Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-121/2023 01.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim, Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 01 dekabr 2023-cü il tarixdə Göygöl şəhərində xx.xx.1992-ci ildə Xanlar rayonun Əzizbəyov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 19:55 radələrində idarə etdiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 354-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, avtomobili ikinci dərəcəli yoldan baş yola daxil etməzdən əvvəl baş yol ilə nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, baş yol ilə nəqliyyat vasitəsi yaxıblaşdığı vəziyyətdə idarə etdiyi avtyomobili ikinci dərəcəli yoldan baş yola daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, baş yolla hərəkətdə olan avtomobilə yol verməli və bundan sonra idarə etdiyi avtomobili baş yola daxil edərək hərəkətini davam etdirməli olduğu halda bunu etməyərək 15-20 km/saat sürətlə Bakı şəhər istiqamətinin solundan birləşən ikinci dərəcəli torpaq örtüklü yolla baş yola daxil olub düzünə Bakı şəhər istiqqamətinin solundan birləşən ikinci dərəcəli yol sayılan Hacıməlik qəsəbə yolu istiqamətində hərəkətdə olan zaman qabaq hissəsi ilə Bakı şəhər istiqamətində yolun sağ hərəkət zolağı ilə sürücü X2 60-70 km/saat sürətlə idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə həmin istiqamətin sağından yol ayrıcının başlandığı yerdən sola doğru 3,7 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 21063” minik markalı avtomobilin sürücsü X2 başın ənsə nahiyəsinin yarası, ənsə nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların iki antomik xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin, dalağın, qaraciyərin və sol böyrəyin cırılması, sol körpücük və İİİ bel fəqərəsinin sınıqları, aınıq ətrafı yumşaq toxumalara qansızma, onurğa beynin zədələnməsi, sol bazu, sol baldır, sol daban və sol iç topuq oynaq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan, ağır dərəcəli bədən xəsarətləri alaraq, aldğı xəsarətlərdən həmin günü xəstəxanada ölməsinə və “VAZ 21063” minik markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs sağ əlin İ barmağının yerdəyişmiş sınığı, sağ əlin sıyrığı, alın nahiyəsinin səthi yarası ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qqeydiyyat nişanlı avtomobil atasınındır, qardaşı Şahid5 adına sənədləşdirmiş, etibarnamə ilə atasına məxsusdur. Lakin onun adına etibarnamə yoxdur. Belə ki, 28 mart 2023-cü il tarixdə o, və atası Mahir idarə etdiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat təxminən 19:55 radələrində sahədən işdən evə qayıdarkən, avtomobilin yaxın vuran işıqları ilə hərəkətdə olmuşdur, sahədən gələn torpaq örtüklü yolla Bakı-Qazax yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən yola Qazax rayon istiqamətinin sağından birləşən asfalt yerə gəlmiş, o, magistral yola daxil olub düzünə keçib Hacıməlik qəsəbəsinə evə getməli olmuşdur. Yola daxil olmamış dayanmışdır. O, Qazax istiqamətində hərəkətdə olan markasını və qeydiyyat nişanını bilədiyi bir avtomobili keçib getməsini gözləmiş, sonra 15-20 km saat sürətlə hərəkətini davam etdirib Qazax istiqamətində olan zolağı keçib Bakı şəhər istiqamətini düzünə keçib Hacəməlik qəsəbəsi yol ayrıcına çatan zaman qəfildən avtomobilin qabaq hissə ilə Qazax rayon istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən vuraraq toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobil fırlanıb dayanmış, “VAZ 21063” minik markalı avtomobil isə yolun sağına doğru gedib dayanmışdır. O, idarə etdiyi avtomobillə ikinci dərəcəli yoldan baş yola daxil olub düzünə hərəkət edən zaman sağdan Qazax rayon istiqamətindən avtomobilin gəlib-gəlməməsinə fikir verməmiş, bir anlıq “VAZ 21063” minik markalı avtomobilin qarşından keçən zaman vurduğumu görmüş, həmin avtomobilin əvvəlcədən gəlməsini görməmişdir. Hadisə nəticəsində o, və atası xəsarət almamışlar. Sonra o, atası ilə birlikdə toqquşduğu “VAZ 21063” minik markalı avtomobilə yaxınlaşmışlar, həmin avtomobilin sürücüsü ağır xəsarət almışdır, sükan arxasında olmuş, həmin avtomobilin yanında bir nəfər qadın sərnişin də var olmuş kömək istəmişdir. Hadisə yerinə gəlmiş əmisi oğlu Ağalinin və qonşusu Orxanın köməkliyi ilə xəsarət alan sürücünü avtomobildən çıxarmışlar, Ağalinin idarə etdiyi “VAZ 2106” markalı **-BK-*** markalı avtomobilə qoymuşlar, Göygöl rayon xəstəxanasına aparmışlar. Atası Mahir də başqa bir avtomobillə xəstəxanaya gəlmişdir. Xəsarət alanın xəsarəti ağır olduğu üçün oradan təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Atası istəməmişdir ki, hadisəni törtədiyimi o, desin, ona görə də atası ilə qərara gəlmişlər ki, hadisə zamanı avtomobili atasının idarə etdiyini desinlər. O, atası Mahirlə birlikdə hadisə yerinə qayıdıb gəlmişlər. Hadisə yerinə polislər, müstəntiq gəlmiş, atası hadisəni özü törətdiyini demiş, atasının və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Sonradan məlum olmuşdur ki, toqquşduğu avtomobilin sürücüsü xəstəxanada ölmüşdür. O, düşünmüşdür ki, həqiqəti gizlətmək düzgün deyil ona, görə də hadisəni törtməyi ilə bağlı etiraf ərizəsi yazmışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuş, spirtli içki qəbul etməmişdir. Törətdiyi əmələ görə peşimançılıq çəkir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri Nəsimi rayonu F.Qasımzadə küçəsi ev 1, mənzil 37-də qeydiyyatdadır, Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 deyilən yerdə yerləşən fərdi yaşayış evində yaşayır. Yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş X3 əri idi. Telmanın hadisə zamanı idarə etdiyi “VAZ 21063” minik markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Telmanın özünə məxsus idi, etibarnamə ilə idarə etmişdir. 28 mart 2023-cü il tarixdə o, həyat yoldaşı Telmanla birlikdə onun idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən Hacıməlik qəsəbəsinə qohumumlarının evinə gedərkən o, avtomobildə qabaqda sağ tərəfdə sərnişin qismində oturmuşdur. Saat təxminən 19:40 radələrində onlar yolun sağ hərəkət zolağı ilə Bakı-Qazax yolu ilə Bakı şəhər istiqamətində Göygöl rayon Hacıməlik qəsəbəsi ərazisi ilə hərəkətdə olan zaman, qəfildən sol tərəfdən bir işıq gəldiyini görmüş və avtomobilin sol yan hissəsindən bir avtomobil çırpılmışdır, zərbənin təsirindən o, avtomobildən yerə düşmüş, hadisə zamanı xəsarət almışdır, huşunu itirmişdir. O, bir təhər özünə gəlib yerdən qalxmış, qalxanda görmüşdür ki, onların avtomobili qarşıda yolun sağında dayanıbdır, o, avtomobilin yanına getmiş, görmüşdür ki, həyat yoldaşı Telman avtomobilin sükan arxasındadır, huşsuz vəziyyətdədir, ağır xəsarət alıbdır, başından qan axır. Təxminən 10 dəqiqədən sonra ona tanımadığı hərbi geyimdə olan bir oğlan yaxınlaşmış, ona kömək etmiş, birlikdə Telmanı avtomobilin sükan arxasından çıxarmışlar, asfalt üzərinə qoymuşlar. Heç kim yardım etməmişdir, Telmanın baş nahiyəsindən güclü qan axırdı, onun qışqırmasına heç kim məhəl qoymamışdır. Telmanı yoldan keçən markasını və qeydiyyat nişanını bilmədiyi, səhv etmirsə “VAZ 2107” markalı tünd yaşıl avtomobil idi, ona qoyub, Göygöl rayonuna xəstəxanaya aparılmışlar. Hadisə olandan sonra təxminən 8-10 dəqiqə sonra o, Hacıməlik qəsəbəsində yaşayan bibisi İdayəyə zəng etmiş, sonra İdayə əri Yaqubla birlikdə hadisə yerinə 10 dəqiqədən sonra gəlmişdir, ona dərman vermişdir. O, özünə gələndən sonra görmüşdür ki, onların avtomobillə markasını və qeydiyyat nişanını sonradan bildiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşubdur. Hadisədən sonra tanımadığı bir kişi onun üstünə qışqırıb demişdir ki, gunah guya onlardadır, məlum olmuşdur ki, həmin kişi "Hyundai Santafe" minik markalı avtomobildə olmuş şəxsdir. Sonra orada ona tanımadığı bir qadın yaxınlaşmış, ona təklif etmişdir ki, onu evinə aparsın. O, həmin şəxsdən kim olduğunu soruşduqda, həmin şəxs ona onalrın avtomobil ilə toqquşan "Hyundai Santafe" minik markalı avtomobili idarə edən oğlanın anası olduğunu bildirmişdir. Ona qışqıran onunla kobud şəkildə danışan kişi isə əridir, adı Mahirdir, avtomobili sürən oğlanın anasıdır. O, həmin qadından avtomobildə onun da olmasını soruşanda ona demişdir ki, hadisə zamanı avtomobildə olmamış, oğlunu göstərib avtomobili oğlunun idarə etdiyini bildirmişdir. Sonra o, bibisi İdayə və Yaqubla birlikdə yol avtomobili ilə “Gəncə postu” deyilən posta gəlib hadisəni bildirmişlər, sonra məlum olmuşdur ki, Telmanı Göygöl rayon xəstəxanasında Gəncə şəhərinə Abbas Səhhət adına xəstəxanaya aparıblar, ona görə də həmin xəstəxanaya getmişlər. Xəstəxanada olan zaman artıq onlara bildirilmişdir ki, Telman aldığı xəsarətlərdən vəfat edibdir. Tibbi ekspertizadan sonra Telmanın meyiti evə aparılmışdır. Hadisənin səhəri günü onu Göygöl rayon qəbiristanlığında dəfn etmişlər. Hadisə zamanı "Hyundai Santafe" minik markalı avtomobili adını sonradan bildiyi Mahir adlı şəxs deyil Mahirin oğlu idarə edib yol qəzası törətmişdir. Dəfndən sonra o, Gəncə şəhər Z.Məmmmədov adına xəstəxanaya gedib həkim müyinəsindən keçmişdir, bundan başqa “Memorial” xəstəxanada həkim müayinəsindən keçmişdir. Hadisə zamanı Telman avtomobili asta sürətlə idarə etmiş, sürəti təxminən 60-70 km/saat olmuşdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə saat 19:55 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 354-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sükan arxasında o, olmamış, hadisə zamanı "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Təqsirləndirilən şəxs idar etmişdir. 28 mart 2023cü il tarixdə saat təxminən 19:55 radələrində o, oğlu Təqsirləndirilən şəxslə birlikdə sahədən işdən evə qayıdarkən avtomobili oğlu Hikmət idarə etmiş, o, isə avtomobildə sərnişin qismində qabaqda sağda oturmuşdur. Onlar sahədən gələn torpaq örtüklü yolla Bakı-Qazax yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən yola Qazax rayon istiqamətinin sağından birləşən asfalt yerə gəlib çatıb dayanmışlar, düzünə keçib Hacıməlik qəsəbəsinə gedən yola daxil olub evə getmək olmuşlar. Qazax istiqamətində hərəkətdə bir avtomobilə yol vermişlər, daha sonra Hikmət avtomobilin hərəkətini davam etdirib Qazax istiqamətində olan zolağı keçib Bakı şəhər istiqamətini düzünə keçib Hacəməlik qəsəbəsi yol ayrıcına çatan zaman qəfildən avtomobilin qabaq hissə ilə Qazax rayon istiqamətindən gələn markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsindən toqquşmuşdur. Hadisə zamanı o, və oğlu xəsarət almamışlar. Qarşı avtomobilin sürücüsü ağır xəsarət almışdır, həmin avtomobildə bir nəfər qadın sərnişin olmuş xəsarət alıb almamasını bilməmişdir. Hadisədən sonra o, və oğlu avtomobildən düşüb hadisə yerinə gəlmişlər. Qardaşı oğlu Ağalinin və qonşusu Orxanın köməkliyi ilə xəsarət alan sürücünü avtomobildən çıxarıb Ağalinin avtomobilinə qoymuşlar, Hikmət də Ağalinin avtomobilinə minmiş xəsarət alan şəxsə köməklik etmək üçün onlarla birlikdə Göygöl rayon xəstəxanasına getmişlər, o, da başqa bir yol avtomobili ilə xəsarət alan şəxsə yardım məqsədilə Göygöl rayon xəstəxanasına getmişdir. Sonra xəsarət almış sürücünün xəsarəti ağır olduğu üçün oradan onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Ağaliyə demişdir ki, xəsarət alan şəxslə maraqlanması üçün onlar da Gəncə şəhərinə xəsyəxana getsinlər. O, da yol avtomobili ilə oğlu Hikmətlə birlikdə hadisə yerinə qayıdıb gəlmişdir. O, istəməmişdir ki, oğlu hadisəni törətdiyini desin, ona görə qərara gəlmişlər ki, hadisə zamanı avtomobili onun idarə etdiyini desinlər. Hadisə yerinə gəlmiş müstəntiqə də hadisə zamanı sükan arxasında onun olduğumu demişdir. Onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, protokol sxem tərtib olundu, protokola və sxemə imza etmişdir. Bundan başqa o, əvvəl verdiyi ifadəsində də avtomobili onun idarə etdiyini bildirmişdir. Sonuncu ifadəsində qeyd etdiyi kimi hadisə zamanı avtomobili o, deyil oğlu Hikmət idarə etmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır, Şahid1 əridir. 28 mart 2023-cü il tarixdə saat təxminən 20 radələrində o, Hacıməlik qəsəbəsində vəfat etmiş bibisinin yas yerindən yaşadığı evə piyada gedən zaman görmüşdür ki, yaxınlıqda Hacıməlik qəsəbəsi ərazisindən keçən avtomobil yolunda çox sayda adamlar toplaşıbdır. O, həmin yerə yaxınlaşanda ona demişlər ki, yol qəzası olubdur, Mahir idarə etdiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol qəzasına uğrayıbdır. Görmüşdür ki, Mahirlə oğlu Təqsirləndirilən şəxslə oradadırlar, avtomobil əzilmiş vəziyyətdədir. Mahir ona demişdir ki, idarə etdiyi "Hyundai Santafe" minik markalı avtomobillə oğlu Təqsirləndirilən şəxslə birlikdə Hacıməlik qəsəbəsində yerləşən sahədən işdən evə gələn zaman markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşubdur. O, görmüdşür ki, “VAZ 21063” minik markalı avtomobil yanında bir qadın qışqıraraq kömək istəyir, qadına yaxınlaşmışdır. Xəsarət alan sürücünü xəstəxanaya aparmışlar. O, qadına avtomobillə toqquşan avtomobili idarə edən şəxsin arvadıdır. O, yardım etmək məqsədilə qadına təklif etmişdir ki, xəstəxanaya, istəyirsə öz evinə, istəyirsə onların evinə aparsın lakin razı olmamış, qohumları ilə birlikdə gedəcəyini bildirmişdir. Orada su və sakitləşdirici dərman vermişlər. Sonra xəsarət alan qadın qohumları ilə birlikdə bir avtomobillə oradan çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, “VAZ 21063” minik markalı avtomobilin sürücüsü xəstəxanada ölübdür. Əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs ifadəsində göstərilənlərlə razı deyil, belə ki, xəsarət alan qadın onadan heçnə soruşmamış, nə də o, hadisə zamanı "Hyundai Santafe" minik markalı avtomobili idarə edən şəxsin oğlu Təqsirləndirilən şəxs olmasını deməmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır. Şahid1 Hacıməlik qəsəbə sakini kimi tanımışdır. 28 mart 2023-cü il tarixdə saat təxminən 19:55 radələrində o, tanışı Tağıyev Ağali ilə birlikdə “Bəhman” adlı mağazanın yaxınlığında Bakı-Qazax yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən yolun kənarında Ağalinin idarə etdiyi “VAZ 2106” markalı **-BK-*** markalı avtomobildə oturub söhbət edərkən onlardan təxminən 30-40 metr aralıda yoldan toqquşma səsi eşitmişlər, baxanda görmüşlər ki, dairə olan hissədə iki avtomobil toqquşubdur. O, Ağali ilə birlikdə hadisənin olduğu yerə yaxınlaşmışar, avtomobildən düşmüşlər, düşəndə görmüşlər ki, toqquşan avtomobillərdən biri Mahirin idarə etdiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildir. O, orada Mahiri və oğlu Hikməti görmüşdür, xəsarət almamışlar. Ona görə də toqquşmuş digər markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına qaçıb getmişlər, avtomobildə sükan arxasında tanımadığı sürücü xəsarət almışdır, başından qan axırdı, avtomobilin yanında isə bir qadın var idi qışqırıb kömək istəyirdi, Mahirlə hikmət də yaxınlaşmışlar, birlikdə köməkləşib xəsarət alan sürücünü avtomobildən çıxarıb Ağalinin idarə etdiyi “VAZ 2106” markalı **-BK-*** markalı avtomobilə qoymuşlar, Göygöl rayon xəstəxanasına aparmışlar, Hikmət də onlarla birlikdə xəsarət alan şəxsə köməklik etmək üçün xəstəxanaya getmişdir, onlardan sonra isə Mahir başqa bir avtomobillə xəstəxanaya gəlmişdir. Orada xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilmişdir, sonra oradan xəsarət alan sürücünü Gəncə şəhərinə xəstəxanaya aparan zaman Ağalinin avtomobilini o, idarə etmiş, Ağali də xəsarət alan sürücünü aparan təcili tibbi yardım avtomobilinə minib Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişlər. Hikmətlə atası Mahir isə Göygöl rayon xəstəxanasından hadisə yerinə getmişlər. Sonradan onlara məlum olmuşdur ki, “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölmüşdür. O, konkret olaraq hadisənin necə baş verməsini görməmiş, toqquşma səsini eşidib hadisə yerinə yaxın olduğu üçün hadisə yerinə yaxınlaşmış, ona görə də kimin "Hyundai Santafe" minik markalı avtomobili idarə etməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır. Şahid1 Hacıməlik qəsəbə sakini kimi tanıyır. 28 mart 2023-cü il tarixdə saat təxminən 19:55 radələrində o, tanışı Orxanla birlikdə “Bəhman” adlı mağazanın yaxınlığında Bakı-Qazax yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən yolun kənarında onun idarə etdiyi “VAZ 2106” markalı **-BK- *** markalı avtomobildə oturub söhbət edərkən təxminən 30-40 metr aralıda yoldan toqquşma səsi eşitmişlər, baxanda görmüşlər ki, dairə olan hissədə iki avtomobil toqquşubdur. O, Orxanla birlikdə hadisənin olduğu yerə yaxınlaşmışlar, avtomobildən düşmüş, düşəndə görmüşdür ki, toqquşan avtomobillərdən biri Mahirin "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Mahirlə oğlu Hikmət oradadırlar, Orxanla o, Mahir və Hikmət birlikdə markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmişlər, avtomobildə sükan arxasında tanımadığı sürücü xəsarət almışdır, başından qan axır, avtomobilin yanında isə bir qadın olmuş qışqırıb kömək istəmişdir, birlikdə köməkləşib xəsarət alan sürücünü avtomobildən çıxartmışlar, Mahirlə Hikmət də kömək etmişlər. Xəsarət alan şəxsi idarə etdiyi “VAZ 2106” markalı **-BK-*** markalı avtomobilə qoymuşlar Göygöl rayon xəstəxanasına aparmışlar, Hikmət də xəsarət alan şəxsə köməklik məqsədilə onlarla birlikdə xəstəxanaya getmişdir. Sonra Mahir başqa bir avtomobillə Göygöl rayon xəstəxanasına gəlmişdir. Orada xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilmişdir, sonra oradan xəsarət alan sürücünü Gəncə şəhərinə xəstəxanaya aparan zaman Orxan onun avtomobilini idarə etmişdir, o, da xəsarət alan sürücünü aparan təcili tibbi yardım avtomobilinə minib Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişdir. Hikmətlə atası Mahir isə Göygöl rayon xəstəxanasından hadisə yerinə getmişlər. Sonradan onlara məlum olmudur ki, “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölübdür. O, konkret olaraq hadisənin necə baş verməsini görməmiş, toqquşma səsini eşidib hadisə yerinə yaxın olduğu üçün hadisə yerinə yaxınlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır. Şahid1 atasıdır. Hadisə zamanı atasının etdiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili atası onun adına almışdır. Atası avtomobili etibarnamə ilə idarə etmişdir. 28 mart 2023-cü il tarixdə saat təxminən 19:55 radələrində o, Bakı-Qazax yolunun Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisindən keçən yolun kənarında yem satılan mağazanın qarşısında olan zaman təxminən 100 metr aralıda aralıda avtomobil yolunda toqquşma səsi eşitmişdir, baxanda görmüşdür ki, həmin yerə adamlar toplaşır. O, da olduğu yerdən piyada həmin yerə getmişdir, görmüşdür ki, toqquşan avtomobillərdən biri atasının idarə etdiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Hadisə olandan sonra o, hadisə yerinə biraz gec gəlmiş, gələndə artıq “VAZ 21063” minik markalı avtomobilin xəsarət almış sürücüsünü xəstəxanaya aparmışlar. Məlum oldu ki, həmin sürücünü əmisi oğlu Ağali idarə etdiyi avtomobillə Göygöl rayon xəstəxanasına aparıb, qardaşı Hikmətlə atasıMahir də xəstəxanaya gediblər. Qəzaya uğramış “VAZ 21063” minik markalı avtomobilin yanında bir qadın olmuş, məlum olmuşdur ki, həmin qadın da “VAZ 21063” minik markalı avtomobildə olubdur. Sonra hadisə yerinə anası gəlmiş həmin qadına köməklik məqsədilə qadına yardım etmək məqsədilə xəstəxanaya aparmaqlarını, istəyirsə öz evinə, istəyirsə onların evinə aparmağı təklif etsə də qadın razı olmamışdır, qohumları gəlib onlarla birlikdə gedəcəkdir, orada ona su və sakitləşdirici dərman vermişlər, sonra həmin qadın qohumlarının avtomobili ilə oradan çıxıb getmişdir. O, hadisəni birbaşa olaraq göməmiş, hadisə yerindən bir qədər uzaqda olmuş, toqquşma səsini eşidib hadisə yerinə gəlmiş, o, çatanda artıq atası ilə qardaşım Hikmət xəstəxanaya getmişlər. Sonra atası ona demişdir ki, idarə etdiyi avtomobillə sahədən qardaşı Hikmətlə birlikdə evə gələn zaman markasını və qeydiyyat nişanını sonradan bildiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşubdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Göygöl rayonu Hacıməlik qəsəbəsi Yeni qəsəbə 2 ev 453-də yaşayır. X3 arvadı Şahid7 qardaşı qızı Zərərçəkmiş şəxs əridir. 28 mart 2023-cü il tarixdə saat təxminən 20 radələrində Vəfa İdayəyə zəng edib bildirmişdir ki, Telmanla birlikdə onlara qonaq gələrkən Bakı-Qazax yolunda Göygöl rayonu Hacıməlik qəsəbəsi ərazisində yol qəzasına düşüblər. O, İdayə ilə birlikdə idarə etdiyi “Mercedes Benz E” markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerinə getmiş, təxminən 10 dəqiqəyə həmin yerə çatmış vəTelmanın idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduqlarını görmüşdür. Həmin vaxt Vəfa orada olmnuş və xəsarət almışdır, məlum olmuşdur ki, Telman xəsarət alıb və onlar gələnə kimi xəstəxanaya aparıblar. İdayə Vəfaya dərman vermişdir. Onlar Vəfanın yanında olan zaman tanımadığı bir qadın Vəfaya yaxınlaşmış demişdir ki, onların avtomobili ilə toqquşan "Hyundai Santafe" minik markalı avtomobili idarə edən oğlanın anasıdır, həmin avtomobili onun oğlu sürübdür. X10 ilə birlikdə başqa bir avtomobillə “Gəncə postu” deyilən posta oradan isə xəstəxanaya getmişlər. Sonradan ona məlum olmuşdur ki, Telman aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Hadisənin səhəri günü Telmanı Göygöl rayon qəbiristanlığında dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 əri Şahid6 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Protokol, sxem və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadənin yerində yoxlanması zamanı müəyyən edilmişdir ki, "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma Bakı şəhər istiqamətin sağından yol ayrıcının başlandığı yerdən sola doğru 3,7 metr məsafədə baş vermişdir. Bununla bağlı protokol tərtib edilərək sxem və fotoşəkillər çəkilmişdir. - Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 354-cü kilometrliyində quraşdırılmış kameranın 28 mart 2023-cü il tarixli saat 19:55 radələrinə olan yaddaşına DİN-in BDYPİ-nin YPXA-nın 723 saylı postunda olan monitorda ifçgj luöşkilmiş baxış zamanı müəyyən edilmişdir ki, "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər istiqamətinin solundan birləşən ikinci dərəcəli torpaq örtüklü yolla baş yola daxil olub düzünə Bakı şəhər istiqamətinin solundan birləşən ikinci dərəcəli yol sayılan Hacıməlik qəsəbə yolu istiqamətində hərəkətdə olub qabaq hissəsi ilə Bakı şəhər istiqamətində yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşur. Bu barədə protokol tərtib edilərək videogörüntü CD diskə köçürülərək götürülmüşdür. -Məhkəmə tibb ekspertiasının 28 aprel 2023-cü il tarixli 166 nömrəli rəyində X2 meyitində müəyyən edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin yarası, ənsə nahiyəsinə uyğun hissədə başın yumşaq toxumalarına qansızma, sol İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ-Xİİ qabırğaların iki antomik xətt üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin, dalağın, qaraciyərin və sol böyrəyin cırılması, sol körpücük və İİİ bel fəqərəsinin sınıqları, aınıq ətrafı yumşaq toxumalara qansızma, onurğa beynin zədələnməsi, sol bazu, sol baldır, sol daban və sol iç topuq oynaq nahiyələrinin sıyrıqları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 28 mart 2023-cü il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Telman Hüseynovun ölümünə səbəb döş qəfəsinin və qarının qapalı küt travması nəticəsində əmələ gələn qabırğaların çoxsaylı sınığı sol ağciyərin, qaraciyərin, dalağın və böyrəyin cırılması, travmatik və hemorragik şok olmuşdur. Telman Hüseynovun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Telman Hüseynovun meyitindən götürülmüş qanın məhkəmə kimyavi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. - Məhkəmə tibb ekspertiasının 01 may 2023-cü il tarixli 161 nömrəli rəyində Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin İ barmağının yerdəyişmiş sınığı, sağ əlin sıyrığı, alın nahiyəsinin səthi yarası – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 8/2603 nömrəli rəyindən müəyyən edilmişdir ki; - "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. - DİN-in BDYPİ-nin Gəncə RQİTBŞ-dən vfçşd hdğqj xx.xx.2023-cü il tarixli 3-13-16- 3/2-6120/2023 nömrəli ğüleqivft pbkctck lş, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək etibarlı olan AE 125850 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum olunmamışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Göygöl rayon İHB-nın Hacıməlik qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu Hacıməlik yaşayır, himayəsində 2020-il təvəllüdlü X4 və 2022-ci il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. -Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə oğlan övladı dünyaya gəlmişdir. - Zərər çəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli reyestrdə 8İ-7012 № ilə qed edilib informasiya sisteminə daxil edilmiş ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19-48-də Təqsirləndirilən şəxs idarə etdiyi "Hyundai Santafe" minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonun Hacıməlik qəsəbəsində əri X2 idarə etdiyi “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq qəza törətmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır.Ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir. Ona yüngül cəza verilməsinə etiraz etmir.Göstərdikləriin həzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarını, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, himayəsində üç az yaşlı uşaqlarının olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 170 (bir yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən "Hyundai Santafe" minik markalı **-CM-*** vbmdüe yunvşnnfe tşjftdg fmehğhişdin və “VAZ 21063” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, "Hyundai Santafe" minik markalı avtomobil sahibinə təhvil verilməsi nəzərə alınmalı, İVNZŞ-tşt NZÇF-tgt 723 ıfndg zhıeqtun duracağında saxlanılan. “VAZ 21063” minik markalı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təhvil verilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur.Həmçinin Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 170 (bir yüz yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, Hesab №AZ34 CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41 NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba ödənilsin. İş üzrə maddi sübut hesab edilən İVNZŞ-tşt NZÇF-tgt 723 ıfndg zhıeqtun duracağında saxlanılan. “VAZ 21063” minik markalı avtomobil zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təhvil verilsin. Hökmün icrası Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-121/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-121/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver