Məhkəmə qərarları › İş №1(066)-13/2024

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-13/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-13/2024 12.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə Dövlət ittihamıısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Bayram oğlunun iştirakları ilə xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev pr, ev 265-də qeydiyyatda olmaqla Gəncə şəhəri Depo qəsəbəsində yaşamış, Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 325 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Göygöl rayonu, Çaykənd kəndi ərazisində müəyyən edilərək Göygöl şəhəri, A.Hacıyev küçəsi 93-də yerləşən Göygöl rayon Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan qara rəngli torbadan 1 (bir) ədəd, üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümdə, təmiz çəkisi 325 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, hadisədən təxminən 1 ay əvvəl Göygöl rayonu Çaykənd kəndi ərazisində olan zaman yolun kənarında tanıdığı çətənə bitkisinə bənzər bitki olmasını görmüş və həmin bitkidən yığaraq “VEST” siqaretinə dolduraraq çəkmişdir. Bundan sonra həmin çətənə bitkisinə bənzər bitkidən yığaraq qurutmaq məqsədi ilə daşın altına qoymuşdur. Həmin çətənə bitkisinə bənzər bitkidən çəkmək məqsədi ilə özü ilə də götürmüş və yaşadığı Gəncə şəhərinə getmişdir. Bundan sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Gəncə şəhərindən taksi ilə Göygöl rayonu Çaykənd kəndi ərazisinə yolun kənarında daşın altında gizlətdiyi çətənə bitkisini götürmək məqsədi ilə getmişdir. O, həmin çətənə bitkisini daşın altından götürərək, həmin kütləni qara rəngli sellofan torbaya qoyaraq əlində saxlamış və Göygöl rayonu Çaykənd kəndi ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə üç nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Göygöl RPŞ-yə dəvət etmişdilər. Polis Şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üstünə baxış keçirilmiş və ona təklif olunmuşdur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin, o da baxış zamanı əlində olan qara rəngli sellofan torbanı içərisində olan çətənə bitkisinə bənzər kütlə ilə birlikdə təqdim etmişdir. Bundan sonra həmin kütlə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş, həmin kütlənin büküm ilə birlikdə çəkisinin 365 qram olması müəyyən edilmiş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. O da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Hazırda törətdiyi əmələ görə peşimançılıq çəkir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Göygöl RPŞ-yə məlumat daxil olmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev pr, ev 265-də qeydiyyatda olmaqla Gəncə şəhəri Depo qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul edir və Göygöl rayonuna gələrək üzərində gəzdirir. Ona görə də əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək məqsədilə onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul olunmuş qərar əsasında Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 sentyabr 2023-cü il tarixdə saat 15:50 radələrində Təqsirləndirilən şəxs yeri Göygöl rayonu Çaykənd kəndində müəyyən edilərək onlarla birlikdə Göygöl RPŞ-nə dəvət etmişdilər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Göygöl RPŞ-nin inzibati binasına gəlmişdir. RPŞ-nin binasında təhqiqatçı tərəfindən Göygöl rayon ərazisində fəaliyyət göstərən vəkil X1 müdafiəçi qismində dəvət etdikdən sonra video çəkilişlə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, onda saxlanılması qanunla qadağan edilmiş əşya varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanı təqdim edib bildirmişdir ki, həmin qara rəngli torbanın içərisindəki çətənə bitkisinə bənzər kütlə narkotik vasitədir. Bundan başqa üzərindən hər-hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadə edir, həmin kütləni təxminən 1 ay bundan əvvəl Göygöl rayonu Çaykənd kəndi ərazisində yolun kənarından yığmış, daha sonra həmin kütləni qurutmaq məqsədi ilə daşın altında saxlamışdır. xx.xx.2023-cü il tarixdə isə həmin kütləni Göygöl rayonu Çaykənd kəndi ərazisində yolun kənarında əvvəlcədən saxladığı daşın altından götürmüşdür. Daha sonra həmin bir ədəd qara rəngli sellofan torba açıldıqda içərisində bir ədəd lentlənmiş qara rəngli sellofan bükümdə olan kütlə aşkar olunmuşdur. Daha sonra həmin kütlənin çəkisi onlar tərəfindən çəkilmiş və çəkisi sellofan büküm ilə birlikdə 366 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə vəkilin və digər əməkdaşların iştirakları ilə zərfə qoyulub DİNin möhürü ilə möhürlənmişdir. Tərtib edilmiş protokola iştirakçılarla bərabər Təqsirləndirilən şəxs və müdafiəçi imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan: -09 sentyabr 2023-cü il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və üzərindən narkotik vasitə aşkar olunaraq götürülməsinə dair protokol tərtib edilərək videoçəkiliş aparılmışdır. Həmin video çəkilişdə Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan torbanı təqdim edib bildirir ki, həmin qara rəngli torbanın içərisindəki çətənə bitkisinə bənzər kütlə narkotik vasitədir. Polis əməkdaşları tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, həmin kütləni təxminən ay yarım bundan əvvəl Göygöl rayonu Çaykənd kəndi ərazisində yolun kənarından yığmasını, daha sonra həmin kütləni qurutmaq məqsədi ilə daşın altında saxlamasını, xx.xx.2023-cü il tarixdə isə həmin kütləni Göygöl rayonu Çaykənd kəndi ərazisində yolun kənarında əvvəlcədən saxladığı daşın altından götürdüyünü deməsi əks olunmuşdur. Eyni zamanda aşkar olunmuş kütlənin polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə ölçülməsi və qara rəngli sellofan torba ilə birlikdə çəkisinin 366 qram olmasını bildirmələri, sonra isə həmin kütlənin qara rəngli sellofan torba ilə birlikdə zərfə qoyularaq möhürlənməsinin videogörüntüdə əks olunması müəyyən edilmişdir. - Məhkəmə-bioloji ekspertizasının 10 sentyabr 2023-cü il tarixli 16/891 nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd qara rəngli sellofan paketdə olan, 1 ədəd, üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bükümdə, təmiz çəkisi 325 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuanadan 0,2 qram tədqiqata sərf edildi, qalıq 324,8 qram qalıq qalmışdır. - Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2023-cü il tarixli 1891 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına alınmış cavabdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı hardan və kimdən əldə etməsi ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Eləcə də sonuncunun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 324,8 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün Göygöl rayon Polis Şöbəsinin anbarına saxlanması üçün təqdim edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli təlabnamə arayışından, həmçinin alınmış məhkəmə hökmü və qərarın surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Naftalan şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 1 il 5 ay 28 gün müddəti AME cəzası ilə əvəz edilmişdir. Bundan başqa Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın əvəzlənməsi qaydasında təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. -Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2023-cü il tarixli 3434 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. -Cinayət işinə əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü oğlu Şəmil Əmirov və xx.xx.2012-ci il təvəllüdlü qızı Dəniz Əmirova vardır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. -Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. -Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. -Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. -Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. -“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməldən peşiman olmasını, əməlini səmimi etiraf etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs islah olunmasına təsirini nəzərə alıb, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. - Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli 1(125)-391/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 7 ((yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən ona təyin edilmiş cəza Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzanın əvəzlənməsi qaydasında təyin edilmiş ş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.F,Əmirovun cəza çəkməsinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə məhkəmə yuxarıda şərh olunanları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməklə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, 324,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 32 manat 40 qəpik Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cazası hazırki hökm ilə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanılması müddəti nəzərə alınaraq bu cəza müddətinə hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş ) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-də saxlanılan, 324,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza təhqiqatın dəyəri cəmi 32 manat 40 qəpik (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN-**********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası maddi sübutlara aid olan hissədə Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Göygöl rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar