Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 1(066)-122/2023 30.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Göygöl rayonu Balçılı kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göygöl rayonu Balçılı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə qohumu Təqsirləndirilən şəxs arasında yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs stul ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya sol mil sümüyünün yerdəyişməmiş qapalı sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdən döymüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Göygöl rayonu, Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, izahat verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, onlarla eyni evdə öz ailəsindən başqa qardaşı X4 və qardaşının ailə üzvləri olan arvadı Pərvanə, övladları Xədicə, Xəyalənin yaşadığını, onlar yaşadıqları ev 2 mərtəbəli olduğu üçün o, və ailə üzvləri 2-ci mərtəbədə, qardaşı X4 və qardaşının ailə üzvlərinin evin 1-ci mərtəbəsində yaşadığını, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qardaşının arvadı olan Pərvanənin evin aşağı mərtəbəsində uca səslə nəlayiq ifadələr işlətməsini eşidərək əsəbləşib Pərvanənin yanına getdiyini, həmin vaxt Pərvanəyə iradını bildirdiyini, lakin Pərvanənin ona kobud cavab verdiyi üçün əsəbləşərək evin birinci mərtəbəsində olan stul ilə Pərvanəni vurduğunu, o, Pərvanəni vurduqdan sonra onun yanından uzaqlaşdığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs izahatında X2 yaşadıqları evin birinci mərtəbəsində uca səslə nəlayiq ifadələr işlətməsini eşitdiyi üçün əsəbləşərək Pərvanənin yanına gedərək evdə olan stul ilə Pərvanənin qolundan vurduğunu, həmin vaxt yanlarında heç kəsin olmadığını, X3 o, əli ilə döymədiyini, sadəcə əsəbləşdiyi üçün stul ilə bir dəfə Pərvanənin qolundan vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir, məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göygöl rayonu, Balçılı kəndində ailəsi ilə birlikdə yaşayır, evdar qadındır, izahat verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, onlarla eyni evdə öz ailəsindən başqa qayını Təqsirləndirilən şəxs və qayınının ailə üzvləri olan arvadı Məlahət, övladı Fidanın yaşadığını, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qızı 9 yaşlı Xəyalə hazırlıqdan yaşadıqları evə gələn zaman öz ayaqqabısını yumaq istədiyi üçün qızını yüksək səslə tənbehlədiyini, həmin vaxt qaynı Röyalın yaşadıqları evin ikinci mərtəbəsindən düşərək onun yüksək səslə qızını tənbehləməyindən narahat olduğunu bildirərək onu nəlayiq ifadələrlə təhqir edərək üzərinə gəldiyini, bundan sonra o, yaşadıqları evin birinci mərtəbəsində olan otağa girdiyini, həmin vaxt Röyalın otaqda olan dəmir stulu götürərək onu vurduğunu, həmin vaxt o, stulun başına dəyməsinin qarşısını almaq üçün sol əlini qabağa verdiyini, bu zaman stulun qolundan dəydiyini və o, ağrıdan yerə yıxıldığını, daha sonra Röyalın onun yanından uzaqlaşdığını, o, bir qədər özünə gələrək qolunun ağrısının keçməsini gözləsə də qolunun şişdiyini və daha da ağrılarının şiddətləndiyini görərək DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs yaşadıqları evdə stul ilə onu döydüyünü, həmin vaxt yanlarında heç kəsin olmadığını, o, döyüldüyü üçün sol qolunun şişşərək göyərdiyini, Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisənin onun qızı ilə yüksək səslə danışmağından narahat olması səbəbindən olduğunu, həmin vaxt qızı evin həyətyanı sahəsində ayaqqabısını yumağa çalışdığı üçün o, qızına uca səslə qışqıraraq üstünü su etməməsini dediyini, bu zaman Röyalın yaşadıqları evin ikinci mərtəbəsindən düşərək üzərinə gəldiyi üçün o, evin birinci mərtəbəsinə girdiyini və orada Röyalın stul ilə onun sol qolundan vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Göygöl rayon MTE və PA şöbəsinin vətəndaş Zərərçəkmiş şəxs barəsində verdiyi xx.xx.2023-cü il tarixli, 483 nömrəli canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol mil sümüyünün yerdəyişməmiş qapalı sınığı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa Az Ağır zərər vurmaya aid edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ondan heç bir şikayəti və tələbi yoxdur. -Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərər çəkmiş şəxslə barışdıqlarını göstərib, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görunür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.25.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nə əlavə edilmiş 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir.( o cümlədən, cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.1 və 40.2-ci maddələrinə görə işdə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşimançılıq çəkdikdə, zərərçəkmiş şəxslə barışdıqda) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfininin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 321.2.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı zamanı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, hal-hazırda aralarında mehriban münasibətin bərpa olunması, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmaması, hər ikisinin cinayət təqibi üzrə icraata xitam verilməsinə dair xahiş etmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulan müsadirə olunacaq əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.4, 40.1, 40.2, 43.3, 321.2.1, 381-385-ci və Cinayət Məcəlləsinin 73.2-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə R A R V E R D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. 2.İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Qələmdar Abbasov