Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-124/2023 20.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 1(bir) ədəd ağ-göy rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,618 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 13 avqust 2023-cü il tarixdə saat 23:30 radələrində Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl rayonu Aşıqlı kəndinin inzibati ərazisində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1(bir) ədəd ağ-göy rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,618 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaq zamanı ilkin ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ş.Zamanov küçəsi bina 8, mənzil 11-də ailə üzvləriylə birlikdə yaşayır. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Uzun zamandır ki narkotik vasitələrin müxtəlif növlərindən, əsasən də nəşə dedikləri marixuanadan istifadə edir. Narkotik vasitədən mütəmadi istifadə etdiyi üçün də səhhətində narahatlıq yarandığı üçün ara-sıra narahatlığının aradan qalxması üçün narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 12 avqust 2023-cü il tarixdə Gəncə şəhəri ərazisində piyada hərəkətdə olarkən yerdə bir ədəd “Rothmans” markalı siqaret qutusu görmüş və diqqətini çəkdiyi üçün o, həmin siqaret qutusunu yerdən götürmüşdür. Siqaret qutusunun içərisinə baxarkən kağız bükümlər olmasını görüb bükümlərin içərisinə baxmışdır. Əvvəllər narkotik vasitə istifadəçisi olduğundan üç ədəd bükümlərin içərisində olan narkotik vasitəyə bənzər kütlələrin marixuana və patı deyilən maddə olmasını bilmişdir. Bundan sonra o, həmin siqaret qutusunu içərisində olan narkotik vasitələrlə birlikdə götürərək cibinə qoymuşdur ki, gələcəkdə səhhətində ağrılar yarandığı zaman istifadə etsin. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində kətə yemək üçün tanımadığı taksi ilə Göygöl rayonu Aşıqlı kəndinə gəlmişdir. Orada olarkən mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər. Ona narkotik vasitə istifadəsində və satışında şübhəli olduğunu bildirib Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də ona hüquqlarının müdafiə olunması üçün özünə müdafiəçi dəvət etməsini, maddi imkanı yoxdursa ona təqdim edilmiş siyahıdan istədiyi vəkili hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edə biləcəyini demişlər. O, ona təqdim edilmiş siyahıdan Müdafiəçi seçərək onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Vəkil Müdafiəçi dəvət olunmasından sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməsini təklif etmişlər. O da özü təqdim etməsə üzərində olan narkotik vasitəni aşkar edəcəklərini bilib əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd siqaret qutusunda saxladığı narkotik vasitəni təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır.Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində piyada hərəkət edərkən yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitəni taparkən satmaq və ya kiməsə vermək məqsədilə götürməmişdir. Həmin narkotik vasitədən nə yaşadığı evdə, nə də ki, başqa yerdə saxlamamış, həmçinin o, əvvəllər heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. O, narkotik vasitəni yalnız özü istifadə etmişdir. O, əvvəllər də narkotik vasitə istifadə etmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini istifadə etmək üçün qutuda olan siqaret bağlamalarından birinin içərisinə doldurmuş, lakin istifadə etməmiş polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona Göygöl RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə gətirilən zaman heç bir zorakı hərəkət olmamış və heç bir təzyiq göstərilməmişdir. İstintaq zamanı əlavə dindirməsi və məhkəmə baxışı zamanı ifadəsində göstərmişdir ki, o, istintaqa verdiyi ilkin ifadəsini polis əməkdaşlarının ona təsiri nəticəsində vermişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində Göygöl rayonu Aşıqlı kəndinə tanışı Ləmanı onun rəfiqəsinin ad günü şənliyinə aparmışdır. Aşıqlı kəndində yerləşən “Gilavar” restoranının qarşısında olarkən bir neçə nəfər şəxs ona yaxınlaşaraq Göygöl RPŞ-nin əməkdaşları olduqlarını və onlarla birlikdə Polis şöbəsinə getməli olduğunu demişlər. O, hansı səbəbdən getməli olduğunu soruşduqda isə polis əməkdaşlarından biri onun qolunu buraraq “Opel Astra” markalı avtomobilə mindirib cibindəki əşyaları da çıxarıb onu Çaykənd kəndində yerləşən bölməyə aparmışlar. Orada otaqlardan birində masanın üzərinə “Rothams” markalı siqaret qutusu ataraq onun cibindən çıxdığını və içərisində narkotik vasitə olduğunu demişlər. O isə ona məxsus olmadığını demişdir. Bundan sonra polis əməkdaşlarından biri onun başına şillə ilə vurmuş və onu nalayiq sözlərlə təhqir edərək narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsini demişlər. O, məcbur qalaraq onlarla razılaşmışdır. Daha sonra onu Göygöl RPŞ-nə aparmışlar. Orada kamera görüntüsü altında üzərinə şəxsi axtarış aparılmış və üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu demişdir. O, həmin vaxtı heç bir xəsarət almamışdır. O, polis əməkdaşlarının daha sonra onu incidəcəyindən ehtiyyat edərək üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını demişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitənin onun əşyalarının içərisinə kim qoymasını bilməmişdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis leytenantıdır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib narkotik vasitə qəbul etməsi barədə məlumat almışdır. Daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid2 və Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 da həmin tədbirə cəlb etmişdir. 13 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Göygöl rayonu Aşıqlı kəndi ərazisində olmasını müəyyən edərək Şahid2 və Şahid3 ilə birlikdə Göygöl rayonu Aşıqlı kəndinə getmişlər. Həmin gün saat 23:30 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu Aşıqlı kəndində aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Elməddin Kamalov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş vəziyətdə, 1 ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələr, həmçinin 1 ədəd ağ-göy rəngli kağız bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələr xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlələr bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Gəncə şəhəri ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs heç bir təziq, hədə-qorxu gəlinməmişdir. Sonuncu üzərindən çıxan narkotik vasitənin ona məxsus olmasını və Gəncə şəhəri ərazisindən tapdığını bildirmişdir. Üzərinə baxış keçirilərkən vəkili yanında iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Göygöl rayon Polis şöbəsinin Sarısu polis bölməsinin polis sahə rəisi vəzifəsində işləyir, rütbəsi polis baş leytenantıdır. 13 avqust 2023-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib narkotik vasitə qəbul etməsi barədə Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin Sarısu PB-nin əməliyyat müvəkkili Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onu, eyni zamanda Göygöl RPŞ-nin Sarısu PB-nin sahə polis nəfəri Şahid3 da həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonu Aşıqlı kəndinin inzibati ərazisində olmasını müəyyən edərək, Şahid1 və Şahid3 ilə birlikdə Göygöl rayonu Aşıqlı kəndinə getmişlər. Həmin gün saat 23:30 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu Aşıqlı kəndində aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Elməddin Kamalov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş vəziyətdə, 1 ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələr, həmçinin 1 ədəd ağ-göy rəngli kağız bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələr xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlələr bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Gəncə şəhəri ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində heç bir təziq, hədə-qorxu gəlinməmişdir. Sonuncu vəkilinin iştirakı ilə üzərinə baxış keçirilərkən üzərindən çıxan narkotik vasitənin ona məxsus olmasını və Gəncə şəhəri ərazisindən tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Göygöl rayon Polis şöbəsinin Sarısu polis bölməsinin səhə polis nəfəri vəzifəsində işləyir, rütbəsi polis serjantıdır. 13 avqust 2023-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib narkotik vasitə qəbul etməsi barədə Göygöl rayon Polis şöbəsinin Sarısu Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin Sarısu PB-nin əməliyyat müvəkkili Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onu, eyni zamanda Göygöl RPŞ-nin Sarısu PB-nin polis sahə rəisi Şahid2 da həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl rayonu Aşıqlı kəndinin inzibati ərazisində olmasını müəyyən edərək, Şahid1 və Şahid2 ilə birlikdə Göygöl rayonu Aşıqlı kəndinə getmişlər. Həmin gün saat 23:30 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu Aşıqlı kəndində aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Elməddin Kamalov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş vəziyətdə, 1 ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələr, həmçinin 1 ədəd ağ-göy rəngli kağız bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələr xüsusi elektron tərəzidə çəkilmiş və həmin kütlələr bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni Gəncə şəhəri ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən heç bir təziq, hədə-qorxu gəlinməmişdir. Sonuncu vəkilinin iştirakı ilə üzərindən çıxan narkotik vasitənin ona məxsus olmasını və Gəncə şəhəri ərazisindən tapdığını bildirmişdir. Üzərinə baxış keçirilərkən vəkili yanında iştirak etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins materialdan olan şalvarının sağ yan cibindən 1(bir) ədəd ağ-göy rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,618 qram psixotrop maddə olan metamfetamin və 2 (iki) ədəd ağ kağız bükümlərdə ayrı-ayrılıqda ümumi təmiz çəkiləri 0,05 qram və 0,08 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, baxış videolentə alınaraq 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. -Məhkəmə-bioloji ekspertizasının 14 avqust 2023-cü il tarixli 16/814 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki - 1(bir) ədəd ağ kağız bükümdə, tütünlə qarışıq ümumi təmiz çəkisi 0,15 qram tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,05 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - 1(bir) ədəd ağ kağız bükümdə, təmiz çəkisi 0,08 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - 1(bir) ədəd ağ-göy rəngli kağız bükümdə olan 1(bir) ədəd şəffaf sellofan bükümdəki, təmiz çəkisi 0,618 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,568 qram psixotrop maddə olan metamfetamin və 0,09 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Göygöl RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. -Məhkəmə narkoloji ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 1453 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Ruhi-Əsəb dispanserinin xx.xx.2023-cü il tarixli məktubu ilə Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Gəncə şəhər İH MKTİB-yi 11 nömrəli Xidmət sahəsinin xx.xx.2023-cü il tarixli arayışından və arayışa əlavə edilmiş xasiyyətnamədən görunur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.Zamanov küçəsi bina 8, mənzil 11-də qeydiyyatdadır və yaşayır, himayəsində 2009-cu il təvəllüdlü X3 adlı uşağı var və yaşayış yeri üzrə müstət xarakteriza olunur. -İş materiallarına əsasən Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək və 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və polis əməkdaşları tərəfindən ona təziq göstərilməsi ilə bağlı göstərdikləri özünü müdafiə xarakteri daşımaqla iş üzrə sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi protokolu və əlavə olunmuş CD disk, şahid ifadələri, Məhkəmə-bioloji ekspertizasının 14 avqust 2023-cü il tarixli 16/814 nömrəli rəyi və Məhkəmə narkoloji ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 1453 nömrəli rəyi ilə tamamı ilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasının cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq dövründə 14 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək və 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək 03 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu cəza müddətinə hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan cəmi 60,80 (altmış manat səksən qəpik) manat məbləğində pul ondan tutularaq Dövlət büdcəsinə ödənilməli, maddi sübut hesab edilən tədqiqatdan sonra qalıq qalmış 0,568 qram psixotrop maddə olan metamfetamin və 0,09 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır.Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Gəncə şəhər mərkəzi xəstəxanasına göndərilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə mülki iddia yoxdur, həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək və 04 oktyabr 2023-cü il tarixdən 06 oktyabr 2023-cü il tarixədək 03 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Gəncə şəhər Mərkəzi xəstəxnasına göndərilsin. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, tədqiqatdan sonra qalıq qalmış 0,568 qram psixotrop maddə olan metamfetamin və 0,09 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 60,80 (altmış manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-124/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-124/2023
20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver