Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-127/2023 18.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Göygöl şəhərində doğulmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayon Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyində fəhlə işləyən, məhkum olunmamış, Göygöl şəhəri Heydər Əliyev prospekti ev 87-də qeydiyyatda olmaqla Göygöl şəhəri M.F.Axundzadə küçəsi ev 50-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Göygöl şəhəri X2 küçəsində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs ilə aralarında baş verən sözlü mübahisə zamanı sonuncu ilə biri-birilərinə nalayiq söyüşlər söyməsindən sonra əl zərbələri ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vuraraq ona burun tənəffüsünün pozğunluğu və əhəmiyyətli dərəcədə deformasiyası ilə müşayiət olunan burun sümüklərinin iki hissədən (yerdəyişmə ilə izlənilən) sınığı, sol yanaq və alt çənə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qışasının yarası, sol gözün travmadan sonrakı vəziyyəti, orbitanın assimmetriyası, hər iki gözün alt qapaqlarının və üst dodağın dəri səthinn qançırları, üst dodağın selikli qişasının qansızması ilə müşayiət edilən xəsarətlər yetirməklə, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına AZ AĞİR zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Göygöl şəhəri X3 küçəsi ev 50-də ailəsi ilə birlikdə yaşayır, subaydır. 2021-ci il tarixdən Göygöl rayon Mənzil Kommunal Təsərrüfatı və İstehsalat birliyində fəhlə olaraq işləyir. 03 iyul 2023-cü il tarixdə saat 18 radələrində işlədiyi avtoyuma məntəqəsindən idarə etdiyi Niva markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə çıxaraq Göygöl şəhəri Heydər Əliyev prospektində yaşayan nənəsigilin evindən anası Şahid7 və Bayraq meydanın yaxınlığında olan avtoyuma məntəqəsində işləyən dostu Şahid9 götürərək xalası Şahid8 yaşadığı Firuddin Köçərli küçəsi 25 nömrəli ünvana getmiş və anası Qətibəni orada düşürdərək dostu Nihad ilə birlikdə yaşadığı ünvana getmişdir. Yaşadığı ünvanın qarşısında avtomaşını saxlayaraq düşən zaman onunla qonşuluqda yaşayan Asimə və Vüsalənin küçədə olmasını görmüşdür. Bu zaman Asimə onun ünvanına nalayiq ifadələr işlətmiş, o da dostu Nihadı geri çağıraraq Nihad ilə birlikdə idarə etdiyi avtomaşına əyləşib xalası Şəlalənin yaşadığı ünvana getmişdir. Orada olan zaman anası Qətibəni çağıraraq Asimənin onu nəlayiq ifadələr ilə təhqir etməsini, gedib onunla söhbət etməsini bildirmişdir. Bundan sonra anası Qətibəni yaşadıqları evin qarşısına aparıb orada düşürmüş, həmin vaxt anası Qətibə avtomaşında olan yaşadıqları evin açarını və ona məxsus avtomaşının qapılarını bağlayan pultunu da özü ilə götürmüşdür. Bundan sonra o, dostu Nihad ilə birlikdə işlədiyi Bayraq meydanına getmişdir. Təxminən saat 23 radələrində ona məxsus avtomaşının pultunun avtomaşında olmamasını görüb anası Qətibəyə zəng etmiş və anası yanlışlıqla pultu özü ilə götürməsini bildirmişdir. Saat 01:15 radələrində anası Qətibə ona zəng edərək Nihadı yaşadıqları evə düşürdərək, xalası Şəlalənin evinə getməsini ona bildirmişdir. Bundan sonra o, dostu Nihadı yaşadıqları evə düşürdərək xalası Şəlalənin evinə anasının yanına getmişdir. Orada olan zaman anası Qətibənin onlarla qonşuluqda yaşayan Vüsalə və Asimə ilə aralarında mübahisə baş verməsini, Vüsalənin qızının pol ağacı ilə anası Qətibəni vurmaq istəməsini, həmin pol ağacının öz anası Vüsaləyə dəyməsini bilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, baş vermiş mübahisə vaxtı o, orada olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində baş vermiş mübahisə zamanı o, orada olmamış, həmin vaxt işlədiyi Bayraq meydanında olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o, Vüsalə və onun azyaşlı övladını döyməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Onlar onun barəsində qərəzli şəkildə şikayət etmişlər. Onlarla əvvəldən aralarında mübahisə olduğundan Vüsalə və Asimə qərəzli şəkildə onları onun döyməsini bildirmişlər. O, Asimə və onun azyaşlı qızı Aytacı, nə də Vüsalə və onun azyaşlı qızı Güneli döyməmişdir. Onlar onun barəsində qərəzli şəkildə şikayət etmişlər. O, orada konkret olaraq kimin kimə xəsarət yetirməsini bilməmiş, lakin eşitməsinə görə Zərərçəkmiş şəxs xəsarəti öz qızı Günel əlində olan pol taxtası ilə yetirmişdir. Həmin cinayət işi üzrə özünü təqsirli bilmir və bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, boşanmışdır, 2 övladı var. 1999-cu il tarixdən Göygöl şəhəri 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Bildirmişdir ki, bir neçə il bundan əvvəl onlarla qonşuluqda yaşayan Şahid7 ilə aralarında mübahisə yaranmış və polis şöbəsində şikayətləri əsasında araşdırma aparılmışdır. Həmin tarixdən də o, Şahid7 və onun ailə üzvləri ilə münasibət saxlamamışdır. Buna görə də Şahid7 və ailə üzvləri onlarla ədavət aparmağa başlamışlar. Demək olar ki, hər dəfə onlarla qarşılaşanda atmacalar atmağa başlamışlar. 03 iyul 2023cü il tarixdə saat təxminən 21 radələrində qonşuları Şahid1 ilə küçədə oturmuşlar. Onun oğlu Ümid və Asimənin oğlu Rihat da qarşılarında oyun oynamışlar. Oğlu Ümid kökəldiyi üçün o, oğlundan biraz idmanla məşğul olmasını və həyətdə olan ağacın budağından tutaraq dartınmasını və “yaxşı kişi” olmasını demişdir. Asimə də öz oğlu Rihata “sən də idman elə biraz sən də yaxşı kişi ol” ifadəsini işlətmişdir. Həmin vaxtı Qətibənin oğlu Ömər adlı şəxs özünə məxsus Niva markalı avtomobil ilə yaşadıqları evə gəlmişdir. Avtomobildən yerə düşərkən də Asimənin dediyi sözü eşitmişdir. Ömər bir neçə saniyə onlara tərəf baxdıqdan sonra öz evlərinə getmişdir. Təxminən 10 dəqiqə sonra küçəyə çıxaraq yenə də bir qədər üzlərinə baxıb avtomobilə əyləşmiş və avtomobili onların üzərinə sürmüşdür. Asimə ona irad bildirdiyi zaman isə Ömər ona “Vüsalə sənin oynacını tutmuşam” demişdir. O da Ömərə “ananın yanından oynacı dünən gedib niyə gedib onu tutmursan” demişdir. Ömər də onlara “gedib qəniminizi gətirib gəlirəm” deyərək çıxıb getmişdir. Qonşuları Asimə öz yaşadığı evə getmiş, o da öz yaşadıqları ünvana getmişdir. Təxminən 5-10 dəqiqə sonra küçədə səs-küy gəldiyini eşidib azyaşlı övladları ilə birlikdə küçəyə çıxmışdır. Ömər anası Qətibə və xalası Şəlaləni gətirib gəlmişdir. Ömər 15 yaşlı qızı Günelin üzərinə gələrək əynində olan paltardan tutub “ay çəpiş səni gözaltılamışam” deyə ifadə işlədərək sifətindən yumruq zərbəsi ilə vurmuşdur. Bu zaman o, Ömərin üzərinə getmişdir. Ömər yumruq zərbələri ilə onun sifət nahiyəsinə vurmağa başlamışdır. Həmin vaxtı Qətibə də onu tutmuşdur. O, zərbələrin təsirindən özünü itirdikdən sonra Ömər nalayiq ifadələr işlədə-işlədə qaçaraq qonşuları Asimənin qapısına girib onu tutub küçəyə çıxararaq Asiməni də döyməyə başlamışdır. Asimənin qızı Aytac da Ömərin anası Asiməni döydüyünü gördükdə evdən pol taxtası götürüb Öməri vurmaq istəmiş, lakin Ömər pol taxtasını Aytacın əlindən alaraq Aytacı da vurmuşdur. Həmin vaxtı səs-küyə gələn qonşuları Leyla və Zeynəb onları aralamışlar. Həmin vaxtı o, DİN-in 102 xidmətinə zəng etdiyi üçün polis əməkdaşları gəlmişlər. Onlar mübahisəyə müdaxilə etdikdən sonra onları polis şöbəsinə dəvət etmişər və o, eyni zamanda Asimə də ərizə ilə müraciət etmişlər. Mübahisə Asimə və onun öz uşaqlarına idman edin yaxşı kişi olun sözünü dedikdən sonra Ömərin bu sözləri eşidib onların ona sataşmaq niyyəti ilə dediklərini düşünməsinə görə olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı onu əl zərbələri ilə vurmuşdur. Həmin gün saat 21 radələrində əvvəl Ömər özü tək evə gəlmiş və küçədə onları görüb avtomobili üzərlərinə sürərək onları təhqir edib getmişdir. Təxminən 10 dəqiqə sonra isə anası Qətibə və xalası Şəlaləni gətirib gəlmişdir. Həmin vaxtı Qətibə və Şəlalə ilə sözlü mübahisə etsələr də, Ömər onları əl zərbələri ilə döymüşdür. Həmin vaxtı orada qonşuları Leyla və Zeynəb də olmuşdur. Onlar Ömərin onları döyməsini görmüşdür. Onlar həmin şəxslərə heç bir xəsarət yetirməmişlər. O, hadisədən sonra küçədə hadisənin baş verdiyi yerə baxsa da, boyunbağı və klonunu tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Göygöl şəhəri X3 küçəsi ev 55-də ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 03 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə küçədə yaşadıqları evin qarşısında oturmuşlar. Oğlu Rihat və Vüsalənin oğlu Ümid də qarşılarında oyun oynamışlar. Vüsalə oğlu Ümid kökəldiyi üçün ona biraz idmanla məşğul olmasını və həyətdə olan ağacın budağından tutaraq dartınmasını və “yaxşı kişi” olmasını demişdir. O da öz oğlu Rihata “sən də idman elə biraz sən də yaxşı kişi ol” demişdir. Həmin vaxtı onlarla qonşuluqda yaşayan Qətibə adlı qadının oğlu Ömər adlı şəxs özünə məxsus qara rəngli Niva markalı avtomobil ilə yaşadıqları evə gəlmişdir. Avtomobildən yerə düşərkən də onun dediyi sözü eşitmişdir. Ömər bir neçə saniyə onlara tərəf baxdıqdan sonra öz evlərinə getmişdir. Təxminən 10-15 dəqiqə sonra küçəyə çıxaraq yenə də bir qədər üzlərinə baxıb avtomobilə əyləşmiş və avtomobili arxaya verərək onların üzərinə sürmüşdür. Onlar ona iradlarını bildirərək uşaqları maşınla vura biləcəyini demişlər. Ömər avtomobildən yerə düşərək onları nalayiq sözlərlə təhqir etmişdir. Vüsaləyə də ləyaqətsiz sözlər demişdir. Vüsalə də ona “get öz ananın dərdini çək” ifadəsini demişdir. Ömər onlara “gedib qəniminizi gətirib gəlirəm” deyərək çıxıb getmişdir. O, öz yaşadığı ünvana getmiş, Vüsalə də öz yaşadığı ünvana getmişdir. Təxminən 5-10 dəqiqə sonra küçədə səs-küy gəldiyini eşitmişdir. Ömərin anası Qətibə və xalası Şəlaləni gətirib gəldiyini və Vüsalənin uşaqlarının səsindən onunla mübahisə etdiklərini başa düşmüşdür. Bir neçə dəqiqə sonra isə Ömər onun yaşadığı evin həyətinə daxil olmuşdur. Üzərinə gələrək onu təhqir edib baş, sifət qol nahiyələrinə əl zərbələri ilə vurmağa başlamışdır. O, müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxtı qızı Şahid3 Ömərə onu döyməməsini demişdir. Ömər də qızı Aytaca tərəf gedərək onu yumruq zərbəsi ilə sifətindən vurmuşdur. Sonra isə anası Qətibənin əlində olan ağac parçasını götürərək qızı Aytacın boğazına tərəf tutub onu yerə yıxmışdır. O, yerdən qalxaraq Ömərə tərəf gedib qızını vurmamasını demiş, həmin vaxtı Ömər yenə də əl zərbələri ilə onu vurmuşdur. Qonşuluqda yaşayan Leyla və Zeynəb adlı şəxslər səsküyə gəlib onu Ömərin əlindən almışlar. Onları araladıqdan sonra Vüsalənin DİN-in 102 xidmətinə zəng edərək məlumat verdiyini bildikləri üçün Ömərin anası Qətibə və xalası Şəlalə Ömərdən qaçıb getməsini demişlər. Ömər də oradan uzaqlaşaraq getmişdirMübahisə Vüsalə və onun öz uşaqlarına idman edin yaxşı kişi olun sözünü dedikdən sonra Ömərin bu sözləri eşidib onların ona sataşmaq niyyəti ilə dediklərini düşünməsinə və onları nalayiq sözlərlə təhqir etməsinə görə olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı onu əl zərbələri ilə vurmuşdur. Həmin gün saat 21 radələrində əvvəl Ömər özü tək evə gəlmiş və küçədə onları görüb avtomobili üzərlərinə sürərək onları təhqir edib getmişdir. Təxminən 10 dəqiqə sonra isə anası Qətibə və xalası Şəlaləni gətirib gəlmişdir. Həmin vaxtı Qətibə və Şəlalə ilə sözlü mübahisə etsələr də, Ömər onları əl zərbələri ilə döymüşdür. Həmin vaxtı orada qonşuları Leyla və Zeynəb də olmuşdur. Onlar Ömərin onları döyməsini görmüşdür. Onlar həmin şəxslərə heç bir xəsarət yetirməmişlər. O, evin həyətində olduğundan pəncərəni konkret olaraq kimin daşla sındırdığını bilməmiş, lakin hadisə vaxtı Ömərin Vüsalə və qızı Güneli döyməsini həmin vaxtı onun anası Qətibənin onların evinin pəncərəsini daşla sındırdığını düşünmüşdür. Çünki həmin vaxtı Qətibə və onun bacısı Şəlalə onları nalayiq sözlərlə təhqir edərək küçəyə çıxmalarını tələb etmişlər. Evin pəncərəsinin bir şüşəsi sınmış və ona görə ona təxminən 20 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Göygöl şəhəri X3 küçəsi ev 50-də ailəsi ilə birlikdə yaşayır, subaydır, 1 övladı var. Rəsmi olaraq Göygöl rayon MKTİB-də fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında bacısı Şahid8 yaşadığı Göygöl şəhəri Firuddin bəy Köçərli küçəsi ev 25-də yerləşən evinə qonaq getmişdir. Axşam saat 19 radələrində oğlu Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəyə zəng edərək, bacısıgildə olmasını bildirərək, onu yanına çağırmışdır. Bundan təxminən 30 dəqiqə sonra oğlu Təqsirləndirilən şəxs onun yanına gəlmiş və evlərinə getməyi təklif etmişdir. O da ona yemək yedikdən sonra gedəcəklərini bildirmiş, bu zaman oğlu Ömər yaşadıqları evə gedib paltarlarını dəyişib Bayraq meydanına gedəcəyini, qayıtdıqdan sonra onu yaşadıqları evə aparacağını bildirmiş, o da onunla razılaşmışdır. Bir müddət sonra Ömər ona zəng edərək yaşadıqları evin qarşısında olarkən onlarla qonşuluqda yaşayan Şahid1 onu nalayiq ifadələrlə təhqir etməsini demişdir. Bundan sonra o, oğlu Ömərə onu gəlib götürərək, yaşadıqları evə aparmasını, özünün isə Bayraq meydanına getməsini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra oğlu Ömər idarə etdiyi Niva markalı avtomaşınla bacım Şəlalənin yaşadığı evə gələrək, onu və bacısı Şəlaləni yaşadıqları evə aparmışdır. Onlar yaşadıqları evin qarşısında olan zaman onlarla qonşuluqda yaşayan Asimə və Zərərçəkmiş şəxs və Vüsalənin qızı yaşadıqları evdən küçəyə çıxmışlar. O, Zərərçəkmiş şəxs onlardan nə istəməsini, onları niyə rahat yaşamağa qoymamasını soruşduqda, Zərərçəkmiş şəxs onu nalayiq ifadələr ilə təhqir etməyə başlamışdır. Bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs azyaşlı oğlu onu nalayiq ifadələrlə təhqir etmiş və sözlə öldürməklə hədələmişdir. Bundan başqa mübahisə zamanı Zərərçəkmiş şəxs azyaşlı qızı yaşadıqları evin küçə darvazasının arxasından pol ağacını götürərək, onu vurmaq istəmiş, lakin həmin pol ağacı ona dəyməmiş, öz anası Vüsalənin üz nahiyyəsinə dəymişdir. Bundan sonra digər qonşuluqda yaşayan Şahid1 və azyaşlı qızı yaşadıqları evdən küçəyə çıxmışlar, bu zaman Asimənin azyaşlı qızı Aytacın əlində ağac parçası olmasını görmüşdür. Asimə və azyaşlı qızı Aytac onun üzərinə gələrək onu nalayiq ifadələr ilə söyüb-təhqir etmişlər, lakin Asimə və qızı onu döyməmişlər. Bundan sonra mübahisə sakitləşmiş, o, DİN-nin 102xidmətinə zəng edərək, bu barədə məlumat vermiş və daha sonra rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra o, Göygöl şəhəri Heydər Əliyev prospektində yaşayan anasının evinə getmişdir. Bir neçə saatdan sonra o, bacısı Şəlalə ilə öz yaşadığı evə gedən zaman, Göygöl şəhəri Bayraq meydanın yaxınlığında Şahid1 Goranboy rayonunda yaşayan qardaşı idarə etdiyi Vaz- 2107 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşını onların yanında saxlayaraq avtomaşından düşüb onun üzərinə gəlmiş və onu sözlə hədələməyə, nalayiq ifadələrlə söyüb-təhqir etməyə başlamışdır. Bundan sonra Asimənin adını bilmədiyi qardaşı idarə etdiyi avtomaşına əyləşərək çıxıb getmişdir. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisənin əsas səbəbi əvvəllər Vüsalənin adını bilmədiyi oğlan tanışının onun evinə gəlib-getməsinə görə ona irad bildirməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində isə oğlu Ömərə nalayiq söyüşlər söymələri səbəbindən baş vermişdir. xx.xx.2023-cü il tarixdə onunla qonşuluqda yaşayan Vüsalə və Asimə oğlu Öməri nalayiq ifadələr ilə təhqir etmiş, bundan sonra oğlu Təqsirləndirilən şəxs onların yanından çıxaraq Bayraq meydanına getmişdir. Onun həmin şəxslərlə aralarında mübahisə baş verən zaman oğlu Ömər onların yanında olmamış, onları döyməmişdir. Həmin vaxtı orada qonşuları Leyla və Zeynəb də olmuşdur. Onlara heç bir xəsarət yetirməmişlər. O, Şahid1 evinin pəncərəsinə daş atmamışdır. Onun evinin pəncərəsinin nə zaman sınmasını da bilməmişdir. Şahid1 qardaşı onu sözlə öldürəcəyi ilə hədələmiş və nalayiq ifadələrlə təhqir etmişdir, hədə ilə bağlı hər hansı fəal hərəkətlər etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Göygöl şəhəri X3 küçəsi ev 48-də ailəsi ilə birlikdə yaşayır, Göygöl şəhəri 1 saylı tam orta məktəbin 10cu sinfində təhsil alır. 03 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində o, yaşadıqları evin həyətində anası Vüsalə ilə birlikdə olarkən küçədən səs-küy gəldiyini eşitmişlər. onlar yaşadıqları evdən küçəyə çıxdıqda qonşuları Ömərin öz anası Qətibə və xalası Şəlalə ilə birlikdə küçədə olduqlarını görmüşlər. Ömər onun üzərinə gələrək əynində olan paltardan tutub “ay çəpiş səni gözaltılamışam” deyə ifadə işlədərək sifətindən yumruq zərbəsi ilə vurmuşdur. Bu zaman anası Vüsalə Ömərə tərəfə gedərək onu vurmasına görə iradını bildirərək onu Ömərin əlindən almağa çalışarkən Ömər yumruq zərbələri ilə anası Vüsaləni vurmağa başlamışdır. Anası zərbələrin təsirindən özünü itirərək yerə yıxılmışdır. Həmin vaxtı Ömər nalayiq ifadələr işlədə-işlədə qaçaraq qonşuları Asimənin yaşadığı evə tərəf gedib onların qapısına girib Asiməni çəkib küçəyə çıxararaq onu da döyməyə başlamışdır. Asimənin qızı Aytac da Ömərin anası Asiməni döydüyünü gördükdə yerdən taxtası parçası götürüb Öməri vurmaq istəmiş, lakin Ömər taxta parçasını Aytacın əlindən alaraq Aytacı vurmaq istəmişdir. Həmin vaxtı səs-küyə gələn qonşuları Leyla və Zeynəb onları aralamışlar. Ömərin əlindəki ağacı almışlar. Ömər də əli ilə Aytacı vurmuşdur. Anası Vüsalə DİN-in 102 xidmətinə zəng edərək polis çağırdıqdan sonra Asimə və Ömərə tərəf getmişdir. Ömərə iradını bildirdiyi zaman Ömər anama tərəf gəlib əl zərbəsi ilə sifətindən vurmuşdur. Anasının burnu qanamışdır. Ömərin anası Qətibə və xalası Şəlalə Ömərə anasının polis çağırdığını və qaçıb getməsini demişlər. Ömər də öz avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Daha sonra polis əməkdaşları gəlmişlər. Onları polis şöbəsinə dəvət etmişlər. Mübahisənin hansı səbəbdən baş verməsini o, sonradan bilmiş və ona məlum olmuşdur ki, mübahisə hadisədən təxminən 10-15 dəqiqə əvvəl anası Vüsalə və qonşuları Asimə ilə Ömərin arasında olan sözlü mübahisədən sonra Ömərin gedib anası Qətibə və xalası Şəlaləni gətirməsindən sonra olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı onu əl zərbələri ilə vurmuşdur. Həmin vaxtı orada Ömər özü, anası Qətibə və xalası Şəlalə olmuşdur. Qətibə və Şəlalə sözlü mübahisə etsələr də, onları Ömər əl zərbələri ilə döymüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Göygöl şəhəri X3 küçəsi ev 55-də ailəsi ilə birlikdə yaşayır, Göygöl şəhəri 5 saylı tam orta məktəbin 8-ci sinfində təhsil alır. 03 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində o, yaşadıqları evdə olarkən küçədən səs-küy gəldiyini eşitmişdir. Həmin vaxtı anası Asimə yaşadıqları evin həyətinə çıxmışdır. O da həyətə çıxdıqda qonşuları Ömərin yaşadıqları evin həyətinə daxil olduğunu və anası Asiməni əl zərbələri ilə sifət-baş nahiyələrinə vurduğunu görmüşdür. Anası yerə yıxılmışdır. O, Ömərə anasını döyməməsini demişdir. Yerdən ağac parçası götürərək Ömərə tərəf gedib onu vurmaq istədikdə Ömər ağac parçasını onun əlindən alaraq onu vurmaq istəmişdir. Lakin orada olan qonşuları ağac parçasını onun əlindən almışlar. Bundan sonra Ömər onu sifətindən, sol gözündən yumruq zərbəsi ilə vurmuşdur. Bu zaman anası Asimə yerdən qalxaraq onlara tərəf gəlmiş və Ömərə onu vurmamasını demiş, həmin vaxtı Ömər yenə də əl zərbələri ilə anasını vurmuşdur. Qonşuluqda yaşayan Leyla və Zeynəb adlı şəxslər Öməri aralamışlar. Qonşuları Vüsalə də onlara tərəf gəlib Ömərə iradını bildirdiyi zaman Ömər Vüsaləni sifətindən vurmuş və onun burnundan qan axmağa başlamışdır. Orada olan Ömərin anası Qətibə və xalası Şəlalə Ömərə polislərin gələcəyini və qaçıb getməsini demişlər. Ömər də öz avtomobilinə əyləşərək oradan uzaqlaşaraq getmişdir.Mübahisənin hansı səbəbdən baş verməsini bilməmişdir. Səs-küyə sonradan evdən çıxmış və həmin vaxtı da Ömər anası Asiməni və onu döymüşdür. Sonradan ona məlum olmuşdur ki, Ömər onlardan əvvəl qonşuları Vüsalə və onun qızı Güneli də döymüşdür. Təqsirləndirilən şəxs həmin vaxtı onu əl zərbələri ilə vurmuşdur. Həmin gün o, səs-küyə evdən çıxarkən Ömər evlərinin həyətində anası Asiməni əl zərbələri ilə vuraraq döymüşdür. O da Ömərdən anasını döyməməsini istədikdə Ömər onu da döymüşdür. Həmin vaxtı orada qonşuları Leyla və Zeynəb də olmuşdur. Onlar Ömərin onları döyməsini görmüşdür. Onlar həmin şəxslərə heç bir xəsarət yetirməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Göygöl şəhəri Firuddin bəy Köçərli küçəsi ev 25-də ailəsi ilə birlikdə yaşayır, evlidir, 2 övladı var. Rəsmi olaraq Göygöl rayon MKTİB-də fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında bacısı Şahid7 yaşadığı ünvana qonaq gəlmişdir. Axşam saat 19 radələrində bacısı Qətibə oğlu Təqsirləndirilən şəxs zəng edərək onlarda olmasını bildirərək Öməri yanına çağırmışdır. Bundan təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs onların yanına gəlmiş və anası Qətibəyə öz evlərinə getməyi təklif etmişdir. Qətibə ona yemək yedikdən sonra gedəcəklərini bildirmiş, bu zaman Ömər yaşadığı evə gedib paltarlarını dəyişib Bayraq meydanına gedəcəyini, qayıtdıqdan sonra onu yaşadıqları evə aparacağını bildirmiş, bacısı Qətibədə onunla razılaşmışdır. Bir müddət sonra Ömər anası Qətibəyə zəng edərək yaşadıqları evin qarşısında olarkən onlarla qonşuluqda yaşayan Şahid1 onu nalayiq ifadələrlə təhqir etməsini demişdir. Bundan sonra bacısı Qətibə oğlu Ömərə gəlib onları götürərək yaşadıqları evə aparmasını, özünün isə Bayraq meydanına getməsini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Ömər idarə etdiyi Niva markalı avtomaşınla onun yaşadığı evə gələrək onu və bacısı Qətibəni yaşadıqları evə aparmışdır. Onlar bacısı Qətibənin yaşadığı evin qarşısında olan zaman onlarla qonşuluqda yaşayan Asimə və Zərərçəkmiş şəxs və Vüsalənin qızı yaşadıqları evdən küçəyə çıxmışlar. X4 Sadıqovaya onlardan nə istəməsini, onları niyə rahat yaşamağa qoymamasını soruşmuşdur. Zərərçəkmiş şəxs onu nalayiq ifadələr ilə təhqir etməyə başlamışdır. Bu zaman aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs azyaşlı oğlu bacısı Qətibəni nalayiq ifadələr ilə təhqir etmiş və sözlə öldürəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs azyaşlı qızı yaşadıqları evin küçə darvazasının arxasından pol ağacını götürərək, bacısı Qətibəni vurmaq istəmiş, lakin həmin pol ağacı ona dəyməmiş, öz anası Vüsalənin üz nahiyyəsinə dəymişdir. Bundan sonra digər qonşuluqda yaşayan Şahid1 və azyaşlı qızı yaşadıqları evdən küçəyə çıxmışlar. Asimənin azyaşlı qızı Aytacın əlində ağac parçası olmasını görmüşlər. Asimə və azyaşlı qızı Aytac bacısı Qətibənin üzərinə gələrək onu nalayiq ifadələr ilə söyüb-təhqir etmişlər, lakin Asimə və qızı bacısı Qətibəni vurmamışlar. Bundan sonra mübahisə sakitləşmiş və ora gələn polis onları rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra bacısı Şahid7 Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra onlar Göygöl şəhəri Heydər Əliyev prospektində yaşayan analarının evinə getmişlər. Bir neçə saatdan sonra bacısı Qətibə ilə öz yaşadıqları evə gedən zaman Göygöl şəhəri Bayraq meydanı yaxınlığında Şahid1 Goranboy rayonunda yaşayan qardaşı idarə etdiyi Vaz-2107 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə onların yanlarında saxlayaraq avtomobildən düşüb bacısı Qətibənin üzərinə gəlmiş və Qətibəni sözlə hədələməyə, nalayiq ifadələr ilə söyüb-təhqir etməyə başlamışdır. Sonra isə idarə etdiyi avtomobilə əyləşərək çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onları döyməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs orada olmamışdır. Onlar həmin şəxslərə heç bir xəsarət yetirməmişlər. Onlar Şahid1 evinin pəncərəsinə daş atmamışlar. Həmin vaxtı bacısı Qətibə ilə onların arasında sözlü mübahisə olmuş, daha sonra isə sakitləşmişdir. Şahid1 qardaşı bacısı Qətibəni sözlə öldürəcəyi ilə hədələmiş və nalayiq ifadələrlə təhqir etmiş, sonra da avtomobilə əyləşərək oradan uzaqlaşıb getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Göygöl şəhəri X3 küçəsi ev 44-də yaşayır, subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi qaydada avtoyuma məntəqəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onun dostudur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində işlədiyi avtoyuma məntəqəsində olan zaman dostu Təqsirləndirilən şəxs onun yanına gəlmiş və o, Ömərə evə getməyi təklif etmişdir. Bundan sonra onlar Ömərin xalası Şəlalənin yaşadığı ünvana getmişlər və Ömərin anası Qətibə də həmin ünvanda olmuşdur. Orada olan zaman Şahid7 onları yemək yeməyə dəvət etmiş, o da tərli olduğunu, yaşadığı evə getmək istədiyini demişdir. Bundan sonra o, Ömər ilə birlikdə yaşadıqları ünvana getmişlər. Evə gedən zaman onlarla qonşuluqda yaşayan Vüsalə və Asimə adlı şəxslərin küçədə oturmasını görmüşdür. Onların evi Ömərgilin evindən bir qədər aralıda olduğundan Ömər onu evlərinin qarşısında düşürüb avtomobili ilə geri qayıdaraq öz evlərinə getmişdir. O, yemək yemiş və saçını yumuşdur. Ömərin küçədə siqnal verdiyin eşitdikdə çölə çıxmış və avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Avtomobildə olarkən Ömər əsəbi olmuş və qonşuları Asimənin öz oğlu Nihada uca səslə səslənərək “Nihad sən yekəl bu küçənin kişisi ol, küçədə kişi yoxdu” ifadəsini işlətdiyini demişdir. Gedib anası Qətibəni gətirmələrini və onların cavabını verəcəyini demişdir. Onlar 2 küçə onlardan aralıda qalan xalası Şəlalənin ünvanına gedərək oradan anası Qətibə və xalası Şəlaləni götürüb geri qayıtmışlar. Küçədən Ömərgilin evinə tərəf düşmüşlər. Həmin vaxtı o, küçədə heç kəsi görməmişdir. Anası Qətibə və xalası Şəlaləni düşürdükdən sonra Bayraq meydanına getmişlər. O, orada pendir yeyib su içkindən sonra Bayraq meydanında yerləşən Muzeyə tərəf gedib orada siqaret çəkmişdir. Təminən 40 dəqiqəyə yaxın orada tək oturduqdan sonra geri qayıtmışdır. Ömər Bayraq meydanında kafenin işçiləri ilə oturmuş və o da onlarla birlikdə oturmuşdur. Bir qədər domino oynadıqdan sonra Ömərlə birlikdə onun xidmət apardığı Bayraq meydanının digər qapısına tərəf getmişlər. Saat təxminən 02 radələrində Ömərlə birlikdə yaşadıqları ünvana getmişlər. Ömər də ona öz evlərinə yox xalasıgilə gedəcəyini demişdir. Onu evlərinə düşürüb çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində onunla eyni küçədə yaşayan Zərərçəkmiş şəxs, Şahid1 və tanışım Təqsirləndirilən şəxs arasında dava-dalaş olmasını o görməmişdir. Təqsirləndirilən şəxs ona qonşularının ona söz atdığını və anasıgili gətirib gələməyi dedikdən sonra onlar anası Qətibə və xalası Şəlaləni götürüb Ömərgilin evlərinə düşürmüşlər. Avtomobildə olarkən də onlar hər hansı aqressiya göstərməmişlər. onları Ömərgilə düşürdükdən sonra da Ömər avtomobili sürüb oradan uzaqlaşmışdır. Onlar birlikdə Bayraq meydanına getmişlər. O, orada siqaret çəkməyə getdiyi zaman Ömər yanında olmamışdır. Başqa vaxtlarda həmin gün Ömərlə birlikdə olmuşlar. O, Ömərlə birlikdə küçəyə gedərək onun Vüsalə və digərləri ilə mübahisə etməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Göygöl şəhəri M.F.Axundzadə küçəsi ev 56-da ailəsi ilə birlikdə yaşayır. 03 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində qonşuları Vüsalə və Asimə ilə küçədə oturmuşdur. Həmin vaxtı digər qonşuları Ömər yaşadıqları ünvana öz idarə etdiyi qara rəngli Niva markalı avtomobil ilə gəlmişdir. Həmin vaxtı Asimə və Vüsalənin uşaqları da küçədə oynamışlar. Vüsalə və Asimə uşaqlarına kökəldikləri üçün “ idman edin yaxşı kişi olun” demişlər. Ömər də bu sözü eşitmiş və kənardan onlara tərəf baxmışdır. O, onların xarakterinə bələd olduğundan mübahisə olacağını düşünüb oradan öz yaşadığı ünvana getmişdir. Təxminən 10-15 dəqiqə sonra küçədən mübahisə səslərinin gəldiyini eşitmişdir. Küçəyə çıxdıqda Ömərin Asimənin evinin qarşısında Asiməni döydüyünü görmüşdür. Asimə də aşağı əyilmişdir. O, Ömərin xalası Şəlalənin əlində taxta parçası olduğunu və qonşuları Leylanın onun əlindən taxta parçasını almağa çalışdığını, lakin ala bilmədiyini görmüşdür. O, yaxınlaşaraq Şəlalənin əlindən taxta parçasını alıb kənara atmışdır. Bu zaman digər qonşuları Vüsalə də Ömərə tərəf iradını bildirərək gəldikdə Ömərin anası Qətibə Öməri tutub Asimədən aralamışdır. Ömər Asimədən aralanaraq Vüsalənin üzərinə gedərək Vüsaləni əl zərbələri ilə vurmuşdur. Vüsalənin burnundan qan axmağa başlamışdır. Qətibə Ömərə “bunlar polisə şikayət edib qaç get burdan” dedikdən sonra Ömər özünə məxsus avtomobilə əyləşmişdir. Avtomobil işə düşmədiyindən avtomobilin kapotunu qaldırmış və Qətibə orada nəyisə düzəltdikdən sonra avtomobil işə düşmüşdür. Ömər də avtomobili idarə edərək oradan uzaqlaşıb getmişdir. Bir qədər sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Səs-küyə küçəyə çıxdığı zaman Ömərin Asimə ilə mübahisə etdiyini və onu vurduğunu görmüşdür. Sonra isə digər qonşuları Vüsaləni vurmuşdur. O, Ömərin Günel və Aytacı da vurduğunu mübahisədən sonra özləri ona dedikdə bilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı orada olmuşdur. O, Ömərin Asimə ilə Vüsaləni vurmasını görmüşdür. Anası Qətibə və xalası Şəlalə isə əvvəl kənardan dayanıb baxırmışlar, sonra isə Öməri aralayıb oradan getməsini istəmişlər. Həmin vaxtı ağac parçasını Şəlalənin əlində görmüş və onun əlindən alıb kənara atmışdır. Şəlalə və Qətibə həmin vaxtı heç kəsi vurmamışlar. Onları Ömər vurmuşdur. Məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Göygöl şəhəri M.F.Axundzadə küçəsi ev 57-də ailəsi ilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. 03 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində yaşadığı ünvanda olduğu zaman küçədən mübahisə səs-küylərinin gəldiyini eşitmişdir. Küçəyə çıxdıqda onlarla qonşuluqda yaşayan Asimə ilə digər qonşuları Ömər adlı şəxsin mübahisə etdiyini və Ömərin Asiməni vurduğunu, orada olan Ömərin anası Qətibə və onun bacısı Şəlalənin isə Öməri ayırmağa çalışdıqlarını görmüşdür. Həmin vaxtı digər qonşuları Vüsalə də Ömərə tərəf gələrək Asiməni vurmasına görə narazılığını bildirəndə Ömər bu dəfə də Vüsalənin üzərinə gedərək əli ilə onun sifətindən vurmuşdur. O, mübahisəyə müdaxilə edərək onları ayırmağa çalışmışdır. Qətibə və bacısı Şəlalə Ömərə polislərin gələcəyini deyərək ondan qaçıb getməsini istəmişlər. Ömər də özünə məxsus qara rəngli avtomobilə əyləşərək uzaqlaşıb getmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, səs-küyə küçəyə çıxdığı zaman Ömərin Asimə ilə mübahisə etdiyini və onu vurduğunu görmüşdür. Sonradan isə digər qonşuları Vüsaləni vurmuşdur. Onların azyaşlı uşaqlarını vurmasını o, görməmişdir. Sonradan ona məlum olmuşdur ki, o, səs-küyə çıxmazdan əvvəl Ömər Vüsalə ilə mübahisə etmiş, daha sonra Asimənin qapısının qarşısında onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı orada olmuş və Asimə ilə Vüsaləni vurmasını o, öz gözləriylə görmüşdür. Anası Qətibə və xalası Şəlalə isə əvvəl kənardan dayanıb baxırmışlar, sonra isə Öməri aralayıb oradan getməsini istəmişlər. Həmin vaxtı ağac parçası əvvəl Şəlalənin əlində görmüş, sonradan isə Asimənin qızı Aytacın əlində olduğunu və Ömər Asiməni vurduğu zaman Öməri vurmaq istədiyini görmüşdür. Ömər də taxta parçasını Aytacın əlindən alaraq Aytacın özünü vurmaq istədikdə o, taxta parçasını Ömərin əlindən alıb kənara atmışdır. Sonra isə Ömər öz avtomobilinə əyləşərək çıxıb getmişdir. Məhkəmədə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olundu. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Göygöl şəhəri M.F.Axundzadə küçəsi ev 57-də ailə üzvləriylə birlikdə yaşayır. Göygöl şəhər Peşə məktəbində təhsil alır. 03 iyul 2023-cü il tarixdə saat təxminən 21 radələrində küçədə olarkən qonşuları Ömər özünə məxsus qara rəngli Niva markalı avtomobili ilə yaşadığı ünvana gəlmişdir. Həmin vaxtı qonşuları Asimə, Vüsalə və Zeynəb küçədə oturmuşlar. Onların uşaqları da küçədə oynamışlar. O, həmin vaxtı Ömər ilə Asimə və Vüsalənin arasında sözlü mübahisə olmasını və Ömərin onlara “gözləyin indi qəniminizi gətirib gəlirəm” dediyini eşitmişdir. Onlardan aralı olduğundan mübahisənin konkret olaraq necə başlamasını isə bilməmişdir. Bir neçə dəqiqə sonra Ömər anası Qətibə və xalası Şəlaləni gətirib gəlmişdir. Onlar əvvəl Vüsalənin yaşadığı ünvana tərəf gedərək onunla mübahisə etmişlər. Ömərin Vüsalə və azyaşlı qızı Güneli əl zərbəsi ilə vurmasını görmüş, lakin yaxınlaşmamışdır. Sonra isə Ömər Asimənin yaşadığı ünvana tərəf gələrək qapıdan həyətə daxil olub Asiməni yaxasından tutaraq çəkib küçəyə çıxarmışdır. Asiməni də vurmağa başladığı zaman o, onlara yaxınlaşıb Öməri kənarlaşdırmağa çalışmışdır. Həmin vaxtı Ömər Vüsaləni də əli ilə sifətindən vurmuş və Vüsalənin burnundan qan axmağa başlamışdır. Ömərin anası Qətibə onu aralayıb öz avtomobilinə əyləşdirmiş və Ömər oradan uzaqlaşıb getmişdir. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, küçədə dayanmışdır və həmin vaxtı Ömər orada olmuşdur. O, Ömərin onlara xəsarət yetirməsini görmüşdür. Anası Qətibə və xalası Şəlalə isə əvvəl səs-küy salsalar da heç kəsi vurmamışlar. Sonradan da Öməri aralayıb avtomobilinə əyləşdirərək oradan göndərmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 303 nömrəli rəyindən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun tənəffüsünün pozğunluğu və əhəmiyyətli dərəcədə deformasiyası ilə müşayiət olunan burun sümüklərinin iki hissədən (yerdəyişmə ilə izlənilən) sınığı, sol yanq və alt çənə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sol yanaq nahiyəsinin selikli qışasının yarası, sol gözün travmadan sonrakı vəziyyəti, orbitanın assimmetriyası, hər iki gözün alt qapaqlarının və üst dodağın dəri səthinn qançırları, üst dodağın selikli qişasının qansızması – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 304 nömrəli rəyindən müəyyən edilmişdir ki, Şahid2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol yanaq nahiyəsinin qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərrə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 304 nömrəli rəyindən müəyyən edilmişdir ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın təpə, sol bazu, sol dirsək, sol sağrı və sol süd vəzi nahiyələrinin qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 306 nömrəli rəyindən müəyyən edilmişdir ki, Şahid3 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol gözün alt qapağının qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərrə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. -Şahid1 qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yerə baxış keçirilmiş, hadisə yerinin şəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. -Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü, həmçinin özünə məxsus qızıl zinət əşyalarının itdiyi yerə baxış keçirilmiş, hadisə yerinin şəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. -DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. - Göygöl rayon MKTİB-nin xx.xx.2023-cü il tarixli, 3624 nömrəli arayışında və xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olduğu, hazırda Göygöl şəhəri X3 küçəsi 50 saylı ünvanda yaşadığı və yaşayış yeri üzrə müsbət yönümdə xarakterizə olunduğu göstərilmişdir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi münasibət bəsləyib belə hesab edir ki, həmin ifadə yanlış olmaqla onun cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və tibbi-ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə ifadəsini özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 127.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyası hüdudlarında ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək ona CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirlmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs oğlunun üzərinə Göygöl şəhəri X3 küçəsi 50 saylı ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl, rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, həmçinin onun üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulmalıdır. İşdə maddi sübut, ekspertia xərci və mülki iddia tələbi yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Çəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Göygöl şəhəri X3 küçəsi 50 saylı ünvanda yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, Göygöl rayonu və Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə də qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №1(066)-127/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-127/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver