Məhkəmə qərarları › İş №1(066)-123/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-123/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-123/2023 06.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ciil tarixdə Göygöl rayonunda anadan olmuş, azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı, evli, orta təhsilli, Gəncə DOST mərkəzində çilingər, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, D.Verdiyev küçəsi ev 60-da qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq 1 ədəd ******* №-li silah 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olan, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahı, döyüş sursatı sayılan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahların 130 ədəd ştat patronları, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı, zavod üsulu ilə istehsal olunmuş, 40 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalı RPK-74 modelli avtomatların komplekt hissəsi olan darağı, 2 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı 5,45x39 mm kalibrli, texniki cəhətdən saz və istifadəyə yararlı, çağmağ çərçivəsi qaz porşeni ilə birlikdə olan komplekt hissəli avtomatların çaxmağını, döyüş sursatı sayılan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalısilahların 05 ədəd ştat patronları və döyüş sursatı hesab edilməyən, texniki cəhətdən nasaz və istifadəyə yararsız, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı, əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında 31 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Gəncə şəhər BPİ-nin NMB-nin və Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində saxlanılaraq Gəncə şəhəri, Hacıəli Hüseynzadə küçəsi 5-də yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman onun üzərindən hər hansı bir odlu silah və ya dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonu, D.Verdiyev küçəsi ev 60-da odlu silah saxladığını bildirmişdir. Həmin səbəbdən Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonu, D.Verdiyev küçəsi ev 60 ünvanına baxış keçirilmiş, baxış keçirilən zaman mənzilin içərisində olan otağın girişinin sol küncündə yerləşən dolabın üst hissəsində kisəyə bükülü vəziyyətdə 1 ədəd ******* №-li silah, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat olan, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah, döyüş sursatı sayılan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahların 130 ədəd ştat patronları, döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz və istifadəyə yararlı, zavod üsulu ilə istehsal olunmuş, 40 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalı RPK-74 modelli avtomatların komplekt hissəsi olan daraq, 2 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı 5,45x39 mm kalibrli, texniki cəhətdən saz və istifadəyə yararlı, çağmağ çərçivəsi qaz porşeni ilə birlikdə olan komplekt hissəli avtomatların çaxmaq, döyüş sursatı sayılan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli atəş üçün yararlı Kalaşnikov konstruksiyalı silahların 05 ədəd ştat patronlar və döyüş sursatı hesab edilməyən, texniki cəhətdən nasaz və istifadəyə yararsız, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulan, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq, aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstədi ki, heç bir ruhi-əsəb və s. xəstəliyi yoxdur. Evlidir, 2 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif fərdi işlər görərək ailəsini dolandırır, əvvəllər məhkum olunmamışdır. Təxminən 3-4 il əvvəl baba evi olan Göygöl rayonu, Kürdallar kəndində təmizlik işləri görən zaman torpağın altında kisəyə bükülmüş vəziyyətdə olan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd sandıqça, 2 ədəd həmin silahın konstruktiv hissəsi və 1 ədəd qutunun içərisində olan güllələr olmasını aşkar etdikdən sonra onda maraq yaratdığı üçün götürərək yaşadığı ünvanda saxlamışdır. xx.xx.2023-cü il tarixdə Göygöl rayonunda olan zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Bu barədə polis əməkdaşlarına heç bir etiraz etmədən polis əməkdaşlarının avtomobili ilə Gəncə şəhər BPİ-nin inzibati binasına gəlmişdir. İdarənin inzibati binasında xidməti iş otağında hüquqularının müdafiə olunması üçün ona təqdim edilmiş müdafiəçilərin siyahısından hərhansı bir vəkilin gəlməsini ərizə ilə istədikdən sonra müdafiəçi X7 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunduqdan sonra düzgün olması ilə bağlı imzalamışdır. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində qadağan olunmuş odlu silah, onun döyüş sursatının olması barədə sual verən zaman üzərində heç bir odlu silah, qanunsuz əşya və predmet olmadığını bildirməklə, yaşadığı ünvanda “Kalaş” adlı odlu silah olmasını bildirmiş, daha sonra ərizə ilə müraciət edərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd “Apple” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürüldükdən sonra çəkiliş dayandırılmış və yaşadığı ünvan 2 ünvana daxil olunmuşdur. Otağın küncündə dolabın üst hissəsində kisəyə bükülmüş vəziyyətdə olan 1 ədəd avtomat silah və onun 2 ədəd konstruktiv hissəsini eləcə də 1 ədəd qutunun içərisində olan güllələri və 1 ədəd darağı çıxardaraq təqdim etdikdən sonra həmin silahın üzərində olan darağ sökülmüş və içərisində 4 ədəd güllə olması aşkar edilmişdir. Silaha baxış keçirilərkən onun üzərində ******* saylı nömrəsi aşkar edilmiş, bundan əlavə silaha məxsus olan 2 ədəd konstruktiv hissəyə baxış keçirilmişdir. 1 ədəd karton qutunun içərisində olan güllələr sayılaraq ümumi 131 ədəd güllə və 1 ədəd daraq olması müəyyən edilmişdir. Həmin əşyalara baxış keçirildikdən sonra 01 ədəd vərəqin üzərinə müvafiq qeydlər aparılmaqla 1 ədəd “AK-72” tipli ******* nömrəli avtomat, 2 ədəd sandıqça, 2 ədəd həmin silahın konstruktiv hissəsi və 135 ədəd güllə 1 ədəd ağ rəngli böyük vərəqə bükülərək yapşqan vasitəsi ilə yapşdırılmış, qeydiyyat aparılmış vərəqə imzalar atdıqdan sonra həmin vərəq qablaşdırmaya yapışdırılaraq möhürlənmişdir. 1 ədəd “AK-72” tipli ******* nömrəli avtomat, 2 ədəd sandıqça, 2 ədəd həmin silahın konstruktiv hissəsi və 135 ədəd gülləni hərhansı bir şəxsə satmaq niyyəti olmamış, yaşadığı evdə və digər yerdə bundan əlavə başqa odlu silah, onun komplekt hissəsi, döyüş sursatı və qanunla daşınması, saxlanması qadağan edilmiş hərhansı əşya yoxdur. Həmin əşyaları təxminən 3-4 il əvvəl baba evləri olan Göygöl rayonu Kürdallar kəndində təmizlik işləri görən zaman torpağın altından kisəyə bükülmüş halda tapmış, həmin silahı götürüb saxlamaqda hərhansı məqsədi olmamışdır.Hazırda törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ənvər oğlu ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə Göygöl şəhəri D.Verdiyev küçəsi ev 60-da qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs odlu silahı üzərində gəzdirməsi və ya yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl şəhərində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Göygöl şəhəri ərazisinə getmişdir. Orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görərək yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər BPİ-nə dəvət edib İdarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçi X4 onun müdafiəçisi kimi iştirakı təmin edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Göygöl şəhəri D.Verdiyev küçəsi ev 60-da odlu silah saxladığı, həmin odlu silahı təxminən 3-4 il bundan əvvəl baba evi olan Göygöl rayonu Kürdalılar kəndində təmizlik işləri görən zaman aşkar etdiyini və götürüb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan olan Göygöl şəhəri D.Verdiyev küçəsi ev 60 ünvanına gedərək Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan otağın küncündə yerləşən dolabın üst hissəsində kisəyə bükülmüş vəziyyətdə olan 1 ədəd avtomat silah və onun 2 ədəd konstruktiv hissəsi eləcə də 1 ədəd qutunun içərisində olan güllələr və 1 ədəd daraq aşkar etmişlər. Aşkar edilmiş silah baxış zamanı taxta qundaqdan və metal hissələrdən ibarət olması, silahın üst hissəsində ******* nömrə müəyyən edilmiş və həmin odlu silah kağız torbada qablaşdırılaraq üzərinə DİN-nin 110 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs silahı hardan necə əldə etməsi həmin silahı əldə etməsində ona kömək edən şəxsin (şəxslərin) olub-olmaması barədə heç bir məlumatları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə Göygöl şəhəri D.Verdiyev küçəsi ev 60-da qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs odlu silahı üzərində gəzdirməsi və ya yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl şəhərində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Göygöl şəhəri ərazisinə gedilmiş, orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər BPİ-nə dəvət edib İdarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçi X4 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirildikdə üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Göygöl şəhəri D.Verdiyev küçəsi ev 60-da odlu silah saxladığı, həmin odlu silahı təxminən 3-4 il bundan əvvəl baba evi olan Göygöl rayonu Kürdalılar kəndində təmizlik işləri görən zaman aşkar etdiyini və götürüb özündə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan olan Göygöl şəhəri D.Verdiyev küçəsi ev 60 ünvanına gedərək Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan otağın küncündə yerləşən dolabın üst hissəsində kisəyə bükülmüş vəziyyətdə olan 1 ədəd avtomat silah və onun 2 ədəd konstruktiv hissəsi eləcə də 1 ədəd qutunun içərisində olan güllələr və 1 ədəd daraq aşkar etmişlər. Aşkar edilmiş silah baxış zamanı taxta qundaqdan və metal hissələrdən ibarət olması, silahın üst hissəsində ******* nömrə müəyyən edilmiş və həmin odlu silah kağız torbada qablaşdırılaraq üzərinə DİN-nin 110 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs silahı hardan necə əldə etməsi həmin silahı əldə etməsində ona kömək edən şəxsin (şəxslərin) olub-olmaması barədə heç bir məlumatları yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Təqsirləndirilən şəxs yaşadığı Göygöl şəhəri Dilqəm Verdiyev küçəsi 60 ünvanına baxış keçirilən zaman oradan 1 ədəd “AK-72” tipli ******* nömrəli avtomat, 2 ədəd sandıqça, 2 ədəd həmin silahın konstruktiv hissəsi və 135 ədəd patronlar aşkar edilərək götürülmüş, baxış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş 23/631 nömrəli rəydən görünür ki, -Tədqiqata təqdim edilmiş 01 ədəd ******* nömrəli silah 5,45 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 130 ədəd patron keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 02 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı 5,45x39 mm kalibrli avtomatların çaxmağı, çaxmağ çərçivəsi qaz porşeni ilə birlikdə komplekt hissəsidir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. -Tədqiqata tədim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, daraq hal-hazırda texniki cəhətdən nasazdır və təyinatı üzrə istifadə üçün yararsızdır. Tədqiqat zamanı 130 ədəd 5,45x39 mm kalibrli patrondan 3 ədədi, 05 ədəd 7,62x39 mm kalibrli patrondan 02 ədədi eksperimental atəşlər zamanı istifadə edilmişdir. -Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən 09 avqust 2023-cü il tarixdə daxil olmuş məktubla müəyyən edilmişdir ki, 01 ədəd 5,45 mm kalibrli, ******* nömrəli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış gülllə-giliz nümunələri idarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. -Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar edilərək götürülmüş 1 ədəd “AK-74” tipli ******* nömrəli avtomat, 2 ədəd sandıqça, 2 ədəd həmin silahın konstruktiv hissəsi və tədqiqatdan sonra qalıq qalmış 130 ədəd patronlar iş üzrə maddi sübut kimi tanınmışdır. -Cinayət axtarış xidmətindən daxil olmuş 30 sentyabr 2023-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar edilərək götürülmüş 1 ədəd “AK-74” tipli ******* nömrəli avtomat, 2 ədəd sandıqça, 2 ədəd həmin silahın konstruktiv hissəsi və 135 ədəd patronları Göygöl rayon ərazisindən tapması, həmin silahdan istifadə etməməsi, həmin odlu silahı yaşadığı ünvanda gizlədib saxlamasından başqa heç kəsin məlumatı olmaması müəyyən edilmişdir. Məlumatla bağlı əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə hər hansı maraq doğuran məlumat əldə olunarsa bu barədə bildiriləcəkdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunan Göygöl MKTİB-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 173 nömrəli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır, himayəsində 2012-ci il təvəllüdlü X2, 2014-cü il təvəllüdlü X3, 2022-ci il təvəllüdlü X5 adlı üç uşağı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 228.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun tutduğu əməldən peşiman olmasını, əməlini səmimi etiraf etməsini, himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Həmin qərarda daha sonra göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Sadalanan predmetlərin qanunsuz satılması dedikdə, onların qanunsuz olaraq hər hansı bir üsulla yayılması (satılması, dəyişdirilməsi, borc əvəzinə verilməsi və ya borc olaraq verilməsi və s.), yəni həmin predmetlərin satılması- onların başqasının sahibliyinə keçməsi ilə yanaşı onların üzərində sərəncam vermək «hüququnun» da əvvəlki sahibindən digər şəxsə keçməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasinda anadan olduğundan CM-nin 52.2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarndan kənara məcburi çıxarma tətbiq oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxsin ünvanından aşkar edilmiş AK-74 modelli avtomatdan əlavə olaraq 135 ədəd patron, 2 ədəd çaxmaq çərçivəsi, qaz porşeni və 40 ədəd patron darağın tapılması, avtomatdan əlavə sursatlar 2 ədəd çaxmaq çərçivəsi və qaz porşenin tapılmasıtəqsirləndirilən şəxsin şəxsiyyətinin kifayət qədər təhlükəli olmasını xarakterizə edir. Göstərilən xüsusatlara əsasən, məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan 1 ədəd ******* №-li 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat, 130 ədəd 5,45x39 mm kalibrli olmaqla patronlar, 01 ədəd 5,45x39 mm kalibrli 40 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulan daraq, 2 ədəd çağmağ çərçivəsi və qaz porşeni, 05 ədəd 7,62x39 mm kalibrli patronlar, 01 ədəd 7,62x39 mm kalibrli 30 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat idarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci yoxdur həmçinin Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi subut 1 ədəd ******* №-li 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomat, 130 ədəd 5,45x39 mm kalibrli olmaqla patronlar, 01 ədəd 5,45x39 mm kalibrli 40 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulan daraq, 2 ədəd çağmağ çərçivəsi və qaz porşeni, 05 ədəd 7,62x39 mm kalibrli patronlar, 01 ədəd 7,62x39 mm kalibrli 30 ədəd patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Təchizat idarəsinə təhvil verilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar