Məhkəmə qərarları › İş №1(066)-14/2023

Göygöl Rayon Məhkəməsi Hökm — İş №1(066)-14/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göygöl rayonu İş № 1(066)-14/2023 10.01.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Göygöl rayon Vəkil bürosunun vəkili X3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Gəncə şəhərindəanadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi ev 148A mənzil 8-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu qanunsuz olaraq odlu silahı əldə edərək saxlamışdır. Belə ki, о, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq, ümumi uzunluğu 555 mm olan, 01 ədəd nömrəsi silinmiş, “İjevsk” silah zavodunda istehsal olunmuş 12 kalibrli “ИЖ-43M” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivsiz odlu silah olan ov tüfəngini əldə edib gizlədərək saxlamış, xx.xx.2022-ci il tarixdə Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Göygöl şəhəri, Azay Kazımov küçəsində, Göygöl şəhər avtovağzalında saxlanılaraq Göygöl RPŞ-yə gətirilmiş, ilkin şəxsi axtarış, baxış və götürmə haqqında baxış keçirildiyi zaman onun üzərindən, 555 mm olan, 01 ədəd nömrəsi silinmiş, “İjevsk” silah zavodunda istehsal olunmuş 12 kalibrli “ИЖ-43M” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı dəyişdirilmiş yivsiz odlu silah olan ov tüfəngi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında Gəncə şəhərində Kəpəz rayonu ərazisindən keçən “Gəncə çayının” kənarından lüləyi və qundağı kəsilmiş, qoşa lüləli ov tüfəngini tapmış, maraqlı gəldiyi üçün özü ilə aparmış, satmaq və yaxud kiməsə pay vermək niyyəti olmamışdır. Lakin sonradan bunun qanunsuz olduğunu dərk etdiyi üçün Göygöl rayonu ərazisindən keçən çay bağının kənarına atmaq üçün xx.xx.2022-ci il tarixdə özü ilə götürərək Göygöl rayon ərazisinə gətirmiş, xx.xx.2022-ci il tarixdə Göygöl şəhər avtovağzalında Göygöl RPŞ-nin əməkdaşları yaxınlaşaraq üzərində qanunsuz odlu silah gəzdirməyi ilə bağlı şübhəli bildiklərindən RPŞ-yə dəvət etmişlər. RPŞ-də seçdiyi vəkil Siyavuş Bağırovun iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla dövriyyəsi, saxlanması, gəzdirilməsi qadağan olunan hərhansı əşya olub-olmadığını bildirməklə təqdim etməsi istənildikdə, özü ilə yaşadığı ünvandan Göygöl rayonu çay bağında atmaq üçün gətirmiş olduğu, lüləyi və qundağı kəsilmiş, qoşa lüləli, göy rəngli sellofan paketdə olan ov tüfəngini belindən çıxardaraq baxış üçün təqdim etmişdir. Həmin tüfəngə video kamera vasitəsi ilə baxış keçirildikdən sonra ekspertizaya göndərilmək üçün qablaşdırılaraq, möhürlənmişdir. Yazılmış protokolu iştirakçılar və vəkili ilə birlikdə o da imzalamışdır. Tüfəng lüləyi və qundağı kəsilmiş, nömrəsiz, qoşa lüləli ov tüfəngi olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş tüfəng odlu silah olmuş, lakin silahdan anlayışı olmadığından istifadəyə yararlı olub-olmamasını bilmir. O, Tüfəngin üzəri və içi paslı vəziyyətdə olmuş, həmin silahdan heç bir yerdə istifadə etməmiş, atəş açmamış, tüfəngin gülləsi olmamışdır. Quş saxladığı üçün yaşadığı məhlə evinin həyətində olan quş damında həmin tüfəngi saxlamış, tüfəngi istifadə etməsi üçün heç kəsə verməmiş, Onda tüfəng olmasından heç kəsin xəbəri olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş tüfəngi Göygöl rayon ərazisinə ictimai nəqliyyat vasitəsi ilə gətirmiş, həmin zaman tək olmuşdur. Hal-hazırda özünü CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi ev 148A mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində qanunla saxlanması və gəzdirilməsi qadağan edilmiş odlu silahı üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə, yəni Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göygöl şəhər, Azay Kazımov küçəsində hərəkətdə olması müəyyən edildiyi üçün Göygöl RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid3la birlikdə Göygöl şəhər Azay Kazımov küçəsinə getmiş və orada Təqsirləndirilən şəxs müəyyən etmişlər. Vət. Təqsirləndirilən şəxs Göygöl RPŞ-yə gətirməklə cinayət prosessual qanunvericiliyin tələbləri əsasında baxış keçirilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verməsindən ötrü CAB-ın rəisi Şahid2 şöbənin rəisinə raportla müraciət etmişdir. Baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş verilmiş və baxışın keçirilməsi baş təhqiqatçı Razim Yadigarlıya həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında vəkil təyin olunmaqla Göygöl RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən onların da iştirakı ilə baxış və şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya olub olmaması, vardırsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa bellikdə kəmər hissəsinə keçirdiyi göy rəngli sellofana bükülmüş predimeti çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan torbada olan predimetin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bağlamada olan əşyanın ov tüfəngi olduğunu bildirdikdən sonra həmin bağlama açılaraq iştirakçılara təqdim edilmişdir. Həmin vaxtı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “İJ” markalı, istesal ili və qeydiyyat nömrələri silinmuş ov tüfəngidir, tüfəngin lüləsi və qundağı kəsilmiş vəziyyətdədir. Təqsirləndirilən şəxs həmin silahı bir ay əvvəl Gəncə şəhərində, Gəncə çayının kənarında tapdığını, həmin silahın onda olmasından ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir. Silahdan heç kəsin xəbəri olmadığını ümumiyyətlə bununla bağlı heç kimə məlumat vermədiyini bildirdikdən sonra baxış və götürmə ilə bağlı baş təhqiqatçı Razim Yadigarlı tərəfindən protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və protokol iştirakçılara oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid3 və Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi ev 148A mənzil 8də yaşayan Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində qanunla saxlanması və gəzdirilməsi qadağan edilmiş odlu silahı üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə, yəni Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göygöl şəhər, Azay Kazımov küçəsində hərəkətdə olmasını müəyyən edildiyi üçün Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1lə birlikdə Göygöl şəhər Azay Kazımov küçəsinə getmiş və orada Təqsirləndirilən şəxs müəyyən etmişlər. Vət. Təqsirləndirilən şəxs Göygöl RPŞ-yə gətirməklə cinayət prosessual qanunvericiliyin tələbləri əsasında baxış keçirilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verməsindən ötrü CAB-ın rəisi Şahid2 şöbənin rəisinə raportla müraciət etmişdir. Baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş verilmiş və baxışın keçirilməsi baş təhqiqatçı Razim Yadigarlıya həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında vəkil təyin olunmaqla Göygöl RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən onların da iştirakı ilə baxış və şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya olub olmaması, vardırsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa bellikdə kəmər hissəsinə keçirdiyi göy rəngli sellofana bükülmüş predimeti çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan torbada olan predimetin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bağlamada olan əşyanın ov tüfəngi olduğunu bildirdikdən sonra həmin bağlama açılaraq iştirakçılara təqdim edilmişdir. Həmin vaxtı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “İJ” markalı, istesal ili və qeydiyyat nömrələri silinmuş ov tüfəngidir, tüfəngin lüləsi və qundağı kəsilmiş vəziyyətdədir. Təqsirləndirilən şəxs həmin silahı bir ay əvvəl Gəncə şəhərində, Gəncə çayının kənarında tapdığını, həmin silahın onda olmasından ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir. Silahdan heç kəsin xəbəri olmadığını ümumiyyətlə bununla bağlı heç kimə məlumat vermədiyini bildirdikdən sonra baxış və götürmə ilə bağlı baş təhqiqatçı Razim Yadigarlı tərəfindən protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və protokol iştirakçılara oxunduqdan sonra imzalarla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində xidmət edir. Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi ev 148A mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs Göygöl rayon ərazisində qanunla saxlanması və gəzdirilməsi qadağan edilmiş odlu silahı üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında şöbənin rəhbərliyi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə, yəni Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərinin ifşa edilməsi tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilməsi ona həvalə edildiyi üçün tərəfindən bununla bağlı qərar qəbul edilmiş, tədbirin keçirilməsi Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Göygöl RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid3 həvalə olunmuşdur. Göygöl şəhər Azay Kazımov küçəsində Təqsirləndirilən şəxs müəyyən edildikdən sonra Göygöl RPŞ-yə gətirməklə cinayət prosessual qanunvericiliyin tələbləri əsasında baxış keçirilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verməsindən ötrü şöbənin rəisinə raportla müraciət etmişdir. Baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş verilmiş və baxışın keçirilməsi baş təhqiqatçı Razim Yadigarlıya həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında vəkil təyin olunmaqla Göygöl RPŞ-nin inzibati binasında təhqiqatçı tərəfindən polis əməkdaşları və vəkilin iştirakı ilə baxış və şəxsi axtarış keçirildikdə Təqsirləndirilən şəxs üzərində qanunla gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya olub olmaması, vardırsa təqdim edilməsi təklif edildiyi zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa bellikdə kəmər hissəsinə keçirdiyi göy rəngli sellofana bükülmüş predimeti çıxarıb masanın üzərinə qoymuş, sellofan torbada olan predimetin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs bağlamada olan əşyanın ov tüfəngi olduğunu bildirdikdən sonra həmin bağlama açılaraq iştirakçılara təqdim edildikdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “İJ” markalı, istesal ili və qeydiyyat nömrələri silinmuş ov tüfəngidir, tüfəngin lüləsi və qundağı kəsilmiş vəziyyətdədir. Təqsirləndirilən şəxs həmin silahı bir ay əvvəl Gəncə şəhərində, Gəncə çayının kənarında tapdığını, həmin silahın onda olmasından ailə üzvlərinin xəbəri olmadığını bildirmiş, silahdan heç kəsin xəbəri olmadığını ümumiyyətlə bununla bağlı heç kimə məlumat vermədiyini qeyd etmişdir. Baxış və götürmə ilə bağlı baş təhqiqatçı Razim Yadigarlı tərəfindən protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və protokol iştirakçılara oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Cinayət işinə əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə digər şahidlər dindirilmədən yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmış və ondan 01 ədəd “ИЖ-43M” modelli, lüləyi və qundağı kəsilmiş silah aşkar edilərək götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 22 oktyabr 2022-ci il tarixli 22/662R nömrəli rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş – halhazırda ümumi uzunluğu 555 mm olan 01 ədəd nömrəsi silinmiş silah, jivesk silah zavodunda istehsal olunmuş 12 mm kalibrli, “ИЖ-43M” modelli, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 12 kalibrli ov tüfənginin kəsiyidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “güllə-giliz” kartotekasında “yivli” odlu silahların və onlardan atılmış güllə və gilizlərin qeydiyyatı aparılır. Bu səbəbə görə də, təqdim edilmiş 01 ədəd 12 mm kalibrli, nömrəsi silinmiş “ij 43” modelli hamar lüləli, yivsiz ov tüfəngi həmin kartotekada yoxlanılmamışdır. Cinayət axtarış xidmətindən daxil olmuş 10 noyabr 2022-ci il tarixli 163-29242-1222 nömrəli əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri Üzeyir Hacıbəyli küçəsi ev 148A mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “İJ-43M” modelli silahı Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən “Gəncə çayının” kənarından lüləsi və qundağı kəsilmiş vəziyyətdə tapması, Təqsirləndirilən şəxs həmin silahdan istifadə etməməsi, həmin odlu silahı yaşadığı ünvanda gizlədib saxlamasından başqa heç kəsin məlumatı olmaması müəyyən edilmişdir, həmin odlu silahı onun yaşadığı ünvanda gizlədib saxlamasından başqa heç kəsin məlumatı olmaması müəyyən edilmişdir. Məlumatla bağlı əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə hər hansı maraq doğuran məlumat əldə olunarsa bu barədə bildiriləcəkdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər xx.xx.1994-cü il tarixdə Gəncə şəhər, Kəpəz rayon Xalq Məhkəməsi tərəfindən AR.CM-nin 143, 4,39 maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2005-ci il tarixdə Ukrayna Respublikası Xarkov Vilayəti, Kominternovsk rayon məhkəməsi tərəfindən Ukrayna CM-nin 309-cu maddəsi, 2-ci hissəsi ilə və Xrakov Vil. Moskovsk r, məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə UKR. CM-nin 185.2, 185.3-cü maddələri, ilə 04 il A.M.E, CM-nin 75-ci maddəsi ilə 02 il şərti sınaq müddəti cəzası ilə birləşdirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzanına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə UKR. Resp, Xarkov şəh, Frunze r, məhkəməsi tərəfindən CM-nin 39.2-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzanına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində 01 il islah işləri cəzası seçilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.4, 67.1, 68.2-ci maddələri ilə barəsində 01 il islah işləri, 2000 manat cərimə cəzası seçilməklə xx.xx.2017-ci il tarixdə azad edilmiş, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər, Kəpəz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə barəsində 01 il 11 ay 06 gün Azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1, 69.3-cü maddələri ilə barəsində 01 il 07 ay 27 gün azadlıqdan məhrumetmə və cəza çəkdiyi müddəti narkomaniya üzrə məcburi müalicə cəzası seçilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2022-ci il tarixdə Samux RPŞ tərəfindən CM-nin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlanaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmiş hökm çıxrılmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, “X Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. CPM-nin 124.2.1, 124.2.2-ci maddələrinə əsasəncinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-nin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq, ümumi uzunluğu 555 mm olan, 01 ədəd nömrəsi silinmiş, “İjevsk” silah zavodunda istehsal olunmuş 12 kalibrli “İJ-43M” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, yivsiz odlu silah olan ov tüfəngini əldə edib gizlədərək saxlamış, xx.xx.2022-ci il tarixdə Göygöl RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Göygöl şəhəri, Azay Kazımov küçəsində, Göygöl şəhər avtovağzalında saxlanılaraq Göygöl RPŞ-yə gətirilmiş, ilkin şəxsi axtarış, baxış və götürmə haqqında baxış keçirildiyi zaman onun üzərindən, 555 mm olan, 01 ədəd nömrəsi silinmiş, “İjevsk” silah zavodunda istehsal olunmuş 12 kalibrli “İJ-43M” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı dəyişdirilmiş yivsiz odlu silah olan ov tüfəngi aşkar edilərək. Bundan başqa, «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. Təqsirləndirilən şəxsdən götürülən predmetin qeyd edilən maddələrin dispozisiyalarında nəzərdə tutulan predmetə aid olubolmaması məsələsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında Avropa Konvensiyasının müddəaları əsasında müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yüvsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, silah dedikdə, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi və yaxud işarə vermə üçün nəzərədə tutulmuş, lakin canlı qüvvənin və digər obyektivlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitə başa düşülməlidir. Odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurqular və soyuq silah həm sənaye, həm də kustar üsulla istehsal edilə bilər. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyadır. Pnevamatik silah, işıqverici, işarəverici, fişəng atıcı, tikinti-montac təyinatlı tapança və revolverlər, elektroşok qurğuları eləcə də soyuq silah-odlu silah hesab edilmir. Partlayıcı maddələr dedikdə, tezliklə özüyayılan kimyəvi çevrilmə xüsusiyyətinə – partlamaya malik kimyəvi birləşmələrdən ibarət maddələr başa düşülməlidir. Qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin «Xidməti və mülki silah haqqında» Qanunun və «Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında» Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, «Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası»nın,«Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları»nın, «Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları»nın, «Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları»nın, «Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»nın, «Silahın mühafizəsi ilə bağlı tələbləri»nin, «Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları»nın, «Silahın geri alınması Qaydaları»nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Həmin qərarda daha sonra göstərilmişdir ki, CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Sadalanan predmetlərin qanunsuz satılması dedikdə, onların qanunsuz olaraq hər hansı bir üsulla yayılması (satılması, dəyişdirilməsi, borc əvəzinə verilməsi və ya borc olaraq verilməsi və s.), yəni həmin predmetlərin satılması- onların başqasının sahibliyinə keçməsi ilə yanaşı onların üzərində sərəncam vermək «hüququnun» da əvvəlki sahibindən digər şəxsə keçməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Göstərilən predmetlərin müvafiq icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Qeyd olunmalıdır ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Beləliklə məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-nin 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Qeyd olunmalıdır ki, cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. CM-nin 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-nin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-nin 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Xüsusilə qeyd edilməlidir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-nin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs оğluna azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş, islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-nin 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Təqsirləndirilən şəxs CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Yəni, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkumluq institutunun mahiyyəti də ondan ibarətdir ki, məhkumluğu olan şəxs mülki və ya inzibati-hüquqi xarakterli məhrumiyyətlərə məruz qalır, həmin şəxs tərəfindən yeni cinayətin törədilməsi onun vəziyyətinin ağırlaşdırılmasını şərtləndirən cinayət-hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olur. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki iş üzrə Təqsirləndirilən şəxs əvvəllər xx.xx.1994-cü il tarixdə Gəncə şəhər, Kəpəz rayon Xalq Məhkəməsi tərəfindən AR.CM-nin 143, 4,39 maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2000-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2005-ci il tarixdə Ukrayna Respublikası Xarkov Vilayəti, Kominternovsk rayon məhkəməsi tərəfindən Ukrayna CM-nin 309-cu maddəsi, 2-ci hissəsi ilə və Xrakov Vil. Moskovsk r, məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə UKR. CM-nin 185.2, 185.3-cü maddələri, ilə 04 il A.M.E, CM-nin 75-ci maddəsi ilə 02 il şərti sınaq müddəti cəzası ilə birləşdirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzanına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə UKR. Resp, Xarkov şəh, Frunze r, məhkəməsi tərəfindən CM-nin 39.2-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzanına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə barəsində 01 il islah işləri cəzası seçilmiş, xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.4, 67.1, 68.2-ci maddələri ilə barəsində 01 il islah işləri, 2000 manat cərimə cəzası seçilməklə xx.xx.2017-ci il tarixdə azad edilmiş, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər, Kəpəz rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə barəsində 01 il 11 ay 06 gün Azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1, 69.3-cü maddələri ilə barəsində 01 il 07 ay 27 gün azadlıqdan məhrumetmə və cəza çəkdiyi müddəti narkomaniya üzrə məcburi müalicə cəzası seçilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2022-ci il tarixdə Samux RPŞ tərəfindən CM-nin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlanaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmiş hökm çıxrılmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-nin 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Bundan başqa, Göygöl Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - Təqsirləndirilən şəxs götürülmüş - 01 ədəd nömrəsi silinmiş, 555 mm olan, “İjevsk” silah zavodunda istehsal olunmuş 12 kalibrli “ИЖ-43M” modelli yivsiz ov tüfəngi - hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 21 oktyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-da saxlanılan - Təqsirləndirilən şəxs götürülmüş - 01 ədəd nömrəsi silinmiş, 555 mm olan, “İjevsk” silah zavodunda istehsal olunmuş 12 kalibrli “ИЖ-43M” modelli yivsiz ov tüfəngi - hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmün icrası Göygöl rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar