması ilə münaqişə yekunlaşmış, kabinetdən çıxaraq öz işlərinin arxasınca getmiş, onlar isə bir müddət orada oturduqdan sonra restorandan çıxaraq uzaqlaşmışlar. Münaqişə zamanı Sadiq yumruqla sağ sifət nahiyyəsindən və sinəsindən yumruqla vurmuş, Rəsul adlı şəxs isə başından, təpiklə ayaqlarından, dizindən vurmaqla onu döymüşdür. Həmçinin Rəsul adlı şəxs yumruq ilə başından bir neçə dəfə vurmuşdur. Başında sifətində, qabırğalarından müxtəlif xəsarətlər almışdır. Münaiqşə restoranın kabinetində olsa da işçilər bunu onun deməyi ilə bilmiş, hər iki münaqişə 5-7 dəqiqə arasında baş verdiyi üçün müştərilər və işçilər oraya yığışmamışlar. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat 20 radələrində dostu Sadiq Baxşəliyevlə birlikdə Posu deyə tanıdığı, rayon ərazisində qəssablıq edən şəxsdən quzu almaq üçün söhbət etmək məqsədi ilə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Okean” restoranına gedərək 4-cü kabinetdə oturmuş yaxınlaşan afitsanta kola, pətənə sifariş etmişlər, bir neçə dəqiqə sonra həmin restoranın administratoru olduğunu bildirən, adının Tural olduğunu öyrəndiyi şəxs yaxınlaşaraq həmin yerin ailəvi olmasını deyərək, oradan durub getmələrini istəmişdir. O isə ona restoranın sahibinin dostları olmasını, onlara deyəcəyi təqdirdə bir söz deməyəcəklərini bildirmişdir. Lakin Tural oradan durmalarını israr edərək qapını örtməklə oradan çıxmış, Tural bir neçə dəqiqədən sonra yenidən əyləşdikləri kabinetdə qayıdaraq kobud ifadələrlə oradan durmalarını istədikdə Sadiq nə üçün kobud danışdığını, bu qədər kobudçuluğa ehtiyac olmadığını bildirdiyi zaman aralarında mübahisə yaranmışdır. Tural qəflətən Sadiqə doğru yumruq atdıqda Vidadi araya girmiş Turalı əli ilə itələyib Sadiqi isə tutaraq saxlamışdır. Lakin Sadiq əlindən çıxaraq Turalın üzərinə getmiş və onlar əlbəyaxa olmaraq bir birini yumruq və təpilkə vurmuşlar. Sonra araya girərək Sadiqi kənara çəkmişdir. Aralandıqları zaman onlarla oturmaq üçün oraya gələn Rəsul Turala birlikdə oturub çay içməyi bu məsələ ilə barışmaqlarını demişdir. Bu məqsədlə Tural, Sadiq, Rəsul restoranın digər kabinetinə keçərək əyləşmiş, Vidadi ilə o digər kabinetdə qalmışlar. Bir neçə dəqiqə sonra isə kabinetdən çıxaraq onların yanına getmişdir. Kabinetdə Rəsul, Sadiq və Tural oturub söhbət etməsi, Rəsul onları barışdırmağa çalışmasını görmüşdür. Lakin Tural əsəbi halda kobud ifadələr işlətdiyi üçün Rəsul ona danışığına fikir verməsini onunla hərhansı ədavəti olmadığını xatırlatsa da Tural əsəbi halda ona kim olduğunu, yaxşı etdiyini deyərək ünvanına nalayiq ifadə işlətdiyi üçün aralarında mübahisə yaranmış və onlar ayağa qalxaraq əlbəyaxa olmuşlar. Rəsul Turalı yumruq və təpiklə bir neçə dəfə vurduqda isə Sadiq və o araya girib onları ayırmışdır. Bundan sonra Tural kabinetdən kənara çıxmış, onlar isə orada 10 dəqiqə oturduqdan sonra restorandan çıxaraq uzaqlaşmışlar. Tural ilə Sadiq və Rəsul ayrı ayrılıqda münaqişə etmiş, Turalı başqa heç kəs vurmamış, oturduqları kabinetdə isə Vidadi və Sadiq olmaqla 3 nəfər olmuşlar. Rəsul Turalı əli ilə vurmuş həmin zaman onun əlində hərhansı əşya olmamışdır. Münaiqşə restoranın kabinetində olduğu və qısa zaman kəsiyində baş verdiyi üçün müştərilər və işçilər görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 03 aprel 2023-cü il tarixdə saat 21 radələrində restoranın ikinci mərtəbəsində olduğu zaman Sadiq kimi tanıdığı şəxsin Tural adlı inzibatçı ilə dəhlizdə danışmasını, mübahisə etmələrini görmüşdür. Lakin işi olduğu üçün geriyə qayıtmışdır. Bundan sonra adının Rəsul olduğunu öyrəndiyi şəxsin və Sadiq adlı şəxsin Turalı kabinetdə döyməsini, yüksək səslə qışqırdıqlarını eşitmişdir. Onlarla birlikdə kabinetdə olan şəxslər onları ayırmaq istəsələr də buna nail ola bilməmişlər. Turalın kabinetdən çıxması ilə münaqişə dayanmışdır. Münaqişə zamanı Rəsulun Tural döyməsini Turalın deməsi ilə bilmiş, münaiqşə restoranın kabinetində baş vermiş, işçilərdən bir neçəsi eşitmişdir. Münaqişə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid1, Şahid3, Şahid4 və Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayından Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranında afitsant işləyir. 03 aprel 2023-cü il tarixdə saat 21 radələrində restoranın ikinci mərtəbəsində olduğu zaman Sadiq kimi tanıdığı şəxsin Tural adlı inzibatçı ilə dəhlizdə danışmasını, mübahisə etmələrini görmüşdür. Lakin işi olduğu üçün geriyə qayıtmışdır. Bundan sonra adının Rəsul olduğunu öyrəndiyi şəxsin və Sadiq adlı şəxsin Turalı kabinetdə döyməsini, yüksək səslə qışqırdıqlarını eşitmişdir. Onlarla birlikdə kabinetdə olan şəxslər onları ayırmaq istəsələr də buna nail ola bilməmişlər. Turalın kabinetdən çıxması ilə münaqişə dayanmışdır. Münaqişə zamanı Rəsulun Tural döyməsini Turalın deməsi ilə bilmiş, münaiqşə restoranın kabinetində baş vermiş, işçilərdən bir neçəsi eşitmişdir. Münaqişə 10-15 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə saat 20 radələrində Posu deyə tanıdığı, rayon ərazisində qəssablıq edən şəxslə heyvan almaq istədiyi üçün danışmaq məqsədi ilə Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Okean” restoranına dəvət etmiş, dostu Haxo ilə birlikdə qeyd olunan restorana gedib 4-cü kabinetdə oturmuşdur. Yaxınlaşan afitsanta kola, pətənə sifariş etmiş, bir neçə dəqiqə sonra həmin restoranın administratoru olduğunu bildirən, adının Tural olduğunu öyrəndiyi şəxs yaxınlaşaraq həmin yerin ailəvi olmasını deyərək kobud şəkildə durun çıxın burdan dediyi üçün ona restoranın sahibinin dostları olmasını, onlara deyəcəyi təqdirdə heç bir söz deməyəcəklərini bildirsə də Tural oradan durmalarını israr edərək qapını örtməklə çıxmışdır. Orada bir neçə dəqiqə ləngiyib restoranın dəhlizinə çıxsada yenidən kabinetə qayıdıb əyləşdikdə Tural yenidən kabinetə gələrək oradan çıxmalarını deyib kobud surətdə ifadələr işlətdiyi üçün biraz mədəni olmasını deyərək irad bildirdikdə aralarında mübahisə yaranmış, həmin zaman “ona balanın balamın canı düzgün danışmırsan” dediyi zaman isə Tural əsəbləşərək və niyə onun balasının canına and içdiyini deyib onu yumruqla bir dəfə vurmuşdur. Həmin yumruq zərbəsi alnının sol nahiyəsindən dəymiş, bundan sonra Turalı yumruq və təpiklə vuraraq döymüş, yanında olan Posu və Haxo adlı dostları onları ayırmışdır. Kabinetə keçib əyləşdikləri zaman isə dostu Rəsulla danışaraq həmin yerə çağırmış və mübahisəni sakitləşdirib onları barışdırmağını xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Rəsul oraya gəldikdə Turalı və onu başqa bir kabinetə çağırıb hər ikisinin etmiş olduqları hərəkətlərin səhv olmasını bildirib, bir birilərini tanıdıqlarını belə bir mübahisənin ayıb olduğunu deyib barışmalarını istəmişdir. Bundan sonra Tural onun səhv etdiyini, etmiş olduğu hərəkətlərin düzgün olmadığını deyərək kobud ifadələr işlətməklə Rəsula kim olmasını, hansı səbəbə onları barışdırmaq istədiyini bildirdiyi üçün Rəsul onunla mədəni olmasını istəyərək mübahisə etmiş, mübahisə zamanı Rəsul bir neçə dəfə yumruqla və təpiklə Turalı vursa da onları ayırmışdır. Turalı kabinetdən çıxardıqdan sonra 5-10 dəqiqə orada oturmuş və həmin restorandan çıxmışdır. Münaqişə zamanı Turalı o və Rəsul vurmuş, vurduğum zaman yanında Haxo və Posu ləqəbli Vidadi olmuş, Rəsulu vuran zaman isə kabinetdə tək üçü olmuşlar. Münaqişə zamanı onun və Rəsulun əlində hərhansı əşya olmamış, Turalı Rəsul yumruq və təpiklə vurmağa başladıqda isə əlindən alıb Turalı bayıra çıxartmışdır. Münaqişə zamanı Tural onu yumruqla bir dəfə sol sifət nahiyyəsindən vurmuş, ondan əlavə ona hərhansı zərbə endirməmişdir. Turalın onunla olan münaqişəsi 5 dəqiqə, Rəsul ilə olan münaqişəsi isə 2-3 dəqiqə davam etmişdir. Münaqişə qısa zaman ərzində olduğu üçün kənar heç kəs görməmişdir. O həmçinin xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Elit adlı avtoyuma məntəqəsində tanışı Nurəli Abbasquliyevlə arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmasını, həmin mübahisə zamanı əlləri ilə vurmaqla Nurəliyə xəsarət yetirsə də onunla barışmış, ona dəymiş ziyanı tamamilə ödədiyini, hal-hazırda Nurəlinin onun barəsində heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Həmin münaqişəni heç kəs görməmiş, münaqişə avtoyuma məntəqəsinin boksunda baş vermiş, 5 dəqiqə davam etmişdir. O qeyd etmişdir ki, Nurəli onun dostudur. xx.xx.2023-cü il tarixdə avtomobilini ona yudurtduğu zaman ondan kobud şəkildə pulunu verməyini istəmiş, o isə cavab olaraq hansı səbəbə onunla belə danışmasını, onun pulunu daima verdiyini dedikdə yaxşı etdiyini, onun dələduz adam olmağını deyərək üzərinə gəldiyi üçün arasında mübahisə yaranmışdır, mübahisə zamanı əlləri ilə sifətinə sillə ilə vurmuş, bundan sonra onun qucaqlayıb üzrxahlıq etsə də Nurəli əsəbi şəkildə ondan uzaqlaşmış, bu səbəbdən sonradan şikayət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə Sadiq adlı tanışı heyvan almaq istədiyi üçün onunla görüşmək istəmişdir. Saat gec olduğuna görə isə haradasa oturub danışmağı təklif etmişdir. Bu səbəbdən saat 20 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Okean” restoranına gedərək Sadiq və dostu Haxoy qeyd olunan restorana gedib 4-cü kabinetdə oturmuş, onlara yaxınlaşan afitsanta Sadiq kola, pətənə sifariş etmiş, bir neçə dəqiqə sonra həmin restoranın administratoru olduğunu bildirən, adının Tural olduğunu öyrəndiyi şəxs yaxınlaşaraq həmin yerdə ancaq yemək verdiklərini, durub çölə çıxmalarını bildirərək otaqdan çıxmışdır. Sadiq isə ona restoran sahibinin dostu olduğunu, ona deyəcəyi təqdirdə heç bir narahatçılıq olmayacağını bildirmişdir. Tural bir neçə dəqiqədən sonra yenidən əyləşdiyi kabinetdə qayıdaraq kobud ifadələrlə oradan durmalarını istədikdə Sadiq nə üçün kobud danışdığını, bu qədər kobudçuluğa ehtiyac olmadığını bildirdiyi zaman aralarında mübahisə yaranmışdır. Tural həmin zaman qəflətən Sadiqə doğru yumruq atdığı zamam araya girmiş, Turalı əli ilə itələmiş, Sadiqi isə tutaraq saxlamışdır. Lakin Sadiq əlindən çıxaraq Turalın üzərinə getmiş və onlar əlbəyaxa olaraq bir-birini yumruq və təpilkə vurmuşlar. Sonra araya girərək Sadiqi kənara çəkmiş, Tural isə kabinetdən çıxmışdır. Sadiq ayrılıb kənarda telefonla danışsa da kiminlə danışmasını nə danışmasını bilməmişdir. Təxminən 15-20 dəqiqə həyətdə dayandıqdan sonra oraya adının sonradan Rəsul olduğunu öyrəndiyi, sadiqin tanışı olduğunu bildiyi şəxs gəlmişdir. O Sadiqlə görüşdükdən sonra söhbət edib birlikdə restoranın başqa kabinetinə keçmişlər. Rəsul Turalı çağıraraq onları barışdıracağını, belə bir mübahisəni böyütməyin ayıb olduğunu bildirmişdir. Kabinetdə Sadiq, Rəsul və Tural olduqlarından o içəri keçməmişdir. Onlar oturub söhbət etdiklərindən təxminən 5-10 dəqiqə sonra Turalın oradan çıxmasını görmüş, nə baş verdiyini maraqlandıqda isə X8 barışdırmaq istədiyi zaman Turalın kobud ifadələr işlətməsinin üstündə aralarında mübahisə yarandığını, həmin zaman Rəsulun onu vurmasını bilmişdir. Bir müddət sonra isə oradan uzaqlaşaraq restorandan çıxmışlar. Tural ilk olaraq onlar oturduqları kabinetdə Sadiqlə münaqişə etmiş, həmin zaman onlar bir birinə əlləri ilə zərbələr endirmişlər. Rəsul ilə münaqişəsi zamanı isə orada olmasa da Rəsulun əlində hərhansı bir əşya olmadığını kabinetə girdiyi və çıxdığı zaman görmüş, Turalın mübahisəsi Sadiq və Rəsul ilə olmuş, onunla və Haxo adlı dostu ilə hərhansı münaqişə etməmişdir. Münaiqşə restoranın kabinetində olduğu və qısa vaxt ərzində baş verdiyi üçün heç kəs bunu görməmiş, hər iki mübahisə 5-10 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ildən Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranında kassir işləyir. 03 aprel 2023-cü il tarixdə saat 21 radələrində restoranın ikinci mərtəbəsində olan kassada, həmişə dayandığı yerdə olduğu zaman inzibatçı Turalın kabinetdən çıxaraq getdiyini, Sadiq kimi tanıdığı şəxsin onun arxasınca çağırdığını görmüşdür. Sadiq kabinetə girdikdən 5-10 dəqiqə sonra Tural yenidən oraya qayıtdıqda otaqdan səs-küy gəldiyini eşitmiş, oraya yaxınlaşdıqda isə Turalın qapıdan deyinərək çıxdığını içəridə olan şəxslərdən birinin Sadiqi tutmasını görmüş, Tural oradan uzaqlaşdıqda isə Sadiqin onu vurmasını bildirmişdir. Mübahisəyə səbəb Sadiq və dostlarının ailəvi olan yerdə oturmaları, Turalın isə oradan durmasını istəməsi olmasını bilmişdir. Bir müddət sonra adının sonradan Rəsul olduğunu öyrəndiyi şəxs oraya gəlmiş, Sadiq Rəsul ilə birlikdə restoranın ikinci mərtəbəsinə qalxmış, o isə bayırda qalmışdır. Bir müddət sonra səs-küy gəlməsini görüb ikinci mərtəbəyə baxdıqda Turalın eyni kabinetdən çıxdığını, arxasınca isə orada olan şəxslərin onu çağırmasını eşidib həmin otaqda Tural ilə yenidən münaqişə etmələrini bilmiş, bir müddət sonra isə həmn kabnetdə olan şəxslər Sadiq, Rəsul və Haxonun çıxmasını görmüşdür. Münaqişə olduğu kabinetə yaxınlaşdığı zaman oradan çıxan şəxslərin əlində hərhansı əşya olmamışdır. Münaqişə baş verdiyi kabinetin yerləşdiyi mərtəbəyə sonradan qalxdığı üçün münaqişəni kimlərin görməsini bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə hadisə yerinə, yəni Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 143 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə nahiyəsinin yarası, sağ qulaq seyvanının və sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi, döş qəfəsinin sol yan səthinin qançırı-bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən başın təpə nahiyəsinin yarası, sağ qulaq seyvanının və sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, döş qəfəsinin sol yan səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətdir. İstintaq zamnanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sağ qulaq seyvanının yumşaq toxumalarının əzilməsi xəsarətini münaqişə zamanı Şahid3 yetirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs Şahid3 ilə barışdıqlarını, ona dəymiş ziyanı tamamilə ödədiyini bildirməklə, sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində xx.xx.2009-cu il tarixdə Lənkəran Hərbi Məhkəmənin hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1, 70-ci maddələri ilə 0N il intizam xarakterli, hərbi hissədə saxlama cəzası təyin edilmiş, 06 ay sınaq müddəti təyin olunmuşdur. xx.xx.2009-cu il tarixdə Lənkəran Hərbi məhkəmənin qərarı ilə AR Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə saat 21 radələrində tanışı Şahid3 Vəliyəddin oğlunun xahişi ilə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranına gələrək, sonuncu iləhəmin gün mübahisə etmiş restoranda inzibatçı vəzifəsində çalışan Zərərçəkmiş şəxs barışdırmaq istəyən zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə onun arasında mübahisə baş vermiş, mübahisə zamanı o, restoranın otağında qəsdən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs başıntəpə nahiyəsinin yarası, sağ diz oynağı nahiyyəsinin əzilməsi ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakıdağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslarolduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görəməsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CMnin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş zərər ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət-məcburiyyət tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır. Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da göstərilmişdir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cəza təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərar). Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-nin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov İş № 1(066)-120/2023 Azərbaycan Respublikası adından QƏRARDANÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 06 noyabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Özbəkistan Respublikası, Xatırci rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, xx.xx.2009-cu il tarixdə CM-nin 332.1-ci maddəsi ilə məhkum olunmuş, Göygöl rayonu, Aşıqlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(066)-120/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №1(066)-120/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver