Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-128/2023 18.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Kəlbəcər rayonu, Zallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Zallar kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan, bаrəsində “ev dutaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu yandırma üsulu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Belə ki, о, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə, qonşusu Şahid1 ilə aralarında olan ədavətə görə 06 avqust 2023-cü il tarixdə saat 01 radələrində sonuncunun birlikdə yaşadığı qardaşı Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Mollacəlilli kəndində yerləşən 91,25 kv.metr sahəsi olan fərdi yaşayış evinə daxil olaraq özü ilə yaşadığı evdən gətirdiyi benzini yataq otağında döşəməyə töküb üzərində gəzdirdiyi alışqan ilə od vurmaqla Zərərçəkmiş şəxs məxsus evin 9800 (doqquz min səkkiz yüz) manat dəyərində yanar konstruksiyasını, evdə olan iki ədəd hər biri 500 (beş yüz) manat dəyərində iki nəfərlik yataq dəsti, bir ədəd 100 (yüz) manat dəyərində çarpayı, bir ədəd 500 (beş yüz) manat dəyərində paltar üçün dolab dəsti, bir ədəd 200 (iki yüz) manat dəyərində stol, səkkiz ədəd hər biri 30 (otuz) manat dəyərində stul, bir ədəd 200 (iki yüz) manat dəyərində jurnal stolu, bir ədəd 200 (iki yüz) manat dəyərində 6 x4 metr ölçüdə xalça, bir ədəd 100 (yüz) manat dəyərində çilçıraq, 1000 (min) manat dəyərində qab-qacaq, 1000 (min) manat dəyərində geyim əşyalarını, yataq otağında dolabın içərisində olan bir ədəd 780 (yeddi yüz) manat dəyərində 583 əyarlı 4,5 qram çəkidə qızıl üzük, bir ədəd 1200 (min iki yüz) manat dəyərində 583 əyarlı, 7 qram çəkidə qızıl üzük, bir ədəd 1000 (min) manat dəyərində 583 əyarlı 6 qram çəkidə qızıl sep, bir cüt 800 (səkkiz) manat dəyərində 583 əyarlı 5 qram çəkidə qızıl tana, bir ədəd 600 (altı yüz) manat dəyərində 583 əyarlı 4 qram qızıl qolbaq və 2900 (iki min doqquz yüz) manat nağd pulu yandırmaqlaümumilikdə zərəçəkmiş şəxsin xeyli miqdarda yəni 21.620 (iyirmi bir min altı yüz iyirmi) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Mollacəlilli kəndində yaşayır, rəsmi iş yeri yoxdur, günəmuzd fəhləlik edərək dolanır. X5 ilə 2008-ci il tarixdə evlənmiş, birgə nigahdan 12 və 14 yaşlı iki qızı vardır. 17 iyuldan arvadı Elnarənin telefonla çox danışması və qonşusu Azərgilin evinə tez-tez gedib-gəlməsinə görə arvadının Azərlə ona xəyanət etməsindən şübhələnmişdir. 20 iyul 2023-cü il tarixdə, saat 21 radələrində arvadı Elnarəyə işə getdiyini deyib xəlvətcə bağa gedib orada gözləmişdir. Həmin gün saat 22 radələrində qonşusu Azər məhləyə gəlmiş və arvadı Elnarə ilə görüşmüşlər. Təxminən 2-3 dəqiqə sonra onların öpüşdüklərini, cinsi əlaqədə olmaq üçün hazırlaşdıqlarını görüb onların üstünə getmişdir. Həmin vaxt Azərlə aralarındaa dava-dalaş baş vermişdir. Lakin, Azər onu döymüşdür. Eyni zamanda oda arvadı Elnarəni döymüşdür. Bundan sonra Azər oradan qaçmışdır. O isə, həmin vaxt DİNin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmin axşam Elnarə balaca qızı da götürüb evdən getmişdir. Həmin vaxtdan sonra Azəri tapa bilməmişdir. Azərə nə qədər zəng eləsə də telefona zəng çatmamışdır. xx.xx.2023-cü il tarixdə o, Azərin atası Aqilə zəng edib bu hadisə barədə dedikdə sonuncu onu təhqir etmişdir. Aqilə evini yandıracağını, Azərin yerini deməsi üçün ona iki gün vaxt verdiyini bildirmişdir. 05 avqust 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə yemək yeyən zaman spirtli içki qəbul etmişdir. Planı axşam saatlarında Azərin evini yandırmaq olmuşdur. 06 avqust 2023-cü il tarixdə gecə saat 01 radələrində evində əvvəldən olan qabda benzini götürüb küçəyə çıxmışdır. Azərin evini yandırmaq üçün sonuncunun yaşadığı evə getmişdir. Həmçinin, Azəri neçə gündür ki, tapa bilmədiyinə görə evdə olmadığını, atası Aqilin də Laçın rayonda işlədiyini və onunda evdə olmadığını, eləcədə Azərin qardaşı Sədinin və anası Kəmalənin qohumlarının yas yerində olduqlarını bildiyindən yandıracağı evdə heç kimin olmadığını bilmişdir. O, Azərin evinin həyətyanı sahəsinə məhlədə olan setkadan keçmiş, qapı kilidli olmadığından evə daxil olub yataq otağına keçmişdir. Əlində 5 litrlik qabda olan benzini evin döşəməsinə tökmüş, daha sonra özünə məxsus yandırıcı ilə döşəmədə olan benzinə od vurmuşdur. Həmin vaxt alovun qəfil yüksəlişi onun üzünə vurmuş və qolunun tüklərini ütmüşdür. Dərhal evdən çıxıb öz evinə getmiş, daha sonra DİN-in 102 xidmətinə zəng edib qonşusunun evini yandırmağını məlumat vermişdir. Həmçinin, evi yandırarkən ona heç kim köməklik etməmiş, eləcədə evdə nə qədər pul və ya qızılın olduğunu ümumilikdə evə nə qədər maddi ziyan yetirdiyi bilməmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, atası X8, anası Şahid2 və qardaşı Şahid1 ilə birlikdə Göygöl rayonu Mollacəlilli kəndində yaşayır, subaydır, rəsmi iş yeri yoxdur. Günəmuzd fəhləlik edərək dolanır. Hazırda qardaşı Azər Bakı şəhərində, atası Aqil isə, Kəlbəcər rayonunda sürücü işləyir. Bu səbəbdən evdə anası və özü qalır. 03 avqust 2023-cü il tarixdə onlarla yaxınlıqda yaşayan babası vəfat etmiş. Bu səbəbdən də 06 avqust 2023-cü il tarixdə saat 01 radələrində anası və özü babasının yas yeri olması ilə əlaqədar dayısıgilə getmişlər. Evdə isə, heç kim olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat 01:15 radələrində dayısıgildə olan zaman anası onu çağırıb evlərinin yanmasını bildirmişdir. Bu zaman tez anası və yasa yığışan qonşu və qohumlarla birlikdə evlərinə tərəf qaçmış və evlərinin yanmasını görmüşdür. Qonşulardan kimsə yanğınsöndürən çağırmışdır. O, evinin kimin yandırdığını soruşduqda qonşusu Topçax adlı şəxs “yandırmışıq, yaxşı eləmişik, biz yandırmışıq” demişdir. Topçaxın anası Sveta və atası Ağalar isə evi oğulları Təbiyətin yandırmasını bildirmişdir. X11 arasında ədavət olduğundan həqiqətən də evi sonuncunun yandırmasına inanmışdır. Ədavət isə ondan qaynaqlanmışdır ki, təxminən 15 gün əvvəl Təbiyət qonşular arasında söz yayaraq demişdir ki, guya hazırda Bakı şəhərində olan qardaşı Azərin onun arvadı Elnarə ilə qeyrirəsmi münasibəti vardır. Hətta Təbiyət qardaşı Azəri arvadı Elnarə ilə birlikdə tutması barədə Göygöl RPŞ-yə müraciət də etmişdir. Lakin Təbiyət nə ona, nə də ana və atasına bu barədə heç nə deməmişdir. Yanğınsöndürmə xidməti hadisə yerinə gəlib yanğını söndürsə də lakin buna baxmayaraq evin tavanı, dam örtüyü, döşəməsi və iki otağı tamamilə yanmışdır. Həmçinin, yanğın nəticəsində yaşadığı evin 9800 (doqquz min səkkiz yüz) manat dəyərində yanar konstruksiyasını, evdə olan iki ədəd hər biri 500 (beş yüz) manat dəyərində iki nəfərlik yataq dəsti, bir ədəd 100 (yüz) manat dəyərində çarpayı, bir ədəd 500 (beş yüz) manat dəyərində paltar üçün dolab dəsti, bir ədəd 200 (iki yüz) manat dəyərində stol, səkkiz ədəd hər biri 30 (otuz) manat dəyərində stul, bir ədəd 200 (iki yüz) manat dəyərində jurnal stolu, bir ədəd 200 (iki yüz) manat dəyərində 6 x4 metr ölçüdə xalça, bir ədəd 100 (yüz) manat dəyərində çilçıraq, 1000 (min) manat dəyərində qabqacaq, 1000 (min) manat dəyərində geyim əşyalarını, yataq otağında dolabın içərisində olan bir ədəd 780 (yeddi yüz) manat dəyərində 583 əyarlı 4,5 qram çəkidə qızıl üzük, bir ədəd 1200 (min iki yüz) manat dəyərində 583 əyarlı, 7 qram çəkidə qızıl üzük, bir ədəd 1000 (min) manat dəyərində 583 əyarlı 6 qram çəkidə qızıl sep, bir cüt 800 (səkkiz) manat dəyərində 583 əyarlı 5 qram çəkidə qızıl tana, bir ədəd 600 (altı yüz) manat dəyərində 583 əyarlı 4 qram qızıl qolbaq və 2900 (iki min doqquz yüz) manat nağd pulu yandırmaqla ümumilikdə zərəçəkmiş şəxsə xeyli miqdarda yəni 21.620 (iyirmi bir min altı yüz iyirmi) manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəyən zərər ödənilmişdir. O, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 öz ifadəsində Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu xüsusatları göstərərək eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 könüllü olaraq ifadə verərək göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Mollacəlilli kəndində yaşayır, evlidir, bir övladı var. Göygöl şərab zavodunda fəhlə işləyir. Adı Mübariz olsa da qonşular onu çox vaxt Topçax ləqəbi ilə çağırır. Təqsirləndirilən şəxs onun qardaşıdır, onunla qonşuluqda yaşayır. 06 avqust 2023cü il tarixdə saat 01 radələrində öz evində olan zaman səs-küy eşimiş və anası Sveta ilə küçəyə çıxmışdır, Bu zaman qonşusu Sədigilin evinin yanmasını görmüşdür. Həmin vaxt qardaşı Təbiyət ona zəng edərək Sədinin evini yandırmasını, polislər gəldiyi vaxt polisləri onun evinə aparmağınıı demişdir. Həmin vaxt, Sədi də evlərinin qarşısına gəlmiş, evi yandıranın ünvanına söyüşlər söymüş, bu zaman ona söyüş söyməməyini, onların da yəni qardaşı Azərin də düz hərəkət etmədiyini demişdir. Daha sonra ora polis əməkdaşları gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadə verərək göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Mollacəlilli kəndində yaşayır, subaydır. Fərdi sahibkar kimi fəaliyyət göstərir, belə ki, Göygöl rayonu Mollacəlilli kəndində ərzaq mağazası var və həmin mağazanı işlədir. Müşviq isə atasının adıdır, mağazanı o, işlədir. Həmçinin kəndə yaxın ərazidə yanacaq doldurma məntəqəsi olmadığı üçün mağazada kənd camaatına bir litri 1,10 manatdan benzin yanacağı satır. 04 avqust 2023-cü il tarixdə həmkəndlisi Təbiyət onun mağazasına gələrək ondan 5 litr yanacaq almışdır. Ona yanacağı aparmaq üçün qab gətirməsini dedikdə Təbiyət dərədə maşın qalmasını, yanacaq qabını növbəti gün gətirib verəcəyini demişdir. O, Təbiyətə 5,50 manata 5 litr yanacaq satmışdır. İki gün sonra eşitmişdir ki, Təbiyət qonşusu Sədinin evini yandırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Təbiyət ondan yanacaq alan zaman sərxoş olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 könüllü olaraq ifadə verərək göstərmişdir ki, Göygöl rayonu Mollacəlilli kəndində yaşayır, evlidir, 4 övladı vardır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun oğludur. Özü digər oğlu Mübariz ilə birlikdə yaşayır. Təbiyətgil isə, onlarla qonşuluqda yaşayır. 06 avqust 2023-cü il tarixdə saat 01 radələrində öz evində olan zaman səs-küy eşitmişdir. Bu zaman oğlu Mübariz ilə küçəyə çıxmışlar. Həmin vaxt qonşusu Sədigilin evinin yanmasını görmüşlər. Həmin vaxt oğlu Mübariz Təbiyət ilə telefonla danışdıqdan sonra evi Təbiyətin yandırmasını demişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Mollacəlilli kəndində anası, atası və qardaşı ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə qonşusu Elnarə ondan borc pul istədiyindən sonuncuya pul vermək məqsədilə onların evlərinin arxasına tərəf getmişdir. Həmin vaxt Elnarənin əri Təbiyət sərxoş vəziyyətdə onun üzərinə hücum çəkmiş və arvadı Elnarə ilə aralarında intim münasibətin olduğunu zənn etmişdir. Lakin Elnarə ilə aralarında qonşuluqdan başqa heç bir münasibət olmamışdır. Bundan başqa Təbiyəti döyməmiş, sonuncu onun üzərinə hücum çəkdikdə oradan qaçmışdır. Həmçinin, oradan qaçdığından Təbiyətin Elnarəni döyməsini görməmişdir. Bundan sonra Bakı şəhərinə işləməyə getmişdir. Təbiyətin onların evlərini yandırması barədə məlumatı qardaşı Sədidən eşitmişdir. Hadisə nəticəsində onlara ümumilikdə 21.620 (iyirmi bir min altı yüz iyirmi) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, 06 avqust 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer, Göygöl rayonu Mollacəlilli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış məntəqəsində baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, itintaq zamanı ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə öz ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs məxsus yaşayış məqtəqəsini qəsdən yandırdığını bildirib hadisə vaxtı davranışlarını əyani şəkildə nümayiş etdirmiş, bununla bağlı protokol və fotocədvəl cinayət işinə əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2004/2023 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünürki Təqsirləndirilən şəxs alkoqol sərxoşluğunun dərəcəsi- orta dərəcəli sərxoşdur. Cinayət işinə əlavə edilmiş MTE və PA X7 şəxsin Göygöl rayon şöbəsinin 398 nömrəli xx.xx.2023-cü il tarixli, 398 nömrəli rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ yanaq nahiyəsinin yarası - yüksək hərarətin (alovun) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6963 nömrəli Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyindən görünür ki, Göygöl rayonu Mollacəlilli kəndində Şahid2 yaşadığı fərdi yaşayış evində yanğının mənbəyi, evin yataq otağının daxilində döşəmə səviyyəsində olmuş və yanğın yanar materialların səthi ilə genişlənərək evin digər hissələrinə yayılmışdır. Yanğın, istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə yaşayış otağının daxilində mənbə zonasının yaradılması nəticəsində baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Göygöl rayonu Mollacəlilli kəndində yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 7186.00 (yeddi min yüz səksən altı)manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6777 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünürki, ekspertiza təyini haqqında qərarda göstərilən 13 adda malların ümumilikdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3760,0 (üç min yeddi yüz altmış)manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə, qonşusu Şahid1 ilə aralarında olan ədavətə görə 06 avqust 2023-cü il tarixdə saat 01 radələrində sonuncunun birlikdə yaşadığı qardaşı Zərərçəkmiş şəxs məxsus Göygöl rayonu Mollacəlilli kəndində yerləşən 91,25 kv.metr sahəsi olan fərdi yaşayış evinə daxil olaraq özü ilə yaşadığı evdən gətirdiyi benzini yataq otağında döşəməyə töküb üzərində gəzdirdiyi alışqan ilə od vurmaqla Zərərçəkmiş şəxs məxsus evin 9800 (doqquz min səkkiz yüz) manat dəyərində yanar konstruksiyasını, evdə olan iki ədəd hər biri 500 (beş yüz) manat dəyərində iki nəfərlik yataq dəsti, bir ədəd 100 (yüz) manat dəyərində çarpayı, bir ədəd 500 (beş yüz) manat dəyərində paltar üçün dolab dəsti, bir ədəd 200 (iki yüz) manat dəyərində stol, səkkiz ədəd hər biri 30 (otuz) manat dəyərində stul, bir ədəd 200 (iki yüz) manat dəyərində jurnal stolu, bir ədəd 200 (iki yüz) manat dəyərində 6 x4 metr ölçüdə xalça, bir ədəd 100 (yüz) manat dəyərində çilçıraq, 1000 (min) manat dəyərində qabqacaq, 1000 (min) manat dəyərində geyim əşyalarını, yataq otağında dolabın içərisində olan bir ədəd 780 (yeddi yüz) manat dəyərində 583 əyarlı 4,5 qram çəkidə qızıl üzük, bir ədəd 1200 (min iki yüz) manat dəyərində 583 əyarlı, 7 qram çəkidə qızıl üzük, bir ədəd 1000 (min) manat dəyərində 583 əyarlı 6 qram çəkidə qızıl sep, bir cüt 800 (səkkiz) manat dəyərində 583 əyarlı 5 qram çəkidə qızıl tana, bir ədəd 600 (altı yüz) manat dəyərində 583 əyarlı 4 qram qızıl qolbaq və 2900 (iki min doqquz yüz) manat nağd pulu yandırmaqlaümumilikdə zərəçəkmiş şəxsin xeyli miqdarda yəni 21.620 (iyirmi bir min altı yüz iyirmi) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətlərin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 186.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun himayəsində azyaşlı uşağının olmasını, etmiş olduğu cinayət barəsində DİN-in 102 zəng mərkəzini məlumatlandırmasını, səmimi olaraq etmiş olduğu cinayət əməlini etiraf etməsi, zərərçəkmiş şəxslə barışması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi və aradan qaldırmasını CM-nin 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması haqqında məsələnin həlli zamanı yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və belə qənaətə gəlir ki, onun cəza çəkmədən də islah olunması mümkündür, ona görə də təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməlidir. CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən sosial ədalətin bərpasını və təqsirləndirilən şəxsin islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Bundan başqa, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilərək qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - 01 ədəd alışqan – hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 155 (yüz əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - 01 ədəd alışqan – hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 155 (yüz əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov İş № 1(066)-128/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 18 dekabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Kəlbəcər rayonu, Zallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Zallar kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan, bаrəsində “ev dutaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Şərti məhkum etmə dövrü ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - 01 ədəd alışqan – hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 155 (yüz əlli beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(066)-128/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-128/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver