Məhkəmə qərarları › İş №1(066)-125/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-125/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-125/2023 20.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Qvardiya küçəsi ev 51-də qeydiyyatda olmaqla, ünvan 1 ünvan Ceyhun Həsənov küçəsi) 1K(2 saylı bina) saylı ünvanda inşa edilən 17 mərtəblı 2-ci girişli binanın 2-ci girişi 5-ci mərtəbəsində yerləşən 40 saylı mənzildə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs və qardaşı Şahid 1930 (min doqquz yüz otuz) manat qarşılığında sürücülük vəsiqələrinə əlavə kateqoriya alınmasına köməklik edəcəyi barədə yalan vədlər verib inandıraraq vahid niyyətlə əhatə olunan davamlı qəsdlə Zərərçəkmiş şəxs ilkin olaraq xx.xx.2023-cü il tarixdə mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə ona məxsus kapital banka aid 4169-7388-2546-3601 nömrəli bank hesabına 1780 (min yeddi yüz səksən) manat pulu, xx.xx.2023-cü il tarixdə isə mobil telefonunda olan “Birbank” mobil tətbiqi vasitəsilə onun arvadı X2 adına olan kapital banka aid 4169-7388-2036-8995 nömrəli bank hesabına göndərdiyi 150 (yüz əlli) manat pulunu aldıqdan sonra verdiyi vədlərə əməl etməyərək nəticədə göstərilən dövr ərzində ümumilikdə Zərərçəkmiş şəxs 1930 (min doqquz yüz otuz) manat nəğd pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışıdır, təxminən 2020-ci ilin noyabr ayında dəqiq gününü xatırlamadığı vaxtdan bir-birilərini tanımışlar. Əvvəllər bir neçə dəfə görüşmüşlər. Söhbət əsnasında Röyala demişdir ki, sürücülük vəsiqəsi ilə bağlı çətinlik olsa ona desin. 2023-cü ilin təxminən iyul ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda tanışı Röyal ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, özünə və qardaşı Samirə məxsus sürücülük vəsiqəsinə əlavə “D” kateqoriyası almaq istədiyini bildirmişdir. Həmin vaxt whatsapp sosial şəbəkəsi vasitəsi ilə danışmışlar. Danışıq zamanı o, ondan sürücülük vəsiqəsinə əlavə kateqoriya almaq üçün 1780 (min yeddi yüz səksən) manat pul istəmişdir. Röyal onunla razılaşmış və ondan istədiyi oxuduqları sürücülük məktəbindən arayış, tibbi arayış, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin fotoşəklini whatsapp vasitəsi ilə ona göndərmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Röyal ona zəng edərək pulu göndərmək istədiyini bildirmiş və o, özünə məxsus Kapital banka aid 4169-7388-2546-3601 hesab nömrəli kartı Röyala məxsus whatsapp nömrəsinə göndərmiş və Röyal ona məxsus həmin karta 1780 (min yeddi yüz səksən) manat pulu göndərmişdir. O, Röyala demişdir ki, Bakı şəhərinə gəlməyə ehtiyac yoxdur, Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getsin. Həmçinin orada İlkin adlı tanışının olduğunu və onun yanına getməsini, İlkinin onu qarşılayacağını bildirmişdir. O, İlkin adlı şəxsin orada işləməsini eşitmiş, lakin həmin şəxsi tanımır. O, Röyala qardaşı ilə birlikdə Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyatimtahan və texniki baxış şöbəsinə getməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Röyal qardaşı ilə birlikdə həmin şöbəyə getmişdir. Röyala demişdir ki, gedib imtahan üçün ödəniş etsin. Röyal ona zəng edərək, imtahan üçün ödəniş edə bilmədiyini, sürücülük stajına dair və yol-nəqliyyat hadisəsi törətməməsi barədə arayış istədiklərini demişdir. Həmçinin Röyala yalandan demişdir ki, İlkin adlı şəxs işdə yoxdur, arayış məsələsini özü həll edəcək və bunun üçün Röyaldan 150 (yüz əlli) manat pul istəmişdir. Həmin gün Röyal onun ona whatsapp vasitəsilə göndərdiyi arvadı X2 adına olan Kapital banka aid 4169- 7388-2036-8995 hesab nömrəli karta 150 manat pulu göndərmişdir. O, yalandan Röyala demişdir ki, növbəti imtahan günü gedib özünə və qardaşına məxsus sürücülük vəsiqəsini götürər. Onun həmin vaxt maddi imkanı olmadığından, Röyaldan aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Röyal tez-tez ona məxsus mobil nömrəyə zəng edərək sürücülük vəsiqəsini maraqlandıqda Röyala müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Röyal ona zəng edərək pulunu geri istəsə də, o, imkanı olmadığından, pulunu qaytaracağını bildirərək, müxtəlif bəhanələr demişdir. Hazırda isə Röyala dəymiş ziyanı tam şəkildə ödəmişdir. O, Röyala Bakı şəhər X11 İdarəsində dostunun olmasını yalandan demiş, orada işləyən hər hansı bir dostu yoxdur. Zərərçəkmiş şəxs və onun qardaşı Samirə məxsus sürücülük vəsiqəsinə əlavə kateqoriya almaq üçün heç kiminlə söhbəti olmamış, aldığı puldan heç kimə verməmişdir. O, həmin pulu o adla alaraq öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi cinayət əməlinə görə peşimançılıq çəkir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğu ziynı tam ödəmışdır. Məhkəmədən ona yüngül cəza təyin eilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır, əvvəllər bir neçə dəfə görüşmüşlər. Söhbət əsnasında Tural ona demişdir ki, sürcülük vəsiqəsinin kateqoriyası ilə bağlı nəsə çətinlik olsa ona desin. Həmçinin bildirmişdir ki, arvadı Bakı şəhərində sürücülük məktəbində və adını bilmədiyi dostu Baş X11 İdarəsində işləyir. Onun və qardaşı Samirin sürücülük vəsiqəsinə əlavə kateqoriya almaq zərurəti yarandığından o, təxminən 2023-cü ilin iyul ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtda Turala məxsus 050-88-61-61 saylı mobil nömrəsinə zəng edərək bu barədə onunla danışmışdır. Tural ondan qardaşı və onun sürücülük vəsiqəsi üçün əlavə kateqoriya almaqdan ötrü ümumilikdə 1780 (min yeddi yüz səksən) manat pul istəmişdir. O, Turalla razılaşmışdır. O, xx.xx.2023-cü il tarixdə birbank mobil proqram tətbiqi vasitəsi ilə özünə məxsus, Kapital banka aid 4169-7423-2156-3880 nömrəli kart hesabından Turalın ona göndərdiyi 4169-7388-2546-3601 nömrəli kart hesabına 1780 (min yeddi yüz səksən) manat pulu göndərmişdir. Tural ona demişdir ki, Bakı şəhərinə gəlməyə ehtiyac yoxdu, Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyatimtahan və texniki baxış şöbəsində İlkin adlı tanışı var, onları qarşılayacaqdır. xx.xx.2023cü il tarixdə saat 08:30-da o, və qardaşı Mübariz Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmişlər, Tural İlkin adlı şəxsin özünün yaxınlaşacağını demişdir. O, ödəniş etmək istəyən zaman həmin şöbədən bildirmişlər ki, gedib Göygöl rayon Polis Şöbəsindən son 5 il ərzində hər hansı bir yol-nəqliyyat hadisəsi törətməməsi barədə və 10 illik sürücülük stajına dair arayış almalıdır. Onlar həmin gün saat 13:00-dək gözlədikdən sonra Tural, İlkinin orada olmadığını, heç bir arayış almağa ehtiyac olmadığını, həmin sənədlərin özü həll edəcəyini, 150 (yüz əlli) manat xərci olduğunu bildirmişdir. Həmin gün Tural ona Kapital banka aid kart hesabı göndərmişdir. O, həmin gün özünə məxsus birbank mobil tətbiqi vasitəsi ilə özünə məxsus, Kapital banka aid 4169-7423-2156-3880 nömrəli kart hesabından Turalın ona təqdim etdiyi Kapitala aid 4169-7388-2036-8995 nömrəli kart hesabına 150 (yüz əlli) manat pul göndərmişdir. Turalla mobil telefonla danışıq zamanı bildirmişdir ki, Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində keçiriləcək növbəti imtahan günü gedib, onun və qardaşının sürücülük vəsiqələrini görə biləcəklər. Həmin gündən başlayaraq Turala zəng etsə də, Tural onun zənglərinə cavab verməmiş, cavab verən zaman sadəcə pulunu qaytaracağını bildirmiş, lakin onun pulunu geri qaytarmamışdır.Odur ki şikayət emək məcburiyyətində qalmışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmişdir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qardaşının tanışıdır. Onun və qardaşı Röyalın sürücülük vəsiqəsinə əlavə kateqoriya almaq zərurəti yaranmışdır. Qardaşı Röyal tanışının olduğunu, onun və özünün sürücülük vəsiqəsinə əlavə kateqoriya almaq məsələsini həll edəcəyini demişdir. Təxminən 2023-cü ilin iyul ayının ortalarında dəqiq gününü xatırlamdığı vaxtda Röyal ona demişdir ki, tanışı adı ona sonradan məlum olan Tural adlı şəxs ilə danışmış, Tural sürücülük vəsiqəsinə əlavə kateqoriya almaqdan ötrü 1780 (min yeddi yüz səksən) manat pul istəmişdir və qardaşı da Turalla razılaşmışdır. Bundan təxminən 2-3 gün sonra qardaşı Röyal Tural adlı şəxsin kart hesabına 1780 (min yeddi yüz səksən) manat pul göndərdiyini və Bakı şəhərinə gəlməyə ehtiyac olmadığını, Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində İlkin adlı şəxsin onları qarşılayacağını dediyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:30-da o, və qardaşı Röyal Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmişlər. Onlar orada ödəniş etmək istəyən həmin şöbədən bildirmişlər ki, gedib Göygöl rayon Polis Şöbəsindən son 5 il ərzində hər hansı bir yol-nəqliyyat hadisəsi törətməmələri barədə və 10 illik sürücülük stajına dair arayış almalıdırlr. Onlar həmin gün saat 13:00-dək gözlədikdən sonra Tural adlı şəxs qardaşı Röyala, İlkinin orada olmadığını, heç bir arayış almağa ehtiyac olmadığını, həmin sənədləri özünün həll edəcəyini, 150 (yüz əlli) manat xərci olduğunu bildirmişdir. Həmin gün qardaşı Röyal ona bildirmişdir ki, Turalın kart hesabına 150 (yüz əlli) manat pul göndəribdir. X7 Gəncə şəhərində yerləşən rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində keçirələcək növbəti imtahan günü gedib, onun və özünün sürücülük vəsiqələrini götürə biləcəklərini dediyini bildirmişdir. Həmin gündən qardaşı Röyal Turaldan pulunu geri ala bilməmişdir. X7 hər dəfə müxtəlif bənahələr gətridiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan pul almasını və bir neçə dəfə təkrartəkrar pulu qaytaracağını bildirməsi, lakin pulu qaytarmadığını əks etdirən səs yazısının köçürüldüyü CD disk protokolla götürülmüşdür. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Nərimanov RPİ-dən alınmış qərarın surətindən müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Quliyev X3 rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilib və xx.xx.2021-ci il tarixdə cinayət işinin icraatina xitam verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi istintaq edilmiş və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əsasında cinayət işinin icraatına xitam verilmişdir. - “Xətai-16” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin xx.xx.2023-cü il tarixli 31 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvan Ceyhun Həsənov küçəsi) 1K(2 saylı bina) saylı ünvanda inşa edilən 17 mərtəblı 2-ci girişli binanın 2-ci girişi 5-ci mərtəbəsində yerləşən 40 saylı mənzildə qeydiyyatsız yaşayır, himayəsində 2014-cü il təvəllüdlü X5 və 2017-ci il təvəllüdlü X4 adlı iki uşağı var və yaşayış yeri üzrə müsbət xarakteriza edilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 178.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşimansçılıq çəkməsini, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmişlə barışıq əldə etməsini himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin az ağır cinayətlər qrupuna daxil olması, əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi ona dəlalət edir ki, məhkəmədən də qabaq o özünü məzəmmət edir. Göstərilənlər məhkəməyə belə bir qənaətə gəlməyə imkan verir ki, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 178.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza seçərkən onun təqsirini etiraf etməklə tutduğu əməldən peşiman olmasını, cinayət törətdikdən sonrakı davranışını, həmçinin təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvan Ceyhun Həsənov küçəsi) 1K(2 saylı bina) saylı ünvanda inşa edilən 17 mərtəblı 2-ci girişli binanın 2-ci girişi 5-ci mərtəbəsində mənzil 40 saylı ünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və maddi subut yoxdur həmçinin CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixə kimi 01 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ünvan 1 ünvan Ceyhun Həsənov küçəsi) 1K(2 saylı bina) saylı ünvanda inşa edilən 17 mərtəblı 2-ci girişli binanın 2-ci girişi 5-ci mərtəbəsində mənzil 40 saylıünvanda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar