Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-129/2023 15.12.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Göygöl rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, о, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1.174 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 00:10-da Gəncə şəhər BPİ-nin 1-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, ünvan 2 ünvanında yerləşən X12 Xəstəxanasının yaxınlığında saxlanılıb, Gəncə şəhər, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-ni 1-ci PŞ-nin İnzibati binasına gətirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf siqaret falqası bükümündə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.174 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,834 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, o, 31 avqust 2023-cü il tarixdə saat 15:20 radələrində Göygöl rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Göygöl şəhəri S.Hacıyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibində saxladığı 1 ədəd şəffaf sellofanın bükümün içərisində olan təmiz çəkisi 0,834 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddət əvvəl Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə hesab edilən metanfetamin aşkar edildiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi istintaq edilir. Özü psixotrop maddə olan “metamfetamini istifadəçidir. Həmin psixotrop maddəni “patı” kimi adlandırır. xx.xx.2023-cü il tarixində Gəncə şəhəri, Totanlı küçəsi Mərkəzi Klinikanın yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Həmçinin narkotik vasitə gəzdirməkdə və üzərimdə saxlanılmasında şübhəli olduğumu bildirib, onu Gəncə şəhəri 1-ci Polis şöbəsinə gətirmişlər. Gəncə şəhəri 1-ci Polis şöbəsinə aparılan zaman ona qarşı hər hansı psixi və fiziki zor tətbiq olunmamışdır. Gəncə şəhər 1-ci polis şöbəsində müdafiəçisi X4 iştirakı ilə video çəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olmuş hansısa predmet varsa onu təqdim etməyi təklif edilmişdir. O, öz növbəsində əynində olan göy rəngli şalvarının ön sağ cibində olan şəffaf rəngli siqaret falqasına bükülmüş, “patı” adlandırdığı “metamfetamini” təqdim etmişdir. Həmin “patı” adlandırdığı metamfetamini xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman yerdən tapmışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Eləcədə onu satmaq fikrində olmamışdır. Üzərindən götürülmüş “metamfetaminə” oxşar maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,40 (bir tam yüzdə qırx) qram olmuşdur. Həmin metanfetamini şəxsi istifadəsi məqsədilə üzərində daşımışdır. Aşkar olunmuş kütlə zərfə qablaşdırılaraq, üzəri DİN-nin 110 nömrəli möhürü ilə möhürlənmiş, özü və şəxsi axtarış iştirakçıları tərəfindən üzəri imazalanmışdır. Daha sonra ekspert rəyi ona elan olunmuşdur. Sonradan öyrənmişdir ki, üzərindən aşkar olunmuş maddə kustar üsulla hazırlanmış, təmiz çəkisi 1,174 (bir tam mində yüz yetmiş dörd) qram olan psixotrop maddə metamfetamindir. Bundan sonra barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Göygöl rayonu ərazisində “Çay Bağı” deyilən ərazidə piyada hərəkətdə olan zaman yerdə ağ rəngli sellofanın içərisində olan şəffaf sellofan bükümü görərək götürmüş və içərisini açıb baxarkən bükümün içərisindəki kütlənin kakos deyilən narkotik vasitə olduğunu görmüşdür. Əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi məqsədilə götürmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 15:20-də Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsində hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Göygöl RPŞ-yə gətirmişlər. Göygöl RPŞ-də vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Baxış zamanı təhqiqatçı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi bildirdikdə əynində olan qara rəngli şalvarın sağ cibində şəxsi istifadəsi üçün saxladığı ağ rəngli şəffaf sellofan bükümdə olan kakos deyilən narkotik vasitəni təqdim etmişdir. Bundan sonra həmin bükümün içərisindəki narkotik vasitə elektron tərəzidə çəkilmiş, 1,2 qram olmasını görmüşdür. Sonra həmin büküm zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. Həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Hal-hazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, 2014-cü ildən Daxili İşlər orqanlarında çalışır. Əvvəllər, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 31 avqust 2023-cü il tarixdə Göygöl şəhəri Səbuhi Hacıyev küçəsi, ev 91-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və Göygöl rayon ərazisində istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı ehtimal olunan cinayət əməlini ifşa edilməsi məqsədilə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun və şöbənin İTB-nin sahə rəisi, polis mayoru Şahid2, sahənin polis nəfərləri, polis baş serjantı Şahid3 və Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində narkotik vasitəni əldə etməsi, üzərində saxlaması və Göygöl rayon ərazisində istifadə edilməsində şübhəli olan Təqsirləndirilən şəxs hazırda yaşadığı küçədə olduğunu müəyyən etmişlər. Ona görədə adlarını qeyd etmdiyi polis əməkdaşları ilə birlikdə qeyd edilən ünvana getmişlər. Təqsirləndirilən şəxs küçədə saxlanılmışdır. Özlərini ona təqdim edib üzərində narkotik vasitə daşımaqda, rayon ərazisində istifadə etməsində şübhəli olduğu üçün saxlanıdığını və məhz bu səbəbdən onlarla Göygöl rayon Poliş Şöbəsinə getməli olmasının zərurliyini izah etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Üzərinə şöbənin Təhqiqat bölməsinin təhqiqatçısı Elməddin Kamalov tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Dövlət hesabına dəvət edilmiş vəkil Namiq Həsənov gəldikdən sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən ona üzərində narkotik vasitə, psixotrop maddə qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli penceyin sol yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükülünü təqdim edib bildirmişdir ki, həmin bükümü yerdən tapmış, içərisindəki kütlə isə heroindir. Sonra aşkar olunmuş kütlə elektron tərəzidə çəkildə və narkotik maddə olub-olmamasını müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmin zərf 72 nömrəli möhürlə möhürlənmiş və şəxsi axtarışda iştirak edən şəxslər zərfə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2, Şahid3 və Şahid4 ifadəsində Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid5 ifadə verərək göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1ci polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs ilə heç bir qohumluq münasibəti və ya ədavəti olmamış. onun psixotrop maddələr istifadə etməsi barədə məlumat daxil olmuşdur. Buna görədə raportla şöbə rəhbərliyinə bu barədə məruzə etmişlər. Həmin raport əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərar əsasında həmkarı əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ilə keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 02 iyun 2023-cü il tarixdə saat 00:10 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Totanlı küçəsində yerləşən Mərkəzi klinikanın qarşısında olmasını müəyyən etmişlər. Ona yaxınlaşıb özlərini polis əməkdaşı olaraq təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü həyəcanlı və şübhəli aparması onların diqqətini cəlb etmişdir. Bu zaman ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu birlikdə Gəncə şəhər 1-ci polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə gəlmişdir. Bundan sonra Gəncə şəhər vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən üzərində şəxsi axtarış keçirilmiş ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli siqaret falqasına bükülmüş metanfetaminə bənzər kütlə aşkar edildi. Bundan başqa, üzərindən aşkar olunan bükülü tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün möhürlənmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi üzrə ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs üzərinə Göygöl rayon polis şöbəsində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış 31 avqust 2023-cü il tarixdə saat 16:25-də başlanmış, 16:33-də qurtarmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı bir ədəd şəffaf sellofan paketin içərisində olan kütləni təqdim edib bildirir ki, həmin bükümün içərisindəki kütlə narkotik vasitə olan kakos adlandırdığı narkotik maddə olmasını Göygöl rayon ərazisindən yerdən tapdığını özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, həmin büküm açıldıqda içərisində toz şəklində kütlə olması aşkar edilmiş, həmin kütlə sellofan büküm ilə birlikdə xüsusi tərəzidə çəkilmiş, kütlənin ümumi çəkisinin 1,2 qram olması müəyyən edilmiş və həmin kütlə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən tərtib edilmiş protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış videolentə alınaraq 01 ədəd DVD diskə köçürlərək protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-nin İTİ-də xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ cibindən bir ədəd şəffaf siqaret falqası bükümündə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.174 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixdə сTəqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 bölməsinin xx.xx.2023-cü il tarixli, 16/868 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs "Təqsirləndirilən şəxs sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0.834 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 bölməsinin xx.xx.2023-cü il tarixli, 16/573 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində vət "Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddə yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü bükümdə təmiz çəkisi 1.174 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinə əlavə edilmiş Məhkəmə narkoloji ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 1450 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Göygöl RPŞ-nin Cinayət axtarış bölməsindən daxil olmuş əməliyyat tapşırığının cavabından görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Göygöl şəhər sakini Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə ş. Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan başqa Göygöl rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 01 il, 06 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həmçinin, Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 11 ay 26 gün azadlığı məhdudlaşdırılması cəzası verilmişdir. Göygöl rayon İcra və Propasiyadan alınmış arayışla müəyyən olunmuşdur ki, cəzasının əvvəli 17 may 2023-cü il tarixdən hesablanmış, xx.xx.2023-cü il tarixdə Göygöl Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlandığı zaman cəzasının 03 ay 14 gününü çəkmişdir. Cinayət işinə əlavə edilmiş Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 11 ay 26 gün azadlığı məhdudlaşdırılması cəzasını xx.xx.2023-cü il tarixdək 3 ay 15 gününü çəkmiş, çəkilməmiş 2 il 8 ay 11 günazadlığı məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar verməklə sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdirki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə ş. Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli, hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan başqa Göygöl rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 01 il, 06 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həmçinin, Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 11 ay 26 gün azadlığı məhdudlaşdırılması cəzası verilmişdir. Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 11 ay 26 gün azadlığı məhdudlaşdırılması cəzasını xx.xx.2023-cü il tarixdək 3 ay 15 gününü çəkmiş, çəkilməmiş 2 il 8 ay 11 gün azadlığı məhdudlaşdırılması cəzası qalmışdır. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023ci il tarixli, 1(066)-55/2023 nömrəli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 2 il 8 ay 11 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəzayla birləşdirilərək qəti cəza təyin edilməli və Cinayət Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla ona qəti cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin ediməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə tədqiqatdan sonra qalıq qalmış 0,784 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd gümüşü bükümdə tədqiqatdan sonra qalıq qalmış 1.074 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 62 (altmış iki) manat 80 (səksən) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(066)-55/2023 nömrəli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 2 il 8 ay 11 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə tədqiqatdan sonra qalıq qalmış 0,784 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd gümüşü bükümdə tədqiqatdan sonra qalıq qalmış 1.074 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 62 (altmış iki) manat 80 (səksən) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov İş № 1(066)-129/2023 Azərbaycan Respublikası adından HÖKMDƏNÇİXARİŞ Göygöl Rаyоn Məhkəməsi 15 dekabr 2023-cü il Göygöl şəhəri. Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Göygöl rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(066)-55/2023 nömrəli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 2 il 8 ay 11 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə tədqiqatdan sonra qalıq qalmış 0,784 qram çəkidə narkotik vasitə heroin, 1 (bir) ədəd gümüşü bükümdə tədqiqatdan sonra qalıq qalmış 1.074 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 62 (altmış iki) manat 80 (səksən) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(066)-129/2023
Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-129/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver