Məhkəmə qərarları › İş №1(066)-13/2025

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-13/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-13/2025 28.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 Üzrə İdarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüququşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi (anası) Nümayəndə, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə,

1. xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(125)-41/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlığın azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə,

2. xx.xx.2003-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair Göygöl Rayon Məhkəməsində cinayət işi olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət və iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2 cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi:

1. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir.

2. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 01 ədəd 200 manat dəyərində və 01 ədəd 100 manat dəyərində dəmir materialdan hazırlanmış yeşikləri açıq ərazidən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2024-cü ilin yanvar ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 01 ədəd 1500 manat dəyərində yem üyüdən aparat və 01 ədəd 100 manat dəyərində su nasosunu açıq ərazidən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1600 (min altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli yolla talama məqsədi ilə 2024-cü ilin aprel ayında, dəqiq günü istintaqa məlum olmayan vaxtda Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq 01 ədəd 1000 manat dəyərində kombi aparatı, 01 ədəd 200 manat dəyərində laqonda, 01 ədəd 150 manat dəyərində gidrafon, 01 ədəd 200 manat dəyərində su nasosu, 01 ədəd 250 manat dəyərində qaynaq aparatı və 04 qutu 50 manat dəyərində qaynaq aparatı üçün istifadə olunan elektrodu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 aprel 2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 01 ədəd 200 manat dəyərində və 01 ədəd 100 manat dəyərində dəmir materialdan hazırlanmış yeşikləri açıq ərazidən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 sahəsindən dəmir yeşik oğurlamış, lakin heç bir aparat götürməmişdir. Zərərçəkmiş şəxs1 ilə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Oğurluğu nə vaxt etdiyini xatırlamır. Əlavə olaraq bildirdi ki, Zərərçəkmiş şəxs1 sahəsindən oğurladığı dəmir yeşiyi taksi vasitəsi ilə aparıb satmış, həmin taksinin sürücüsü Təqsirləndirilən şəxs2 olmuşdur. O, Anarla telefon vasitəsi ilə əlaqə saxlayaraq, ona taksi lazım olduğunu bildirmiş və onlar Göygöl rayonu Üçtəpə kəndi ərazisində görüşərək, Zərərçəkmiş şəxs1 sahəsinə getmişlər, lakin Anar ona heç bir köməklik etməmişdir. Zərərçəkmiş şəxs1 sahəsindən oğurladığı dəmir yeşiyin olçüsü böyük olmamış, həmin dəmir yeşiyi özü götürmüş və Anar ona heç bir köməklik göstərməmişdir. Hadisə günü Zərərçəkmiş şəxs1 sahəsinə gedən zaman təxminən saat 23 radələri olmuşdur. Anarı hadisədən əvvəllər də tanımış və onların münasibətləri olmuşdur. O, Anarı taksi kimi çağıran zaman həmin dəmir yeşiklərin özünə məxsus olmasını demişdir. Zərərçəkmiş şəxs1 sahəsinndən oğurladığı dəmir yeşiyi Anarın avtomobili ilə səhər aparıb satmışdır. Oğurladığı əşyanı 50 manata satmışdır. Oğurladığı əşyanı Gəncənin çıxacağında satmış, lakin satdığı puldan Anara heçnə verməmiş, ona yalnız 10 manat benzin pulu vermişdir. O, Zərərçəkmiş şəxs1 sahəsindən su nasosu oğurlamamışdır. Zərərçəkmiş şəxs2 tanımır, lakin onun evinə girib oğurluq etmişdir. Zərərçəkmiş şəxs2 evi Göygöl rayonu, Üçtəpə kəndində yerləşir. Zərərçəkmiş şəxs2 evindən kombi, laqonda və su nasosu oğurlamış, lakin qaynaq aparatı, elektrodlar və s. oğurlamamışdır. Zərərçəkmiş şəxs2 dəymiş ziyan ödənilmişdir. O, Zərərçəkmiş şəxs1 sahəsinə cəmi bir dəfə girmişdir. Zərərçəkmiş şəxs1 oğurladığı əşyaları bir dəfəyə oğurlayıb Anarın avtomobilinə yığıb aparmışdır. Zərərçəkmiş şəxs1 sahəsindən Anarla gedib bir ədəd dəmir yeşik oğurlamış, lakin ikinci səfər gedən zaman aparat oğurlamış və həmin vaxtı tək olmuşdur. Zərərçəkmiş şəxs1 sahəsindən oğurladığı dəmir yeşiyi Anarın şəxsiyyət vəsiqəsi ilə satmışdır. Belə ki, həmin vaxt özünün şəxsiyyət vəsiqəsi üzərində olmamışdır. Zərərçəkmiş şəxs2 evindən oğurladığı kombini satan zaman ondan şəxsiyyət vəsiqəsi tələb edilməmişdir. O, Zərərçəkmiş şəxs2 evindən oğurluğu tək etmiş, Zərərçəkmiş şəxs2 evindən oğurladığı kombinin olçüsü böyük olmamış, onu tək aparmışdır. Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam həcimdə ödənilmişdir. O, Anarı kəndçisi kimi tanıyır. Anarın ləqəbi “Ağa” olduğu üçün onu “Ağa” kimi tanımışdır. O, Anarı yalnız taksi sürücüsü kimi çağırmış və Anarın oğurluqdan heç bir məlumatı olmamışdır. O, Anara pul verməmiş, lakin taksi kimi çağırdığı üçün onun avtomobilinə 10 manat dəyərində dizel vurmuşdur. Anarı taksi kimi çağıran zaman ona oğurlanan əşyaların özünə məxsus olmasını bildirmiş və onlar həmin əşyaları Gəncəyə aparmalı olmuşlar. Zərərçəkmiş şəxs1 oğurladığı dəmir yeşiyi təxminən 60-70 manata satmış, lakin həmin puldan Anara heçnə verməmişdir. Zərərçəkmiş şəxs1 sahəsinə birinci dəfə nə vaxt girməsini xatırlamır. İbtidai istintaq zamanı ifadə verərkən, ona heç bir təzyiq göstərilməmiş və ifadəsini sərbəst şəkildə vermişdir. Birinci dəfə Zərərçəkmiş şəxs1 sahəsinə gedən zaman Anara məxsus avtomobil ilə getmiş və oradan bir dəmir yeşik oğurlamışdır. Anarın oğurluqla bağlı məlumatı olmamış, o Anara həmin dəmir yeşiyin ona məxsus olmasını bildirmişdir. O, Anarla Zərərçəkmiş şəxs1 sahəsinə gedən zaman qış ayları olmuşdur. O, Zərərçəkmiş şəxs1 sahəsindən oğurladığı dəmir yeşiyi Gəncə qapısının yanında satmış, həmin dəmir yeşiyi səhər satmışlar və dəmir yeşik Anarın avtomobilində təxminən 3-4 saat qalmışdır. Anar dəmir yeşiyin avtomobilə qoyulmasında və ya düşürülməsində ona heç bir köməklik etməmişdir. Zərərçəkmiş şəxs1 sahəsinə ikinci dəfə nə vaxt girdiyini xatırlamır. İkincı dəfə girib oğurladığı əşyaları orada olan motosikletə satmışdır. Zərərçəkmiş şəxs2 evinə nə vaxt girdiyini xatırlamır. Zərərçəkmiş şəxs2 evindən kombi, laqonda və su nasosu oğurlamış, lakin qaynaq aparatı, elektrodlar və s. oğurlamamışdır. Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyaları tək aparmış və satmışdır. Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyaları 2244 zəng vurub taksi çağıraq həmin taksi vasitəsi ilə aparmışdır. Zərərçəkmiş şəxs2 evindən oğurluq edən zaman təxminən saat 17- 18 radələri olmuşdur. Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyaları Gəncə şəhərində ATES-in yanında metal qəbulu məntəqəsinə satmışdır. Qaynaq aparatının oğlurlanmasında özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs1 oğurladığı dəmir yeşiyi təxminən 60-70 manata satmış, lakin həmin puldan Anara heçnə verməmişdir. Zərərçəkmiş şəxs2 evindən oğurladığı kombini evin yanında olan meşədə söküb mis kimi satmışdır. Sifariş verdiyi taksi kombini sökəndən sonra gəlmişdir. Oğurladığı əşyalardan əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs2 evinə girən zaman orada yaşayış olub-olmamasını bilməmişdir. O mülki iddianı 1850 manatın ödənməsində qəbul edir və ona zərərçəkmiş şəxs barışıq verərsə oğurladığı əşyaları qaytaracaq, lakin yol xərci ilə bağlı hissədə mülki iddianı qəbul etmir və maddi ziyanla bağlı heç bir əşyanı qaytarmayacaqdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, O, Təqsirləndirilən şəxs1lə özünə məxsus avtomobil ilə getmiş və Təqsirləndirilən şəxs1 dəmir satmışdır. Bir neçə gün sonra Polis əməkdaşları onu saxlamış, polis şöbəsinə aparmış və orada 2 gün saxlamışlar. Şöbədə olan zaman ona güya onun dəmir oğurlayıb satmasını bildirmişlər. Lakin o hər hansı bir oğurluq törətmədiyini bildirmişdir. O, Nadirdən soruşarkən, Nadir ona getdikləri torpaq sahəsinin onlara məxsus olmasını bildirmiş və onun oğurluqdan heç bir məlumatı olmamışdır. Onlar metal qəbulu məntəqəsinə çatan zaman Nadir ona üstündə şəxsiyyət vəsiqəsinin olmamasını bildirmiş, bundan sonra onun şəxsiyyət vəsiqəsi ilə dəmirləri satmışlar. Onun oğurluq etmək üçün heç bir maddi və ya mənəvi sıxıntısı olmamışdır. Əlavə olaraq bildirdi ki, O, Nadiri Göygöl rayonu, Üçtəpə kəndində yaşayan sakin kimi tanımışdır. Nadir ona 2024-cü ilin aprel-may aylarının təxminən axşam radələrində zəng vurub özlərinə məxsus sahədən dəmir aparmaq üçün taksi kimi çağırmışdır. Nadirin götürdüyü dəmirin çəkisini bilmir, Nadir həmin dəmiri özü götürüb avtomobilə qoymuşdur. Nadir dəmiri onun avtomobilinə qoyduqdan sonra onlar ayrılmışlar və o evə getmişdir. Səhərə yaxın Nadirə zəng vuraraq işə çıxmalı olmasını bildirmiş, bundan sonra onlar görüşmüş, Nadirlə dəmiri aparmış və Nadir dəmiri satmışdır. Metal qəbulu məntəqəsinə dəmir qabdan başqa heçnə verilməmiş, lakin həmin dəmirin çəkisini bilmir. Nadirə kömək etməkdən başqa onun heç bir maddi marağı olmamışdır. Nadir elədiyi hörmətin qarşısında onun avtomobilinə 8 manat dəyərində yanacaq tökmüşdür. O, Nadirə yoldaşdıq naminə köməklik etmişdir. Onun Nadirin oğurluq etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. O, Nadirə dəmir yeşiyin avtomobilə qoyulmasına heç bir köməklik etməmiş, lakin avtomobilin yük yerini açmış və avtomobilə xəsarət olmaması üçün avtomobilin yük yerinə kardon düzmüşdür. Dəmir yeşiyin çəkisini xatırlamır və Nadir həmin dəmir yeşiyi avtomobilinə qoyan zaman ona heç bir köməklik göstərməmişdir. O, Nadirə yalnız yoldaşdıq naminə köməklik etmişdir. Onun oğurlanan maldan və onun sahibindən xəbəri olmamış, sadəcə maşın sürmüşdür. O cinayət olduğunu bilsə idi Nadiridə cinayət etməyə qoymazdı. Ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, O, səhər tezdən obyektinə baxış keçirən zaman orada əksiklik olmasını müəyyən etmiş, daha sonra əksik olan əşyaları haradan tapa biləcəyini fikriləşmiş və metal təhvil verilən yerləri axtarmağa başlamışdır. Gedib şəhərin çıxacağına çıxmış və orada yerləşən metal qəbulu məntəqələrinin birində yeşiyin birini görmüş, bundan sonra ora yaxınlaşaraq dərhal polisə zəng vurmuş və polislər tezliklə gəlmişlər. Əlavə olaraq bildirdi ki, ondan su matoru, ot doğruyan və iki ədəd konteyner oğurlanmışdır. Ondan oğurluğ iki dəfəyə edilmişdir. Oğlurluq hadisəsi birinci dəfə olan zaman o hiss etməmiş, ikinci səfər isə oğurluq baş verəndə artıq hiss etmişdir. O, oğurluğun olmasını fikirləşməmiş elə bilmişdir ki, stanoku qonşusu götürmüşdür. Qonşusunu görən zaman, qonşusu ona stanoku götürməməsini bildirmişdir. Metal təhvil verilən yerin sahibindən yenşiyin ona kimin tərəfindən verilməsini soruşduqda, polis əməkdaşları gələrək araşdırmanı aparmağa başlamışlar. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Ondan 4 ədəd əşya oğurlanmış, oğurlanan əşyaların içərisində olan stanokun qiyməti 1500 manat olmuşdur. Oğulanan əşyalardan ancaq 2 ədəd dəmir konteynerləri metal təhvil verilən obyektdə görmüşdür. Su matorunun harada olub-olmaması barədə heç bir məlumatı yoxdur. Oğurlanmış dəmir konteynerləri polislər ona qaytarmışlar, lakin stanok və su matoru üzə çıxmamışdır. Polisdə ifadə vermiş, orada ifadə verən zaman oğurluğun kimlər tərəfindən edilməsi baradə məlumatı olmamasını bildirmişdir. Ona dəymiş ziyanı Təqsirləndirilən şəxs1 atası ödəmişdir. Hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Onun obyekti Üçtəpə kəndində yerləşir. Obekti parnikdən ibarətdir. Hadisə 2024-cü ilin qış aylarında baş vermişdir. Ona ümumilikdə 1900 manat məbləğində ziyan dəymişdir. Hər iki oğurluq epizodu dekabr və ya yanvar ayında baş vermişdir. Hər iki oğurluğun arasında cəmi bir gün fərq olmuşdur. O, obyektində oğurluq olmasını müəyyən etdiyi günü polisə müraciət etmişdir. O, torpaq sahəsinə hər gün gedir. Oğurluğun apreldə olması ehtimalı çox azdır, ancaq oğurluğun yanvar ayında olması ehtimalı daha çoxdur. Yanvarda hava soyuq olması səbəbindən, o istifadəsində olan torpaq səhəsinə tez-tez gedə bilmir, yaz-payız aylarında isə iş qaynayır və mütamadi olaraq orada olur. Polisə nə vaxt müraciət etdiyini dəqiq xatırlamır, belə ki artıq müraciət etdiyi vaxtdan 1 ilə yaxın vaxt keçmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Bundan sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, 1(066)-13/2025 saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Hazırda cinayət nəticəsində ona dəymiş zərər tam olaraq ödənmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İşi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, ərizənin nəzərə alınmasını və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi (anası) Nümayəndə mülki iddianı müdafiə edərək göstərdi ki, göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. Oğurluq barədə məlumat əvvəlcə rəhmətlik yeznəsinin qardaşı və bacısına verilmiş, onlara isə oğurluq barədə məlumat gec çatmışdır. Rəhmətlik yeznəsinin qardaşı və bacısına oğurluq barədə məlumat verildikdən sonra, onlar hadisə yerinə gedib oraya baxış keçirmişlər və evin yarılmasını müəyyən etmişlər. Evdən kombi və digər ləvazimatlar oğurlanmış, həmçinin oğurluq edən şəxslər mətbəxdə yerləşən paltaryuyanı oğurlamaq istəyən zaman pəncərəni sındırmışlar, lakin paltaryuyan böyük olduğu üçün onu çıxarda bilməmişlər. Onlar hadisə barədə məlumatı əldə etdikləri zaman, qızı avqust ayında Rusiyada olduğu üçün dərhal aviabilet alıb Azərbaycana gəlmiş və polisə ərizə ilə müraciət etmişdir. Onun qızı yoldaşını itirmiş, 3 uşaqla əlində olan 36 yaşlı qadındır. Qızı Hədiyyə ona toyda alınan kolyeni satıb aviabilet alaraq Rusiyadan Azərbaycana gəlmişdir. Əlavə olaraq bildirdi ki, ittiham aktında qeyd olunan 1 ədəd kombi, 1 ədəd laqonda, 1 ədəd gidrafon, 1 ədəd su nasosu, 1 ədəd qaynaq aparatı, 4 ədəd qaynaq aparatının elektrodu həqiqətən oğurlanmışdır. Onlara dəymiş ziyanla bağlı heçnə ödənilməmişdir. O, qızı Hədiyyə ilə bu gün məhkəmə zalına girməmişdən öncə danışmış, Hədiyənin qohumu Zahid adlı şəxslə isə danışmamışdır. Təqsirləndirilən şəxs dəymiş ziyanı Zahidə ödəyib-ödəməməsi barədə heç bir məlumatı yoxdur, bu iş üzrə zərərçəkmiş şəxs onun qızı Hədiyyədir və ona heçnə ödənilməmişdir. O, qızının anası olduğu üçün etibarnamə asasında onu təmsil edir. O, qızına dəymiş maddi və mənəvi ziyanı tələb edir. Mənəvi ziyan deyərkən, oğurluq nəticəsində qızı Hədiyyə tərəfindən keçirilmiş stresləri nəzərdə tutur. Onlara dəymiş 1850 manat ziyanla bağlı heçnə ödənilməmişdir və oğurlanmış əşyalardan heçnə qaytarılmamışdır. O, qızına dəymiş maddi və mənəvi ziyanı tələb edir. Hədiyyə Rusiyada yaşayır və hadisəni eşidən vaxt uşaqları ilə birlikdə Rusiyadan vaqonla Rusiya Federasiyasının Samara vilayətinə gəlmiş və oradan təyyarə ilə Azərbaycana gəlmişdir. Mülki iddiaya əlavə edilmiş biletlər elektron olaraq alınmışdır. Qızı Azərbaycana gələn vaxt polisdə izahat vermişdir. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsində göstərilmiş 3695 manat pul məbləği qızı olan zərərçəkmiş şəxsin Rusiya Federasiyasının Orenburk şəhərindən, Samara şəhərinə 3 azyaşlı uşağı ilə qatarla gəlməsi və oradan isə Azərbaycana bu işlə bağlı gəlməsi barədə təyyarə biletinə verməsi barədə xərcdir. Onlar həmin pulların ödənməsini istəyir. Qızı avqust ayında gəlmiş və ərizə vermiş, uşaqlarının sentyabr ayında dərsləri başlaması səbəbindən ona etibarnamə verib qayıtmışdır. Qızı ödənişləri rus rublu ilə ödəmişdir. Həmçinin oğurlanmış əşyaların dəyəri 1850 manatdır. Təqsirləndirilən şəxs1 qohumları əşyaları gətirmiş və onlara həmin əşyaları şərtlə qaytarmaq istəyirlər. Belə ki, onlar həmin əşyaları qaytararlarsan onlardan ərizə vermələrini istəyirlər. Qızı ilə danışmış qızı onlara oğurlanmış əşyaları və onun tərəfindən yola çəkilmiş 3695 manat pulun tam şəkildə ödənməsini istəmişdir. Qızı verilmiş matorların yaxşı olmamasını və yağ buraxmasını bildirmiş, Təqsirləndirilən şəxs1 qardaşı yeni kombi alıb gətirmişdir. Onlar çəkilmiş xərclərin 1/3 hissəsini istəyirlər. Onun qızı gəlib özü evinə baxmalı idi ki hansı əşyaları evdən oğurlanmışdır, bu səbəbdən ona Rusiyadan etibarnamə verməmişdir. Əşyaları qəbul edirlər və yol xərcini də istəyirlər. Onun qızı üç az yaşlı uşaqla gəlmiş bu səbəbdən onların yol xərci çox olmuşdur. Onlar hazırda 1850 manat dəymiş zərəri tələb edirlər. Hadisə vaxtı qızının uşaqlarının 15 və 17 yaşları olmuş, tək gələ bilməmiş və qızı olan zərərçəkmiş onlarla gəlmişdir. 1850 manat vurulmuş ziyanla bağlı əşyaları götürülmələrinə razı deyillər, onlar vurulmuş ziyanı həmçinin də yol xərcini tələb edirlər. Onlar oğurlanmış veşlərin geri qaytarılmasını və yol xərcinin qaytarılmasını tələb edirlər. Hazırda təqsirləndirilən şəxslə barışmamışlar, mülki iddianı müdafiə edirərək təmin edilməsini və təqsirləndirilən şəxslərə qanuna müvadiq cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ona kombi gətirib satmışdır. Daha sonra Polis əməkdaşları onun yanına gələrək, həmin kombinin oğurluq olduğunu demiş, bundan sonra o həmin kombini qaytarıb vermişdir. Əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 ona satdığı kombi qırıq olmuşdur. Təqsirləndirilən şəxs1 kombini onun yanına çəkişlənmiş vəziyyətdə gətirmişdir. Təqsirləndirilən şəxs1 gətirdiyi kombini metal kimi 25 manata almışdır. Təqsirləndirilən şəxs1 ona cəmi bir ədəd kombi satmışdır. Təqsirləndirilən şəxs1 kombini onun yanına nə vaxt gətirdiyini dəqiq xatırlamır, təxminən günüz vaxtları gətirmişdir. Hadisədən artıq bir il keçib və bu səbəbdən kombini gətirdiyi günü dəqiq xatırlamır, lakin təxminən yay ayları olmuşdur. Təqsirləndirilən şəxs1 onun yanına tanımadığı bir avtomobillə tək gəlmiş və yalnız kombi gətirmişdir. Təqsirləndirilən şəxs1 gətirdiyi kombinin içində mis olduğu üçün həmin kombini 25 manata almışdır. Misin kiloqramı 11 manat 50 qəpikdir, Nadir gətirdiyi kombinin içərisində təxminən 2 kiloqram 700 qram mis olardı. O, Nadirə kombiyə görə 25 manat təklif etmiş, Nadir isə təklifi ilə razılaşmışdır. O, dəmir alan zaman şəxsiyyət vəsiqəsi tələb edir, lakin Nadir gətirdiyi kombi qırıq olduğu üçün ondan şəxsiyyət vəsiqəsi tələb etməmişdir. Nadiri əvvəllər tanımamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata götürülməsi” barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqı aparılması, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. İlkin araşdırma zamanı Göygöl rayonu Üçtəpə kəndində oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin baş verdiyi yerin açıq ərazi olması, hər hansı qanunsuz daxil olma halının olmaması müəyyən edilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK-1/827 nömrəli material istintaqın davam etdirilməsi məqsədi ilə Göygöl RPŞ-nin İB-nə göndərilməsi, qəbul edilmiş qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qəbul edilmiş qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Mütəxəssis təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Göygöl şəhəri 1 saylı orta məktəbin müəllimi X7 mütəxəssis qismində təyin edilməsi, qərarın X9 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs1 edlan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınması və şübhəli şəxs qismində zəruri istintaq hərəkətləri keçirilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs1 qərar elan edilməklə sürətinin ona verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 may 2024-cü il tarixdə saat 18:30-da Göygöl RPŞ-nin inzibati binasında müdafiəçi X4 iştirakı ilə Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X8 tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Şəxsin şübhəli şəxs qismində tanınması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınması və şübhəli şəxs qismində zəruri istintaq hərəkətləri keçirilməsi, şübhəli şəxs Təqsirləndirilən şəxs2 qərar elan edilməklə sürətinin ona verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 may 2024-cü il tarixdə saat 20:30-da Göygöl RPŞ-nin inzibati binasında Müdafiəçi1 iştirakı ilə Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X8 tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Göygöl RPŞ-nin MSY-yə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməklə, qərarın sürətinin ona və müdafiəçisinə təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbrinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan baş müstəntiq Röyal Məmmədov tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməsi, ibtidai araşdırmanı paran Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Röyal Məmmədova Təqsirləndirilən şəxs1 barəsində digər qətimkan tədbiri kimi “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsinin təklif edilməsi və qərar barədə vəsatət verən Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Röyal Məmmədova məlumat verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və barəsidə həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi üçün MSY-dən azad edilməs və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 91ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməklə, qərarın sürətinin təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Qətimkan tədbrinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə olan Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair cinayət işinin ibtidai istintaqını aparan baş müstəntiq Röyal Məmmədov tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməsi, dərhal MSY-dən azad edilməsi, ibtidai araşdırmanı paran Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Röyal Məmmədova Təqsirləndirilən şəxs2 barəsində digər qətimkan tədbiri kimi “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsinin təklif edilməsi və qərar barədə vəsatət verən Göygöl RPŞnin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Röyal Məmmədova məlumat verilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilməsi, qərarın sürətinin icra edilməsindən ötrü Göygöl RPŞ-nin X10 göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 3-13-77/2-14761/24 saylı 10 may 2024-cü il tarixli əməliyyat tapşırığınıza cavab məktubunda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus oğurladığı əşyaları satdığını bildirdiyi metal alan nəqliyyat vasitəsinin sahibinin müəyyən olunması istiqamətində tərəflərindən bir sıra tədbirlər keçirilmiş, lakin heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Eyni zamanda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Göygöl rayonu Üçtəpə kəndində mərhum X11 məxsus evdən oğurluq etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 oğurluq hadisəsini tək törətməsi müəyyən olunsa da, onun oğurladığı əşyaları harada və kimə satmasını müəyyən etmək mümkün olmamışdır. Tərflərindən tədbirlər davam etdirilir, gələcəkdə əlavə məlumat olarsa istintaq orqanına bildiriləcəyi göstərilmişdir. İstintaq zamanı Göygöl rayonu Üçtəpə kəndində oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs2 məxsus evə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-7054/2024 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 3-13-77/2-9513/2024 nömrəli məktub vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində vət. X12 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİyə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Göygöl RPŞ-dən daxil olan) xx.xx.2003-cü il tarixdə Xanlar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin ovucunun əksi (sındırılmış pəncərə şüşəsinin çöl tərəfindən götürülmüş iz) ilə eynilik müəyyən edilmiş, digər eyniliklər müəyyən edilməmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən – ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs1 yeri müəyyən edilərkən Göygöl RPŞ-nin X10 təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinin tələblərinə əsasən dayandırılması, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyta keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyta keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Zərər çəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınması, qərarın Zərərçəkmiş şəxs2 elan edilməklə, hüquq və vəzifələrinin izah olunması, qərar barədə qanunla müəyyən edilmiş maraqlı şəxslərə məlumat verilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı cinayət işinin tam, obyektiv və hərtərəfli istintaq edilməsinin təmin olunması üçün Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman və hal-hazırda anlaqlı olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 keçirilmiş psixotik vəziyətdən sonrakı davranış pozuntuları XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F23.9 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 keçirilmiş psixotik vəziyətdən sonrakı davranış pozuntuları XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F23.9 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli ittihama əlavələr edilərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə dəqiqləşdirilmiş yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməklə, qərarın sürətinin ona və müdafiəçisinə təqdim edilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin öz qüvvəsində saxlanılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İstintaq zamanı oğurlanmış əşyanın qiymətini və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı müəyyən etmək məqsədilə Gəncə şəhərində yerləşən “Azərbaycan İnşaat” tikintiinşaat materiallarının satışı mağazasından arayış alınmışdır. “Azərbaycan İnşaat” tikinti-inşaat materiallarının satışı mağazasının arayışından görünür ki, Seru markalı kombi aparatı – 1000 manat, Yato markalı laqonda aparatı – 200 manat, Comfort markalı gidrafon – 50 manat, Comfort markalı su matoru – 50 manat, Royce markalı qaynaq aparatı – 250 manat, qaynaq aparatı üçün istifadə olunan elektrod – 15 manat (4 ədəd 60 manat) dəyərindədir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən – ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs2 yeri müəyyən edilərkən Göygöl RPŞ-nin X10 təhvil verilməsi, qərarın sürətinin icra edilməsi üçün Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.4-cü maddəsinin tələblərinə əsasən dayandırılması, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyta keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən ********* nömrəli cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilərək istintaqın davam etdirilməsi, qərarın sürətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyta keçirən Göygöl rayon prokuroruna göndərilməsi və qərarın sürətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. “Vəsatətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili X4 vəsatətinin təmin edilməsi, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin müdafiəçisi Göygöl rayon Vəkil Bürosunun vəkili X4 iştirakı olmadan keçirilməsi, qərarın sürətinin Təqsirləndirilən şəxs1 və müdafiəçisi T.T.Nuriyevə göndərilməsi və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Göygöl rayonu Üçtəpə kəndində ifadənin yerində yoxlanması istintaq hərəkətləri keçirilmiş, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə məxsus evin harada yerləşməsini, həmin evə hansı istiqamətdən getməsini, evin həyətyanı sahəsinə və içərisinə necə və haradan daxil olmasını, oğurladığı əşyaları haradan götürməsini göstərməsi təklif edilmiş, Təqsirləndirilən şəxs1 Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Lalə” mağazasının yanı ilə üzü Gəncə şəhəri istiqamətində təxminən 100 metr getdikdən sonra sağa tərəf gedən küçəni göstərib zərərçəkmiş şəxsə məxsus evin həmin küçədə yerləşdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 göstərdiyi istiqamətdə getdikdə küçənin sonunda sağ tərəfdə yerləşən evi göstərmiş və oğurluq hadisəsini törədiyi ev olmasını demişdir. Qeyd etdiyi evin Zərərçəkmiş şəxs2 məxsus ev olması müəyyən olunduqdan sonra Təqsirləndirilən şəxs1 evin hasarını göstərərək həyətyanı sahəyə daxil olduğu yeri göstərmişdir. Daha sonra evin həyətyanı sahəsində evin hasarına bitişik olan kombi aparatını sökdüyü yeri, ardınca isə evin içərisinə daxil olmaq üçün sındırdığı pəncərəni göstərmişdir. Təqsirləndirilən şəxs1 hadisə vaxtı davranışlarını əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanması zamanı “SONY” markalı video kameradan istifadə edilməklə Təqsirləndirilən şəxs1 göstərdiklərinə əsasən şəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsindəkilərə əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin öz qüvvəsində saxlanılması və qərarın sürətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göygöl rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Telefon danışıqlarına dair” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Göygöl RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X8 icraatında istintaq edilən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 istifadəsində olan +7 ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrə vasitəsilə həmin gün saat 17:40-da səsgücləndirici vasitəsilə əlaqə saxlanılmış, Zərərçəkmiş şəxs2 cinayət işinin istintaq materialları ilə tanış olmaq hüququnun olması izah edilmiş, Zərərçəkmiş şəxs2 hazırda Rusiya Federasiyasında olmasını və cinayət işinin ibtidai istintaqına etirazı və vəsatətinin olmadığını, cinayət işinin istintaq materialları ilə tanış olmaq istəmədiyini və işin məhkəməyə göndərilməsini istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərədindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/037340-24 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü ildə Göygöl rayonunda anadan olmuşdur. Ailə tərkibi xx.xx.1977-ci il təvəllüdlü atası X5, xx.xx.1980-ci il təvəllüdlü anası X1 və xx.xx.2002-ci il təvəllüdlü qardaşı X6 ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3813 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3462 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İstintaq zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1986-cı ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3383 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024cü il tarixdə opioidlər və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 308 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-ci il tarixdən “Psixogenparanoid psixoz” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. İstintaq zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(066)- 110/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(066)- 13/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tamamilə ödənilmişdir. Ona görə onlardan heç bir şikayət və tələbi qalmamışdır. Ərizənin nəzərə alınmasını xahiş edir. Həmçinin məhkəmə qeyd edir ki, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərər tamamilə ödənilmiş, ona görə onlardan heç bir şikayət və tələbi qalmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam şəkildə ödənilməsi, qeyd edilən zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, təqsirləndirilən şəxslərin ona vurulmuş maddi ziyanı tam şəkildə ödədiklərindən və barışıq əldə olunduğundan şikayət və tələbinin olmamasını bildirməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslər qeyd edilən cinayət əməlini birlikdə törətmələri və əlbir olan bir qrup şəxs halında 25 aprel 2024-cü il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 01 ədəd 200 manat dəyərində və 01 ədəd 100 manat dəyərində dəmir materialdan hazırlanmış yeşikləri açıq ərazidən gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurlamaları, həmçinin məhkəmə iclasında tqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianı 1850 manatın ödənməsində qəbul etməsini və ona zərərçəkmiş şəxs barışıq verərsə əşyaları qaytaracağını, lakin yol haqqı ödənilərsə mülki iddianı qəbul etməməsini və maddi ziyanla bağlı heç bir əşyanı qaytarmayacağını bildirməsi ilə dolayısı ilə etiraf edirlər, Odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini oğurlanmış əmlakların sayına münasibətdə tam olaraq etiraf etməməsi, həmçinin Təqsirləndirilən şəxs2 oğurluqdan xəbəri olmamasını, sadəcə taksi kimi avtomobilini sürməsini bildirməsi və buna görə də əsassız dəlillər gətirmələri özlərinin müdafiəsinə yönəlmişdir, heç bir fakta və sübuta əsaslanmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmçinin məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və həmin sübutlarla təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi təsdiq olunur və yekun nəticəyə gəlməyə tam imkan verir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(125)-41/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-3/2-51514/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin 1(125)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 barəsində olan Gəncə Şəhər Məhkəməsinin 1(125)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü “07” aprel 2025-ci il tarixdə şöbəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs2 cəzanın icrası ilə bağlı şöbədə qeydiyyata alınmamış və buna görə də ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddət çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs2 qəslə törətdiyi cinayət əməli üzrə barəsində hökm çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğu müəyyən olunduğundan onun əməli cinayətin residivini yaratmır. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən şübhəli şəxs qismində tutulduğu və qətimkan tədbiri qismində həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təqsirləndirilən şəxslərə təyin olunacaq cəzadan çıxılmalı və onlara qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,…belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur, cəzanı yüngülləşdirən hallar isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalı, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarında olan “Axtarışda olan şəxsin saxlanılması”haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Nizami rayon 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmış, Göygöl RPŞ-nin əməkdaşları tərəfindən gətirilmiş müvafiq sənədləşmə aparılaraq, Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 1(125)-41/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs2 bu iş üzrə 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki gün), xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün və Gəncə Şəhər Məhkəməsinin 1(125)-41/2025 saylı cinayət işi üzrə xx.xx.2025-ci il tarixli hökmündə göstərilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla ümumilikdə 4 (dörd) ay 28 (iyirmi səkkiz) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 09 (doqquz) ay 26 (iyirmi altı) gün təyin olunmuş cəzadan çıxılmalı və üzərində azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı və üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmalı, cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(066)-56/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun əməlinin yüngülləşdirilən hal olmasını müəyyən edir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun şəxsiyyətini mənfi xarakterizə edən hall kimi isə Zərərçəkmiş şəxs2 vurulmuş zərəri ödəməyərək, onunla barışıq əldə etməməsini və dəfələrlə oğurluq cinayət əməlini törətməklə barəsində məhkəmənin icraatında oğurluq cinayət əməlini törətməsi barədə cinayət işinin olması onun kriminal meyilli olması, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədə uyğunluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Odur ki, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinin və ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir, cəzanın məqsədləri baxımından ona təqsirli bilindiyi maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. İş materiallarında olan “Axtarışda olan şəxsin saxlanılması”haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Göygöl RPŞnin CAB-si və İTB-si əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində müəyyən edilərək saxlanılmış, Göygöl RPŞ-nə gətirilmiş müvafiq sənədləşmə aparılaraq Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin 2 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Göygöl RPŞ-nin MSY-ə təhvil verilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı bu iş üzrə tutulduğu vaxtdan, yəni 25 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəməyə iddia ərizə təqdim edərək, hazırki cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs1 1850 (min səkkiz yüz əlli) manat maddi ziyanın, əlavə olaraq zərərçəkmiş şəxs tərəfindən xərclənimş “maddi zərər” 170.000 (yüz yetmiş min Rusiya rublu) rubl məbləğində pulun (Azərbaycan Respublikasının Mərkəzi bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə) və iddia qaldırılması üçün ödənilmiş 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraatda olan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Göygöl Rayon Məhkəməsinə verilmişdir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilirlər ondan ötrü ki, o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə yəni 2024-cü ilin aprel ayında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus əmlakları və digər zərərçəkmiş şəxslərin əmlaklarını oğurlamaqla cinayət əməlini törətmişdir. Belə ki, aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2024-cü ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan vaxtda Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə hasardan aşma yolu ilə qanunsuz daxil olaraq 01 ədəd 1000 manat dəyərində kombi aparatı, 01 ədəd 200 manat dəyərində laqonda, 01 ədəd 150 manat dəyərində gidrafon, 01 ədəd 200 manat dəyərində su nasosu, 01 ədəd 250 manat dəyərində qaynaq apartı və 04 qutu 50 manat dəyərində qaynaq apartı üçün istifadə olunan elektrodu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Nəticədə Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurulmuşdur. Əlavə olaraq bildirir ki, Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Cinayət işi üzrə zərurət olduğundan o, məcbur olub 3 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına təyyarə vasitəsi ilə gəlmişdir. Belə ki, onlar Azərbaycan Respublikasına gəlmək üçün Rusiya Federasiyasının Orenburq şəhərindən Qatar vasitəsi ilə Samara şəhərinə gəlmişlər və oradan təyyarə vasitəsi ilə Bakı şəhərinə uçmuşlar. Ümumilikdə Zərərçəkmiş şəxs2 yol xərci kimi 170000 (bir yüz yetmiş min Rusiya rublu) yəni azərbaycan manatı ilə 3695 (üç min altı yüz doxsan beş) manat pul xərcləmişdir. Nəticədə əlavə olaraq zərərçəkmiş şəxsə 170000 (bir yüz yetmiş min Rusiya rublu) yəni 3695 (üç min altı yüz doxsan beş) manat maddi zərər dəymişdir. Həmin pulların zərərçəkmiş şəxs tərəfindən xərclənməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərdə də öz təsdiqini tapmışdır. Hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmış, ancaq Zərərçəkmiş şəxs2 qarşı mülki iddia qaldırmamışdır. Sadalanan xüsusatlara və istinad olunun hüquq normalarına əsasən hesab edir ki, hazırki cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs1 Cama! oğlundan 1850 (bir min səkkiz yüz əlli) manat maddi ziyanın, əlavə olaraq zərərçəkmiş şəxs tərəfindən xərclənimş (maddi zərər) 170.000 (yüz yetmiş min Rusiya rublu) rublu məbləğində pul Azərbaycan Respublikasının Mərkəzi bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və iddia qaldırılması üçün ödənilmiş 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə verilməsinə dair qərar qəbul edilməlidir. Zərərçəkmiş şəxs2 məhkəmə tərəfindən iş üzrə mülki iddiaçı kimi tanınmışdır. Daha sonra zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 nümayəndəsi (anası) Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırki cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs1 1850 (min səkkiz yüz əlli) manat maddi ziyanın, əlavə olaraq zərərçəkmiş şəxs tərəfindən xərclənimş 3695 (üç min altı yüz doxsan beş) manat maddi zərərin və iddia qaldırılması üçün ödənilmiş 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldırmış, hazırda mülki iddia üzrə ərizənin dəqiqiləçdirilməsi zərurəti yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Cinayət işi üzrə zərurət olduğundan o, məcbur olub 3 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına təyyarə vasitəsi ilə gəlmişdir. Belə ki, onlar Azərbaycan Respublikasına gəlmək üçün Rusiya Federasiyasının Orenburq şəhərindən Qatar vasitəsi ilə Samara şəhərinə gəlmişlər və oradan təyyarə vasitəsi ilə Bakı şəhərinə uçmuşlar. Ümumilikdə Zərərçəkmiş şəxs2 yol xərci kimi 170000 (bir yüz yetmiş min Rusiya rublu) yəni azərbaycan manatı ilə 3695 (üç min altı yüz doxsan beş) manat pul xərcləmişdir. Nəticədə əlavə olaraq zərərçəkmiş şəxsə 170000 (bir yüz yetmiş min Rusiya rublu) yəni 3695 (üç min altı yüz doxsan beş) manat maddi zərər dəymişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 mülki iddianı 1850 manatın ödənilməsi hissəsində qəbul etməsini və ona zərərçəkmiş şəxs barışıq verərsə əşyaları qaytaracağını, lakin yol haqqı xərcinin tələb edilməsi hissəsində mülki iddianı qəbul etmədiyini və maddi ziyanla bağlı heç bir əşyanı qaytarmayacağını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Qeyd olunan Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə mülki iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutlara qiymətləndirərək, iddiaçının (zərərçəkənin) məhkəmə prosesi zamanı təqdim etdiyi ərizəsini, cavabdehin yol xərcinin tələb edilməsi hissəsində iddia tələbini qəbul etməməsini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin əsaslandırılmamasını, iddiaçının yol haqqı kimi tələb etdiyi pulun həqiqətəndə onun tərəfindən hazırkı cinayət işininin istintaqı ilə bağlı xərclənməsini sübuta yetirə bilməməsini, onun Azərbaycana gəlməmişdən öncə ona aid əşyaların oğurlanması ilə bağlı polisə müraciət edilməsini və həmçinin zərərçəkmiş şəxsin ölkə ərazisinə gəldikdən bir müddət sonra istintaqa orqanına müraciət etməsini və ailə üzvlərinində yol xərcini tələb etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 1850 (bir min səkkiz yüz əlli) manat zərər məbləği və məhkəmə xərci olaraq 38.50 (otuz səkkiz manat, əlli qəpik) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Həmçinin məhkəmə istintintaqında Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmiş, müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilməsi və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Odur ki, həmin hesablamalar ilə təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və Müdafiəçi1 ödənilməsi üçün onların işlədiyi Göygöl Rayon Vəkil bürosunun hesablaşma hesabına hər biri üçün ayrı-ayrılıqda 97 (doxsan yeddi) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(125)-41/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs2 bu iş üzrə 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki gün), xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün və Gəncə Şəhər Məhkəməsinin 1(125)-41/2025 saylı cinayət işi üzrə xx.xx.2025-ci il tarixli hökmündə göstərilmiş xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün olmaqla ümumilikdə 4 (dörd) ay 28 (iyirmi səkkiz) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla müəyyən olunmuş 09 (doqquz) ay 26 (iyirmi altı) gün təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlаşdırılmаsı cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 21:00-dan saat 08:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günü təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs qətimkan tədbiri qismində tutulduğu vaxtdan, yəni 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Təqsirləndirilən şəxs1 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 1850 (bir min səkkiz yüz əlli) manat zərər məbləği və məhkəmə xərci olaraq 38.50 (otuz səkkiz manat, əlli qəpik) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 97 (doxsan yeddi) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 97 (doxsan yeddi) manat məbləğində pul Göygöl rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar